Kateqoriya arxivləri: CAMAL CƏFƏR

Camal Cəfər: Sözün qüvvəti.

Sözün qüvvəti

İnsana məhəbbət, hörmət gətirən,
Sözlər nümunədir, sözlər örnəkdir.
Adın hallandırıb şöhrət gətirən,
Getdiyi cığırlar, izlər örnəkdir.

Seç sözü insanın ruhun oxşasın,
Gəlməsin əlindən kimsə ah, zara.
Min bir kəlmələrin söylə yaxşısın,
Həyatın sözünlə düşməsin dara.

Bir Günəş misalı şəfəqin saçıb,
Yaxşı sözlərinlə qəlblər güləcək.
Könüldən-könülə yolları açıb,
Dodaqlar tərpənib üzlər güləcək.

Əfv et keçmişləri, səhvi nöqsanı,
Bağışla sözündə bir həyat yatır.
Gəlsin hər bir sözün məxsus dövranı,
İstəklər murada sözlərlə çatır.

Camal, söz qüvvətin işə salaraq,
Elə söz söylə ki, ürək sınmasın.
Yüz ölçüb bir biçib könül alaraq,
Danış ki, ümidlər, dilək sınmasın.
24.03.2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər: Salam olsun!

SALAM OLSUN !

(şəhidlərimizə həsr olunub)

Yolun düşsə bu yerlərə, bu yanlara,
Könüllərə fəxr gələn məkanlara,
Gəlişini, gedişini duyanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Məqsədinə, niyyətinə çatanlara,
Sadiq yolda sözlərini tutanlara,
Ruhlarına ali dəyər qatanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Canlarıyla öz yerini alanlara,
Yaddaşlarda, zehinlərdə qalanlara,
Özlərini könüllərə salanlara,
Kədər dolu, qürur dolu salam olsun!

Bu dünyada həyatından keçənlərə,
Amalıyla şəhidliyi seçənlərə,
Cənnət kimi bir ünvana köçənlərə,
Kədər dolu, qürur dolu salam olsun!

14.03.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru