Etiket arxivi: Yazarlar 47

Vaqif İSAQOĞLU – SƏMƏD MÜƏLLİM

SƏMƏD MÜƏLLİM

(hekayə)

          Səməd müəllim sinifə göz gəzdirib siqaret çəkməkdən saralmış bığlarını tumarladı və ağzında laxlayıb qurbağa kimi yerə hoppanmaq istəyən protez dişlərini bir-birinə sıxıb yerini möhkəmlədəndən sonra üzünü Elgünə tutub soruşdu:

– Atan rusetdən nə vaxt gələcək?

Elgün cavab əvəzinə çiyinlərini çəkdi. Sonra da bic-bic gülümsəyərək dilləndi: – Məndən şikayət edəcəksən?

– Yox, Elgün bala! Səndən niyə şikayət etməliyəm, axı? İngilis dilini öyrənmək istəmirsən, öyrənmə. Bu sənin öz işindir. – Yenidən saralmış bığlarını tumarlayıb bu dəfə Vasifə yaxınlaşdı, sağ əlini onun sol çiyninə qoyub soruşdu:

– Bəs sənin atan nə vaxt gələcək?

         Vasif başını qaldırıb Səməd müəllimin gözlərinin içinə, sonra da onun üzünə baxdı. Səməd müəllimin çuxura düşmüş gözlərinin içində bir kədər vardı. Bu kədər onun gözlərinin içində «oturub» sanki Vasifin nə cavab verəcəyini gözləyirdi.

– Atam dünən axşam gəlib. – Vasifin səsində bir sevinc vardı. – Məktəb bağlanan kimi məni də özüylə rusetə aparacaq. – Fəxrlə bildirdi.

Məktəbin bağlanmasına  hələ bir ay qalırdı. Bir aydan sonra Vasif doqquzuncu sinifi bitirəcəkdi.

– Səndəmi gül satan olacaqsan? – Maraqlandı. Amma onun cavabını gözləmədən gedib üstünə yaşıl örtük salınmış stolun arxasında oturub gözlərini bir nöqtəyə zillədi. Az sonra sağ əlinin barmaqları ilə qırışmış alnına sığal çəkərək gözaltı Vasifə baxdı və ağır-ağır köks ötürdü: «Kaş ki, onun yerində mən olaydım. Mənim də atam rusetə gedib-gələydi». – Kövrəldi. Hönkürüb ağlamaqdan özünü güclə saxladı. Özünü birtəhər ələ alıb bu dəfə Elgünə sarı boylandı. Elgün gözlərini az qala kitab boyda olan telefona zilləyərək gah içini çəkir, gah da  onunla yanaşı oturan Rəşidə sarı əyilib nəsə deyirdi. Və söz yox ki, onun nə dediyini Rəşiddən başqa heç kim eşitmirdi. Rəşidin də arabir içini çəkməyindən hiss olunurdu ki, Elgün az qala kitab boyda olan telefonda maraqla nəyəsə baxırdı. «Görəsən, o nəyə baxır?» – Maraq Səməd müəllimə güc gəldi və yaşına uyğun olmayan cəldliklə yerindən sıçrayıb bir göz qırpımında ley kimi Elgünün başının üstünü kəsdirdi. Bu elə tez baş verdi ki, Elgün telefonu partanın altında gizlətməyə belə macal tapa bilmədi. Səməd müəllimin çuxura düşmüş gözləri az qala kitab boyda olan telefonun ekranına dikildi və o, yerindəcə donub qaldı. Nəsə demək istədi, sanki dodaqlarına qıfıl vurulmuşdu, tərpədə bilmədi.

        Elgün telefonu söndürüb başını yuxarı qaldırdı  və hırıltılı səslə:

– İndi hamı belə şeylərə baxır, – dedi. Səməd müəllim başını bulayıb dalı-dalı geri çəkildi, özünü birtəhər stula yaxınlaşdırıb oturdu. Oturmasaydı, yıxılacaqdı.

Zəngin vurulmasına hələ iyirmi dəqiqə qalırdı. İyirmi dəqiqədən sonra Səməd müəllim üstünə 9b yazılmış jurnalı qoltuğuna vurub sinif otağından çıxacaqdı.

…Bir vaxtlar o da şagird idi. Sinifdə hamıdan yaxşı oxuyurdu. Onunla bir partada oturan Əlişin beyninin qurdu tərpənən kimi şuluqluq salar, dərsi pozar, müəllimləri özündən çıxarardı. Əliş Vasifin atası idi, amma Vasif atasına oxşamırdı, dərslərini oxumasa da, dərsdə cınqırınnı çıxarmırdı.  O da atası Əliş kimi hırnan-zırı qanmırdı. Əliş «hırnan-zırı» qanmadığına görə də səkkizinci sinifi tramvay altında qalan «üçlə» qurtarıb oxumağın daşını birdəfəlik atmışdı. Vasif də özü demikən, doqquzu bitirən kimi çıxıb rusetə gedəcəkdi.

O vaxtlar müəllimlər  Əlişdən gileylənir, «bu uşağın axırı necə olacaq» – deyirdilər. Həftədə az qala bir dəfə Əlişin atasını – mantyor Sərdarı  məktəbə çağırırdılar. Ədəbiyyat müəllimi yana-yana deyirdi ki, oğlun Əliş böyük şairimiz Səməd Vurğunu tanımır. Deyirəm ki, ay bala, Səməd Vurğun kimdir? – Deyir ki, üzüm briqadiri. Tarix müəllimi deyirdi ki, ay Sərdar kişi, oğlundan soruşuram ki, Şaumyan kimdir? Eşit gör, nə deyir! Deyir ki, Ələddinin oğlu! Mən də bilirəm ki, şofer Ələddinin oğlunun adı Şaumyandı. Axı mən ondan Stepan Şaumyanı soruşuram.

       Coğrafiyadan dərs deyən Məleykə müəllimə isə hirsindən əlləri əsə-əsə deyirdi: – Ay Sərdar qardaş, Əlişin üstündə göz-qulaq ol! Qoy kitab ağzı açsın, oxuyub adam olsun! O günü xəritədə Moskvanın yerini göstərəmmədi. Bilmirəm, neyləyim! Hələ bu harasıdır. Soruşuram ki, ay bala, Fransa  harada yerləşir? – Gözlərini döyür. – Hər dəfə müəllimlər növbə ilə mantyor Sərdarın üstünə düşəndə o da boynunu büküb yazıq bir görkəm alırdı. Və günlərin bir günü gözlənilmədən bir hadisə baş verdi. Hər dəfə müəllimlər otağına çağrılanda yazıq bir görkəm alan mantyor Sərdar birdən-birə yaralı şirə dönüb səsinin tonunu qaldırdı. O, əvvəlcə üzünü İdris müəllimə tutub dedi: – Müəllim, xətrini çox istəyirəm. Ancaq mənim oğlum Səməd Vurğunu tanımayanda, nə bilim, özün dediyin kimi felin keçmiş zamanında bir cümlə işlədə bilməyəndə dünya dağılacaq? Əlbəttə, dağılmayacaq. – Sonra da o, üzünü Sahib  müəllimə tutub hirsini güclə boğaraq: «Sənin o Şaumyanın, nə bilim Birinci Pyoturun, Nikolayın… oğlum Əlişin nəyinə lazımdı? – dedi. – Bəlkə lazımdı? Sən de, qoy mən də bilim! – Mantyor Sərdar  özündə deyildi. Az qala qışqıra-qışqıra Məleykə müəllimə yaxınlaşdı: – Ay Məleykə müəllimə, deyirsən ki, Əliş xəritədə doğma Moskvanı göstərə bilmir, nə bilim, Fransanın  harada yerləşdiyindən xəbəri yoxdur. Xəbəri olmasın də…Bunun üçün basıb oğlumun gözünü çıxartmalıyam? Bəsdirin, siz allah! – Mantyor Sərdar  sözünü tamamlayıb gözünü Məleykə müəllimdən çəkdi və yan-yörəsinə boylandı. Müəllimlər ayaq üstə dayanıb ağızları açıq halda ona baxırdılar. Sanki müəllimlərin  hər biri buz bağlamışdı. Gün işığı düşməsəydi, əriməyəcəkdilər… Elə bu zaman zəng çalındı və «buza dönmüş» müəllimlərin üstünə gün işığının düşməsinə ehtiyac qalmadı. Onlar hərəkətsiz qaldıqları yerdən tərpəndilər və  hərə öz jurnalını qoltuğuna vurub dərs demək üçün müəllimlər otağından çıxdılar….

                                                       ***

      Səməd müəllim həyətə düşüb bir anlıq ayaq saxladı. Sonra da iti addımlarla küçəyə çıxdı. Bir az getmişdi ki, yenə də ayaq saxladı. «Paşa market»ə çatmağa iki yüz metr qalırdı. Onun market»ə 77 marat borcu vardı. Düz iki aydan çoxuydu ki, borcunu ödəyə bilmirdi. Borcunu ödəyə bilmədiyinə görə də «Paşa market»dən ona sonuncu dəfə xəbərdarlıq eləmişdilər. Xəbərdarlıq eləmişdilər ki, əgər borcunu bir həftəyə  ödəməsən, səni kənd içində biabır edəcəyik. Hələ bu azmış kimi, özügəldi Paşanın arvadı dünən yolda onun qabağını kəsib belə demişdi: – Əə, müəllim adamsan, borcunu niyə vermirsən? Bəlkə dədəmin dədənə borcu var? Bax, budur sənə deyirəm, mənim gül ağzımı açdırma, günü sabah borcunu gətirib verməsən, mən bilirəm ki, neyləyəcəyəm! – Neyləyəcəksən? – Səməd müəllimin səsi güclə çıxmışdı. – Arvadını iki yetimçənnən birgə dalına şəlləyəcəyəm! – Sonra da özügəldi Paşanın arvadı ona çəpəki bir nəzər salıb: – müəllimə bax! – deyərək hirslə yerə tüpürəndə Səməd müəllim qeyri-ixtiyari olaraq cibindən dəsmalını çıxarıb üzünü silmişdi və sonra da güclə eşidiləcək bir tərzdə demişdi: «Kaş ki, müəllim olduğum günə daş düşəydi». – Nə deyirsən? – Özügəldi Paşanın arvadı əlini belinə qoyub boru kimi guruldayanda Səməd müəllim qorxusundan səsini çıxarmadı.

      Elə o gündən Səməd müəllim özü öz gözündən düşdü və müəllimliyin daşını birdəfəlik atacağı barədə götür-qoy elədi. Sonra da nə fikirləşdisə də Əliş rusetdən gələnə kimi gözləməyə qərar verdi. O, Əlişlə bir sinifdə oxumuşdu. Bir sinifdə oxumuşdu deyəndə Əliş səkkizinci sinifdən çıxıb özü demişkən «məktəbdən canını bir yolluq qurtarmışdı». Əliş məktəbdən canını biryolluq qurtarandan sonra ilk dəfə əmisi Abbasla Aşqabada alma-armud satmağa getmişdi. Sonra Abbas xərcəngə tutuldu və qardaşı oğluna «alverin sirlərini» axıra kimi öyrədə bilmədi. «Alverin sirlərini» Əliş əsgərlikdən gələndən sonra özü öyrəndi və öyrəndiklərini Moskvada tətbiq eləyəndə Səməd Bakıda ikinci kursda oxuyurdu. O vaxtdan çox illər ötüb keçib, çox şey dəyişib. Əlişə indi «Çiçək Əliş» deyirlər. «Çiçək Əliş» bir vaxtlar xəritədə yerini göstərə bilmədiyi Fransadan müxtəlif ətirlər, Hollandiyadan isə  Moskvaya «tır»larla gül göndərirdi…

Səməd müəllim yerində bir xeyli dayanıb götür-qoy elədi. O, «Paşa market»in yanından keçməyə ürək eləmirdi, qorxurdu. Qorxurdu ki, Paşanın arvadı onu görən kimi abırını ətəyinə bükəcək, dördyol ayrıcına yığılan kişilərin yanında onu tulasifət eləyib olub-qalan hörmətini də ayaqları altınnda tapdalayacaq. Zalım qızı Əzrayılın özünü də döyüşə çağıra bilərdi. Keçi kimi yaman tərs idi. Dediyindən dönməzdi. Ona sonuncu xəbərdarlığı da elə-belə deyildi. Bu xəbərdarlığın içində böyük bir hay-küy «gizlənmişdi».

       «Ay Allah, məni itə döndər, pişiyə döndər» – istər-istəməz hər iki əlini göyə qaldırdı. – Qoy it olum, pişik olum, sevmədiyin donuz olum, bircə Səməd müəllim olmayım. İt olsam, pişik olsam «Paşa market» in qabağından rahatca sivişib  keçə bilərəm, ancaq  oradan keçmək mənim üçün qıl körpüsündən keçməkdən də qorxuludur.  – Qəfildən göyün üzü tutuldu və yağış yağmağa başladı. – Allah məni eşitdi. – Uşaq kimi sevindi. İndi dördyolayrıcında bir nəfər də gözə dəymirdi. – Sənə qurban olum, ay Allah! – O, bu sözləri deyib uşaq kimi yerindən götürüldü. Yüyürə-yüyürə fikirləşdi ki, Allah məni niyə itə, pişiyə, yaxud donuza döndərmədi? – O, «Paşa market»in yanından güllə kimi keçib o biri küçənin girəcəyində dayandı. Yağış qəfil yağdığı kimi qəfil də dayandı. Dodaqlarına təbəssüm qondu. Uşaq kimi sevindi və sevincindən atılıb-düşmək istədi. O, «Paşa market»in yanından qorxusuz-hürküsüz keçdiyinə görə yox, Əlişin dünən axşam rusetdən gəldiyinə görə sevinirdi. Onu görmək üçün yoluna davam elədi. Bir az gedib sağ tərəfə buruldu. Sağ tərəfdə üç mərtəbəli bir «villa» buludlardan nəm çəkirdi. «Villa»nın qabağında qara rəngli bir avtomobil dayanmışdı. «Əliş evdədir!». – gözlərinə işıq gəldi. Amma bayaq elə haldaydı ki, bıçaq vursan qanı çıxmazdı. İndi isə. Hər dəfə qorxa-qorxa «Paşa market»in qabağından keçəndə ley görmüş sərçə kimi gizlənməyə yer axtarmırdı. Böyük ümidlərlə sinif yoldaşı Əlişin qapısına gəlmişdi. Gəlmişdi ki… Elə bu zaman dəmir darvazanın qızılı rəngə çalan qapısı açıldı və əvvəlcə irəliyə çıxmış yekə bir qarın, sonra isə Əlişin az qala yumruq boyda olan başı göründü.

– Paho, Səmi, xoş gördük! – Əliş hər iki əlini irəli uzatdı.

– Xoş gününə gələk, Əliş müəllim! – Dili dolaşdı. Dili dolaşdığına görə də hamının «Çiçək Əliş» dediyi bu pəzəvəng adama «Əliş müəllim» deyə müraciət elədi.

Onun bu müraciəti deyəsən, «Çiçək Əliş»in xoşuna gəlmədi, sağ yanağı səyridi və Səməd müəllimin bozarmış pencəyinə, sonra da dabanı yeyilmiş ayaqqabısına baxıb dedi:

– Müəllim özünsən! – Onun səsindəki bu narazılıq Səməd müəllimi qorxuya saldı və elə o dəqiqə düşündü ki, göyə çıxsa da, nə qədər hoppanıb düşsə də Əliş onu özüylə rusetə aparmayacaq.

– Nə var, nə yox? – Əlişin üzündə yenidən təbəssüm əmələ gəldi.- Yaman dəyişmisən! Səni güclə tanıdım.

– Ay Əliş, şimpanze də güzgüyə baxanda özünü tanıyır, amma mən güzgüyə baxanda özümü tanıya bilmirəm. Heç bilmirəm kiməm, nəçiyəm?

– Müəllimsən dana!

– Belə müəllimliyi görüm qara gəlsin!

 Onun müəllim olduğuna görə xəcalət çəkdiyi Əlişin gözündən yayınmadı. Özünü o yerə qoymayıb soruşdu:

– Xeyir ola, ay Səmi?

Ümid dolu gözlərini Əlişin üzünə dikib yazıq-yazıq dilləndi:

– Uşaqların üzünə baxa bilmirəm.

– Necə bəyəm? – «Çiçək Əliş» ciddi bir görkəm aldı. – Yoxsa, sinifdə uşaqlar səni incidir? Bəs bizim Vasif? – O da uşaqlara qoşulub?

– Yox, ay Əliş müəllim!- Yenə də çaşdı və özünə bərk acığı tutdu. Acığından az qala ki, ocaq daşı kimi partlayıb qırıq-qırıq olsun.

– Ay Səmi, deyəsən, ağlın qarışıb. Dedim ki, müəllim özünsən.

– Kaş, anam məni qara bir daş doğaydı. Mən də gedib müəllimlik oxumazdım!

Bayaqkı təbəssüm Əlişin üzünə yenidən qayıtdı və o, uşaq marağı ilə soruşdu:

– Niyə belə deyirsən?

– Bəs necə deyim? – Kövrəldi. – Fikir eləməkdən ürəyim qançır olub. – Güclə eşidiləcək bir tərzdə dilləndi. – Sonra da «Məni də özünlə rusetə apar, – dedi.

      Əlişin üzündəki təbəssüm gülüşlə əvəz olundu. Çiyinləri atıla-atıla gülməyə başladı. O güldükcə irəli çıxmış qarnı da yırğalanırdı.

– Səmi, sənin rusetdə nə itin azıb? Başını aşağı salıb müəllimliyini elə!

– Dolana bilmirəm. – Ümid dolu gözlərini Əlişin üzünə dikdi.

– Səbr eylə, ay Səmi! Hər şey yaxşı olacaq!

– Necə səbr eləyim! Məgər bilmirsən ki, arxa su gələnə kimi qurbağanın gözü bərələr.

«Çiçək Əliş»i yenidən gülmək tutdu. Yenə də az qala yarım metr qabağa çıxmış qarnı silkələndi. Elə bil onun içində zəlzələ olmuşdu. Güldükcə zəlzələ vaxtı otağın tavanından asılmış çıraq kimi yırğalanırdı.

Az sonra gülməkdən yaşarmış gözlərinin yaşını sildi və öz üstünlüyündən həzz alıb dedi:

– Bilirəm ki, müəllimlik etməklə uşaqlarının qarnını doyuzdura bilmirsən.

– Bilirsənsə, məni də özünlə apar. Əl-ayağına dolaşmaram.

«Çiçək Əliş» sınayıcı nəzərlərlə onun gözlərinin içinə baxıb soruşdu:

– Yük daşıya bilərsən?

– Hə…

– Yox. Yük daşımaq sənlik deyil. Ayaqüstə güclə nəfəs alırsan.

– Dözərəm! – İnamla bildirdi.

– Bəs kafedə qab-qacaq yuya bilərsən?

– Əlbəttə.

«Çiçək Əliş» başını yırğaladı. Sonra da sol əlini onun çiyninə qoyub dedi:

– İncimə, Səmi! Məndə müəllim ştatı yoxdur.

       Səməd müəllimin gözlərinə qaranlıq çökdü. Son ümidi qırıq-qırıq olub «Çiçək Əliş»in ayaqları altına töküldü. Yıxılmaq istədi, amma özünü birtəhər ələ alıb dinməz-söyləməz «Çiçək Əliş»in gözlərinin içinə baxdı. İçi silkələndi. Elə o dəqiqə də ürəyinin tikə-tikə söküldüyünü hiss eləyib ondan  uzaqlaşmaq üçün geriyə döndü.

– Hara gedirsən? – «Çiçək Əliş» olun qolundan tutmaq istədi. Səməd müəllim yenidən onun üzünə baxdı. Dodaqları səyridi. Və başını asta-asta tərpədib yavaş addımlarla oradan uzaqlaşdı.

Müəllif: Vaqif İsaqoğlu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ziyadxan Budaq – Mən yazmadım, Tanrı yazdı bu şeri…

Bir ömür də belə keçdi

İllər ötdü göz açınca,
Cığır salıb iz açınca.
Yaşamaqdan söz açınca
Bir ömür də belə keçdi.

Ötən günlər qınaq oldu,
Gələn günlər sınaq oldu.
Əzabına qonaq oldu,
Bir ömür də belə keçdi.

Çox ələndi ələk kimi,
Seçilmədi mələk kimi.
Qəfil əsən külək kimi
Bir ömür də belə keçdi.

Özül oldu, divar oldu,
Ölçü oldu,civar oldu.
Məramına süvar oldu,
Bir ömür də belə keçdi.

Qaynar oldu qucaq kimi,
Alovlandı ocaq kimi.
Öləziyən çıraq kimi
Bir ömür də belə keçdi.

Sevgi dolu ürək oldu,
Bir gözələ gərək oldu.
Boyu bircə çərək oldu,
Bir ömür də belə keçdi.

Yoxu varda ibrət bildi,
Varı yoxda qüdrət bildi.
İnsanlığı fitrət bildi,
Bir ömür də belə keçdi.

Gileyini ələmədi,
Umu – küsü eləmədi.
Bir kömək də diləmədi,
Bir ömür də belə keçdi.

Dünya ilə barışmadı,
Tale ilə yarışmadı.
Haqq deyənə qarışmadı,
Bir ömür də belə keçdi.

Məni məndə döyən olar,
Tərifləyib öyən olar.
Məndən sonra deyən olar:
Bir ömür də belə keçdi.

***

Uşaqlıq geriyə çağırır məni

Nəfəs daraldıqca təngiyirəm mən,
İstəyin yolunda ləngiyirəm mən.
Yox! Yox! Yağış kimi səngiyirəm mən,
Uşaqlıq geriyə çağırır məni.

Şübhələr içimdə kalandı daha,
Hay düşüb, ömrümdə talandı daha.
Yollar da tükənib dalandı daha,
Uşaqlıq geriyə çağırır məni.

Deyəsən yorulub ömrün atı da,
Salıb itirmişəm son inadı da.
Tapmışam özümü bir bayatıda,
Uşaqlıq geriyə çağırır məni.

Hisslər yumağını çözəmmir daha,
Duyğular halıma dözəmmir daha.
Qələm də sözlərlə bəzəmmir daha,
Uşaqlıq geriyə çağırır məni.

Gümansız gəlirsə açılan sabah,
Bu da son taledir, burda nə günah?
Yaşamaq necə də şirindir, Allah!
Uşaqlıq geriyə çağırır məni.

Dözdümmü illərin sınağına mən?
Gəldimmi zamanın qınağına mən?
Dönmüşəm ən əziz qonağına mən,
Uşaqlıq geriyə çağırır məni.

Orda yaz qoxulu bir nəsim qalıb,
Boyuma çatmayan bir səsim qalıb.
Orda bir yaşamaq həvəsim qalıb,
Uşaqlıq geriyə çağırır məni.

Şirin balaların acı göz yaşı,
Yığır dörd yanıma dostu, yoldaşı.
Dibindən oyulur yarğanın qaşı,
Uşaqlıq geriyə çağırır məni.

Bir yatmış tufanam,dinməyim çətin,
Xəyalam, göylərdən enməyim çətin.
Baxma ki, geriyə dönməyim çətin,
Uşaqlıq geriyə çağırır məni.

***

Tanrının yazdığı şeir

Yaylaqlarda görünmürdüm nə vaxtdı,
Gəlişimə yer boylandı,göy baxdı.
Təb qaynadı, ilham coşdu, söz axdı,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Sığal çəkdim,tumarlandı duyğular,
Xoşhal oldu,xumarlandı duyğular.
Qəlibləndi,hamarlandı duyğular,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Hisslərimə bəzək oldu çiçəklər,
Gözəlliyi başa çəkdi göyçəklər.
Xəyalımdan boylananda gerçəklər
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Necə deyim tale mənlə öc gəldi,
Hər nə gəldi yad hisslərə kəc gəldi.
İlahidən qələmimə güc gəldi,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Nələr gördüm düşüncənin yönündə,
Çaşbaş qaldım fikirlərin önündə.
Bir şairin hay – haraylı günündə
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Şairliyin öz ülgüsü budurmu?
Ruh çözümü, söz bölgüsü budurmu?
Üstümdəki Haqq vergisi budurmu?
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Qaynar eşqin yaxasımı söküldü?
Çayım axdı saflığına töküldü.
Gördüklərim heyrətimə büküldü,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Gəl,oxucum, bu ümmana,nəhrə bax,
Şerimdəki gül nəfəsli mehrə bax.
Hikmətə bax,ovsuna bax,sehrə bax,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

***

Dünya haqqında şeir

Məchul dünya görən harda itibdir,
Bilən varmı uçub hara gedibdir?
Yox, deyəsən özü bəyan edibdir,
Tordan gəlib tora gedir bu dünya.

Ha yeridim,ha yüyürdüm,çatmadım,
Bir istəyin nur selinə batmadım.
Şirinini,şərbətini dadmadım,
Hardan gəlib,hara gedir bu dünya?

Baxdım, elə gözlərimdə dar oldu,
Ha səslədim, eşitmədi kar oldu.
Axır gördüm saçlarımda qar oldu,
Qardan gəlib qara gedir bu dünya.

Üzə çıxdı son fitnəsi,fəsadı,
Bir gün gördüm əlimdəki əsadı .
Yolları da ömür kimi qısadı,
Burdan gəlib bura gedir bu dünya.

Bu da belə bir səfərdi,güzardı,
Məndən olsa ömür yolu azardı.
Son addımda son mənzili məzardı,
Gordan gəlib gora gedir bu dünya.

Bir nağıldır,rəvayətdir ömürdə,
Özü boyda hekayətdir ömürdə.
Bu da belə qiyamətdir omürdə,
Surdan gəlib sura gedir bu dünya.

Müəllif: Ziyadxan Budaq

Ziyadxan Budağın yazıları

Günnur Ağayevanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şarl Lui Monteskyenin “İran məktubları” əsərinin fəlsəfəsi

Şarl Lui Monteskyenin “İran məktubları” əsərinin fəlsəfəsi

Şarl Lui Monteskye, əsərləri siyasi düşüncə və fəlsəfəni formalaşdırmağa davam edən Maarifçilik dövrünün nüfuzlu fransız filosofu idi. Onun əsas əsərlərindən biri olan “İran məktubları” 18-ci əsr Fransasının ictimai və siyasi mənzərəsinin dahiyanə şərhi kimi seçilir. Paris cəmiyyətini müşahidə edən iki iran səyyahı arasında mübadilə olunan bir sıra məktublar vasitəsilə Monteskye daha geniş fəlsəfi mövzuları araşdırmaqla yanaşı, fransız mədəniyyəti və idarəçiliyinin nüanslı tənqidini təklif edir. Hekayə Fransaya səfər edən iki fars zadəganının, Özbək və Rikanın yazışmaları vasitəsilə cərəyan edir. İki səyyah arasında məktublar toplusu kimi təqdim edilən bu roman təkcə müasir Avropa cəmiyyətinin satirası kimi deyil, həm də fəlsəfi və mədəni mövzuların dərindən araşdırılmasıdır. Monteskye öz müşahidələri və mülahizələri vasitəsilə hər iki mədəniyyətin adət-ənənələrinə, institutlarına, dəyərlərinə işıq salmaq üçün kənar şəxslərin perspektivindən istifadə edərək, fars və fransız cəmiyyətinin müqayisəli təhlilini təqdim edir. “İran məktubları” epistolyar formatdan istifadə edərək Monteskyeyə kənar adamların gözü ilə ictimai normalar, siyasət və insan davranışı haqqında bir sıra perspektivləri təqdim etməyə imkan verir. İrandan Fransaya səyahət edən Özbək və Rika, oxuculara öz mədəniyyətlərini daha tənqidi şəkildə araşdırmaq imkanı verən obyektiv obyektiv təklif edirlər. Bu yanaşma adət-ənənələrin və dəyərlərin nisbiliyini vurğulayır, bir cəmiyyətdə normal sayıla bilən şeyin digərində absurd və ya irrasional görünə biləcəyini vurğulayır. Monteskyenin fars qəhrəmanlarını seçməsi avrosentrizmə meydan oxumaq və mədəni relativizm haqqında düşüncələri təhrik etmək üçün düşünülmüş bir cihaz rolunu oynayır.
Əsərin mərkəzi fəlsəfi mesajlarından biri də relativizm mövzusudur. Monteskye iddia edir ki, anlaşma və tolerantlıq müxtəlif dünyada birgəyaşayış üçün əsasdır. Fars adət-ənənələri ilə Avropa ənənələri arasındakı fərqləri nümayiş etdirməklə, o, oxucuları açıq fikirliliyi qəbul etməyə və öz qərəzli təsəvvürlərini yenidən nəzərdən keçirməyə dəvət edir. Bu mədəni relativizm anlayışı müxtəlif mədəniyyətlərin məlumatlılığının, qiymətləndirilməsinin sülh və anlaşmaya kömək edə biləcəyi bugünkü bir-biri ilə əlaqəli dünyada əhəmiyyətli dərəcədə aktualdır. “İran məktubları” Monteskye üçün fransız cəmiyyətinin müxtəlif aspektlərini tənqid etmək üçün bir vasitə rolunu oynayır.O, farsların gözü ilə gücün mürəkkəbliklərini, dinin rolunu, sevgi və münasibətlərin mahiyyətini, siyasi-sosial qarşılıqlı əlaqənin nüanslarını araşdırır. O, fars adət-ənənələrini fransız təcrübələri ilə qarşı-qarşıya qoymaqla onun müasir cəmiyyətinə xas olan absurdları və ziddiyyətləri vurğulayır. Əsərin əsas mövzusu despotizmlə azadlıq arasındakı ziddiyyətdir. Özəyini İrandakı despotik idarəçilik və Fransadakı güc dinamikasının nüansları ilə bağlı müşahidələri vasitəsilə Monteskye idarəetmədə nəzarət və tarazlığın zəruriliyini araşdırır. O, hakimiyyət bölgüsünün tərəfdarıdır və fərdi azadlıqların, qanunun aliliyinin vacibliyini vurğulayaraq, mütləq hakimiyyətin təhlükələrinə qarşı xəbərdarlıq edir. Özbək və Rikanın yazışmaları vasitəsilə Monteskye Avropa cəmiyyətinin müxtəlif aspektlərini, xüsusən də onun siyasi strukturlarını, sosial əxlaqlarını və dini təcrübələrini tənqid edir. O, qanunların məhz güc aləti kimi xidmət etməkdənsə, cəmiyyətin mənəvi dəyərlərini əks etdirməli olduğunu iddia edir. Özbək və Rika arasındakı yazışmalar vasitəsilə Monteskye ədalətin vacibliyini, etik idarəetmənin seçilmiş bir neçə şəxsin maraqlarını deyil, ümumi rifahı təşviq etməli olduğunu göstərir.Qanunun əxlaqi əsaslarının bu cür nəzərdən keçirilməsi Monteskyenin “Qanunların Ruhu”nda bu fikirləri daha sonra, daha əhatəli tədqiqindən xəbər verir.
Məktublar Avropa hökumətlərinə, xüsusən də monarxiyaya xas olan korrupsiyaya toxunur, siyasi islahatlar və ədalət istəyini ifadə edir. Monteskye, Avropada müşahidə etdiyi despotizmi fars cəmiyyətinin nisbi azadlığı ilə müqayisə edərək oxucuları azadlıq və idarəçilik idealları üzərində düşünməyə sövq edir. Onun səthiliyi və tənəzzülü ilə səciyyələnən Fransa sarayının təsviri zahiri görkəmlə reallıq arasındakı əlaqəni, eləcə də cəmiyyətin mənəvi tənəzzülünü daha da vurğulayır. Fransa kontekstindən kənarda yerləşən farslar Avropa həyatının absurd və ziddiyyətlərinin işıqlandırıldığı unikal obyektiv təklif edirlər. Bu texnika oxucuları öz mədəni normaları üzərində tənqidi düşünməyə təşviq edir. Məsələn, məktublar Fransa cəmiyyətində, xüsusən din, siyasət və gender rolları kimi sahələrdə mövcud olan ikiüzlülük, əxlaqi çatışmazlıqları ifşa edir. Özbək tez-tez fars cəmiyyətinin daha bərabərlikçi və daha az sərt strukturlarını fransız cəmiyyətinin iyerarxik, çox vaxt özbaşına təbiəti ilə müqayisə edir. Mədəni relativizmlə bu əlaqə dəyərlər və təcrübələrin universal tətbiq oluna bilməyəcəyini xatırladır, müxtəlif sivilizasiyalar haqqında daha incə bir anlayışı təşviq edir. Monteskyenin despotizmin tənqidi “İran məktubları”nın əsas məqamlarından biridir. Yazışmalar onun fərdi azadlığa sadiqliyini və tiran idarəçiliyə nifrətini ortaya qoyur. Farsların müşahidələri vasitəsilə Monteskye despotizmin təkcə siyasi azadlıqları deyil, həm də fərdi mənəvi və intellektual inkişafı necə boğduğunu vurğulayır. Bu tənqidin mərkəzində siyasi strukturların cəmiyyətin xarakterinə təsir etdiyi fəlsəfi fikir dayanır. “İran məktubları” həm də maarifçi düşüncənin prinsiplərini özündə cəmləşdirir, ağıl, araşdırma və şübhəyə önəm verir. Monteskyenin satira və istehzadan istifadə üsulu ona müasir cəmiyyətin ziddiyyətlərini tədqiq etməyə imkan verir, ağlı doqmaya etiraz etmək üçün bir vasitə kimi istifadə edir. Onun personajları tez-tez maariflənmə arzusunu – mədəni sərhədləri aşan bilik və anlama istəyini təcəssüm etdirir. Özbək və Rika müxtəlif ideyalar, perspektivlərlə məşğul olarkən, bilik mübadiləsinin demokratik mahiyyətini nümayiş etdirir, oxucunu söhbətə qoşulmağa və müəyyən edilmiş həqiqətləri sorğulamağa sövq edir.Məktublarda Monteskyenin həm hüquqi, həm də fəlsəfi nöqteyi-nəzərdən tənqid etdiyi qadınların cəmiyyətdəki roluna da toxunulur. Özbəyin hər iki mədəniyyətdə qadınların rəftarına dair düşüncələri onların hüquqlarını və muxtariyyətlərini müdafiə edərkən hər iki mədəniyyətdə mövcuddur. Monteskyenin mədəni relativizmi tədqiqi əsərin digər əsas cəhətidir. İran və Fransanın mədəni təcrübələrini yan-yana təqdim etməklə o, ümumbəşəri həqiqətlər anlayışına meydan oxuyur, insan adət və inanclarının müxtəlifliyini vurğulayır. Bu obyektiv vasitəsilə Monteskye öz oxucularını öz mədəni fərziyyələrini sorğulamağa və müxtəlif perspektivlərin dəyərini tanımağa dəvət edir.
Nəticə olaraq, Monteskyenin “İran məktubları” əsəri XVIII əsr Avropa cəmiyyətinin adi tənqidindən qat-qat artıqdır; insan varlığının, idarəçiliyin, mədəni relativizmin və ədalət axtarışının mürəkkəbliklərini araşdıran mürəkkəb əsərdir. Özbək və Rikanın səsləri ilə Monteskye oxucuları öz dəyərləri üzərində düşünməyə dəvət edir, bu gün də güclü rezonans doğuran araşdırma və tolerantlıq ruhunu aşılayır. Onun fikirləri mədəni müxtəliflik, əxlaq fəlsəfəsi və demokratiya prinsipləri ilə bağlı müasir müzakirələrdə aktual olaraq qalır. Getdikcə mürəkkəbləşən dünyanı gəzdiyimiz zaman Monteskyenin işi bizim ümumi insan təcrübəmizdə perspektiv, şəfqət və anlayışın dəyərini xatırladır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Salahlı Aytac – Sehrli kitab

Sehrli kitab
Fevral ayının ortaları idi. Bir gün əvvəl dayanmadan yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Uşaqlar necə sevinirdilər… Yolların buz bağlamasını bəhanə kimi istifadə edən uşaqlar məktəbə getməmiş ,dostları, bacı-qardaşları, ailələri ilə parklara, həyətlərə axışmışdılar. Kimisi qardan adam düzəldir ,kimisi əlində düzəltdiyi yumru qar topasını yanındakının üzərinə atır, onunla şirin savaşa girir, kimisi də qara, onunla oynayanlara tamaşa edirdi.
Dünənin əksinə olaraq bu gün günəş şüaları ətrafı isidir, yerdəki qarları əridirdi. Elnur balkondan dünən düzəltdiyi qar adamına baxırdı. O ,yavaş -yavaş əriyirdi. Birdən evdən nənəsinin səsini eşitdi:
-Nənən qurban sənə ,Elnur, gəl, keç içəri. Hava soyuqdur ,xəstələnərsən.
-Yaxşı, nənə ,gəldim.
-Nənə sənə qurban ,acmamısan ki?
-Yox ,nənə. Mən gedim babanın yanına. Sonra da dərslərimi edəcəm. Sabah məktəbə gedəcəyik.
Nənə Elnurun üzündən öpəndən sonra ona sevdiyi ağ kişmişdən verdi. Elnur qonaq otağından çıxıb babasının yanına gedəndə onun kitab oxuduğunu gördü. O,kitab oxuyanda çox fərqli görünürdü. Sanki həmişə Elnuru, həyat yoldaşını zarafatları ilə güldürən , nəvəsi ilə uşaq kimi oynayan Kərim babanın yerinə ciddi,başqa xasiyyətli adam gəlirdi. Kitab oxuyanda kimsə onu narahat etsə, evdə səs salsa , Kərim baba əsəbləşərdi. Gülçöhrə nənə onun bu xasiyyətini heç xoşlamırdı. Kərim baba kitab oxuyan kimi Gülçöhrə nənə həmişə belə deyir:
-Yenə aldı o kitabı əlinə. İndi gəl gözlə heykəl kimi . Görək Kərim kişi nə vaxt oxuyub bitirəcək kitabını .
Elnur da qıraqdan baxıb baş verənlərə gizlicə gülürdü. Babasını narahat etməməkdən ötrü birbaşa otağına getdi. Şkafdan kitablarını götürüb dərsləri ilə məşğul olmağa başladı. Sevdiyi ağ kişmişdən yeyə-yeyə Azərbaycan dilindən başqa bütün dərslərini bitirdi. Bir tapşırığı qalmışdı, esse yazmalı idi,ancaq necə başlayacağını, nə yazacağını bilmirdi. Mövzunun adı belə idi: “Sehrli dəyənəyiniz olsaydı, hansı möcüzənin baş verməsini istərdiniz?”
Elnur dəftəri bağlayıb çarpayısına tərəf getdi. Balaca rəfin üstündən çərçivəyə salınmış şəkli götürüb yatağında oturdu. Sakitcə şəklə baxmağa başladı. Gözündən bir-iki damla yaş süzüldü. Sonra nənəsinin dediyi sözləri ağlına gətirib gözyaşlarını sildi.Şəkli çərçivəsindən çıxardı və yenidən diqqətlə ona baxmağa başladı.
Bu şəkil çəkiləndə Elnurun bir yaşı var imiş. Nənəsi deyir ki, o vaxt belə sakit uşaq deyilmiş. Anasından başqa heç kimin yanında qalmırmış . Kim onu qucağına götürüb əzizləmək istəsə, ağlamağa başlayırmış. Ağlayanda da onu sakitləşdirməyin yeganə yolu anasının qucağına getməyi olurmuş. Elə şəkildə də atasının qucağında olmasına baxmayaraq bir əli ilə anasının donunun ətəyindən tutub.
Elnur şəkildəki özünə baxıb gülümsədi. Sonra ciddi görkəm alaraq nəzərlərini anasına yönəltdi. Qıraqdan ona baxan olsaydı, onun bu halını Kərim kişinin kitab oxuyarkən aldığı vəziyyətə oxşadardı. Anası şəkildə necə gözəl görünürdü. Gülən zaman yanağında əmələ gələn qəmzəsi, çiyinlərinə tökülən qara saçları ,əyninə geyindiyi sarı rəngli don ona çox yaraşırdı. Nənəsi Elnura həmişə deyərdi ki, yanağındakı qəmzəsi ,qara gözləri, yumru çənəsi ilə anasına daha çox oxşayır.
Elnur üzü təmiz qırxılmış, gur saçlı ,enli kürəkli atasına baxanda onu qucağında saxladığını aydın görürdü. O ,bir əli ilə Elnuru, digəri ilə həyat yoldaşı Nuranənin əlini tutmuşdu.
Bu şəklin çəkildiyi zamandan səkkiz il ötür. Şəkildəki Elnur indi böyüyüb məktəbə gedir, tərbiyəli, ağıllı, nümunəvi bir oğlan olub. Amma anası və atası indi onun yanında deyil. Hər ikisi yeddi il əvvəl avtomobil qəzasında dünyalarını dəyişmişdilər. Xoşbəxtlikdən, Elnur o gün nənə və babasının yanında idi. Yoxsa, o da indi bu dünyada yox idi.
Elnur anası Nuranənin, atası Elşadın üzünü xatırlaya bilmirdi. Axı hadisə baş verəndə o,çox balaca idi. Ona görə də hər gün bu şəklə bir dəfə də olsa , baxırdı. Onları bircə dəfə görmək üçün nə desələr edərdi. Amma ,heyif ki, bu mümkün deyildi Onların yoxluğunu bu şəkil vasitəsilə hiss etməməyə çalışırdı,əlbəttə , nənə və babasının da bu işdə rolları böyük idi. Nə yaxşı ki onlar vardı. Onlar olmadan həyatını, gələcəyini təsəvvür belə etmək istəmirdi. Kaş anası ,atası da yanında olaydı. Kaş o qəza baş verməyəydi. Kaş şəkildəki o günə qayıdardı…
Şəklə bir dəfə də diqqətlə baxdı, sonra çevirdi. Arxasındakı sözləri oxuyub gözlərini yumdu. “Nuranə, Elnur, Elşad . 17.05.2015”
Zəngin səsi Elnuru yuxusundan oyatdı. Saat 07:00 idi . Böyük ehtimalla yuxuya gedəndən sonra nənəsi saatı qurmuş, otağı səliqəyə salmış və ən əsası şəkli çərçivəyə salıb yerinə qoymuşdu. Elnur yerindən durdu, əl-üzünü yudu, əynini geyinib yerini səliqəyə saldı, çantasını hazırlayandan sonra yemək üçün qonaq otağına getdi. Həmişəki kimi nənəsi süfrəni elə hazırlamışdı ki, iştahası olmayan insan belə özünü bu təamları dadmaqdan saxlaya bilmirdi. Babası isə televizorda səhər xəbərlərinə baxırdı. Elnur hər ikisinin üzündən öpüb yemək süfrəsinin arxasına keçdi. Təxminən on dəqiqədən sonra sağollaşaraq evdən çıxıb məktəbə yollandı .
Məktəbdə zəng vuruldu. Sinif otaqlarının qapıları açıldı və uşaqlar evə getmək üçün məktəbin həyətinə qaçmağa başladılar. Elnur da çantasını çiyninə taxıb Malik ilə evə yollandı. Elnur çox bikef görünürdü. Malik:
-Elnur ,niyə qanını qaraldırsan? Sevinc müəllim səni bir dəfə danladı deyə pis şagird olmursan ki. Bizi hər gün danlayır ,heç biz sənin kimi bikef olmuruq. Hələ nə qədər esse yazacağıq, onda hamısını yazarsan. Birini yazmayanda heç nə olmur. Tez elə, gül, qoy o qəmzələrini görüm. Yoxsa sənlə danışmıram ha!
Malik dediklərindən sonra gülməyə başladı. Elnur da ona qoşuldu:
-Yaxşı, sənin sözünü yerə salmayacam ki. Sabah gözləyərsən məktəbə bir yerdə gedərik.
-Baş üstə.
Bir az gedəndən sonra söhbətlərini bitirdilər. Evlərinə gedən yol burada ayrıldığı üçün sağollaşıb öz yolları ilə getdilər. Bir xeyli yol qət etmişdi ki, yolda parıldayan əşya Elnurun diqqətini cəlb etdi. Addımlarını tezləşdirərək həmin əşyaya çatmağa tələsdi. Ona baxanda təəccübləndi. Birinci dəfə idi ki belə kitab görürdü. O, qəhvəyi-qırmızı rəngli idi. Üzərində ağac şəkli vardı. Ağacın altında isə bir neçə işarə var idi, yəqin ki , ora nə isə yazılmışdı. Ən qəribəsi o idi ki ,kitabın kənarlarına güzgü parçaları yapışdırılmışdı. Kitabın alt və üst cildləri qara lent vasitəsilə bağlanmışdı. Elnur kitabı çantasına qoyub yoluna davam etdi.
Evə çatanda qapını döydü. Qapını Kərim kişi açdı. Elnuru görən kimi dedi:
-Nənəsi ,evimizin yaraşığı məktəbdən gəldi. Sən yeməyi hazırla, biz də o vaxta kimi söhbət edək. Görək bu gün ağıllı balamız məktəbdə yeni nə öyrənib, günü necə keçib.
Elnur babasının üzündən öpüb dedi:
-Baba, yeməyimi yeyim ,dərslərini hazırlayım, sonra gəlim sənlə söhbət edək. Olar? Bu gün çox dərsim var.
-Hə , niyə olmur ki. Mən sənlə nə vaxt istəsən , söhbət etməyə hazıram. Əsas dərslərindir.
Yeməkdən sonra Elnur tez otağa keçib çantasından kitabı çıxardı. Bir xeyli kitaba baxandan sonra gedib qapını bağladı. Qara lenti dartıb kitabı açdı. Kitab işıldamağa başladı. Elnur qorxusundan iki-üç addım geri çəkildi. Bir -iki dəqiqədən sonra yenidən Kitaba yaxınlaşdı. Açılmış ilk səhifədə onu tapan şəxsin kitabı əlinə götürməli olduğu yazılmışdı. Elnur dərindən nəfəs alaraq kitabı ehtiyatla əlinə götürdü. Bu vaxt kitabın səhifələri yenidən tərpənməyə başladı. Səhifədə yenidən yazılar göründü. Amma bu dəfə kitabdan səs də çıxdı. Hə,o, danışırdı. Yazdıqlarını səsli şəkildə söyləyirdi:
-Mənim məni tapan şəxsin bir arzusunu gerçəkləşdirmə bacarığım var. Həmin şəxsin məndən istifadə etməsi üçün yalnız və yalnız bir haqqı var. O mən barədə heç kimə bir söz deməməlidir. Əks halda arzusu yerinə yetməyəcək. Mənə sahib olan şəxsin məndən sual soruşmaq üçün bir haqqı var. Sualı soruşmaq üçün kitabın kənarında olan üçüncü güzgüyə gözübağlı toxunub sualı səsləndirmək lazımdır. Arzunu gerçəkləşdirmək üçün ağacın üstündə ardıcıl düzülmüş ədədlərin sirrini açıb cavabı yüksək səslə üç dəfə təkrarlamaq lazımdır. Bunu etməzdən əvvəl arzunu bütün qəlbinlə ürəyindən keçirmək mütləqdir.
Elnur mat-məəttəl kitaba qulaq asırdı. Nə etsin bilmirdi. Gedib nənə-babasına bu barədə məlumat vermək istədi. Ancaq kitabın dediklərini xatırlayıb fikrindən daşındı. Kitaba sual vermək barəsində tərəddüd edirdi. Necə gülünc vəziyyətə düşmüşdü. Nəyə inanmalı olduğunu bilmirdi. Yaşadıqları elə bil yuxu idi. Dərindən nəfəs aldı ağacın üzərindəki ədədlərə nəzər yetirdi. Ardıcıllıq belə idi: 6;18;20;28;24. Riyazi cəhətdən düşünməyə başladı. Bütün ədədlər cüt idi, ikiyə bölünürdü. Amma müəyyən qanunauyğunluqla düzülməmişdilər. Bəs bu ədədlərin sirri nədir? Nəyə görə bu sıra? Nə üçün bu ədədlər? Bunun nə mənası vardı axı?
On dəqiqə olardı ki, bir nəticəyə gəlməmişdi. İşi tezləşdirmək lazım idi. Yoxsa evdəkilərin xəbəri ola bilərdi. Birdən ağlına əlifbanı təzə əzbərləyəndə müəlliminin onlarla oynadığı oyun yadına düşdü. Müəllim xanlar ədədlər yazırdı,uşaqlar da həmin ədədləri əlifbadakı hərflərlə əvəzləyəcək gizli sözü tapırdılar. Yəni ədədlər hərflərin əlifbadakı sıra nömrəsini göstərirdi. Tez ədədlərə bir də baxdı:
6;18;20;28;24. Ədədləri hərflərlə əvəz edib vərəqə yazdı. Yaranan söz “Elnur” idi. İndi qalırdı əsas məsələ: cavabın doğruluğunu yoxlamaq. Özünü ələ aldı, həyəcanını boğdu,arzusunu ürəyindən keçirdi və üç dəfə yüksək səslə cavabı təkrar etdi:Elnur,Elnur,Elnur. Kitab iki dəfə açılıb bağlandı. Elnur qorxudan gözlərini yumdu. Özündən asılı olmadan gözlərini açanda qarşısında gördüyü mənzərədən əvvəl qorxdu. Gözlərini ovuşdurub yenidən açdı . Yenə eyni mənzərə gözləri qarşısında idi. Qabağında iki şəxs dayanmışdı. Onlar Elnura həm çox yaxın ,həm də çox uzaq olan insanlar idi- Elnurun anası Nuranə, atası Elşad . Hər ikisi eynən şəkildəki kimi geyinmişdi. Üzlərindəki təbəssüm belə eyni qalmışdı. Tək fərq Elnurun böyüməsi idi . Ata və anası yaxına gəlib Elnuru qucaqladılar, öpdülər, saçını oxşadırlar. Heç biri danışmırdı. Amma qəlbləri bir-birilərinə elə sıx bağlı idi ki, danışmasalar belə, ürəklərindən keçənləri başa düşə bilirdilər. Nuranə Elnurun gözündən süzülüb axan yaşları gördükdə dayana bilmədi, səssizliyi pozub danışmağa başladı:
-Elnur,canım , sil gözünün yaşını. Yoxsa nənənin dediyini yaddan çıxarmısan?
Biz sənin ağlamağını, gülməyini, çətinliyini, uğurunu sənin yanında olmasaq belə görürük. Fiziki cəhətdən yanında deyilik ,bilirəm ,bu sənə çox əzab verir, amma mənən hər saat, hər dəqiqə ,hər saniyə biz səninləyik. Güclü ol. Hərəkətlərinlə nümunəvi insana çevril. Nənənin ,babanın ,bizim fəxrimiz ol.
Səs Elnura o qədər doğma gəlirdi ki. Bütün ömrü boyu bir söz söyləmədən bu səsi bezmədən dinləyə bilərdi. Tez gözünün yaşlarını sildi. Danışmaq istəyirdi, amma bacarmırdı. Sanki nitqi tutulmuşdu. Anasını bərk-bərk qucaqladı. Sonra atasının dizləri üstə oturdu. Elşad onu öpüb bağrına basdı. Nuranə də onların yanına gəldi. Şəkildə olduğu kimi stullarda oturdular. Elşad Elnuru bir əli ilə qucaqladı. Bir əliylə isə Nuranənin əlindən tutdu. Elnur da tez anasının donundan yapışdı. Sonra “Sizi sevirəm, özü də lap çox sevirəm!” -dedi. Elə bu vaxt yağış yağmağa başladı.
Elnur üzünü göyə tutanda iki damla yağış gözünün üstünə düşdü.
Qan-tər içində yuxudan oyanan Elnur çarpayısında donub qalmışdı.
Yaşadıqlarını anlamağa çalışdı. Yataqdan qalxdı, ətrafına göz gəzdirdi, lakin sehrli kitabı tapa bilmədi. Heç çantası da yığılmamışdı. Azərbaycan dili dəftərini açdı. Ev tapşırığını- esseni yazmamışdı. Yatmazdan əvvəl nə etdiyini yada salmağa çalışdı. Axırıncı dəfə ailəsinin şəklinə baxırdı. Çarpayısına yaxınlaşıb şəkli axtardı. Şəkil yastığının yanında idi. Hər şeyi indi başa düşdü. Şəklə baxarkən yuxuya gedibmiş. Həqiqət zənn etdiyi hadisələr,sən demə, yuxu imiş. Gülümsədi. Yuxu olsa belə,anasını, atasını görə bilmişdi. Onlarla danışmışdı da. Bir neçə dəqiqəlik də olsa, onları yanında hiss etmiş, nəfəslərini duymuş, səslərini eşitmişdi. Nəyə desən dəyərdi bu. Yazı masasına keçdi. Yuxusunu aldığı üçün özünü yorğun hiss etmirdi. Həm də artıq tapşırığını necə yazacağını bilirdi. İşinə yenicə başlamışdı ki, nənəsinin səsini eşitdi:
-Gözümün işığı, Nənən sənə qurban,gəl, yemək hazırdır.
Elnur dəftəri bağladı. Əllərini yuyub masaya getməyə tələsdi. Çünki ətrafa yayılan qoxudan anladı ki, bu gün axşam yeməyinə onun sevdiyi yarpaq dolması var.
Müəllif: Salahlı Aytac
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi

Salahlı Aytacın yazıları

TƏLƏBƏ GUŞƏSİ

Atakişiyeva Həcər – Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

       Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır” [3,14].                                                                             

Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında – məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?” [3,108]                           

    Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” [3,108].                                                                             

Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı.  Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur” [3,111].      

     Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur” [6,50].               Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır” [3,108].                                                                         

  Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.

ƏDƏBİYYAT:

  1. Ağaoğlu Ə. “Rus ədəbiyyatının ümumi səciyyələri”. Kamal Talıbzadə. “Azərbaycan” jurnalı, 1989,№1
  2. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 392 səh.
  3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006, 154 səh.
  4. Belinski V.Q. “Məqalələr”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1961.168 səh.
  5. Hacıyeva L. “Əhməd bəy Ağaoğlunun publisistikası”. Bakı, BDU, 2006.
  6. Hüseynova Ü. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri. Bakı: Nurlan, 2006, 156 səh.  

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Сорок четыре шага до Победы!


Сорок четыре,тех доблестных дня!

Хоть мы вели мировые беседы,
Все таки кровью облилась земля!
Сорок четыре шага до Победы!
И каждый шаг был силен и могуч!
Мы разгоняли преграды,печали,
Солнце хотели мы взять из-за туч!
Сорок четыре шага до Победы!
Каждый солдат там оставил свой след!
Спи же шехид и покойся
ты с миром!
Шаг твой остался на тысячу лет!
Сорок четыре мнгновенья Победы,
Каждый ботинок,солдатский хранит!
Где же теперь эти храбрые лица?
Жизни отдали…
Лишь,сердце скорбит!!!

Клятва солдата

Снова пекло…этим летом,
Снова здесь я,Нахчыван!
Как священны эти горы,
И священен звук- азан!
Здесь мечети,минареты,
Древний льется здесь родник,
Здесь труба совет солдата,
Он к земле своей приник!
Он клянётся, быть отважным,
Прижимая к сердцу флаг,
Здесь зовут его Победы!
И могуч его кулак!
Здесь труба зовёт солдата,
Он клянётся храбрым быть,
Каждый юноша,за брата,
Будет Родину любить!
Будет он,беречь просторы,
Чтобы слышался
азан,
Каждый юноша,пусть знает,
Что он Родине отдан!
Снова пекло…
Этим летом,
На душе покой,уют…
Ведь сыны Азербайджана гимн республики поют!!!

Народному писателю Азербайджана Анару, посвящается…

Он сын великого поэта,
Но этот стих мой,не об этом…
Он о творце добра и слова,
И о могуществе строки…
И человека нет другого,писателя,
лёгкой руки!
Он сын великого народа,
Создатель мыслей,это- дар!
Азербайджанскую культуру,связал в единое Анар!
Единство это- в силе слова!
Оно острее всех мечей!
И разорвет оно оковы,
Разгонит,злостных палачей!
Перо Анара,наша слава!
Святит,как тысячу свечей,
Он сын великого поэта,
И нету срок его,сильней!!!


Автор: Гасымова Зарифа

Член союза писателей Азербайджана, старший специалист института литературы НАНА

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sənsiz nə zövqü var şeiriyyatın…

Müəllif:Nəzrin Əliyeva
Elmi rəhbər: prof. Yeganə İsmayılova

Sənsiz nə zövqü var şeiriyyatın…
Xülasə
Bu məqalədə Mikayıl Müşfiqin həyatına və yaradıcılığına ümumi nəzər yetirilir. Şairin məhəbbət lirikası təhlilə cəlb edilir.
Açar sözlər: Mikayıl Müşfiq, ədəbiyyat, lirika, poeziya, məhəbbət
Abstract
This article provides an overview of Mikayil Mushfig’s life and work. The poet’s love lyrics are included in the analysis.
Keywords: Mikayil Mushfiq, literature, lyrics, poetry, love
Məqalə
30 illik həyatında, cəmi 30 bahar yaşamış ömründə Azərbaycan xalqının qəlbini fəth etmiş şair, ədəbiyyatımızın “şirin ləhcəli bülbülü”-Mikayıl Müşfiq…
Sənsiz nə zövqü var şeiriyyatın?!
5 iyun 1908-ci ildə mavi Xəzərin qoynunda-Bakıda Əbdülqadir İsmayılzadənin ailəsində bir oğlan uşağı dünyaya gözlərini açdı. Bu uşaq sonradan hər kəsin Mikayıl Müşfiq adı ilə tanıyacağı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə idi. Müşfiqin uşaqlığı məşəqqətli keçmişdi. Körpə ikən anasını,6 yaşında olarkən atasını itirmişdi. Anasızlığı bütün həyatı boyu onu sarsıtmış, Müşfiqin ruhunu incitmişdi. O bu təlatümlü hisslərini bəzən nəzmin dili ilə ifadə etməyə çalışmışdır:
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəniş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.[5, s.44]
Həyatındakı bu boşluq Müşfiqi daim izləmiş, ona mənəvi əzab vermişdi. Lakin günlərin bir günü həyat Müşfiqin üzünə də gülməyə başlayır. Müşfiqin həyatına onun inadkar ruhunu tabe edən, həyatına yeni bir rəng verən bir qadın daxil olur. Bəli, bu qadın Müşfiqin məhəbbət şeirlərinin ilham pərisi idi desək, zənnimizcə, yanılmarıq. Dilbərin həyatına gəlişi ilə onun həyatında yeni və gözəl bir səhifə açılmışdı. O Dilbəri ən az anası qədər sevirdi və onun vəsf etməkdən doymurdu:
Mən Dilbəri sordum gəlib-gedəndən;
Dedilər barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum?

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam…
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum[6, s.53]?
Əvvəldə də qeyd etdiyimiz kimi, Müşfiqin ilham pərisi Dilbər xanım idi. Müşfiqin məhəbbət şeirlərinin,demək olar ki, hamısı Dilbərə həsr olunub.Onun “Dilbər” şeirindən bir bəndə nəzər yetirək:
Nə qədər uçsan da ucalıqlara,
Əlbət qanadların bir gün yorula.
Bir quşun olmasa qanadı, Dilbər,
Necə keçər onun həyatı, Dilbər[6, s.66]?!
Dilbər xanım “Müşfiqli günlərim” kitabında Müşfiqin əksər şeirlərinin yaranma tarixçəsini danışır. Gəlin bu tarixçələrdən birinə nəzər yetirək:
“…Sonrakı görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm
Qondu. Elə oradaca «Ayrılıq» şerini dedi:
O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.

Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?-
Qəlbimin çeşməsi çağlar səninçün.”[1, s.41]
Daha sonra Dilbər xanım getməyəcəyini deyəndə isə Müşfiq həmin məşhur şeirini bədahətən demişdi:
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban!.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı.
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.”[1, s.43]
Rəsul Rza öz “Qızılgül olmayaydı” poemasında yazırdı:
Bəlkə, o, belə şair
olmazdı
bu xalq
bu torpaq
o yaşıl yarpaq
o aydın səhər,
bir də sən,
Dilbər, –
Bir də sən
olmasaydın!
Müşfiq həyatında heç olmadığı qədər xoşbəxt idi-Çox sevdiyi qadınla bir ömür sürürdü, gənc olmasına baxmayaraq kifayət qədər tanınır, sevilirdi, şeirləri isə dillər əzbəri idi. Bunu görən bəzi “qələm dostları”-“sapı özümüzdən olan baltalar” Müşfiqin quyusunu qazmağa başladılar. Müşfiq ölümündən əvvəl sanki gələcək bədbəxtliyini duymuşdu:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?!
Bu yerlər çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim[5, s.302]?!
Müşfiq həyat eşqiylə dolub-daşırdı. Onu gözləyən bir gələcək, böyük amallar, şirin xəyallar var idi. Lakin bütün bunlar Sovet rejiminin qanlı əlləri ilə məhv olundu. Ardıcıl olaraq Müşfiq haqsız yerə tənqid və təhqirlərə məruz qaldı, əleyhinə yazılar yazıldı, sərt çıxışlar edildi. Bu yazılardan ən zəhərlisi Məmməd Rahimin “Ədəbiyyat qəzeti”nin 21 avqust 1937-ci il tarixli nömrəsində Müşfiq haqqında çap olunmuş “Kontrrevolyusioner, kondrabançı, oğru” məqaləsi idi. Məmməd Rahim bu məqaləsində Müşfiqi haqsız yerə ittiham edir, xalqın sevimli şairinə ona qətiyyən yaraşmayan adlar qoyur, onu “oğru”, ”əclaf”, “ikiüzlü” adlandırır:
“Xalq səadətinə düşmən olan bu əclaf “İnqilab” şeirində proletar revolüsiasını yandırıb-yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir..”
“Bizə yabancı Müşfiq “Duyğu yarpaqları” şeirində “Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir”[4]
Bu kimi sərt çıxışlar, yazılar Müşfiqin sonunu yaxınlaşdırırdı. Mikayıl Müşfiqin repressiyadan qurtulması üçün bir yol var idi: O həbs olunmamışdan qabaq Ayna Sultanova onu öz yanına çağırıb demişdi ki, biz artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, heç olmazsa səni repressiyadan qurtara bilək. Müşfiq cavabında deyir: “Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.
Bəli, Müşfiq bu qədər cəsarətli və sadiq bir insan, dost, qələm yoldaşı idi.
4 iyun 1937-ci ildə həbs olunan Müşfiqin son məhkəmə iclası cəmi 20 dəqiqə çəkir, günahsız şair üçün ölüm hökmü qərarı çıxarılır. Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə Nargin adasında haqsız yerə güllələnir.
Müşfiq öləndən sonra günü-gündən daha da çox sevildi. Sovet rejimi Müşfiqi bizdən alsa da, Müşfiq sevgisini ala bilmədi. Müşfiq haqqında kitablar, əsərlər, şeirlər, məqalələr, xatirələr yazıldı, yaradıcılığı çətinliklə də olsa toplanıb tədqiq edildi. Rəsul Rza “Qızılgül olmayaydı” poemasında yazırdı:
“Oxu, tar, oxu, tar!
Səni kim unudar?!”
İndi bu sözləri
Ona desək, yeri var:
“Səni kim unudar?!”
Hikmət Ziya, Mədinə Gülgün, Hüseyn Arif, Əli Kərim və başqaları Müşfiqə şeirlər həsr etmişlər. Hikmət Ziyanın Müşfiqə həsr etdiyi şeirə nəzər salaq:
Ürəyimdə göynəm-göynəm göynəyən,
Sızım-sızım sızıldayan yaram var.
Qaysaqlanmaz ha çalışsam buna mən
Ömrüm boyu bu yaramdan qan damar.

Ey Müşfiqin qəlbi,ciyərparası
Bu sözləri zil muğamla oxu, tar
Söylə: Böyük Azərbaycan balası
Müşfiqimiz, de, səni kim unudar?!
Müşfiq unudulmadı və unudulmayacaq. Müşfiq sevgisi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Müşfiqin ilk kitabı “Küləklər” olmuşdur. Daha sonra “Günün səsləri”, “Vuruşmalar”, ”Şeirlər” və s. kitablarını çap etdirmişdir. XI kitabı-“Çağlayan” çap üçün hazırlansa da, onu nəşr etdirmək Müşfiqə nəsib olmur.
Müşfiqin yaradıcılığı onun lirik şeirlərindən və poemalarından ibarətdir. G.Hüseynoğlu “Mikayıl Müşfiqin yaradıcılıq yolu” əsərində onun şeirlərini iki qismə ayırır:[3, s.31]
1.ictimai-siyasi şeirləri
2.aşiqanə şeirləri
Təbii ki, bu bölgü Müşfiq lirikasını tam olaraq əhatə etməsə də böyük bir qismini təşkil edir.
Mən ki bilməz idim nədir məhəbbət…
Cahanın, xilqətin varlığının sütunu məhəbbətdir. Mikayıl Müşfiq tək kövrək duyğularla dolu bir ruhun könül rübabından, mümkün deyildir ki, bəşərin ən ali duyğusunun tərənnümünə həsr olunmuş əsərləri olmasın. Müşfiqin aşiqanə şeirləri onun yaradıcılığında çox önəmli bir mövqeyə sahibdir. Onun aşiqanə şeirləri yalançı və süni təntənədən uzaq, saf qəlbin ən həzin duyğularını əks etdirən şeirlərdir.
Dolaşma sıldırım sal qayalıqda
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Etmə aşiqindən həzər, maralım[6, s.54]!
deyərək sevdiyini əsl bir aşıq kimi tərənnüm edir. Müşfiqin lirikası aşıq yaradıcılığından bəhrələnmişdir desək bu tam doğru olmaz. Çünki Müşfiq lirikası birbaşa aşıq şeiri, xalq şeiri, xalq ədəbiyyatı ilə yoğrulmuşdur.Təbii ki, bunda Qızqayıt nənənin də rolu az olmamışdır.
Müşfiq sevdiyinin hər nazını çəkməyə hazır olan bir aşiqdir. Hətta o, keçmişi yada salarkən ən çox sevdiyinin şıltaqlığını, inadkarlığını xatırlayır. Sevdiyinin dəli-dolu halları, bir anda əsəbləşib elə həmin andaca sakitləşdiyini söyləyərək onu bir uşaq kimi “xırçın əməlli” təsvir edir:
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü[6, s.58].
Şair “Yaşa, könül” şeirində sevgisini təsvir etməyə çalışır. Sevda yolunun uzun və çətin olduğunu bilsə də, hətta özü bu yoldan dönsə də, qəlbinin dönməyəcəyini söyləyir. Müşfiq bununla sevgisində necə qətiyyətli olduğunu göstərir:
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən.
Mən dönərəm, sən dönməzsən,
Yaşa könül, yaşa könül[6, s.51]!
Biz “Rəssam” şeirində Müşfiqi bir rəssam kimi görürük, söz rəssamı kimi… Rəssam boyalarla şəkil çəkirdisə, Müşfiq şəkillərini sözlərlə çəkirdi. Müşfiq sevgilisinin ən incə və gözəl cizgilərini özü təsvir etmək istəyirdi:
Çək onun qaradan qara telini
Çək, rəssam, çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim.
“Küsmərəm” şeirində şair öz sevdiyini hər kəsdən, hər şeydən üstün tutur. O hər şeydən küsməyə hazır olduğu halda, yarından küsülü qalmağa dözə bilmir. Elindən, obasından, ömründən, hətta şeirdən, ədəbiyyat ilhamından əl çəkməyə də hazırdır, ancaq sevgilisindən küsmək onun üçün çox böyük dərddir:
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm.[6, s.52]
Müşfiqin “Məhəbbət” şeiri “məhəbbət himni”dir desək, zənnimizcə, yanılmarıq. Məhəbbəti təntənəli sözlərlə ifadə edən, əlbəttə ki, çox şairlər olmuşdur. Amma Müşfiq qədər real təsvir edən, hətta hicranında belə bir nikbinlik duyulan bir şair, hələ ki, olmamışdır. Onun ritorik suallarında bir məzlumanə küskünlük duyulsa da, bu heç vaxt şikayətə, məzəmmətə keçmir. Bu suallar, bəlkə də, sevgilisinin qəlbini az da olsa yumşaltmaq üçün verilmiş biçarə suallardır:
Mən ki nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən
Məndən uzaq gəzib, dolanıb hərdən
Qəlbimi sıxmağa can atmadınmı[6, s.55]?!
Aşıqlar yarlarının yolunu gözləyərkən onların sirdaşı sazları olduğu kimi Müşfiq də yarını gözləyərkən sirdaşı qələmi olur:
Əlimdəki qələm bir sədəfli saz,
Nə qədər səninçün coşar, yorulmaz[6, s.56]!
Müşfiq üçün dünyanın hər naz-neməti, gözəlliyi sevgilisi yanında olmadan boşdur, mənasızdır:
Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat yarın,
Heç mənim ruhumu oxşarmı, söylə[6, s.57]?
Müşfiqin azadlığı da sevgisinin həbsində yaşayır:
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə[6, s.57]?
Müşfiqin şeirləri də, bəzən ruhu kimi qafiyə qəliblərinə, qanunauyğunluqlara sığmayıb sərhədsizliyə yuvarlanırdı. ”Yenə o bağ olaydı”, ”Sevirəm”, “Dəvət” kimi şeirləri də bu qəbildəndir. ”Yenə o bağ olaydı!” Azərbaycan ədəbiyyatında ən uğurlu sərbəst vəzndə yazılmış şeirlərin sırasına daxildir. Lirik bir şeirdə təsvirin bu qədər uğurlu alınması insanda, həqiqətən, təəccüb doğurur. Şeiri oxuduqca gözlərimizdə eyniylə orda yazılanlar canlanır:
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı;
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni zərrin saçın olaydı,
Sular xırçın olaydı.[5, s.412]
Müşfiq milli ədəbiyyatımızı, xalq şeirini dərindən bilməklə yanaşı Qərb ədəbiyyatından da kifayət qədər məlumatlı idi. O, Qərb şeir forması olan sonetdə yaddaqalan nümunlərə yaratmağı bacarmışdı. Qərb şeir şəklində bəşəri duyğuları bu qədər məharətlə ifadə etməsi onu bir şair olaraq bir qədər də xüsusiləşdirir:
Xoşdur gözəl görüb bütün elliyi
Çalışmaq, yaşamaq, sevmək, sevilmək!
Xoşdur xilqətdəki hər gözəlliyi
Ürəkdən duyaraq anlaya bilmək[5, s.391]!
Müşfiq “Sevgilər” sonetində hər sevginin xoşbəxtlik, səadət gətirmədiyini, hər sevginin fərqli, ayrı cür olduğunu, lakin hamısının ortaq bir xüsusiyyəti-sirli olduğunu, bütün sevgilərin çətinliklərlə qarşılaşdığını poetik bir dillə yazır:
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbi də bülbüllərini
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.[6, s.25]
Müşfiqin “Gözəllik”, ”Bir də baxsan mənə”, ”Bir günəş, bir baxış” kimi sonetləri dər var.
Müşfiqin şeirləri o qədər ahəngli, o qədər qulağa xoşagəlimli idi ki, onun şeirlərinin əksərinə musiqi bəstələnmişdi. Onun şeirlərinə ən çox musiqi bəstələyən dəyərli bəstəkarımız Hacı Xanməmmədov olmuşdur. O Müşfiqin “Yaşa,könül”, “Yadımda düşdü”, ”Sənin gözlərin”, ”Qurban olduğum”, ”Neyçin gəlmədin” və başqa şeirlərinə musiqilər bəstələmişdi. ADMİU-nun baş müəllimi, bəstəkar Eldar Dadaşov “Hacı Xanməmmədov və xalq musiqisi” məqaləsində yazırdı:
“Həmişə dostları deyərdi ki, Aşıq Ələsgərlə Mikayıl Müşfiq Hacının könül dostlarıdır…”[2]
Müşfiq yaradıcılığından, Müşfiq lirikasından nə qədər danışsaq yenə də bitməz, yenə də nəsə gözdən qaçmış qalar. Bu kiçik məqaləmdə az da olsa Müşfiq poeziyasına toxunmaq bu poeziyaya olan sonsuz sevgimdəndir. Allahdan dəyərli şairimizə rəhmət diləyirəm!
İstifadə edilmiş ədəbiyyat:
1.Dilbər Axundzadə. ”Müşfiqli günlərim(xatirələr)”.Bakı,”Gənclik”,2005,
274 səh.
2.Eldar Dadaşov. ”Hacı Xanməmmədov və xalq musiqisi”. ”Mədəni Maarif”qəzeti,2011
3.Gülhüseyn Hüseynoğlu. ”M. Müşfiqin yaradıcılıq yolu”. Bakı, “Azərbaycan Dövlət Universiteti”,1987,108 səh.
4.Məmməd Rahim.”Kontrrevolyusioner,kondrabançı,oğru”,”Ədəbiyyat”qəzeti,1937
5.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. I cild.Bakı,”Səda”,2004,465 səh.
6.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. II cild.Bakı,”Səda”,2004,388 səh.

Nəzrin Əliyevanın yazıları

TƏLƏBƏNİN ELMİ GUŞƏSİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Şamillinin şeirləri

XƏYALIMDA YAŞADIN

İstəyirəm biləsən,
Hər halını sevmişəm,
Hava soyuq olanda
Sənin tək üşümüşəm.

Xəyalımda çox zaman,
Qulluğunda durmuşam.
Yatağını yığmışam,
Köynəyini yumuşam.

Sonra da ütüləyib,
Səni geyindirmişəm.
Stolu hazırlayıb,
Yemək də bişirmişəm.

Səni qarşılamışam,
Təzə çay dəmləmişəm.
Əyləşdirib süfrəyə,
Şirniyyat yedirmişəm.

Tanrı qonağı kimi,
Yaddaşımda qalmısan,
Sən adi qonaq deyil,
Qəlb mələyim olmusan.

İstəmişəm kipriyə,
Sığallayım,toxunum.
Bəlkə təkcə o anlıq,
Sənin sevgilin olum.

Toxunub göz-qaşına,
Sığal çəkib üzünə.
Xəyalən şükr eləmişəm,
Mənə baxan gözünə.

Hiss etmişəm nəfəsi,
Xırıltılı o səsi,
Titrəşən kipriyini,
Məni sevən həvəsi.

Yanında olmasam da,
Xəyalımda yaşadın.
Qəlbimi isindirən,
Tanrı qonağım oldun.

Hər zaman mənimləydin,
Sənin gözünlə baxdım.
Nə yaşadımsa bildin,
Öz dünyamda mənimdin.

Hər an yanımda idin,
Hər zaman da qorudun.
Tanrı mələyim olub,
Mənimlə doğulmuşdun.

İstəmirəm danışam,
Uzun-uzun hər şeydən.
İstiyərəm baxışdan,
Anlayasan sevirəm.

YUXUMA GƏLDİN

Bu gün yuxuma gəldin,
Səssiz sədasız idin.
Danışdırmaq istədim,
Amma sən heç dinmədin.

Kefin yoxdu bilirəm,
Onunçun da gəlmisən..
Sən ya çox darıxanda,
Ya xəstəykən gəlirsən.

Dua elədim sənə,
Əhvalın tez düzəlsin.
Sən heç dəyişməmişdin,
Yuxumda sən gənc idin,

Çox yalvarıb Allaha,
Görmək istəmişdim mən.
Həyatda rastlaşmırıq,
Yuxularda görürəm.

Minnətdaram Tanrıya
Səni göstərdi mənə.
Əlimdə şəklin olsa,
Baxardım o rəsminə.

İllər ötüb keçsə də,,
Ruhum hələ gənc qalıb.
Saçlarımın rəngini,
Zaman əlimdən alıb.

Dəyişmisən sən görən,
Ya yenə həminkisən?
İllər nə aldı səndən,
Görəydim təsadüfən.

Çıxaydın sən qarşıma,
Baxaydım gözlərinə.
Nə söylərdi baxışın,
Danışardımı mənə?

Deyərdimi aradım,
Sordum səhər mehindən.
İstərdim qoxun gəlsin,
Dünyanın hər yerindən.

Hara getsəm orda ol,
Xəbərini eşidim.
Harda olsam sən də ol,
Mən qoxunu hiss edim.

Hiss edim darıxırsan,
Mənimçün lap dəlisən.
O qədər yollar keçib,
Tək mənimşün gəlmisən.

Qayıtmısan gəncliyə,
Ötən illərə geri.
Görən orda köz qalıb,
Sönməyib ocaq yeri?

Hələ də düşünürəm,
Saat da çıqqıldayır.
Beləcə ömür keçir,
Gözüm yollarda qalır.

Hər şey çox dəyişəcək,
Bilirəm gələcəksən.
Gəlişin öldürəməsə,
Məni sağ görəcəksən.

Sanma sevgi öldürmür,
Həsrət,ayrılıq salır.
Kədər dolur qəlbimə,
Ömürlük sakin olur.

Vüsal gəlsə güldürər,
Qəlbləri sevindirər.
Həsrət qəlbi öldürür,
Qəlbi canlı çürüdür.

Ölməyə gərək qalmaz,
Diriykən də ölərik.
Həsrət ilə ovulub,
Biz içdən çürüyərik.

Hisslər yandırar bizi
Qəlblər buz da kəsilər.
Göynədər qəlbi közü,
Sonra buzdan titrəyər.

Min bir hal yaşayarsan,
Gah istidən tər tökər,
Lap alışıb yanarsan,
Gah da qəlbin buz kəsər

Əyər kədəli olsan,
Belə ötər həyatın.
Çox vaxt qəmgin olarsan,
Bəxtinə acıyarsan.

Sevgililər görəndə,
Həsrət ilə gülərsən.
Başqasına ürəkdən,
Xeyir-dua verərsən.

İstərsən bu dünyada,
Sevənlər birgə olsun.
Təki dünya sevgiylə,
Sevinclə dolu olsun.

İSTƏRƏM

Gənclik xəyalımda bir xatirəsən,
Unuda bilmirəm illərdir səni.
Gizlənib qalmısan qəlbdə hələ sən.
Odlu baxışından duydum sevgini.

Verim gözlərimi hədiyyən olsun,
Onlar hər bəladan səni qorusun.
Ümidlə zillənib yoluna sənin,
O gözlər tək sənin qurbanın olsun.

Ömür də günlər tək indi qısalıb,
Sənli xatirələr göynərti olub.
Kədər dalğa kimi üstümə gəlir,
Qəlbimdə sevincim yarımçıq qalıb.

Səni çox düşünüb kədər yaşadım,
Sən heç bilmədin ki,nələr yaşadım.
Sevgi duyğusinu hey gizləsəm də,
Xəlvətcə onları sənçün saxladım .

Səni anmadığım bir gün olmadı,
Sənə yanmadığım bir gün olmadı.
Nə vaxtsa uzaqdan bir dəfə görmək.
Bütün ömür boyu xəyalım oldu.

Görən xatirində mən yaşayıram,
Görəsən o qəlbdə hələ də varam?
Yoxsa illər artıq silib yaddaşdan,
Fərqi var,bu dünyada varam, ya yoxam?

İstərdim yadlar tək səni dinləyim,
Özgətək sadəcə suallar verim.
Yadında kim qaldı,kimləri sildin,
Sən kimi həyatda daha çox sevdin?

Söhbətin mənə çox maraqlıdı,
Görəsən sən necə cavab verərdin.
Doğrular necədi,həqiqət nədi ,
Görən yad adama nə söyləyərdin?

Yaddaşında nə var bilmək istərəm,
Həqiqətləri görmək istərəm.
Mənə nə aiddir öyrənmək üçün,
Mən səni yenidən görmək istərəm.

SƏNDƏN MƏNİ SORUŞSALAR

Səndən məni soruşsalar,
Deyərsənmi çox sevmisən?
Söylərsənmi bu dünyada,
Qəlbimi ona vermişəm.

Baxıb uzun yollarına,
Gəlişini gözləmişəm.
Hardasa gizlin dayanıb,
Kölgəsini izləmişəm.

Dilim sözü tutmayanda,
Baxışımla söz demişəm.
Ona olan saf eşqimi,
Mən könlümdə gizləmişəm.

Səndən məni soruşsalar,
Söylərsənmi sevdiyini.
Kino film göstərəndə
Ancaq məni gördüyünü.

Deyərsənmi xəyallarda,
Axtarıram mən o qızı.
Görmək üçün çox yatmışam
Yuxularda mən o qızı.

Səndən məni soruşsalar,
Qəlbini göstərərsənmi?
Kipriyinlə salam verib,
Qurban olum deyərsənmi?

Ürəyində söhbət etsən,
Gözləri yada düşərmi?
Biz nə qəfər qocalsaq da,
Məhəbbətin dəyişərmi?

OLARSANMI

O dünyada can yoldaşım olarsanmı?
Tək qalmağı istəmirəm,
Sən yanımda durarsanmı?
Gecələri söhbət edək,
Gündüzləri təbiətdə birgə gəzək.

Xəyallarda cavanlığa yollanaq,
O zamanki sevgimizi biz anaq.
O dünyada qoşa gəzək hər yanı,
Sən olasan bu könlümün sultanı.

Sevgimizə tər baharı gətirək,
Qəlbimizdə qızıl güllər bitirək
Aramızda bir ayrılıq olmasın,
Həsrət adlı bir duyğunu itirək.

Mən olaram səninçün bir qızılgül,
Sən olarsan eşqinə sadiq bülbül.
O dünyada biz birlikdə yaşarıq,
Coşqun çaylar kimi aşıb daşarıq.

O dünyada can yoldaşım olarsanmı?
Söylə mənə sən yanımda qalarsanmı?
Sevgi mələyinə dönüb hər günü,
Qəlbimin içində dayanarsanmı?

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİLAN KUNDERANIN “L’ART DU ROMAN” – “ROMAN SƏNƏTİ” ƏSƏRINİN FƏLSƏFƏSI

MİLAN KUNDERANIN “L’ART DU ROMAN” – “ROMAN SƏNƏTİ” ƏSƏRINİN FƏLSƏFƏSI
Çex əsilli fransız yazıçısı Milan Kundera öz əsərlərində ekzistensial mövzuları və fəlsəfi araşdırmaları dərindən araşdırması ilə məşhurdur. “L’art du Roman” (Roman sənəti) əsərində Kundera ənənəvi povestin hüdudlarından kənara çıxan zəngin fəlsəfi musinqlərin qobelenini təqdim edərək, romanın bədii forma kimi təbiətini əks etdirmişdir. O, Avropa ekzistensializmindən tutmuş Frans Kafka, Migel de Servantes və Fyodor Dostoyevski kimi böyük romançıların əsərlərinə qədər müxtəlif təsirlərdən istifadə edərək romanın insan vəziyyətinin mürəkkəbliyini araşdırmaq üçün son forma olduğunu iddia edir. Gəlin Kunderanın L’art du Roman əsərində təqdim etdiyi əsas fəlsəfi fikirləri daha dərindən araşdıraq.
Kundera hesab edir ki, roman insan varlığını araşdırmaq üçün vacib bir vasitədir. O, romanın unikal quruluşunun həyatın qeyri-müəyyənliyini və mürəkkəbliyini ələ almağa imkan verdiyini, fəlsəfənin və ya elmin tez-tez edə bilmədiyi bir şey olduğunu iddia edir. Filosoflar ənənəvi olaraq ümumbəşəri həqiqətləri axtarırlar, lakin romanlar, Kunderanın fikrincə, nisbi, qeyri-müəyyənlik və kontingent səltənətində inkişaf edir. Kundera üçün qəti cavablar verməkdən imtina romanı dərin fəlsəfi forma edən şeydir. Kunderanın kəşfinin mərkəzində romanın nədən ibarət olması sualı durur. Əsər ədəbiyyatın təbiətini və müasir dünyamızda yazıçının rolunu ovsunlayan tədqiq edir. Bu esselər toplusu vasitəsilə Kundera yazı, hekayə və yaradıcılıq prosesinin arxasında duran fəlsəfəni araşdırır.O, romanın sadəcə bir hekayə vasitəsi olmadığını, varlıq və insan təcrübəsi haqqında mürəkkəb fikirləri ifadə edə bilən fəlsəfi bir vasitə olduğunu iddia edir. Kundera üçün roman reallığı daha dərindən dərk etməyə imkan verən çoxsaylı həqiqətlərin birgə mövcud ola biləcəyi məkan rolunu oynayır. Bu perspektiv oxucuları mətnlə sadəcə passiv istehlakçılar kimi deyil, həm də fəlsəfi dialoqun fəal iştirakçıları kimi məşğul olmağa dəvət edir. Kundera tez-tez şəxsiyyət anlayışı ilə, xüsusən də onun ictimai gözləntilər və şəxsi seçimlərlə necə formalaşdığı ilə mübarizə aparır.
Kunderanın təkrarlanan mövzularından biri həyatın həll edilməli bir tapmaca deyil, yaşanması lazım olan bir sirr olmasıdır. Bu mənada roman bir düşüncə sistemi və ya əxlaq dərsi vermir, sorğu-sual sahəsi açır. O, cavab verməyə deyil, həyatın çoxsaylı perspektivlərini və müxtəlif imkanlarını araşdırmaq istəyir. Bu açıqlıq Kunderanın romanın fəlsəfi əhəmiyyətini dərk etməsində əsas rol oynayır.
Kunderanın fəlsəfəsinin əsas prinsipi romanın onun “qeyri-müəyyənliyin müdrikliyi” adlandırdığı şeyi təcəssüm etdirməsi fikridir. Reallığa sərt strukturlar tətbiq edən düşüncə sistemlərindən fərqli ola raq, roman həyatı ziddiyyətlər və istehza ilə dolu öz axıcılığında təqdim edir. Əsərdə Kundera bunu Avropa romanının əsl mirası kimi görür, xüsusən də Servantes dövründən. Servantesin” Don Kixot”u Kundera üçün bu mənada arxetipik romandır: o, həqiqətin qeyri-müəyyən olduğu, perspektivlərin ziddiyyətli olduğu və reallığın çətin olduğu bir dünya təqdim edir. Kundera bunu ideologiyaların, xüsusən də Kunderanın özünün yaşadığı totalitar rejimlər də daxil olmaqla 20-ci əsrin çox hissəsində hökmranlıq edən siyasi ideologiyaların tez-tez təklif etdiyi əminliklə ziddiyyət təşkil edir. Kundera görə, romanlar həyatın qeyri-müəyyənliklərini və qeyri-müəyyənliklərini araşdıraraq ideoloji təfəkkürün tətbiq etdiyi bəsit ikili ziddiyyətləri rədd etdikləri üçün bu cür sistemlərə mahiyyət etibarilə qarşıdırlar.
Kunderanın L’art du Romandakı fəlsəfi düşüncələri roman və tarix arasındakı əlaqəni də əhatə edir. O, müasir cəmiyyətlərin bəşər təcrübəsini sırf tarixi və siyasi şərtlərə endirmək meylini tənqid edir. Onun fikrincə, roman fərdin subyektiv təcrübəsinə diqqət yetirməklə bu azalmaya müqavimət formasını təklif edir. Kunderanın romanları tarixin ağına düşmüş personajlar vasitəsilə tarixin ağırlığının fərdin üzərinə necə düşdüyünü göstərir, lakin onlar tarixi determinizmin onların həyatlarının məcmusunu müəyyən etməsinə icazə vermirlər. Əsərdə Kundera vurğulayır ki, roman həyatın mürəkkəbliyini tarixin sadələşdirmələrinə qarşı müdafiə etməlidir. Şəxsi hekayələri, daxili konfliktləri və əxlaqi qeyri-müəyyənlikləri ön plana çıxarmaqla, romanlar tarixin kollektiv faktlara yönəlmiş bir intizam kimi tez-tez gözdən qaçırdığı insan təcrübəsinin daha dərin, daha incə bir anlayışını təklif edə bilər.
Kunderanın bu əsərindəki fəlsəfi düşüncələri ekzistensialist düşüncədən, xüsusən də Martin Haydegger və Jan-Pol Sartr kimi mütəfəkkirlər tərəfindən dərindən təsirlənir. Ekzistensialistlər kimi Kundera da azadlıq, məsuliyyət və həyatın absurdluğu mövzuları ilə məşğuldur. Bununla belə, ekzistensialist filosoflar fərdin öz müqəddəratını təyinetmə qabiliyyətini tez-tez vurğulasalar da, Kunderanın vizyonu daha qeyri-müəyyəndir. Onun romanlarında personajlar tez-tez özlərindən asılı olmayan – istər siyasi, istər tarixi, istərsə də emosional qüvvələrin tələyə düşdüyünü görürlər. Kundera üçün azadlıq daha çox öz müqəddəratını təyin edən qəhrəmanlıq hərəkətləri deyil, insan mövcudluğunun sərhədlərini dərk etmək və qəbul etməkdir. Bu perspektiv onun yaradıcılığını əhatə edən faciəli, bəzən komik bir həyat mənzərəsinə gətirib çıxarır. Kundera ekzistensial və siyasi fəlsəfədən əlavə, romanın estetik və formal ölçülərini də araşdırır. “L’art du Roman”da o, romanın adi süjet strukturlarından və əxlaqi mühakimələrdən azad bir forma kimi təsəvvürünü ifadə edir. Əvəzində o, romanın polifoniya tutumunu müdafiə edir – bu termin rus ədəbiyyatşünası Mixail Baxtindən götürülmüşdür və bu, mətn daxilində çoxlu səslərin və perspektivlərin mövcudluğuna istinad edir. Bu polifonik təbiət Kunderanın öz romanlarının əlamətidir və tez-tez müxtəlif baxış nöqtələri və hekayə üsulları arasında dəyişir. Çoxluğu qəbul edərək və xətti povestləri rədd edərək, roman reallığın vahid, mötəbər şərhini tətbiq etmək istəyinə qarşı çıxa bilər. Kundera üçün bu formal təcrübənin özü fəlsəfi aktdır, çünki o, insan varlığının mürəkkəbliyini və çoxluğunu əks etdirir.
“L’art du Roman” əsərində Milan Kundera romanın fəlsəfi potensialı haqqında dərin düşüncələr təqdim edir. Kundera varlığın qeyri-müəyyənliklərini, həqiqətin qeyri-müəyyənliyini və tarixin mürəkkəbliklərini araşdıraraq, romanın insan həyatının zənginliyini ələ keçirmək üçün unikal şəkildə uyğunlaşdığını iddia edir. İdeologiyanın müəyyənliklərinə və tarixin reduksionizminə qarşı müqavimət forması kimi roman haqqında düşüncələri tez-tez asan cavablar və tez həll yolları axtaran dünyada dərin rezonans doğurur. Kunderanın romanın açıq, sual doğuran təbiətini müdafiə etməsi son nəticədə insan azadlığının müdafiəsidir – təkcə siyasi mənada deyil, həm də həyatın mürəkkəblikləri və ziddiyyətləri ilə mübarizənin ekzistensial mənasında azadlıq. Əsərdəki fəlsəfi araşdırması ilə Kundera romanın insan ifadəsinin ən dərin və davamlı formalarından biri kimi yerini bir daha təsdiqləyir. “L’art du Roman” əsərində o, şəxsiyyətin müasir həyatın mürəkkəbliklərini əks etdirən axıcı və çox vaxt parçalanmış olduğunu bildirir. Bu, personajların tez-tez daxili mənlikləri ilə xarici qavrayışlar arasındakı gərginliyi idarə etdiyi daha geniş iş sahəsinə uyğun gəlir. Bu obyektiv vasitəsilə Kundera oxucuları şəxsiyyətlərinin nə qədərinin xarici povestlər tərəfindən qurulduğunu və nə qədərinin həqiqi olaraq özlərinə məxsus olduğunu düşünməyə çağırır. Kundera iddia edir ki, roman insan təcrübələrini və duyğularını dərindən araşdırmağa imkan verən unikal bədii ifadə formasıdır, roman insan varlığının mürəkkəbliyini və ziddiyyətlərini başqa sənət növlərinin bacara bilmədiyi şəkildə ələ keçirmək gücünə malikdir.
Kunderanın bu əsərdə irəli sürdüyü əsas fəlsəfi arqumentlərdən biri də romanın ekzistensial meditasiya forması olması fikridir. O, iddia edir ki, bədii ədəbiyyat yazmaq və oxumaq bizə varlığın əsas sualları ilə qarşılaşmağa və insan vəziyyətinin mürəkkəbliyi ilə mübarizə aparmağa imkan verir. Roman vasitəsilə biz öz şəxsiyyətlərimizi, istəklərimizi və qorxularımızı həm maarifləndirici, həm də dəyişdirici şəkildə araşdıra bilirik. Kunderanın fəlsəfi araşdırmasındakı digər mühüm mövzu yaddaş və zaman arasındakı əlaqədir. O, yaddaşın keçmişin etibarlı anbarı deyil, bizim kim olduğumuza dair anlayışımızı formalaşdıran seçici və çox vaxt aldadıcı bir qüvvə olduğunu təklif edir. “L’art du Roman” əsərində Kundera keçmişin sabit bir varlıq deyil, indiki perspektivlərimizin və təcrübələrimizin təsiri altında dəyişən bir konsepsiya olduğu fikrini əks etdirir. Bu anlayış oxucunun romanın özünün povest quruluşunu başa düşməsi ilə səsləşir, burada zaman qeyri-xətti ola bilər, xarakter və mövzunu daha dərindən araşdırmağa imkan verir. Kunderanın fəlsəfi düşüncələri çox vaxt varlığın absurdluğuna toxunur, bu mövzu ekzistensialist düşüncəni xatırladır. O, həyatın ziddiyyətlər və qeyri-müəyyənliklərlə dolu olduğu fikrini araşdırır, fərdləri mahiyyətcə xaotik dünyada məna axtarmağa sövq edir. Əsərdə o, ədəbiyyatın bu absurdluqla üzləşmək üçün bir vasitə olduğunu təklif edir, oxuculara öz həyatları və seçimləri haqqında düşünmək üçün bir yer təklif edir. Roman bəşəriyyəti narahat edən ekzistensial suallarla mübarizə aparmaq üçün bir vasitəyə çevrilir və onu bədii ifadənin həyati formasına çevirir.
Kundera öz esselərində zaman və yaddaş anlayışını da araşdıraraq, romanın xətti zamanı aşmaq və əbədi indiki hissi yaratmaq qabiliyyətinə malik olduğunu iddia edir. Zamanın müxtəlif anlarını birləşdirərək və keçmiş, indi və gələcək arasındakı sərhədləri bulandıraraq, yazıçı unikal və təsirli oxu təcrübəsi yarada bilir. Kunderanın “L’art du Roman” əsərində araşdırdığı digər əsas mövzu romanın totalitarizmə və senzuraya qarşı müqavimət forması kimi ideyasıdır. O, romanın insan təcrübələrinin və duyğularının mürəkkəbliyini təsvir etmək bacarığı ilə dominant ideologiyalara meydan oxumaq və zalım siyasi sistemləri alt-üst etmək gücünə malik olduğunu iddia edir.Kundera həm də romanın formalaşmasında müəllifin rolunu və seçimlərinin fəlsəfi nəticələrini düşünür. O, müəllifin təkcə yaradıcı deyil, həm də insan vəziyyətinin fəlsəfi tədqiqinin iştirakçısı olduğunu iddia edir. Bu fikir ənənəvi müəlliflik anlayışlarına meydan oxuyur və oxucuları müəllifin niyyətlərinin və perspektivlərinin mətnin təfsirinə necə təsir etdiyini düşünməyə dəvət edir.
Yekun olaraq qeyd edək ki, Milan Kunderanın “L’art du Roman” əsəri ədəbiyyat fəlsəfəsinin düşündürücü və dərin tədqiqidir. Kundera öz esseləri vasitəsilə oxucuları romanın bədii ifadə forması kimi qüdrəti, eləcə də insan varlığının dərinliklərinə varmaq bacarığı haqqında düşünməyə dəvət edir. Fəlsəfə və ədəbiyyatın kəsişməsi ilə maraqlanan hər kəs üçün bu kolleksiya mütləq oxunmalıdır. Əsərdə Milan Kundera romanı sadəcə hekayətdən kənara çıxaran zəngin fəlsəfi diskurs təqdim edir. Onun şəxsiyyət, yaddaş, varlığın absurdluğu və müəllifin rolu ilə bağlı düşüncələri oxucuları mətnlə və əlavə olaraq öz həyatları ilə dərindən məşğul olmağa dəvət edir. Kunderanın işi ədəbiyyatın sadəcə həyatın əksi deyil, insan təcrübəsinin mürəkkəbliklərini dərk etmək üçün güclü bir vasitə olduğunu xatırladır. Kundera öz fəlsəfi obyektivindən istifadə edərək romanı varlığın incəliklərini ələ keçirməyə qadir olan, oxucuları öz introspeksiya və kəşf səyahətinə çıxmağa həvəsləndirən unikal sənət növü kimi yenidən müəyyənləşdirir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru