USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Ustaclı oğlu, Ustacam! Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi” müsabiqəsində (archive.vn)209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.
Kulis.az “İlin hekayəsi”müsabiqəsində 20-liyə (archive.vn) düşmüş hekayələri təqdim edir. Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 209 hekayə arasından seçilib.
Qeyd edək ki, münsiflərin adları müsabiqənin mükafatlandırılma mərasimində açıqlanacaq.
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən bütün hekayələrin (archive.vn) siyahısını təqdim edir. Bu siyahıdan hər iştirakçı öz hekayəsini asanlıqla tapa və linkə daxil ola bilər.
Xatırladaq ki, onlayn səsvermə yalnız xüsusi yer üçün nəzərdə tutulub. “20-lik”i, “10-luq”u, üç yerin qalibini münsiflər seçəcək. Qaydalara uyğun olmayan və hekayə qəbulunun son tarixindən sonra (dekabrın 10-u, saat 18:00) göndərilən hekayələr müsabiqədə iştirak edə bilməyib.