Etiket arxivi: İSMAYILLI

31 yanvar M.Ə.Rəsulzadənin doğum günüdür

31 yanvar M.Ə.Rəsulzadənin doğum günüdür

Bilirdinizmi? Lahıcda M.Ə.Rəsulzadə 2 ay 17 gün Qaçaq Əli Əhmədoğlu adı altında yaşayıb. Təqribən 3 ayda 30 ev dəyişib izi itirmək üçün.

Bu Post Azərbaybaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadəyə həsr edilir. 31 yanvar M.Ə.Rəsulzadənin doğum günüdür.

Lahıcın yaşlı sakini rəhmətlik Ənvər Balayev danışırdı ki, o, indiki evini Rəsulzadəni burda gizlədən çarvadar Kərim kişidən alıbmış:

«Bir kişi vardı, Kərim kişi. Mənə dedi ki, sənin aldığın bu evdə bilirsən kim olub? Pıçıldadı ki, Məmməd Əmin Rəsulzadə bu evdə 3 gün qalıb. Yavaş-yavaş Sovet dövründən danışırdı mənə, Deyirdi ki, bu evin yiyəsi Kəblə Qulamla Şamaxıda çarvadarlıq ediblər. Kəblə Qulam ona gəlib deyib ki, «yetim, iki abırlı adam gəlib Bakıdan. Lahıca getmək istəyir. Yükləri qoyaq burda, aparıb onları Lahıca yerləşdirək». Həmin şəxsləri Basqal tərəfdən götürüblər. Lahıca atla gəlib çıxıblar. İki yoldaş olublar. Biri Məmməd Əmin Rəsulzadə, ikincisi isə onun yaxın sirdaşı Abbasqulu Kazımzadə».

Dəqiq rəqəm olmasa da, Ənvər Balayev gəzən söhbətlərə istinad edərək deyirdi ki, o, Lahıcda 2 ay 17 gün yaşayıb.

Lahıca səfər Abbasqulu Kazımzadənin Məmməd Əminə gətirdiyi bəd xəbərlə bağlı olur. Xəbərə görə, Bakıda artıq onun həbsi barədə qərar verilib. Novxanını tərk edib Gürcüstana yola düşmək qərarı verilsə də, Rəsulzadənin qeydlərində deyilir ki, «Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı».

Qeyd: foto suni intellekt vasitəsilə canlandırılıb

http://meresulzade.blogspot.com/2011/08/mrsulzadnin-lahcda-qaldg-ev.htmlmore

Məlumatı hazırladı: Rahib Kərimli

Rahib Kərimlinin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İSMAYILLI

İSMAYILLI
Səhər tezdən oyanmışdım
Günəş gözlü bu diyarda.
Yol, irizlər islanmışdı
Cüyür izli bu diyarda.

Əl üzümü yudum şehdə,
Qurulandım əsən mehdə.
Quşcuğazlar cəh ha cəhdə
Nəğmə sözlü bu diyarda.

Daş biləkli dağları var,
Bol meyvəli bağları var.
Hələ gözəl çağları var,
Qızı nazlı bu diyarda.

Məskənimi doğma saydım,
Hər daşına ayaq qoydum.
Heç demədim gəzib doydum,
Daşlı, tozlu bu diyarda.

Dağlarında izim qalır,
Bulaqlarda gözüm qalır,
Dərdli deyir, sözüm qalır,
Çorək, duzlu bu diyarda.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana