Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm. Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm. 412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb. Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır. Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir. Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər… Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.
Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.
“Zəngəzurda “BACA – BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri
Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Müzəffər Ali Baş Komandanımızın xeyir-duası ilə Qərbi Azərbaycan icmamız da yaranıb. İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və bu yolda heç nə, heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək… Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi. Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailələrinin doğmaları da iştirak edirdi. Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Və bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Azadə xanım bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “BACA-BACA”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik… Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı “BACA-BACA” tonqalının ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması! Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca – ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi. Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. Sayman müəllim Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir. Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı. İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı. Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi. Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq… Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi. Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də nümayiş etdirilirdi. Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik. “Baca-baca” mız mübarək!
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər SSRİ Nazirlər Sovetinin qərarı JV»754 10 mart 1948-ci U. Moskva, Kreml SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qərarına əlavə olaraq SSRİ Nazirlər Soveti qərara alır: 1. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına tamamilə köçürülmüş kolxozlara onlarda olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini, bütün növlərdən olan qara-malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə natural və digər fondları) yardımçı müəssisələr (dəyirmanlar, dinglər, elektrik stansiyaları) və digər istehsalat, mədəni – məişət tikililəri istisna olmaqla, özlərilə aparmağa icazə verilsin. 2. Müəyyən edilsin ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına kolxozçuları köçürülən Ermənistan SSR-in kolxozları köçürülən kolxozçulann payına düşən daşınan əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini bütün növlərdən olan qara malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini, natural və digər fondları) köçürülmə faizində onların tərkibinə daxil olduqları kolxozlara verirlər, onların payına düşən daşınmaz əmlakın (çoxillik bitkilərin, dəyirmanların, elektrik stansiyalarının və digər təsərrüfat və məişət tikililərinin) dəyəri isə Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilmiş müddətlərdə məskunlaşma yerlərindəki kolxozlara verilir. 3. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlarla, kolxozçularla və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də saxladıqları əmlaka görə hesablaşmaların qaydasını bir ay müddətində müəyyən etsinlər. 4. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, köçürülən kolxozçulara, həmçinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən fəhlələrə və qulluqçulara çıxma yerlərində onlara məxsus evlərin satılmasında kömək etsinlər. 5. Azərbaycan SSR Nazirlər Sovetinin köçürülən əhalinin təsərrüfat quruluşu və kolxoz təsərrüfatlarının köçürülməsi şöbəsinin Azərbaycan SSR Nazirlər Sovetinin köçürülmə idarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin. 6. Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə köçürülən kolxozlara, köçürülən kolxozçulara texniki yardım və inşaat materialları ilə təmin edilməkdə yardım edilməsi, habelə göstərilən köçürülmələrin abad məskunlaşması üçün zəruri olan yardımçı müəssisələrin tikilməsi həvalə edilsin. 7. Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə “Azərköçürmətikinti” kontorunun bazasında “Azərköçürmətikinti” tresti, onun Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə tabe etməklə, təşkil edilməsinə, habelə göstərilən trestdə Salyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdırma kontorları təşkil edilməsinə icazə verilsin. 8. Azərbaycan SSR Nazirlər Sovetinə: a) kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SS R-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi dövrü üçün Ermənistan SSR-də (İrəvan şəhərində) nümayəndəlik təşkil etməyə; b) azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsilə əlaqədar hazırlıq işlərinin apanlmasına (layihələşdirməyə, yardımçı müəssisələrin tikilməsinə, meşə-sənaye təsərrüfatlarının təşkilinə, materiallar, tikinti avadanlığı, nəqliyyat vasitələri alınmasına) respublika üzrə mərkəzləşdirilməmiş (limitdən kənar) əsaslı xərclərə 1948 ci il üçün nəzərdə tutulmuş məbləğ hesabına 1948-ci ildə 11 milyon manat xərcləməyə; c) Molotov vilayətində meşə materialları tədarükü üzrə işlər üçün və Azərbaycan SSR-in Kür-Araz Ovalığında Suvanlan Torpaqların Mənimsənilməsi İdarəsinə apardığı işlər üçün respublikanın kənd əhalisi arasından 1948-ci ildə 700 nəfər təşkil edilmiş toplama aparmağa icazə verilsin. 9. Azərbaycan SSR Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə: a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələr tikilməsi üzrə işlər aparmağa, həmçinin kənd təsərrüfatı komitəsilə razılaşdırılmış maliyyə-hesablamaları üzrə köçürülmə tikintisinin gələcək genişləndirilməsinə hazırlıq tədbirləri görməyə: b) 1948-1950-ci illərdə Molotov vilayətində meşə-sənaye təsərrüfatının istehsal gücünü artırmağa icazə verilsin. 10. SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və Traktor Sənayesi nazirliyinə, Maşınqayırma və Cihazqayırma Nazirliyinə, Elektrik Sənayesi Nazirliyinə, SSRİ Ət və Süd Sənayesi Nazirliyinə, SSRİ Tikinti Materialları Sənayesi Nazirliyinə, Kimya Sənayesi Nazirliyinə, SSRİ Yeyinti Sənayesi Nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz Ovalığında Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsi üçün Əlavəyə uyğun miqdarlarda avadanlıq və materiallar göndərsin. 11. Mərkəzi Kooperativlər İttifaqına tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlara və kolxozçulara satmaq üçün Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla inşaat materialları və avtomaşınlar gətirsin. 12. Yollar Nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Kür-Araz Ovalığına Suvarılan Torpaqların Mənimsənilməsi İdarəsinə Azərbaycan Dəmir Yolunun Lənkəran, Salyan, Sancalar, Saatlı, Qırmızıkənd, Dayıkənd, Papanin, Yeni Osmanlı, Daşburun, Ucar və Masallı stansiyalarında dəmir yolunun ixtiyarında olan sahə hüdudlarında göndərmə-yükləmə meydançalarına dalanlar çəkilməklə boşaltma-yükləmə və rels anbarları üçün hər birinin uzunluğu 600 metr olan sahələr ayırsın. Göstərilən işlərin apanlması Azərbaycan SSR Kür -Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə həvalə edilsin. 13. SSRİ Kənd Təsərrüfatı Nazirliyinə 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycan SSR-in meşə materiallan tədarükü təşkilatlarına satmaq üçün atçılıq zavodlarından çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin. 14. SSRİ Nazirlər Soveti yanında Dövlət Ştat Komissiyasına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Soveti yanında təşkil edilən Köçürülmə İdarəsinin, “Azərköçürmətikinti” Trestinin və onun tikinti-quraşdırma kontorlarının, habelə Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR-in İrəvan şəhərində nümayəndəliyinin ştat cədvəllərini bir ay müddətində nəzərdən keçirsin və təsdiq etsin. SSR İttifaqı Nazirlər Sovetinin sədri İ. Stalin SSRİ Nazirlər Sovetinin İşlər müdiri Y. Çadayev.