Etiket arxivi: Əlibala Hacızadə

Elman Eldaroğlu yazır

Ədəbiyyatımızın ögey balası…

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”

Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…

“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.

O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…

Deyirdi ki:- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”

Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür sürüb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Axı, deyirlər ki, bu dünyada Allaha inamıyla, imanıyla yaşayanları, o dünyada mükafat gözləyir…

Yaşasaydı, avqustun 28-i 91 yaşı tamam olacaqdı. On altı il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. Bu dünyada ədəbiyyatımızın ögey balası olsa da, o dünyada sorğu-sualı asan, mənzili cənnətdə olsun!

Ehtiramla,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün görkəmli ədib Əlibala Hacızadənin vəfatından 16 il keçir

Bu gün, 8 oktyabr 2025-cü il tarixində görkəmli ədib, nasir, yazıçı Əlibala Hacızadənin (1935–2009) vəfatından 16 il keçir.

Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Doğma rayonundakı Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra o, ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almış (1953-1958), Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edən istetadlı yazıçı 1976-cı ildə yenidən Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1994-cü ildən “Nizami” jurnalı onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdı. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1962), filologiya elmləri namizədi (1964) idi.

Ə.Hacızadə ədəbi aləmə 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunan “Mənim müəllimim” hekayəsi ilə qədəm qoymuşdu. “Heykəl gülür” adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının sonralar “Unutmaq olmur” (1963), “Məhəbbət olmayan evdə” (1965), “Fərruxi Yəzdin poeziyası” (1965), “Cehiz” (1969), “Pəhləvan” (1974), “Təyyarə kölgəsi” (1992), “İtkin gəlin” (1979), “Əfsanəsiz illər” (1981), “Ayrılığın sonu yoxmuş” (1983), “Dünyanı tanı” (1990), “Vəfalım mənim” (1992), “Sevəcəyəm” (2001), “Əsərləri” (10 cilddə) kitabları nəşr olunmuşdur.

Yazıçının “İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Qələm dostları, çoxsaylı oxucular onu sadə, həssas və səmimi bir insan kimi tanıyır, əsərlərini sevə-sevə mütaliə edirdilər.

Təvazökar insan, tanınmış yazıçı Əlibala Hacızadənin işıqlı xatirəsi oxucularının qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarixi foto – qələmdarlar

Etibar Əbilov: – “Atam dindar olub…Vaqif Səmədoğlu müqəddəs məkandan aldığı təsbehi Atama bağışlayır.Atam təsbehi öpüb gözünün üstünə qoyur.Əlibala Hacızadə ilə Söhrab Tahir də həmin gün bizdə idilər…”

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fərman Kərimzadə, İsi Məlikzadə və Əlibala Hacızadə – Foto

Azərbaycan ədəbiyyatının üç sevilən yazıçısı bir fotoda: Fərman Kərimzadə, İsi Məlikzadə və Əlibala Hacızadə. Onlar gənclik illərindən ömürlərinin axırına qədər bir-birinə çox yaxın, səmimi və mehriban olublar. Hətta tələbə vaxtlarında bir evdə yaşayıblar…
Fərman Kərimzadə “Qarlı aşırım”
İsi Məlikzadə “Yaşıl gecə”
Əlibala Hacızadə “İtkin gəlin”

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru