
KLASSİK MƏTBUAT SƏHİFƏLƏRİNDƏN:
İRƏVAN XƏBƏRLƏRİ
I
Bayram günlərində Kəndirbaz tamaşalarında rövzəpəz molla Yusif bacısının talaqı verildikdən öz qaynından kəbin pulunu almaq istəyib, qaynı isə haqqına dəğəl olmadığı üçün yanında nağd pul olmayıb, kəbin hesabını ağ qarın üstə yazdırıb, yayın orta ayında o hesabı əda etməyə söz verdi. Amma kəbinin üstündə yazılmış xəncəri nağd edib, fövrən mollanın çiyninə yüklədi.
Şayiat var ki, molla Yusif bundan belə övrət mərsiyələrində bir az imamların müsibətindən deyəndə bir-iki ağız da öz müsibətindən deyəcəkdir.
II
Sport
Keçəçi Müslüm bacısını boşatmaq üçün öz qaynı ilə xəncərləşmə sportuna çıxıb. Hər iki pəhləvani-namdar al-qana qəltan olub, tamaşaçıları məmnun etdilər.
III
Böyük çayın üstə bir mədənçi oğlu öz yeznəsi ki, bunun evinin qabağından yolu varmış, ona bir ehtiram göstərmək üçün istəyirmiş ki, o yola bir məxmər payəndaz salsın. İstilaəti təvil olmağa görə bir dəst qırmızı və bir dəst ağ xalat geydirib, qəbristan səfərinə yola saldı ki, daha nə gözü görsün, nə də xəcalət çəksin.
Hökumət nəzərində hüsni-təsir buraxdığı üçün buna həbsdə yeyib-yatmaq pensiyası qərar edilmişdir.
IV
Şayiat var ki, İrəvan ürəfalarından birinə Buxara bəççəbazlarından bir şəcərə göndəriləcək. O şəcərənin üzərində yazılacaq:
Astafiyovski küçədə papağını itirən səhih ün nəsəb uşaqbaz.
V
Opravada müsəlman qlasniləri nəhayət dərəcədə fəaliyyət göstəririlər. Belə ki, müsəlman küçələrini təmizlətməyə elə qərar qoyublar ki, əgər birinin əlindən bal tökülsə, yalaya bilsin. Ələlxüsus Tsarski küçədə müsəlman ünas (qadın) məktəbi xatirəsi və məktəbin müəlliməsinin gecələr bulvar səyahətindən sonra dərə-təpədən qurtarıb, qaranlıqda evinə aparmaq zəhmətindən xilas etmək üçün küçəni ciddiyyətlə təmizləyib və işıqlandırmağa hamıdan çox təlaş edirlər.
Allah qlasnilərdən razı olsun.
Çəkic
Ləklək, 21 Aprel 1914.
Məlumatı hazırladı: Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında