“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü görüb. Bu barədə SƏADƏT KƏRİMİ məlumat verib:
“Hörmətli ədəbiyyatsevər yurddaşlar! Qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR. Xeyirli və uğurlu olsun! Başda Vaqif müəllim olmaqla bütün müəllifləri və Bəxtiyarsevərləri təbrik edirəm.
Kitabda bir bölüm də mənə aiddir. Burada mənim “BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞINDA LƏYAQƏT” adlı əsərim yer almışdır, səh. 80- 109. Ləyaqət anlayışı birmənalı deyil. Tədqiqatların (Nordenfelt 2004, 2009, Schroeder 2008, Sulmasy 2013 və b.) nəzəri hissəsində ləyaqətin dörd fərqli anlayışı ortaya çıxır: 1) sosial rütbə və mövqedən asılı ləyaqət (müasir dövrdə isə profesionallıq və kvalifikasiyalarla bağlı), 2) mənəvi mövqe ləyaqəti, 3) şəxsiyyət ləyaqəti 4) insan ləyaqəti. Bu dörd anlayışın hər biri Bəxtiyar Vahabzadə əsərlərində bir-birini tamamlayan, daim inteqrə olunmuş anlayışlar olaraq mövcuddur.”
Kitab haqqında Prof. Dr. VAQİF SULTANLInın (Bakı, Azərbaycan.) fikirləri:
“Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılsa da, onun bənzərsiz bədii irsi hələ də gerçək dəyərini almamışdır. Bu isə şairin yaradıcılığına dəyişən zamanın ədəbi-estetik dəyərləri bağlamında yanaşılması zərurətini şərtləndirir. Müəllifin poetik irsinin sadəcə milli ədəbi sferada deyil, bağlı olduğu böyük Türk mədəniyyəti kontekstində dəyər ləndirilməsi problemi isə fərqli yanaşma tərzi tələb edir. Bəxtiyar Vahabzadənin poeziyası uzun illər güncəlliyini qoruyub saxlayacaq, yeni-yeni nəsillərin mütaliə edəcəyi sənət örnəkləri kimi yaşayacaqdır. Oxucuların mühakiməsi nə verilən, elmi məqalələr toplusundan ibarət olan bu kitab mütəfəkkir şairin bədii portretinin kölgədə qalan bəzi qaranlıq məqamlarının canlandırılması niyyəti ilə yayınlanır.”
Siz də oxuyub fikirlərinizi bildirə bilərsiniz. Qeydlərinizi elə bu məlumatın şərh bölümündə yaza bilərsiniz. Biz dərc edəcəyik.
MƏN MƏNƏM – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm…
MƏN MƏNƏM
Dünyanın qarışıq mənzərəsində Ürək: «Dözmə» – deyir, Səbr: «Döz» – deyir. Əslində, hər biri öz cəbhəsində Tamam doğru deyir, tamam düz deyir.
Nə ilə bitəcək bu cəngin sonu? Ürəyim qələbə çalsa, mən mənəm. Mənim cəsarətim yenib qorxunu, Səbrimin daşını dəlsə, mən mənəm.
Bəxtiyar Vahabzadə
Şeirin təhlili: Bəxtiyar Vahabzadənin “Mən mənəm” şeiri insan psixologiyasının dərin qatlarına enən, daxili mübarizəni və şəxsiyyətin formalaşmasını ecazkar bir dillə təsvir edən bir əsərdir. Şeir “ürək” və “səbr” kimi iki əks qütbü qarşı-qarşıya qoyaraq, insanın daimi dilemmasını əks etdirir.
Şeirin məzmunu və strukturası Şeir iki əsas hissədən ibarətdir:
Daxili mübarizənin təsviri: İlk bənddə şair, dünyanın “qarışıq mənzərəsində” insanın üzləşdiyi daxili çəkişməni təsvir edir. Ürək “dözmə” deyərək ani reaksiyanı, emosional partlayışı, ehtirasları və bəlkə də üsyankarlığı təmsil edir. Buna qarşılıq, səbr “döz” deyərək təmkinliliyi, ağıllı davranışı, uzunmüddətli düşüncəni və çətinliklərə sinə gərməyi simvolizə edir. Şair hər ikisinin öz cəbhəsində “tamam doğru” və “tamam düz” olduğunu vurğulayaraq, bu mübarizənin obyektivliyini və hər iki yanaşmanın özünəməxsus əsaslılığını qəbul edir. Bu, insanın həyatda üzləşdiyi müxtəlif vəziyyətlərdə həm impulsivlik, həm də təmkinlilik arasında seçim etməli olduğunu göstərir.
Şəxsiyyətin qabiliyyəti: İkinci bənddə şair bu “cəngin sonu”nun nə ilə bitəcəyi sualını ortaya qoyur və cavabını verir. Əsərin əsas mesajı bu hissədə özünü büruzə verir: “Ürəyim qələbə çalsa, mən mənəm”. Bu ifadə ilk baxışdan təəccüblü görünə bilər, çünki səbrin müsbət bir keyfiyyət olduğu ümumi qəbul olunur. Lakin şair burada ürəyin mənasını daha geniş bir kontekstdə verir. Buradakı “ürək” sadəcə ani impuls deyil, həm də şəxsiyyətin özü, daxili azadlığı, cəsarəti və qorxuları aşma qüdrətidir. Şairin fikrincə, əsl “mən” qorxuları yenən, səbrin qoyduğu sərhədləri (simvolik olaraq “səbrimin daşını”) aşa bilən bir “mən”dir. Bu, həm də insanın öz istək və ehtiraslarına sahib çıxması, həyatı tam yaşamaq arzusu ilə əlaqələndirilə bilər.
Bədii xüsusiyyətləri Şeirin bədii xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Antitezis (qarşılaşdırma); Şeirdə “ürək” və “səbr” arasındakı qarşılaşdırma əsərin əsas bədii xüsusiyyətlərindən biridir. Bu, insanın daxili aləmindəki ziddiyyətləri aydın şəkildə ortaya qoyur.
Metaforalar; “Cəngin sonu”, “qorxunu yenmək” və “səbrimin daşını dəlmək” kimi ifadələr şeirin bədii təsirini artıran güclü metaforalardır. “Səbrimin daşını dəlmək” ifadəsi xüsusilə maraqlıdır, çünki o, səbrin bəzən insanı məhdudlaşdıran bir yükə çevrilə biləcəyini, bu yükü aşmağın isə əsl azadlıq olduğunu göstərir.
Lirik dili; Şeir axıcı və lirik bir dillə yazılıb. Vahabzadənin sadə, lakin təsirli söz seçimi oxucunun şeirin məzmununa asanlıqla nüfuz etməsinə imkan verir.
İfadə Azərbaycancası; Şeir klassik və xalq dilinin gözəl birləşməsidir, bu da onu həm bədii, həm də mənəvi cəhətdən zənginləşdirir.
Şeirin fəlsəfi mənası; “Mən mənəm” şeiri insanın özünüdərk prosesini, daxili azadlığını və şəxsiyyətinin formalaşmasını fəlsəfi cəhətdən şərh edir. Vahabzadəyə görə, əsl “mən” passiv şəkildə səbr edən yox, əksinə, cəsarətini toplayaraq öz istək və ehtiraslarına, daxili səsinə qulaq asan, qorxularını aşan və beləliklə də özünü tam olaraq reallaşdıran bir fərddir. Bu, insanın öz potensialını kəşf etməsi və cəmiyyətin və ya daxili məhdudiyyətlərin qoyduğu çərçivələrdən çıxaraq öz “mən”ini tapması çağırışıdır.
Nəticə: Şeir oxucuya öz daxili “cəng”ini anlamağa, ürəyinin səsini dinləməyə və qorxuları aşaraq həqiqi “mən”ini kəşf etməyə ilham verir. Bu hər bir insanın fərdi inkişaf yolu və özünəməxsus şəxsiyyətini qorumağın əhəmiyyəti haqqında düşündürücü bir əsərdir.
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA ANA MÖVZUSU ŞAGİRDLƏRİN TƏRBİYƏSİ VASİTƏSİ KİMİ
Bəxtiyar Vahabzadə xalqımızın Azərbaycana, dünya mədəniyyətinə, türk aləminə bəxş etdiyi çox qüdrətli şəxslərdən, şəxsiyyətlərdəndir. O, görkəmli ədəbiyyatşünas alim (AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor) olmaqla yanaşı misli bərabəri olmayan söz ustası, şairdir. İstedadlı alim olsa da, şeirə çox bağlı idi. Şairlyini hətta alimliyindən üstün tutardı. Bu barədə yazıb da: “Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar”.
Şeirə, şeiriyyətə vurğunluğun dərəcəsinə bir baxın! Hamamıza məlumdur ki, Bəxtiyar Vahabzadə çox yaxşı alim idi, 1947-ci ildən müəllim kimi fəaliyyət göstərirdi. Başqa işlə məşğul olmanmışdı. Ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin professoru idi. Gözəl nitqə sahiblənmişdi, mühazirılərindən doymaq olmurdu. Amma şairliyə böyük dəyər verirdi.
Bəxtiyar Vahabzadə sözün qüdrətindən çox faydalanmağı, nəzərdən keçirdiyi məsələləri ustalıqla, böyük sənətkarlıqla mənalandırmağı çox yaxşı bacarırdı.
Şair çox möhtəşəm uğurlara ona görə nail olurdu ki, onda məsuliyyət hissi son dərəcə qüvvətli idi, özünə qarşı olduqca tələbkar idi, əlinə qələım alanda məntiqə söykənirdi. Odur ki, qəlbləri fəth edir, oxucunu düşündürürdü, ona yol göstərirdi. Bəxtiyarın qənaətlərindən çoxları yararlanırdı. Yazıb yaradır, sözlə dünyanı fəth edirdi. Dünya ondan razı idi, oxucular da onu sevirdi, o isə özündən razı deyildi:
Narahatam, narazıyam,
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının,
Qırıq telli sazıyam.
Bircə ondab razıyam ki,
Özümdən narazıyam.
Dahi şairdəki təvazökarlığa bax! Belə etirafı Bəxtiyar qayəli, Bəxtiyar hünərli şəxsiyyətlər edə bilərlər.
Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı son dərəcə çoxşaxəlidir. Çoxsaylı poemaları, pyesləri, saysız-hesabsız şeirləri var. Hamısı uğurlu, bitkin, heyratamiz, tərbiyələndirici, təhsilləndirici, düşündürücü. Əsərləri müxtəlif mövzulara həsr olunub. Hər biri xüsusi tədqiqatın, araşdırmanın mövzusudur.
Biz bu məqalədə qürdətli şairin öz anasına, ümumiyyətlə, analara həsr etdiyi şeirləri üzərində dayanmaq istəyirik. Ana mövzusu ananın özü kimi müqəddəsdir. Ana bizə həyat, döşündən süd verib. Bizi böyüdüb, boya-başa çatdırıb, çinar boy edib. Təhsilimiz, sağlamlığımız, təhlükəsizliyimiz qayğısına qalıb.
Anaların fədakarlığı tükənməz və əvəzedilməzdir. Hər birimiz anaya səcdə qılmağa borcluyuq. Bəxtiyar Vahabzadə demişkən, “Ana həyat verir, öz övladına, Həm də öz ömründən ömür bağışlayır”. Şairin “Ana hədiyyəsi” şeirində ana namaz qılan vəziyyətdə təsvir olunub. O, əlini göylərə qaldırır Allaha yalvararaq xahiş edir:
“Ya rəbbim! – deyə:
-Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Ana öz ömrünü balasına hədiyyə verir. Şair ananın sözlərini, arzularını yüksək sənətkarlıqla mənalandırır. Onun istəyinin, diləyinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. Bildirir ki:
”Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Bəxtiyar Vahabzadənin başqa şeiri “Məmin anam” adlanır. Şair anansının savadsız olduğunu, lakin mənəviyyatca çox zəngin, nümunəvi olduğunu bildirir. Şeirlə ntanışlıqdan görünür ki (bu, təbii ki, Bəxtiyarın öz qənaətidir) savadsız olmaq hələ heç nə demək deyildir. Əsas cəhət yüksək insani keyfiyyətlərə sahiblənmək, namusli, ismətli, sədaqətli, qayğıkeş, mehriban, doğruçul, humanist, vəfalı, nümunəvi davranışlı olmaqdır.
Ana təhsil gtörməyib, heç adını da yaza bilmir. Nə olsun? Elə savadlılar var ki, başabəladırlar. Əsas odur ki, insan öz hərəkəti, duruşu, davranışı, qarşılıqlı münasibətləri, ünsiyyət tərzi ilə nümunə göstərsin, hörmət və nüfuz qazansın.
Bəxtiyar Vahabzadı demişkən:
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!..
Bizim hər birimiz ömrümüz boyu anamızı yanımızda görmək istəyirik (anaya,ataya vəfasız çıxan, xəyanətkar mövqe tutan şəxslərdə var). Vaxtlı-vaxtsız ananı itirmək insan üçün böyük itki, böyük dərd olur. Belə deyim var: “İnsan atadan deyil, anadan yetim qalır”. Həmin sözlərdə dərin həqiqət vardır. Hər bir şəxsin həyatında hər iki valideynin böyükm rolu var. İnsan neçə müəyyən yaşda olmasına baxmayaraq həmişə yaşında olmasından asılı olmayaraq onun ataya da, anaya da eyni dərəcədə ehtiyacı var. Fəqət, gəlin etiraf edək, övlada münasibətdə ananın fədakarlığı ölçüyəgəlməzdir.
Odur ki, anasının dünyadan köçməsi şairi yandırıb-yaxır. Hisslərini, dərdini şeirin dililə bildirir:
Anam öldü!
Bizə dedi əlvida!
bir duyan, hiss eləyən insan
Yatağında daş oldu.
Heçliyə doğru axan
Bir axına qoşuldu.
Anamın əvəzi başdaşı oldu,
Kölgəsi özüylə yanaşı oldu…
Bir ay tamam oldu,
düz bir ay, bir gün
Gəldim qəbiristana… anamla deyil,
Onun başdaşıyla görüşmək üçün.
Yuxun şirin olsun” – deyərd”in mənə,
“Yuxun şirin olsun” – deyimmi sənə?
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
İllər keçsə də ana unudulmur, ana yaddan çıxmır. Həmişə hörmətlə, məhəbbətlə yad olunur, xatirələrdə canlandırılır, yaddaşlarda qalır.
Bəxtiyar Vahabzadənin “Atılmışlae” poeması da diqqətəlayiqdir. Qız isməti, qadın namusu, şəxsi ləyaqət və şərəf hissi ön plana çıxır. Sevgidə aldanılan, ailə qurmadan ismətini ləkələyəın qız hamilə qalır. Oğlan onu atır. Doğduğu körpə ilə qalan qızın (qadının) ağlı başına gəlir. Nə qədər böyük səhvə yoil verdiyini anlayır, xəcalətindən yerə girməyə hazırdır. Təhsil almaq üçün şəhərə gəlib. Valideynlərinin gümanı ondadır. Qızlarının yaxşı mütəxəssis olub el-obasına qayıtmağını səbirsizliklə gözləyirlər. Qız isə onların ümidlərini mdoğrultmayıb. Nikah münasibətinə girməmiş, ailə qurmamış artıq uşaq sahibidir. Düşdüyü vəziyyəti nata-anasına necə başa salacaq. Qonşular, qohumlar nonun bgarəsində nə düşünəcək, onu ismətsiz sanacaqlar. Şair bütün bunları fikirləçən qızın hiss-həyəcanlarını, düşüncələrini, planlarını aşağıdakı şəkildə nəzmə çəkir:
Körpəni aramla bükdü qundağa,
Basdı sinəsinə qalxdı ayağa…
Ümidə yas tutub, ağlayır güman,
Xeyiri şərləyir, şərə “dost” deyir.
Sevilib, sonra da atıldığından
O da balasını atmaq istəyir.
Ancaq… durdu yenə, duruxdu yenə,
Körpəni astaca qoydu yatağa.
Sıxdı döşlərini süd şüşəsinə,
Əmziklə bir yerdə bükdü qundağa.
O, qalxmaq istədi, yenə döyükdü.
O, bir də düşündü son niyyətini.
Bildi ki, şüşəylə birgə o, bükdü
Sonuncu analıq məhəbbətini.
Poemada təsvir olunan qız ana olub. Lakin övladından yaxa qurtarmaq istəyir. İstəməsə də, buna borcludur. Vəziyyət bunu tələb edir (“Sevilib, sonra da atıldığından o da balasını atmaq istəyir”).
Qız övladı üçün qida tədarükü görür, döşündən süd sağır və şüşəni qundağa, körpənin yanına qoyur. Başa düşür ki, (şair demişkən,) “şüşəylə birgə o, sonuncu analıq məhəbbətini də bükür”.
Müxtəlif sinif şagirdləri ilə ümumtəhsil məktəblərində tərbiyəvi işlərin həyata keçirilir. Həm təlim prosesində, həm də sinifdənxaric tədbirlər zamanı. Təlim prosesində ayrı-ayrı fənlərin tədrisi prosesində, sinifdənxaric tədbirlərdə – söhbətlər, müzakirə və disputlar, tematik axşamlar gedişində.
Sinifdənxaric tədbirlərdə Səməd Vurğunun, Cəfər Cabbarlının “Ana” şeirləri ilə yanaşı Bəxtiyar Vahabzadənin anaya həsr edilmiş şeirləri də nəzərdən keçirilir. Bəxtiyar Vahabzadənin ana şeiri ilə Səməd Vurğunun “Ana” şeiri həmahəng səslənir. Səməd Vurğun da Bəxtiyar kimi anasına yas turur:
Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!
“Atılmışlar” poeması isə ayrıca müzakirə mövzusudur. Bu mövzu gənc nəslin ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlanması problem ilə sıx surətdə bağlıdır.
Aparılmış sistemli, məqsədyönlü iş nəticəsində şagirdlərdə anaya, analığa dərin hörmət və məhəbbət hissləri qüvvətlənir.
Akif Nurağa oğlu Abbasov
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim