Etiket arxivi: YAZARLAR 45

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB (PDF): yazarlar-45

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədov – Mən xoşbəxtəm!!!

BU DÜNYADAN ÇOX ŞEY İSTƏ

Bu dünyadan çox şey istə,

Tanrı verən bəxti sına.

Ağıl olmaz yatan kəsdə,

Ayağa dur, sonra qına!

* * *

Nə görmüsən ahmır, ahda,

Yüz yönü var hər bir işin.

Bir ümid var hər sabahda,

Sən baş işlət, yaxşı düşün.

* * *

Məqamı var hər bir sözün,

Yaxşı sözün izi olmaz.

Söz üstündə çıxan gözün

El içində sözü olmaz.

* * *

Günah görmə onda, bunda,

Dünən olan dünənkidi.

Tamam təksən bu oyunda,

Səhv də, düz də səninkidi.

* * *

Söz-söhbətdən qıraqda dur,

Qeybət səni utandırar.

Qığılcımdan alov olur,

Alışdınsa canın yanar.

* * *

Bu dünyadan çox şey istə,

Heç olmasa azın gəlsin.

Tanrı haqdı başın üstə,

Bir addım at, o da bilsin.

* * *

Bu dünyadan çox şey istə,

Yaşadığın ömür azdı.

Zildə oxu, ya da pəsdə,

Bircə duy ki, xoş avazdı.

YURD YERİM

Baxıram göylərə gözüm qaralır,

Gəzdiyim bu yerlər xor gəlir mənə.

Ürəyim darıxır, səbrim daralır,

Niyəsə bu dünya dar gəlir mənə.

* * *

Nə könlüm açılır, nə gözüm gülür,

Sanki bu yerlərə yadam, özgəyəm.

Dərdimi yaradan bir Allah bilir,

Bir də içdən özüm, nəçiyəm, nəyəm.

* * *

Baxıram nə söhbət başımı qatmır,

Nə qoyur dincəlim, bundan zövq alım.

Bu qərib duyğular özümə çatmır,

Kiməsə bu sirri nə başa salım?!

* * *

Yol alır xəyalım uzanır gedir,

Bu köhnə həyətdə anamla təkəm.

Məni təkmi görüb bu duyğu nədir,

Qoymur ki, oturam dərdimi çəkəm.

* * *

Bu doğma həyətin nağılı uzun,

Vaxtında səs-küydən qulaq batardı.

Burada kəsilən çörəyin, duzun,

Elə bil Tanrıdan payı artardı.

* * *

Qonağı-qarası çoxuydu bir vaxt,

Qohumun, tanışın ziyarət yeri.

İndi nə mən rahatam, nə bu ev xoşbəxt,

Atam bu dünyadan köçəndən bəri.

* * *

Baxıram üzündən min sual yağır,

Ağıllı anamın çöhrəsi gülmür.

Gözləri yol çəkir, fağırdan fağır,

Sonu nə olacaq bir onu bilmir.

* * *

Bu dünya dəyişir, vaxt, zaman gedir,

Anadan olduğun yurd da qocalır.

Sual ver özünə mənası nədir?!

Canlı da, cansız da sonda mat qalır.

* * *

Bu gözəl həyatın sonu min sual,

Nə mən anlayıram, nə sən bilirsən.

Beynini yormasın bu fikir, xəyal,

Onsuz da mətləbə sonda gəlirsən.

ARZULARIN KÖLƏSİYƏM

Arzuların köləsiyəm,

Hey dalınca sürünmüşəm.

Bir qığılcım şöləsiyəm,

Amma ocaq görünmüşəm.

* * *

Arxasınca çox qaçmışam,

Ömrü gödək arzuların.

Çox çözmüşəm, çox açmışam,

Səbəbini yoxun, varın.

* * *

Heç vaxt kömək ummamışam,

Tanrı olub güman yerim.

Çətin gündə o olubdu,

Güvən yerim, uman yerim.

* * *

Taleyimlə darda təkəm,

Tanrı başımı qatmaya.

Yükdümü ki, dartam , çəkəm,

Gücüm çata, ya çatmaya.

* * *

Çox başına dolandım hey,

Bu taleyin , bu qismətin.

Xoş gününə aldandım hey,

Sonda zülmü varmış çətin.

* * *

Nə gileydi , nə şikayət,

Bir ömrün xoş nağılıdı.

Ay oxucum, ən nəhayət,

Yazan bir kənd oğuludu!

QOŞMA

Sözdən söz anlayan, söz başa düşən,

Olmasa bu aləm neylər görəsən?!

Sözün qazanında qaynayan, bişən,

Sözə düşmən olub teylər görəsən?!

* * *

Sözə nəfəs versəm, sözə qan versəm,

Ruhumla isidib ona can versəm,

Allahın adıyla bir imkan versəm,

Pünhanda adımı söylər görəsən?!

* * *

Bir bahar axşamı şimşəklər çaxsa,

Yağış selə dönsə, ruhumdan axsa,

Murad cana doyub sözə kəm baxsa,

Ruhuma xəyanət eylər görəsən!

NEYLƏYƏSƏN???

Yoxsul fikir xülya, nağıl,

Lazım olmaz yiyəsinə.

Dağıl, a dünya, eyy dağıl,

Cavab yoxdu niyəsinə.

* * *

Ox çürüyüb, yayı çıxıb,

Hər dərmanın çayı çıxıb.

Nə gördünsə zayı çıxıb,

Bıçaq uymur tiyəsinə.

* * *

Vəli dönüb Əli olub,

Baş yellənsə, bəli olub,

Elə bil ki, dəli olub,

Heyvan girmir pəyəsinə.

* * *

Nə dartmağa kələfi yox,

Nə dünəni, sələfi yox,

Nə biçməyə ələfi yox,

Dəryaz yaddı yeyəsinə.

* * *

Qınayırıq hər an yadı,

Nə andırır yaylaq adı?

Niyə belə yadırğadı?

İnsan varmır dəyəsinə.

Xankəndində Azərbaycan bayrağı altında şəkil çəkdirərkən həm qürurlandım, həm də bu bayrağın əzəmətini daha yaxından hiss elədim. Biz xoşbəxt millətik ki, bayrağımız bu millətin əzəmətini, qüdrətini, böyüklüyünü bütün dünyaya öz rəngləriylə çox gözəl çatdırır.

BAYRAĞIM

Ay Allah, nə xoşbəxtəm,

Bu bayrağın altında!

Qismətdə qızıl bəxtəm,

Bu bayrağın altında!

* * *

Qürurumla böyüdüm,

Öz adımla öyüldüm,

Nə sındım, nə əyildim,

Bu bayrağın altında.

* * *

Əsdikcə dalğalandı,

Rəngi qırmızı qandı,

Bütöv Azərbaycandı,

Bu bayrağın altında.

RUHUM ONUN ƏLİNDƏDİR

Varaqladım varaq-varaq,

Ömür adlı kitabımı.

Alqışladım mən duraraq,

Dözümümü, can tabımı.

* * *

Xəyalımda getdim, gəldim,

Yollar məni yaman yordu.

Büdrəyəndə elə bildim,

Günahkaram, fələk vurdu.

* * *

Səhifələr çox tanışdı,

Yaddan çıxan heç nəyim yox.

Xəyalım dindi, danışdı,

Tanrıdan bir istəyim yox!

* * *

Nə yaşadım keçdi, getdi,

Xatirədi yaddaşımda.

Cavanlığım gözdən itdi,

Yaddan çıxmır bu yaşımda.

* * *

Arzuların sorağında

Var olunca əl çəkməzdim.

Ruhumun oğlan çağında,

Ölən, solan gül əkməzdim.

* * *

Günahlarım çoxdu vallah,

Heç birini danmıram mən.

Umacağım yoxdu vallah,

Bir canım var, yanmıram mən.

* * *

Nə yazılıb bu kitabda,

Bura qədər mənə bəlli.

Bundan sonrakı etapda,

Nə olacaq boş təsəlli.

* * *

İnsan duymur öz-özünü,

Göylə gedir, əməl azır.

Bu kitabın son sözünü,

Biz yazmırıq, Tanrı yazır.

* * *

Bir O bilir sonumuzu,

Bütün yollar Ona gedir.

Dəyişdirir donumuzu,

Ruhum Onun əlindədir.

HEÇ SEVMƏDİM

Yazığa söz deməyi,

Tez-tələsik yeməyi,

Başa qaxınc köməyi,

Qoltuğu heç sevmədim.

* * *

Bağa düşmən alağı,

Yerli, yersiz calağı,

Yalançını, yalağı,

Yaltağı heç sevmədim.

* * *

Baş-beyini hey yoran,

Söz atıb ara vuran,

Sırtılıb üzə duran

Sırtığı heç sevmədim.

* * *

Salam verdim alana,

Qəlbi eşqlə dolana,

Şükr elədim olana,

Artığı heç sevmədim.

RUH ODUSA, CANI MƏNƏM

Yaşmı qoymur sevinməyə,

Fikrə, zikrə səbəb nədir?

Canım dözə, tək dinməyə,

Ruhum cana pərvanədir.

* * *

Qoymur məni dincəlməyə,

Yenə quş tək uçur göylə.

Təki gözümdən gəlməyə,

Tanrım, sağ-salamat eylə!

* * *

Ha istəyir sevindirsin,

Çünki təbim ona yardı.

Yarəb, məni xoş dindirsin,

Bilirsən, hövsələm dardı.

* * *

Bəzən olur şən oluram,

Məni məndən qəti seçmir.

İstəyinə tən oluram,

Aramızdan su da keçmir.

* * *

Dəli olan vaxtım olur,

Danışmağa halım olmur.

Daşa dəyən baxtım olur,

Mənim başqa yolum olmur.

* * *

Ancaq heç vaxt məni üzmür,

Bilir adı-sanı mənəm.

Nə də başqa canı gəzmir,

Ruh odusa, canı mənəm.

QOŞMA

Hər kəs özü yazır öz taleyini,

Qismətdən dad edib gileyə dəyməz.

Ağlına güc verib yorma beyini,

Düz yolda olanı kor şeytan əyməz.

* * *

Belə götürəndə hamımız sayıq,

Birimiz yuxulu, birimiz ayıq.

Görüb-götürməli bir dünyadayıq,

Baxıb addım atsa, başına döyməz.

* * *

Ağılsız bəndələr gözdən də kordu,

Ocağın içində sönməmiş qordu.

Bu həyat məni yox, hamını yordu,

Ay Murad, ağıllı özünü öyməz.

HƏR BAŞA BİR DAŞ DÜŞƏCƏK

Hərdən yoxam qaranlığa,

Fikrim əyri, düşüncəm dar.

Düşünürəm bir anlığa,

Ayılmamaq qorxusu var.

* * *

Gecələrin lal baxışı,

Hərdən yorur, üzür bəzən.

Gah isladır qəm yağışı,

Sevinc ağız büzür bəzən.

* * *

Yaddaşımdan heç çıxmayır,

Yolun sonu, soyuq məzar.

Baxıram sözə baxmayır,

Nə qocalıq, nə dərd-azar.

* * *

Mənə görə heç nə yoxdur,

Bir gün gələn, bir gün gedər.

Bu yollarda çaşan çoxdur,

Bir- birini yeyər, didər.

* * *

Nə qayda var, nə qadağa,

Səhvlərini kimsə görmür.

Bu ömürü yaşamağa,

Olur Tanrı imkan vermir.

* * *

Nə olsa da günah bizdə,

Olanlardan qaçanmırıq.

Ömür itir yolda, izdə,

Nə olsun baş açanmırıq.

* * *

Bu dünyanın aşı çoxdur,

Ölsək, qorxma, aş bişəcək!

Kələ- kötür daşı çoxdur,

Hər başa bir daş düşəcək!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“BİZ TƏKRAR-TƏKRAR ETDİYİMİZ ŞEYLƏRİK”

“BİZ TƏKRAR-TƏKRAR ETDİYİMİZ ŞEYLƏRİK”
Bu anlayış Aristotelin mükəmməlliyin sadəcə bir hərəkət deyil, həm də vərdiş olduğu fikrini əks etdirərək böyüklüyün təcrid olunmuş fövqəladə səylərdən irəli gəldiyinə dair ümumi yanlış təsəvvürə əsaslı şəkildə etiraz edir. Əvəzində Aristotel təklif edir ki, bizim gündəlik hərəkətlərimiz və təkrarlanan davranışlarımız həqiqi şəxsiyyətimizi formalaşdırır və nəticədə uğurumuzu müəyyən edir. Aristotelin nöqteyi-nəzəri bizim xarakterimizi müəyyən etməkdə adi hərəkətlərin əhəmiyyətini vurğulayır. Mükəmməlliyə nail olmaq üçün, məqsədlərinə uyğun gələn ardıcıl təcrübələr inkişaf etdirməlidir.Məsələn, hər gün məşq edən bir musiqiçi, sadəcə olaraq, arabir yaxşı ifa etmir, həm də onların iş rejiminə mükəmməlliyi daxil edir. Eynilə, imtahanlardan əvvəl sıxılmaq əvəzinə, müntəzəm oxuyan tələbə daha dərin anlayış və uzunmüddətli bilik inkişaf etdirir.
Bu ideyanın mənası fərdi nailiyyətlərdən kənara çıxır. Peşəkar şəraitdə adi mükəmməllik etibarlılıq və yüksək performans mədəniyyətini inkişaf etdirir. Ardıcıl olaraq son tarixləri yerinə yetirən və konstruktiv şəkildə töhfə verən işçilər iş mühitini dəyişdirərək mükəmməllik üçün reputasiya yaradırlar.Onların adi davranışları uğurlarına hər hansı bir əlaçı performansdan daha çox təsir edir. Üstəlik, Aristotelin sitatı nizam-intizamın gücünü xatırladır. Müsbət vərdişlər inkişaf etdirərək, fərdlər öz bacarıq və bacarıqlarını tədricən təkmilləşdirə bilərlər. Səylərin ardıcıllığı zamanla mürəkkəbləşən artan tərəqqiyə gətirib çıxarır. Bu yanaşma şəxsi və peşəkar inkişafda əzmkarlığın və rutinliyin vacibliyini vurğulayır. Əksinə, adət edilən mənfi davranışlar zərərli nəticələrə səbəb ola bilər. Dəfələrlə təxirə salan bir şəxs səmərəsizlik və əldən verilmiş fürsətlərlə mübarizə apara bilər. Bu, müsbət nəticələrə töhfə verən vərdişləri şüurlu şəkildə seçmək və tərəqqiyə xələl gətirənlərdən çəkinmək ehtiyacını əksetdirir.
Nəhayət, Aristotelin sitatı vurğulayır ki, mükəmməllik bir anlıq parlaqlıqdan çox, davamlı təcrübənin məhsuludur. Bu, insanın dəyərlərini və istəklərini əks etdirən vərdişləri tərbiyə etmək öhdəliyini tələb edir. Gündəlik hərəkətlərə diqqət yetirməklə və ardıcıl olaraq təkmilləşməyə çalışmaqla, fərdlər nailiyyətlər və yerinə yetirmə ilə əlamətdar olan həyatı inkişaf etdirə bilərlər.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəvahir Tanrıverdi –  Göyərçin

G Ö Y Ə R Ç İ N   

(Hekayə)

          Çıxdığı yol yormuşdu onu. Onsuz da, bu həyat yolları öz enişi və yoxuşu ilə Arazı dərindən yaralamışdı. Bu yol yorğunluğu onun yanında nə idi ki? İllərlə bir yastığa baş qoyduğu  ömür-gün yoldaşı iki uşağını da götürüb düz məhkəməyə üz tutmuş, bununla da yolları ayırmışdı. Evində son dörd il idi ki, tək yaşayırdı. Çox mübarizə aparırdı bu yolların birləşməyi üçün. Təkcə uşaqlarına görə deyil, onun sakit təbiətinin sanki yalnız o qadının çılğın xarakteri ilə bütövləşdiyini düşündüyü üçün mübarizə aparırdı. Amma heç bir nəticə alınmırdı. Araz çox sakit, qapalı insan idi. Hisslərini üzə vurmazdı. Onun təbiəti belə idi. Həyata olduğu kimi yanaşardı. Bir qadın səliqəsi var idi Arazda. Evinin də, özünün də təmizliyinə qarşı çox diqqətcil idi.

          İşdən yorğun çıxıb dayanacağa qədər getdiyi yol tozlu idi. Amma yenə də çox ehtiyatla addımlayırdı ki, şalvarı bu toz-torpaqdan çirklənməsin. Elə ehtiyatla addımlar attıqca düşünürdü: “Bəlkə də taleyin hökmü belədir. Tale ilə mübarizə aparmaqdansa, bəlkə dayanmaq, hər şeyi öz axarına buraxıb nəticəni izləmək lazımdır?.. Mən taleyimdə olan problemlərlə əlbəyaxa döyüşə çıxıram elə bil. O da mənə qarşı müqavimət göstərir. Dayanmalıyam. Vəssalam. Barışmalıyam taleyimlə. Bəlkə uşaqlar bir az böyüyə, analarını yola gətirə. Bilmirəm”. O, ilk dəfə idi ki, belə qərara gəlirdi. Yolda iri bir pişiyin göyərçini tutduğunun və onu parçalamaq üçün çabaladığının şahidi olan Araz cəld tərpənib göyərçini xilas etmək üçün bacardığı hər şeyə əl atdı. Əvvəlcə pişiyə – “pişt, pişt” , – deyə qışqırdı. Ardınca qovmağa başladı. Pişiyin ovunu buraxmaq istəmədiyini görüb sonunda yol kənarında üst-üstə yığılmış taxtalardan birinə əl atdı. Yalnız bundan sonra pişik ovunu ağzından buraxıb qaçdı. Heyvanları çox sevən Araz əyilib tərpənməyən göyərçinə baxdı. Gördü ki, göyərçin sağ-salamatdır. Çox sevindi. Ehtiyatla onu götürüb yoluna davam etdi. Yorğunluq bir tərəfdən, göyərçinə görə keçirdiyi narahatlıq da bir tərəfdən onu əldən salmışdı. Evə çatıb göyərçini bir qutuya yerləşdirməzdən əvvəl quşun hər tərəfinə diqqətlə baxdı ki, birdən quş yaralanmış olar. Ürəyi quş ürəyi kimi titrəyirdi Arazın. Göyərçinin heç bir yerində qan izi görmədi. Amma bir narahatlıq vardı; göyərçin qanadını qaldıra bilmirdi. “Yaxşı qulluq etsəm, qanadlanar”, – düşündü. O, göyərçinin qabağına bir az çörək qırıntısı tökdü. Banka qapağının içini su ilə doldurub qoydu göyərçinin dimdiyinin altına. Göyərçin başını əyib sudan dimdiyinə aldı, sonra başını göyə qaldırdı. Arazın ürəyinə rahatlıq gəldi. Göyərçinə sığal çəkdi. Əlinin altında quşun titrədiyini hiss etdi. Qutunu evin içində saxlamaq qərarına gəldi. Evinin kiçik həyəti də vardı. Amma həyətdə saxlamağa ürək eləmədi. Sonra əynini dəyişib özünə şam süfrəsi hazırladı. O nə qədər yorğun olmağından asılı olmayaraq, süfrənin hazırlanmasına da, qidalanmasına da xüsusi diqqət yetirərdi. Bu ona anasından keçmişdi. Yeməyini yedi, süfrəni yığdı. Saata baxdı; 10-a yaxınlaşırdı. Evdən çıxdı. Yaşadığı küçənin başında ərzaq mağazası vardı. Mağazadan bir az buğda aldı. Cəld özünü evə salıb buğdadan kiçik bir qaba töküb göyərçinin qabağına qoydu. Göyərçin buğdanı dimdiklədikcə Araz özünü xoşbəxt hiss etməyə başladı. Gecə yuxuya gedənə qədər diqqəti göyərçinin üzərində oldu. Səhər yuxudan oyanar-oyanmaz yenə göyərçinə diqqət yetirdi. Sığalladı, suyunu təzələdi. Əlinə götürüb həyətə çıxardı ki, təmiz hava alsın. Yerə qoydu. Göyərçin tərpənirdi. Qanadını qaldırmağa cəhd də etdi, amma alınmadı. Araz göyərçinə təkan vermək üçün qanadını əli ilə qaldırdı, yenə də heç bir nəticə olmadı. On dəqiqəyə yaxın həyətdə saxladıqdan sonra evə gətirib yenidən qutuya yerləşdirdi. Yenə sığalladı, hələ arada gözəl sözlərlə əzizlədi də. Səhər çayını içib işə yollandı. Bu gün həftənin şənbə günü olduğundan iş saatı günün yarısına qədər idi. Günorta işdən çıxıb həvəslə evinə yollandı. Evə daxil olan kimi ayaqqabısını çıxarıb göyərçinin qutusuna doğru yönəldi. Onunla söhbət etməyə başladı. Halını soruşdu. Əzizlədi, suyunu dəyişdi və dedi:

-Səni qanadlandıracam. Uçacaqsan. Bərabər mübarizə aparaq. Qanadlanıb digər göyərçinlərə qoşulacaqsan. Sən də digər göyərçinlər kimi xoşbəxt olacaqsan. Mən xoşbəxt olmadım, sənin xoşbəxtliyin üçün isə mübarizə aparacağam.

Nahar üçün süfrə hazırladı. Yeməyini yedi. Süfrəni yığışdırdı. Yenidən göyərçinə baxmağa başladı. Əlinə götürdü, sığalladı, kiçik həyətinə çıxardı və  yerə qoydu. Göyərçin, sanki ona minnətdarlıq hissi ilə başını qaldırıb ani baxdı. Göyərçinlərin baş hərəkəti çox sürətli olur. Sonra yenə ətrafa boylanmağa başladı. Araz özünə kiçik həmdəm tapmışdı elə bil:

-Mən də qanadlana bilmirəm. Qanadımı qırıb həyat. Mənim səndən nə fərqim var? Məni həyat incidib, səni isə pişik. Mənim bəxtimin qanadı qırılıb, sənin də cisminin. Mən də uça bilmirəm. Özüm üçün mübarizə aparmağı dayandırmışam. Taleyin hökmünə buraxmışam. Amma sənin üçün mübarizəyə davam…- deyib gözlərini göyərçinə dikərək sükuta daldı. Uşaqlarının həyətdə oynadığını xəyalına gətirdi. “Kaş burda olub göyərçini görəydilər. Necə sevinərdilər”,- deyərək köks ötürdü. Ailəsi  ilə birlikdə keçirdiyi xoş günləri xatırladı. Araz sanki yuxuda idi. Xəyallar onu uzaqlara, lap uzaqlara aparmışdı. Birdən göyərçinin tükürpədici səsinə ayıldı. Göyərçin qonşu məhlədən gələn qara pişiyin ağzında idi. Pişik göyərçini ağzında aparırdı.  Araz  cəld yerindən qaldı, pişik götürüldü. Elə sürətlə götürüldü ki, qaçıb məhlənin başındakı yarımçıq tikilinin bayır tərəfindəki əl boyda  oyuğa girdi. Araz da qaçıb tikiliyə çatdı. Göyərçini o oyuqdan çıxarmaq üçün yollar düşünərkən bir neçə saniyə içində oyuqda əks-səda verən tükürpədici səs kəsildi.

17.08.2024.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcidin şeir dünyası – Vaqif YUSİFLİ

Rəşad Məcidin şeir dünyası

(Rəşad Məcid – 60)

Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:

Babalar yaşıdı ağacım,

Çiçəyin, gülün yadıma gəlməz.

Sən ki, əsrlər görmüsən,

Torpaq yaşıdı dağım.

Dünya yaşıdı Gün işığım,

Bir silkələyin yaddaşınızı,

Mən sizi tanıdım,

Siz məni tanımadınızmı?

Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.

“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.

Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.

Bu dağlarda ay işığı –

Çəməni bürüyən şehdir,

Bir ahıl saçında zehdir.

Bu dağlar ay işığında

Nəsildən-nəsilə saflıq aparan

Yelkənli gəmidir.

Bu dağlar ay işığında

Üz-gözü südə bulaşmış

Körpə kimidir.

Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.

Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.

Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –

“Əllərimin qabarı, ürəyimin qabarı”

Bir pöhrə ağacdı – tumurcuqlayıb,

Bir parça çəməndi – güllü, çiçəkli.

Bardı, bərəkətdi

Əllərimin qabarı.

Gözümdə çaxan şimşəkdi,

Alnıma söykənən əlim.

Qəlbimi yandıran qəmim, kədərim,

Sonrakı ağlım, Araz dərdim.

Ağ varaqlarda çırpınan duyğularım –

Ürəyimin qabarı.

Deyə bilmədiyim sözdü – boğulub qalıb,

İki damla yaşdı,

Gözlərimdə sıxılıb qalıb

Ürəyimin qabarı,

Əllərimin qabarı.

Yaşıl-yaşıl gözəlliyini,

Budaq-budaq barını gördüm,

Sən neylədin, ürəyimin qabarı?!

Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…

Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:

Surquclayıb yüz ağrını, əzabı,

Dərd içində səadətdən gülmüşəm.

Xoş anların yapışmışam yalından,

Göz yaşımı gülüşümlə silmişəm.

Ustadımın heykəlinin önünə,

Aşıb-daşan məhəbbətlə gəlmişəm.

Mən nə deyim bu halətə, bu hala?

Demək, hələ çalxalanır dənizim,

Sevgimizdən qımıldanır.

Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.

Süzülür dan yerindən tarixlərin işığı –

Dahilər şəhərinin işıqlı yaraşığı!

Şəninə dastan yazır,

söz qoşur haqq aşığı,

Əcdaddan paydı deyir,

qoca Şuşa sevgisi!

Azərbaycan əsgəri…

borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

tunca Şuşa sevgisi!

Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.

İlkin mənbə: Edebiyyatqazeti.Az

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova – FOLKLOR VƏ FƏLSƏFƏ

FOLKLOR VƏ FƏLSƏFƏ

Fəlsəfə və folklor, çox vaxt fərqli səltənətlər kimi zəngin və dərin şəkildə bir-birinə qarışır. Hər iki sahə insan varlığına, etikasına və reallığın təbiətinə dair fikirlər təklif edir, baxmayaraq ki, onların metodları və ifadələri əhəmiyyətli dərəcədə fərqlidir.Mif əfsanələri və ənənəvi hekayələri əhatə edən folklor, icmaların paylaşılan dəyərlər qorxularını və istəklərini ifadə etdiyi bir mədəni kətan təqdim edir. Bunlar çox vaxt həyat və əxlaqla bağlı fundamental suallara cavab verən dərin fəlsəfi əsaslar daşıyır. Məsələn, Günəşə çox yaxın uçan İkarın nağılı, şöhrətpərəstlik və qürur mövzularını araşdırır, insan səylərinin hüdudları haqqında fəlsəfi müzakirələrlə səsləşir.
Fəlsəfə həqiqət və hikmət axtarışında mürəkkəb ideyaları təsvir etmək üçün tez-tez folklordan istifadə edir, Qərb fəlsəfəsinin təməl daşı olan Platonun “Mağara” alleqoriyası mahiyyətcə qavrayış və reallıq haqqında dərin fikirlər çatdıran mifdir. Eynilə, Şərq filosofları da karma və maariflənmənin təbiəti kimi anlayışları aydınlaşdırmaq üçün çox vaxt folkloru ilə fəlsəfəni birləşdirmişlər.
Fəlsəfə və folklor arasındakı qarşılıqlı əlaqə, hər birinin digər fəlsəfi fikirlərin tez-tez folklora nüfuz etməsində, nəsildən-nəslə ötürülən hekayələrin əxlaqi və etik quruluşunu incə şəkildə formalaşdırmaqda aydın görünür. Müxtəlif mədəniyyətlərin folklorunda rast gəlinən fəlsəfi düşüncələri nəzərdən keçirsək, Afrika miflərində “Hörümçək Anansinin nağılı” hiyləgər nağılları, məsələn, əxlaqın təbiəti və insan davranışı haqqında düşünməyə vadar edən hiyləgərlik, hiylə və ədalət mövzularını araşdırır, Türk folklorunda da ağac kultunun həyat ağacını, dünyanın və insanın varoluşunu sorğuladır.
Fəlsəfə ilə folklor arasındakı bu sinerji müasir dövrdə də müşahidə oluna bilər. Rəssamlar və hekayəçilər müasir problemləri araşdırmaq üçün qədim miflərdən istifadə etməyə davam edirlər. Dinləyicilər tərəfindən rezonans doğuran müəyyən bir “folklor” albomu kimi, bu hekayələr zamansız duyğuları və universal həqiqətləri əks etdirir. Bu dinamik qarşılıqlı əlaqə vasitəsilə fəlsəfə və folklor kollektiv şəkildə insan təcrübəsi haqqında anlayışımızı zənginləşdirir. Onlar bizə xatırladırlar ki, müdriklik həm fəlsəfi tədqiqatın analitik ciddiliyində, həm də folklor ənənəsinin təxəyyül dərinliyində tapıla bilər.
Nəhayət deyə bilərik ki, bu iki səltənətin birləşməsi sonsuz bir həqiqəti vurğulayır: miflər və ideyalar məna axtarışımız üçün vacibdir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəzail RZAQULİYEV – DAĞLAR QOYNUNDA QƏDİM DİYAR – KƏLBƏCƏR

DAĞLAR QOYNUNDA QƏDİM DİYAR – KƏLBƏCƏR

“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə

Yazı bütövlükdə müsabiqənin tələblərini əhatə etməyə bilər. Bu, Zülfüqar Hüseynzadənin döyüşkən ruhu xatirinə Kəlbəcərin o dövrünə qısa səyahətdir. Qoy, mübariz jurnalistimiz kimi o dövrün hadisələri də heç vaxt unudulmasın. Necə deyərlər, unutsaq, unudularıq. 

Rayonun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Burda ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövrdən keçən müddət 4 milyon ildən artıq bir tarixdir. Kəlbəcərdəki mağara düşərgələrində müxtəlif vaxtlarda aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Qobustan qayaları üzərindəki rəsmlərin oxşarı, mixi yazılar son tədqiqatlar zamanı aşkarlamışdır.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri vardır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Füsunkar təbiəti olan Kəlbəcər sıldırım qayaları, sıx meşələri ilə seçilir. Təbii sərvətlərlə zəngindir. Ölkənin ən böyük qızıl yatağı Kəlbəcərdədir.

Son olaraq inzibati ərazi vahidi kimi Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş, 25 noyabr 2020-ci ildə müzəffər ordumuz tərəfindən azad edilmişdir.

Münaqişə illərində

Ermənistanla Azərbaycan arasında milli münaqişə dövründə Kəlbəcər camaatı daha çox əziyyət çəkdi və sarsıntılar keçirdi. Kəndlərin bir-birindən aralıda yerləşməsi könüllü dəstələrin vəhdətinə, birləşməsinə mane olurdu. Kəlbəcərin və sərhədyanı kəndlərin hündürlükdə yerləşməsi əhalidə ermənilərin hücum etməyəcəyi təskinliyi yaradırdı. Qonşu Laçın və Dağlıq Qarabağın Ağdərə rayonlarında, eləcə də Ermənistanın Göyçə mahalında azərbaycanlılar yaşayırdı, ermənilərlə arada bufer rolunu oynayırdı. Göycə mahalının əhalisi köçürüldükdən sonra bölgəyə rusdili Sovet qoşunu yeridilərək sərhəddi mühafizə altına aldı. 

Mərkəzlə əlaqə

Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilməmişdi. Yeganə şassi yol olan Tərtər – Ağdərə (Dağlıq Qarabağ) – Kəlbəcər yolundan istifadə edərək mərkəzlə əlaqə saxlayırdılar. Rəhbərlikdə oturanlar gözəl başa düşürdülər ki, ermənilər istədikləri vaxt tunel yolu (Ağdərə yolunu) bağlayıb Kəlbəcərin mərkəzlə əlaqəsini kəsə bilərlər. Odur ki, alternativ yollar haqqında düşünməyə başladılar.

1988-ci ilin aprel ayında iki istiqamətdə yol çəkilişinə başlandı. Bunlardan biri Kəlbəcərin tunel bölgəsini Laçın rayonu, digəri Yanşaq – Meydançay bölgəsini Murovdağdan keçməklə Gəncə şəhəri ilə birləşdirəcəkdi. Kiçik Qafqaz sıra dağlarında dəniz səviyyəsindən üç min metr və daha yüksək hündürlükdə olan Murovdağdan yol çəkilişi məsələsi ağlabatan olmasa da başqa çıxış yolu da qalmırdı. SSRİ tarixində ilk dəfəydi smeta-layihə sənədləri tərtib edilmədən çəkilişi başlanan yollar yalnız bələdçilərin göstərişi əsasında aparılırdı. Həmin ilin yazında ölkə rəhbərliyinə gətirilən Vəzirov bu yolların həmmüəlliflərindən olmasa da çəkilişə əngəl də törətmədi.

İyulda Laçın istiqamətində çəkilən yol başa çatdırıldı və Qorçu kəndində ümumi şösse yola birləşdirildi. Sentyabrın ortalarında isə Gəncə istiqamətində çəkilən yol Murovdağ aşırımını keçərək Xanlar rayonunun Toğanalı kəndindəki yola birləşdirildi.

Yol çəkilişi Kəlbəcərin mərkəz ilə əlaqəsini yaxşılaşdırsa da gərginliyi aradan qaldırmadı. Belə ki, Tərtər – Ağdərə – Kəlbəcər marşrutu ilə hərəkət edən maşın karvanı yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisinin hücumuna məruz qalırdısa, yeni marşrutda olan Çaykənd, Azad və Kamo kəndlərində tam olaraq yaşayan ermənilərin təxribatlarından da yan keçmək mümkünsüz idi.

Son olaraq Ağdərə yolundan nə vaxt istifadə olunduğu xatırlanmasa da Murovdağ yolu hazır olandan sonra bu yoldan istifadəyə üstünlük verildi. Yoldan istifadənin xüsusi əhəmiyyəti vardı. Bu yolda tək hərəkət təlimata uyğun deyildi. Toğanalı kəndinin girəcəyində, Aşırımın ətəyində və Meydançay deyilən ərazidə “Yol evi” deyilən daldalanacaqlar tikilmişdi ki, burada sürücülər bir-birlərini gözləyib karvan şəklində yollarına davam etməliydilər.

İlk müdafiə tədbirləri

Kəlbəcərdə ermənilərin təxribatları ilə üzləşdikdən sonra özünümüdafiə məsələsi ortaya çıxdı. Ağdərə yolundan keçən maşınlara basqınla kifayətlənməyən erməni dığaları kiçik qruplarla kəndlərin “kəşfiyyat”ına çıxmağa başlayırlar. 1989-cu ilin iyun ayında, artıq xeyli vaxtdır Kəlbəcər maşınlarının Ağdərə yolu ilə keçmədiyini görən ermənilər on bir nəfərlik qrupla Ağdaban kəndi ərazisinə gəlirlər. Fəal tərpənən kənd camaatı onları zərərsizləşdirərək rayon mərkəzinə gətirir və milisə təhvil verirlər. Çox keçmir ki, rus hərbçilərinin müşayiəti ilə iki vertolyot gəlir və tutulanları istintaqa cəlb etmək üçün Xankəndinə aparmalı olur. Nəzərdə tutulmuş vertolyot meydançasına deyil, stadiona enən vertolyotlardan biri qalxma zamanı qəza törədərək meydançada futbol oynayan səkkiz azyaşlını qanına qəltan eyləyir və Kəlbəcər camaatını matəmə qərq edir. Bununla da özünümüdafiəyə qalxan camaat könüllü qruplar yaratmağa başlayır. Bu vaxt Daxili İşlər Şöbəsinin tərkibində milis bölüyü yaradılır və Ermənistanla sərhəddə olan Söyüdlü, Qara qaya, Dikyurd, Yellicə, Zəylik, Taxtadüz, Xanım dərəsi, Dağlıq Qarabağ ilə həmsərhəd olan Ağdaban, Narışdar, Çərəktar və təxribat xarakterli hücumlar gözləniləsi ehtimal olunan digər ərazilərdə postlar qurulur. Həmin postlarda iki yüz nəfərlik milis bölüyünün nəfərləri ilə bərabər könüllü dəstələrin üzvləri də dayanmalı olurlar.

Könüllü müdafiəçilərin əzmi rəhbərliyin atdığı iki addım nəticəsində qırılır. Birincisi, 1990-cı ilin iyirmi yanvar qırğınından sonra əhalidən ov tüfənglərinin yığılması və rusdilli Sovet qoşun dəstələrinin bölgəyə yerləşdirilməsi könüllü müdafiə dəstələrinin nizamını pozur və onlar fəaliyyətlərini dayandırırlar.

Təxribatlar münaqişəni dərinləşdirir

Mart ayından Dağlıq Qarabağda rəhbərliyi üzərinə götürən rus hərbçiləri ilə aparılan danışıqlar nəticəsində maşın karvanının Kəlbəcər – Ağdərə – Tərtər marşrutu ilə köhnə qayda üzrə hərəkətinə icazə verildi. Bir müddət yük maşınları, sərnişin avtobusları hərbçilərin müşayiəti ilə bu yolla işlədilər. Vahimə içərisində hər an hücuma məruz qalacaqlarından dörd göz olub bu bir neçə saatlıq yolu cəhənnəm əzabı ilə qət edirdilər. Nəhayət, qorxduqları başlarına gəldi. Iyunun 11-də ermənilərin vəhşiliyi kəlbəcərliləri ikinci dəfə sarsıtdı və düşmənçiliyi bir az da dərinləşdirdi. Həmin gün Tərtərdən gələn maşın karvanı Otaq qaya adlanan yerdə pusquya düşdü, gülləbaran olundu. Onlarla kəlbəcərli və İstisu sanatoriyasına gələn qonaq yaralandı, şikəst oldu. Xidməti vəzifə borcunu yerinə yetirən (hərbçilərlə bərabər həm də milis işçiləri karvanı müşayiət edirdi) milis mayoru həlak oldu. Onunla bərabər rus hərbçilərindən əsgər Sergey Mezentsev aldığı güllə yarasından dünyasını dəyişdi.

Rus hərbçiləri yeganə xilaskar rolunda

Kəlbəcər rayonu ərazisində xidmət keçən rus hərbçiləri əhalinin rəğbətini qazana bilmişdi. Onlardan elələri var idi ki, əvvəllər Ermənistanda xidmət keçib dığaların riyakarlığının şəxsən şahidi olmuşdu.

Həm də bir neçə dəfə erməni yaraqlılarına qarşı əməliyyatlar keçirmişdilər. Əməliyyat zamanı Dağlıq Qarabağın həmsərhəd olan Getavan, Çapar, Vaqauz, Zərdəxaç kəndlərindən 24 nəfər erməni yaraqlısını həbs edərək Tərtər rayon Daxili İşlər Şöbəsinə təhvil vermiş, Haterk kəndi yaxınlığında 40 nəfərlik silahlı dəstə ilə döyüşə girərək onlardan çoxunu məhv etmiş və yerdə qalanını həbs edərək təhvil vermişlər. Beləliklə, bir neçə əməliyyatda ədalətlilik prinspindən çıxış edən rusdilli Sovet qoşunu kəlbəcərlilərin əsil xilaskarına çevrilmişdi.

Milli Ordu yaradılmağa başladıqdan üç ay sonra Sovet qoşunlarının bölmələri Bakıya çağırıldı. Bu proses bütün sərhədyanı rayonlarda, o cümlədən Kəlbəcərdə 1992-ci ilin mart ayında həyata keçirildi. 

Müdafiə naziri Kəlbəcərə gəlir

Aprel ayının yeddisindən səkkizinə keçən gecə ermənilər Ağdaban yaşayış məntəqəsini işğal edir. Bu xəbəri eşitcək Gəncə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənov 75 nəfərlik milis bölüyünü Kəlbəcərə köməyə göndərir.

Müdafiə naziri Rəhim Qazıyev dərhal Kəlbəcərə gəlir. Ölkənin müdafiəsinə cavabdeh şəxs vəziyyəti analiz edib əmr verir. Onun əmri ilə 701 saylı hərbi hissə Kəlbəcər rayonunun müdafiəsinə göndərilir. Həmin hərbi hissə Bakının Şıxov massivində Sovet ordusundan miras qalan normal şəraitli hərbi şəhərcikdə yaradılan və Ali Baş Komandanın son ehtiyatı idi.

***

Düzdür, Kəlbəcərdən sonra ard-arda digər rayonlar da işğal olundu. Kəlbəcərin işğalını isə həmin rayonların işğalı ilə eyniləşdirmək olmaz.

Müəllif: Fəzail RZAQULİYEV

Hərbi psixoloq

FƏZAİL RZAQULİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Həyatdan incəsənətə” – İlahə Səfərzadə

İlahə SəfərzadəTəranə Məmməd

Həyatdan incəsənətə

(Təranə Məmməd haqqında)

İctimai şüurun formalarından olub həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyat mürəkkəb olduğu qədər, eyni zamanda, onu yaradan üçün artıq bir həyat qayəsi, yaşam tərzi halını almış bir prosesdir. Eynən bu məqalədə haqqında söhbət açacağım yaradıcı qadın olan Təranə Məmməd kimi. O, incəsənətin növlərindən biri olan təkcə ədəbiyyatla kifayətlənmir, eyni zamanda çox gözəl rəsm əsərlərinin də yaradıcısıdır. Bir sözlə, bu qadın geyim tərzi, həyata baxışı, nəcib xarakteri, gözəl rəsmləri, lirik və epik əsərləri ilə belə demək mümkünsə, incəsənətlə bütünləşmişdir. Bu məqalənin mövzusu isə onun nəsr əsərləri, daha konkret ifadə etsək, hekayələri haqqındadır. 
Digər incəsənət növlərində olduğu kimi ədəbiyyatda da ilk növbədə əsərin məzmun gözəlliyi, sonra isə forma gözəlliyi əsasdır. Əgər sənət əsərlərinin özülünü həyat həqiqətləri təşkil etməzsə, ondan ərsəyə gələn məzmun da cəlbediciliyini itirər. Təranə Məmmədin bütün hekayələrində bütövlükdə onun yazıçı qayəsini, yəni, müəllifin oxucularda empatiya yaratmaq qabiliyyətini, ictimai mövqeyini, dünyagörüşü, müxtəlif həyati məsələlərə tərbiyəvi əhəmiyyətli mövqeyi, bədii-estetik məramını hiss etməmək mümkün deyil. 
Məlum olduğu kimi, nəsrdə sənətə məxsus olan bədiilik gözlənilməklə yanaşı eyni zamanda müəyyən bir sərbəstlik də vardır. Lakin deyərdim ki, Təranə Məmməd bu sərbəstliyin də ahəngini, ritmini tapmış, belə demək mümkünsə, nəsrə də lirizm yansıtmışdır. 
Müəllifin özünün də şərti olaraq “lirik hekayə” adlandırdığı “Sarı köynək” hekayəsində gənc ikən sevdiyi qızı itirmiş kişinin xatirələrindən bəhs edilir. Ümumiyyətlə, Təranə Məmməd yaradıcılığında müəllifin obrazlar vasitəsilə xalq deyimlərinə bir növ şüuraltı inam var. Bu da müəllifin kəlimələrin bir sehir olduğuna və həyatdakı ən güclü qüvvənin sözlər olduğuna inam hissindən irəli gəlir. Bəli, sözlərin gizli bir sehir olduğuna mən də inanıram. Psixoloqlardan da tez-tez eşitdiyimiz “gözəl düşün ki, həyatın da gözəl keçsin” sözləri əbəs yerə deyilmir. İnsan kəlimələr vasitəsilə düşünür, düşüncə vasitəsilə müxtəlif həyat hadisələrini özünə çəkir. Eynən “Sarı köynək” hekayəsinin qəhrəmanı kimi. O, sevdiyi qıza aldığı sarı köynəyin bacısının sözlərinə inanaraq ayrılıq salacağına inanır və dəyişmək üçün mağazaya gedəndə bacısının qəza keçirməsi onun həyatında çətinlik yaratdığı üçün sevgilisinə vaxt ayıra bilmir. Müəyyən müddətdən sonra isə sevdiyi qızın artıq başqasına nişanlandığını görəndə sarsıntı keçirir. İndi artıq o, nəvələri olan bir baba statusunda olsa da, nə ilk məhəbbətini, nə də aldığı o sarı köynəyi ömrü boyu unutmamışdır. Haradasa xalq mahnısı olan “Sarı köynək” ifa olunanda da xatirələri hər şey dünən baş veribmiş kimi yenidən canlanır və hekayənin qəhrəmanını əbədi bir xəyal qırıqlığına məhkum edir.
Çernişevski ədəbiyyatı “həyatın dərs kitabı” adlandırırdı. Bu mənada ki, gözəl yazılmış əsərlər insanın düşüncələrinə təsir edib onu aydınlatmalı, işıqlı bir gələcəyə yönləndirməli, humanizm və xeyirxahlığı təbliğ etməlidir. Yazıçının qısa hekayələrindən biri olan “Bumeranq”da öz atasına qarşı ədalətsiz davranmış oğulun da eyni taleyi yaşayacağı qənaətindədir. Belə ki, hekayədə sahibsiz bir məzarın sağ ikən atasına qayğı göstərməmiş, onun məzarına belə heç vaxt getməmiş bir şəxsə aid olduğu təsvir olunur. Bu çox qısa hekayə özündə dərin mətləblər ehtiva edir. Heç bir qanun kitabında öz əksini tapmayan, belə demək mümkünsə, yazılmamış qanunlardan biri də odur ki, övladın valideyn qarşısında vəfa borcu vardır. Belə ki, övladlar böyüdükdən sonra artıq yaşlanmış valideynlərinə qayğı və şəfqət göstərməli, onları sevgidən məhrum etməməlidirlər. Yazıçı bu hekayəsi ilə öz valideynini bu qayğıdan məhrum edənlərin eyni taleyi yaşayacağı qənaətindədir. Yəni, başqa sözlə ifadə etsək, “yaşatdığını yaşamadan ölməzsən” deyimi buraya tam uyğun gəlir. 
Bu ideyanı başqa bir əsərdə – “Qonşular” hekayəsində də görürük. Burada isə qızına heç vaxt sevgi göstərmədən onu tərk edən atanın qızını tapıb ona isinişməyə başladığı vaxt övladının da onu tərk etdiyinin şahidi oluruq.
Müəllifin “Uşaq yaddaşı” hekayəsində də başqa bir formada eyni ideya hakimdir, əslində. Hekayənin qəhrəmanı hər gün yol ilə gedərkən məktəblərinə yaxın olan yoldan keçəndə orada yaddaşında iz buraxan insanları xatırlayır, onlar üçün darıxır. O, keçmiş məktəbindəki qapıçı və xadimənin necə saf və gözəl qəlbli insanlar olduğunu fikirləşir həmişə. Onundüşüncələrindən məlum olur ki, qapıçı və xadimə kasıb olmalarına rəğmən ruhən zəngin insanlar olmuşlar. Bir dəfə məktəbdə ac qalan həmin qıza xadimə öz bulkusunu verib özü ac qalsa da qızın doymağından mənən rahatlıq tapmışdı. İndi o qız böyümüş, yaxşı iş yerlərində çalışır və təsadüfən yolda həmin xadimə qadınla qarşılaşanda ona kömək etmək istəyir. O, cibindəki pulu çıxarıb verəndə öz mənəvi borcunu yerinə yetirdiyini düşünüb ruhən xoşbəxtlik tapır. 
Yazıçı nədən yazmasından asılı olmayaraq, onun əsərlərinin əsasını insan, onun həyatı, milli, bəşəri qayğı və arzuları təşkil edir. Və hər bir sənətkar yazarkən həm də öz dövrünün sosial mənzərəsini yaradır, cəmiyyətin xarakterini obrazlar vasitəsilə kağıza köçürür. Lakin əsl ustalıq köçürmə prosesində deyil. Bu işin sirri həm də hər bir oxucunun buradan öz həyatı üçün hansı nəticə çıxaracağı qənaətinin düzgün ölçü meyarının hesablanmasındadır, yəqin ki. Təranə Məmmədin “Daxili çevriliş”hekayəsi də həyatda düzgün yol tutmamış insanın doğru yola gəlmək çabasını ifadə edir. Belə ki, hər gününü sərxoş olub içki şüşələrinə qurşanan adamın artıq ətrafında kimsəsi qalmamış, hər kəs ondan üz döndərmişdir. O, zaman-zaman əvvəlki həyatı üçün darıxıb həyat yoldaşı, qızı ilə münasibətləri düzəltmək, yenidən onların həyatındakı yaxşı insan olmaq haqqında düşünsə də iradəsiz davranışları buna mane olur, içkisiz qala bilmir, özü ilə bacarmır. Bir gün təsadüfən kafedə müqəddəs kitabı almaq istəyərkən pulunun çatmadığını görəndə bir şəxs (hekayənin daha sonrasında oxucu bu şəxsin onun qızını sevən, onunla evlənmək istəyən adam olduğunu öyrənir) ona bu kitabı alıb hədiyyə edir. Adam günlərcə evdən çölə çıxmadan kitabı oxuyur və sonrasında özündə bu dəyişikliyi hiss edir ki, o, içkisiz də qalmağı bacarırmış. Yavaş-yavaş özünə gəlməyə və iş-güc barəsində də düşünməyə başlayır. Hekayə obrazın yenidən işini, ailəsini geri qazandığı nikbin sonluqla tamamlanır. Əsərdən çıxan nəticəni isə belə aydınlaşdırardım ki, yazıçı insan psixologiyası və kainat qanunlarının vəhdətdə olduğu düşüncəsindədir və əgər bir insan qarşısına məqsəd qoyub hər hansı xoş niyyətini reallaşdırmaq istəyərsə, bütün kainat onun bu niyyətini gerçəkləşdirmək üçün iş birliyi edər. 
Müəllifin bu cür “kainatın iş birliyi etdiyi” hekayələrindən biri də “Kesma” adlı hekayədir. Evlənmək üçün heç kimlə uzlaşmadığını amma bibisinin qədər, qismət haqqında dediyi sözlərə də etinasız və biganə yanaşan gənci sonda bu sözə tam anlamı ilə inanmağa vadar edən bir hadisə yaşayır və bu hekayə də nikbin sonluqla tamamlanır. 
Yazıçının “Yuxulara inanın” hekayəsi ilk baxışda bədbin bir hekayə təsiri bağışlasa da (belə ki, hekayə vəfat etmiş uşağın ruhlar aləmindən olan nitqi əsasında yazılıb) düşünürəm ki, bu əsər də insana mənəvi rahatlıq və ruha dinclik bəxş edir. Hekayədə müəllif dünyagörüşünü, insanın maddi dünyadan köçdükdən sonra ruhlar aləmindəki dünyaya inamını da nümayiş etdirir. Yazıçının “sevdiyiniz insanla qovuşa bilmədiyinizə görə üzülməyin, cismin bacarmadığını ruh bacarır, bəzən” cümləsinin də kökü klassik ədəbiyyata gedib çıxır. Belə ki, müasir ədəbiyyatımız üçün özül, mənbə rolunu oynayan klassik ədəbiyyatımızda da bir çox əsərlərdə, o cümlədən, “Leyli və Məcnun”larda qəhrəmanlar sonda ruhlar aləmində qovuşduqları üçün xoşbəxt hiss etdikləri qeyd olunur. 
Ruhlar dünyasına inamın əks olunduğu hekayələrdən biri də “Güldəstənin yuxuları” hekayəsidir. Burada da müəllif cəmiyyətin sosial mənzərəsini, xalqın yaşam tərzini göstərməyə çalışır, bəzən hətta ruhun dili ilə ruhların yaşadığı mənəvi dünyanın daha gözəl və rahat olduğu qənaətinə gəlir. 
Yazıçının “Dəniz sevgisi”,  “Dənizdən böyük eşq”, “Qoru onları” hekayələrində sevən insanın qəlb çırpıntıları ifadə olunur, onun öz eşqi uğrunda hər fədakarlığı edəcəyi qənaətindədir. Bu nəsr əsərlərində saf və təmənnasız sevgi vurğulanır.
Müəllif  “Oğurluq”, “Qadınlar, qadınlar” hekayələrində isə oxucunu humanist duyğulara səsləyir, insanları anlamağa, intiqam və həsəd duyğularından uzaq olmağa, keçmiş yaşadıqlarından dərs almağa, həyatda heç kimin başına gələ biləcək pis hadisələrdən siğortalanmadığına, həyat təcrübələrinə söykənərək yaşananlardan dərs almağa dəvət edir. 
Ümumilikdə, Təranə Məmməd yaradıcılığı ədəbiyyatın əzəli məqsədi olan insanı mənən zənginləşdirmək funksiyasını ən gözəl formada həyata keçirir. Bu incəsənət xanımın həmişə yazıb-yaratmasını diləyirəm…

İlkin mənbə: “Həyatdan incəsənətə”

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arifin şeirləri

Bir ədalət məhkəməsi qurulaydı

Dünyadan kəm qismətimi dərə-dərə,
İnsanlığın çökdüyünü görə-görə,
YARADANa gündə min yol, neçə kərə,
Yalvarıram könüllərə nur salaydı..
Bir ədalət məhkəməsi qurulaydı.

Məhəbbəti şəhvət ilə qarışdırdıq,
Mərdi qovub xəyanətlə barışdırdıq.
Sadələrə avam deyib könül qırdıq,
Məzlumların qəlbi dolu ahdı, vaydı,
Bir ədalət məhkəməsi qurulaydı.

Riyakarın, yalançının dili uzun,
Saxtakarın, günahkarın əli uzun..
Cahil zəm-zəm çeşməsində yuyub üzün,
İsmailin məqamında özün saydı…
Bir ədalət məhkəməsi qurulaydı.

Aşıqlərin göz yaşından bezdim daha,
Ümidimin qıçı sınıb, gümanı yoxdur sabaha.
Səsim çatmır, ünüm yetmir ki, ALLAHa,
Deyəm, Adəm doğulduğutək olaydı,
Bir ədalət məhkəməsi qurulaydı.

Asaydılar, kəsəydilər nadanları,
Evinəcən qovaydılar yalanları.
Qeyrətini,namusunu satanları,
Yandırdıqca külü göyə sovrulaydı.
Bir ədalət məhkəməsi qurulaydı.

Bapbalaca dünyamızı etdik zəhər,
Kədər ilə qol boyunuq axşam,səhər.
Şeytan, iblis insanlığa çaldı zəfər,
Bu dünyamız cəhənnəmə artıq taydı..
Bir ədalət məhkəməsi qurulaydı.
Göyçay şəhəri

ALLAHın sevgisindən

Bir gözələ könül verdim,
Elə bildi oyuncaqdı.
Qəlbimi şıltaqlığıyla,
Od vurub yandırıb, yaxdı.

Dedi, sevgi bir nağıldı,
Məcnundan mirasdır bizə.
Rast gəlmədim bu kitabı,
Sonadək oxuyan kəsə.

Məcnun özü məhəbbətdən,
Dəliliyə çatmadımı?
Gecələri, gündüzləri,
Səhralarda yatmadımı?

Guya, Leylinin eşqindən,
Yuxuları ərşə çıxdı.
Leysan olub gözlərindən,
Məhəbbətin seli axdı.

Göz yaşıyla suvardığı,
Ərəbistan çöllərindən.
Guya kəramət göstərib,
Qumları eylədi çəmən.

Dedi, söylə, eşq dediyin,
Kimi xoşbəxt edə bildi?
Eşq toruna düşməyənlər,
Aşıqləri gədə bildi.

Mənə qurban elədiyin,
İnanmıram qəlbinə mən.
Çoxdan sənin Məcnunların,
Düşüb tarixin gözündən.

Bilirsənmi,nəyə görə, ?
Dünya qara günə düşüb.
Hərə bir küncdə, bucaqda,
Süst qalıb, dərddən büzüşüb.

Çünki, sevgi, eşq dediyin,
Qəlb bildiyin diyardadır.
Qəlbdə isə YARADANın,
Həmişə nəzəri vardır.

Qəlbimizə haram qatıb,
YARADANı küsdürdük biz.
Ona görə qaralıbdır,
Saxtalıqdan üz, gözümüz.

İstəmirəm şimşək olub,
Qəlbimə od salasan sən.
Mənim qəlbim ilham alır,
ALLAHımın sevgisindən.
Göyçay şəhəri

Baxıram

Torpağa baxıram cadar cadardır,
Qəlbi qan ağlayır, üzü pərişan.
Soruşdum ey torpaq, de, nəyin vardır?
Nədən qəm, kədərə olmusan mehman?

Kədərli-kədərli dilləndi torpaq,
Səxavət göstərdim qəlbim yarıldı.
Hər şeyə üstümdə yer verdim, ancaq-
Toxum böyüdükcə yerim daraldı.

Başımı qaldırıb səmaya baxdım,
Səma aydın, gözəl göründü mənə.
Birdən külək əsdi, ildırım çaxdı,
Qapqara buludlar çökdü üstünə.

Soruşdum, nədəndir döndü əhvalın,?
Nədən qara libas geyindin belə?
Dedi, özümə də kəmdir sualın,
Nifrət bəsləmədim küləyə, yelə.

Kənardan bir yanan ocağı gördüm,
Rəngləri üzünə yaraşıq idi.
Oddan gözəlliyin sirrini sordum,
Gözəllik başıma bəladır, dedi.

Hər külək əsəndə dəyişir halım,
Qarışır rənglərim biri- birinə.
Qəzəbdən, içimdə arzum, xəyalım,
Nifrətə çevrilir sevgi yerinə.

Dəniz kənarında oturub bu gün,
Ləpələrdən ılham alıram yenə.
Birdən dalğalandı dəniz büsbütün,
Fırtınası nifrət çəkdi üzünə.

Soruşdum, ey dəniz, nə oldu sənə?
Bumudur qonağa qoyduğun hörmət?
İncimə, söylədi, kükrəyib mənə,
Küləyin əlindən çəkirəm zillət.

Illərin dostuyla görüşən zaman,
Qəmin çığırını gördüm üzündə.
Səmimi, qayğıkeş mənə dost olan,
Dostum hisslərini boğur gözündə.

Soruşdum, nə olub əziz dost sənə?
Nədəndir titrəyir, boğulur səsin?
Toxunub yarımın, dedi, qəlbinə,
Nadanın dilindən əsən kəlməsi.

Baxdım ki, küləyin əlindən hər şey,
Dad-aman eyləyir, əlhəzər deyir.
Hər şeyin dilində küləkdən giley,
Hər şeyin ömrünü yel ləkələyir.
Göyçay şəhəri

Cığallıq olub

Baxdım bu dünyanın qara üzünə,
Gördüm haram satır qaranlıqlarda.
Dünyanın ağ üzü çəkdi gözümə,
Məzlumun ahını aydınlıqlarda.

Gözlərim yaşardı, gözlərim doldu,
Hər şeyin üstündə saxta rəng gördüm.
Dünyanın insanlıq taxtı boşaldı,
Yerində qorxunc bir div, nəhəng gördüm.

Saxta toxum düşüb könül bağına,
Meyvəsi qısqanclıq, paxıllıq olub.
Nəzarət edənmir insan ağlına,
Hər işi, əməli cığallıq olub.

Anladım, dünyaya gələndə insan,
Niyə ağlayaraq fəryad qoparır?
Dünya tarlasında yetişən yalan,
Daddıqca, hər kəsi bəlaya salır.

Bu dünya imtahan dünyası isə,
Niyə sualları cavabsızdı bəs?
ALLAHım rəhm eylə, nə olar bizə,
Şeytan çaldığını oynayır hər kəs.

Şah damarımızdan da çox yaxın olan,
Niyə RƏBBimizi unutmuşuq biz?
Bir gün bu dünyanı dəyişən zaman,
Görən, nə olacaq aqibətimiz!?
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycanda keçiriləcək COP29-un dünya üçün multikultural əhəmiyyəti

Azərbaycanda keçiriləcək COP29-un dünya üçün multikultural əhəmiyyəti

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) Tərəflərin qarşıdan gələn 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək. Bu məkan iqlim dəyişikliyinə dair qlobal perspektivlərin müxtəlif qobelenlərini əks etdirən və beynəlxalq ətraf mühitin idarə edilməsində inklüzivliyin vacibliyini vurğulayan dərin multikultural əhəmiyyətə malikdir. Azərbaycan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən mədəni mozaika müxtəlif qlobal sivilizasiyaların qarşılıqlı əlaqəsini təmsil edir. COP29-a ev sahibliyi etməklə Azərbaycan müxtəlif mədəni və tarixi kontekstlərin qlobal ekoloji strategiyalara necə töhfə verdiyini nümayiş etdirərək iqlim müzakirələrində bu müxtəlifliyi ön plana çıxarır.
Azərbaycanda keçirilən COP29 mədəniyyətlərarası dialoqu qlobal səhnədə nümayiş etdirmək və təşviq etmək üçün unikal imkan yaradır. Ölkənin müxtəlif etnik qrupların və dinlərin qarışığı müxtəlif dünyagörüşləri və iqlim fəaliyyətinə yanaşmaları başa düşmək və inteqrasiya etməyin vacibliyini vurğulayır. Bu parametr nümayəndələri müxtəlif perspektivləri nəzərə almağa və hörmət etməyə sövq edir, daha vahid və əhatəli iqlim həllərinə gətirib çıxarır. Azərbaycanın mövqeyi müxtəlif regionları, o cümlədən Avropa, Asiya və Yaxın Şərqi birləşdirir. COP29-un belə bir strateji məkanda keçirilməsi iqlim məsələlərinə vahid qlobal yanaşmanın zəruriliyini vurğulayır, regional fərqləri aradan qaldırır və beynəlxalq əməkdaşlığı gücləndirir. Bu əlaqə təbii olaraq transsərhəd olan və əlaqələndirilmiş qlobal səylər tələb edən iqlim problemlərinin həlli üçün çox vacibdir.Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu regional geosiyasət və ekoloji məsələlərdə strateji əhəmiyyət kəsb edir. Bakıda keçiriləcək COP29 iqlimə davamlılıq, ətraf mühitin mühafizəsi və davamlı inkişaf üzrə regional əməkdaşlığı gücləndirə, qonşu ölkələri və beynəlxalq maraqlı tərəfləri bir araya gətirməklə, konfrans ortaq ekoloji problemlərin həllinə və birgə təşəbbüslərin təşviqinə kömək edə bilər.
Azərbaycanın müxtəlif demoqrafik mənzərəsi, o cümlədən müxtəlif etnik mənsubiyyətlər və dillər qlobal iqlim siyasətində inklüzivliyin vacibliyini göstərir.Konfrans müxtəlif icmaların iqlim dəyişikliyi ilə necə qarşılaşdığını və fərqli şəkildə necə davrandığını vurğulaya bilər. Bu inklüzivlik iqlim həllərinin ədalətli və mədəni cəhətdən həssas olmasını təmin edir, tək ölçüyə uyğun yanaşmadan daha çox bütün icmaların ehtiyaclarına cavab verir. Azərbaycandakı COP29-un multikultural konteksti müxtəlif iqlim prioritetləri və imkanları olan ölkələr arasında çoxtərəfli əməkdaşlığı təşviq edir. Konfrans müxtəlif millətləri və mədəniyyətləri bir araya gətirməklə, müxtəlif mədəni və iqtisadi fonlar üzrə bilik, strategiya və innovasiyaların mübadiləsini asanlaşdırır. Bu əməkdaşlıq Paris Sazişi kimi sazişlərlə müəyyən edilmiş qlobal iqlim məqsədlərinə nail olmaq üçün vacibdir. Azərbaycanın ev sahibi ölkə kimi rolu Paris Sazişinin hədəfləri kimi beynəlxalq iqlim öhdəliklərinin irəliləyişində bu konfransın əhəmiyyətini artırır. O, həmçinin ölkələrə öhdəliklərini yeniləmək, tərəqqini bölüşmək və iqlim strategiyalarında boşluqları aradan qaldırmaq üçün platforma təklif edir. Ölkəmizin COP29-a ev sahibliyi etməsi ətraf mühitin mühafizəsinə mədəni töhfələri qeyd etmək üçün bir platforma təklif edir. Əsrlər boyu müxtəlif ekosistemləri qoruyub saxlayan yerli və yerli təcrübələr davamlı yaşama dair dəyərli fikirlər verə bilər. Bu təcrübələri tanımaq və qlobal iqlim strategiyalarına inteqrasiya etməklə konfrans iqlim həllərinin zənginliyini artıra bilər.
Azərbaycanda COP29 sadəcə bir konfrans deyil; qlobal iqlim fəaliyyəti üçün kritik bir nöqtəni təmsil edir.Azərbaycan öz unikal mövqeyindən istifadə etməklə, yaranan iqtisadi çağırışları həll etməklə, enerji keçidini təşviq etməklə, regional əməkdaşlığı təşviq etməklə və innovasiyaları sürətləndirməklə, iqlim siyasətinin gələcəyinin formalaşdırılmasında mühüm rol oynamağa hazırlaşır. Dünya Bakıya yaxınlaşdıqca, COP29-un nəticələri dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə və davamlı gələcək qurmaq üçün nə dərəcədə effektiv birləşə biləcəyini müəyyən etməkdə mühüm rol oynayacaq. Zəngin mədəni irsə və strateji coğrafi mövqeyə malik bir ölkə kimi Azərbaycan iqlim fəaliyyətinə dair qlobal dialoqun təşviqi üçün unikal şərait təklif edir. Mədəni müxtəlifliyi əhatə etməklə və mədəniyyətlərarası əməkdaşlığı təşviq etməklə, COP29 inklüziv, əməkdaşlıq və effektiv iqlim idarəçiliyi üçün presedent yaratmağı hədəfləyir. Bu konfrans təkcə iqlim dəyişikliyi problemini həll etmək üçün platforma deyil, həm də mədəniyyətlər və sərhədlər arasında birgə işləməkdən gələn gücü vurğulayan dünyanın zəngin mədəni qobeleninin təntənəsidir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru