Etiket arxivi: Aynurə Əliyeva

Sözün, həqiqətin və elmin ziyası: Ayətxan Ziyad – 75

Sözün, həqiqətin və elmin ziyası: Ayətxan Ziyad – 75

Jurnalist ömrü, mənə görə, hadisələrin və insanların içində özünü unudaraq başqalarının həqiqətini axtarmaq sənətidir. Bu peşəni seçənlər üçün zaman anlayışı adətən adi insanlardan fərqli olur; onlar üçün vaxt saatlarla deyil, “xəbər çıxarıldı” anları ilə ölçülür. Jurnalist həyatının böyük bir hissəsi həqiqətin izi ilə keçir. Bu ömür insana sakit və rahat həyat vəd etmir. Lakin bu həyat yolu bir insanın dünyanı anlamaq, dəyişdirmək və cəmiyyətə xidmət etmək üçün seçə biləcəyi ən şərəfli və həyəcanlı yollardan biridir.
​Jurnalistlər hər zaman yoldadırlar. Onlar təkcə coğrafi məsafələri deyil, insan talelərini, cəmiyyətin ağrılarını və sevincini qət edirlər. Jurnalistika yolunda özünəməxsus izi olan Ayətxan Ziyadın keçdiyi həyat və yaradıcılıq yolu bu mənada xüsusilə fərqlənir.
​Müasir Azərbaycan publisistikasının, hərbi jurnalistikasının və akademik-elmi tədqiqatçılıq məktəbinin tanınmış nümayəndəsi, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın (İsgəndərov) 75 illik yubileyi məhz belə şərəfli, mənalı və mübariz bir ziyalı ömrünün təntənəsidir.
​1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində dünyaya göz açan Ayətxan İsgəndərovun (Ziyadın) ömür yolu ilk gənclik illərindən mətbuata, söz sənətinə möhkəm tellərlə bağlanıb. 1959–1969-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində başlayan təhsil yolu, 1969-cu ilin avqustunda — orta məktəbi bitirdiyi həmin günlərdə Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki cəsarətli məqalə ilə fərqli bir məcraya yönəldi. O yazılar ona elə həmin il ilk dəfə müstəqil fakültə kimi fəaliyyətə başlayan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə sənəd vermək hüququ qazandırdı və o, bu mötəbər ocağın ilk tələbələrindən biri oldu.
​Jurnalistika təhsili aldığı illərdə (1969–1975) Ayətxan Ziyad Azərbaycan milli mətbuatının və filoloji fikrinin nəhəng simalarından dərs almaq şansına nail oldu. Fakültənin yaradıcısı Nurəddin Babayev, akademik Məmməd Cəfər, professor Mir Cəlal Paşayev, Təhsin Mütəllimov, Zinyət Əlizadə, Əli Fəhmi, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbili kimi korifeylərin mühiti onun gələcək fəaliyyətinin möhkəm elmi-mənəvi təməlini qoydu. Ayətxan Ziyad tələbəlik illərindən başlayaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəal ştatdankənar müxbiri kimi efir məkanında öz imzasını təsdiqlədi.
​Ayətxan Ziyadın həyat salnaməsinin ən unikal və qürurverici səhifələrindən biri onun Qarabağ müharibəsi dövründəki fədakarlığıdır, desək, yanılmarıq. 1976–1994-cü illərdə Dövlət Teleradiosunda çalışan Ayətxan Ziyad Qarabağ müharibəsinin ilk günlərindən atəşkəsə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrinə ezam olunub. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Tərtər və Naxçıvanın döyüş xəttində əsgərlərlə çiyin-çiyinə addımlayıb, dinləyicilərə barıt qoxulu canlı reportajlar təqdim edib. O, yalnız cəbhədən xəbər daşıyan bir jurnalist deyil, səsində Vətən ağrısı və qələbə inamı gəzdirən canlı bir müharibə salnaməçisi idi.
​Onun hazırladığı bu qiymətli audiolentlər bu gün Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində tariximizin canlı şahidi kimi mühafizə olunur. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvandan hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülüb. Qanlı 20 Yanvar faciəsinə həsr etdiyi, lakin dövrün senzurası tərəfindən səslənməsinə qadağa qoyulan “Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!” radio verilişinin mətni sonradan “Şahidlər” kitabına daxil edilərək tarixləşib. Ayətxan Ziyadın cəbhə gündəliklərinin bir qismi “Karvanqıran ulduzların gecələdiyi ünvan” adı ilə “Gənc müəllim” qəzetində işıq üzü görüb və böyük rəğbətlə qarşılanıb.
​Ayətxan müəllimin fəaliyyəti təkcə radio efiri və hərbi reportajlarla sərhədlənmir. Onun qələmə aldığı əsərlər “Çinar pöhrələri”, “Yeraltı səltənət”, “Ölməzlik”, “Şahidlər” almanaxlarında, “Azərbaycan”, “Əbədi Şirvan”, “Kommunist Azərbaydjana”, “Dirçəliş – XXI əsr”, “Maarif işçisi”, “Təhsil”, “Azərbaycan məktəbi” jurnallarında, “Azərbaycan gəncləri”, “Bakı”, “Ədalət”, “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “Panorama”, “Həftə içi”, “Paritet” kimi onlarca mətbuat orqanında dərc olunub.
​Müəllifin 2007–2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gənc müəllim” qəzetinin baş redaktoru kimi fəaliyyəti, onun həm də gənc nəslin bədii-estetik zövqünün formalaşmasındakı rolunu göstərir. Redaktorluq sənəti başqasının sözünə hörmətdən başlayır və Ayətxan müəllim bu illər ərzində yüzlərlə gənc qələm sahibinə yol göstərdi, onların ilk mətbu addımlarına xeyir-dua verdi. Bu zamanın söz incilərinin müəyyən qismi müəllifin “ADPU-da qalan izim” məqalələr toplusunda cəmlənib.
​Ayətxan Ziyad həm də ADPU-nun “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasında və Elmi-Tədqiqat Mərkəzində çalışaraq ardıcıl akademik tədqiqatlarla məşğul olub. Onunla eyni elmi mühitdə — “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasında və Elmi-Tədqiqat Mərkəzində çiyin-çiyinə işləmək biz iş yoldaşları üçün hər zaman böyük bir məktəb olub. İş yerinə doğma bir ailə kimi baxan, kollektivdə hər zaman mehribanlığı, qayğıkeşliyi və səmimiyyəti ilə seçilən Ayətxan müəllim kollektivin böyük hörmetini qazanıb. O, yalnız təcrübəli bir mütəxəssis deyil, gənclərin elmi və həyati yolunda onlara düzgün yol göstərən, mənəvi dayağa çevrilən əsl ziyalı örnəyidir. O, hər birimizi durmadan yaradıcılığa həvəsləndirib, elmi və publisistik məqalələrimizə öz obyektiv, tənqidi rəyini bildirərək elmi yolda püxtələşməyimiz üçün əlindən gələni əsirgəməyib. Ayətxan Ziyadın irəli sürdüyü yeni ideyalar və rəhbərliyi ilə həyata keçirilən layihələr hər zaman kollektivimizə böyük uğurlar qazandırıb.
​Qorqudşünaslıqdan lokal diyarşünaslığa, pedaqoji tarixdən dövlətçilik məsələlərinədək geniş spektri əhatə edən kitabları onun analitik təfəkkürünün və zəngin elmi potensialının bariz nümunəsidir. Bu kitablar onun yuxusuz gecələrinin bəhrəsidir:
​”Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” (Bakı, 2001, 400 səh.);
​”Qazyanlı Mirhəbi ağa” (ADPU, 2010; təkrar nəşr ULU, 2010);
​”Hər hökmü zaman verir” (Bakı, 2010, 100 səh. – kiçik povestlər);
​”Məndən sonra…” (ULU, 2010, 616 səh.);
​”Şamaxının Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” (Bakı, 2014, 536 səh.);
​”ADPU-da qalan izim” (Bakı, 2014, 400 səh.);
​”Dədə Qorqud” ünvanında sözüm” (ADPU, 2018 – elmi məqalə və resenziyalar);
​”Heydər Əliyev: xalqının, dövlətinin qürur ünvanı” (Bakı, 2019);
​”Heydər Əliyev və ədəbiyyat məsələləri” (Bakı, 2019 / Türkiyə, LAP LAMBERT Academic Publishing, 2019 – dərs vəsaiti);
​”Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” (Türkiyə, Ankara, İKSAD, 2019, 460 səh. – hekayə, povest, kino-ssenari, poeziya).
​SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010) və Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü olan yubilyarın zəhməti müxtəlif illərdə yüksək qiymətləndirilib, o;
​1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı;
​1994-cü ildə “Ədalət” qəzetinin hərbi mövzuda yazılarına görə xüsusi mükafatı;
​2012-ci ildə “Əsrin ziyalıları” Xeyriyyə İctimai Birliyinin “İlin alimi — İlin ziyalısı” diplomu;
​2019-cu ildə “Qafqaz-Media” İB-nin “İlhamlı Azərbaycan” diplomuna layiq görülüb.
​Ayətxan Ziyadın ömür yolu göstərir ki, əsl ziyalı üçün yaş yalnız təqvim rəqəmi, yaradıcılıq isə ruhun əbədi gəncliyidir. 75 illik uca zirvədən geriyə baxarkən görürük ki, Ayətxan Ziyad qələmini heç vaxt həqiqətdən ayırmayıb, milli söz sənətinə, elminə və Vətəninə sədaqətlə xidmət edib. O, fəaliyyəti boyunca dərin tədqiqatları, qələminin gücü və obyektiv jurnalist baxışları ilə hər zaman iş yoldaşlarına nümunə olub. Sözün çəkisini qoruyan mətbuat xadimi, elmə və mətbuat tariximizə töhfələr verən dəyərli bir tədqiqatçı kimi qazandığı hörmət və nüfuz ona daim böyük hörmət qazandırıb və qazandırmaqdadır.
Dəyərli ziyalımızı, fədakar jurnalist, tədqiqatçı və hörmətli ağsaqqalımızı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, elmi-publisistik yaradıcılığında yeni-yeni nailiyyətlər və uğurları üçün möhkəm cansağlığı, uzun ömür və tükənməz ilham arzulayırıq.
​75 illik yubileyiniz mübarək olsun, Ayətxan müəllim!

Hörmətlə: Aynurə Əliyeva,

ADPU-nun ETM-in elmi işçisi, Filologiya fakültəsinin müəllimi

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalq yazıçısı İsmayıl Şıxlı

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasından 107 il ötür

Martın 22-si Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 107 ili tamam olur. Görkəmli yazıçını böyük ehtiram və hörmətlə yad edirik!

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində anadan olub.
Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. “Azərbaycan” jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

İsmayıl Şıxlı “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb.

Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

“Qızıl Ulduz”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, II dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının “Şöhrət” ordeninin sahibi olan Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Bu gün -martın 22-də, anadan olmasının107-ci ilində İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edirik:

Səndə neçə möcüzə var deyirlər,
Ən alisi Ədalətdi, a dünya.
Günəş batsa, “Kərəmi”nin alovu
Yerə-göyə kifayətdi, a dünya.

Şah pərdədə dilə gəlir o sirlər,
Sərraf görüb yel kimicə əsirlər.
Ədalətin sazındakı sehirlər,
Sevən qəlbə səadətdi, a dünya.

Xəyal yenə nə tez uçdu uzağa,
Vurğun məni vurğun edib Qazağa.
Şıxlı çıxan o müqəddəs ocağa
Nə vaxt getsəm, ziyarətdi, a dünya.

Haray baxır bu varlığa, vəhdətə,
Alqış deyir o ilahi qüdrətə.
Möcüzəli sənətkara, sənətə
Səcdə etmək sədaqətdi, a dünya.

Aynurə Əliyeva,

ADPU-nun ETM-in elmi işçisi, Filologiya fakültəsinin müəllimi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Azərbaycanın ilk generalı və görkəmli maarifçi-yazıçısı İsmayıl bəy Qutqaşınlının xatirə günüdür

Bu gün Azərbaycanın ilk generalı və görkəmli maarifçi-yazıçısı İsmayıl bəy Qutqaşınlının xatirə günüdür

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.

İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri — Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında “Paqonlu maarifçilər” adı ilə məşhurdurlar.

Ömrü boyu doğma xalqının səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışan İsmayıl bəy eyni zamanda yorulmaz səyyah idi. O, müsəlman Şərqini gəzmiş, gördüklərinə əsl alim kimi yanaşmış, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumat qoyub getmişdir.

S.Mümtaz yazır: “İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur şairlərimizdən Qasım bəy Zakirdir. Zakir öz yaradıcılığında dəfələrlə İ.Qutqaşınlıya müraciət etmişdir:

Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi – Şirvandan mədəd…

Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzənində ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan məbəd…”.

İ.Qutqaşınlı genişürəkliliyi, insansevərliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl tutması ilə ad çıxarıb. Qasım bəy Zakirin həyatının ən acı dəqiqələrində məhz İsmayıl bəyin arxa durduğu bəllidir. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi az olmamışdır.

Bədii nəsrimizin Səadəti

“Rəşid bəy və Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə qədər sevilə-sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı S.Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf edib. Nəhayət, uzun illərin zəhmətindən sonra onun Bakıya gətirilməsinə nail olur. Bu əlyazmalar Mümtazın zəngin kitabxanasını bəzəyir. 30-cu illər repressiyasında ondan topladığı həmin sənədlər tələb ediləndə heç birini vermir, ölümü məğrurcasına qarşılayır, topladığı irs bu gün Azərbaycan ədəbiyyatının ən zəngin və etibarlı qaynaqlarındandır.

“Rəşid bəy və Səadət xanım” əsəri Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. Hekayənin lirik qəhrəmanları Rəşid bəy və Səadət xanım XIX əsrin birinci yarısında Azərbaycanın kübar ziyalı gənclərinin bir sıra səciyyəvi cəhətlərini – həyata yeni münasibətini, istək və arzularını təcəssüm etdirir. Rəşid bəy obrazı eyni zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir…

İsmayıl bəyin bəlli olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. Bu əsərdən ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqa sahələrə maraq göstərənlər yararlana bilərlər. Burada müəllifin Azərbaycan, eləcə də Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında da orijinal məlumatları kifayət qədərdir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən aşkar edilən və şərti olaraq “Səfərnamə” adı altında nəşr olunan əsər ədibin həyatını, maraq dairəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün diqqətəlayiq mənbələrdəndir.

İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsrinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Ədib 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışsa da, öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini qoruyub saxlamışdır.

Aynurə Əliyeva,

ADPU-nun ETM-in elmi işçisi, Filologiya fakültəsinin müəllimi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür

Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür

Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930–1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936), Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın bu gün anım günüdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Böyük hörmət və ehtiramla yad edirik!

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün, 8 oktyabr 2025-cü il tarixində görkəmli ədib, nasir, yazıçı Əlibala Hacızadənin (1935–2009) vəfatından 16 il keçir.

Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Doğma rayonundakı Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra o, ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almış (1953-1958), Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edən istetadlı yazıçı 1976-cı ildə yenidən Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1994-cü ildən “Nizami” jurnalı onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdı. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1962), filologiya elmləri namizədi (1964) idi.

Ə.Hacızadə ədəbi aləmə 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunan “Mənim müəllimim” hekayəsi ilə qədəm qoymuşdu. “Heykəl gülür” adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının sonralar “Unutmaq olmur” (1963), “Məhəbbət olmayan evdə” (1965), “Fərruxi Yəzdin poeziyası” (1965), “Cehiz” (1969), “Pəhləvan” (1974), “Təyyarə kölgəsi” (1992), “İtkin gəlin” (1979), “Əfsanəsiz illər” (1981), “Ayrılığın sonu yoxmuş” (1983), “Dünyanı tanı” (1990), “Vəfalım mənim” (1992), “Sevəcəyəm” (2001), “Əsərləri” (10 cilddə) kitabları nəşr olunmuşdur.

Yazıçının “İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Qələm dostları, çoxsaylı oxucular onu sadə, həssas və səmimi bir insan kimi tanıyır, əsərlərini sevə-sevə mütaliə edirdilər.

Təvazökar insan, tanınmış yazıçı Əlibala Hacızadənin işıqlı xatirəsi oxucularının qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür

Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli şərqşünas alim və tərcüməçi, ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günüdür.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandıran ilk azərbaycanlı qadın alimdir.

Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır, əsərləri müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır. Onun təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları dövrümüzdə də aktuallığını qoruyub saxlayır.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat edib.

Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı.
Bu gün onun həyatını övladları və nəvələri davam etdirir. Xatirəsi isə şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən insanların qəlbində yaşayır.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olduğu gündür -155-ci ildönümüdür

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olduğu gündür -155-ci ildönümüdür

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərində anadan olub. 1890-cı ildə Şuşa rеalnı məktəbinin altıncı sinfini bitirib, Tiflis rеalnı məktəbinin sonuncu sinfində təhsini davam etdirib. 1891-ci ildə Tiflisdə təhsini başa vurduqdan sonra Peterburq Yоl Mühəndisləri İnstitutuna daxil olub.

Gənc yazıçı özünün ilk pyesləri “Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Peterburqda yazıb. 1899-cu ildə о, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələrini toplamaqla məşğul olur. Ədib “Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin il tamaşaya qoyulur. 1901-ci ildə Ə.Haqvеrdiyеv Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyesini tamamlayır.

Ə.Haqvеrdiyеv 1906-cı ildə Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında araşdırma aparır. 1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səfər edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulub və uzun illər böyük müvəffəqiyyətlə səhnələrdə oynanılıb.

1906-cı ildə “Molla Nəsrəddin” jurnalı nəşrə başlayıb. Ədib dərgidə “Cеyranəli”, “Xоrtdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mоzalan”, “Süpürgəsaqqal” və başqa imzalarla hekayə, fеlyеtоn və publisist məqalələr çap etdirir. Ə.Haqvеrdiyеvin jurnalda dərc olunan “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım” əsərləri böyük maraqla qarşılanıb.

Müəllifin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. həmçinin “Marallarım” silsiləsindən hekayələri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının hеkayələrinin bir qismi “Marallarım” (1927) və “Hеkayələr” (1940) kitabında toplanıb.

1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq Ə.Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Böyük ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyaban dəfn olunub.

Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ədibin anadan olmasının 150 illiyi ölkəmizdə qeyd edilib. Ə.Haqverdiyevin 150 illiyi eyni zamanda UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.


Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın doğum günüdür

Bu gün görkəmli dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın doğum günüdür

26 mart tanınmış dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olduğu gündür.
Dəyərli yazıçımızı böyük hörmətlə yad edirik!

Mahmudov Sabit Kərim oğlu – Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — “Pozğun” 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Bəstəkar Emin Sabitoğlunun atasıdır.
Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Yazıçının əsərləri aşağıdakılardır:
Hekayələri:
“Şirin bülbül”, “Qudurğan”, “Mir Qasımın macəraları”, “Kölgələr”, “Mirzəkələntər”, “Xəyal plov”, “Nikolay taxtdan düşdü”, “Qohumlar”.
Povestləri:
“Vəfasız”, “Son faciə”.
Pyesləri:
“Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Yalan” və s.
Romanı:
“Nina”.
Ruhu şad olsun!

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün el sənətkarı Aşıq Ələsgərin anadan olduğu gündür

Bu gün el sənətkarı Aşıq Ələsgərin anadan olduğu gündür

Martın 22-si ustad sənətkar, şeirləri dillər əzbəri olan Aşıq Ələsgərin anadan olduğu gündür.

“Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdir…”

  • belə söyləyirdi ustad aşıq Ələsgər…
    Dədə Ələsgər, həqiqətən də, Azərbaycan aşıq ədəbiyyatının fəth olunmaz zirvəsidir. O, ömrünü əsl ustad, el sənətkarıtək yaşayaraq Azərbaycan aşıq yaradıcılığında zəngin ədəbi xəzinə qoyub getdi.
    Bu gün Dədə Ələsgərin vəfatından 204 il keçir.
    Məkanın cənnət olsun, ustad Aşıq!

Aşıq Ələsgər 1821-ci il martın 22-də Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Aşıq Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad möhürünü vuran sənətkar idi. Onun yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur. 1972-ci ildə Ustadın anadan olmasınınm 150 illiyi keçirilmiş, 1997-ci ildə Ulu öndərin sərəncamına əsasən, 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdir.

Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, Onun sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etmişdir.
2021-ci ildəl sənətkarının 200 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Qeyd edək ki, ustad el sənətkarı Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.

Dərin hörmətlə yad edirik.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasından 106 il ötür

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasından 106 il ötür

Martın 22-si Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 106 ili tamam olur. Görkəmli yazıçını böyük ehtiram və hörmətlə yad edirik!

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində anadan olub.
Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. “Azərbaycan” jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

İsmayıl Şıxlı “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb.

Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

“Qızıl Ulduz”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, II dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının “Şöhrət” ordeninin sahibi olan Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Bu gün -martın 22-də, anadan olmasının106-cı ilində İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edirik:

Səndə neçə möcüzə var deyirlər,
Ən alisi Ədalətdi, a dünya.
Günəş batsa, “Kərəmi”nin alovu
Yerə-göyə kifayətdi, a dünya.

Şah pərdədə dilə gəlir o sirlər,
Sərraf görüb yel kimicə əsirlər.
Ədalətin sazındakı sehirlər,
Sevən qəlbə səadətdi, a dünya.

Xəyal yenə nə tez uçdu uzağa,
Vurğun məni vurğun edib Qazağa.
Şıxlı çıxan o müqəddəs ocağa
Nə vaxt getsəm, ziyarətdi, a dünya.

Haray baxır bu varlığa, vəhdətə,
Alqış deyir o ilahi qüdrətə.
Möcüzəli sənətkara, sənətə
Səcdə etmək sədaqətdi, a dünya.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru