Kateqoriya arxivləri: QALİB NURİ ARİF

Qalib Nuri Arif – Qonaq.

QONAQ

Qonağın izində xeyir, bərəkət,
Dilində lətafət, sözü zərafət.
Üzündə Xızırdan sevinc əmanət,
Belində ALLAHın möhürü vardır.

Qonaq qonduğu yer nurdan ağarar,
Adında İlahi məna, hikmət var.
Qonağın dayağı YARADAN olar,
Başının üstündə çətiri vardır.

Qonaq olan evdə gözəllik olar,
Süfrə səxavətlə dolu açılar.
Qonağın ruhunda şəfəq var, nur var,
Libasında cənnət ətiri vardır.

Mələklər himayə edir qonağı,
Qonaq nurlandırır evi, ocağı.
Zülmət könüllərin olar çırağı,
Qəlbində sevginin sehiri vardır.

Adı ALLAH ilə qoşa çəkilir,
Ruzisi özündən irəli gəlir.
Kim ki, qonağını müqəddəs bilir,
O, kəsin cənnətdə öz yeri vardır.

Süfrəsi boş olmaz qonaq sevənin,
ALLAHın qonağa lütfüdür yəqin.
Qonağı Allahdan əmanət bilin,
Çünki, duasının kəsəri vardır.
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arif haqqında

QALİB NURİ ARİF HAQQINDA

Qalib Nuri Arif (9.5.1970, Göyçay ş.) – şair, AYB-nin üzvü (2022).

Nuriyev 1976-84 illərdə Göyçay ş. 3 saylı beynəlmiləl orta məktəbində oxumuşdur. 1984 ildə 8-ci sinfi bitirərərk Göyçay 106 saylı Texniki Peşə Məktəbinə daxil olmuş, 1987 ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək imtahan vermədən Bakı Neft və Kimya Texnikumuna qəbul olmuşdur. 1988-91 illərdə hərbi xidmətdə olmuşdur. 1992 ildə AZNKİ-yə daxil olmuş, 1997 ildə ali təhsilini başa vurmuşdur. İlk şeiri 1984 ildə “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. 1985-90 illərdə “Yeni həyat” qəzetində şeirlərlə çıxış etmişdir. İlk kitabı olan “Atamın nəsihəti” 2004 ildə işıq üzü görmüşdür. 2012 ildə “Qızılgülün sirri” və “Xan qızı Natəvan” adlı əsərləri kitab halında nəşr olunmuşdur. 2022 ildə “Xan qızı Natəvan” əsərinin yenidən işlənmiş variantı və “Hikmət güzgüsü” kitabı çap olunmuşdur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru