SEVGİ HAQQINDA SƏMİMİ ETİRAF (Zaur Ustacın dörd bəndəlik sevgi dastanı) Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Zaur Ustac bizi təəccübün dərəcələrilə tanış etməyə davam edir. İstər poeziya, istə proza olsun, hər gün bir-birinə bənzəməyən əsərlər ortaya qoyan yazar sözlə nə etmək mümkündürsə hamısını edir desək, yanılmarıq. Onun bu gün yayımlanan “Ədn cənnəti” şeiri əsl sevgi dastanıdır. Sübhün al şəfəqləri, səhər mehilə yataqda iki sevgilinin qovuşması səhnəsi o qədər canlıdır ki, oxucu şeiri erotik film izləyirmiş kimi oxuyur. Və sonda uca Yaradana şükür əsl mahiyyəti açıb göstərir. Hər günümüzə qoy sevgi hakim olsun. Ən gözəl, ən mükəmməl sevgi. Şair dörd bəndəlik bir şeirdə ümumiləşdirilmiş əsl sevgi haqqında dastan yaradır. Zaur Ustacın “ƏDN CƏNNƏTİ” şeiri zahirən sadə, lakin məzmun etibarilə çoxqatlı, simvolik və dərin poetik düşüncənin məhsulu kimi diqqəti cəlb edir. Bu şeir müəllifin lirikasına xas olan məişət detallarından fəlsəfi nəticə çıxarmaq, adi anı metafizik məna ilə yükləmək bacarığını aydın şəkildə nümayiş etdirir. Şeirin əsas mərkəzində otaq dayanır. Lakin bu otaq sıradan fiziki məkan deyil. Şair üçün otaq – hüzur, sakitlik, ilahi ahəng və daxili azadlıq məkanıdır. Elə bu səbəbdən də son misrada səslənən: “Şükür, ey uca Yaradan, Əsl cənnətdir otağım!” fikri təsadüfi deyil. Burada “Ədn cənnəti” anlayışı dini-fəlsəfi kontekstdən çıxarılaraq insanın ruhunda və yaşadığı məkanda tapdığı xoşbəxtliklə eyniləşdirilir. Şair demək istəyir ki, cənnət uzaqda deyil, insanın öz daxili aləmində və yaşadığı sadə məkandadır. Şeirin ilk bəndindən etibarən oxucu canlı bir tablo ilə üz-üzə qalır: “Külək oynadır pərdəni, Kölgələr gəzir üzündə.” Burada külək, pərdə və kölgə sadəcə təbiət hadisələri deyil, poetik obrazlara çevrilmişdir. Külək hərəkəti, pərdə sərhədi, kölgə isə işıqla qaranlığın harmoniyasını təmsil edir. Şair kölgələri sanki canlı varlıq kimi təqdim edir – onlar “oynayır”, “qaçdı-tutdu” oynayır, “aman vermir”. Bu personifikasiya üsulu şeirə dinamika və həyatilik qatır. Şeirdə insan bədəni ilə təbiət arasında qurulan paralellər xüsusi diqqət çəkir: “Elə bil ki, kəpənəkdir Cövlan edir göy çəməndə.” Bu misralarda kölgələrin bədəndəki hərəkəti kəpənəyin çəməndə uçuşu ilə müqayisə olunur. Bu, həm estetik zövq, həm də təbiətlə insan arasındakı ayrılmaz bağın poetik ifadəsidir. Şair bədəni erotik çalarlarla deyil, saf, estetik və incə təsvirlərlə təqdim edir. Bu da şeirin mənəvi təmizliyini qoruyur. Şeirin son bəndində Günəşə, pərdəyə, yatağa təşəkkür edilməsi, ardınca Yaradanın xatırlanması təsadüfi deyil: “Sağ ol, Günəş, sağ ol, pərdə, Bir də yaylı, düz yatağım…” Burada şair varlığın ən xırda detallarına belə şükür etməyi oxucuya təlqin edir. Günəş – işıqdır, pərdə – sərhəddir, yataq – istirahət və sükunət rəmzidir. Bu üçlük insan həyatının əsas dayaq nöqtələrini simvolizə edir. Nəticədə maddi olan mənəvi olanla qovuşur. “ƏDN CƏNNƏTİ” şeiri Zaur Ustacın poetik dünyasında sakitliyin, ahəngin və şükür fəlsəfəsinin manifesti kimi dəyərləndirilə bilər. Bu əsər oxucunu gurultulu emosiyalarla deyil, daxili rahatlıq, təmkin və düşüncə ilə təsirləndirir. Şair sübut edir ki, böyük poeziya üçün mütləq böyük hadisələrə ehtiyac yoxdur – bəzən bir pərdə, bir kölgə, bir günəş şüası kifayətdir. Bu mənada “ƏDN CƏNNƏTİ” həm çağdaş Azərbaycan lirik poeziyasının uğurlu nümunəsi, həm də oxucunu şükür, sevgi və daxili harmoniya duyğularına səsləyən poetik çağırışdır: >>>ZAUR USTAC – ƏDN CƏNNƏTİ
Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, üslubu və mövqeyi ilə seçilən şair və yazıçı Zaur Ustac, təkcə poetik sözün sehrində deyil, həm də gənclərin düşüncə dünyasında xüsusi bir yer tutur. Onun yaradıcılığına gənclərin gözü ilə baxdıqda, bir neçə əsas məqam üzə çıxır: vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərə sədaqət, sözə və kitaba bağlılıq, həm də müasir çağırışlara cavab verən düşüncə azadlığı.
Gənclər üçün Zaur Ustac hər şeydən əvvəl “kitab adam” obrazıdır. Bu sadəcə bədii epitet deyil, onun həyat tərzini və yaradıcı dünyasını ifadə edən bir anlayışdır. Çünki Ustacın fəaliyyəti həm də oxu mədəniyyətinin, kitab sevgisinin, sözə ehtiramın təbliği üzərində qurulub. Bugünkü gənclik, sosial şəbəkələrin, qlobal informasiya axınının təsiri altında bəzən kitaba arxa çevirdiyi bir zamanda, Zaur Ustac “sözün abidəsini” gənclərə təqdim edir. Onun şeirləri, publisistik çıxışları və kitabları yeni nəslə həm ədəbiyyat sevgisi aşılayır, həm də milli kimliyi xatırladır.
Zaur Ustacın əsərlərində ana mövzusu daima ön planda dayanır. Gənclərin gözü ilə baxanda bu motiv, onların gündəlik həyatında unudulmaq üzrə olan ən böyük dəyərlərə – valideyn sevgisinə, ailə bağlarına, insani münasibətlərə qayğı göstərmək çağırışı kimi qəbul olunur. Onun “Ana” mövzusunda yazdıqları, gənclərdə həm duyğu dərinliyi yaradır, həm də onları ailəvi dəyərlərin qorunmasına yönləndirir.
Digər tərəfdən, Zaur Ustacın yaradıcılığında “Bütöv Azərbaycan” ideyası xüsusi bir xətt kimi keçir. Gənclərin dünyagörüşündə bu ideya yalnız siyasi və ya tarixi anlam daşımır, həm də milli birliyin, dilin, mədəniyyətin qorunmasının, qloballaşma qarşısında özünü itirməməyin çağırışı kimi qəbul olunur. Onun bu istiqamətdəki fikirləri gənclərə öz milli kimliklərini unutmadan dünyaya açılmağı öyrədir.
Gənclərin Zaur Ustaca baxışında bir mühüm məqam da onun sadəliyidir. O, mürəkkəb ədəbi formullarla yox, sadə, aydın, anlaşılan dildə danışır. Bu isə gənclərə özlərini ifadə etmək üçün nümunə rolunu oynayır. Onun şeirlərindəki səmimiyyət gənclərin daxili dünyası ilə üst-üstə düşür, onları düşünməyə, yazmağa, yaradıcılığa təşviq edir.
Əslində, Zaur Ustac gənclərin gözü ilə həm bir müəllimdir, həm bir dost, həm də bir yol göstərici. Onun sözü gənclərə “öz kökünü unutma”, “kitabı sevin”, “dilinizi qoruyun”, “Vətəni sevin” mesajı verir.
Bugünkü Azərbaycan gəncliyi üçün Zaur Ustac, sözün gücü ilə milli düşüncəni, milli sevgini yaşadan, eyni zamanda müasir dünyada öz mövqeyini qorumağa çağıran bir yaradıcı şəxsiyyətdir.
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑““Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir. Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!
Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…
Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…
Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…
İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!
Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulmuş olan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbiyyat dünyasında geniş tanınır. Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir. Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib. Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır. Bu xüsusiyyətləri ən çox “Bayraq, Bizim Bayrağımız”, “Araz”, “Sevin, a Təbriz!” və “Ana Dilim” kimi şeirlərində müşahidə etmək mümkündür. Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.
“Bayraq, Bizim Bayrağımız”
Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır. Z. Ustacın “Bayraq, Bizim Bayrağımız” şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.
“Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!!”
misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir. “Araz”şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir. Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.
“Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz!”
misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir. Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir. Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir. “Sevin, a Təbriz!” şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir. Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur. Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara, “Nə güzəşt olacaq, nə də ki, aman!” – deyərək, milli birliyin vacibliyini vurğulayır. Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir. Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır. Zaur Ustacın “Ana Dilim” şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir. Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.
“Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib…”
misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir. Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir “sərhəd” və “tabu”dur. Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir. Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur. Ustacın şeirlərində, xüsusilə “Araz”, “Bayraq, Bizim Bayrağımız” və “Ana Dilim” kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir. Z. Ustacın yaradıcılığı həm də onun bu günkü Azərbaycan cəmiyyətinin mənəvi ehtiyaclarına cavab verən bir nümunədir. Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və xalqın bütün bölgələrində yaşayan insanlarını birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür. Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir. Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir. Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır. Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamanıza kömək edir. Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram! Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin.
Cahangir NAMAZOV, Dünya Talantları Beynəlxalq Birliyi üzvü, Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi, “Bütöv Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.
“Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi, AVMVİB, AYB və AJB-nin üzvü tanınmış şair Zaur Ustac “Top 100 Azərbaycan” layihəsinin seçim turunda iştirak edib. Fotolar:
“Zaur Ustacı tanıyırsan?” – sualına “Süni İntellekt”in cavabı belə olub (Azərbaycan):
-“Zaur Ustac, 1979-cu ildə (əslində 1975. Red.Z.U) doğulmuş bir Azərbaycan şairi və yazarıdır. Ədəbiyyat dünyasında xüsusilə şeirləri ilə tanınır və müasir Azərbaycan poeziyasında əhəmiyyətli bir yerə sahibdir. O, eyni zamanda sosial media vasitəsilə geniş bir oxucu kütləsinə malikdir.”
“Zaur Ustacı tanıyırsan?” – sualına “Süni İntellekt”in cavabı belə olub (ingiliscə):
-“Yes, Zaur Ustac is an Azerbaijani poet, writer, and publicist known for his literary contributions, including poetry, prose, and journalistic work. His works often explore themes like patriotism, Azerbaijani culture, and history. He’s regarded for his dedication to promoting Azerbaijani literature and has been active in various cultural initiatives.
If you need more specific details or works by Zaur Ustac, feel free to ask!”