Etiket arxivi: CAMAL CƏFƏR

Camal Cəfər – Saxla.

Saxla

O geniş səmaya, göyə sığmayan,
Cahanı könlündə daşıyır insan.
Zəka sahibidir dərk edib duyan,
Qəlbin dünyasında yaşayır insan.

Döyüb müdrikliyin qapısın açıb,
Yüksələr zirvəyə düşünən kəslər.
Elm bucağından şüasın saçıb,
Ucalar elmini bölüşən kəslər.

Zehnin ələyindən sözün keçirən,
Seçib kəlmələrin gözün deyəcək.
Doğru desin deyə yüzün keçirən,
Haqqı tapan kimi özün deyəcək.

Camal, həyatının hər bir çağında,
Doğruluq libasın canında saxla.
Qoru gözəlliyi könül bağında,
Nəbzində, damarda, qanında saxla.
22.04.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Camal Cəfər: – … böyük adam.

Uşaq ürəkli böyük adam

Uşaq ürəkli böyük adam var. Üzü nurlu, gözləri həyat eşqi ilə dolu, qəlbi insanları sevib yaxşılıq etmək hissi ilə zəngin böyük adam! İllər keçsə də, zamanın insanlardan, hadisələrdən götürüb gətirdiyi yaxşılıqlarla yanaşı yaxşılıqların əksi olan pislikləri insanlara, onların ürəklərinə bulaşdırdığı anlarda uşaq ürəkli böyük adam insanın uşaq yaşlarında olduğu kimi sevgi və səadət içində qalmağı bacaran, qəlbi Günəş kimi parlayan, əməlləri insanlığa yaxşılıq etmək əlamətləri ilə müşayiət olunan kəsdir. Uşaq ürəkli böyük adam öz həyatı ilə çoxlarına nümunə ola biləcək addımlar ataraq “yaxşıya yaxşı”, “doğruya doğru”, “pisə pis”, “yalana yalan” deyir fərdi və kollektiv münasibətlərdə. Nə bir cümlə o yana, nə də bir cümlə bu yana danışar fikrində və fikirlərin mübadiləsi zamanı. Qəlbi müsbət hisslərlə zəngin olan uşaq ürəkli özündən ətrafa daim müsbət enerji saçar və kiməsə mənfi əhval-ruhiyyə ötürməz bu dünyada. Həyatda insan üçün mühüm dəyərlərdən biri olan canın sağlam olması da uşaq ürəklini bu mövzuda həssas etmiş, daim müsbət hadisələrə, hər zaman xoşluqlara köklənən uşaq ürəkli özündən mənfi enerji axınını dayandırar soruşulan “Necəsən?” sualına cavab verərkən mirvari dişlərini təbəssüm etdirərək gözlərindən sevgi dolu enerji ötürərək “Yaxşıyam!”, “Hər şey qaydasındadır”-deyər dərin sevgi və minnətdarlıq hissi ilə. Uşaq ürəkli böyük adam illərin insanı dəyişmədiyinin bariz nümunəsi olduğunu bildirməklə bərabər, həmçinin, insanın öz həyatında təcrübə etməklə davranışların xarakterə gətirib çıxararaq həyatın mənalanması fikrini daha aydın təqdim edir, insan üçün maraqlı qalan nöqtələri aşılayır. Odur ki, həyatınızda olan hər bir insana, baş verən istənilən hadisəyə diqqətlə yanaşaraq uşaq ürəkli böyük adamın timsalında, eləcə də, digər əhvalatlar misalında nümunələri görüb onları həyatın bu və digər sahələrində canlandıraraq uşaq ürəkli böyük adam tək Günəş kimi parlamaq mümkündür.
15.04.24

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Camal Cəfər: – Sözün əhəmiyyəti

Sözün əhəmiyyəti

Sözlər bir dəyərdir kimi aşağı,
Kimi insanlıqda üstdə dayanır.
Kimi söz sözləyir yersiz bayağı,
Kimi danışdıqda ruhlar oyanır.

Sözlərin insana bir mükafatı,
Hörmət qazandırmaq, ad gətirməkdir.
Bir haqq üstələyər yüz xurafatı,
Yalanın peşəsi dad! gətirməkdir.

Sözlər məna vaxtı, yozum anında,
Gah bahar, xəzan tək əsərin qoyar.
Anlayış zamanı, çözüm anında,
Təsirin göstərib kəsərin qoyar.

Camal, sözlərini seçib ələkdən,
Dinməyi öyrənib, susmağı bacar.
Çıxarıb dəyişib yerin ürəkdən,
Sözləri yerinə asmağı bacar.

11.04.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Camal Cəfər: – Nədir şeir?

Nədir şeir?

Şeir şairlərin qəlbindən gələn,
Təfəkkür, təxəyyül nümunəsidir.
Anlayar, hiss edər, düşünən bilən,
Şeir şairlərin susqun səsidir.

Şeir Nizaminin müdrik kəlamı,
Nəsimi, Füzuli-aqil sözüdür.
Şeir şairlərin könül məramı,
Zəngin ürəyinin əksi, üzüdür.

Şeir niyyətlərin şərhi, bəyanı,
Ülvi dəyərlərin deyən dilidir.
Şairin hissidir gəzər dünyanı,
Şeir ürəklərin tutan əlidir.

Camal, gözəlliyi harayla, səslə,
Hər cümlə, sözündən sevgi duyulsun!
Zehnini öyrənmək yolunda bəslə,
Hər sətir, misrandan bilgi duyulsun.
27.03.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər: Sözün qüvvəti.

Sözün qüvvəti

İnsana məhəbbət, hörmət gətirən,
Sözlər nümunədir, sözlər örnəkdir.
Adın hallandırıb şöhrət gətirən,
Getdiyi cığırlar, izlər örnəkdir.

Seç sözü insanın ruhun oxşasın,
Gəlməsin əlindən kimsə ah, zara.
Min bir kəlmələrin söylə yaxşısın,
Həyatın sözünlə düşməsin dara.

Bir Günəş misalı şəfəqin saçıb,
Yaxşı sözlərinlə qəlblər güləcək.
Könüldən-könülə yolları açıb,
Dodaqlar tərpənib üzlər güləcək.

Əfv et keçmişləri, səhvi nöqsanı,
Bağışla sözündə bir həyat yatır.
Gəlsin hər bir sözün məxsus dövranı,
İstəklər murada sözlərlə çatır.

Camal, söz qüvvətin işə salaraq,
Elə söz söylə ki, ürək sınmasın.
Yüz ölçüb bir biçib könül alaraq,
Danış ki, ümidlər, dilək sınmasın.
24.03.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər: Salam olsun!

SALAM OLSUN !

(şəhidlərimizə həsr olunub)

Yolun düşsə bu yerlərə, bu yanlara,
Könüllərə fəxr gələn məkanlara,
Gəlişini, gedişini duyanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Məqsədinə, niyyətinə çatanlara,
Sadiq yolda sözlərini tutanlara,
Ruhlarına ali dəyər qatanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Canlarıyla öz yerini alanlara,
Yaddaşlarda, zehinlərdə qalanlara,
Özlərini könüllərə salanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Bu dünyada həyatından keçənlərə,
Amalıyla şəhidliyi seçənlərə,
Cənnət kimi bir ünvana köçənlərə,
Kədər dolu, qürur dolu salam olsun!

14.03.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru