AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI
Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər. Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün, görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun” [4, s.5]. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən, ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından, konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi. Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə gətirtməyə nail ola bilmir.
Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz” [5, s.375]. Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından, konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir. Ədəbiyyat:
Həsənova T. Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. – 2016. – 17-19 sentyabr. – № 146. – S. 7.
Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A. Hümbətova // Mədəniyyət.az. – 2018. – № 320. – S. 53-55.
Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə // Mədəniyyət. – 2015. – 18 sentyabr. – № 72. – S. 12.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-1939. – № 3. – S. 5.
Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.
I TÜRKOLOJİ QURULTAYIN ƏDƏBİYYATIN İNKİŞAFINDAKI ROLU
I Türkoloji qurultayda türk xalqlarının əlifba məsələsi, dili, kulturoloji görüşləri, tarixi, ədəbiyyatı, dilçilik məsələləri araşdırılmışdır. Qurultayda iştirak edən M.Köprülü, V.Bartold, Ə.Hüseynzadə, Samoyloviç, T.Mentsel, B.Çobanzadə, Qubaydulin kimi ədəbiyyatşünaslar ümumtürk ədəbiyyatının problemlərinin həlli istiqamətində çox mühüm işlər görmüşdürlər. Qurultayda iştirak edən İsmayıl Hikmət kimi nüfuzlu ədəbiyyatşünaslar türk xalqlarının mədəni-mənəvi birliyində ədəbiyyatın rolunu yüksək qiymətləndirərək, ədəbiyyatla bağlı çox qiymətli məruzələrlə çıxış etmişdirlər. Qurultayda ədəbiyyatla yanaşı dil, dil əlaqələri, dil nəzəriyyəsi, termin, orfoqrafiya, tarix, kulturologiya kimi mövzularada geniş şəkildə yer ayrılmışdır. I Türkoloji qurultayda “Qudatqu bilik”, “Divani-lüğətt-it-türk”, “Divani- hikmət”, Orxon -Yenisey abidələrinin təhlillərinə aid məsələlər müzakirə edilmişdir. Qurultayda Ə.Hüseynzadə “Qərbin iki dastanında türk”, B.Çobanzadə “Türk dillərinin yaxın qohumluğu haqqında”, akademik V.Bartold “Türk xalqları tarixini tədqiqin indiki vəziyyəti və yaxın vəzifələri”, Qubaydullin “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı”, F.Köprülü “Türk xalqlarının ədəbi dillərinin inkişafı” (1-ci məruzə), “Türk xalqları ədəbiyyatlarının tədqiqin yekunları və gələcək vəzifələri” (ikinci məruzə), T.Mentselin “Anadolu-Balkan türklərinin ədəbiyyatlarının araşdırılması və nəticələri” adlı məruzələri ilə dünya ədəbiyyatına çox böyük töhfələr vermişdirlər. Qurultayda ədəbiyyat məsələləri ayrıca və digər problemlərlə qarşılıqlı əlaqəli şəkildə təhlil edilib müəyyən nəticələrə gəlinmişdir. Ə.Hüseynzadənin “Qərbin iki dastanında türk” adlı məruzəsi özünün mövzusu, problematikası və strukturu cəhətdən olduqca mükəmməl idi. Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə məruzəsi ilə türk xalqlarının tarixində ədəbiyyatın inkişafının vacibliyini dönə-dönə bildirmişdir. Onun məruzəsində türk xalqlarının ədəbi-mədəni həyatı başlıca yer tutmuşdur. O, məruzəsində ümumtürk ədəbiyyatının tarixi əhəmiyyətini çox yüksək qiymətləndirmişdir. Ə.Hüseynzadə ən qədim dövrlərdən orta yüzilliklərin sonuna qədərki zaman məsafəsində yaranan qədim türk dastanlarını, Orxon-Yenisey yazılarını, XI-XVI əsrlərdə Orta Asiya, Qafqaz, İran və Anadoluda yazıb-yaratmış klassiklərin əsərlərini türk xalqlarının sərvəti adlandırmışdır. Qurultayda türk xalqlarının ədəbiyyatının inciləri olan dörd misralıq formalardan-mani, türkü, türkhani, tuyuğ kimi şeir şəkilləri yüksək qiymətləndirilmişdir. Türk ədəbiyyatının tarixinin tərcümeyi-hal materiallarının zəngin olmasında türk xalqlarının əvəzsiz rolu danılmazdır. Qurultayda minillik ədəbiyyat tarixi olan türk xalqlarının xalq ədəbiyyatı nümunələri yaradaraq, ədəbiyyatlarını zənginləşdirməkləri yüksək dəyərləndirilmişdir. Türk xalqları ədəbiyyatındakı ədəbiyyat nümunələri sayəsində tarixi və coğrafi inkişafa nail olunmuşdur. I Türkoloji qurultayda türk xalqlarının ədəbiyyatına aid əlyazmaların toplanması və araşdırılması məsələsi də geniş bir şəkildə müzakirə olunmuşdur. Türk xalqlarında ədəbiyyatın inkişaf yolları müzakirə edilərək, bir çox ədəbiyyat məsələləri öz həllini tapmışdır.
AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI
Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər. Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün, görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun” [4, s.5]. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən, ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından, konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi. Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə gətirtməyə nail ola bilmir. Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz” [5, s.375]. Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından, konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir. Ədəbiyyat:
Həsənova T. Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. – 2016. – 17-19 sentyabr. – № 146. – S. 7.
Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A. Hümbətova // Mədəniyyət.az. – 2018. – № 320. – S. 53-55.
Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə // Mədəniyyət. – 2015. – 18 sentyabr. – № 72. – S. 12.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-1939. – № 3. – S. 5.
Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.
Əbdürrəhim bəy Haqverdiyev – maarifçi hekayə ustadının bədii dünyası (Həcər Atakişiyevanın “Əbdürrəhim bəy Haqverdiyev – 155” kitabı haqqında) Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan Əbdürrəhim bəy Haqverdiyev təkcə görkəmli dramaturq və ictimai xadim kimi deyil, həm də hekayə janrının inkişafında əvəzsiz rolu olan yazıçı kimi tanınır. Onun hekayələri milli realizmin, humanizmin və maarifçiliyin canlı nümunəsidir. Həcər Atakişiyevanın qələmə aldığı “Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində kateqoriyalanma” adlı yazı məhz bu böyük sənətkarın bədii irsinin mahiyyətinə işıq salır, onun hekayələrindəki məzmun dərinliyi, obrazların həyat həqiqətinə uyğunluğu və mənəvi təmizliyin təbliği kimi əsas istiqamətləri təhlil edir. Atakişiyeva yazıçının “Şeyx Şəban”, “Həmşəri pasportu”, “Röya”, “Mirzə Səfər” kimi hekayələrini geniş təhlil edərək, Əbdürrəhim bəyin insan taleləri vasitəsilə dövrün ictimai problemlərini bədii dildə çatdırmaq bacarığını önə çəkir. O göstərir ki, Haqverdiyev üçün hekayə janrı sadəcə hadisələrin ardıcıl təsviri deyil, həm də cəmiyyətin mənəvi güzgüsü, xalqın maariflənməsi və ədalət hissinin oyanması üçün bir vasitədir. “Şeyx Şəban” – sadə insanların faciəvi taleyi Yazıda “Şeyx Şəban” hekayəsinin dərin bədii məzmunu xüsusi qeyd olunur. Ədib bu hekayədə sədaqət, vəfa, yoxsulluq və əxlaqi dözüm kimi dəyərləri ucaldır. Şəban və Gülsüm obrazları vasitəsilə Haqverdiyev insan əzabının mənəvi ucalığa çevrildiyi bir dünyanı təsvir edir. Atakişiyeva haqlı olaraq bildirir ki, yazıçı kiçik bir hekayə çərçivəsində bütöv bir insan ömrünü, sevgi və itki ağrısını oxucuya çatdırmağı bacarır. Bu, Haqverdiyevin hekayə janrında psixoloji dərinliyin və bədii portret ustalığının təntənəsidir. “Həmşəri pasportu” – sarkazm və ictimai tənqid Atakişiyeva Haqverdiyevin sarkazm ustalığını “Həmşəri pasportu” hekayəsində ustalıqla dəyərləndirir. Burada rüşvət, saxtakarlıq və mənəvi aşınma yazıçının iti tənqid hədəfinə çevrilir. Hekayədəki iqlim və məkan təsvirləri Haqverdiyevin realizmini daha da gücləndirir. Yazıçı cəmiyyətin mənəvi iqlimini soyuq, rütubətli, daimi yağışlı hava ilə assosiasiya edərək ictimai mühitin rəmzi mənzərəsini yaradır. “Röya” – insan arzularının, itkilərinin bədii izharı Ədibin “Röya” hekayəsi haqqında danışarkən müəllif, Haqverdiyevin insan psixologiyasına dərindən nüfuz edən bir sənətkar olduğunu vurğulayır. Hekayədəki Süleyman obrazı öz həyatını və ailəsini itirmiş, ancaq arzularla yaşayan bir insanın faciəsini təcəssüm etdirir. Haqverdiyev bu hekayədə insan xəyalları ilə reallıq arasındakı uçurumu ustalıqla göstərir. “Mirzə Səfər” – mərdliyin və təmiz vicdanın simvolu Atakişiyevanın yazılarında ən geniş yer tutan “Mirzə Səfər” hekayəsi Haqverdiyevin maarifçilik ideyalarının təmərküzləşdiyi bir zirvə kimi təqdim olunur. Mirzə Səfər – təmiz, rüşvətdən uzaq, mənəvi dayanıqlığı ilə fərqlənən bir obrazdır. O, hər cür sosial ədalətsizliyə qarşı mətanətini qoruyur, ailə və dostluq dəyərlərini maddiyyatdan üstün tutur. Atakişiyeva bu obraz vasitəsilə ədibin cəmiyyətə ötürdüyü mənəvi mesajı – “yaltaqlıqdan uzaq, şərəfli yaşamaq” prinsipini vurğulayır. Usta Zeynal və Mirzə Səfərin dostluğu isə əsərdə əsl mənəvi həmrəyliyin, insani dəyərlərin bədii təcəssümü kimi dəyərləndirilir. Maarifçilik və bəşəri dəyərlər Həcər Atakişiyeva nəticə olaraq göstərir ki, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin əsas məqsədi cəmiyyəti cəhalət, nadanlıq və köhnə etiqadlardan xilas edərək maarifə səsləməkdir. Onun qəhrəmanları çox vaxt sadə insanlar olsa da, onların taleləri vasitəsilə yazıçı bütün bir millətin mənəvi portretini yaradır. Haqverdiyev hekayələrində insan mənəviyyatının, əxlaqın, sədaqətin, təmiz əməyin və ailə dəyərlərinin tərənnümçüsüdür. Bu baxımdan, Həcər Atakişiyevanın məqaləsi dahi ədibin yaradıcılıq irsini dərindən öyrənmək, onun ideya dünyasının maarifçilik ruhunu yenidən dəyərləndirmək baxımından əhəmiyyətli elmi-publisistik tədqiqat kimi dəyərləndirilə bilər. Nəticə olaraq, Atakişiyevanın yazısı bir daha sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyatımızda insanı, cəmiyyəti və ədaləti bədii düşüncənin mərkəzinə gətirən böyük maarifçi yazıçıdır. Onun hekayələri keçmişin acı reallıqlarını göstərsə də, gələcəyin aydınlığına inamla yazılmış sənət abidələridir.
Əbdürrəhim bəy Haqverdiyev – Maarifçiliyin və mənəvi oyanışın carçısı (Həcər Atakişiyevanın “Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində maarifləndirmə” yazısı əsasında) Azərbaycan ədəbiyyatı tarixində elə şəxsiyyətlər var ki, onların yaradıcılığı təkcə bədii sözün gücü ilə deyil, həm də maarifçilik ideyaları ilə nəsillərin mənəvi dünyasına işıq saçır. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyev öz dövrünün ən böyük ziyalılarından biri, xalqının düşüncə oyanışına xidmət edən böyük maarifçi kimi ədəbiyyat salnaməmizdə parlaq iz qoymuşdur. Həcər Atakişiyevanın “Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində maarifləndirmə” adlı məqaləsi də məhz bu istiqamətdə ədibin maarifçi baxışlarını, hekayələrindəki tərbiyəvi ideyaları və ictimai-sosial düşüncəsini dərindən təhlil edir. Haqverdiyev Azərbaycan nəsrinin inkişafında yeni mərhələ açan sənətkarlardandır. O, hekayə janrında xalqın həyatını, məişətini, dünyagörüşünü və ən əsası, cəhalətə qarşı mübarizə ideyalarını bədii şəkildə ifadə etmişdir. Həcər Atakişiyeva bu məqamı haqlı olaraq ön plana çəkir: ədibin “Keçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər ocağı” kimi əsərləri həm dövrün mənzərəsini, həm də maarifçiliyin zərurətini aydın şəkildə oxucuya təqdim edir. Müəllif yazır ki, “Keçmiş günlər” hekayəsində Haqverdiyev insanın mənəvi dəyərlərdən uzaq düşməsinin faciəsini qələmə alır. Əsərin qəhrəmanı Süleyman bəyin pul və şöhrət hərisliyi onun mənəvi tənəzzülünü göstərir. Yazıçı qəhrəmanın aqibəti ilə oxucuya ibrət dərsi verir – bu, maarifçilik ideyasının bədii təcəssümüdür. “Uca dağ başında” hekayəsində isə müəllifin qeyd etdiyi kimi, yazıçı cəmiyyətin passivliyini, insanların məşğuliyyətsizliyini və elmə biganəliyini sərt tənqid edir. Burada Haqverdiyev təbiət təsvirləri ilə bərabər, mənəvi həyatın durğunluğunu göstərir. Cəhalətə qarşı açıq mübarizə aparan yazıçı maarifin, elmin, fəaliyyətin zəruriliyini vurğulayır. Əsərlərinin ideya yükü baxımından ən təsirli nümunələrdən biri – “Seyidlər ocağı” – Həcər Atakişiyevanın təhlilində maarifçiliyin ən parlaq nümunəsi kimi təqdim olunur. Yazıçı burada xalqın avamlığını, dini pərdəyə bürünmüş saxtakar “seyid” və “mollaları” kəskin tənqid edir. Bu hekayə həm Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri ilə səsləşir, həm də xalqı elmə, düşüncəyə, ayıqlığa çağırır. Həcər Atakişiyeva öz resenziyasında Əbdürrəhim bəyin yaradıcılığını yalnız ədəbi dəyər baxımından deyil, həm də milli oyanış və maarifçilik missiyası kontekstində qiymətləndirir. Onun fikrincə, Haqverdiyev əsərlərindəki maarifçilik ideyalarını tənqid və satira ilə birləşdirərək oxucunu düşündürməyə, nəticə çıxarmağa vadar edir. Məqalənin əsas məziyyəti ondan ibarətdir ki, müəllif Haqverdiyevin hekayələrini təkcə məzmun səviyyəsində deyil, həm də ideya-fəlsəfi dərinlikdə təhlil edir. O, yazıçının xalqın gələcəyini maarifdə gördüyünü, onun əsərlərinin isə bir növ cəhalətə qarşı mübarizə manifesti olduğunu inandırıcı şəkildə əsaslandırır. Sonda Həcər Atakişiyeva haqlı olaraq qeyd edir ki, Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı Azərbaycan realizminin və maarifçi düşüncəsinin inkişafında mühüm rol oynamış, xalqı elmə, əxlaqa, düşüncəyə, mənəviyyata səsləmişdir. Onun hekayələri təkcə ədəbiyyatın deyil, milli özünüdərkin də dəyərli səhifələrindəndir. Həcər Atakişiyevanın bu tədqiqat xarakterli yazısı bir daha sübut edir ki, Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının yalnız bədii söz ustadı deyil, həm də maarifçilik və milli oyanış hərəkatının ideoloqudur. Onun hekayələri bu gün də oxucunu düşündürür, öyrədir, cəhalətə qarşı mübarizə ruhunu yaşadır.
2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Dahi akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Dahi şəxsiyyət 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını yazmışdır. 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Teymur Həşim oğlu Kərimli 2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Akademik 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Akademik Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur və o, otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda uğurla fəaliyyət göstərərək, uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. Akademikin ədəbiyyatşünaslıqdakı uğurlu nailiyyətləri nəzərə alınarak o, 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) vəzifəsində çalışmışdır. 2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır. Akademik Teymur Kərimli 1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdir. O, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru olmuşdur. Belə ki, akademik Teymur Kərimli altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru kimi adını ədəbiyyat tarixinə yazdırmışdır. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində Rusiya, İran İraq, Türkiyə, Suriya, Macarıstan, İtaliya, Hindistan, Fransa və MDB ölkələri kimi bir çox ölkələrdə təşkil olunmuş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində kitabların, dərsliyin, elmi məqalələrin müəllifi olmuşdur. Bunlara misal olaraq, “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarını, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqaləni misal göstərmək olar. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti ilə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi kimi tanınmaqdadır. O, klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şəxsiyyətlərin yaradıcılıqlarını tədqiq etmişdir. Akademik Teymur Kərimli qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı kimi klassik ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyəti ilə Azərbayban ədəbiyyatına çox böyük xidmətlər göstərmişdir. O, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri kimi zəngin klassik irsimizə, özəlliklə Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsrlərini geniş şəkildə araşdırmışdır. Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətini dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi üstünlük təşkil edir. Akademik Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərinin dərindən araşdırıcısı kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazdırmışdır. Teymur Kərimlinin bir alim və ədəbiyyatçı kimi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş əsərləri klassik Azərbaycan ədəbiyyatına işıq tutmuşdur. Akademik Teymur Kərimlinin Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsərlərini geniş şəkildə araşdırması fəaliyyəti Azərbaycan xalqının qəlbində onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi yaratmışdır. Ümumiyyətlə, Akademik Teymur Kərimlinin fəaliyyəti çox istiqamətlidir. Belə ki, o, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malik bir ədibdir. Akademik Teymur Kərimli ensiklopedik biliyə malik şəxsiyyət kimi elmi-bədii tərcüməçilik, milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması sahəsində mühüm işlər görmüş, Nizamişünaslıq və Füzulişünaslıq sahələrində geniş tədqiqatlar aparmış, bu sahədə çap etdirdiyi kitab və monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Teymur Kərimli istedadı, biliyi, zəhmətsevərliyi, bacarığı, fundamental əsərləri, monoqrafiyaları sayəsində Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə təmsil etmişdir. Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn 72 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. Əziz akademik Sizə uzun ömür, sağlamlıq arzulayaraq, hələ uzun illər klassik ədəbiyyat tarixinin neçə-neçə açılmamış əlyazmalarını işıqlandırmanızı Sizə səmimi qəlbdən arzu edirəm.
Əsərləri ümumbəşəri mahiyyət daşıyan və ecazkar poetik qüvvəyə malik olan Nizami Gəncəvi yaradıcılığı ilə dünya ədəbiyyatına öz adını əbədi yazdırmışdır. O, əsərlərinin poetik gücü ilə Şərq bədii təfəkkürünü dünya miqyasında elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və ədəbiyyatı görünməmiş yüksəkliklərə qaldırmışdır. Dahi Azərbaycan şəxsiyyəti Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün dünya ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Dünya ədəbiyyatının ondan sonra yaşamış görkəmli nümayəndələri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq dərsi öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edib, onu özlərinə böyük ustad bilmişdirlər. Nizami Gəncəvinin ölməz ədəbi irsi dünya ədəbiyyatına humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə, bilik, dərin fəlsəfi fikir aşılamışdır. Nizami Gəncəvinin zəngin yaradıcılığı dünya ədəbiyyatına qüvvətli təsir göstərmişdir. Dünya ədəbiyyatının bir çox məşhur simalarını Nizami Gəncəvi şeirinin ən yaxşı davamçılarındandırlar. Onun yaratmış olduğu ədəbi məktəb dünya ədəbiyyatına humanizm, insana məhəbbət, cəmiyyətdəki eyiblərin tənqidi, dostluq və məhəbbət ideyalarını aşılayır. Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında körpü rolunu oynamaqdadır. Nizami Gəncəvinin adı dahi dünya ədəbiyyatının nümayəndələri olan Homer, Dante, Bokkaçio, Şekspir, Bayron, Puşkin, Lev Tolstoy ilə birgə çəkilir. Dahi şəxsiyyət dünya ədəbiyyatında əlçatmaz bir zirvə olaraq qalmaqdadır. Nizami Gəncəvinin “Xəmsə”si Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatınada əbədiyaşar, pozulmaz poetik naxışlar vurmuşdur. Nizami Gəncəvinin “Xəmsə”si dünya yazılı və şifahi xalq ədəbiyyatının zirvəsidir. “Xəmsə” Azərbaycan ədəbiyyatının şah əsəri olduğu qədər, eyni dərəcədə dünya ədəbiyyatının da möhtəşəm ədəbi abidəsidir. Nizami Gəncəvi “Xəmsə”ni dünya ədəbiyyatına ən böyük sənət ərmağanı yazmışdır və onun əsərləri dünya ədəbiyyatı hadisəsidir. Nizami Gəncəvinin yaradıcılığını dünya ədəbiyyatı miqyasında tədqiq və təbliğ edilməsi məsələsinin daim gündəmdə saxlanılması bütün ədəbiyyatşünasların vəzifə borcudur. Dahi ədibi dünya ədəbiyyatında Azərbaycan şairi kimi tanıtmaq, əsərlərindəki ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ edib, nizamişünaslıq elmini inkişaf etdirmək hər birimizin borcudur. İsa Həbibbəyli “Nizami Gəncəvidən iqtibas” məqaləsində dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Nizami Gəncəvinin yaradıcılığından etdikləri iqtibasları geniş bir şəkildə şərh etmişdir. “Dahi şairin məşhur “Xəmsə”si əsasında Hindistanda Əmir Xosrov Dəhləvi (XIII-XIV əsr), Tacikistanda “Əbdürrəhman Cami (XV əsr), Özbəkistanda Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin ustad sənətkar kimi xidmətlərini yüksək qiymətləndirməklə və ondan ilham alaraq yeni ideya-məzmunda “Xəmsə”lər yaratmaqla Şərq ədəbiyyatı tarixində iz qoymuşlar. Ümumiyyətlə Şərq ədəbiyyatı və eyni zamanda Azərbaycan ədəbiyyatı uzun əsrlər Nizami Gəncəvinin sənət ideallarının və ictimai ideyalarının işığında yol getmişdir. Türk-müsəlman dünyasında “Sirlər xəzinəsi” poemasına 46, “Leyli və Məcnun”a 92, “Xosrov və Şirin” əsərinə yüzdən çox nəzirə yazılmışdır. Bütövlükdə Nizami Gəncəvinin əsərlərinə yazılmış nəzirə və bənzətmələrdən, böyük şairin yolunu yaradıcı şəkildə davam etdirən sənətkarların əsərlərindən möhtəşəm bir kitabxana yaratmaq mümkündür. Bu cəhətdən Nizami Gəncəvi ilə bəhsə girmək mümkün deyildir. Nəinki Şərqin böyük dühaları, hətta Höte kimi məşhur Qərb mütəfəkkiri də özünün məşhur “Şərq-Qərb divanı”nda Nizami Gəncəvidən bəhs etmiş, “Xəmsə”nin işığında əsərinə yeni bölmələr əlavə etmişdir” [3, s.2]. Nizami Gəncəvinin şeir yaradıcılığı dünya klassik lirikasının nadir mirvarilərindəndir. Azərbaycan poeziyasında süjetli lirikanın yaradıcısı olan Nizami Gəncəvinin əsərləri ecazkarlığı və bənzərsizliyi ilə təkrarsız möhtəşəmlikdir. Nizami Gəncəvinin zəngin yaradıcılığı mükəmməl və təkrarsız sənət nümunəsidir. Onun “Leyli və Məcnun” poemasını dünya ədəbiyyatının nümunəsi olan “Romeo və Cülyetta”dan əvvəl yazılmış romantik məhəbbət macərası adlandırırlar. “İskəndərnamə” poeması dünya ədəbiyyatının yeni tipli şahnaməsidir. Tədqiqatçılar dünya ədəbiyyatının ölməz əsərlərini Nizami Gəncəvinin əsərləri ilə eyniləşdirirlər. Belə ki, “İqbalnamə”ni Aristotelin “Ritorika”sı, “Şərəfnamə”ni isə “Poetika”sı ilə eyni səviyyədə dəyərləndirirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri ilə nəinki Şərq aləmində, hətta Qərb ölkələrində də siyasi hakimiyyət uğrunda mübarizənin fərqli yolunu və müsbət nəticələrini göstərmək baxımından tamamilə yeni bir yanaşmanın ifadəsi idi. Nizami Gəncəvinin yaradıcılığı ümumdünya qavrayışının cazibədar ədəbi təqdimatıdır. O, eşq və hikmətdən yoğrulmuş yaradıcılığı ilə dünya sənət dünyasını daha da zənginləşdirmişdir. Nizami Gəncəvinin ədalətli hökmdar mövzusu dünya ədəbiyyatında daim aktual mövzu kimi qalmaqdadır. Nizami Gəncəvinin eşqdən hikmətə doğru inkişaf dialektikası keçən əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ideal insanlıq nümunəsidir. Belə ki, ədib əsərlərinin baş qəhrəmanlarının timsalında dünya ədəbiyyatında sözün həqiqi mənasında insanlıq manifesti yaratmışdır. O, dünya ədəbiyyatında ədalətli hökmdar formatında həyat nəfəsi gətirərək, mənəviyyat motivləri daxil etmişdir. Geniş dünyagörüşə və dərin biliklərə malik olan Nizami Gəncəvi şah əsərləri olan “İskəndərnamə” ilə siyasi-fəlsəfi, “Yeddi gözəl” ilə isə ədəbi-mənəvi ensiklopediya yaratmışdır. Nizami Gəncəvinin yaradıcılığı hadisələr üzərində maraqlı müqayisələr aparması, əhəmiyyətli nəticələr çıxarması və düşündürücü ideyalar irəli sürməsi ilə olduqca böyük əhəmiyyətə malikdir. Onun əsərlərinin ideyaları dünya intibahının ən mühüm və əsas çağırışları kimidir. Ramidə Yaqubqızı Respublika qəzetində dərc olunan “Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi” məqaləsində böyük Azərbaycan şairi Nizami Gəncəvini dünya klassikləri ilə müqayisə etmişdir. “Nizami Gəncəvi yaradıcılığından, poeziyasından təkcə Şərq deyil, Qərb şairləri də bəhrələnmişdir. Nizami poeziyasının ilahi qüdrətindən yan keçə bilməyən klassiklərdən Dante, Bokkaçio, Şekspir, Şiller, Höte, Bayron, Puşkin və digərləri bəhrələnmişdir. Həmin klassiklər təkcə Nizami poeziyasından yararlanmamış, həm də şairi təbliğ, tərənnüm etmişlər” [4, s.3]. Nizami Gəncəvinin millətlərəyanaşma tərzi həm öz xalqına, həm də dünya xalqlarına eynidir. Onun yaradıcılığında insanı düşündürmək, mənəvi cəhətdən saflaşdırmaqla onu dəyişdirib inkişaf etdirmək ən zəruri mətləblərdən biri kimi təqdim olunur. Dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkar olan Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlatmışdır. Onun misilsiz əsərləri və onun qabaqcıl ideyaları böyük sürətlə dünya ədəbiyyatı tarixində yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir. Nizami Gəncəvinin yaradıcılığı dünya ədəbiyyatında ideal qadın obrazının yaradılması baxımından da yüksək mövqeyə sahibdir. Əsərlərində ağıllı və tədbirli qadın obrazları yaradan Nizami Gəncəvinin qadın obrazlar geniş mənada dünya intibah ədəbiyyatının ideal sadə insan surətləridir. Nizami Gəncəvi yaratdığı qadın obrazları ilə dünya ədəbiyyatında Azərbaycan qadınlığının abidəsini yaratmışdır. O, əsərləri ilə türk-müsəlman dünyası ədəbiyyatına ciddi surətdə təsir etmişdir. Nizami Gəncəvinin dünya ədəbiyyatında tanıdılması və onun əsərlərinin geniş miqyasda yayılmasında Şərq ölkələrində qəbul edilmiş ədəbi ənənə olan fars dilində yazmasının böyük rolu vardır. O, dövrünün ənənələrinə əsasən fars dilində yazıb-yaratdığı üçün dünya ədəbiyyatında özünə çox asanlıqla özünəməxsus xüsusi yer tuta bilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı eşq, insanlıq və hikmət dastanı kimi bu gün Azərbaycan və dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. Nizami Gəncəvinin əsərləri yüksək milli və bəşəri simaları ilə dünya ədəbiyyatına təkrarsız Şərq cazibəsini gətirmişdir. Ədib əsəri ilə dünya ədəbiyyatının ən nadir və möhtəşəm gözəllik qalereyasını yaratmağa nail olmuşdur. Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında şöhrət tapmış bir sənətkar kimi əsərləri vasitəsilə gələcək nəsillərə hörmət, ləyaqət, savad, müdriklik kimi həmişəyaşar dəyərlər qoyub getmişdir. Nizami Gəncəvi məhz o dahilərdəndir ki, onun fikirləri, düşüncələri, əvəzolunmaz əsərləri dünya ədəbiyyatını inkişaf etdirə biləcək gücdədir. Onun məktəb yaratmış zəngin və rəngarəng yaradıcılığı dünya ədəbiyyatının inkişafına təkan verən amillərdən hesab edilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə, Avropada böyük bir nüfuza sahibdir. Nizami Gəncəvinin Fransa, Almaniya, İngiltərə və Rusiya kimi ölkələrdə də tədqiqatçıları əsərlərini tədqiq edib, onun haqqında müxtəlif elmi-kütləvi məqalələr və onun əsərlərindən tərcümələr edərək nəşr etdirmişdirlər. Onlar tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, həndəsə, coğrafiya və digər elmləri mükəmməl şəkildə bilən Nizami Gəncəvinin yaradıcılığına xüsusi maraq göstərirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvi Azərbycan dili ilə yanaşı, fars, ərəb, pəhləvi dillərini mükəmməl bildiyi üçün bu dillərdə danışmağı və mütaliə etməyi sayəsində dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini orijinallarından dəyərləndirirdi.
Ədəbiyyat:
Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı, Azər baycan Dövlət nəşriyyatı, 1964, 172 s.
Gəncəvi, N. Yeddi gözəl / Ön sözün müəl. və elmi red. X.Yusifli / N.Gəncəvi. – Bakı: Lider nəşriyyat,- 2004.- 336 s.
İsa Həbibbəyli / Nizami Gəncəvidən iqtibas / Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun.- 2 s.
Ramidə Yaqubqızı / Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi / Respublika qəzeti. – 2023.- 8 avqust.- 3 s.
Vüqar Əhməd. Nizami Gəncəvi yaradıcılığı fəlsəf i-irfani kontekstdə. “Elm” qəz.,Bakı, 2021,16 aprel, № 14 (1276), 5 s.
Yusifov, X. Nizaminin lirikası / red. M. Quluzadə / X. Yusifov. – Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, -1968. -273 s.
AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİ TARİXİ VƏ ƏDƏBİYYATIMIZ
Azərbaycan istiqlal mübarizəsi tarixi, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsi, Azərbaycanın tarixi dövlətçilik ənənələri, milli dövlət quruluşunun dirçəldilməsi, milli istiqlal ideyalarının geniş yayılması, bu yolda görülən böyük xidmətlər Azərbaycan ədəbiyyatı üçün aktual mövzu sıralarında olmuşdur. Azərbaycan istiqlal mübarizəsi tarixi siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimlərimizin əsərləri ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna rol oynamışdır. Əsərləri ilə azadlığı təbliğ edən ədiblərimiz müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında müstəsna rol oynamışdırlar. Azərbaycan istiqlal mübarizəsi tarixində parlaq iz qoymuş yazıçı-publisistlər, tərcüməçilər, naşirlər, redaktorlar, şairlər, folklorşünaslar, alimlər, ictimai xadimlər, Azərbaycanın istiqlal mücahidləri, mühacirətin fəal üzvləri və təşkilatçıları yaşadıqları dövrü yaradıcılıqlarında əks etdirmişdirlər. Onlar yaradıcılıqları vasitəsilə Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparmışdırlar.
Azərbaycan istiqlal mübarizəsi tarixini öz əsərlərində əks etdirən ədiblərimiz yaradıcılıqları vasitəsi ilə milli ictimai fikrə təsir göstərərək, çağdaş ictimai-siyasi həyatımızın fundamental təzahürlərini gərgin zəhmət hesabına tədqiq və təhlil etmişdirlər. Azərbaycan milli istiqlal mübarizəsi tarixinin araşdırılması Azərbaycan ədəbiyyatı üçün zəngin materialdır. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixindəki hadisə və faktların araşdırılaraq elmi qiymətini alması nəticəsində bu sahə ilə bağlı çoxlu sayda araşdırmalar tariximizin bu hissəsindəki boşluğu doldurmuşdur. Bu sahədə aparılan araşdırmalar və tədqiqatlar olduqca çoxdur. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərinin dərindən öyrənməsi məsələsi bu gün də ən çox istifadə olunan mövzudur. Ədəbiyyatşünaslar Azərbaycan istiqlal mübarizəsi tarixini, cümhuriyyət qurucularının xarakterini, həyatını, düşüncəsini, cümhuriyyət ideyalarını fəaliyyətləri ilə gələcək nəsillərə ötürən elm xadimlərinin xatirəsini həmişə əziz tutmuşdurlar. Tədqiqatçılar Azərbaycan istiqlal mübarizəsi uğrunda qəhramancasına mübarizə aparmış milli istiqlaliyyətçilərimizi əzmlərinə və azadlıq ideallarından dönməzliklərinə, əqidə və amallarına sadiq qalmaqlarına, ideoloji mübarizələrini axıra qədər aparmaqlarına, Azərbaycanın müstəqilliyi uğrunda bacardıqlarını əsirgəmədiklərinə görə həmişə yüksək qiymətləndirmişdirlər. Onların əsərlərinin əsas mövzusunu türk milli təfəkküründəki istiqlal ideyası təşkil edir.
Səbinə Quliyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” məqaləsində Azərbaycan istiqlal mübarizəsi tarixinin Azərbaycan ədəbiyyatındakı yerini geniş şəkildə şərh etmişdir. “Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür” [6, s.77]. Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində fərdiliyi və özünəməxsusluğu ilə əks etdirən ədiblər Azərbaycan ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist və insani dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək yolunda əvəzsiz xidmətlər göstərmişdirlər. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində tədris prosesində, dərsliklərdə, bədii ədəbiyyatda, yeni meydana çıxan mətbu nümunələrdə Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi reallaşdı və ictimai şüur və milli özünüdərk prosesi sürətləndi. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının formalaşması prosesində ədiblərimizin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətlərinin rolu danılmazdır. Tədqiqatçılər Azərbaycan istiqlal mübarizəsinin siyasi-ictimai fikirlərində tərəqqi və təkamül tarixini aydın və parlaq kimi dəyərləndirirlər. İstiqlal məfkurəsinin təməlində və inkişaf tarixində milli hərəkatın ruh və mahiyyətini yüksək qiymətləndirərək özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, o dövrün qəhrəmanları, məzlumları, şəhidlər və mücahidləri haqqında türkçülüyü və azərbaycançılığı bərabər səviyyədə saxlayan ən uca məfhum kimi qəbul edirdilər. Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində yaşadan ədiblərin düşüncələri Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynamışdır.
Azərbaycan ədəbiyyatı Azərbaycan istiqlalı uğrunda savaşa girərək millətə kimlik şüurunu aşılamaq sahəsində ən böyük qəhrəmanlıqları göstərmişdir. Belə ki, Azərbaycan istiqlal mübarizəsi tarixinin xalqın ruhuna hakim kəsilməsində ədəbiyyatın rolu olduqca böyükdür. Azərbaycan ədəbiyyatı millətin qəlbinə milliyyət və istiqlal toxumu, millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi aşılamışdır. Azərbaycan istiqlal mübarizəsi tarixində ədəbiyyat xadimlərinin milli azadlıq ruhu aşılayan, millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan əsərləri xalqın qəlbində sönməyən bir məşəl yandırmışdır. Ədiblərimiz milli-mənəvi dəyərləri və özünəməxsus siyasi-ideoloji ənənələri əsərləri vasitəsilə ictimaiyyətə çatdırmışdırlar. Onlar siyasi-ideoloji düşüncədə, bədii-estetik yanaşmada çoxvariantlılıq edərək marifçiliyi tənqidi realizmlə, tənqidi realizmi romantizmlə uyğunlaşdıraraq Azərbaycan ədəbiyyatında istiqlal ideayasının çoxobrazlılığını, çoxqatlılığını yaratmışdırlar. Azərbaycan ədəbiyyatı tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövrü zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ən ziddiyyətli əsərləri ilə yadda qalmışdır. Ədiblərimiz millətin azadlığına gedən yolun siyasi-ideoloji parametrlərini, bədii-publisistik təbliğatının təşkilini fərqli müstəvilərdə görür və bunu ədəbiyyatda təhlil və təbliğ edirdilər. Azərbaycanın mürəkkəb, ziddiyyətli, qətiyyətli, dönməz istiqlal yolunda Azərbaycan ədəbiyyatının ictimai-siyasi həyatla, milli düşüncə ilə paralel inkişafını görürük.
Abid Tahirli “1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında” məqaləsində Azərbaycan istiqlal tarixinin bayraqdarı olan M.Ə.Rəsulzadənin 1920-ci illər Azərbaycan poeziyası haqqındakı fikirlərini analiz etmişdir. “Ölkəmizdə və mühacirətdə 20-30-cu illərdə ərsəyə gələn ədəbi nümunələrin tədqiqinə, tənqidinə, təbliğinə həsr olunmuş “Çağdaş Azərbaycan ədəbiyyatı”nda M.Ə.Rəsulzadə milli poeziyamızın ədəbiyyatımızın qüdrətli simaları – Əhməd Cavad, Gültəkin, Almas İldırım, Əli Yusif, Sənan, Yaycılı Kərim və digərlərinin yaradıcılığından nümunələri dərindən və obyektiv təhlil etmiş, qiymətləndirmiş və əsərlərin ideya, məzmununa, dil, üslub, sənətkarlıq məziyyətlərinə uyğun elmi nəzəri müddəalar irəli sürmüşdür. Bu irsi ilə müəllif istiqlal şairlərinin sənət qüdrətinin, məfkurə dünyasının, milli düşüncə tərzinin, fəlsəfi dərinlik və irfani məzmununun elmi-nəzəri və ideya-estetik şərhinə sovet tənqidçilərindən fərqli, yeni münasibət sərgiləmiş, yeni yanaşma və tədqiqat metodu ilə bütövlükdə Azərbaycan, o cümlədən mühacirət ədəbiyyatşünaslığına tövhə vermişdir. M.Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq irsinin aktuallığı, uzunömürlülüyü, özünəməxsusluğu və gücünü də bu keyfiyyətlər şərtləndirir” [1, s.153-154].
Azərbaycan ədəbiyyatı cəmiyyətin ictimai-siyasi düşüncə yükünün və istiqlal ideyasının tərənnümçüsü və daşıyıcısı rolunda çıxış edirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatında mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərəyanların müxtəlifliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi və ictimai şüurun inkişafı məhz bu dövrdə daha güclü idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai həyatının güzgüsü olan ədəbiyyat zamanın tələbinə uyğun olaraq, yeni-yeni mövzu və keyfiyyətləri özündə əks etdirir. Ədəbiyyatda istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində ictimai şüur, milli özünüdərk prosesi olduqca yüksək səviyyədə idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədiblərin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyəti milli mətbuatın inkişafına və publisistikaya qüvvətli təsir etmişdir. Azərbaycan istiqlal mübarizəsi tarixi dövründə ədiblər öz əsərlərini doğma Azərbaycan dilində yazmağa başlamışdılar və bununda sayəsində ədəbiyyatda, ictimai münasibətlərdə Azərbaycan dilinin rolu artmış, ilk mətbu nümunələrin Azərbaycan dilli variantının meydana gəlməsi, yeni məfkurə və ideyaların, müstəqillik və azadlıq barədə düşüncələrin, istiqlal idealının bədii mətnlərdə aparıcı istiqamətə çevrilməsi baş vermişdir. Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynayan və ümumbəşəri humanist dəyərləri özündə ehtiva edən əsərlərin əksəriyyəti məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qələmə alınmışdır. Bu dövrün maarifçi ziyalıların və hürriyətsevər insanlar nəslinin yetişməsində əhəmiyyətli rolu vardır. Onlar ədəbiyyat vasitəsilə elmi biliklərin yayılmasına, cəmiyyətin mənəvi yüksəkliyə çatmasına, ictimai və siyasi münasibətlərdə hüquqlarının qorunmasına, demokratik və humanist dəyərlərə sahib çıxılmasına, xalqın müdrikliyinə, uzaqgörənliyinə nail olunmasına çalışırdılar. Azərbaycan istiqlal mübarizəsi tarixi Azərbaycanda ziyalılar nəslinin yetişməsində mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz Azərbaycanın maarifi tarixində xüsusi rol oynayaraq açıq fikirli ziyalı nəslinin yetişməsinə nail olmuşdurlar. Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi olan söz və qələm ustadları Azərbaycan maarifçiliyinin sərhədlərinin genişlənməsində, xalqın içində istiqlal ideyasının yayılmasında, milli özünüdərk prosesində Azərbaycan ədəbiyyatının, tarixinin, məntiqinin, fəlsəfəsinin, milli-mənəvi dəyərlərinin, demokratik fikrinin, maarifçilik ideyalarının tədbiq edilməsində çox böyük işlər görmüşdürlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz xalqı müasir dünyada baş verən hadisələrdən və elmi-texniki yeniliklərdən xəbərdar etməyi zəruri hesab edirdilər. Ədiblər cəmiyyətdə ədəbiyyat vasitəsilə maarifi, elmi, mədəniyyəti, azadlıq ideyalarını daha cəsarətlə tərənnüm edərək, təbliğ edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ziyalıları xalqı var qüvvələri ilə bir araya gətirməyi qarşılarına məqsəd kimi qoymuşdurlar. Ədəbiyyatşünaslar bu dövrü Azərbaycanın ictmai fikir tarixində yeni bir mərhələ kimi dəyərləndirirlər.
Ədəbiyyat:
Abid Tahirli // 1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında // AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- 2021.- №1.- S.148-155.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi. (2014). 2 cilddə, I c., Bakı: Lider, 440 s.
Köçərli F.Q. (1926). Azərbaycan ədəbiyyatı tarixi materialları: II cild, II hissə. Bakı: Azərnəşr, 283 s.
Qarayev N.S. (2010). XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 326 s.
Rəsulzadə M.Ə. (1991). Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 112 s.
S.Quliyeva. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı // Əlyazmalar yanmır, 2023, №1 (16), s. 72-79.
“Kitabi-Dədə Qorqud” dastanının taleyində İlham Əliyev mərhələsi
Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, möhtəşəm sənət abidəsi Azərbaycan xalqının tarixi keçmişini, vətənpərvərliyini, mənəvi dəyərlərini, adət-ənənələrini, toponimlərini, qəhrəmanlığını, müdrikliyini, dünyagörüşünü, tarixi hadisələrini, şəxsiyyətlərini, mədəniyyətini özündə cəm etdiyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dastanın öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin vacibliyini bildiyi üçün dövlət səviyyəsində əsərin qorunmasının göstərişini vermişdir. Prezident İlham Əliyev tarixi abidənin dövlət səviyyəsində qorunmasını təmin etdiyi üçün Azərbaycanla yanaşı digər ölkələrdə də abidənin təntənəli açılışlarında iştirak etmişdir. Buna misal olaraq, onun Brüsseldə Dədə Qorqudun 2004-cü ildə abidəsinin açılışında iştirak etməsini göstərmək olar. Ümumiyyətlə, Azərbaycanda ulu öndər Heydər Əliyevdən sonra Dədə Qorqudun xatirə-memorial və memarlıq komplekslərinin yaradılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, eposun tarixi-etnoqrafik kompleksinin yaradılması üçün müntəzəm olaraq öz göstərişini vermişdir. Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Nərimanov rayonunda 6 hektar ərazidə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə park salınaraq, geniş tikinti və abadlıq işləri görülərək eposun abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə salınan parklarda da müntəzəm olaraq tikinti-quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Azərbaycan xalqının milli sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının keçmiş həyat tərzini, məişətini, psixologiyasını özündə əks etdirdiyi üçün Prezident İlham Əliyev tərəfindən eposun tədqiqi ilə bağlı elmi işlərin çoxaldılması əmri verilmişdir. O, dastanın Azərbaycan xalqına mənsub olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülməsinin göstərişini vermiş və bu önəmli məsələni daim diqqət mərkəzində saxlamışdır. “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği Prezident İlham Əliyevin dövlət siyasətinin ayrılmaz hissəsi və əsas istiqamətlərindən biridir. Dastanın Azərbaycanda öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin bu qədər önəmsənilməsi nəticəsində Türk dünyası ilə qarşılıqlı əməkdaşlıq və müsbət demoqrafik dinamika yaradılmışdır. Prezident İlham Əliyev eposun Azərbaycanda təbliği məqsədi ilə çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr keçirilməsi göstərişini vermiş, əsərin dünya miqyasında tanınmasında mümkün olan bütün tədbirlərin keçirilməsini tapşırmışdır. Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni abidə olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dilinin gələcək nəsillərə ötürülməsi üçün bir vasitədir. Bu amil əsərin dövlət səviyyəsində qorunmasını labüd edirdi. Yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olan “Kitabi-Dədə-Qorqud” dastanı Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi-etnoqrafik məlumatlarla olduqca zəngin olduğu üçün ölkə başçısı tərəfindən eposun tədqiqi, nəşri və təbliği ilə əlaqədar dövlət səviyyəsində və beynəlxalq miqyasda böyük təntənəli tədbirlər keçirilmişdir. Eposun İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş tədbirlər və beynəlxalq miqyasda təşkil edilmiş kompleks fəaliyyətlər nəticəsində möhtəşəm ədəbi abidəyə münasibətdə yeni bir era başladı. Epos Azərbaycan xalqı, onun tarixi və folkloru haqqında dolğun məlumat daşıdığı üçün Prezident İlham Əliyevin hakimiyyəti illərində onun tədqiqi, nəşri və təbliği sahəsindən ciddi bir dönüş başlanmış və mühüm elmi-ədəbi nailiyyətlər əldə edilmişdir. Ədəbiyyat və mədəniyyət məfhumlarından böyük siyasətdə istifadə etməyi bacaran nadir siyasət xadimlərindən biri olan Prezident İlham Əliyev “Kitabi-Dədə-Qorqud” dastanını məharətlə dünya mədəniyyətinin fenomenal hadisəsinə çevirməyi bacarmışdır. Azərbaycan xalqının milli sərvəti olan epos zəngin tariximizi, qədim mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi özündə ehtiva etdiyi üçün qorqudşünas alimlərimizin – tarixçilərin, dilçilərin, ədəbiyyatşünasların, etnoqrafların və elmin başqa sahələrinin nümayəndələrinin tədqiqat obyekti olmuşdur. Prezident İlham Əliyev qorqudşünas alimlərimizin himayədarıdır. Çünki qorqudşünas alimlər tərəfindən qorqudşünaslıq sahəsində çox mühüm addımlar atılaraq bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər işlər görülmüşdür. İlham Əliyev Azərbaycan qorqudşünaslarının Azərbaycanı beynəlxalq aləmdə Dədə Qorqudun və qorqudşünaslıq elminin vətəni kimi tanıtdırmasını hər bir zaman yüksək qiymətləndirmişdir. Prezidentin göstərişi ilə Azərbaycanda Dədə Qorqudun heykəlləri qoyulmuş və dünya miqyasında geniş təbliğ olunması sahəsində böyük əhəmiyyətə malik olan tədbirlər həyata keçirmişdir.
Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər. Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır. Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir. Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir. Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda, həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və aparılan siyasət də bunu aydın göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir. Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır. Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.
Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın 9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır. Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan – Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir. Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə inkişaf edib, günü-gündən güclənməkdədir.
Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu. Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə, Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən dəstəkləndi.
İki sahil qəzetində Azərbaycan və regionun vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4]. Türkiyə və Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı, dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök, din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardımlar göstərmişdir.
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq, Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir. Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir və bu enerji layihələri ölkələrimizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə çatmışdır.
Ədəbiyyat:
Azadi, Sevinc. Bölgənin söz sahibi olan iki qardaş ölkə: Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar / S. Azadi // İki sahil. – 2024.- 1 oktyabr. – № 179. – S.5.
Bağırlı, Musa. Tarixin sınağından uğurla çıxan qardaşlıq / M. Bağırlı // Respublika. – 2024.- 16 yanvar. – № 8. – S. 4.
Əliyeva, İradə. Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri / İ. Əliyeva // Azərbaycan. – 2024.- 24 fevral. – № 42. – S. 1,5.
Əliyeva, Mehparə. Azərbaycan-Türkiyə: İki ölkə arasındakı diplomatik əlaqələr regional sülhə töhfə verir / M. Əliyeva // Respublika. – 2024.- 14 yanvar. – № 7. – S. 1-2.
İbrahimova, Aygün. Azərbaycan ilə Türkiyənin enerji tandemi: İğdır-Naxçıvan qaz kəməri / A. İbrahimova // Respublika. – 2024.- 25 sentyabr. – № 209. – S. 4.
İki sahil. – 2018.- 30 iyun. – № 121. – S. 2,4.
Qurbanov, Füzuli. Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik: II məqalə / F. Qurbanov // Xalq qəzeti. – 2024.- 4 iyul. – № 137. – S. 5.
Salmanov, Bayram. Dünyaya örnək qardaşlıq//Respublika. – 2024.- 15 iyun. № 126. – S. 4.