Etiket arxivi: Lev Tolstoy haqqında

Lev Tolstoy və “Nobel” mükafatı

Bəyəm Lev Tolstoy Nobel mükafatından imtina edib?
Tolstoy iki dəfə Nobel ödülünə təqdim edilib. Və bəribaşdan onu da deyim ki, o, həmin mükafata müəyyən səbəblərə görə layiq görülməyib. (“Laiyiq deyil” söhbəti olmayıb, sadəcə olaraq layıq görülməyib, yəni lazım olan miqdarda səs toplamayıb və bunun səbəbini aşağıda deyəcəm).
Bəli, Tolstoy 1901-ci ildə Ədəbiyyat üzrə, 1906-cı ildə isə Sülh üzrə həmin mükafata təqdim edilib.
Birinci dəfə həmin mükafata fransız şairi Sülli- Prüdom, ikinci dəfə isə H.Dyunant və F.Rassi kimi o dövrün görkəmli ictimai xadimləri layiq görülüb.
Bəs görəsən görkəmli rus yazıçısına mükafatın verilməsinə maneçilik törədən səbəb nə olub? İsveç Akademiyasının əsaslandırmasında deyilirdi ki, Tolstoy böyük yazıçıdır, lakin onun dini və sosial baxışları bu ödülün məqsədlərinə uyğun gəlmir.
Vəssalam. Tolstoyun Nobeldən imtina etməsi haqda yayılan nağılların müəllifi rus ictimaiyyatıdır.
Nobeldən imtina edənsə həmkarım fransız yazıçı-filosofu Jan-Pol Sartrdır və əhvalat vaqe olub 1964-cü ildə.
p.s.
O ki, qaldı sabah Nobelin kim alacağı məsələsinə… Son illər bu mükafat əsərlərə bədii dəyərindən daha çox, müəllifin siyasi mövqeyinə görə verilir.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lev Tolstoyun 10 qızıl qaydası

Lev Tolstoy 18 yaşında ikən xoşbəxtlik və uğur qazanmağın yolunu “10 qızıl qayda”da görüb. Və ömrünün sonuna kimi bu qaydalara riayət edəcəyinə söz verib:

-Yuxudan tez oyan. Uzağı, saat 5-də.

-Tez yat. Uzağı, 21:00-da.

-Az ye. Şirniyyatdan uzaq dur.

-Ev işlərini özün et. Başqalarına gördürmə.

Məqsədlərini böl. Bir həyati məqsədin olsun. Amma bunun kifayət etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün hədəflərini ayrı-ayrı, dəqiq şəkildə qur. Hətta bir saat və bir dəqiqə sonranın planını müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol, kiçik məqsədlərdən başlayır:

-Qadınlardan uzaq dur.

-Çox işləyərək ehtirasını öldür.

-Yaxşı adam ol, amma bunu başqaları bilməsin.

-İmkan daxilində az pul xərclə.

İndikindən on dəfə varlı olsan da, qətiyyən həyat tərzini dəyişmə.

Məlumatı hazıladı: Amina