Etiket arxivi: Əli bəy Azəri

ƏLİ BƏY AZƏRİNİN HEKAYƏSİ

BİR XURMA HALALLIĞI
(hekayə)

Onun ölüm xəbəri bir anın içində bütün ölkəyə yayıldı. Acı xəbər elə belə olur, dünyanın o başında baş versə belə, simsiz xətlə hər yana yayılar. Mən də internetdən oxudum. Saytlardan çoxu elə belə də yazmışdı: “Metro Nağı dünyasını dəyişdi”. Son iyirmi ildə hamı onu bu adla tanıyırdı. Adam rəhbərlik etdiyi idarənin adını dəyişdirib “Yeraltı Nəqliyyat Agentliyi” qoydursa da adamlar elə köhnə qayda ilə “Metro” deyirdilər. Havayı deyildi, adam yeraltı dünyanın padşahı kimi ad-san qazanmışdı.
Mollalar, müşteyiblər ölümə hər vaxt tərif yağdırıblar, ona min bir rəngdən bərq vuran gözəl libas geyindiriblər. Guya dünya fani dünyadı, axirət əbədidi, cənnət-məkandı. Heç vaxt onların dediklərinə inanmamışam, çünki onlar özləri də öz dediklərinə inanmırlar. Ölüm yaxşı şey olsaydı, elə həmin mollalar, müşteyiblər ayaqlarını uzadıb hamıdan əvvəl ölər, cənnətin ən yaxşı guşəsində özlərinə yer tutar, ölümün nə qədər gözəl olduğunu nümunə kimi göstərərdilər, day uzun-uzadı moizə oxuyub camaatın baş-beynini aparmazdılar.
Əlqərəz, mənim dünyamda ölüm ən pis şeydir, bundan o tərəfi yoxdur. Heç qatı düşmənimə də ölüm arzulamamışam. Düzdür, Nağının ölümünün mənə heç bir dəxli yoxdur, ancaq yenə də… onun ölməsini də istəməzdim. Adamdı də, yaşayırdı özü üçün, kimin yerini dar eləyirdi?
Hərçənd ki, ondan zəhləm gedirdi. Pəhləvan boyda yekəpər adam bir cılız əməliylə gözümdən necə düşmüşdüsə, deyirdim iti görüm, qurdu görüm, onu görməyim.
Nağının çox ləqəbi vardı, hamısını da işlədiyi dövrdə özü qazanmışdı; əməliylə, davranışıyla. İşi ilə bağlı “Metro Nağı” deyənlər daha çox idi. Çünki yeni qazandığı ləqəblər əsas ləqəbini üstələyə bilmirdi. Özünü aqressiv aparırdı, hamıya qarşı yekəxanalıq edirdi. Harda olduğunun fərqinə varmazdı, ağzına gələni danışardı, baxmazdı ki, ona yeddi yerdən kamera tuşlanıb, ya fəhlələrinin arasındadır. Kimsə ucadan nə soruşmuşdusa, Nağı onun üstünə çəmkirmişdi: “Ordan eşşək kimi anqırma!” Elə o gündən ayamalarının üstünə birini də yapışdırmışdılar: Gönüqalın.
Tanıyanlar and içib danışardılar ki, Bakıya gələndə şalvarında yamaq olub. Ayağındakı ayaqqabının bir dabanı böyrü üstə yeyilib padoşa dirənibmiş. Hansı çəkməçiyə gedirmiş, düzəltdirə bilmirmiş. O üzdən qıçını çəkirmiş, bəlkə də anadangəlmə axsaxlığı varıymış. Sonradan qazandığı var-dövlət şalvarını, quruyub çarığa dönmüş ayaqqabısını dəyişdiyi kimi axsaxlığını da tarazlayıb.
Ekranda görünməyə elə aludə olmuşdu ki, günaşırı efirə çıxmayanda sıxılırdı. Bir gün hansısa hadisəylə bağlı televiziyalara müsahibə verəndə aralıda duranlardan hansınınsa sualını eşitməmişdi. “Orda arı kimi nə vızıldayırsan? Aydın danış görüm, nə deyirsən?” Elə həmin gündən ayamalarının böyrünə birini də yapışdırmışdılar: Vızvız Nağı.
İndi Nağı ölmüşdü. Yəqin ki, onunla bərabər bütün ləqəbləri, ayamaları da ölüb gedəcəkdi, amma əməlləri heç vaxt unudulmayacaqdı.
Biz tərəflərdə ölənə halallıq verirdilər. Deyirdilər, qoy Allahın ona yazığı gəlsin, qəbir əzabı verməsin. Qəbir əzabının necə olduğunu bilməsək də, hamımız kor-təbii mollanın bu məsləhətinə əməl edirdik.
Nağının ölüm xəbərini eşidən kimi ilk yadıma düşən bu oldu. Dərhal internetə baş çəkib maraqlandım. Bir az gecikmişdim. Nağını məsciddə yuyub, kəfənləylib aparıb bahalı qəbiristanlıqların birində dəfn eləmişdilər. Gərəkdi ki, məsciddə meyid namazı qılıb cənazəni yerdən qaqldıranda halallıq verəsən. Hərçənd ki, gecikmişdim, ancaq bu mənim günahım deyildi. Xəbər mənə gec gəlib çatmışdı. Halallıq verməyə də bilərdim. Ancaq bunu vicdanım qəbul etmirdi, vicdanım təmiz olsun, ruhum saflaşsın deyə eləyirdim. O, özünü gönüqalınlığa qoymuşdu, bəs mənə nə olmuşdu? Mən öz rahatçılığım üçün halallıq vermək istəyirdim. Milyonlar səltənətində üzən Nağı mənə olan iyirmi manat borcunu ödəmədən ölmüşdü.
Hüzr yerinin harada keçiriləcəyini təxmin etsəm də yanılmamışdım. Belə böyük çinli adamların ehsanını yalnız Baba məscidində keçirirdilər. Baba məscidi şəhərin ən böyük ibadətgahıydı. Əzəmətinə görə İslam dünyasının ən böyük altı məscidindən biri sayılırdı. Orda da ehsan zalları müxtəlif idi, yəni yüksək çinli rəhmətliklərin də öz aralarında böyük-kiçikliyi müəyyənləşdirilirdi. Baba məscidinin ən böyük zalı üçüncü mərtəbədə yerləşirdi, adına “pravitelstvennıy” deyirdilər.
Mən rəhmətliyin “üç-yeddi” mərasiminə gəlib çatanda məscidin qabağı maşın saxlamağa yer qalmamışdı. Qara bahalı maşınlar yolun hər iki hərəkət zolağı üzrə sağ tərəfdə ard-arda düzülmüşdü. Qapının giriş hissəsi adamla doluydu. Dayanıb siqaret çəkənlər, kimisə gözləyənlər və dəstə-dəstə gəlib içəri keçənlər bir-birinə qarışmışdı.
Gələnlərə qoşulub içəri keçən kimi əvvəlcə dəhlizdəkilərə göz gəzdirdim. Adamlar arasında tanıdığım biri görünmürdü. Başımı qaldırıb liftin üstündə asılmış monitor-lövhəyə baxdım. Metro Nağının ehsanının üçüncü mərtəbədə “böyük zal”da verildiyi yazılmışdı. Liftin qabağında basabas idi deyə gözləmədim, pilləkənlə yuxarı qalxmalı oldum. Foyedə aşağıdakından da çox adam vardı. Elə bil şəhərin cəmi bekarlarını haylayıb bura tökmüşdülər. Üzlərdə kədərdən, qəm-qüssədən əsər-əlamət görünmürdü. Sanki hamı ehsan yeməyə gəlmişdi. Ha göz gəzdirdim ki, rəhmətliyin oxşarlarından kimisə tapıb başsağlığı verəm, belə birini görmədim. Adamlara qoşulub içəri keçdim. Sağ və sol tərəflərdəki pəncərələrin önündəki cərgələrdən başqa bütün yerlər tutulmuşdu. Sağ tərəf həmişə parlament üzvləri və böyük vəzifəlilər üçün saxlanılırdı, ora mənlik deyildi. Yavaş-yavaş sol tərəfə irəlilədim. Münasib bir yerdə oturacaqdım. Fikrim ehsanı gözləmək deyildi. Eləcə cay gətirsəydilər bircə xurma ilə ikicə qurtum çay içib, mollanın fatihəsini dinləyib, iyirmi manatın halallığını verib ruhən rahatlanacaq və çıxıb gedəcəkdim.
Belə bir yer tapıb əyləşdim. Ətrafımda oturanlardan heç kimi tanımırdım. Hərə öz işindəydi. Çay içir, noğul, bahalı xurma yeyir, söhbətləşirdilər. Ha gözlədimsə də çay gətirib mənim qabağıma qoyan olmadı. Masaların arası ilə podnos gəzdirənə iki dəfə işarə etsəm də getdi, qayıtmadı. Elə bil, mollanın da başı nəyəsə qarışmışdı, gəlib-gedənlərə rəğmən fatihə vermirdi. Lap dilxor oldum. Birdən gözüm su butulkalarına sataşdı. Neynək, çay olmasın, su olsun, dedim. Su daha yaxşı deyilmi? Həm cana faydalıdır, həm də çaya nisbətən daha safdır. Əlimi uzadıb üstünə “qazsız” yazılmış butulkanı götürdüm, qapağını burub açdım. Stəkanı yarıya qədər doldurdum. Qarşımdakı bahalı xurmadan götürmək istəyirdim ki, telefonuma zəng gəldi. Telefonumu cibimdən çıxardıb baxdım. Nömrə tanış deyildi. Adətən, belə hallar olanda tanış nömrələrdən zəng gələndə “yox” düyməsini basıram. Mənimlə telefon vasitəsiylə əlaqə saxlayanların əksəriyyəti başa düşür ki, danışmaq imkanım yoxdur. İmkan yaranan kimi özüm zəng vuracağam. Ancaq tanış olmayan nömrəyə dərhal cavab verməliyəm, bəlkə, nəsə çox vacib bir iş var. Odur ki, yaşıl düyməni basıb telefonu qulağıma yaxınlaşdırdım.
-Bəli! – Astadan dilləndim. – Hüzr yerindəyəm. Buyurun, sözünüzü deyin.
-Nə hüzr? – Salamsız-kəlamsız xəttin o başındakı həyəcanlandı, sualla sözə başladı.
Xaliqin səsini dərhal tanıdım. Amma onun Azərbaycanda olduğu məni karıxdırdı. Xaliq Azadi yazıçı, şair dostumdu, Rusiyada yaşayır. Onunla əlaqəmiz internet üzərindən hərdənbir olur. İldə bir, ya iki ildə bir dəfə Bakıya gələndən-gələnə görüşürük. İnana bilmədim ki, o, xəbərsiz-ətərsiz Bakıya gəlib. Gəlməmişdən əvvəl həmişə xəbər eliyərdi. Odur ki, hər ehtimala qarşı dəqiqləşdirmək istədim.
-Xaliq, sənsən?
-Həə…
-Hardasan?
-Biləcəridəyəm. – dedi. – Avtovağzala gedirəm. İmkan varsa, görüşərdik.
-Əlbəttə, görüşək. Sən min metroya, gəl “Nəsimi”yə, geri – parka tərəf çıxışda gözləyəcəyəm.
Dərhal ayağa durub zaldan çıxdım. Yüyrək addımlarla metronun çıxışına tərəf yollandım. Sısqa yağış yağırdı. Adamlar dəstə-dəstə qarşıma gəlirdilər. Mənə elə gəlirdi ki, hamısı “Metro Nağı”nın hüzür məclisində iştirak etmək üçün tələsir.
Deməli, mən də bura gəlməkdə düz iş görmüşəm. “Metro Nağı” heç də mən düşündüyüm kimi pis adam deyilmiş. Əgər bu qədər adam onun ölümünə üzülür, ehsanından dadıb halallıq verməyə gəlirsə, deməli, o buna layiqdi. Həm də hər adamın hüzüründə sısqa yağış yağmır. Buna da deyirlər adam imam övladıymış ki, onun matəmində göylər də ağlaşma qurarmış.
Təxminən yarım saatdan sonra Xaliq gəldi. Görüşdük. Hal-əhval tutan kimi maraqlandı:
-Nə hüzr? Kim rəhmətə gedib?
-Metro Nağı.
Başını buladı, yəni, heç nə başa düşmədi.
-Bunun sənə nə dəxli var? – dedi. – Uzaq qohumundu?
-Uzun məsələdi. – dedim. – Danışsam, vaxtımız gedəcək. Gəl, gedək məscidə, yolda danışaram.
Razılaşdı. Üzü məscidə tərəf yol aldıq. Yağış güclənmişdi. İslansaq da yolumuzdan qalmadıq, gedirdik. Xaliq də xasiyyətimi bilirdi, bir şey ki, beynimə girdi, onu yerinə yetirməyincə rahatlıq tapan deyildim. Odur ki, yolumuzu gedə-gedə ucundan-qulağından əhvalatı danışmağa başladım.
Bu, necə olmuşdu?
Bir dəfə şair Bəydadaş Cəfərli ilə metronun “Elmlər” stansiyasından çıxıb üzü o tərəfə gedirdik. Binanın tinini təzəcə keçmişdik ki, Bəydadaş dönüb sağa tərəf baxdı. Qeyri-ixtiyari mən də o tərəfə çöndüm. Bizdən on-on beş addım aralıda, binanın yan giriş qapısının ağzında beş-altı nəfər aypara kimi dairəvi dayanıb söhbət edirdi.
-Nağı müəllim. – Bəydadaş astadan sevincək dilləndi, adamın adını elə əziz səsləndirdi ki, elə bildim uzun müddət üzünü görmədiyi hansısa doğmasını tapıb.
-Kim? – Mən də astadan dəqiqləşdirmək istədim.
-Nağı müəllim də, Nağı müəllim, Metro Nağı…
Bəydadaş tələm-tələsik bunları deyib adamlara tərəf şütüdü. Ani olaraq Metro Nağını indi gördüm. Adam o birilərdən seçilirdi, pəhləvan-fil boydaydı, özü də pilləkəndə durmuşdu deyə o birilərdən iki-üç baş yuxarıda görünürdü. Geri qalmayım deyə mən də Bəydadaşın dalınca yeyin addımlarla yüyürdüm.
-Nağı müəllim, salam. Xoş gördük. – Bəydadaş çatan kimi Metro Nağını salamladı, adamları aralayıb irəli keçdi, ona əl uzatdı.
Metro Nağı onun salamını aldı. Əl tutduqları anda Bəydadaş o biri əli ilə çantasından bir kitab çıxartdı, şəstlə Metro Nağıya uzatdı. Mən həmişə Bəydadaşın çevikliyinə həsəd aparırdım. İndi də o, adamlara tərəf gedə-gedə yolda çantasının sepini açmışdı deyə kitabını ordan cəldliklə çıxartdı. Mən isə adamların bir addımlığında dayanıb bunları müşahidə edirdim.
Metro Nağı kitabı Bəydadaşdan aldı və diqqətlə üz qabığına baxmağa başladı.
-Didaktikadı. Yeni seriyadı. Son şeirlərimdi. Bəziləri müsabiqələrdə qalib çıxıb. Mahnı bəstələndikləri də var. Bir neçəsi özbək dilinə tərcümə olunub.
Nağı müəllim baxır, Bəydadaş isə dəyirman daşı kimi üyüdüb tökürdü. Mən belə halla birinci dəfə rastlaşdığımdan bilmirdim neyləyim. Metro Nağının əhatəsində olan adamlar da susmuşdular. Danışan təkcə Bəydadaş idi. O da sanki tanışlıq yox, hesabat verirdi.
Nağı bir xeyli kitaba baxandan sonra başını yuxarı qaldırıb mənə baxdı. İlahi, bu, nə baxışlar idi? Pələngdimi, şirdimi, aslandımı? Onun baxışlarında mən şikarını parçalamağa hazırlaşan ən böyük yırtıcını gördüm. Canıma əsməcə düşdü, dedim bu dəqiqə üstümə cumacaq, nə hirsi-hikkəsi var, tökəcək üstümə. Axı mən neyləmişdim?
-Sən niyə orda dayanıb gözünü döyürsən? – Birdən səsini ucaltdı.
-Məən? – Çaşıb qaldım.
-Yox, mən. – İstehza ilə güldü. – Əlbəttə, sən.
-Mən nə etməliyəm ki?
-Şair deyilsən? Yoxsa sənin kitabın çıxmayıb hələ?
Bəydadaşa nə vardı. Yüz şeiri toplayıb bir kitab çıxardırdı. Mən isə… bir povesti ərsəyə gətirənə kimi altı ay keçirdi. Tamamlanmamış əsərlərim olsa da ikinci kitabım təzə çıxmışdı. Bir az da borc götürüb cildini qalın elətdirmişdim ki, samballı görünsün. Bəzən buna görə Bəydadaşla mübahisəmiz düşürdü. Mən deyirdim, kıtabın üzü də möhtəşəm olmalıdı, oxucunu cəlb eləməlidi ki, alıb oxusun. Bəydadaş isə deyirdi ki, əsas kitabın içindəkilərdi, üzü adi kartondan da hazırlana bilər. İndi Metro Nağının ancaq kitabın üzünə baxması, heç içini açıb göz gəzdirməməsi fikrimdə yanılmadığımı göstərirdi.
-Çıxıb. – Özümü cəmləşdirib cavab verdim. – İkinci kitabım çıxıb – povestlər kitabım.
-Bəs birinci nə idi? – Ciddi, ya qeyri-ciddi soruşduğunu anlamadım, adamın qeyri-təbii kobud danışıq tərzi vardı.
-Hekayələr.
Gördüm ki, Metro Nağı müştəri kimi gözləyir, mən də çantamdan kitabımı çıxardıb ona uzatdım. O, kitabın çəkisini müəyyənləşdirirmiş kimi düz açılmış əlinin içində saxlayıb baxdı. İki yüz iyirmi dörd səhifəli kitabın qalınlığını, ağırlığını dəqiqləşdirəndən sonra:
-Samballı kitaba oxşayır. – dedi.
Onun bu sözü məni bir az ürəkləndirdi. Dədəsi təzə oyuncaq almış sadəlöhv uşaq kimi sevindim.
-Çox sağ olun. Təşəkkür edirəm. – dedim.
Metro Nağı kitabların ikisini də yanındakı adamlardan birinə verdi.
-Bunları qaldır yuxarı. – dedi. – Ver katibəyə, qoysun stolumun üstünə.
-Baş üstə.
Həmin adam kitabları alıb getdi. Metro Nağı indi də üzünü bizə tutdu:
-Uşaqlar, indi vaxtım yoxdur, iclasa getməliyəm. – Elə beləcə də dedi. – Sizin kitabları götürdüm. Baxacam. Birinci gün gələrsiniz, söhbətləşərik. Həm kitablarınız barədə fikrimi bildirərəm, həm də pulunu ödəyərəm. Bəri başdan deyirəm ki, inciməyəsiniz. Çoxa imkanım yoxdu, hərənizə iyirmicə manat pul verəcəyəm.
“İyirmi manat – bir kitab üçün yaxşı puldu, Allah bərəkət versin”, deyə özlüyümdə düşündüm. Ancaq bu pul Metro Nağı üçün nə pul idi?
-Onda qapıya tapşırın, gələndə bizi sizin yanınıza buraxsınlar. – Bəydadaş hər ehtimala qarşı xatırlatdı.
Heç nə başa düşmədim. Necə yəni qapıya tapşırın? Bəyəm burda onun sözünü yerinə yetirməyən də ola bilər?
-Eşitdin də… – Metro Nağı başını çevirib yanındakına qıyqacı baxdı, ucadan səsləndi.
Qapının ağzında dimdik dayanıb söhbətimizi dinləyən arıq, sısqa, şəvərək mühafizə polisinin əməkdaşı bir addım bizə tərəf gəldi.
-Bəli.
-Yaxşı bax ki, gələndə tanıyasan. Bunların əvəzinə başqalarını yanıma buraxarsan, gəlib zəhləmi tökərlər. Bax ha…
-Baş üstə.
-İndi arxayın gedə bilərsiniz. – Bunu da bizə dedi.
Sevinə-sevinə ordan uzaqlaşdıq. Havayı deyildi, Metro Nağı kitablarımızı götürmüşdü, özü də hərəmizə on kitabın pulunu ödəyəcəkdi. İyirmi manat bizim üçün böyük məbləğ idi.
…Birinci gün metronun çıxışında Bəydadaşla görüşdük. İlk dəfəydi ki, onu belə sevincək görürdüm. Qəşəng geyinmişdi, qalstuk da bağlamışdı. Necə deyərlər, sifətindən görünürdü ki, kefi yüz biri vurur. Qısa hal-əhval tutub “Yeraltı Nəqliyyat Agentliyi”nin baş ofisinə yollandıq. Giriş qapısında bizi o günkü polis nəfəri – idarənin mühafizəçisi qarşıladı.
-Ooo, Qəhrəmanov, xoş gördük.
Bəydadaş xoş aura ilə onu salamladı, hətta elə mehriban görüşdü ki, elə bildim on ilin tanışlarıdı. Diqqətlə baxdım ki, birdən mən də tanımış olaram. Gördüm o günkü polisdir – Metro Nağı bizi tapşırdığı mühafizəçi.
-Siz hər gün burda növbədə olursunuz? – Salamlaşdıqdan sonra bunu da mən soruşdum.
-Yox. – Mühafizə polisi soyuqqanlılıqla cavab verdi.
-Həə, işlər necədir? – Bəydadaş hal-əhval tutmanı bir az da uzatdı. – Keçə bilərikmi?
-Yox.
-Niyə? Nəsə olub?
-Heç nə olmayıb.
-Bəs onda niyə keçə bilmərik? – Bəydadaş ciddiləşdi. – Nağı müəllim işə gəlməyib?
-Bilmirəm.
-Sən necə mühafizəçisən ki, müdirin işə gəlib-gəlmədiyini bilmirsən? – Mən müdaxilə etdim.
-Bunun sizə heç bir dəxli yoxdur.
-Necə yoxdur? – Ciddiləşdim. – Sən burda Nağı müəllimin tabeçiliyində deyilsən? Adam beşinci gün beş-altı nəfərin yanında sənə tapşırmadı ki, biz gələndə onun yanına buraxasan?
-Tapşırdı.
-Bəs onda niyə buraxmırsan?
-Olmaz.
-Onda, heç olmasa, gəldiyimizi xəbər ver.
-Olmaz.
Daş qayaya rast gəlmişdi. Qalmışdıq bir dilbilməz polis nəfərinin əlində. Sol əlimi yumub sağ əlimlə bir neçə dəfə onun üzərinə vurdum. Hirsimdən bilmirdim neyləyim. Necə yəni olmaz? O boyda – fil boyda, lap elə camaatın dediyi kimi, lənət sənə kor şeytan, yenə deyəcəkdim, pəhləvan boyda müdir bu qanmaza – dilbilməzə qəti tapşırmışdı, özü də beş-altı nəfər işçisinin yanında… Deməli, cüllüt boyda polis nəfəri ölkədə məşhur olan fil boyda Metro Nağını saymır. Neylək! Gözləyək, özü ilə görüşəndə deyərik.
Bəydadaş bir neçə dəfə cəhd göstərsə də, alınmadı. Adama bir siqaret yandırıb çölə çıxdıq. Həyətdə var-gəl edə-edə siqaretimizi çəkdik. Qayıdıb bir də cəhd göstərdik. İş alınmayanda alınmır. Qanmaz göyə daş atıb başını altına tutmuşdu.
-Siz nə dilbilməz adamlarsınız. – Qabaqdangələnlik edib bizi günahkar çıxartdı. – Mənə qəti tapşırıblar ki, Nağı müəllimin yanına heç kimi buraxmayım. Heç kimin gəlməyini xəbər verməyim. Başa düşdünüzzzz…
Onun qəzəbləndiyini görüb sakitləşdik.
-Yaxşı, bəs onda sən niyə burda durursan? – Soruşduq.
-Elə buna görə…
-Nəyə görə?
-Ona görə ki, sizin kimi dilbilməz adamlar gəlib soruşsunlar.
Yenidən həyətə çıxıb siqaret yandırdıq. Siqaret çəkə-çəkə məsləhətləşib qərara aldıq ki, gözləyək. “Öldü var, döndü yoxdu”, dedik. Əlbət, nahara çıxacaqdı. Onda bizi görüb mühafizəçi polisin üzünə tüpürməzdimi? Deməzdimi, ay qanmaz, bəs mən sənə o günü Azərbaycan dilində tapşırmadım ki, bu yoldaşlar gələndə burax?
Nə isə…
Siqaretlərimizi tüstülədə-tüstülədə gözlədik.
Nahar vaxtı gəlib çatdı. Metro Nağı idarədən çıxmadı. Dedik, müdir adamdır, yəqin əlində işi var, bir az gec nahara çıxsa, dünya dağılmayacaq ki…
Gözlədik.
Nahar vaxtı qurtardı. Metro Nağıdan bir xəbər çıxmadı.
İkimizin də qanı qaralmışdı. Qanımız it qanına dönmüşdü. Bəydadaş nəyə görə gözləyirdi, deyə bilmərəm, mən prinsipə görə burda durmuşdum. Biz axı Nağıdan heç nə xahiş eləmədik. O, özü dedi hər şeyi. Demisən, indi də dur sözünün üstündə. Kişi deyilsən? Dünyanın milyonunu basıb yeyirsən, iyirmi manatdan ötrü qaçıb gizlənəcəksən? Buna el-aləm nə deyər? Cəmdəyinə tüpürməzlərmi, ay… bəsmənkəsdən əmələ gələn… İnanmağım gəlmirdi. Kimə desəydin, inanmazdı.
Axşam düşdü. İşçilər iki-bir, üç-bir çıxıb getdilər. Onların arasında bizi görüb-tanıyan da oldu, üç gün əvvəl Nağının yanında olanlardı, baxıb qımışdılar, heç nə demədən ağızlarını büzüb keçib getdilər. Neynək.
-Gedək, Bəydadaş. – deyə təklif etdim.
-Bütün günü gözləmişik. – deyib etiraz etdi. – Bir az da gözləyək. Gecəni idarədə qalası deyil ki. əlbət bir azdan çıxar.
-Görünür, başqa qapıdan çıxıb gedib. Burda heç onu gözləyən xidməti maşını da yoxdur.
-Maşına nə var. Zəng vuran kimi gələcək.
Yenə də mühafizəçi polisə yaxınlaşdım.
-Allahın, imanın olsun. Heç olmasa bir söz denən. Nağı müəllim burdadır, ya çıxıb gedib?
-Bilmirəm.
-Gəl, gedək. – Bəydadaşa təklif etdim.
-Mən sənə deyirəm ki, Nağı müəllimin bizim burda gözləməyimizdən xəbəri olmadı. – Bəydadaş dirəşdi.
-Ətraf kamera ilə doludur. Niyə heç kim gəlib bizimlə maraqlanmadı?
Nəhayət, Bəydadaşı inandıra bildim. Çıxıb getdik.
-Sabah dünya dağılsa da, səni Nağı müəllimlə görüşdürəcəm.
Ayrılanda bunu Bəydadaşa dedim. Uşaq kimi sevindi. Gözləri parıldadı.
-Harda? Necə? – Maraqla soruşdu.
-Qoy, bu gecə kəşfiyyatım işləsin…
Ertəsi gün Bəydadaşla görüşəndə günün ikinci yarısıydı. Hətta günortadan da iki saat keçmişdi.
-Noldu, bir şey öyrənə bildin? – Bəydadaş səbrsizliklə soruşdu.
-Sən bilirdin ki, “Yeraltı Nəqliyyat Agentliyi” də komitə, nazirliklər kimi böyük bir müəssisədir?
-Eee, mənə qaravəlli danışma, de görüm bir şey öyrənə bildin? – Zəndlə onun gözlərinə baxdığımı görüb əlavə etdi. – Heç bunun dəxli var?
-Əlbəttə var. – dedim. – Bunun dəxli odur ki, bina bütövlükdə onlara məxsusdu. Binanın müxtəlif mərtəbələrində idarə rəisləri, şöbə müdirləri, mühəndislər işləyir. Onlar Nağının qəbuluna gəlib-gedirlər.
-Həə… Nolsun?
-O olsun ki, onlar Nağının yanına hansı yolla gəlib-gedirlərsə, biz də o yolla gedəcəyik.
Bəydadaş duruxdu. Heç nə anlamadı. Başını bulayaraq:
-Sən bircə məni onun yanına apar, gerisi mənlikdi. – dedi.
-Onda ardımca gəl. – deyib qabağa düşdüm.
Binanın əks tərəfində yuxarı başda ikinci giriş qapısı vardı. Öyrəndiyimə görə, əksər işçi heyət ordan girib-çıxırdı. Həmin girişə gəldik. Burda da mühafizəçi dayanmışdı, amma polis deyildi.
Dərhal əlimi uzadıb salamlaşdım, ağzını açmağa imkan vermədim.
-Biz layihə institutundan gəlmişik. – dedim. – Bəzi çertyojlarla tanış olmalıyıq.
-Hə, başa düşdüm. – Mühafizəçi gülümsəyərək cavab verdi. – Yəqin Vaqif müəllimin yanına gəlmisiniz.
Vaqif müəllimin adını birinci dəfəydi eşidirdim. Görünür, o da burda böyük adamdır, layihə-çertyoj işlərinə rəhbərlik edir. Özümü o yerə qoymadım, tanımadığımı büruzə verib özümü yandıra bilməzdim.
-Fərq eləməz. – Soyuqqanlılıqla dedim. – Mühəndislərdən kim olsa, onunla da görüşüb baxa bilərik.
-Gərək bağışlayasınız, lift işləmir, pilləkənlərlə dördüncü mərtəbəyə qalxacaqsınız.
-Olsun.
Mühafizəçinin yanından keçib pilləkənlərlə yuxarı qalxdıq. Bəydadaş özünü gülməkdən güclə saxlayırdı, burnunu birtəhər tutub durmuşdu. İkinci mərtəbəni keçəndə pıkkıldadı:
-Layihə institutu… çertyojlar…
-Təmkinli ol. İndi görəcəm Nağı ilə necə görüşəcəksən. O günü dil-dil ötürdün…
-Sən narahat olma. – dedi. – Bircə məni onun yanına apar.
Dördüncü mərtəbəni o baş-bu başa addımladıq, bu baş-o başa. Dəhlizin o başındakı liftin düyməsini basdıq, açılmadı. Pilləkəni axtarıb tapdıq, qapısı bağlı idi. İşçilərə, mühəndislərə bir şey deyə bilməzdik. Məqam axtarırdıq ki, hardansa peyda olan xadimə zibil kisəsini gətirib liftin ağzında yerə qoydu. Xalatının cibindən kart çıxardıb liftin böyründəki qurğuya söykədi və düyməni basdı. Heç bir dəqiqə keçməmiş lift gəldi, qapısı açıldı. Cəld yaxınlaşıb zibil kisəsindən yapışıb liftə keçdim. Xadimə duruxdu.
-Sizə olmaz. – dedi.
-Narahat olmayın. – Tələsik ovcumda büküb saxladığım təzə manatlığı xalatının cibinə basdım. – Biz layihə institutundanıq.
Xadimə liftin düyməsini basdı. Lift bizi binanın zirzəmisinə düşürdü.
-Bizə ikinci mərtəbə lazım idi. – Astadan dedim.
Xadimə zibil kisəsini götürüb çıxandan sonra yenidən kartını qurğuya yaxınlaşdırdı və liftin iki düyməsini basdı.
-Siz məni görməmisiniz, mən də sizi. – Deyərək çıxıb getdi.
Lift bizi ikinci mərtəbəyə qaldırdı. Dəhlizlə irəlilədik. “Qəbul otağı” yazılmış qapının önündə dayandım. Astadan pıçıldadım.
-Burdan o yana sənlikdir, Bəydadaş.
-Necə?
-Katibə bizim qabağımızı kəsə bilər. İçəri girən kimi ikinci qapını açırsan, keçirik Nağı müəllimin yanına. Özün bilirsən necə hərəkət etmək lazımdır.
Nəfəsimizi dərib həyəcanımızı keçirtdik. Bəydadaş qabağa düşdü. Qapını elə dartdı ki, dedim qulpu əlində qalacaq. Katibənin oturduğu “Qəbul otağı”na keçdik. Metro Nağının özünə bab yekəpər katibəsi vardı. Bizi görcək katibə dimdik ayağa durdu. Hiss elədim ki, ərəbzəngi kimi qabağımızı kəsmək istəyir. Ani məqamda dayanmış Bəydadaşı irəli itələdim. Özüm isə katibəylə mehribancasına salamlaşdım.
-Siz kimsiniz? – deyə soruşdu.
-Nağı müəllim özü bilir, – dedim, – bizi gözləyir.
-Gözləyin, heç olmasa məlumat verim, – deyən katibə dərhal telefonun düyməsini basdı, zingiltidən bildim.
-Ehtiyac yoxdur, – deyəndə Bəydadaş artıq rəisin otağının qapısını açıb içəri keçirdi.
Mən də Bəydadaşın ardınca otağa girdim və arxamca qapını bağladım. Biz otağa girəndə Metro Nağı ayaq üstəydi. Hirslə əl-qolunu ölçə-ölçə üstümüzə gəlirdi. Lap xortumunu yelləyib nərildəyən fil kimi gəlirdi, qollarının hər biri bir fil xortumu boydaydı. Dedim bu dəqiqə hər qolunu birimizin belinə dolayıb ikinci mərtəbənin pəncərəsindən asfalta tolazlayacaq. Asfalta dəyib pendir, şor motalı kimi küçəyə dağılacağıq.
O günü fitil-fitil ötən Bəydadaş quruyub yerində qalmışdı. Nəsə eləmək lazımdı. Bir anın içində vəziyyəti dəyişə bilməsəydik, day heç nə… Allahın bizə verdiyi qələm… qələm neyləsin? Burda söz demək lazımdı. Sözü də qanana deyərlər.
Nəsə… özümü cəmləşdirdim.
-Xoş gördük, Nağı müəllim… – dedim.
-Siz kimsiniz? – Nağı bağırır, səsi divarlara dəyib əks-səda verərək üstümüzə gəlirdi.
-Bizik də… – Tanışlıq vermək istədim. – Beşinci gün kitablarımızı götürdünüz.
-Sizi kim buraxıb bura?
-Axı siz tapşırdınız…
-Mən indi o polis küçüyünü də qatacam sizə, dədənizi şəlləyəcəm dalınıza…
-Nağı müəllim… – ciddiləşdim. – Heç sizə yaraşarmı? Bu nə hoqqadır çıxarırsınız? Adam da iyirmi manatdan ötrü belə hoqqa çıxardar?
-Mən niyə sizə iyirmi manat verməliyəm? İyirmi manatım artıq olsa, öz yırtıq-deşiklərimdən birini yumaram, bəlkə iyirmi min yırtıq-deşiyim var.
Elə bu vaxt qapı açıldı və mühafizəçi polis içəri keçdi. Başqasıydı, dünənki, beşinci gün Nağı tapşırdığı adam deyildi.
-Hardasan, ay it küçüyü? – Nağı onun üstünə qışqırdı. – Sənə deməmişəm heç kimi içəri buraxma? Səni ora nəyə bağlamışam?
-Mən heç kimi burax…
-Kəs səsini, küçük. – Nağı ona sözünün gerisini deməyə imkan vermədi. – Hələ bunları çıxart çölə, sənin dədəni dalına şəlləməsəm, eşşəyin oğluyam.
Bunu deyib üçümüzü də süpürlədi, itələyib qapıdan çıxartdı.
…Mən bunları Xaliqə danışanda artıq məscidin içindəydik. Üçüncü mərtəbənin foyesində durub gözləyirdik ki, içəridən kimsə çıxar, biz onun yerinə keçərik. Foyedə bizim kimi gözləyənlər çox idi. Di gəl ki, içəridən heç kim çıxmırdı.
-Deyirəm, işin-gücün yoxdur e sənin. Düşmüsən qeyri-ciddi bir sözün dalına. – Xaliq narazılığını bildirdi. – Bayaqdan gedib bir yerdə rahat oturub çay da içmişdik, çörək də yemişdik. Hələ deyirsən doyunca söhbət də eləmişdik.
-Bilirsən, Xaliq, söz müqəddəsdir. Onu gərək qoruyaq, yerinə yetirək. Yerinə yetirməyənə başa salaq.
-Vallah, səndə bir qram ağıl yoxdu. Ölmüş adama necə başa salacaqsan?
-Mən öz ruhumu saflaşdırıram. Vicdanım qarşısında borcumdan çıxıram. Nolsun ki, o gönüqalınlıq elədi.
-Gəl, gəl, gedək. – dedi.
Bir də boylandım ki, görüm içəridəkilərdən ayağa durub çıxmaq istəyəni var, gördüm heç kim tərpənmir, hamı necə oturubsa, eləcə də oturub. Yeyən yeyənin, tıxan tıxanındı, Metro Nağının ehsanı müsibət gedirdi.
-Sənə deyirəm gəl də… – Əməlli-başlı dilxor olmuş Xaliq qolumdan tutub dartdı. – Görmürsən qurban olduğum onun halallığını qəbul eləmək istəmir. Nə dirəşmisən? Ağzında deyirsən…
Daha heç nə demədim. Sakitcə Xaliqin arxasınca getdim. Pilləkənləri düşəndə Xaliq dayandı.
-Bəs Bəydadaş nə dedi?
-Nəyə?
-Metro Nağının ölməyinə? –Xaliq bir az hirslənən kimi oldu və məni yamsıladı. – Nəyə? Nəyə? Elə bil yuxudasan, quruyub qalmısan. Bəydadaşın xəbəri yoxdu?
-Var. – Bu an elə bil üstümdən ağır yük götürüldü, yüngülləşdim, gözlərim işıqlandı. – Xəbər tutan kimi ona zəng vurdum. “Xəbərdən xəbərin var?” – deyə soruşdum. Xəbəri olduğunu dedi. Bura birlikdə gəlməyi təklif etdim. “Nə halallığı verəcəm, Allah vurmuşdu onu”, dedi. Gəlmədi.
Xaliq başını bulayıb yoluna davam etdi. Mən də onun ardınca getdim. Küçəyə çıxdıq. Çox pərişan idim. Bu cür saf niyyətim baş tutmamışdı, arzum ürəyimdə qalmışdı. Gedə-gedə elə hey onun qəbir əzabını düşünürdüm…
Yağış isə hələ də yağırdı, indi lap bərkitmişdi, leysana çevrilmişdi. Arabir göy guruldayırdı. Sanki göylər də Nağıya olan qəzəbini bu ehsan gününə saxlamışdı, camaata çatdırmaq istəyirdi.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

HEKAYƏ.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NÖVBƏTİ UĞURLU ADDIM

NÖVBƏTİ UĞURLU ADDIM

Azərbaycan və Özbək şairlərinin hər iki dildə çıxan antologiyasının daha bir təhsil ocağında təqdimatı keçirildi. Antologiya “Ədəbi və əbədi körpü” adlanır. Qalın üz qabığı, nəfis tərtibatla hazırlanan 336 səhifəlik kitab “Maarif” nəşriyyatı tərəfindən çap olunub. “İsmayıllı Yazarları Ədəbi İcyimai Birliyi” tərəfindən tərtib olunan antologiya Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun vəsaiti hesabına ərsəyə gəlib.
Özbək dilindəki şeirləri Azərbaycan dilinə Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki şeirləri Özbək dilinə Şəhla Qasımova tərcümə edib, uyğunlaşdırıb. Kitabın tərtibatçısı Büllur Məmmədovadır.
Kitaba Azərbaycan şairlərindən Maarif Soltanın, İbrahim İlyaslının, Adilə Nəzərin, Əkbər Qoşalının, Mövlud Teymurun, Şahməmməd Dağlaroğlunun, Murad Məhərrəmin, Turac Hilalın, Cəbrayıl Hüseynin, Rüstəm Məbudoğlunun, Mehriban İbrahimovanın, Özbək şairlərindən Abdulla Vəhşin, Münəvvər Osmanovanın, Mənzurə Bəxtiyarın, Sənubər Mehmanın, Nurxan Əlimirzəyevanın, Dilarəm Əbdürəhmanqızının, Gülzirə Şərifovanın, Nurbəy Babanəzərovun, Zilalə Xocaniyazovanın, İlham Nəbinin və Zilaləbanu Xalıqovanın şeirləri və qısa bibloqrafik məlumatları daxil edilmişdir.
Növbəti təqdimat tədbiri 17 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildi. Tədbirdə “İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi”nin sədri şair Şahməmməd Dağlaroğlu, yazıçı Əli bəy Azəri, Büllur Məmmədova, Kollecin bir qrup müəllim və tələbə heyəti iştirak etdilər.
Şahməmməd Dağlaroğlu geniş məzmunda çıxış edərək tədbir iştirakçılarına layihə və onun ərsəyə gəlməsi barədə məlumat verdi, şeirlər səsləndirdi və tələbələrin suallarını cavablandırdı. Yazıçı Əli bəy Azəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, onun inkişafından danışdı, hər iki qardaş xalqın tarixi köklərindən, yaxınlığından bəhs etdi.
Tələbələr arasından bir neçə nəfər şeirlər səsləndirdilər.

Kollecin müəllimi yekun sözü ilə çıxış etdi. Qiraətçi tələbələrə kitablar hədiyyə olundu.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“Xarı bülbül” jurnalı, xoş gəldin!

“Xarı bülbül” jurnalı, xoş gəldin!

Ədəbi mühitdə yeni ədəbi hadisə baş verib.
“Xarı bülbül” adlı bədii-publisistik jurnalın ilk nömrəsi çapdan çıxıb. Bu barədə ictimaiyyəti jurnalın yaradıcısı şair Ziyadxan Budaq özü məlumatlandırıb.
Jurnalın yaranmasının ədəbi hadisə adlandırılması normal haldır. Son iyirmi ildə Azərbaycan ədəbi mühitində baş verən hadisələri müntəzəm izləyən bir adam kimi bunu qeyd edirəm.
Ziyadxan Budaq qabaqcıl təhsil işçisi kimi də cəmiyyətə tanışdır. Samballı poemalar müəllifidir. Ədəbi proseslərdə fəal iştirak edir. Yaradıcılığı məhsuldardır. Sözsüz ki, bu addımı atmaqda ədəbiyyata daha yaxından xidmət göstərməyə çalışacaq. Jurnalın ilk nömrəsində kifayət qədər istedadlı imzaların əsərlərini daxil edib. Eyni zamanda Ziyadxan Budaq özü də daxil olmaqla həmin istedadlı imzaların ədəbi tənqiddən kənarda qaldıqlarını da qeyd etməmək mümkünsüzdür. Bəlkə, Ziyadxan Budaq bu imzaları seçməklə onları ədəbi tənqidin nəzərinə çatdırmağa çalışır? Özü bunu belə qeyd edir: “Jurnalımızın ilk nömrəsində Azərbaycan oxucusuna imzaları yaxşı tanış olan qüdrətli qələm adamlarının şeir, hekayə və publisistik yazıları təqdim olunmuşdur”. Səbəb və məqsədini göstərməmişdir.
Son iyirmi ildə ədəbi mühitin inkişaf mənzərəsində müxtəlif jurnallar yaradılıb. Onlardan sonuncu yaranan və davamlı fəaliyyət göstərən “Yurd” (yaradıcısı Balayar Sadiq), “Xəzan” (yaradıcısı Əli bəy Azəri), “Yazarlar” (yaradıcısı Zaur Ustac) və “Ədəbi Ovqat” (yaradıcısı Rəfail Tağızadə) jurnallarıdır ki, davamlı olaraq fəaliyyət göstərirlər. Onlarla “ölü doğulan” jurnallar olub. Bir-iki nömrə çıxandan sonra fəaliyyətini dayandıranlar, çox güman ki, başqa zərurətdən və məqsədlə yaradılmışlardır.
Yeni jurnalın yaranması ədəbi proseslərdə təkcə imzaların deyil, həm də ədəbi jurnalların cəngindən xəbər verir. Bu da Azərbaycan ədəbi mühitinin güllü-gülüstana bənzədiyini xatırladır.
“Xarı bülbül” adı, məncə, təsadüfən seçilməyib. Ziyadxan Budaq kimi söz sərrafı musiqi beşiyi Şuşanın adı ilə yanaşı ədəbi rəmz kimi səslənən “Xarı bülbül”ün varlığından yaxşı məlumatlıdır. Yeni jurnalımızın qədəmləri uğurlu olsun!
05.10.2025, Bakı şəhəri

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vətən sərhədlərini “qoruyan” kitab – Kərim ŞÜKÜRLÜ       

Vətən sərhədlərini “qoruyan” kitab

Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.

Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.

Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.

Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.

Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.

Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.

Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.

Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.

Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.

“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.

“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.

Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.

Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.

Müəllif: Kərim ŞÜKÜRLÜ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zəngəzur yazarlarının Zəfər çələngi” işıq üzü görüb – təbrik

Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm.
Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm.
412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb.
Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır.
Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir.
Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər…
Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Bəy Azəri yazır

“ŞƏLALƏ” FƏALİYYƏTİNİ DAYANDIRACAQMI?

Qaxdayam. Bölgələrə gedəndə ilk ziyarətim Şəhidlər Xiyabanı olur. Sonra kitabxana, ardınca da yerli mətbuat…
Hər rayonun öz qəzeti var. Pis-yaxşı fəaliyyət göstəriblər. Əlbəttə ki, yerli icra orqanının köməkliyi ilə. Mən həmişə “İSMAYILLI XƏBƏRLƏRİ” qəzetini nümunə göstərmişəm. Rayon ərazisində yaşayan müxtəlif xalqların, azsaylı etniklərin də maraqları təmsil olunur.
Qaxda da belədir. “Şəlalə” qəzeti gürcü dilində də məqalələr verir.
Qəzetin son nömrəsi 2025-ci ilin iyul ayında çıxıb. Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə ərsəyə gəlib. Baş redaktor Qax ziyalılarına müraciət ünvanlayıb. Qəzetin fəaliyyətinin dayanacağı barədə həyəcan təbilini döyəcləyib. İndiyə kimi şəxsi vəsaitləri, təqaüdləri hesabına qəzetə abunə olaraq yaşadanların da siyahısını dərc edib.
Son on ildən artıqdır ki, Qax turizm bölgəsinə çevrilib. Rayona gələn qonaqların ardı-arası kəsilmir. Otellərin, restoranların sayı bilinmir, yağışdan sonra artan göbələk kimi çoxalır. Gündəlik kirayə evlərin qiyməti əlli manatdan yuxarıdır. Nədənsə, qəzetə abunə olanlar siyahısında bircə nəfər də sahibkar, yaxud orta sahibkar yoxdur. Qəzetin son nömrələrini səhifələdim. Bircə tənqidi yazıya rast gəlmədim. Tənqidi yazısı olmayan qəzeti hansı sahibkar saya salar?
Rayonun girişindəki “Gənclik” parkı bərbad gündədir. Bircə dənə salamat oturacaq yoxdur ki, turist oturub şəkil çəkdirə bilsin.
Rayonda olan parkların ədəbxanalarına girmək mümkün deyil. İşıqları yanmır. Təbii ifrazat yerləri dolub, gələn turisti qapının ağzında qarşılayır.
Şəhərin bir neçə yerində Yaşıllaşdırma idarəsi uğursuz budama əməliyyatı aparıb. Ondan çox ağac neçə ildir ki, quruyub, təhlükə mənbəyinə çevrilib. Onları çıxardıb yerində yenisini əkmirlər.
Rayon mərkəzində fəaliyyət göstərən heç bir otel turistə ödəniş qəbzi vermir. Vergidən yayınma halları kütləvidir. Pullar hara axır?
Bir sözlə, SOYĞUNÇULUQDUR!
Belə olan halda rayon qəzeti fəaliyyətini davam etdirə bilərmi?
Rəhmətlik Həsən bəy Zərdabi bir qəzeti yaşatmaq üçün çəkdiyi əziyyəti indi müstəqil mətbuat çəkir. 58 min əhalisi olan Qax rayonu bir qəzeti yaşada bilmir.
“Şəlalə” qəzeti Medianın İnkişafı Agentliyində reyest qeydiyyatına alınmış qəzetdir.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İki zəngəzurlu zabit” şəhərimizin kitab mağazalarından

Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.

Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru – FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.

Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış

Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi

Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Məlumatı hazırladı: Təhmasib İSAYEV
FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru


AZƏRBAYCAN MƏTBUATI – 150

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının dekabr (2024) sayı işıq üzü görüb

“XƏZAN” jurnalının dekabr (2024) sayı

“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.

XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63


96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb.
Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir.
Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur.
Buyurun, sevə-sevə oxuyun!

Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-“Kitaba və kinoya maraq”
-Zaur Ustac – 50
-““Xəzan” – 2024”

2.Publisistika
-Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər)
-Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına)
-Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı)
-Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa)
-Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar)
-Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri”
-Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim)
-Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü”
-Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından)
-Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)

3.Poeziya
-Zaur USTAC – “Payız”, “Yarım bardaq”, “Bənövşə”, “Nə gözəl”, “Bəlkə də”, “Yarpaq və torpaq”, “Yaz sevdası var”, “Şahi-cahan”, “Yaradan yaratdı”, “Gəzdim” (şeirlər)
-Əbülfət MƏDƏTOĞLU – “Özümdən özümə təsəlli”, “Özümə məktub”, “Ayaqda dayana bilsin”, “Səsini”, “Bu da bir gerçək”, “Xoşbəxtlik təsəllisi”, “Sən olmusan, sən”, “Qədər” (şeirlər)
-Arif MUSA – “Qayıda bilmirəm kəndə haçandı”, “Həsrətin göz yaşı”, “Arzu ömür uzatmır” (şeirlər)
-Zeynalabdin NOVRUZOĞLU – “Bu dünya bir yaşıl yarpağa dəyməz”, “Bazarın ola”, “Vətən hamınındır”, “Dünyanın saçı ağardı”, “Müharibə”, “Uzanmır ki, uzanmır”, “Yerə baxıb”, “Öz ata-anasına”, “Bilmədim”, “Hörümçək”, “Vəfalı it”, “Yaman yorğunam”, “Allah, gədalardan uzaq tut məni”, “Satdılar onu” (şeirlər)
-Süleyman ABDULLA – “Ey dost”, “Yağmurlu bir gündə”, “Varoğlu varın şeiri”, “Nağıl şeir”, “Şükür ağrılara”, “Düzələn deyil”, “Dünyanın sən üzü”, “Qürub vaxtı qərq olmağın şeiri”, “Olanların şeiri”, “Bir ömürlük hesabat”, “Bu məmləkətdə”, “Adəmə”, “Bu dünyada”, “Ölməli şeir”, “Olmaz”, “Bilirəm”, “X-in şeiri”, “Çıxdaş olası şeir”, “Bilmədiyimiz şeir” (şeirlər)
-İbrahim MUSTAFAYEV – “Anacan”, “Deyər”, “Atacan”, “Sən küsüb gedəndən”, “Hicran nəğməsi”, “Bayrağım”, “Vuruldum”, “Getdi”, “Ola bilməz”, “Oynasın” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər, rübailər”
-Polad İBRAHİMOĞLU – “Bilmədim”, “Nədəndi?”, “Mənə”, “Baxmır”, “İnciməsin”, “Sinəmə”, “Qalmadı”, “Bilmirəm”, “Səni”, “Salacaq”, “Sevindim” (şeirlər)
-Elxan CALALOĞLU – “Dəyişdi”, “Vaxtıdır”, “Gəlmisən”, “Şəhid anam”, “Bu çinar mənimlə qoşa qocalır”, “Yana-yana”, “Dünya köçün yola salır”, “Oyat məni bu yuxudan”, “Hardasan?”, “Kor kimi yaşamaq olmur” (şeirlər)
-Elmir QARAYEV – “İçində”, “Bülbül”, “Bildim”, “Dalıyca”, “Zay oldu”, “Axı”, “Ağlayan uşaq”, “Mən”, “Sənsiz”, “Qəriblik” (şeirlər)
-Kirman RÜSTƏMLİ – “Nənələr”, “Payız olayları”, “Düzəlmir dünya”, “Zəfər yolu”, “Çinar ağacım”, “Gözəl”, “Qəbrim üstə gələn qadın”, “Dünya sülhə can atır”, “Yuxulu dəniz”, “Gözlərin”, “Saman yolu”, “Azadlığım”, “Gül ömrü”, “Hürr et məni”, “Yeni yaşıma”, “Ömür yarpağı”, “Sarı gəlin” (şeirlər)
-Ərzuman DAĞLI – “Vardır”, “Öləcək”, “Gəlməz”, “Bilsən”, “Deyil”, “Ölçülür”, “Daşkəsəndədi”, “Haqsızlıq” (şeirlər)
-Elpərəst YUSİFOĞLU (QULİYEV) – “Dünya bizə ana olsun”, “Biz Təbrizə gedəcəyik” (şeirlər)
-Faiq LAÇINLI – “Çox şükür” (şeir)

4.Nəsr
-Ayaz İMRANOĞLU – “Hüzr yeri” (hekayə)
-Xuraman ZAKİRQIZI – “Qorxu” (hekayə)
-Səadət SULTAN – “Sonuncu dayanacaq” (hekayə)
-Ramiz İSMAYIL – “Küskün şairlər məclisi” (povest)
-Əli BƏY AZƏRİ – “Nəcməddinin babası” (hekayə – “Zöhrə qarı” povestindən bir parça)

Əlavə olunur:

XƏZAN – 2024
(“Xəzan” ədəbi-bədii jurnalında 2024-cü ildə dərc olunmuş materiallar)

Nəsr

Roman
2.Ayaz İMRANOĞLU – “Uşaq ferması” N2(56), N3(57), N4(58)

Povest
1.Şiringül MUSAYEVA – “Şöhrətpərəst” N1(55)
2.Əli BƏY AZƏRİ – “Erməni BORİSOV” N6(60), “Nəcməddinin babası” (“Zöhrə qarı” povestindən bir parça)N9(63)
3.Ramiz İSMAYIL – “Küskün şairlər məclisi”N9(63)

Hekayə
1.Vüqar ƏHMƏD – “Feysbuk dələduzu”, “Xoşbəxt” N1(55)
2.Firavan MAHİR – “Vaqonda möcüzə” N1(55)
3.Xuraman ZAKİRQIZI – “Mərd oğul” N1(55), “Qorxu”N9(63)
4.Hüseyn İSAOĞLU – “Papiros “dağı”” N1(55)
5.Əli BƏY AZƏRİ – “Əmzikli sərhədpozan” N1(55), “Dollardəyişən” N2(56), “İsrafil, heeyyy…” N4(58), “Diş həkimi” N7(61)
6.Arzu HEYDƏROVA – “Oğurluq dərmanı” N2(56)
7.Məhərrəm MUSTAFA – “Qaranquşun Xocalı arzusu” N2(56)
8.Seymur SÖNMƏZ PAŞAYEV – “Bu sevginin ömrü bura qədərmiş”, “Nakam məhəbbətin başlanmamış sonu” N2(56)
9.Mahir CAVADLI – “Firuzun on bir yaşı” N3(57)
10.Damət SALMANOĞLU – “Bəddua” N3(57), “Alabaşın bir üzü” N6(60)
11.Xaliq AZADİ – “Fəlakət tək gəlmir” N3(57), “Pişik balası” N7(61)
12.Zaur USTAC – “Santavik Əhməd” N3(57)
13.Vaqif İSAQOĞLU – “Şar” N4(58)
14.Fərhad ƏSGƏROV – “Laləzarlıqda sivilizasiya” (monoloqlar) N4(58)
15.Məmməd MƏMMƏDLİ – “Mən atamı xatırlamıram” N4(58), “Telman üçün şapalaq” N7(61)
16.Gülyana İMANOVA – “Adamlar nə istəyirlər?” N4(58)
17.Sadiq Hürü RAMAZAN – “Yarımçıq qalmış ömür” N4(58)
18.Ləman MƏMMƏDLİ – “Son bahar”, “Şəhadətə ucalan əsgər”, “Hər yağış yağanda məni xatırla”, “Zamanın gəmisi”, “Yaralı göyərçin” N4(58)
19.VARIS – “Qar yağmasın” N5(59)
20.İlham ƏZİZ – “Şimşəkdən sonra” N5(59)
21.ŞAHSƏNƏM – “Şəhid qardaşı” N5(59)
22.Azər SALEH – “Ot tayası” N5(59)
23.G.C.HACIYEVA – “Portağal ətirli güllərim” N5(59)
24.Azər HACISOY – “Sevginin intiharı” N5(59)
25.Rəna TƏBƏSSÜM – “Ümidlər puç olanda” N5(59)
26.Ülviyyə ƏBÜLFƏZQIZI – “Gəzir, gəzir, tapa bilmir ki, bilmir” N5(59)
27.Könül KƏRİMOVA – “Tələbəlik illəri” N5(59)
28.Aygül NƏZƏRLİ – “Sirli daxma” N5(59)
29.Nigar SƏRXANQIZI – “Adilin macəraları” N5(59)
30.Sədulla ŞİRİNOV – “Zəhlətökənlər” N6(60)
31.Ramiz İSMAYIL – “Hacı qardaşlar” N6(60)
32.Sabir ETİBAR – “Üç fədakar” N6(60)
33.Xaliyar SƏFƏRİV – “Ana vidası” (Özbəkcədən tərcümə Rəhmət Babacanındır) N7(61)
34.Elçin HÜSEYNBƏYLİ – “Kəndə gün çıxanda qayıdacağıq” N8(62)
35.Qafar CƏFƏRLİ – “Qəribliyin dadı” N8(62)
36.Emin PİRİ – “Laçın vaxtlarımız” N8(62)
37.Kənan HACI – “Estafet” N8(62)
38.Arif ƏRŞAD – “Dağlarda döyüş” N8(62)
39.Vüsal NURU – “Diş qatili” N8(62)
40.Aysel FİKRƏT – “Boz” N8(62)
41.G.C.HACIYEVA – “Psixoterapevtin otağında” N8(62)
42.Bəsti BAXIŞOVA – “Ahu gözlərdə Xocalı” N8(62)
43.Arif QARAMANLI – “Qarpız əhvalatı”, “Axsaqlar ailəsi” N8(62)
44.Nəzakət TALIBQIZI – “Babamın ağ atı” N8(62)
45.Ayaz İMRANOĞLU – “Hüzr yeri”N9(63)
46.Səadət SULTAN – “Sonuncu dayanacaq”N9(63)

Poeziya

Poema
1.Zərifə AĞAYUSİFQIZI – “İsmayıllı şəhidləri” N2(56)
2.Hafiz ƏLİMƏRDANLI – “Azadlıq dastanı” N2(56)
3.Xuraman ZAKİRQIZI – “Bir sevgi nağılı” N6(60)
4.Şahməmməd DAĞLAROĞLU – “Məhəmməd və Sona” (opera üçün libretto)N7(61)

Şeirlər
1.Gülnar ZAKİRQIZI – “Ey dünya”, “Ağababa”, “Şəhidlər” N1(55)
2.Aysel NƏSİRZADƏ – “Olmaz”, “Elə intəhasız darıxıram ki…”, “Olur”, “Elə ölərdim”, “Mən qalibəm”, “Sən adlı boşluq”, “Tanrım, yadında qalsın”, “Özü yıxılan kəsin”, “Həsrətin yolu”, “Şeir-şeir ağlayıram”, “İlahi”, “Təbiətin bəstəsi” N1(55)
3.Xaliq AZADİ – “Çıxacaq”, “Söz məclisi”, “Dodaqdəyməz təcnis”, “Dostum”, “On yeddi yaşımdan” N1(55)
4.Rəhman BAYRAM – “Aşıq var”, “Dil deyə bilməyir ürək deyəni”, “Qalmasın”, “Qoymayaq dilənsin yazıq analar”, “Şəhid anasının göz yaşıyam mən”, “Neynim?”, “Bayram deyilmi?”, “Vermədi”, “Özünlə məni”, “Əfsun baxışların göz aləmi var”, “Ürəyin müqəddəs yerindir mənə”, “İnciməsin”, “Boğuldum”, “Dedim, könül, aşiq olma”, “Açıl, bənövşəm, açıl”, “Köməyinə”, “Həşimov”, “Bayatılar” N1(55)
5.Qızqayıt MAHMUDOVA – “Dağlar oğlu”, “Darıxdım”, “İnana bilmirəm”, “Şəhidlər ölməyir”, “Ucaldı zəfər bayrağı”, “Xatirələrim”, “El oğlu”, “Sevgi payısan”, “Ağbaşım”, “Dözmədi” N1(55)
6.İsmayıl SALEH – “Oxu, tar”, “Azərbaycan”, “Allah, Allah”, “Torpaq udur, yenə laldır”, “İnsan torpağın, bulud səmanın”, “Peymanələr”, “Neyləmisən?”, “Qəzəllər” N1(55)
7.Sədaqət MƏMMƏDOVA – “O gün”, “Sən daşdan olaydın”, “Küskün görünür”, “Əsgər”, “Qayıt geri”, “Niyə soyumusan havalar kimi?”, “Tez solan güllər”, “Mənim dərd yüküm”, “Sevmə məni”, “Ey gənc alim” N1(55)
8.Orxan ƏSƏDOV – “Yarım”, “Yadına düşsəm də, qəti ağlama”, “Qarala”, “Öz oduna bizi atan dünyasan”, “Sonet-1”, “De”, “Sonet-2”, “Sən məni tək qoyub, hara getmisən?”, “Təzə il”, “Ay ana”, “Min cəfa görsəm əgər” N1(55)
9.Mehdi ZAHİD – “Deyərsən”, “Mən kiməm?”, “Zaman” N1(55)
10.Böyükağa AĞA – “Azərbaycan bayrağı”, “Olana”, “Əsgər qardaşım”, “Həkim”, “Olmayacaq”, “Özündən küssün”, “Əkməz”, “Dünyanı”, “Qaldı ürəklərində”, “Özünə öyrətmə”, “Pomidor”, “Gətirər”, “Bu adam” N2(56)
11.Zeynalabdin NOVRUZOĞLU – “Sözün içində”, “Qurğuşun yağışı yağdı Bakıya”, “Şair və şeir”, “Ümidsiz ölmək də istəmir adam”, “Mənim ömrüm mənə sahib çıxmadı”, “Böyüklük”, “Bəlkə göyərə”, “Axı qurd düşəcək göbələklərə”, “Salam”, “Sabir Rüstəmxanlısan”, “Ucuz ölüm axtarırsan”, “Təkcə mərdlər satılmır”, “Görüşərsiz”, “Nağıl ol”, “Bu torpaq düşmənə verilə bilməz”, “Haqqı danmayın” N2(56), “Yaşadım”, “Milli iftixarımız”, “Haqqı danmayın”, “Söz də metal kimi”, “Şair və şeir”, “Şükürlər olsun Allaha”, “Elə mənəm”, “Bizim şanlı ordumuz”, “O günah səninkidir” N3(57), “Bu dünya bir yaşıl yarpağa dəyməz”, “Bazarın ola”, “Vətən hamınındır”, “Dünyanın saçı ağardı”, “Müharibə”, “Uzanmır ki, uzanmır”, “Yerə baxıb”, “Öz ata-anasına”, “Bilmədim”, “Hörümçək”, “Vəfalı it”, “Yaman yorğunam”, “Allah, gədalardan uzaq tut məni”, “Satdılar onu”N9(63)
12.Qara MƏMMƏDOV – “Kəndimə” N2(56)
13.Əbülfəz ƏHMƏD – “Var”, “Ötən illərin xronikası”, “Üç-dörd kəlmə”, “Fikrət Qocaya”, “Bakı metrosuna”, “Tarixin əksiyi”, “Xoruz ilinə”, “İzmir zəlzələsinə”, “Adam gördüm”, “Əli bəy Azəriyə”, “İşdir, şayət”, “Nikola” N2(56), “Olan-qalanımız” (Ramiz İsmayılla deyişmə) N7(61)
14.Sevinc AZADLI – “Qəlbimin özüsən, xəbərin varmı?”, “Sonuncu nəfəsimsən”, “Bənövşə”, “Deyirdin mənsiz də bacaracaqsan”, “Elə bir yer ola, dünyadan uzaq”, “Eşq dolu bir qucaq pirdir, ocaqdır”, “Baxma, bu qatarın dalınca baxma”, “Çırpınıb durursan, ay ürək, niyə?”, “Toyuğun dərsi”, “Deyin ol yarə” N2(56)
15.Çiçək XALIQOVA – “Bir nişan ver, yar özündən”, “Zəfərimiz mübarək”, “Müharibə olmasın”, “Sonet”, “Dünya, sus, hələ sus”, “Payız”, “Allahımı tanıdım”, “Zəfər günü”, “Yaz bayram oldu” N2(56)
16.Çinarə NUR – “Ürəyim”, “Gənc yaşımda”, “İndi səni əvvəlkitək sevmirəm”, “Ürək səni sevmək üçün döyünür”, “Qovuşa bilməyənlər”, “Şəhid Ümman”, “20 yanvar”, “Xəyalıma gətirdim səni”, “Qadın”, “Yerin dolmur, ay ata” N2(56)
17.Elmira MƏMMƏDQIZI – “Bilməsən”, “Dünya”, “Vaxtıdı”, “Nə olar”, “Analar”, “Kimi”, “Dağlara”, “Şəhidlər”, “Düşünürəm”, “Ata ocağı” N2(56)
18.Maral ƏZİMOVA – “Ağaran saçına qurbanam, ana”, “Mən səninlə qürur duyardım, qardaş”, “Dərd üstünə dərd gətirmə”, “Dağtək ata nə acızdir”, “Bu gözəl həyatı hədər yaşama”, “Bəlkə bu, son yazım oldu” N2(56)
19.Ramiz İSMAYIL – “Gedirəm”, “Üç rəngli bayrağım”, “Yoxdur”, “Dünyamızın dəli olan vaxtıdır”, “Mənim”, “Mən kiməm?”, “Daha şeir yazmıram”, “Sən demə” N2(56), Qıfılbəndlər (Budaq Təhməzlə deyişmələr) N4(58)
20.Məhəmməd ƏLİ – “Düşmən xar olsun”, “Bilər”, “Donub”, “Qar yağır”, “İçimdə şimşəklər çaxır”, “Danışdım, söz oldu”, “Azaddır Xankəndi”, “Durmuşam mətin-mətin”, “Bilmədim”, “Gecələr”, “Dedim” N2(56), “Gözəl”, “Yollar, ömürlər” N3(57), “Bu dünya mənlik deyil, qardaşım” N6(60)
21.Budaq TƏHMƏZ – “Dağlara sözüm var” (poema), “Mən xoşbəxtəm”, “Əcəmi bağı”, “Yoldan çıxartdı məni”, “Mən şeir yazmayanda”, “Nə gözəlsən, Azərbaycan”, “Bu gecə” N2(56), “Olmaz”, “Mənim dünyam”, “Nəvələrim”, “Banu”, “Taci”, “Dəcəl Aypara”, “Usub”, “Ceyran”, “Gülşən”, “Üzgüçü İmir”, “Gülsara”, “Murad”, “Nigar”, “Sara”, “Salehin tapmacaları”, “Turanın tapmacaları” N4(58)
22.Şövkət BƏYLƏRLİ – “Qarabağ poeması” N2(56), “Müqəddəs ana”, “Arzu Balsəs xanıma”, “Zəfər günün mübarək”, “İnsan həyatı”, “Dost axtarıram” N4(58)
23.Esmira GÜNƏŞ – “Qadınlar”, “Qəlbi əsir qadınlar”, “Yol süpürən qadınlar”, “Qadın qəhrəmanım”, “Qadın istərsə…” N2(56)
24.Şərqiyə BALACANOVA – “Rəhbər dühası”, “Gülyazın”, “Xankəndi azaddır”, “Yenə bahar gələcək”, “Adi sürücüsən”, “Qəmərim”, “Ölsəm, ağlamayın”, “Ayanım”, “Müşfiqim”, “Sənan”, “İsmayıllı yazarları”, “Hamının sevimlisi”, “Gülərim”, “Arzuya çatmaq üçün”, “Onu izləməkdə gözəl bir həyat” N2(56)
25.Elxan MƏCNUNOV – “Ana eşqi sönməz olur”, “Xalqımın inamı əziz Prezident”, “İyirmi Yanvar”, “Şəhid ailəsi”, “Tövsiyə”, “Darıxmışam, ata”, “Ağlayacaqsan”, “Həkim var olsun”, “Nə var ki”, “Azərbaycan polisi” N2(56)
26.Həmzə ƏVƏZOĞLU HAQQANİ – “Sözü çox çeynəməyin”, “Mənim arzularım”, “Qurban olum”, “Uca göyə ucalanıq, dağıq biz”, “Mən şeir yazıram”, “Mən cahan mülkündə nadir inciyəm”, “Allahım” N2(56), İrfani nəzm xəzinəsi N4(58)
27.Əbdüləziz CAĞARLI – “Vətən şəhidləri”, “Azərbaycan bayrağı”, “Əsgər olmusan”, “Dilim”, “Cağar kəndi”, “Ana, ağlama” N2(56)
28.Təranə DƏMİR – “Həyat bir cür unudulur”, “Özümə”, “Baxmayın”, “Bir”, “Göz arasında”, “Bu gün”, “Ocaq”, “Dağın vüqarı zirvədi” N3(57), “Payız poeziya çələngi” N7(61)
29.Mübariz HÜSEYN – “Sular belə dənizinə qayıdır”, “Düzmü sandın, sən özünü, a dünya?”, “Can gedəndə”, “Bu gediş”, “Məni çox çəkirsən sınağa, dünya”, “Deyil”, “Görünür” N3(57)
30.Qüdsiyyə QÜDSİ – “Badına getdi”, “Ağlamazdı”, “Sənsiz”, “Bəhanə”, “Asıb”, “Buludlar da”, “İndi”, “Hardadır?”, “Qığılcım”, “Sürüdüm”, “Ruhun fəryadı”, “Hələ” N3(57)
31.Xatirə SƏFƏR – Poeziya çələngi N3(57)
32.Arzu HEYDƏROVA – “Yaxşı adam”, “Səni aparan qatar” N3(57)
33.Fazil AYDIN – “İtinə sahib çıx, ay it yiyəsi”, “Bir insan tapmıram bu yer üzündə”, “Sən Allah, siz mənə şair deməyin”, “Hara tələsirik?”, “Əllərini, əllərini ver mənə”, “O arzuma çatasıyam, çatası”, “Ağlayır qəbrimin baş tərəfində”, “Qayıdır Xan kəndinə”, “Şairin edam yerinə”, “Titrəyə-titrəyə”, “Mən kiməm?”, “Ürəyindən çıxart məni”, “Bu çörəyim daşdan çıxır” N3(57)
34.Ziyafət YƏHYA – Qəzəllər N3(57)
35.Mehri VAHABQIZI – Poeziya çələngi N3(57)
36.Ağakişi ÇİNGİZOĞLU – “Deməyin mənə”, “Sonet”, “Ana”, “Sevgilim”, “Mən səni dost kimi görürəm axı” N3(57)
37.Roza MƏSUM – “Ver mənə”, “Salatın”, “Mənəm”, “Dünyanın”, “Arasın məni”, “Dünya”, “Ötdü”, “Uşaqlar”, “Yaz”, “Bahar gəlir” N3(57)
38.İlhamə KƏDƏR – “Biri mən”, “Kimi”, “O gündən ki”, “Darıxıram”, “Gülü”, “İlahi”, “Yaralar”, “Qar adamlar” N3(57)
39.Yadigar TƏVƏKGÜL – “Ünvanlı şeir”, “Salam, ana”, “Azərbaycan qadını”, “Ay daş ürəklim”, “Adsız şeirlər”, “Dəli eşqi” N3(57)
40.Aynurə İNCİ – “Özüm oldum”, “Darıxmaq”, “Küsdüm”, “Gözümdə səni”, “Şəhidlər”, “Köçündə məni”, “Nağıllar”, “Gecələr”, “Qəm əsəri”, “Qadın”, “Vətən”, “Vəfasız”, “Allahın əmanətidir” N3(57)
41.Bahadur KƏRİM – “Məhtumqulu” (Türkmən ədəbiyyatı, dilimizə uyğunlaşdırdılar: Zəki BAYRAM YURDÇU, Rəhmət BABACAN) N3(57)
42.İltimas SƏMİMİ – “Güman yaşamaq”, “Nə halə salıb”, “Zaman”, “Yağış tək”, “Gümanla yaşayıram”, “Qış havası”, “Arzular boğulur”, “Gülüşlər çiçəklənir”, “Silmək olmur”, “İşıq axtarır”, “Ötər”, “Ağrısını” N3(57), “Görünür yerin”, “İnsana bəlli”, “Saf eşqim mənim”, “Günün xoş ötər”, “Alışmaqdadır”, “Ölüm”, “Kölgən”, “Yadımıza düşməzdi”, “İllərin tozu yatır”, “Qış da sənə bahar ola”, “Xəyala daldı”, “Dünya başıma dar gəlir”, “Bir az da ümid gərək” N6(60)
43.Səadət QƏRİB – “Sən yalandan gülürsən”, “Sözsüz nəğməm”, “Yaşamaq çətin”, “Ulu öndər”, “Səni özündən çox sevənin varsa”, “İstədim”, “Boş çərçivə”, “İnsanlıq, insan”, “Solan xatirələr”, “Gəncliyin uzaqdan baxıb kövrəlir”, “İnsan ömür boyu yıxılıb-qalxar”, “Bir gün gələr”, “Gəl”, “Həyat”, “Ev tikir”, “Sev məni” N4(58)
44.Hafiz ƏLİMƏRDANLI – Qəzəllər, rübailər N4(58), “Qəzəllər və rübailər” N7(61), “Qəzəllər, rübailər” N9(63)
45.Məlahət BEHBUDQIZI – “Doğulmuşam, öləcəyəm”, “Bircə şükür edək ulu Tanrıya”, “Sevgi dastanı”, “Sən bir yalansan”, “Çağır gülə-gülə sən”, “Bəşər övladı”, “Gətirir sənə”, “Nigaranam, necəsən?”, “Darıxıram, neyləyim?”, “Vətənin özüyəm”, “Tənha qadın”, “Bu şəhər”, “Bulud olmaq istəyirəm” N4(58)
46.Fəridə KÖÇƏRLİ – “Torpaq qarışıq su”, “Şəhidlər başlara bir papaq oldu”, “Şəhidlər”, “Gəlmədin qəlbimi yükün əyəndə”, “Ləçək kimiyəm”, “Sevgisiz bir ürək”, “Ölməyə nə var”, “Qarabağ”, “Anasının darağı”, “Alın darıxmağın əlindən məni”, “Dəyməz”, “Yuxusu qaçmış düşüncələr” N4(58)
47.Bəxtiyar ABBAS İNTİZAR – “Sensor”, “İntizar”, “Deyib”, “İstəmə”, “Baş qoyulanda”, “Bağlı”, “Misalım”, “Qəm yeri”, “Bazar şeiri”, “Gözlərim”, “Qonub”, “Ağır şeir”, “Bilməz”, “Üzüldüm”, “Unudulmuş şeirlər”, “Həmrənglik şeiri”, “Olasan”, “Hicran gəraylısı”, “Nəğmə”, “Başına”, “Bayatılar” N4(58)
48.Zahid YUSİFOV – “Yurd həsrəti”, “Qaytarmır məni”, “Dəniz sevgim”, “Taleyin”, “Günahkar”, “Qağa”, “İnadlı şeir”, “Günah şeir”, “Gizli sevgi”, “Qaçmaram”, “Gəlsin”, “Heçlik”, “Bu dünyanın”, “Ana”, “Səbr elə”, “Gəraylı”, “Savaş”, “Adsızlar” N4(58)
49.Seymur SÖNMƏZ – “Şair ləyaqəti”, “Sil getsin”, “Guya tanımırıq bir-birimizi”, “Niyə narazıyıq bir-birimizdən”, “Şəkillərin”, “Neynim”, “Bəyənmir ki, bəyənmir”, “Birin sən de, birin də mən”, “Sən və mən”, “Sənə sarı güllər dərdim”, “Səndən sonra”, “Bu şəhərdə bir qadın var” N4(58), “İnan, inanma”, “Dəlinin birinə rast gəlmişəm mən”, “Görüşək”, “Darıxsan, özün yazarsan”, “Ölsəm, məni ağlama ha”, “Kimsə məndə məndəki sən deyil ki”, “Dönüşü olmayır bu son mənzilin”, “Bir sən çatışmırdın, hər şey düz idi”, “Möcüzə göstərə Allah” N6(60), “Mənim Məkkəm anamdı”, “İstəsəm”, “Bəlkələrlə sevim səni”, “Dedilər”, “Yenə xəyallara dalıb bu gözəl”, “Saçımda görünən ağlar deyilmi?”, “Mən də köçəcəyəm günün birində”, “Şeirimdə”, “Sonradan bildim ki”, “Gördüm”, “İnan, inanma”, “Dəli kimi sevdim dəli birini” N7(61)
50.Ərzuman DAĞLI – “Arasında”, “Ötrü”, “Gərək”, “Mənim”, “Bağlıdı”, “Görüm”, “Dolandırar”, “Birdi”, “Çətindi”, “Döymə” N4(58), “Yamacındayam”, “Hər zaman”, “Köçkünlərə”, “Bilin”, “Azərbaycan”, “Ay qız”, “Ölmüşəm”, “Vətən məhəbbəti”, “Heç vaxt”, “Gözləyir” N7(61), “Vardır”, “Öləcək”, “Gəlməz”, “Bilsən”, “Deyil”, “Ölçülür”, “Daşkəsəndədi”, “Haqsızlıq”N9(63)
51.Aytac GÜNƏŞ – “Şairlik”, “Əsgər məktubu”, “Səbir”, “Adsızlar” N4(58)
52.Nəbibə HƏBİBİ – “Çəkməçi və balıq” (nağıl-dastan) N4(58)
53.Xaqani QAYIBLI – “Bu ömrümdə şair oldum”, “O qız”, “İçimdə payız sevinir”, “Bir gün olar”, “O mənəm”, “Adın dilimi qanadır”, “Ölüm üçün fərqi yox”, “Qaraçöp” N5(59)
54.Füzuli SABİROĞLU – “Unut məni”, “Mənə bənzəyir”, “Yollara”, “Unutmayın”, “Gedirsən”, “Gəldim”, “Yaşadım” N5(59)
55.Sakit İLKİN – “Sevirəm səni”, “Ağlayır”, “Getmə” N5(59)
56.Mirzəcan AĞABALAYEV – “Sevgi nağlı”, “Bu payız”, “Görünmür”, “Vida əvəzi”, “Sevinmə”, “Sevgi yaşım” N5(59)
57.Xatirə FƏRƏCLİ – “Bu nədi?”, “Qaldı”, “İçində”, “Sən adında” N5(59)
58.Fərqanə SƏFƏRLİ – “Gəlirəm”, “Yuxudakı ölüm”, “Bozlaşan şəhər”, “360 dərəcə”, “Mixəkli çay”, “Nigaran qalmasınlar”, “Uğur talismanı”, “Dan ulduzu” N5(59), “Darıxım payız kimi”, “Baharın son üfüqü”, “Yelləncəkli-yelkənli ömürlər”, “Dostluq müqaviləsi”, “Bölünmüşük zamanlara”, “Köhnəlmiş yeni il”, “Satarlar səni”, “Məndən aldılar”, “Zaman ağacı” N8(62)
59.Zülfü GƏNDƏBİLLİ – “Qoru vaxtı”, “Gördüyün deyil”, “Könlümüzün əsarəti” N5(59), “Boş qalmış yurd yerləri”, “Xudafərin körpüsü” N8(62)
60.Zöhrab MEHDİ – “Ömür”, “Qul olduq”, “Mən olsam” N5(59)
61.Şəlalə ŞƏFƏQ – “Bir qadın var”, “O qız”, “Gəlmisən”, “Sən”, “Ölən yerdə”, “Mən səni sevmədim ki” N5(59)
62.İqbal NƏHMƏT – “Sənin xətrinə”, “Unudaram”, “Bu kəndi yiyəsiz qoyub getməyin” N5(59)
63.Nadir QÜDRƏTOĞLU – “Öyrəndim, ata”, “Dostsuz da yetim qalarmış insan”, Sən necə istəksən” N5(59)
64.Nuranə RAFAİLQIZI – “Mənəm” N5(59)
65.Nargilə YUSİFQIZI – “Adam”, “Mən və mən”, “Qaranlıq”, “Qərib yolçu” N5(59)
66.Əmirəddin QUBATATİ – “Çörək”, “Yazdım ki, izim qala”, “Səndən başqa kimim var?” N5(59)
67.Süleyman SƏRRAF – “Yaşadır”, “Susuram”, “Təkin məhəbbəti”, “Aşiq olan” N5(59)
68.Ulduz SƏRDARQIZI – “Bir qadına”, “Unuda bilmirəm”, “Qayıt, uşaqlığım”, “Tənha qalmaq istəyirəm” N5(59)
69.Əlövsət HƏKƏRİLİ – “Sabah gələcək”, “Göyərçin”, “Sevgilim”, “Danışa bilək”, “Payız gəldi” N5(59)
70.Rüfət ƏHMƏDOV – “Sevdiyim yerdən”, “Ayrıldığımız gündən”, “Saat səsi”, “Qəlbin duymadı”, “Necə bağışlayım ki?”, “Vəfasız insanlar”, “Xətrimə dəydin”, “Yaşamaq olmur”, “Sənsiz səhərlər” N5(59)
71.Qüdrət ƏHMƏDOV – “Ay sədəfli saz”, “Ana”, “Ağarır saçlarım” N5(59)
72.İbrahim YUSİFOĞLU – “Bu səsə dözə bilmirəm”, “Yaylaq lövhələri”, “Gəlmişəm sizləri görəm, a dağlar”, “Çiçəklə, badam ağacı”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Dağlardan o yan da dağlardı, ana”, “Bir də ələ düşməz bu yaz yağışı” N6(60)
73.Zaur USTAC – “Hürriyyət elçisi” (elegiya) N6(60), “Hər səngər məbəddi, pirdi hər əsgər” N7(61), “Payız”, “Yarım bardaq”, “Bənövşə”, “Nə gözəl”, “Bəlkə də”, “Yarpaq və torpaq”, “Yaz sevdası var”, “Şahi-cahan”, “Yaradan yaratdı”, “Gəzdim” N9(63)
74.Günay ƏHMƏDLİNSKAYA – “Turan var”, “Bağlanma dünyaya”, “Gedib”, “Bir qadın var”, “Qürbətin qadınıyam”, “Gedəni”, “Oyanan qadın”, “Sevərsən”, “Bilməzsən” N6(60)
75.Polad İBRAHİMOĞLU – “Tapşır”, “Gəlirəm”, “Bilmədim – 1”, “Deyildi”, “Dostlarım”, “Sənin”, “Bilmədim – 2”, “Ağlayırdı”, “Adam”, “Həvəsindəyəm” N6(60), “Bilmədim”, “Nədəndi?”, “Mənə”, “Baxmır”, “İnciməsin”, “Sinəmə”, “Qalmadı”, “Bilmirəm”, “Səni”, “Salacaq”, “Sevindim” N9(63)
76.Xəlil TAHİRBƏYLİ – “Özün gəl”, “Tamahkar” N6(60)
77.Məzahir AĞAYEV – “Mavi Xəzərim”, “Gözəl Lənkəran”, “Sərhədçi əsgərlər”, “Mənəm”, “Sən oldun”, “Gülümsən, gülüm”, “Xoşbəxt qadın”, “Tapmayacaqsan”, “Qara gözlərin” N6(60)
78.Həqiqət ŞAMİLLİ – “Şəhid qızı”, “Sən başqa adamsan, mən başqa adam”, “İlləri geriyə qaytara bilsəm”, “Şəhidlər xiyabanı”, “Yuxuma gəl, görüşək”, “Qəlbini təmiz saxla”, “Mən belə dünyanın nəyini sevim? N6(60), “Rəssam, çək şəklimi, əgər bacarsan”, “Şəhid general Polad Həşimov”, “Şuşa ayağa qalxdı”, “Ruhuma musiqi salmısan, ana”, “Həm bir hakim oldum, həm cani oldum”, “Göyçə eli qumaş deyib çağırır”, “Bayatılar” N7(61)
79.Əhməd HAQSEVƏR – “Qıfılbənd”, “Sonet”, “Qəzəllər”, “Payız notları”, “Gündüzlər qısalır ömrümüz kimi”, “Ömür yolu”, “Tərəzi”, “Gəldi”, “Adam alqışlar Allahı”, “Otaqda neçə nəfərik?”, “Nar satışı”, “Ən güclü adam” N7(61)
80.Həsən MİRAT – “Ata”, “Kişi”, “Zaddan”, “Qazi”, “Eşşək”, “Əvvəl-axır”, “Daxma” N7(61)
81.Anar ƏHMƏDOV – “Azərbaycan – Özbəkistan”, “Mən bir gün gedəcəyəm Özbəkistana”, “Şəhərlər şəhəri gözəl Səmərqənd” N7(61)
82.Natəvan ASLAN (MEHDİYEVA) – “Borçalıya”, “Qaldı”, “Payızın yanında”, “Yenə bu payız”, “Həsrət”, “Küsən şeirim”, “Dincliyim”, “Yaxşı deyiləm”, “Bilmədi”, “Darıxırsan” N7(61)
83.Damət SALMANOĞLU – “Sevdim”, “Dənizdən payızın qoxusu gəlir”, “Ayrıldıq”, “Əlini əlimdən üzən deyiləm”, “Gəlib”, “Söylə”, “Məni yaşat baxışlarında”, “Payız düşüncələri”, “Zominin dağları”, “Günəş qucaqlaşır mavi dənizlə”, “Hər qələm şeir yazmır, əzizim” N7(61)
84.Ələsgər TALIBOĞLU – “Uşaq şeirləri” N7(61)
85.Erkin VAHİDOV – “Özbəyim” (qəsidə), (Özbəkcədən çevirən: Yaşar Qasımbəyli) N7(61)
86.Sayad RAMAZANQIZI – “Salam olsun”, “Külək”, “Ömür yolu”, “Rənglər dünyası”, “Dağlar qızı”, “Bayatılar” N7(61)
87.Sayad ABULOVA – “Qızılgül”, “Eylərdim”, “Təbib”, “İstər”, “Həkim”, “İstisu”, “Neyləsin?”, “Torpaq”, “Ana yurdum”, “Vəsiyyət” N7(61)
88.İbrahim İLYASLI – “Qarşınızda bir ömür sayğı duruşundayız”, “Zəfər marşı”, “Açılır”, “Hulisi Akar paşa” N8(62)
89.Namiq MÜSLÜMOV – “Bu gün yağış yağır”, “Yaşadım”, “Bacarmıram”, “Qədər”, “Nə yaxşı ki, varımsan”, “Səndən başqa”, “Gəlmisən” N8(62)
90.İlhamə MÜSLÜMOVA – “Gələn deyiləm”, “Nağıl”, “Daha səni düşünmürəm”, “Bir gün biləcəksən” “Yaşayırıq”, “Hardasan?”, “Sətir kimiydi”, “Heyif” N8(62)
91.Etibar NASİR- “Səni istədim”, “Yük olmağa gəlmişik”, “Çölümü də yandırır”, “Mənimçün” N8(62)
92.Sahibə YUSİF – “Kölgəyik”, “Qapım üzünə açıqdır”, “Qayıtma” N8(62)
93.Ceyhun GÖYÇƏLİ – “Qəlbimə”, “Ayrılırıq biz”, “Məni bu şəhərdə sevən olmadı”, “Şəmkirli qız”, “Kəndə yağış yağanda”, “Sevsək, günahmı olar?”, “Yad insanlarıq” N8(62)
94.Sona HİKMƏT – “Dəli deyiləm”, “Axı gəlməliydin…”, “İndi”, “O bağışlamır” N8(62)
95.Hicran ƏHMƏDLİ – “Rəssam, dərdimi çək”, “Payıza salam deyək”, Xəyalım tərsinə olubdur mənim” N8(62)
96.Murad ZİYA – “Qızım”, “Ağlayan qadın”, “İlk məhəbbətin”, “Qocalıram”, “Ürəyimin qapısı”, “Təsadüfümsən”, “Sənə yaxınlaşıram”, “Tənha qadın” N8(62)
97.Əlövsət HƏKƏRİLİ – “Azərbaycan əsgəri”, “Qubadlım”, “Sumqayıt”, “Ümid qaldı payıza”, “Ruhdan düşmədim”, “Yanımdan keçən adam”, “Bizi bağışlamaz”, “Günüm qaradı”, “Bəxtim oyanmadı”, “Şair Ramiz Rövşənə” N8(62)
98.Mənzər ƏLİQIZI – “Ana dilim”, “Turan elləri”, “Haqq desə bəşər…”, “Qoca”, “Bəşərin dərdi” N8(62)
99.Elvin İNTİQAMOĞLU – “İki günlük…”, “Halallıq”, “Heç biri” N8(62)
100.Gülbacı İSRAFİLQIZI – “Yaşasın Azərbaycan”, “Yenə yağır yağışlar”, “Ana”, “Azan”, “Dua edək Allaha”, “Bayramınız mübarək” N8(62)
101.Əbülfət MƏDƏTOĞLU – “Özümdən özümə təsəlli”, “Özümə məktub”, “Ayaqda dayana bilsin”, “Səsini”, “Bu da bir gerçək”, “Xoşbəxtlik təsəllisi”, “Sən olmusan, sən”, “Qədər” N9(63)
102.Arif MUSA – “Qayıda bilmirəm kəndə haçandı”, “Həsrətin göz yaşı”, “Arzu ömür uzatmır”N9(63)
103.Süleyman ABDULLA – “Ey dost”, “Yağmurlu bir gündə”, “Varoğlu varın şeiri”, “Nağıl şeir”, “Şükür ağrılara”, “Düzələn deyil”, “Dünyanın sən üzü”, “Qürub vaxtı qərq olmağın şeiri”, “Olanların şeiri”, “Bir ömürlük hesabat”, “Bu məmləkətdə”, “Adəmə”, “Bu dünyada”, “Ölməli şeir”, “Olmaz”, “Bilirəm”, “X-in şeiri”, “Çıxdaş olası şeir”, “Bilmədiyimiz şeir”N9(63)
104.İbrahim MUSTAFAYEV – “Anacan”, “Deyər”, “Atacan”, “Sən küsüb gedəndən”, “Hicran nəğməsi”, “Bayrağım”, “Vuruldum”, “Getdi”, “Ola bilməz”, “Oynasın”N9(63)
105.Elxan CALALOĞLU – “Dəyişdi”, “Vaxtıdır”, “Gəlmisən”, “Şəhid anam”, “Bu çinar mənimlə qoşa qocalır”, “Yana-yana”, “Dünya köçün yola salır”, “Oyat məni bu yuxudan”, “Hardasan?”, “Kor kimi yaşamaq olmur”N9(63)
106.Elmir QARAYEV – “İçində”, “Bülbül”, “Bildim”, “Dalıyca”, “Zay oldu”, “Axı”, “Ağlayan uşaq”, “Mən”, “Sənsiz”, “Qəriblik” N9(63)
107.Kirman RÜSTƏMLİ –“Nənələr”, “Payız olayları”, “Düzəlmir dünya”, “Zəfər yolu”, “Çinar ağacım”, “Gözəl”, “Qəbrim üstə gələn qadın”, “Dünya sülhə can atır”, “Yuxulu dəniz”, “Gözlərin”, “Saman yolu”, “Azadlığım”, “Gül ömrü”, “Hürr et məni”, “Yeni yaşıma”, “Ömür yarpağı”, “Sarı gəlin”N9(63)
108.Elpərəst YUSİFOĞLU (QULİYEV) – “Dünya bizə ana olsun”, “Biz Təbrizə gedəcəyik” N9(63)
109.Faiq LAÇINLI – “Çox şükür” N9(63)

Publisistika
1.Əli BƏY AZƏRİ – “Güclə ağılın mübarizəsi”, “O vaxtdan 9 il keçdi” (Zəngilanlıların “Qızıl Zəngilan” jurnalının 9 yaşına) N1(55), “Kitab oxumamağın fəsadları” N2(56), “Qərbdə elədir, bizdə belədir”,
“Nazim Hüseynovun rəsm əsərləri – Zəngilanlıların yurd həsrətinin ifadəsi”, “Gözəl təşəbbüsün incə məqamları” N3(57), “Nə dəyişib?” N4(58) “Balıq dəryada böyüyər” N5(59), “Parlament seçkilərində şair faktoru”, Nəzmə çəkib nəğmə kimi” N6(60), “Sərgi, yarmarka, yoxsa kitab bazarı?”, “Damət Salmanoğlunun şeirləri özbək dilində” N7(61), “Vəkil obrazı” N8(62), “Kitaba və kinoya maraq”, “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) N9(63)
2.Arifə KƏRİMOVA – “Qumral gözlü şəhidim, və ya, çəhrayi güllər” N1(55)
3.Ramiz İSMAYIL – “Akademik” N1(55), ““Üç-dörd kəlmə”dən sonra bir neçə söz” (Əbülfəz Əhmədin kitabına) N2(56), “Dərin mənalı bayatılar” (Həqiqət Şamillinin “Rəssam, çək şəklimi” kitabı haqqında) N7(61), “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına)N9(63)
4.Ələsgər TALIBOĞLU – “Torpaq adamlarının həyat hekayəsi” N1(55), “Söz çəmənində söz göyərdən şair” (İ.Yusifoğlunun 70 yaşına) N6(60)
5.Nazim TAPDIQOĞLU – “Füzuli rayonunun tarixi-mədəni abidələri, bəzi oykonimləri, turizm ehtiyatları və inkişaf perspektivləri” N1(55)
6.Füzuli Baratov – “Xaçmazın Nərəcan kəndi” N2(56), “Mir Cəfər Bağırov” N3(57)
7.Kənan HACI – “Günahkar və günahsız qadınların taleyi” N2(56)
8.Balayar SADİQ – “Baharın yetmiş yeddinci çağında” (şair Hafiz Əlimərdanlının yaradıcılığı haqqında qeydlər) N2(56)
9.Rəna MİRZƏLİYEVA – “Günəş ömürlü bacım” N2(56)
10.Saadiyə XANLAROVA – “Naxçıvan əlyazmaları” N2(56)
11.Esmira GÜNƏŞ – “Babamın ocağı” N2(56)
12.Təranə DƏMİR – “Davamı görünməyən mübarizə” (Əli bəy Azərinin “Erməni Borisov” povesti haqqında) N2(56), ““Sərhədçi zabitin etirafı” niyə ədəbi hadisəyə çevrilmədi?” (Əli bəy Azəri ilə müsahibə) N3(57), “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac yaradıcılığı haqqında) N7(61)
13.Şıxamməd SEYİDMƏMMƏDOV – “Elxan Məcnunovun poetik dünyası” N2(56)
14.Nəzakət EMİNQIZI – “Laçından Xaşmaza köçən nənəm” N2(56), “Zəfər yolu ilə səfər” N6(60)
15.Məhbubə ƏLİŞZADƏ – “Gənc müəllimin uğur pillələri” N2(56)
16.Sabir BƏŞİROV – “Qiyamətə qalan qisas” N3(57)
17.Röya TALIBLI – “Qərbi Azərbaycanda multikultiralizm” N3(57)
18.Sabir ŞİRVAN – “Məhəmməd Əlinin söz aləmi” N3(57)
19.Məhəmmədəli ZAMANOV – “Şair Sabir Şirvanın “Söz ömrü” kitabı haqqında düşüncələrim” N3(57)
20.Ruqiyə İSMAİLOVA – “Qərbi Azərbaycanın Atəşpərəstlik məbədi” N3(57)
21.Xatir ƏLİYEV – “Doğma yurdumuz Qərbi Azərbaycan” N3(57)
22.Mahir CAVADLI – “Ayaz gülüşünün yaz təbəssümü” N3(57), “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü”N9(63)
23.İbrahim YUSİFOĞLU – “Zirvədən ucada dayanan şair” (Zeynalabdin Novruzoğlu yaradıcılığından) N4(58)
24.Zeynalabdin NOVRUZOĞLU – “Slava KPSS”, “Demokrat Dadaş”, “Başa düşmədiyim şeylər”, “Nə deyim, nə eşidim”, “Hansını seçim”, “Qızıl balıq”, “Aktyorlar”, “Köhnə parçadan təzə kepka”, “Şapalaq” N4(58)
25.Nəsib ABİD – “Ayaz İmranoğlunun lirikası – ruhun həyat dili” N4(58), “Uşaq dünyasına sevgi şairi” (Əhməd Haqsevərin 70 yaşına)N7(61)
26.Xuraman ZAKİRQIZI – “Bir mərd dəyərlidir qorxaq yüzündən” N4(58)
27.Səadət QURBANOVA – “Keçmişə nəzər” (Özbəkcədən çevirəni Şahməmməd Dağlaroğlu) N4(58)
28.Akif İMANLI, İbrahim YUSİFOĞLU – “Budaq Təhməz yaradıcılığı” N4(58)
29.Sabir RÜSTƏMXANLI – “Ayrılığın və təkliyin sözü” N5(59)
30.Vaqif YUSİFLİ – “ Üç Müşfiq” N5(59)
31.Qurban BAYRAMOV – “Boyuna sevgi biçilən şair” N5(59)
32.Qəşəm NƏCƏFZADƏ – “Unutduqlarını yenidən yaza bilmək” N5(59)
33.Mərziyyə NƏCƏFOVA – “Döyüşçü şair Emin Piri yaradıcılığında müharibə” N5(59)
34.Sevinc HƏMZƏYEVA – “Bir ömür sevincdən süzülən kədər” N5(59)
35.İbrahim İLYASLI – “Şairlik taledir” N5(59)
36.Xəyalə HƏMZƏLİYEVA – “Şühədaya şahidlər” N5(59)
37.Amin NAMAZLI – “Poeziyadan mifik dünyaya açılan qapılar” N5(59)
38.Elvin İNTİQAMOĞLU – “Şəhidlərimizin xatirəsinə” N5(59)
39.Vüqar ƏHMƏD – “Ziyalı ömrünün akkordları” (şair İbrahim Yusifoğlunun 70 yaşına) N6(60)
40.İntizar TURAN – “Füruzə Məmmədlinin çoxşaxəli yaradıcılıq yolu” N6(60)
41.Göyərçin KƏRİMİ – “Polis generalı, və yaxud, hardan başlayır Vətən?” N6(60)
42.Nağdəli KEŞTƏKLİ – “Damət Salmanoğlu: ictimai-siyasi şeirlər müəllifi” N6(60)
43.Arzu HEYDƏROVA – “Yurdumun haqsevər şairi” (Əhməd Haqsevərin yaradıcılığı haqqında) N7(61)
44.Şahlar HACIYEV – “Cavabsız suallara cavab axtarışı” (Əli bəy Azərinin “İki zəngəzurlu zabit” romanı haqqında) N7(61)
45.Əhməd HAQSEVƏR – “Fəridə Köçərli yaradıcılığının özünəməxsusluğu” N7(61)
46.Ülviyyə ƏBÜLFƏZQIZI – “Yazıçı müstəntiq deyil ki, təsvir etdiyi hadisələrin səbəblərini araşdırsın” (Yazıçı Əli bəy Azəri ilə müsahibə) N7(61)
47.Fəridə HİCRAN – “Həqiqət Şamillinin vətənpərvərlik şeirləri” N7(61)
48.Ramiz GÖYÜŞOV – “Məmməd İsmayıl – 85: Ömür poetik etiraf kimi” N8(62)
49.Vilayət QULİYEV – “Rəşadın rəşadəti: Rəşad Məcidin 60 yaşına” N8(62)
50.Azər TURAN – “Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində” N8(62)
51.Aysel XANLARQIZI – “Qənirəsiz bir il…” N8(62)
52.Hikmət MƏLİKZADƏ – “Torpağı daddırdı bizə palçıqlı gölməçələr…” N8(62)
53.Tural ADIŞİRİN – “Min il bundan əvvəlin və min il bundan sonranın şairi” N8(62)
54.Şakir ALBALIYEV – “Missiyası ruh oxşayan misralar” N8(62)
55.Nurlanə HÜMMƏTQIZI – “Bölgələrdə ədəbi həyat – 2023” N8(62)
56.Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) N9(63)
57.Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) N9(63)
58.Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) N9(63)
59.Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” N9(63)
60.Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) N9(63)
61.Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) N9(63)
62.Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim) N9(63)

“XƏZAN” JURNALI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Məlumatı hazırladı : Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZİYADXAN BUDAQDAN ON DÖRDÜNCÜ BUDAQ

ZİYADXAN BUDAQDAN ON DÖRDÜNCÜ BUDAQ

“Bax budur yaşamaq” şeirlər kitabı ilə baş-başa…

Ziyadxan Budaq imzası Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış onlarla parlaq imzadan biridir. Onun yaradıcılığı ilə tanışlıq geniş oxucu kütləsinə doğmadır. Həm bir qabaqcıl təhsil işçisi, həm ötkəm şair olaraq ulu sözün imkanlarından məharətlə istifadə etməyi bacaran şairdir. İlk tanışlığımızdan xeyli müddət keçib. Poeziyasına nəzər salan kimi yaradıcılığı ilə şəxsiyyətinin vəhdət təşkil etdiyi qənaətinə gəlmişəm. Nitqində necə natiqdirsə, poeziyasında da ustadlara bənzəməyə çalışır, daha çox ibarəli kəlamlar işlədir, dərin mənalı ifadələrə üstünlük verir.

Şairin on dördüncü şeirlər kitabı oxucularla son görüşünün müjdəsidir. “Bax budur yaşamaq” adlanan kitaba şairin bir poeması və müxtəlif vaxtlarda yazdığı şeirləri toplanmışdır. Kitab şeirlərin birinin adı ilə belə adlandırılmışdır. Kitabın redaktoru “Sarı Aşıq” məclisinin yaradıcısı və aparıcısı Adil Cəfakeşdir. Son səhifədə kitabın “Bakı mətbəəsi” ASC-də hazır depozitivlərdən ofset üsulu ilə hazırlandığı qeyd olunub. 336 səhifədən ibarətdir.

Kitab “Vətən sevgisi” şeiri ilə açılır. Təbiidir, hər şairin yaradıcılığında baş mövzu Vətəndir.

Yaxşı bilir Vətən özü, canım onun sipəridir,

Qeyrətimin qan üzündə, hünərində görünür o.

Gözüm onun varlığıdır, kirpiklərim çəpəridir,

Bu dünyanı heyran qoyan zəfərimdə görünür o.

Təkcə zamanın hadisələri aşılanmır, burda həm də mövqe sərgilənir. Şair lirik qəhrəmanın dili ilə hay-küysüz, pafossua ürək sözlərini, qürur hissini nəzmə çəkir, gücümüzün, qüdrətimizin tərənnümü kimi zəfərimizin dünyaya bəlliliyinə eyham vurur.

“Bu illərdə doğulanlar” şeirini də məna-məzmun cəhətdən ağırçəkili şeirlərdən hesab etmək mümkündür. Şair deyir:

Azadlığın rənginə bax! Bəxtim kimi ağdır elə,

Ana yurdun bütövlüyü cah-cəlallı bağdır elə.

Sevincə bax! Şadlığa bax! Unudulmaz çağdır elə,

Bu illərdə doğulanlar bunu yurda pay yetirdi.

Sözsüz ki, şeir Vətən müharibəsindən sonra yaranıb. Azərbaycanın hər zaman başının üstünü qara buludlar alanda həmin dövrün əli silah tutanları silaha sarılıb ana yurdun müdafiəsinə qalxıblar. Bu, min illər boyu dəfələrlə təkrarlanıb. Şairin şeiri hər zamana uyğundur, aktualdır.

“Döyüş meydanı” şeir bir az nikbin notlar üzərində köklənsə, bədbin görünsə belə çılpaq həqiqətdir. Cəng meydanının real təsviridir.

Bir ayrı dünyadır döyüş meydanı,

Ölməzlik, Dönməzlik qoşadır burda.

Oğullar Vətənin axır gümanı,

Oğullar şəhidlik yaşadır burda.

Qeyrətə sığınmaq bir ayrı hünər,

Güllədən yayınmaq Allah işidir.

Göydə alışanlar torpaqda sönər,

Bu da cavanların bir vərdişidir.

“Bax budur yaşamaq” şeiri şairin lirik qəhrəmanı ilə dünyanın nizam-tərəzisinə ötərgi baxışıdır. Bu mövzuda çox şair qələmini sınayıb. Müqəddəs söz isə həmişə aktualdır, orijinaldır, işlətmə yerinə uyğun bənzərsizdir, öykəmdir. Görün Ziyadxan Budaq nə deyir?

Özündən ayrılıb, təklənib dünya,

Mənim qeyrətimə köklənib dünya.

Şövkətim-şanımla köklənib dünya,

Bax budur yaşamaq! Bax budur ömür!

Hansı şeirini seçəsən? Hansından misal gətirəsən? Bunları sözgəlişi demək mümkün deyil. Sanki, Ziyadxan Budaqın on dördüncü şeirlər kitabına çoxşaxəli yaradıcılığının ən yaxşı şeirlərini seçib toplayıblar. Bəs onda niyə “Seçilmiş əsərləri” deyil, şeirlərdən birinin adı ilə “Bax budur yaşamaq” adlanır?

Sualların cavabı cox sadədir. Ziyadxan Budaq bizim ustadlardan biridir, ustadların mənəvi törəmələrindəndir. O, şeiri, poeziyası ilə bunu isbatlayır. Yaradıcılığı önümüzdədir. İstər sağdan sola vərəqlə, dəyərləndir, istər soldan sağa… İstər ağırçəkili qəzəlini, poemasını, on dörd hecalı şeirlərinə nəzər sal, istər heca vəznində yazılanlara… hətta dildə ritmik oynayan, az sözlə çox məna, mətləb bildirən dərin məzmunlu bayatılara bax. Ziyadxan Budaq məsuliyyəti hər şeirdən, hər misradan, hər söz birləşməsindən boylanır, deyir mən burdayam.

Amma hərdən şair də özündən çıxır. Söz qanmayanları görəndə coşur. Bu da təbiidir. Yurdun oğlu silahlanıb Vətənin müdafiəsinə qalxdığı kimi Əlahəzrət SÖZü də müdafiə etmək hər bir qələm əhlnin müqəddəs borcudur.

Sənin nə vecinə ziyalıyam mən,

Sənin nə vecinə söz adamıyam.

Düşünə bilənin xəyalıyam mən,

Duyan kimsələrin öz adamıyam.

Mənim kimliyimdən sənə nə ziyan?

Onsuz da görmürsən, heç baxma yenə.

Bir deyil, beş deyil şairi duyan,

Sən varsan, ya yoxsan, nə fayda mənə? (“İrad” şeiri)

Məncə, şərhə ehtiyac yoxdur. Dünya yaxşılardan xali deyil. Nadanlardan çox millətin aydınlarıdır.

Kitaba şairin qəzəlləri, bayatıları və “Lə İləha İlləllah” poeması da daxil edilmişdir.

Bütün bunlar, əlbəttə ki, ədəbi tənqidin, mütəxəssislərin süzgəcindən keçməli və dəyərləndirilməlidir. Atüstü söhbətin müzakirəsi deyildir. Mən, sadəcə olaraq göz gəzdirdim, ruhumu oxşayan, ovqatı kökləyən şeirlərdən tək-tək nümunələr göstərməyi özümə borc bildim.

Kitab qalın üz qabığı ilə nəfis tərtibatla nəşr olunub. Sözsüz ki, kitabda müəyyən texniki qüsurlar da var, bunlar sırf nəşriyyat xətalarıdır. Həmin xətalar şeirlərin dolğunluğuna heç bir təsir göstərmir.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru