Etiket arxivi: Haqqında

Təranə Dəmir yazır

BİZDƏN YAZIRLAR

Səbr və dözüm olan yerdə uğur var

Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün, 8 oktyabr 2025-cü il tarixində görkəmli ədib, nasir, yazıçı Əlibala Hacızadənin (1935–2009) vəfatından 16 il keçir.

Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Doğma rayonundakı Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra o, ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almış (1953-1958), Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edən istetadlı yazıçı 1976-cı ildə yenidən Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1994-cü ildən “Nizami” jurnalı onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdı. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1962), filologiya elmləri namizədi (1964) idi.

Ə.Hacızadə ədəbi aləmə 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunan “Mənim müəllimim” hekayəsi ilə qədəm qoymuşdu. “Heykəl gülür” adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının sonralar “Unutmaq olmur” (1963), “Məhəbbət olmayan evdə” (1965), “Fərruxi Yəzdin poeziyası” (1965), “Cehiz” (1969), “Pəhləvan” (1974), “Təyyarə kölgəsi” (1992), “İtkin gəlin” (1979), “Əfsanəsiz illər” (1981), “Ayrılığın sonu yoxmuş” (1983), “Dünyanı tanı” (1990), “Vəfalım mənim” (1992), “Sevəcəyəm” (2001), “Əsərləri” (10 cilddə) kitabları nəşr olunmuşdur.

Yazıçının “İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Qələm dostları, çoxsaylı oxucular onu sadə, həssas və səmimi bir insan kimi tanıyır, əsərlərini sevə-sevə mütaliə edirdilər.

Təvazökar insan, tanınmış yazıçı Əlibala Hacızadənin işıqlı xatirəsi oxucularının qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru