Etiket arxivi: Qabil Nəbi

Qabil Nəbi – Gülüm mənim

34 il birlikdə
GÜLÜM MƏNİM…
Bir zamanlar qönçə idin,
gördüm səni gülüstanda…
Seçdim səni,
min çiçəyin arasından,
yüz gözəlin sırasından,
Gülüm mənim…
Aşiq oldum,
“Bir könüldən min könülə”.
Uçdum eşqin havasında,
“Dəli” kimi sevdim səni,
Gülüm mənim…
Qoxladım o, gül ətrini,
Duydum sevdanın sehrini.
Söz verdik ki, biləcəyik
Anımızın,
günümüzün,
sevgimizin,
özümüzün biz qədrini…
Əzizləyib dərdim səni,
Gülüm mənim…
Əkdim səni öz bağçamda,
Özüm üçün əkdim səni.
Gülüm mənim…
Çiçək açdın, qəşənğləşdin, ətirləşdin,
Sən daha da gözəlləşdin.
Gülüm mənim…
Demə ətrin azalıbdı,
Yarpaqların qırışıbdı…
Bütün güllər yarışıbdı.
Sən,..
Bağçamın şah gülüsən!
Əvvəlkitək ətirlisən,
Vəfalı dost, sevgilisən,
Gülüm mənim…
09.11.2016 – Truskovets

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – HARA GEDİRSƏN?

HARA GEDİRSƏN?
Hara gedirsən, dostum?..
Tanıyırsanmı yolunu,
yol yoldaşın kimdir bəs?
Bilməsən də olar adını.
Yetər,
ürəyi daş deyilsə,
ağlı çaşbaş deyilsə.
Qocalıqdan deyil,
cahillikdən itirir ağlını
bu zamanda insanlar.
İçi yalanla doludur adamların,
yollarımız dumanla.
Əl uzadıb silməyi gəlir adamın,
tərləmiş şüşəni silən təki.
Bu temperatur fərqindən yaranan tər deyil,
Düzlə əyrinin arasına qonan çəndir.
Bu arada əyilmişlərin gözü görür ancaq…
Əyilə bilməmək bir dərddir,
əyilib düzələ bilməmək bir.
Yenə düz qalmaq yaxşıdı.
Yağmurlara
məruz qalan səthi
az olur bədənin…
Hələ o təpədən
enmək də var.
Kimi dığırlanar,
kimi düşər ayağıyla.
Pambıq tıxama
barı vicdanının qulaqlarına.
Adi qulaqlar onsuz da eşitmir
bir çox hıçqırtıları.
Yolun açıq olsun,
dostum.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – ELİN SÖZÜ

ELİN SÖZÜ
Yanındakı yerim boşdur,
Bu dil çox nəğmələr qoşdu.
Yüz də, min də desəm xoşdur,
Gözəlisən gözəllərin.

Görmədim heç kəsdə qəti,
Səndən aldığım ləzzəti.
Çox gör mənə bu həsrəti,
Gəl sinəmə düz tellərin.

Könül verdim, qalsın sənə,
Fəda olsun can vətənə.
Qismət olmaz, sənə, mənə,
Yazdım, oldu söz ellərin.
06.04.2026

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – ÖZ ALLAHI VAR

ÖZ ALLAHI VAR
Neçədir bilmirəm sayı,
Hər kəsin öz allahı var.
Veribdir varlıya payı,
Kasıbın nə günahı var?

Biri davanın allahı,
Biri yuvanın allahı.
Biri qovanın allahı,
Qaçanın öz pənahı var.

Ölmə, eşşək, bitər yonca,
Sən də yeyərsən doyunca.
Tələsmə ölməyə bunca
Allahın çox sabahı var.

Salıb kimi kim kəməndə,
Kəllə atır süd əmən də.
Kəmsavadam sanma, məndə
Hər cavabın izahı var.

Allah yatır hər dilində
Doğulanın dərd ilində.
Bilir allah Qabilin də
İştahı var, tamahı var.
22.03.2026

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL AÇACAQ ARZULAR

GÜL AÇACAQ ARZULAR
Yağış səpir bizimçün
narın-narın buludlar.
Arzularım göyərib
gül açacaq, bu bahar.
Töküləcək üstümə saçlarından damcılar,
İslanmış, sərt tellərin sifətimi qamçılar.
İçəcək dodaqlarım
dodağının şehindən
Yenə itib qalacam
nəfəsinin sehrində.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – Gələcəyəm yuxuna

Gələcəyəm yuxuna

Gələcəyəm yuxuna
gözlərindən baxacam.
Ürəyində gizlənib,
canında istilənib,
nəfəsinlə çıxacam,
dolacam otağına.
Gələcəyəm yuxuna,
səni oyatmamaqçun.
Qəlbində alovlanan,
sevincdən çaşıb qalan
odu soyutmamaqçun.

Bir qaranlıq gecədə qorxmayasan deyə,
Bu dəli sevgimizi
fərəhlə övə-övə
gələcəyəm yuxuna
daş kimi yatan vaxtı.
Dərdi, qəmi, qüssəni
ağlından atan vaxtı.
Bir mən olum, bir sən ol,
Bir də şirin bir röya.
Biz dünyadan xəbərsiz,
bizdən də bütün dünya
xəbərsiz ola-ola,
O xumar gözlərinə
Yavaşca dola-dola
Gələcəyəm yuxuna.
20.12.2025.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – AYRILIĞIN SƏSİ

AYRILIĞIN SƏSİ
Buludlar gizləndi saçlarında,
Ay batdı gözlərinin qarasında.
Soyuq külək əsdi nəfəsindən,
üşüdüm,
iliyimə işləlirdi sözlərinin sərtliyi.
Xəncər kimi kəsirdi üz-gözümü baxışların.
Hicranın ölçüsünü bildirdi
mənə arxanı çevirməyin.
Ayrılığın səsi eşidilirdi addımlarının tappıltısından…
Yanıq iyi gəlirdi ürəyimin çatından.
26.11.2025

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

İSMAYILLI

İSMAYILLI
Səhər tezdən oyanmışdım
Günəş gözlü bu diyarda.
Yol, irizlər islanmışdı
Cüyür izli bu diyarda.

Əl üzümü yudum şehdə,
Qurulandım əsən mehdə.
Quşcuğazlar cəh ha cəhdə
Nəğmə sözlü bu diyarda.

Daş biləkli dağları var,
Bol meyvəli bağları var.
Hələ gözəl çağları var,
Qızı nazlı bu diyarda.

Məskənimi doğma saydım,
Hər daşına ayaq qoydum.
Heç demədim gəzib doydum,
Daşlı, tozlu bu diyarda.

Dağlarında izim qalır,
Bulaqlarda gözüm qalır,
Dərdli deyir, sözüm qalır,
Çorək, duzlu bu diyarda.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

ATANIN KİÇİK OĞLUNA CAVABI

ATANIN KİÇİK OĞLUNA CAVABI
Ona parça demə, bayraqdır o, bil,
Ona şəhid qanı axdı, ey oğul.
Keçsə uzun illər, dəyişsə nəsil,
Ondan da ötəsi yoxdu, ey oğul.

O, hədiyyə deyil, pay deyil, ogul.
Adi ulduz deyil, ay deyil, ogul
Bayraq adilərə tay deyil, oğul
Ondan da ötəsi yoxdu, ey oğul

Min bayraq içindən seçməyə dəyər,
Müqəddəsdir ona and içməyə dəyər.
Onunçün canından keçməyə dəyər,
Ondan da ötəsi yoxdu, ey oğul.

Bayrağımız bizim vüqarımızdır,
Vətənlə bağlanmış ilqarımızdır,
Andımız, əhdimiz, qərarımızdır,
Ondan da ötəsi yoxdu, ey oğul.

Sən də bayrağını daim uca tut,
Onu, etiramla hər yerdə tanıt.
Bayrağı unutma, özünü unut,
Ondan da ötəsi yoxdu, ey oğul!

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Qabil Nəbi – AZƏRBAYCAN

AZƏRBAYCAN
Ətir olub bir şüşədə
Qıfıllandı, bağlı qaldı.
Tədbirlərdə, məclislərdə
Önə çıxan yad sinəyə
Səpilərək ətir saçdı
Azərbaycan…
Varaq-varaq bir guşədə
Oxunmamış nağlı qaldı.
Arzularda, xəyallarda
Qamətini əyə-əyə,
Azadlığa tərəf qaçdı
Azərbaycan…
Almaları çox yubandı,
Hər arzusu nağıl oldu,
Nağıl deyən quduzlandı.
Dilin dandı, adın dandı…
“Şimal”, “cənub” arazlandı.
Bəyaz atlı bir özğəyə
Bel bağladı, qucaq açdı
Azərbaycan…
Azad oldu bir hissəsi,
Haray çəkir hər hissəsi.
Susur yenə haqqın səsi…
Qartal, quzğun arasında,
Sülh quşutək səmalarda,
Qayalara dəyə-dəyə,
Qanad açıb uçdu, uçdu
Azərbaycan…

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana