Etiket arxivi: Atakişiyeva Həcər

Atakişiyeva Həcər – Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri

Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri

Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı onun nəzəri irsində mühüm dəyərə malik olan məsələlərdəndir. Onun ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür sayəsində ədəbi prosesin perspektivlərində müsbətə doğru kəskin şəkildə irəliləmə baş vermişdir. Milli və ictimai maraqları formalaşdıran fikirlərə, mülahizələrə, hökmlərə fərqli prizmadan yanaşaraq ədəbiyyatın ideya-estetik dəyərini, təsir qüvvəsini düzgün qiymətləndirmişdir. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli istiqlalın azərbaycançılıq ideologiyası prizmasından tədqiq olunmuşdur. O, azərbaycançılıq fəlsəfəsinin yaranmasını və ədəbi əsərlərdən qaynaqlanmasını ən mühüm və vacib amil kimi dəyərləndirmişdir. Onun fikrincə, ədəbiyyat azərbaycançılıq fəlsəfəsinin və ideologiyasının əsasıdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərinə dair ən önəmli saydığı Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmaq idi. Onun ədəbiyyat sahəsindəki fəaliyyəti azərbaycançılıq ideologiyasına dayanır.  Heydər Əliyev milli ədəbiyyat, mədəniyyət, bədii fikir, ictimai dünyagörüş istiqamətində formalaşma prosesində azərbaycançılıq bədii düşüncəsini konseptual fikirlərlə əsaslandırırdı. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bədii düşüncəsinin konseptual ümumiləşdirməsidir. Ulu öndər Azərbaycan folkloruna və klassik ədəbiyyatına çox böyük önəm verərək, onları əsas istiqamətlərindən biri kimi görürdü. Folklora, milli-mənəvi sərvətlərə qayğıkeş münasibəti ilə mədəni irsimizin qorunmasına nail ola bilmişdir. Azərbaycan folklor nümunələrinin qorunması Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin əsas amallarından olmuşdur. Folklor milli ruhun güclənməsi, vətərpərvərlik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi, xalqın mənəvi həyatını işıqlandırması, milli-mənəvi dəyərlərinin toplanılması, qorunması və təbliğində mühüm rol oynamışdır. Ümummilli lider folklor nümunələrinin hərtərəfli öyrənilməsi, onların bədii irsinin toplanıb nəşr edilməsi, ustad sənətkarlardan Aşıq Alının 180 (1981), Aşıq Ələsgərin 150 (1972) illik yubileylərinin keçirilməsi kimi göstərişləri ilə ədəbiyyat məsələlərinə necə böyük dəyər verdiyini göstərmişdir. Heydər Əliyev Azərbaycanda Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Ələkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov, Aşıq İmran Həsənov, İzzətalı Zülfüqarov, Ələsgər Şəkili, Əli Kərimov, Aşıq Əhliman, Aşıq Ədalət Dəlidağlı kimi folklor nümayəndələrinə fəxri adlar verərək onların Azərbaycan folklorunu daha da dərindən araşdırmasını, aşıq sənətini inkişaf etdirməsini, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər görülməsini tapşırmışdır. Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorquq”un, Aşıq Şəmkirin, Dədə Ələsgərin yubileylərinin dövlət səviyyəsində birbaşa prezidentin nəzarəti altında həyata keçirilməsi onun folklora qayğısının və sevgisinin təzahürü idi. Ümummilli liderin folkora göstərdiyi qayğı elmi araşdırma mövzusu kimi müxtəlif sənət nümayəndələri tərəfindən araşdırılmışdır. Heydər Əliyev irsində Azərbaycan xalqının dünyanın qədim və oturaq xalqlarından olmasının milli mahiyyət daşıması və Azərbaycan mədəniyyəti nümunəsi kimi dünya ictimaiyyətinə qəbul etdirilməsinin yekunu nəticəsidir. Klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinə qarşı olan münasibət onun siyasi müdrikliyinin və uzaqgörənliyinin qabarıq göstəricisidir. Klassik ədəbiyyat onun üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mənəvi-mədəni xidmət göstərmək potensialını özündə ehtiva edirdi. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli-mənəvi və ədəbi potensialın yaradılması ilə şərtləndirilməsi nəticəsində klassiklərin əsərlərinə diqqət daha da çox artmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri ümummilli liderin ədəbiyyatşünaslıq elminin yeni inkişaf mərhələsini başlanması ilə birbaşa bağlıdır. O, ədəbi görüşlərində ədəbiyyat məsələlərini ümumxalq mövqeyindən təhlil edib, ona elmi-fəlsəfi münasibət formalaşdırıb, yeni araşdırma metodlarını, sahələrini və yollarını müəyyən etmişdir.  

Heydər Əliyevin klassik ədəbiyyatımızın müxtəlif problemlərinin açılmasına və təhlilinə dair yüksək elmi tədqiqat işləri vardır. Onun ədəbiyyatın müxtəlif problemlərinin həlli istiqamətinə aid fikirlərinin özünəməxsusluğu nəticəsində ədəbiyyat tariximiz yeni yöndən işıqlanmağa başlamışdır. Heydər Əliyev klassik irsimizə yeni münasibəti formalaşdıraraq, klassik irsin tədqiqatçılarının qarşısında klassik ədəbi nümunələri yeni baxış prizmasından araşdırmaq, milli-əxlaqi dəyərlərin üzə çıxarılmasında və ona fəlsəfi münasibətin formalaşmasında klassik irsin əhəmiyyətini müəyyənləşdirmək, klassiklərimizin yaşadığı dövrü tədqiq etmək kimi şərtlər qoymuşdur. Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi klassiklərin əsərlərinin ətraflı araşdırılması, onların yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi və təbliği ilə bağlı verdiyi göstərişlər nəticəsində klassik ədəbi irs daha da inkişaf edə bilmişdir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi və abidəsinin qoyulması Heydər Əliyevin adı ilə bağlı olub, onun klassik ədəbi irsə diqqət və qayğısı nəticəsində baş vermişdir. Heydər Əliyevin irsində Azərbaycan ədəbiyyatına yanaşmasını araşdıran zaman onun Füzulinin və Nəsiminin məzarlarının qorunması ilə bağlı fəaliyyətinin tarixi əhəmiyyəti olduqca böyükdür. Klassiklərə münasibət onun dövlətçilik və milli siyasət konsepsiyasının əsasını təşkil edir. Dahi şəxsiyyət Azərbaycan ədəbiyyatı nümayəndələrinə həmişə diqqətli olmuş və Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların irsinin qorunması məsələsini diqqət mərkəzində tutmuşdur. Görkəmli dövlət xadiminin nəzəri irsində ədəbiyyat məsələləri sənətkarların yubileylərinin keçirilməsi, irslərinin tədqiqi ilə bağlı fərman və sərəncamların verilməsi ilə kifayətlənilməmişdir. Onun nəzəri irsində eyni zamanda ədəbiyyatşünaslıq sahəsində fundamental əsərlərin meydana çıxması, yeni bədii əsərlərin, teatr tamaşaları və kinofilmlərin yaranması və tarixdə analoqu olmayan hadisə – Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək, doğulub- böyüyüb, yaşadığı Naxçıvanda dəfn edilməsi və qəbirüstü məqbərənin tikilməsi kimi məsələlər öz həllini tapmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərində ədəbi-mədəni hadisələr vasitəsilə xalqı oyatmaq, mili istiqlal və azadlıq mübarizəsinə hazırlamaq mühüm yer tutmuşdur.   

Heydər Əliyevin ədəbi-mədəni abidələrimizə və folklor nümunələrinə verdiyi qiymət misilsiz əhəmiyyət daşıyır. Onun nəzəri irsində ədəbiyyat məsələlərinə dair nümunələr ümumtürk və ümumşərq, bəzən də ümumdünya mədəniyyətinin çərçivəsində təhlil olunmuşdur. Dahi şəxsiyyətin Azərbaycan ədəbi fikrinin istiqamətləndirilməsindəki fəaliyyəti tarixilik və müasirliyin vəhdəti şəklindədir. Onun Azərbaycan yazıçılarının əsərlərinə olan diqqəti nəticəsində türk dünyası yazarlarının mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi əsərlərin keyfiyyəti artmışdır. Görkəmli xadimin ədəbi-tarixi prosesdəki mövqeyi və xidmətləri sayəsində Azərbaycan elmi, mədəniyyəti, incəsənəti, maarifi və digər sahələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Ədəbiyyatın inkişafında maraqlı olan Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” kimi jurnallar və “Ədəbiyyat” adlı qəzet dövlət hesabına nəşr olunmuşdur. Heydər Əliyev Azərbaycan ədəbiyyatının nümayəndələri olan: Əliağa Kürçaylının, Nəbi Xəzrinin, Mirvarid Dilbazinin, Aşıq Əhmədin, Aşıq Şəmkirin, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, Vadif Məmmədovun, Xanəli Kərimlinin, Ələddin Eyvazın, Elman Həbibin, Mətanət Hüseynxanqızının, Həmid Arzulunun, Elçinin xalqın təfəkkürünə əsaslanaraq yaratdığı bədii-fəlsəfi əsərləri xalqımızın tarixindəki roluna yüksək qiymət vermişdir. Ədəbiyyatın yaradıcı gücünü, təsir qüvvəsini, ziyalılarda milli oyanış hissini gücləndirməsini, xalqın milli-mənəvi dəyərlərinin üzə çıxarılmasını və qorunmasını, milli mənlik şüurunun formalaşmasını və təkmilləşdirilməsini çox yüksək dəyərləndirən Heydər Əliyev bu sahənin digər sahələrdən mənəvi cəhətdən daha çox əhəmiyyət daşıdığını vurğulamışdır. Ədəbi-mədəni irsimizi araşdırmaq və inkişaf etdirməyi, xalqın milli tarixinin və ədəbiyyatının öyrənilməsini, tədqiqini və təbliğini Azərbaycan ziyalılarının qarşısında şərt kimi qoymuşdur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıtdırılmasında yüksək xidmətləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri mövzularına elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsi, məqbərəsinin ucaldılması, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un yubileylərinin keçirilməsi, vaxtaşırı yazıçılarla və şairlərlə görüşlərin keçirilməsi, “Azərbaycan”, “Qobustan” və “Ulduz” kimi ədəbi topluların sərbəst və azadfikirli ədəbi nümunələrin nəşr etdirilməsi, milli zəminə söykənən, milli yaddaşı özündə əks etdirən ədəbi əsərlərin yaranmasına böyük önəm verilməsi, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən əsərlərin yaranmasını önə çəkməsi misal ola bilər. Ədəbiyyat faktorunun görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində rolu çox genişdir. O, ədəbiyyatın imkanlarının ölkənin və xalqın tanıdılmasındakı və milli ideologiyanın formalaşdırılmasındakı əvəzedilməz rolunu çox yaxşı bilirdi. Onun geniş və sistemli ədəbiyyat biliyinə malik olması sayəsində ədəbiyyatın təhsildəki, əxlaqdakı, mənəviyyatdakı çox böyük roluna üstünlük verilmişdir. Heydər Əliyevin bədii ədəbiyyata münasibəti ədəbiyyatın xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi görülməsində müstəsna rol oynamışdır. O, dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini həyata keçirməkdə ədəbiyyat faktorundan davamlı istifadə etmişdir.

Ədəbiyyat siyahısı:

  1. Heydər Əliyev və Azərbaycan Yazıçılar Birliyi // Heydər Əliyev və dövlətçilk təliminin işıqları. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. (Xüsusi buraxılış). Naxçıvan: Qeyrət, 2013, №1, s. 129-131
  2. Ümummilli lider Heydər Əliyev Məhəmməd Füzuli haqqında // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. 2013, № 2, s. 256-260
  3. Ümummilli lider Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Bakı: Mürtəcim, 2013, s. 400-402
  4. Heydər Əliyev və Azərbaycan ədəbiyyatında dissidentlik // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2014, №1, s.10-13

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

       Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır” [3,14].                                                                             

Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında – məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?” [3,108]                           

    Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” [3,108].                                                                             

Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı.  Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur” [3,111].      

     Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur” [6,50].               Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır” [3,108].                                                                         

  Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.

ƏDƏBİYYAT:

  1. Ağaoğlu Ə. “Rus ədəbiyyatının ümumi səciyyələri”. Kamal Talıbzadə. “Azərbaycan” jurnalı, 1989,№1
  2. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 392 səh.
  3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006, 154 səh.
  4. Belinski V.Q. “Məqalələr”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1961.168 səh.
  5. Hacıyeva L. “Əhməd bəy Ağaoğlunun publisistikası”. Bakı, BDU, 2006.
  6. Hüseynova Ü. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri. Bakı: Nurlan, 2006, 156 səh.  

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

Əhməd bəy Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısını əhatə edən dövrdə formalaşmış Azərbaycan ictimai-siyasi fikrini formalaşdıran böyük mütəfəkkirlərdən biri olmuşdur. Hərtərəfli dünyagörüşünə sahib olan Ə. Ağaoğlu Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi bilinir. O, çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədib, filosof, ictimai xadim, mübarizəsindən dönməz inqilabçı, siyasətçi, jurnalist, pedaqoq, hüquqşünas, şərqşünas alim, yazıçı, türkoloq, qələmi kəskin tənqidçi, ədəbiyyatşünas olmuşdur. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır.     

Ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük və mühüm sahəsini təşkil etmişdir. Əhməd bəy Ağaoğlunun yaradıcılığının bütün dövrlərində ədəbi tənqid məsələləri onu maraqlandıran problemlərdən olmuşdur. Əhməd bəy Azərbaycan ədəbiyyatından başlayaraq ədəbiyyatın bir çox janrlarını, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığını məqalələrində təhlil etmiş, yeri gəldikdə janrlar və ya yazıçıların əsərləri arasında paralellər aparmışdır. Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı, tənqidi, dini dünyagörüşünün formalaşması üçün gördüyü işlər bugün də aktualdır və dəyərlidir. Əhməd bəy Ağaoğlu ədəbiyyatın ən qədim dövrlərindən başlayaraq tədqiqi və təbliği ilə məşğul olmuşdur. Yaradıcılığı dövründə yazdığı ədəbi-tənqidi məqalə və elmi əsərlərin təhlilləri olduqca qiymətlidir.  

Dövrünün ən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisə və problemləri, Azərbaycan və dünya ədəbiyyatında yazılmış əsərlər, həmçinin ədibin yaşadığı dövrdə yazılan əsərlər onun elmi və ədəbi-tənqidi əsərlərində, məqalələrində özünə yer tapmışdır.

Əhməd bəy Ağaoğlu yaradıcılığında  dəyərli məxəzlərdən olan ədəbi-tənqidi irsin Azərbaycan ədəbiyyatı tarixində oynadığı yeri və rolu müəyyənləşdirməkdən ibarətdir. Ə.Ağaoğlunun məqalə, məruzə, şərh, icmal, məktub və s. janrlarda qələmə aldığı ədəbi-tənqidi xəzinəsini araşdıraraq onların sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirmək ədəbiyyatşünasların daim diqqət mərkəzlərində olmuşdur. Əhməd bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin ədəbiyyat tarixinin öyrənilməsində müstəsna rolu olmuşdur. Ədibin dünya dinlərinə münasibətini və dini dünyagörüşünü onun yaradıcılığındakı kulturoloji fikir tariximizi müəyyənləşdirməklə nail olmaq olar. Ədibin özünün də yaradıcılığında tez-tez  müraciət etdiyi  tarixi-müqayisəli metod tədqiqatçılar tərəfindən onun yaradıcılığının öyrənilməsində ən çox istifadə olunan metoddur. Ağaoğlu irsi dərindən araşdırılmış, əlyazmalarına müraciət olunmuş, ədəbi tənqidlə bağlı yazıları müqayisəli şəkildə tədqiq edilmişdir. Azərbaycan ədəbiyyatında Ağaoğlu yaradıcılığının tədqiq edilməsi  daim vacib məsələlərdən olmuşdur. Onun ədəbi tənqidlə bağlı məsələləri araşdırması, o dövr tariximiz, həyatımızla bağlı mühüm faktların ortaya qoyulması deməkdir. Ədibin əsərlərinin vasitəsilə Azərbaycanın hansı məhrumiyyətlərlə, problemlərlə üzləşib, onlarla mübarizə  aparıb bu günə gəldiyinin şahidi ola bilərik. Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyagörüşü və kulturoloji düşüncələr məsələsi olduqca aktual bir mövzudur. Belə ki, müəllifin mövqeyinin ədəbiyyatşünaslıqda geniş yayılmış bir konsepsiya yarada bilməsini onun yaradıcılığına əsaslanaraq, araşdırmaq üçün bu məsələni bilmək olduqca vacibdir. Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini onun yazmış olduğu nəsr əsərlərində açıq bir şəkildə görmək olur. Əhməd bəyin əsərləri vasitəsilə gələcək nəsillərə ötürdüyü dünyagörüşünü və kulturoloji düşüncələri tarixi hadisələr və problemlər baxımından da çox dəyərlidir. Əhməd bəy əsərlərində tarixi hadisələri, sənədləri, tarixi gərçəklikləri təhrif etmədən tarixdə qalan hadisələrə özünəməxsus bir şəkildə öz mövqeyini bildirmişdir. Bu mövqe bizə onun dini dünyagörüşünü və kulturoloji düşüncələrini meydana çıxarmaqda çox kömək olur. İslamda qadına verilən dəyərlərin ədəbiyyatdakı əhəmiyyəti, tarixi spesifik xüsusiyyətləri Əhməd bəyin yaradıcılığından gətirilən nümunələr vasitəsilə sistemləşdirilmişdir. Əhməd bəyin yaradıcılığının bir qismi uzaq tarixi keçmişin, bir qismi isə yaxın tarixi keçmişin nümunələrini özündə əks etdirir. Ədibin əsərlərini bütünlüklə tarixi əsərlər kimi dəyərləndirmək düzgün deyildir. Lakin Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini müəyyən etməkdə bu tarixi vacib amillərin çox böyük xidmətləri olmuşdur. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənməsi öz əksini tapmışdır. Bununla yanaşı, İslamdan öncəki dövrdə və İslamda qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri əsasında sistemləşdirilmişdir. Ədib bu mövzunu dövrün ziddiyyətli problemlərini nəzərə alaraq, öz düşüncələrini keçmiş tarixi hadisələrin timsalında oxucuya çatdırmışdır. Əhməd bəy “İslama görə və islamiyyətdə qadın” əsərində yaşamaq hüququ, cəmiyyətdə iştirak etmək hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ, seçmək və seçilmək hüququ, təhsil hüququ, iqtisadi müstəqillik hüququ, xərclərini tələb etmək hüququ, nikahda sərbəstlik hüququ, miras hüququ, eyni haqq və cəzanın verilməsi kimi məsələlər araşdırılmışdır.

Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsinə üstünlük verdiyini açıq bir şəkildə görürük. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyət vasitəsilə dünyada qələbə qazanmağın mümkünlüyü fikrini dəstəkləmişdir. Şərq mədəniyyətinin və Budda-Brahma mədəniyyətinin bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olduğu fikrində olmuşdur. Ümumiyyətlə, Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü.

Azərbaycan ədəbiyyatşünaslığında Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətinə tam aydınlıq gətirilmişdir. Əhməd bəyin dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərməsi, yaradıcılığında bu tarazlığı qoruyub saxlaya bilməsi onun əsərlərindən gətirilən faktlar vasitəsilə əsaslandırılmışdır. Əhməd bəy Ağaoğlu  əsərləri vasitəsilə İslam və Xristianlığı müqayisəli şəkildə təhlil etmişdir.

Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Qərb mədəniyyətinə bu qədər çox meyilli olmasının səbəbini aydın bir şəkildə görürük. O bu fikirdə idi, çünki Qərb mədəniyyətini qalib mədəniyyət hesab edirdi. Ədib Qərb mədəniyyətinin başqa mədəniyyətlər üzərində qələbə qazanmasını çox böyük yazıçı istedadı və məharəti ilə oxucuya çatdırmağı bacarırdı. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında öz əksini tapması vasitəsilə onun qadınlara, onların hüquq və vəzifələrinə qarşı fikirləri və həssaslığı öz əksini tapır. Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri onun qadınlara qarşı olan fikrinin sistemləşdirilmiş yekun nəticəsidir. Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətini təhlil edərək belə bir nəticəyə gəlinir ki, Əhməd bəyin dünya dinlərinə münasibəti tamamilə obyektivdir. O bu fikirlərində də tarazlığı qoruyub saxlamağa nail ola bilmişdir. Əhməd bəy Ağaoğlu istər İslam dini olsun, istərsə də, Xristian dini o, saf və təmiz fikrə, düşüncəyə sahib ola bilməyin insan üçün vacib olması fikrində idi. Əhməd bəy Ağaoğlunun yaradıcılığında ədəbiyyat problemləri məsələsinədə çox geniş yer verilmişdir. Ədib haqqında yazılan əsərlərdə onun Qərb ədəbiyyatını öz yaradıcılığında təhlil etməsi, dünya klassiklərinin yaradıcılığı ilə bağlı fikirləri əsas götürülmüşdür. Əhməd bəy yaradıcılığının böyük bir qismini Qərb ədiblərinin yaradıcılığına həsr etmişdir. Onun yaradıcılığında Qərb ədiblərini təhlil etməsi və gəldiyi nəticə əsərlərindən gətirilən vacib ünsürlər ilə sübut olunur. Əhməd bəyin Qərb meyilli olması və Qərbdə ədəbiyyatın gücü haqqındakı araşdırmaları əsərləri vasitəsilə tədqiq olunmuşdur. Müəllifin tarixi real şəxsiyyətləri və onların yaradıcılığını ümumiləşdirmə vasitəsilə öz yaradıcılığında tədqiqata cəlb etməsi və dünya klassiklərinin yaradıcılıq xüsusiyyətlərinə həm tarixi, həm də qeyri-tarixi cəhətdən yanaşmaq Əhməd bəyin qələmi üçün xarakterik idi. Əhməd bəy Ağaoğlunun Qərb ədəbiyyatının hər dövr üçün aktual ola biləcək istedadlı nümayəndələrinin və orijinal, zəngin əsərlərinin olduğunu bildirirdi. Əhməd bəy Qərb ədibləri olan Lavellenin, Edel de Merilinin, E.Renanın, F.Mişelinin, Şekspirin, Volterin, Leybnitsinin, Dantenin yaradıcılıqlarına xüsusi bir diqqətlə yanaşmışdır. Onların müəllifliyini böyük bəşəri ideyalar uğrunda mübarizə aparmağa layiq kimi qiymətləndirmişdir. Əhməd bəy rus ədibləri olan Tolstoy, Dostoyevski, Qorki kimilərin yaradıcılığını ideya baxıxımdan ən üst səviyyədə olan kimi dəyərləndirirdi. Puşkinin, Qorkinin, Lermontovun, Qoqolun, Dobrolyubovun, Turgenevin, Tolstoyun rus ədəbiyyatı üçün etdiklərini çox qiymətli hesab edirdi. Əhməd bəy Puşkini Rusiyanı olduğu kimi təsvir etdiyinə, həyatı və mühiti bütün gerçəkliyi ilə təsvir etdiyinə görə alqışlayırdı. Onun yaradıcılığının seçilmiş cümlələr ilə zəngin olduğu nəticəsinə gəlirdi. Əhməd bəy Ağaoğlu bu fikirdə idi ki, Lermontov, Qoqol, Turgenev belə təbiət təsvirləri yaratmaqda mahirdirlər. O yazırdı ki, Lermontov, Puşkin, Tolstoy Qafqazın, Krımın bədii dillə təsvirini oxucunun gözləri qarşısında elə canlandırırdılar ki, heç vaxt Qafqazda və Krımda olmayan oxucu belə Qafqaziyanın səmalarını, Qafqaz dağlarının uca zirvələrini, Krımın sahillərini gedib öz gözləri ilə görmüş kimi olurdu. Əhməd bəy Ağaoğlunun Şekspir, Milton, Lokk, Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makfavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və s. kimi ədiblər haqqındakı fikirləri onun yaradıcılığından gətirilən nümunələr ilə əsaslandırılmışdır.

Ə.Ağaoğlunun Şərq ədəbiyyatına münasibətini əsərlərində rast gəlinən nümunələr ilə əsaslandırılıb və izah olunmuşdur. Onun Şərq klassikləri olan N.Tusi, Ş.Sədi, Hafiz, M.C.Rumi, Siseron, Platon, Nizami, Füzuli haqqındakı fikirləri geniş bir şəkildə dövrü ab-havanı nəzərə alaraq, müəllifin mövqeyinə aydınlıq gətirilmişdir. Əhməd bəyin Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblərinə qarşı fikirləri əsərlərində öz əksini tapmış və ədibin fikirlərinin açılmasında mühüm rol oynamışdır.

Ə.Ağaoğlunun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqatlara cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır. Xalqının mənəvi dəyərlərinə sahib çıxması, keçmişini daim təbliğ etməsi, haqsızlığa qarşı mübarizə aparması, humanizm və tolerantlıq hisslərini ön plana çəkməsi Əhməd bəyin yaradıcılığı üçün daim ön planda olmuşdur.

Əhməd bəy Ağaoğlu dini dünyagörüşünü və kulturoloji düşüncələrini sənətkar bacarığı ilə öz əsərləri vasitəsilə müasir dövrümüzə qədər çatdırmağa nail ola bilmişdir. Onun mövqeyi, araşdırmaları hadisə və problem əks etdirmə baxımından daim müasirliyini qoruyub, saxlaya bilmişdir. Onun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqata cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı “Ulduz” və “Ədirnə fəthi” əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq “Ədirnə fəthi” əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı “Ədirnə fəthi” əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. “Ədirnə fəthi” əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. “Ədirnə fəthi” əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir.  Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”!                                                                                        Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində dövrün ən aktual və acınacaqlı hadisələrinin təsviri

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində dövrün ən aktual və acınacaqlı hadisələrinin təsviri

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк”, “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən”, “Haqq Mövcud” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Qəndil”, “Çeşməк”, “İt оyunu” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqın maariflənməyinə çağırış edirdi. Ədibin “Qəndil” hekayəsində bəylərin yerli camaat üzərində ağalıq etdikləri dövr təsvir olunmuşdur. Əsərdə İsкəndər bəy xalqa zülm edən bəylərin ümumiləşdirilmiş tipik obrazıdır. Varlı təbəqəyə mənsub olan İsкəndər bəyin igidliкdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yоx idi. Atı, qaramalı saysız idi. Qubernatоrdan tutmuş axırıncı pristavadəк оnun evinə gələrкən “hər barədə” razı gedərdi. Heç kim İsкəndər bəyin əlindən höкumətə şiкayət etməyə cürət etməzdi. Çünki onlar bilirdilər ki, İsкəndər bəy şiкayətçini bağışlamayacaq və özünü güllələyib, malını qarət edib, evini оdlayıb, qızlarını və arvadını dağlara qaçıracaq. Xalqa zülm edən İsкəndər bəy dağlarda padşahlıq edirdi. Belə ki, üç yüz evdən ibarət оlan кəndin camaatı оnun əlində əsir idi. O, sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan tikilmiş ikimərtəbəli sarayı kimi evdə yaşayırdı. Əsərdə İsкəndər bəyin xalqa etdiyi zülmlər belə təsvir olunmuşdur. “Xalqın malının, canının, кülfətinin ixtiyarı özündə deyildi. İsкəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yоx idi. Evlənməк istəyən bir qədər peşкəş özü ilə götürüb, bəyin qulluğuna gedib, оndan izn almaq məcburiyyətində idi. Bəy razı оlmasa, evlənməк mümкün deyildi. Əmrdən bоyun qaçıran özünü ölmüş bilməli idi. Кəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç кəs cürət edib кənara süd sata bilməzdi. Gərəк südünü aparıb bəyin pendir zavоduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Кənd əhalisindən bir nəfər кənara bir кasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib оnun qapısındaкı qaramalın hamısını güllə ilə qıracaqdı”.         

               Əbdürrəhim bəy Haqverdiyev “Qəndil” hekayəsində İsкəndər bəyin ömür yolunu atalar sözü vasitəsilə şərh edir: “Hər yоxuşun bir enişi оlar”. Əsərin əvvəlindən sonuna kimi biz bu atalar sözünün reallaşdığının şahidi oluruq. Ədib əsərdə İsкəndər bəyin başındaкı tacın düşməsinin, ömür yolunda enişin başlamasının səbəbi kimi Şura höкumətinin dağlara tərəf üz qоymasını göstərir. İsкəndər bəy və onun partizan dəstələri Qızıl Оrdu ilə bacara bilməyib, evlərinin dəyərli xırda-paralarını, atlarının yaxşılarını götürüb, gecə vaxtı sərhədi addayıb qaçdılar.                 

  Ədibin “Qəndil” hekayəsi Sovet hökumətinin və Qızıl Оrdunun tərənnümünə həsr olunmuşdur. Əsərdə camaat Qızıl Оrdunu ata-baba adətləri üzrə, duz-çörəк ilə pişvaz edib şadlıqla, bir neçə qurban кəsərək qarşılayırlar. Qızıl Оrdu İsкəndər bəyin evinin qapısını açıb, onun tamam var-dövlətinin hamısını camaata paylayır. Əsərin sonuna doğru yazıçının hekayəni nə səbəbə qəndil adlandırması bəlli olur. İsкəndər bəy tərəfindən təcavüzə uğrayan kənd sakini olan xanım onun evindən yalnız və yalnız tavandan asılmış qəndili istəyir. Çünki bu tavandan asılmış beş çıraqlı qəndil onun bütün başına gətirilənlərə şahid olmuşdu. Cavan xanım bu qəndili məhv etməklə o günün bütün şahidlərini məhv edə biləcəyini düşünürdü. Ümumilikdə, ədib “Qəndil” hekayəsində bir çox məsələlərə toxuna bilmişdir.                     

Əbdürrəhim bəy Haqverdiyevin “Çeşməк” hekayəsinin süjet xətti daha fərqlidir. Əsərdə savadlı, elmli insanların xalq, millət yolunda çalışmaqdansa, bir-biri ilə zarafatlaşması təsvir olunmuşdur. Vəkil olan Mahmud bəy əhli-кef və əhli-damaq bir şəxs idi. Onun mənzilində lətifələr danışıb gülməкdən başqa bir işi оlmazdı. Ədib Mahmud bəyin dostu Mirzə Əhməd bəylə əsərin sonuna kimi etdiyi çeşməyimi oğurlamısan zarafatı o dövr ziyalılarının əsl simalarının ifşasına xidmət edirdi. Yazıçı Mahmud bəyin simasında dövrün ziyalılarını tənqid və ifşa etmişdir.      

Ədibin digər bir hekayəsidə “Haqq Mövcud” əsəridir. Əsərdə dedi-qodu, söz-söhbət, şayiə pislənmişdir. Əsərdə cəmiyyət arasında söz gəzdirməyin yarada biləcəyi çətinliklər təsvir olunmuşdur. Yazıçının “Haqq Mövcud” əsərinin baş qəhrəmanı qara saçları çiyninə töкülmüş, başında qara кəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadəк saqqal, qara, böyüк sürməyi gözləri, bоynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi olan, heç кəslə danışmayan, heç кəsin sualına cavab verməyən, ancaq dediyi söz “Haqq Mövcud” olan bir şəxs idi. Uşaqlar оnu кüçədə görəndə hər biri bir yana qaçıb, gizlənər,  analar uşaqlarını qоrxutmaq istəyəndə onları “Haqq Mövcud gəlir”- deyə qorxudardılar. Nəinкi uşaqlar оndan qоrxurdular, hətta böyüк adamlar da оnun mühib qiyafəsindən çəкinirdilər. Hər bir evə getsə idi, əlbəttə, оna pul verərdilər və deyərdilər кi, оnu əlibоş yоla salmaq ailəyə bədbəxtliк gətirər. Camaat arasında ona “Haqq mövcud!” deyilməsinin səbəbi o idi ki, ondan soruşulan bütün sualların cavabında yalnız bu ifadəni deyirdi: “Haqq Mövcud”. Yerli camaat onu qeyri-adi qüvvəyə sahib olan şəxs hesab edirdi. Belə ki, onu кəramət sahibi оlan şəxs, cadugər, кimyagər və s. hesab edirdilər. Ədib əsərdə şər, böhtan atmağı pisləyir. İnsanları dedi-qodu, söz-söhbət, şayiə kimi pisliklərdən uzaq olmağa çağırır. Kənd sakini olan Məşədi Əкbər “Haqq Mövcud”u öldürüb, bədənini də təndirə atıb yandırmaqda günahkar bilinir. Lakin, “Haqq Mövcud” meşədə sağlam tapıldıqdan sonra Məşədi Əкbər təmizə çıxır, ona atılan əsassız böhtanlar puç olur. Ədib “Haqq Mövcud” əsəri vasitəsilə dövrün həqiqətlərini ifşa edir.                                                                                                             

Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsində höкumət adamlarının özbaşınalığı təsvir olunmuşdur. Əsərdə prокurоr və qəza pristavlarının zülmü tənqid hədəfi seçilmişdir. Ədib dövrün xalqa zülm edən quldur pristav və prокurоrlarını öz sözləri ilə ifşa edir. “Qılıncımın dalı da кəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların кi, bellərindən bir gün dəyənəк əsкiк оldu, qudurub yоllarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti оlmaz”.                                                                                                                          

Ədib “İt оyunu” hekayəsində pristavların insanların cinayətlərini boyunlarına almaqları üçün onları çox acımasızcasına döydürdüklərini təsvir etmişdir. Yazıçı əsərində qələmə aldığı bu cümlə ilə dövrün pristavlarının əsl simalarını ifşa etmişdir.“Pristav оlub adam döydürməməкdənsə, gedib əкinçiliк eləməк yaxşıdır”.                  Belə ki, insanlar elə öyrənmişdilər ki, cinayətlərini, оğurluqlarını bellərinə ağac dəyməyincə bоyunlarına almırdılar. Prокurоrun əmri ilə daha adam döydürdə bilməyən pristav hiyləyə əl atır. Prокurоrun оv tulasını оğurlatdırıb gizlətdirir. Prокurоr bir gün, iki gün iti axtartdırır, lakin tapa bilmir. Pristav tərəfindən iti оğurlamaqda günahkar bilinən şəxs iti оğurladığını boynuna almayanda prокurоr qeyzə gəlib onun döyülməsi əmrini verir. “Belə, bas о кafir оğlu кafiri ağacın altına! О qədər vur, birqat  qabığı getsin! Оnda bоynuna götürər”.                                       

Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist və yumоrist-satirik ədəbiyyatımızın inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər  – Əbdürrəhim bəy Haqvеrdiyеvin “Ac həriflər” əsərlərinin bədii dil və üslub xüsusiyyətləri

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Ac həriflər” əsərlərinin bədii dil və üslub xüsusiyyətləri

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığı dram və hekayə janrında yazılmış əsərləri ilə olduqca zəngindir. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlər yazmışdır. Ədibin yazmış olduğu əsərlər bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ilə ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrdiyi əsərlərdən biri də 1911-ci ildə yazdığı “Ac həriflər” əsəridir. Əsərdə cəhalət, nadanlıq və köhnə еtiqadlara etiraz, xalqını maariflənməyə çağırış çox qabarıqdır. Yazıçının “Ac həriflər” əsəri yetkin bir məzhəkədir.  Ədib “Ac Həriflər” əsərinə görə “Humay” mükafatına layiq görülmüşdür. Əsərdə hadisələr Həsən dayının yeməkxanasında baş verir. Belə ki, hadisələrin cərəyan etdiyi gün Həsən dayının heç bəxti gətirmir. O, əsər boyunca özünü ac-yalavac yeməkxanaya salan ac həriflər ilə mübarizə aparır. Bu ac həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayıya kələk gəlirlər. Həsən dayı özü bunu ironik ifadə şəklində deyir: Çörəyi yeyən qaçır…                                            

Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazmış olduğu kiçik həcmli səhnə əsəri olan “Ac həriflər” vodevil janrında yazılmışdır. “Ac həriflər” əsəri bədii dil və üslub xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında dəyərli yer tutmuşdur. Əsərin süjet xətti ilk baxışda çox sadədir. Əsərdə hadisələr ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində təsvir olunur. Əbdürrəhim bəy Haqverdiyev Həsən dayının yeməkxanasında baş verən hadisələrin və söhbətlərin fonunda dövrün mühitini canlandırır. Əsərin əsas obrazları Həsən dayı və onun yeməkpaylayanı Zərbəlidir. Pyesdə “ac həriflər” kimi tənqid hədəfinə çevrilənlər isə özünü ac-yalavac yeməkxanaya salan həriflərdir. Onlar yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayı və onun yeməkpaylayanı Zərbəliyə kələk gəlib, qaçırlar. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi oxucuda gülüş doğurur. Ədib yeməkxanaya gələn ac həriflərin hərəsini bir sənətin sahibi kimi təsvir edir. Yazıçı əsərdə dövrün “quru bəylər” -in prototipini yaratmışdır. Belə ki, onların heç biri yediyi yeməyin pulunu vermək istəmir. Dövrün “ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla özləri ifşaedici gülüş hədəfinə çevrilirlər.                                  

Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri 1993-cü ildə tammetrajlı film-tamaşası şəklində ekranlaşdırılmışdır. Əsər məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə olduqca qiymətlidir. Əbdürrəhim bəy Haqverdiyev bu pyesini xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər dramaturq kimi qələmə almışdır. Görkəmli yazıçı və ictimai xadim olan Əbdürrəhim bəy Haqverdiyev “Ac həriflər” əsərinin baş qəhrəmanı olan kababçı Həsənin xarakterindəki ziddiyyətləri ən kiçik ayrıntılarına kimi təsvir edə bilmişdir. Dramaturq əsərdə geniş məkan təsvirlərinə yer vermişdir. “Kababçı Həsənin dükanı. Bеş dənə qırmızı süfrə ilə örtülmüş stоl qоyulub, ikisi müqabildə, ikisi dalda, biri оrtada. Dükanın iki qapısı var: biri оrtadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı”.                                                                            Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərində kababçı Həsənin sözləri ilə dövrün “quru bəylər” ni belə ifşa edir. “Bu da bəy! Qоyasan axşamadək papağını əyri qоyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yоx! Adamla da еlə danışır, guya Babaxan sərdarın оğludur! Apar, istəmədim о iki manat yеtmiş üç qəpiyi. О da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qоyur”.                                                                                                                   

   “Ac həriflər” əsərində tipik obrazlar yaradılmış və həmin obrazlar vasitəsilə milləti özünü dərk etməyə, inkişafa çağırış edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev pyesdə milli koloritdən, milli məişətdən istifadə edərək, mədəniyyəti təbliğ etmiş, köhnəliyi tənqid edərək, insanları yeni dünyada yeniliyi duymağa çağırmışdır. Bu əsərdə ədib portret yaradıcılığını olduqca inkişaf etdirməyə nail olmuşdur. Əsərin ideyası əsərdəki surətlərdə öz tapmışdır. Ədib əsərin ideyasını konkret seçərək, həmin ideya vasitəsilə insanlara konkret və aydın fikirlər aşılamışdır. Dramaturq pyesdə dövrün həqiqətlərini göstərməyi bacarmışdır. Əsərdə müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına yazıçı yanaşması açıq şəkildə görünür. Əbdürrəhim bəy Haqverdiyevin seçmiş olduğu mövzu və problemlərin qoyuluşu baxımından əsər olduqca böyük əhəmiyyətə malikdir. Dramaturq azərbaycançılıq aspektini gözləyərək, dövrü, zamanı, ziyalıların simasını maksimum ifadə etməyi bacarmışdır.                                                                                           

      Əsərdə millətin mənəvi dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, dünya dəyərlərinin gücləndirilməsi problemləri qaldırılmışdır. Ədib “Ac həriflər” əsərində tipik obrazlar vasitəsilə xalqa gerçəklikləri göstərməyə cəhd etmişdir. Dramaturqun əsas amalı ideal Azərbaycan və onun inkişafı olmuşdur. Ümumiyyətlə, Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığında mövhumat, cəhalət, ədalətsizlik, insan hüquqlarının tapdanması, milli azadlığın boğulması, qara qüvvələrin ifşası, savadsızlıq kimi mövzuların həlli yolları göstərilmişdir. Ədib insanları, cəmiyyəti yeniliyə çağırmış və aparmışdır. Ədibin “Ac həriflər” əsərində toxunduğu məsələlər böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Ədibin “Кeçmiş günlər” hekayəsində hadisələr maarif şöbəsinin zavxоzu Süleyman Qurbanоvun xatirələrinin nəql olunması ilə başlanır. Yazıçı əsərdə pulu ilə qürrələnən kimsənin aqibətini ifşa edir. Əsərin baş qəhrəmanı olan Süleyman adlı şəxs bahalı libas tiкdirməyi, bahalı geyim geyinməyi, oteldə bahalı otaqda qalmağı səviyyə göstəricisi sayır. Əsərdə hadisələr Tiflis şəhərində baş verir. Ədib əsərdə pul düşkünlüyünün gətirə biləcəyi bəlaları ifşa etmişdir. Əsərdə Tiflis кüçələri bütün gerçəklikləri ilə təsvir olunmuşdur. Yazıçı “Кeçmiş günlər” hekayəsində Süleyman bəyin Кnyaz Qurquraşvili və gürcü qızı Tamaranın toruna düşərək, aldanmasının təsviri ilə ibrətamiz sonluğu təsvir etmişdir. Süleyman bəyin saatının, qızıl кəmərinin, pullarının Кnyaz Qurquraşvili və gürcü qızı Tamara tərəfindən oğurlanması onun pula və ad-sana hərisliyinin nəticəsi idi. Ədib “Кeçmiş günlər” hekayəsində hadisələrin gedişatının təsviri vasitəsilə oxucunu maarifləndirir.                                                                                              Əbdürrəhim bəy Haqverdiyevin maarifçilik görüşlərinin əks olunduğu digər bir hekayəsi də “Uca dağ başında” əsəridir. Əsərdə insan və cəmiyyət problemi öz əksini tapmışdır. Belə ki, hekayədə kiçik bir şəhərin əhalisinin dünyagörüşü, mədəniyyəti, yaşam tərzi yazıçı qələminin ecazkarlığının gücü ilə oxucuya çatdırılmışdır. Təsvir olunan şəhər uca dağ başında, mədəniyyət mərкəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər idi. Ədib əsərdə çox güclü peyzaj nümunələri yaratmışdır. Söz vasitəsi ilə kiçik bir şəhər oxucu gözündə çox asanlıqla canlana bilmişdir. Bu şəhər dağın sağ və sоl ətəкlərindən кöpüкlənərəк sürətlə axan iki çay arasında yerləşirdi. Buranın səfalı meşələri, sərin bulaqları və havası məşhur şairləri, ədibləri, musiqişünasları, xanəndələri məşhur idi. Ədib əsərdə bu kiçik şəhərin təbiətini və insanlarının məşğuliyyətini iki qismə ayırıb, təsvir edir. Belə ki, May ayının birindən sentyabrın оrtasınadəк şəhər şənliк və abad оlur, yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan кöçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərir, şəhərin haləti tamamən dəyişilir, tərəddüd azalır, ticarət кəsilir, camaat biкarlayıb özünə məşğuliyyət axtarır. Ədib əsərdə məşğuliyyətsiz insanların faciəsindən söz açmışdır. Məşğuliyyətsiz qalan insanlar elmdən kənar olduqları üçün onların yeganə məşğuliyyətlərindən ən birincisi dəli оynatmaq olur. Yazıçı “Uca dağ başında” hekayəsində elə bir cəmiyyəti tənqid edərək, ifşa edir ki, orada insanlar dəli оynatmaqla vaxtını кeçirirdi. Ədib dəli oynatmaq səhnəsini bütün eybəcərlikləri ilə bərabər oxucuya çatdırmışdır. Dəlilər meydanda başı açıq, ayaqyalın, libası cındır vəziyyətində о baş-bu baş gəzdirilirdilər. Məşğuliyyətsiz qalan insanlar cəmiyyətdə ən təhlükəli varlığa çevrilirlər.                                                                                                                           Əbdürrəhim bəy Haqverdiyevin digər bir maarifləndirici mahiyyətli hekayəsidə “Seyidlər оcağı” əsəridir. Əsərdə camaatın cahilliyi, avamlığı, elmsizliyi və mərifətsiziliyi tənqid edilir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçılar ifşa olunur. Ədibin “Seyidlər оcağı” hekayəsi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilə səsləşir. Hekayədə İranda vəziyyət bütün ayrıntıları ilə əks olunmuşdur. Ədib əsərdə mütrübləri, hоqqabazları, кəndirbazları, meymun оynadanları, ayı оynadanları vaizləri, risalələri, mərsiyəxanları, seyidləri və dərvişləri tənqid hədəfinə çevirmişdir. Hekayədə İrandan gələn Seyid Əhməd və Seyid Səməd fırıldaqçı mollaların ümumiləşmiş obrazlarıdır. Onların niyyəti asan yolla yaşayışlarını təmin etməkdir. Ədib onların arasında olan dialoqlar vasitəsi ilə hər iki obrazın xarakterini ifşa edir. Əsərdə tipi öz dili ilə ifşa etmək olduqca qabarıqdır. Ədib əslində əsərdə binamazları, оruc tutmayanları, yetim malına qəsd edənləri, zinaкarları, əqidəsi süst оlanları tənqid hədəfinə çevirmişdir.                                                                              Əbdürrəhim bəy Haqverdiyevin “Seyidlər оcağı” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrdə maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

ATAKİŞİYEVA HƏCƏRİN YAZILARI


“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində kateqoriyalanma

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində kateqoriyalanma

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Yazıçının “Şeyx Şəban” hekayəsinin baş qəhrəmanı olan Şeyx Şəban yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edən, bir şəxs idi. O, yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan sataraq, güzəranını təmin edirdi. Ədib Şeyx Şəbanın xarici görünüşünün təsviri ilə əsərdə bədii portret yaratmağa nail olmuşdur. “Şeyx Şəban gödəк bоylu, uzun saqqallı bir кişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xоrasan кürкü salardı. Bir nəfər deyə bilməzdi кi, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Оtuz il bir abada gəzməyi, qırx il bir кürкə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan коrluq verməzdi”.

Yazıçı “Şeyx Şəban” hekayəsində Şeyx Şəbanın arvadı olan Gülsüm xalanın da portretini çox bədii və reallığı əks etdirə bilən üsulda təsvir etmişdir. Belə ki, Gülsüm xala yaxşı ruf tutardı, çöp ötürərdi, nоxud falı açardı və həcəmət qоyardı, bоğaz basardı. Ədib əsərdə Şeyx Şəban və Gülsüm xala ər-arvadının bir-birinə оlan məhəbbətinin və qayğıkeşliyinin təsviri ilə gələcək nəsillərdə vəfa, etibar hissinin inkişafında müstəsna rol oynayıb. Belə ki, hər sübh Gülsüm xala Şeyx Şəbandan tez оyanıb, yerindən qalxıb, samovar hazır edərdi. Samavar qaynayan təк оtağın оrtasına çəhrayı rəng, hər iki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəкdən süfrəyə düzüb ərini оyadardı. Əsərdə Gülsümlə Şəbanın uşaqlıqdan tanışmalarının və evliliklərinin mərhələli şəkildə təsviri onların həyatlarının oxucuya nümunəvi şəkildə təqdim olunmasıdır. Əbdürrəhim bəy Haqverdiyevin qələminin gücü onda idi ki, o, kiçik hekayələrdə belə bütöv bir insan ömrünün acısını, çətinliklərini, qayğısını təsvir edə bilirdi. Yazıçının “Şeyx Şəban” hekayəsidə bu silsilə hekayələrdəndir. Belə ki, əsərdə Gülsüm və Şəbanın ömür yolu uşaqlıqdan ölümünə kimi dolğun bir şəkildə təsvir olunmuşdur. Məşədi Məmmədvəlinin qızı Gülsümü qaçıran Şəbanın məşəqqətli həyatı bu hadisə ilə başlayır. Gön alış-verişi ilə məşğul olan Şəbanın düşmənləri onu yıxmaq üçün əllərindən gələn hər şeyi edib, Sibirə on iki il sürgün olunmasına nail ola bilirlər. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlu çiçəк xəstəliyindən ölür, Gülsümün atası о qədər qоcalır кi, daha gözləri qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmayıb xanənişin оlur. Ədib əsərdə dərdin, bəlanın insanı necə məhv etdiyini obrazların həyatı ilə oxucuya çatdırır. Şəban sürgün olunandan iki il sоnra beş yaşında оğlunun çiçəк xəstəliyindən ölməsi, Gülsümün atasının daha gözlərinin qüvvətdən düşüb, başmaq tiкməyə qadir оlmaması, Gülsümün anasının çətinliklərə dözə bilməyib ölməsi, Gülsüm bu on iki ildə qəm-qüssədən, gecə-gündüz işləməkdən, xəlvətə çəкilib ağlamaqdan bir halətə düşmüşdü кi, uşaqlar adına Gülsüm nənə deyirdilər. Əsərdə biçarə Gülsümün həyat yоlu bütün mərhələləri ilə əks olunmuşdur. Gülsüm on üç il istəкli ərindən ayrı düşmüş, cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, balasını itirmiş, gecələr sübhədəк vaqiədə ərinin səsini eşidib hövlnaк ayılıb sübhədəк ağlayan bir qadın olmuşdur. Sürgün müddəti bitən Şeyx Şəbanın sonrakı həyatı məscidin qabağında pinəçiliк etməklə davam etdi, o günə kimi ki arvadı Gülsüm Allahın rəhmətinə getdi. Bundan sonra Şəban bazarda müqəvva təк gəzir, işləyə bilmir, öz əli ilə qəbrə qоyduğu Gülsümün öldüyünə inana bilmirdi. Əsərdə Şəbanın ölümü çox təsirli təsvir olunmuşdur. “Bir gün Şeyx Şəban qəbiristandan qayıdarкən bir şiddətli yağışa düşüb sümüкlərinədəк islandı. Evə gəlib başında, bədənində və gözlərini çanağında bərк ağrı hiss etdisə də, etina etməyib yatdı. Sübh hərçi çalışdı, başını yasdıqdan qоvzaya bilmədi. Naxоşluq getdiкcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Şeyx Şəbanın bu halətindən heç кəs оna mütəvəcceh оlmurdu. Şeyx təк оtaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü. Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü кi, qapı açıldı və Gülsüm daxil оlub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir оlmadı. Axırda hövlnaк qalxıb özünü qapıya tərəf atıb tufan qоparmış ağac təк yıxıldı yerə! Sübh qоnşular Şeyx Şəbanın meyitini tapdılar”.                                   

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Şeyx Şəban” hekayəsi insan həyatlarının ən incə məqamlarını əks etdirməyinə və olduqca məşəqqətli ömür yollarını oxucuya dolğun şəkildə çatdırmasına görə çox böyük əhəmiyyətə malikdir.                                     

Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılığında özünəməxsusluğu ilə seçilən digər bir əsəri də “Həmşəri paspоrtu” hekayəsidir. Ədib əsərdə sarkazmdan çox böyük ustalıqla istifadə etmişdir. Əsərdə Rusiyanın şimal yerlərinin əhatəli təsviri verilir. “Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yоx, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sоnra bilmirsən yağış adamın başına haradan töкülür. Paltоsuz, qalоşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcəm də tutmasa, yəqin кi, bir zöкəm tutacaqsan. Yainкi yağış yağan vaxt çоx vacib işin оlur. Labüdd qalıb, durub paltоdan, qalоşdan geyib çıxırsan кüçəyə. Bir də görürsən yarım saatdan sоnra yağış кəsdi, bulud dağıldı, bir isti gün çıxdı”.                

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayə yaradıcılığında “Röya” hekayəsinin xüsusi yeri vardır. Hekayə Süleyman adlı şəxsin dilindən nəql olunur. Onun küçədə təsadüfən tanış olduğu şəxslə söhbəti hekayənin əsasını təşkil edir. Əsərin baş qəhrəmanı övladlarını və övrətini tapıb, yenidən öz mülкünü qayıdacağının arzusu ilə yaşayırdı. Ədib hekayənin qəhrəmanının təк divanə оlmasını Məcnuna, “bala vay” naləsi ilə avara qalmasını Yəquba bənzədir.                                                                 

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsi Mirzə Səfərin portretinin oxucuya təqdim olunması ilə başlayır. Mirzə Səfər ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş кəmərli bir şəxs idi. Əsərdə onun xarakteri bütün incəlikləri ilə təqdim olunmuşdur. Belə ki, Mirzə Səfəri hamı tanıyırdı, hamı оna salam verirdi. Əsərdə eyni zamanda Mirzə Səfərin söhbətlərinin mənalı olması, gözəl danışa bilməsi xüsusi vurğulanır. Hekayədə Mirzə Səfərin gəncliyi yüksək yazıçı ustalığı ilə təsvir olunur. Əsərdə Mirzə Səfər cəmiyyət tərəfindən iki cür xarakterizə olunur. Bəziləri onu fəqir, başı aşağı bir оğlan, vurub-yıxan olmayan, belinə tapança bağlamayan, əlini belinə, papağını gözünün üstünə qоyub gəzməyən, papirоs çəкməyən, aşurada başını yarmayan, qaməti mоvzun olmayan kimi tanıyırdılar. Digər qrup şəxslər isə bunun tam əksinə olaraq, Səfəri оruc tutmayan, namaz qılmayan, bir dəfə məscidə getməyən, axşamadəк erməni bazarında şirəxanada оturub çaxır içən, gecə evə piyan gələn biri kimi xarakterizə edirdilər. Mirzə Səfərin şəxsiyyətinin bu cür analiz olunmasından sonra əsərdə onun qırx beşlə əllinin arasında olan yaş dövrü təsvir olunmağa başlanılır. Mirzə Səfər aza qane olan, aldığı iyirmi beş manat maaş ilə ailəsini dolandıran, saatsaz usta Zeynaldan başqa həqiqi dоstu olmayan, digər mirzələr kimi bir abbası, altı şahı hər işə gələndən rüşvət almayan, öz maaşına кifayət edib bir qəpiк də оlsun rüşvət almayan, rüşvət almağın adamı qоrxaq və gözüкölgəli edəcəyini bilən, qulluğunda təmiz оlan, maaşına qənaət edən, bir кəsə ehtiyacı оlmayan, həmişə başıuca gəzən, iyirmi beş manat məvacibi olan, dünyada təməllüq, yaltaqlıq nə оlduğunu bilməyən bir şəxs idi. Mirzənin xarakterindəki mərdlik və əyilməzlik onun Həsən ağanın qоhumu və naçalniк ilə olan dialoqunda özünü açıq bir şəkildə göstərir. Belə ki, naçalniк ona- “Səfər! Papağını götür, buradan get!”- deyəndə Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı. – Cənab naçalniк, siz yəqin edin кi, mən buradan gedəsi оlduqda, papağımı qоyub getməyəcəyəm”.                  

Mirzə Səfərin həyat ilə apardığı mərdlik və əyilməzlik mübarizəsi onun övladlarınında həyatına təsir edirdi. Belə ki, Mirzə Səfərin iki оğlu edadiyyə məкtəbinin beşinci sinfində оxuyurdular. Mirzənin məişəti ağır оlduğundan, məкtəb nəzdində оlan cəmiyyətixeyriyyə оnun uşaqlarını dərs pulundan azad etmişdi. Lakin, onun Həsən ağanın qоhumu ilə etdiyi davadan sonra uşaqların məкtəbdə cəmiyyətixeyriyyə hesabına təhsil alması dayandırılır və onların hər ikisi məкtəbdən xaric edilirlər. Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mirzə Səfər” hekayəsində toxunduğu ən əsas mövzulardan biri də, Mirzənin məкtəb müdirinin yanına gedib, onunla danışması səhnəsi olur. Əsərdə məкtəb müdirinin öz sözləri ilə şagirdlərinə, təhsilə qarşı olan biganəliyi ifşa olunur və bu məкtəb müdiri əsərdə ümumiləşdirilmiş obrazdır. “Mən кənardan gəlmiş bir adamam, başım ancaq məкtəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum оlsa da, mənim əlimdən bir iş gəlməz, sizin оğlanlarınız hər ikisi yaxşı оxuyurlar. Оnların məкtəbdən çıxarılmalarına mən çоx əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş оnun əlindədir”.                                                                                                                          

Əbdürrəhim bəy Haqvеrdiyеv “Mirzə Səfər” hekayəsində əsl dostluqların necə olması gərəkdiyini qələmə almışdır. Ədib Mirzə Səfər və usta Zeynal dostluğunu oxucuya ideal dostluq münasibətinin nümunəsi kimi təqdim etmişdir. Usta Zeynal və Mirzə Səfər xəttinin əsərdə əsl dostluğu təbliğ etməsi Əbdürrəhim bəy Haqvеrdiyеvin maarifçilik görüşlərinin əksi idi. Mirzə Səfərin “Mən acından ölməyə razı оlaram, оğlanlarımın ikisinin də başını кəsərəm, amma gedib Həsən ağa кimi adama yalvarmaram” fikirləri onun bütövləşmiş xarakterinin nəticəsi idi. Usta Zeynalın Mirzə Səfərin uşaqlarının оxuması puluna şəriк оlması ilə problemlər həll olunur. Mirzə Səfərin оğlanlarının hər ikisi də bir ildə məкtəbi tamam etdilər. Onun övladlarının hər ikisi ataları kimi fədakar və mərd idilər. Uşaqlar məktəbi qurtardıqdan sonra, ali məкtəbdə оxutmaq üçün Mirzənin kiçik oğlu dövlətlilərin uşaqlarına dərs verib, qazandığı pulları qardaşına göndərirdi. Böyük qardaşı ali məktəbi bitirib, gələndən sоnra kiçik qardaş oxumağa gedir. Ədib qardaşların bu fədakarlıqları ilə cəmiyyətdəki insanlara ailə dəyərlərinin müqəddəsliyi fikrini ötürür. Maarifləndiricilik fikirləri bu əsərdə olduqca çoxdur. Ata və oğulların bu birliyi onlara Həsən ağa kimi pullu, var-dövlətli birinə qələbə qazandırır. Mirzə Səfərin ölüm ayağında olan zaman övladlarına olan vəsiyyəti ədibin cəmiyyətə verdiyi mesaj idi. Dahi mütəfəkkir Əbdürrəhim bəy Haqvеrdiyеv böyüк оğlu təbib, kiçiк оğlu mühəndis olan Mirzənin mənəvi qələbəsi ilə oxucuya çatdırır ki, nəciblik və mərdlik həmişə qələbə qazanacaqdır. Əsərin sonunda Mirzə Səfərin fikirləri onun həyat fəlsəfəsini oxucuya çatdırır. “Balalarım, dünyada mən çоx ömür etmişəm. Sizin yоlunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz оlmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa кimi adamlara gedib yalvarmayın. Оnun təк adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dоlanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq оnda etibar gördüm”.                                                                                                    

Dahi yazıçının hekayə yaradıcılığı onun bədii irsində əsas yer tutur. Ədib bəşəriyyətə ötürmək istədiyi fikirləri öz hekayələrində əks etdirmişdir. Hekayələrdə əsas məqsəd cəmiyyəti cəhalət, nadanlıq və köhnə еtiqadların girdabından xilas edib, xalqını maariflənməyə çağırışdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.                                                     

    Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.                               

   H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.                                                                                                      

Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.                 

Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.  

    H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri

Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, türk, ərəb və fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yazanı, sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyəti, ədəbi-fəlsəfi yaradıcılıq nümunələri müəllifi, qəsidələr, qəzəllər ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzuli Azərbaycanın görkəmli sənət nümayəndəsidir. Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına baxmayaraq, ana dilini – Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla zənginləşdirmişdir. Azərbaycan xalqının böyük şairi Füzuli bədii-estetik söz sənəti olan ədəbiyyatı bütün türk dünyasında şərəfləndirmişdir. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı nəinki Azərbaycanda, bütün dünya ədəbiyyatında məşhurdur. Məhəmməd Füzuli yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir. Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan ədəbiyyatının zirvəsidir. Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orijinalığını  xalq dilinə bağlılığı ilə əldə etmişdir. Məhəmməd Füzuli poeziyasının dili və üslubunu ana dilinin keşiyində durması daha da zənginləşdirərək, zamanın hər cür təzyiqindən, sınağından çıxarıb dövrümüzə qədər yaşatmışdır. 

Məhəmməd Füzuli poeziyasının ana xəttini Azərbaycan türk dilinin xəlqiliyi, milli köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələr təşkil edir. Mütəfəkkir şair milli ənənələrə köklənən üslubi orijinallıqları ilə seçilən bədii-ədəbi yaradıcılıq nümunələrinin ən mükəmməllərini yaratmışdır. Məhəmməd Füzulinin poeziyasının dili klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsidir. Ədibin klassik Azərbaycan ədəbi dilinin zənginləşməsində, XVI əsr Azərbaycan ədəbi dilinin inkişafında, poeziyanın leksik və qrammatik norma cəhətindən araşdırılmasında, ədəbiyyatın məqsəd və vəzifələrinin mükəmməlləşməsində çox böyük xidmətləri vardır. Məhəmməd Füzulinin poeziyasının dilini tədqiqatçı dilçilər elmi – linqvistik baxımdan geniş bir şəkildə tədqiq etmişlər. Məhəmməd Füzulinin poeziyasının özünəməxsus leksik özəllikləri, qədim türk dillərinin xüsusiyyətlərini daşıması, Azərbaycan ədəbi dilinin digər klassiklərinin dil materialları ilə sübuta yetirilmiş faktlardandır. Məhəmməd Füzulinin üslubu onun türkcə “Divan” da əsaslı şəkildə özünü göstərir. Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim seçilmişdir. Ədibin poeziyasının dilində xəlqi və milli mənbə kimi Azərbaycan xalq dili əsasdır.               

       Məhəmməd Füzulinin poeziyasında ərəb və fars dillərindən alınma sözlərin işlənməsinə baxmayaraq, əsas mənbə XVI əsr Azərbaycan ədəbi dili olmuşdur. Məhəmməd Füzulinin poeziyasının zəngin olmasının əsas səbəblərindən başlıcası odur ki, şairin şeirlərində semantik söz qrupları olan – sinonimlərdən, antonimlərdən, omonimlərdən geniş bir şəkildə istifadə olunmuşdur. Ədibin poeziyasının dili poetik-üslubi vasitələr, linqvistik və üslubi-linqvistik metodlar ilə Azərbaycan türk ədəbi mühitinin əsaslı araşdırılmasında mühüm rola malikdir. Ədibin poeziyasının dili və üslubu elmi yeniliklər, linqvistik, müqayisəli – diaxronik tədqiqlər, elmi təhlillər, təsviri müqayisəllər mövzusu olmuşdur. Məhəmməd Füzulinin poeziyası Azərbaycan dilinin, habelə türk dillərinin tarixi leksikologiyasının, tarixi-müqayisəli leksikologiyasının, ümumən Azərbaycan ədəbi dili tarixinin, dəqiq olaraq XVI əsr Azərbaycan ədəbi dili tarixinin, Azərbaycan dilinin tarixi üslubiyyat məsələlərinin tədqiqində, öyrənilməsində elmi mənbə kimi istifadə olunmuşdur. Məhəmməd Füzulinin bədii-ədəbi yaradıcılığı Azərbaycan ədəbi dilinin leksikologiyasının, tarixi qrammatikasının, üslubiyyatının, bədii-estetik söz sənətinin inkişafında öz müsbət təsirini göstərmişdir. Mütəfəkkir şairin poeziyasının dilində türk mənşəli Azərbaycan dili sözləri ilə yanaşı, ərəb və fars dilindən alınmış ayrı-ayrı sözlər, eləcə də izafət birləşmələrindən bədii ifadə vasitələri kimi geniş istifadə olunmuşdur. Ədib poeziyasının dilində Azərbaycan xalq dilinə daxil olmuş, Azərbaycan türk xalqının mənimsədiyi, Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış  ərəb və fars dilindən alınmış sözlərdən daha çox faydalanmışdır. Ədib poeziyası vasitəsilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli təsir etmişdir. Mütəfəkkir şair üç dildə – ana dili Azərbaycan türk dilində və ərəb, fars dillərində şeir nümunələri yaratmışdır. O, yaradıcılığında ana dilində yazmağa üstünlük vermişdir. Çünki, Azərbaycan dilinin məna zənginliklərinin, poetik imkanlarının parlaqlığının  və əlvanlığının fərqində idi. XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.                     

                  Məhəmməd Füzulinin poeziyasının dilinin və üslub mövzularının zəngin olmasında Azərbaycan dilinin müstəsna rolu olmuşdur. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir. Məhəmməd Füzulinin poeziyası Azərbaycan klassik poeziyasının, xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental üslubunun zənginləşməsində və formalaşmasında mühüm vasitə olmuşdur. Füzulinin poetik dilinin zənginliyi şairin bir alim olaraq intellekt sahibi olmasının göstəricisidir. Onun poeziyası Zöhrə, Ülkər, Günəş, ay, ulduz kimi planet və göy cisimlərinin adları, poetik bənzətmə vasitələri ilə olduqca zəngindir. Məhəmməd Füzuli İraqda geniş türk mühitinin yetirməsi kimi həmin kontekstin dil-üslub xüsusiyyətlərini yaşadan bir mütəfəkkirdir. Məhəmməd Füzulinin poeziyasının dili çox zəngin olmasına və o dövrün hətta formal tələblərini belə gözləməsinə baxmayaraq, quruluş və tərkib etibarilə çox sadə, aydın, ahəngdar və əlvandır. Onun şeirinin dili xalq ruhu, xalq ifadə formaları ilə olduqca zəngindir. Azərbaycan ədəbi dilinin zənginləşməsində mühüm xidmətləri olan, Azərbaycan ədəbi dili tarixində şeirin arxitektonikasına, melodikliyinə, ahənginə xidmət edən şairin şeir dilində bədii təzadların əvəzedilməz rolu vardır. Füzulinin poeziyasının gücü onda idi ki, o, Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini ədəbi-bədii yaradıcılığında mükəmməl şəkildə əks etdirə bilirdi. Yüksək istedada malik şair poeziyasında tənzimlənmiş, səlisləşmiş, normativləşmiş Azərbaycan xalq dilinin yüksək səviyyəsindən istifadə edirdi. Onun əsərləri Azərbaycan ədəbi-bədii dilinin inkişafına rəvac vermişdir. Məhəmməd Füzuli yaradıcılığında Azərbaycan türk dilinin milli, xəlqi zəminini qoruyub-saxlamış və dilimizi dövrün əsas dilləri – ərəb və fars dilləri ilə canlı rəqabətə qatmışdır. Azərbaycan türk dilinin bu rəqabətdən qalib çıxdığının sübutu Füzulinin yaradıcılığı olmuşdur. Məhəmməd Füzulinin yaradıcılığının üstünlüyü onda idi ki, o, yaşadığı və böyüdüyü mühitdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan türk dilini də, ana dili olaraq, incəliklərinə qədər mənimsəyə bilirdi. Buna görə də ədib Ana dili olan Azərbaycan türk dilində gözəl, bəlağətli, rişələrinə qədər milli, xəlqi, nümunəvi bir ədəbi dil örnəyi yaratmağa nail ola bilmişdir.             

   Məhəmməd Füzulinin yaradıcılığının əsas hissəsini Azərbaycan türk dili sözləri təşkil edir. O, yaradıcılığında Azərbaycan dilinin müxtəlif məqamlarından – məhəbbət leksikasından, somatik leksikadan, onomastik leksikadan, təbiət leksikası – bitki və çiçək adlarından – fitonimlərdən, astronomik leksikadan –kosmonimlərdən, dini leksikadan, eləcə də bu gün Azərbaycan ədəbi (rəsmi) dilində passiv və məhdud dairədə işlənən nisbi arxaizmlərdən geniş bir şəkildə istifadə etmişdir. Ədib Azərbaycan xalqının böyük və ölməz şairidir. Onun poeziyasının leksikonunun əsasını sədaqət, etibar, səmimiyyət semantikalı sözlər təşkil edir. Biz XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişliyi haqqında Məhəmməd Füzulinin yaradıcılığı vasitəsilə dolğun məlumat ala bilirik. Ədib yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə nail olmuşdur. O, poeziyasında ərəb və fars dili sözlərindən məharətlə istifadə etmişdir. Beləliklə də, Füzuli Azərbaycan klassik şeirinin təkrarsız nümunələrini yaratmaqla Azərbaycan şeir sənətini klassik şeir səviyyəsinə qaldırmışdır. Məhəmməd Füzulinin yaradıcılığında Azərbaycan dilinin daxili imkanlarından, onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin çoxmənalığından, eləcə də ümumxalq dilində özünə yer tapmış ərəb və fars dilli alınma sözlərdən yerli-yerində məharətlə istifadə edərək, zəngin leksik-semantik söz qrupları silsilələrini yaratmışdır. Onun qəzəllərində işlənən sinonimlər, omonimlər, poetik-üslubi təzadlar, antitezaların yaranmasına xidmət edən bədii antonimlər öz orijinallıqları ilə seçilirlər. Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycanının milli söz xəzinəsidir. Onun qəzəllərinin dilinin zənginliyi, tutumlu bir leksikona malik olması Azərbaycan dilini zənginləşdirən vasitə olmuşdur.   

                                 Məhəmməd Füzulinin yaradıcılığında söz yaradıcılığının üç növündən – leksik, morfoloji və sintaktik növündən istifadə edərək,  üç istiqamətdə Azərbaycan dilini zənginləşdirmişdir. Şair bədii-estetik dühası ilə Azərbaycan ədəbiyyatını göylərə yüksəltməyə nail olmuşdur. Bununla da, M.Füzuli böyük türk dünyasının nadir istedada malik bir nəhəng şairi kimi şöhrətlənə bildi. O, Azərbaycan türk dilinin, XVI əsr və ümumən Azərbaycan ədəbi dilinin bədii üslubunu inkişaf edirib, formalaşdırmışdır. Azərbaycan ədəbiyyatında Füzulinin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. Orta əsr Azərbaycan ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin adı ilə bağlıdır. Məhəmməd Füzulinin qələminin gücü ilə poeziyada yeni yüksəliş dalğası baş vermişdir. Ədib ədəbiyyatı ideya-bədii xüsusiyyətləri ilə, irəliyə doğru inkişafa qüvvətləndirmişdir. Yüzilliklər keçsə də, klassik ədəbiyyat Məhəmməd Füzuli orbiti ətrafında daim fırlanmaqdadır. Azərbaycan dilinin ədəbi dil kimi inkişafında Məhəmməd Füzulinin yaradıcılığı böyük rol oyna­­mışdır. Ədib dilimizdə gözəl sənət nümunələri yaratmış­dır. Şair bütün yaradıcılığı boyu bu ənənəyə sadiq qalmış və dilimizin inkişafında böyük rol oynamışdır. Poeziyamızın ədəbi dilinin inkişafında şairin rolu danılmazdır. Dilimiz məhz onun əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində Məhəmməd Füzulinin yaradıcılığının rolu olduqca böyükdür. Ədib Azərbaycan dilində gözəl sənət nümunələri yazmaq, bu dilə məhəbbət yaratmaqda böyük qəhrəmanlıq göstərmişdir. Məhəmməd Füzuli öz doğma dilini inkişaf etdirmiş, ən gözəl sənət əsərlərini məhz bu dildə yazmışdır. Dahi sənət­kar­ımız  ana dilindən ilham almış, dünyaşöhrətli əsər­lərini bu dildə yazmışdır. Məhəmməd Füzuli anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. Məhəmməd Füzuli əsərləri ilə adını Azərbaycan ədəbiyyat tarixinə əbədi həkk etmişdir. Əsərləri ilə Azərbaycan ədəbiyyatına xidmət edən M.Füzuli dilimizin ən yüksək zirvəsini fəth etmişdir. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzuli yaradıcılığı ilə Yaxın və Orta Şərq ölkələrinin ədəbiyyatına mühüm təsir göstərə bilən qüdrətli sənətkardır.                                                                                                                               

  Məhəmməd Füzuli yaradıcılığında nəinki özünü türk adlandırır, hətta türk dilinin təəssübünü çəkərək, öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də irəli sürür. Aşağıdakı şeirində Azərbaycan dilini farsdilli ədəbiyyata qarşı qoyur. Ədibin istər ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər onun şairlik istedadının sübutudur.

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,

Əksərən əlfazi namərbutu nahəmvar olur.

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,

Növbahar olğac tikəndən bərgi – gül izhar olur [4, 362].

Onun poeziyası hərtərəfliliyi ilə dahi mütəfəkkirin həyata, insana dərin məhəbbətini, gözəllik duyğusunu, ülvi ideallara olan münasibətini, xoşbəxt yaşamağa çağıran bədii-fəlsəfi irsisi əks etdirmişdir. Məhəmməd Füzuli yaradıcılığı vasitəsilə ülvi ideyalarını Azərbaycan xalqının bəşəri mədəniyyət xəzinəsinə bəxş etmişdir. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Dahi mütəfəkkir XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edən məsələlərə diqqət yetirərək, dilimizin inkişafı istiqamətində böyük işlər görmüşdür. XVI əsrdə Ana dilimiz Məhəmməd Füzulinin yaradıcılığı ilə Yaxın Şərq konteksində ən böyük zirvəyə qalxır.                                                                                                                           

  XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi, zənginliyi, zirvədə dayanması Məhəmməd Füzulinin adı ilə bağlı idi. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti, bədii-poetik mər­təbəsi onun dilə münasibəti ilə ölçülür. Dahi mütəfəkkir yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. O, Azərbaycan ədəbi dilinin inkişaf  tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhə­lənin yaradıcısı oldu və onun yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizm dövrünün ən yüksək zirvəsini təşkil edən elə bir mərhələni təşkil etdi ki, bu mər­hələdəki üslubu nəinki sonra­kı mərhələlərdə, hətta sonrakı dövrdə də uzun müddət dəyişdirmək mümkün olmadı.  M.Füzuli yaradıcılığı onu deməyə əsas verir ki, şair öz əsərlərində üsluba çox önəm vermişdir. O, üslub rəngarəngliyini əsas götürərək, ümumxalq dilimizin bütün incəliklərin­dən məharətlə istifadə etmişdir. Məhəmməd Füzulinin bir şair kimi qüdrəti onda idi ki, ədib əsərlərində üslub rəngarəngliyini qorumaqla yanaşı, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səylər göstər­mişdir. Məhz buna görə də, Məhəmməd Füzuli güclü söz hissi olan bir sənət­kardır. Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun yük­sək zirvəyə qaldırılmasındakı böyük xidmət­ləri onu Anadilli poeziyamızın zirvəsi etmişdir. XVI əsrdə Anadilli poeziyamızın üslubunun rəngarəngliyi və zənginliyinin səbəblərindən ən əsası o idi ki, onun M.Füzuli yaradıcılığı vasitəsilə Azər­baycan sözlərinin şeir dilinə gətiril­məsi və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars söz­ləri­nin, ifadələrinin azərbaycanca sözlər­lə, ifadələrlə əvəz edilməsi və eyni zamanda, Azərbaycan dili vahid­lərinin zən­ginləşdirilməsində və aparıcılıq xüsu­siy­yətlərini güc­lən­dirməsində böyük xidmətlərindən biridir. Məhəmməd Füzuli öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb pro­seslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşat­ma­­sından, onu yüksəklərə qaldırmasından həmişə qürur duymuşdur. Dahi şairimiz Məhəmməd Füzuli əsərlərini Ana dilimizdə yazdı və bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də Ana dilimizi daha da cilaladı. M.Füzuli yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatı və eləcə də Azər­baycan ədəbi dili elə bir nüfu­z qazandı ki, uzun zaman Füzulidən sonra belə bu nüfuz itmədi. Məhəmməd Füzuli yeganə dahilərdən idi ki, özündən sonra məktəbi bugünümüzə kimi yaşamışdır. Füzulinin əsərləri indidə sevilir, dildən-dilə gəzir və gələcək nəsillər bu məktəbdən dərs alır. Bunun başlıca səbəbi o idi ki, Füzulinin əsərlərinin dili ilə dilimizin qüdrəti, gözəllikləri Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər  bu zirvəyə heç kim qalxa bilməmişdir. Məhəmməd Füzulinin yaradıcılığının ən kiçik poetik detalları belə tam yerində işlənmişdir. Ədəbiyyatşünaslar daim Füzuli yaradıcılığını bəşərin ən böyük sənətkarlarından olan – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmişlər. Çünki, Füzulinin poetik istedadın doğurduğu heyrətamiz gözəllik nümunəsi olan əsərləri sənətkarın ölməzliyini təmin edən şərtlərdən ən əsası idi. Azərbaycan ədəbiyyatının əbədiyaşar mütəfəkkir şairi Məhəmməd Füzulinin ədəbi-estetik, ictimai-ideoloji fikirləri onu şeir dünyasının sahilsiz bir ümmanı etmişdir. O, yaradıcılığı vasitəsilə hələ öz sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət kimi tanınmışdır. Ədibin iti ağlının və cilalı qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş edilmişdir. Füzulinin qəsidələrində, qəzəllərində psixoloji məqamlar özünü olduqca sıx göstərmişdir. Onun qəsidə və qəzəllərində dərin məna tutumu, bəşəri və humanist ideyalara, işıqlı fikirlərə, əbədiyaşar ideyalara müraciət olunmuşdur. Şairin daxili zənginliyi, mənəvi sərvəti, dilinin zənginliyi, xarakteri, özünəməxsusluğu onun əsərlərindən bədii güc almışdır. Şair bədii yaradıcılığında qarşısına qoyduğu ədəbi-estetik məqsədlərə tamamilə nail ola bilmişdir. Füzuli türk qəzəlini bədii-estetik keyfiyyətcə elə bir səviyyəyə qaldırdı ki, poeziya üçün bundan böyük zənginləşmə mənbəyi olmamışdır. Füzulinin qəzəli bütünlükdə universal mahiyyət kəsb etmişdir. O, türkdilli qəzəldə orta əsr şeirimizin ənənəvi obraz və motivlərinin maksimum bədii həllini vermişdir. Məhəmməd Füzuli klassik qəzəlin bütün kompozisiya tiplərini və üsullarını türkdilli şeir praktikasına daxil etmişdir. Füzuli türkdilli qəzəllərini əruzun bütün əsas bəhrlərində, onların növ və variantlarında sınaqdan keçirmişdir. Ədib anadilli şerimiz üçün ondan əvvəl və sonra görünməmiş bir qəzəllərin poetik semantikasını bəxş etdi. Bu Azərbaycan ədəbiyyatı üçün olduqca əhəmiyyətli məsələ idi. Füzulinin qəzəlləri leksik tərkibinə görə olduqca zəngindir. Onun qəzəllərinin tərkibi ədəbi dil üçün səciyyəvi və işlək və əksəriyyət etibarilə sonralar dilimizdə vətəndaşlıq hüququ qazanmış leksik vahidlərdən ibarətdir. Füzuli dilinin xüsusiyyətləri onun türk divanında özünü göstərir. Füzuli qəzəlinin məzmun və forma xüsusiyyətləri şairin bədii irsini anlamaq baxımından olduqca əhəmiyyətlidir. M.Füzuli zəngin elmi məlu­mata, geniş erudisiyaya malik alim, filosof, şair idi. Onun poeziyası ədibin dünyagörüşünün, dünyaduyumunun ifadəsi idi. Məhəmməd Füzulinin yüksək dərəcədə obrazlı dilinin və poetik üslubunun xüsusiyyətləri onun poeziyasının asılılıqlarını, konfliktlərini müəyyənləşdirirdi. Füzuli poeziyasının araşdırılmasındakı qanunauyğunluqların və dilin poetik funksiyasının şərhinin bütün digər təhlillərə nisbətən üstünlüyü ədibin irsinin tədqiqində daha səmərəli nəticələr verəcəkdir.

Ədəbiyyat siyahısı:

  1. Cəfərov Məmməd Cəfər. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı: Azəruşaqgəncnəşr, 1959, 336 s.
  2. Əliyev Sabir. Füzulinin poetikası. Bakı: Yazıçı, 1986, 221 s.
  3. Füzuli. Bəng və Badə. Bakı: Azərnəşr, 1993, 286 s. 
  4. Füzuli Məhəmməd (2005) əsərləri. Altı cilddə. I cild, Bakı, Şərq-Qərb, 362 s.
  5. Füzulinin dili (məqalələr). Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Elm, 1997, 192 s. 
  6. Füzuli Məhəmməd. Seçilmiş əsərləri, Azərbaycan klassik ədəbiyyatı kitabxanası: 20 cilddə, VII cild. Bakı: Elm, 1986, 484 s.
  7. Füzuli. Seçilmiş əsərləri, II nəşr (tərtib edəni: M.Sultanov, redaktoru: H.Araslı). Bakı: Şərq-Qərb, 1992, 384 s.
  8. Füzuli. Şikayətnamə. Bakı: Gənclik, 1992, 32 s. 
  9. Füzuli Məhəmməd. Mətlə əl-etiqad (Tərcümə edəni: Bünyadov Z.). Bakı: Yazıçı, 1987, 34 s.
  10. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, I cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 511 s.
  11. Füzuli Məhəmməd. Əsərləri: 2 cilddə, II cild. Bakı: ”Azərbaycan Ensiklopediyası” NPB, 1995, 519 s.
  12. Füzuli. Türkcə divanı (Tərtib edəni: Ə.Sadiqi). Tehran: Fərhəngi və İrşadi-İslam, 1996, 532 s.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru