
TƏKRİR
Bohem ekspressiya
Nə boyda təkəm, İlahi!
Dünyaya sığmayan bu təkliyi
necə daşıyım,
hara daşıyım…
Məndən və ofisiant qızdan başqa
bir kimsə yoxdu
bu miskgin kafedə,
onun gözlərindəki
kədər qədər təkəm…
kimsəsiz payız gecəsində
başına yağış tökən
saqqallı bir sərsəri
məndən siqaret istədi,
ondan səxavətimi
əsirgəmədim,
o zavallının çaresizliği qədər
təkəm…
pəncərələrdə sönən işıqlar qədər
təkəm…
bir nəfərlik çaydan qədər,
nimdaş sirrimi təkrar -tekrar
özümə picildayacaq qədər
təkəm eeee, təkəm…
Bu məşum həqiqəti dərk edəcək qədər
təkəm…
bu yağışlı gecədə təkliyimi
mənə xatırlatdı ofisiant qız,
saqqallı sərsəri,
bir də yolumu kəsən
küçə itləri…
Hörmətlə: Kənan HACI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında