Qalib Nuri Arif – Qonaq.

QONAQ

Qonağın izində xeyir, bərəkət,
Dilində lətafət, sözü zərafət.
Üzündə Xızırdan sevinc əmanət,
Belində ALLAHın möhürü vardır.

Qonaq qonduğu yer nurdan ağarar,
Adında İlahi məna, hikmət var.
Qonağın dayağı YARADAN olar,
Başının üstündə çətiri vardır.

Qonaq olan evdə gözəllik olar,
Süfrə səxavətlə dolu açılar.
Qonağın ruhunda şəfəq var, nur var,
Libasında cənnət ətiri vardır.

Mələklər himayə edir qonağı,
Qonaq nurlandırır evi, ocağı.
Zülmət könüllərin olar çırağı,
Qəlbində sevginin sehiri vardır.

Adı ALLAH ilə qoşa çəkilir,
Ruzisi özündən irəli gəlir.
Kim ki, qonağını müqəddəs bilir,
O, kəsin cənnətdə öz yeri vardır.

Süfrəsi boş olmaz qonaq sevənin,
ALLAHın qonağa lütfüdür yəqin.
Qonağı Allahdan əmanət bilin,
Çünki, duasının kəsəri vardır.
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir