Etiket arxivi: FİRUZ MUSTAFA

Firuz MUSTAFA – QATİLLƏR

Hekayə rəylərlə birgə
“Qatillər” hekayəsi bir neçə dilə tərcümə edilib. Əcnəbi dillərə çevriləndən sonra bu kiçik həcmli hekayə haqqında saysız-hesabsız rəy yazılıb. Həmin rəylərdən bir neçəsini hekayə ilə birlikdə oxuculara təqdim edirik. Mövzu: bu gün “dəbdə” olan uşaq ölümləri, demoqrafiya,abort.

                                                                  

QATİLLƏR
(hekayə)

Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.
Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə “danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit “hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı. Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz “yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.
Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.

Onlar əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.
Son vaxtlar onların isti, ilıq “yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.

***
-Onu rədd elə getsin.
-Vallah, ürəyim gəlmir.
-Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.
-Allah yaratdığının ruzisini özündən qabaq verir.
-Boş-boş danışma. Burada Allahlıq bir iş yoxdur. Dedim, rədd elə getsin…
-Yeddi aylıqdır…
-Lap olsun doqquz aylıq.
-Yekə uşaqdır… Ürəyimin altında tərpənir… Lap nəfəsini də hiss edirəm…
-Nə olsun ki?
-Mən onu məhv edim? Öz uşağımın, öz bətnimdəki körpənin qatili olum? Allah bunu bağışlamaz mənə…
-Yenə başladın? Yenə Allah-bəndə sönbəti?
-Axı…
-Mənasız şeylər danışırsan, vallah. Hazırlaş, sabah qonşunun maşınında aparacam səni şəhərə. Orada tanış həkim var. Doğrayıb atsın…
-Günaha bataram…
-Nə günah? Bəyəm təkcə bizik bu cür günaha batan? Bəyəm görünməmiş işdir? Bunu hamı eləyir ki… Onda sənin sözünlə bütün dünya günah içindədir… Yaxçı ki, bu barədə cinayət məcəlləsində bir şey yoxdur. Bəlkə də var, mənim xəbərim yoxdur… Hazırlaş. Sabah gedirik…
-Axı…
-Axısı-zadı yoxdur. Bizim nəyimizə lazımdır bir çətən külfət? Elə uşaq doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör bu varlıların, milyon qazananların neçə uşağı var? Bir ya, uzaqbaşı, iki… Amma bu kasıb bədbəxt… Mənim böyük külfəti saxlamaq imkanım haradandır? Fəhləyəm, daşyonanam, nazir-zad deyiləm ki… Bir əlimə bax, gör nə gündədir, lap yonulmamış daş parçasına oxşayır…
-Sən məni anlamaq istəmirsən…
-Sən də məni…

***

Soyuq. Zülmət. Sükut.
Əvvəllər hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə, oxşayan bir əl var. İndi bu əl də soyumuşdu sanki.
Bacı öz aləmində idi: o, özünün sakit “yuvasında” arın-arxayın “dincəlirdi”.
Qardaş nəsə narahat idi: onun dincəlmək fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.
Bir dəfə boğuq bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu qədər də qararanlıq bir yerə aparırdılar. Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər. Bəs harada idi o işıq? Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər. Onların hər ikisi yerlərində tərpənməyə başladılar…

Sonra uğultu kəsdi…
Yenə sükut.
Az sonra inilti eşidildi.
Uzaqda soyuq bir şeyin işıltısı duyuldu. Yox, bu, onların çoxdan bəri gözlədikləri işıq deyildi. O soyuq işıq, o soyuq parıltı özü ilə nəsə bir fəlakət gətirməkdə idi. Bu, lap aydın hiss olunmaqda idi.
Onların canından bir üşütmə keçdi.
Qardaş bir zaman öz bacısı üçün nəsə etmək, ona nəsə özünün də bilmədiyi xoş bir iltifat göstərmək istəyirdi. Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.
İnilti get-gedə artmaqda idi.
Onun öz bacısına “kömək etmək” zamanı yetişmişdi. Bacısının qorxuya düşdüyünü aşkarca hiss edirdi. Qız “yuvanın” lap “dərinliyinə” çəkilmişdi. Qardaş onu, öz bacısını sanki yaxınlaşan müdhiş fəlakətdən qorumaq üçün irəliyə doğru dartındı. Hər necə olsa da o, özünü bacısından qoçaq və cəsarətli hesab edirdi.
İndi inilti qışqırığa çevrilmişdi.
Soyuq parıltı yaxınlaşmaqda idi.
Hər tərəf qırmızı rəngə boyanmışdı. Onlar rəngləri hələ tam aydınlığı ilə seçə bilməsələr də hiss edirdilər ki, bu, onların çoxdan bəri gözlədikləri işığın gəngi deyil. Bu, nəsə başqa işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi bir rəng, qan rəngi idi. Bu, lap yaxında olan, onlara doğru sürünən fəlakətin rəngi idi.
İndi onlar, qardaş və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.
İndi onlar ağız-ağıza verib qışqırmaq istəyirdilər, amma onların səsi bir-birinə yetməyirdi.
Soyuq parıltı əvvəlcə onun, qardaşın sinəsinə dirəndi. Nəsə xırçıldadı.Qardaş lap “dərinliyə” çəkilmiş bacısının çırpındığını aydınca hiss edirdı.
Daha sonra bu soyuq işartı dərinliyə, bacının sığınıb titrədiyi “yuvaya” doğru sürünməyə başladı…
Bayaqkı qışqırıq və iniltini hıçqırıq əvəz etmişdi…

***
-Yox, Allah bu günahı bağışlamayacq…
-Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız fikirləri də başından at getsin…
-Ekiz imiş sən demə..
-Nə? Ekiz?
-Hə də… Biri oğlan imiş, o birisi qız… Həkim əvvəlcə oğlanı götürüb. Sonra bilib ki, biri də var. Qız… Bizim üç oğlumuz var, mən həmişə qız arzulayırdım. Bacısız da qardaş olar? Biz bacı-qardaşı məhv elədik. Mən indi özümü cəllad yerində görürəm. Mən qatiləm… İki adamın qatili…
-Bəs indiyəcən bunu hiss etməmişdin?
-Nəyi?
-Onların cüt olduğunu?
-Yox… Bir də ki, indi bunu bilməyin nə mənası var ki?..
-Yox ey… Bir var birini rədd edəsən, biri də var iksini birdən…
-Nə fərqi var ki? Mən qatiləm, qatil… Ya birinin qatili oldun, ya da ikisinin…
-Görən onları harada dəfn edəcəklər?
-Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..
Hər tərəfə soyuq bir sükut çökmüşdü.

S O N

Firuz Mustafanın “Qatillər” hekayəsi haqqında rəylər:

Bu hekayədə sevgi ilə dünyaya gəlməmiş nə qədər körpələrin hissləri təsvir olunub…
Və nə qədər nifrətlə o “ata” bu bədbəxtlərə yanaşıb. Onun yalnız əlləri yox, qəlbi də daşlaşmışdı. Bizim atamız isə həmişə anamıza – o, qorxa-qorxa növbəti uşağın olacağını xəbər verəndə belə deyərdi: “Narahat olma, əzizim. Harada dörd nəfərsə, beşinciyə də bir parça çörək tapılar”. Bizim isə hətta altımız böyüdüldü. Bax, kişi elə buna deyərlər. Qürur duyuram!
Çox kədərli hekayədir, amma indi cəmiyyət bu qədər korlaşıb ki, belə əməllərə görə heç kim təəssüf keçirmir.
Mənə dünyaya həsrətlə baxa bilməyən o körpələrin hissləri xoş gəldi.
Sizə hər şeyin yaxşısını arzulayıram.
Hörmətlə,
Emma R e y t e r

Bu güclü əsərin müəllifinin müdrikliyini hamıya arzulayıram! Oxuyub ağladım…
Hörmətlə,
Morro M o r r o

Bəli – belə bir hekayəni oxuyanda xristianları (müsəlmanları, yəhudiləri və s.) anlayırsan – abortların cinayət sayılmasını tələb edənləri, yaxud Amerikada dedikləri kimi “pro-life – anti-abortion activists” (yəni katolik kilsəsi) deyirsən.
Belə bir əsəri oxumaq çox ağırdır!
Davud M a y z l i n

Sizin hekayəniz baş verənlərin həyati reallığı ilə sarsıtdı. Mən peşə etibarilə mamaçayam, Allaha şükür, belə bir manipulyasiyanı nə özümə, nə də başqa qadınlara etməli olmamışam, amma bu dəhşətli əməl mövcuddur və çox-çox, həm də tez-tez. İndiyədək arzuolunmaz hamiləlik probleminin həlli tapılmayıb, qorunmadan başqa. Amma etik sualı, mənəvi sualı, ruhani sualı həll etmək mümkün deyil. Qadın ya arzuolunmaz hamiləliyə görə günahkardır, ya da ondan xilas olduğuna görə günahkardır – bu hekayədə olduğu kimi. Bəs niyə dövlət, əksər hallarda kasıblıq ucbatından hamiləliyi dayandırmaqdan imtina edən qadınlara sahib çıxmır? Axı körpəni dünyaya gətirmək işin yarısı belə deyil, yarının cüzi bir hissəsidir, amma onu böyütmək maddi kömək olmadan demək olar ki, utopiyadır. Əlbəttə, çox vaxt valideynlər qızlarına uşaqlarını böyütməkdə kömək edirlər, amma hansı çətinliklərlə. Halbuki dövlətin xeyrinədir ki, əhali artsın! Bax, abortlardan imtinanın əsas həlli budur! Əlbəttə, neçə uşaq sahibi olmaq istədiklərinə ailələr özləri qərar verirlər, amma bu hekayədəki kimi qəddarlıq ruhu param-parça edir. Mən bu qadının yerində olsaydım, belə bir əri çox-çox uzaqlara göndərərdim və uşaqları yaşadardım.
Tələbəlik illərimdən yadımda qalan belə möhtəşəm sözlər var:
Və bütün altı materikdə bundan gözəli yoxdur,
Bütün bəşəriyyət mamaçanın qucağında olanda!
Bəli, çox möhtəşəm əsərdir. Kiçik bir insana həyatına son qoymaq üçün xəstəxanaya gedənlərə yaddaş dərsi ola bilər. Sizə yaradıcılıqda uğurlar arzulayıram.
Hörmətlə,
Emiliya O f l e d i

Bədənin tüklərini biz-biz edir. Hər cümlə adamı emosional gərginlikdə saxlayır. Öz yaradıcılığınızı kütləvi oxucuya çatdırdığınız üçün təşəkkür edirəm.
Hörmətlə.
Svetlana D a v ı d e n k o v a

Təsirli hekayədir. Ruhun dərinliklərinə qədər işləyir.
Hörmətlə,
Olqa P o s t n i k o v a

Hörmətli Firuz Mustafa Bu iki günahsız, həyata can atan varlığı necə də möhtəşəm təsvir etmisiniz… Yalnız gözəl üslub və məzmun deyil – həm də tərcüməçi Şahlo Qasımovanın bacarığı sayəsində qorunub saxlanılmışdır – hekayəyə müşayiət edən emosional gərginlik heyran edir. Sizin ağrınız və oxucuya ötürülən həmdərdliyiniz hiss olunur…
Bu mövzunu qaldırdığınız üçün təşəkkür edirəm. Bəlkə də bir çoxları belə bir qətl törətməzdən əvvəl düşünəcəklər…
Hörmətlə
Gülbəniz Q ə m ə r l i n s k a y a

… əbədi “lehinə” və “əleyhinə” dilemması olarsa… Səssiz müharibə və qadının seçimi – necə davranmaq lazımdır sualı meydana çıxır.
Mən bu haqqı qadının ixtiyarına buraxıram.
…məndə uşaq yoxdur, amma körpəni öldürə bilmərəm… böyüyü isə bəli. düzünü desəm. mən də ikiüzlüyəm və axmağam.
…şərtlərdən asılı olaraq.
T a y v a

Qan adamın damarlarında donur. Amma… Bu məsələ qaldırıldıqda başqa bir sual yaranır: deməli, belə öldürmək olmaz, amma böyüyəndə – və cani könüllü! Silah əlinə alacaq və ya ya özü qatil olacaq, ya da kimisə öldürüləcək! Hər yerdə yalan və ikiüzlülük hökm sürür.
…Heç olmasa, anlayırsan. Böyüyü üzbəüz, ya da tamamilə müdafiəsiz, əlləri və ayaqları bağlı halda məhv etmək?..
Mira P a p k o v a

Çox güclü bir hekayə… Sadəcə tükləri biz-biz edir.
Bir dəfə sənədli filmə baxmışdım – abort zamanı dölün ana bətnində davranışını kamera ilə çəkirdilər, sizin təsvir etdiyiniz kimi olurdu. Çox istəyərdim ki, sizin hekayənizi daha çox insan oxusun.
Hörmətlə,
Nata E d d

Oxumaq fiziki olaraq ağrılıdır. Düşünürəm ki, onu yazmaq da çox ağrılı olub.
Sizdə həmdərdlik var. Təşəkkür edirəm.
Hörmətlə,
Lyubov L a v r o v a

Natanın sözlərinə qoşuluram. Təsirli bir hekayədir.
Hörmətlə,
Olqa T r u ş k o v a

…Balaca insan yumruqlarını sıxmış halda yatırdı. Kiçik əllərini isə elə tutmuşdu ki, sanki özü üçün çox dəyərli, əvəzsiz bir şeyi saxlamağa çalışırdı…
O dəyərli və əvəzsizi isə əlindən almışdılar!.. O, ölmüşdü.
Y. Q o r o d o v o y

Dəhşətli, oxumağı belə sona çatdıra bilmədim.
Nataliya L i s t i k o v a

Niyə “sadə fəhlə” kontraseptiv vasitələrdən istifadə etmir? Bu, arvadını aborta göndərməkdən, sonra da mənəvi işgəncə çəkməkdən daha insaflıdır.
Qalina N i k o l a e v a

Bu hekayəni bütün ginekoloqların kabinetlərinin qapısına yapışdırmaq lazımdır.
Çox mühüm və aktual mövzuya toxunulub.
Təsirli hekayədir!
Faina N e s t e r o v a

Bu problem haqqında yazdığınız üçün təşəkkür edirəm.
Hər işinizdə uğurlar.
Səmimi xeyirxahlıq arzuları ilə,
Natali S o k o l o v s k a y a

Onlara “kraliyyət əkizləri” deyirlər! Budur, həyat- kimisə övladsızlıq iztirab içində yeyir, başqalarını isə istəksizlik kasıblığa sürükləyir. Amma ən çox təsirləndiyim bu idi: “Yox… Birindən qurtulmaq başqa, amma birdən-birə ikisindən – tamamilə başqa…”
Nart O r s t x o e v

Bu, çox mübahisəli mövzudur. Amma siz bir daha xatırlatdınız: hamiləliyin qarşısını almaq, dölü öldürməkdən daha yaxşıdır. Bunun üçün təşəkkürlər.
Hörmətlə,
Nataliya Ş i ş o k

Ürək sıxılır… çox dəhşətlidir…
Allah belə şeyi bağışlamaz!
Lina Q a l i a n

Firuz Mustafa, düzdür, şəxsən mənim başıma məhz belə bir günah (uşağı ana bətnində öldürmək) gəlməyib. Amma sizin hekayəniz məni dərindən sarsıtdı. Yəqin ki, biz insanlar olduğumuz üçündür; bu, bütün cəmiyyətə aiddir. Oxumuşam ki, abort zamanı doğulmamış uşaq ona yaxınlaşan dəmir alətdən xilas olmağa çalışır və dilsiz çığırtı ilə ağzını açır.
Tatyana X a r x o v a

Balaca uşaqların böyük faciəsi. Böyüklər haqqında isə susaq.
İrina N e k r a s o v a

Çox təsirli və amansız bir səhnədir, göz yaşları olmadan oxumaq mümkün deyil. Sizə hər şeyin ən yaxşısını arzulayıram.
Mən Mingəçevirdə 25 il yaşamışam, sonralar oradan köçmüşük. Gənclikdə rus dram teatrı yanında həvəskar teatr studiyasında oxuyurdum, amma tamamlamadım. İndiyədək həyat yoldaşımla Mingəçeviri xatırlayırıq – axı orada həm o, həm də uşaqlarımız doğulub. Milliyətindən asılı olmayaraq, həmyaşıdlarımızın çoxu ilə hələ də əlaqədəyik. Yanımızda azərbaycanlılar yaşayır. Ərimim bacısı qızının əri azərbaycanlı idi, dünyasını dəyişib. Uşaqlar ötən il Mingəçevirə getmişdilər, Bakıda da qohumların yanında olublar.
Vera M a t r o s o v a

Mövzu şübhəsiz ki, illərlə aktual və canlı qalıb.
Amma oxumaq ağrılıdır – özüm də bu bağışlanmaz günahla yaşayıram…
Xahiş edirəm, baxın bu kiçik hekayəyə.
Dailda L e t o d i a n i

Bu, çox dəhşətli bir hekayədir.
Oxuyarkən tüklərim biz-biz oldu.
Mən heç kimi dinləməzdim, on dəfə doğardım, amma bir dəfə də olsun abort etməzdim.
Siz əsərlərinizi çox təsirli yazırsınız.
Təşəkkür edirəm.
Hörmətlə,
Valentina Lukina-K u r ç a n o v a

Kədərli hekayədir.
Və dəhşətlidir, çünki artıq heç nəyi dəyişmək olmaz.
Bədbəxt qadın bundan sonra necə yaşasın?
Hörmətlə,
Svetlana Y u ş k o

Hörmətli Firuz Mustafa, siz çox dəhşətli, ürəkyandıran bir hekayə yazmısınız, Allah göstərməsin, belə bir şey yaşamaq… Mən başa düşmürəm o anaları ki, hələ doğulmamış övladlarını öldürürlər. Onlar bununla bütün ömürləri boyu yaşamalı olacaqlar, amma necə? Axı bu günah heç vaxt, əbədi olaraq yuyulmaz…
Olqa A l e k s a n d r o v a

Təəccüblüdür!
Amma əgər sən uşağı dolandıra bilmirsənsə – heç başlamağa dəyməz.
Günah hər ikisindədir.
Polozov N i k o l a y

Çox faydalı, faciəvi bir hekayədir – “kiçik qətl” haqqında.
Canıma toxundu. Bu günün əxlaqsız reallıqları ilə bağlı aktual, qlobal və ağrıdıcı mövzu yaxşı açılıb.
Qarşınızda şapkamı çıxarıram…
Hörmət və daha yaxşı dövrlərə ümidlə
Aleksey K r u t o v

Dəhşətli hekayədir…
Göz yaşımı saxlaya bilmədim
Dərim ürpəşdi…
…Sizə minnətdaram, Firuz Mustafa.
Bu, çox lazımlı və gözəl əsərdir.
Hörmətlə,
Olqa A t a n o v a

Oxudum və sarsıldım.
Təşəkkürlər.
Hörmətlə,
Ş a h l o

Elə bil dəriyə şaxta toxundu. Belə yazmaq…
Məncə, əgər bunu gənc qadınlar oxusa, heç biri qatillik etmək istəməz…
Sizə böyük RAXMAT!!!
Möhtəşəmdir!
Gülciğan Q a y n u l i n a

Ürəklərdəşən.
Sanki ruhun məsamələrindən keçib…
Təəssüf ki, bu bizim cəmiyyətimizdə də var, insanlar arasında…
Sizin hekayəniz heyrət doğurur, çünki hələ doğulmamış körpənin incə dünyasına varmaq lazım idi. Onlar – diridir!
Çox mürəkkəb süjetli və ideyalı bir hekayə yaza bilmisiniz…
Allah Sizə xeyir, sülh və xoşbəxtlik versin!
Çox şadam.
Təbəssümlə,
Lusena Bıkova-Ş v e t s

Dəhşətli hekayə.
Uşaqları ana bətnində və ya doğulduqdan sonra öldürmək böyük günahdır.
Sizinlə razıyam. Amma sadə insanları səfalətə və canverməyə məcbur etmək günah sayılmır.
Sizə, Firuz Mustafa, yaradıcılığınızda uğurlar arzulayıram.
P.S. Sizə minnətdaram, ustad.
Lyudmila D e n i s o v a

Müəllif və mənbə: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu

“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu
Tarix dərsliklərindən sizə yaxş məlumdur ki, 30 yanvar 1829-cu ildə Tehranda Rusiya səfirliyinin əməkdaşları bir qrup təxribatçı tərəfindən qətlə yetirilib. Səbəbkar- iki təxribatçı erməni qadını olmuşdu. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub.
Söhbət təlcə bundan getmir.
Bəs gəlin görək Rusiya imperiyasının rəhbərliyi bu məsələyə necə münasibət göstərdi və nəticə necə oldu?
Tehran səfirliyində baş verən qətliam əvvəlcə ciddi diplomatik qalmaqala səbəb oldu. Bir il öncə biabırçı Türkmənçay sazişini bağlamış İran rusların yeni hədəfi oldu. Fətəli Şah qorxudan tez əl-ayağa düşdü, Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt Peterburqa bir növ girov göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Xosrov Mirzənin Rusiya imperatoru I Nikolaya təqdim etdiyi saysız-hesabsız zəngin hədiyyələr arasında məşhur, qiyməti milyardlarla ölçülən 88,7 karatlıq “Şah” almazı – brilliantı da var idi. Yeri gəlmişkən, həmin almaz 1450-ci illərdə Hindistanda (Qolkonda mədənlərində) tapılmışdır. Bu tarixi incəsənət əsəri günümüzdə Rusiyanın Almaz Fondunda (Moskva Kremli) nümayiş etdirilir. Mütəxəssislər ona qiymət qoya bilmir, qiymətsiz hesab edir. Çünki dünyanın ən qiymətli- brilliantının-almazın qiyməti milyardlar dəyərindədir. Amma misal olaraq deyim ki, almazın 1 qramının 10 min dollaracan qiymətləndirilir.
Haqqında haqlı olaraq əfsanələr dolaşan almazı görəndə necə deyərlər Rusiya Çarının gözü kəlləsinə çıxdı. I Nikolay – Xosrov Mirzədən almazı qəbul edərkən çox məmnun oldu, baş verən qətliamı unutdu və sevincək dedi: “Mən bundan sonra faciəli Tehran hadisəsini əbədi unudacagam”.

Məlumatı hazırladı: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

METRODA RAFİQ TAĞINI GÖRDÜM…

Metro qatarının bir küncündə gördüm
bu gün Rafiq Tağını.
əvvəlcə görə bilmədim ayağını,
aradan illər keçsə də dəyişməmişdi bənizi
qalın şüşə arxasından görünmürdü
həmişə gülümsər gözü
nə adamlar ona baxırdı, nə də o adamlara
deyəsən bu soyuq havada
əyninə qış paltosu yox,
boz qranitdən tikilmiş yay pencəyi geymişdi
Allah bilir, bəlkə də bu şaxtalı havada
əli keyimişdi
qalstuku qapqara idi
köynəyi bəmbəyaz
içəridəki istini boğmaq istəyirdi çöldəki ayaz
qatar nöbvəti syansiyada dayandı
doktor başını aşağı salıb asta, yorğun adamlarla
qapıya yaxınlaşdı
sanki bu anlarda ayaqları nəyəsə,
bəlkə də özünün gizli ağrılarına dolaşdı
indi onun sakitcə dayandığı künc boş idi
hələ zamanın ipini əyirirdi metro qatarının təkərləri
gözüm bayaq onun yaxşı seçə bilmədiyim
ayaqlarının yerinə dikildi-
oradan qapıya sarı uzanırdı qıpqırmızı qan ləkələri
yerimdən tərpənə bilmədim,
eləcə astadan pıçıldıyla dilləndim:

-ay rəhmətlik…
qatar bələdçısı səsucaldanla elan verdi: “stansiya Əhmədli…”

20.11.2020

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nadir Şah Əfşar və çariça Yelizaveta Petrovnanın “sevgi” hekayəti

Nadir Şah Əfşar və çariça Yelizaveta Petrovnanın “sevgi” hekayəti
Şöhrəti dünyaya sığmayan Şahın qızıl və ləl-cəvahiritla yüklənmiş “fil karvanı” Peterburqa nə məqsədlə göndərilmişdi?
Nadir şah Əfşar (Nadirqulu xan) Əfşarilər sülaləsinin banisi və böyük sərkərdə olub. O, çoban ailəsindən çıxmasına, uşaqlığını son dərəcə yoxsulluq içində keçirməsinə baxmayaraq, sərkərdəlik istedadı və enerjisi sayəsində hakimiyyətin zirvəsinə yüksəlmiş, Şərq tarixinin ən böyük imperiyalarından birini yaratmışdı. Onu “ikinci Makedoniyalı İsgəndər”, sonralar, ölümündən sonra isə “Şərqin Napoleonu” adlandırırdılar. Napoleonun özü də ona heyran idi. Napoleon Qacar hökmdarı Fətəli şaha yazdığı məktubda Nadir şahı tərifləmiş və özünü yeni Nadir saymışdı.
Söhbətimizin qəhrəmanı Nadir Şah (1689-1747) ilə bərabər 2-ci Yelizavetadır (1709-1762).
Tarixdən yaxşı tanıdığınız Pyotrun qızı çariça Yelizaveta Petrovna Romanova heç vaxt ailə qurmayıb. Yelizaveta yüngülxasiyyətli və zövq-səfa dolu həyat tərzi sürməsinə baxmayaraq, onun hakimiyyəti dövründə favoritizm, Yekaterina dövründə olduğu qədər yayılmamışdı. Yəni Yekaterinaya baxanda Yelizaveta məişət və əxlaq cəhətdən toya getməli, necə deyərlər ətəyində namaz qılınmalı bir xanım hökmdar olmuşdur. Amma və lakin…
Düzdür, Yelizavetanın da məşuqları az deyildi, amma o, dediyim kimi, nisbətən “əxlaqlı” idi. Onun sevgililərinə misal kimi Aleksandr Buturlin, Semyon Narışkin, Aleksey Şubin, Aeksey Razumovski, Pimen Lyalin, Nikita Beketov, İvan Şuvalov və başqalarını göstərmək olar. Bundan başqa, Yelizavetanın çox yaxın dostları da olub. Misal olaraq Kiril Razumovski, Pyotr və Aleksandr Şuvalov qardaşları, Mixail Vorontsov, İvan Lestok, Vasili Çulkov, Karl Sivers və Vasili Skvortsovun adını çəkmək olar.
Yelizavetanın nişanlıları isə dünyaca məşhur simalar olub: 15-ci Lüdovik, Moris Saksonski, Karl-Avqust Qolştinski, 2-ci Pyotr və … bizim məşhur tarixi soydaşımız Nadir Şah.
Və elə söhbət də Nadir Şah və Yelizaveta arasındakı “sevgi” və baş tutmamış evlilik haqqındadır.
Bəli, onlar nişanlı olmuşdular.
Bildiyimiz kimi, Nadir şahın işğalçı yürüşləri nəticəsində geniş bir imperiya yaradılmışdı. Bu imperiyaya müasir İran və Azərbaycan ərazilərindən başqa (vilayət və ya vassal ərazilər kimi) indiki Ermənistan, Gürcüstan, Dağıstanın bir hissəsi, Əfqanıstan, eləcə də Bəlucistan, Xivə və Buxara xanlıqları daxil idi. 1737–1738-ci illərdə Nadir şah Şimali Hindistana yürüşə başladı və 1739-cu ildə Böyük Moğolların paytaxtı Dehlini ələ keçirdi.
Hə, indi baxaq görək Nadir Şah öz “nişanlısı” Yelizavetaya necə “jest” edib.
Soyuq bir payız günü- 10 oktyabr 1741-ci il tarixdə Peterburq sakinləri qeyri-adi bir mənzərənin şahidi oldular. Neva sahilindəki nəhəng şəhərin küçələri ilə dəvələr, iri yüklü qatırlar gedirdi. Bu, rus çarına misilsiz dərəcədə zəngin hədiyyələr — qiymətli zinət əşyaları, ecazkar şərq parçaları, qızıl qablar, zəngin at yəhərləri, brilyantlarla bəzədilmiş silahlar gətirmiş türk kökənli İran şahı Nadir şah Əfşarın (1688–1747) səfirlik nümayəndələri idi. Lakin peterburqluları ən çox heyrətləndirən şahın hədiyyə olaraq göndərdiyi on dörd baş bər-bəzəkli fil idi.
Hökmdar fillər üçün indiki Qış stadionunun yerləşdiyi yerdə böyük anbar tikdirməyi əmr etdi. Filləri Fontankada çimizdirirdilər. Fil anbarının yanındakı yer — indiki Manejnaya meydanı “Fil meydanı” adlandırılmağa başladı. Bu heyvanların xatirəsini Manejnaya meydanından keçən Karvannaya küçəsi indi də yaşadır. Həmin vaxtlar burada fil baxıcıları üçün karvansara da tikdilər.
Bəli, bu nəhəng heyvanlar “bəyaz gecəli” şəhərin küçələri boyu təntənəli şəkildə addımlayaraq əzəmətli görkəmləri ilə izdihamı heyran qoymuşdu. Heç bir faydalı məqsəd olmadan bu nəhəng heyvanlar şəhər küçələrində boş-boşuna dolaşdırırdılar. Rusiyanın dilçi alimlərinin dediyinə görə, mənasız gəzişmələri ifadə edən “fil kimi dolaşmaq” (“slonyatsya”) ifadəsi də elə o vaxtdan yaranıb.
Nə isə… Keçək mətləbə.Tezliklə məlum oldu ki, Nadir şah bu zəngin hədiyyələri səbəbsiz göndərməyibmiş. O, Yelizaveta Petrovnaya elçi düşmək istəyirmiş — onun gözəlliyi haqqında söz-söhbətlər o zamankı Persiyaya qədər çatmışdı. Rusların Andrey İvanoviç adlandırdığı vitse-kansler, Ali Məxfi Şuranın üzvü, vaxtilə 1-ci Yekaterinanın favoriti olmuş
Osterman bəhanə ilə şahın səfirinə şar qızı ilə görüşmək imkanı vermədi.
Bu izdivaca can atan Nadir Şahın əsas məqsədi Rusiya ilə bağlanmış bir sıra müqavilələri Şərq adətinə uyğun olaraq möhkəmləndirmək istəyirdi. Bundan başqa Nadir Şah, Türkiyəyə qarşı koalisiya yaratmaq üçün bu nikaha çox ehtiyacı duyurdu. İndiyəcən böyük qələbələr əldə etmiş iddialı Şah üçün istədiyi qadını zorla-xoşla ələ keçirmək adı hal idi. Bir müddət əvvəl Nadir şah məşhur xan Babul-bəyin qızını qaçıraraq onunla evlənmişdi.


Salnaməçilər yazır: “Səfir (Hüseyn xan) qəbul zamanı imperatorun anası, böyük knyaginya Annaya müraciətində dedi ki, onun hökmdarı Moğollardan əldə etdiyi qəniməti, Rusiya imperatoru kimi yaxşı bir müttəfiqlə bölüşmək istəyir. Peterburq nazirliyinin bir hissəsi isə ehtiyat edirdi ki, şahın bu səfirliyi göndərməkdə məqsədi Həştərxanı ələ keçirmək və sərhədləri möhkəmləndirilməmiş görərsə yeni istilalar ola bilər. Lakin səfirin dediyindən belə çıxırdı ki, Şahın əsl niyyəti çar qızı Yelizaveta Petrovna ilə evlənmək istəyidir və bunun müqabilində öz dövlətlərində xristian qanunlarını tətbiq edəcəyini vəd edirdi. O zaman Şahın yaşı 60-ı keçsə də sağlam idi. Hökmdar xanım bəlkə də bu təkliflə razılaşardı, əgər bu, həddən artıq şübhəli görünməsəydi; buna görə ona rədd cavabı verildi.”
İndi keçək əsas məsələyə, görək Nadir Şah öz “sevgilisinə” nişan üçün nələr, indiki ritorika ilə desək nə qədər “başlıq” göndərmişdi?
Tarixçilər yazır: “Səfirin nitqindən sonra şah hədiyyələrinin təntənəli təqdimatı başladı. Anna Leopoldovnaya, İoann Antonoviçə və Yelizaveta Petrovnaya ən zəngin parçalar, brilyant kəmərlər, qızıl və brilyantlı qədəhlər, bəzəkli masa, papaq və şlyapaları bəzəmək üçün lələklər, çox qiymətli üzüklər, qutular təqdim edildi… Bununla yanaşı Hüseyn xan bildirdi ki, dünya hökmdarı bütün rus əsirlərini azad olunmasını əmr edib…” Ümumilikdə 22 əşya, 15 üzük və 14 fil göndərilmişdi. Nadir şahın hədiyyələri arasında Böyük Moğollar sülaləsindən Hindistan hökmdarlarından biri Cahan Şaha (1627–1658) məxsus yaqut, zümrüd və iri almazla bəzədilmiş qızıl oxatma üzüyü də vardı”.
Həmin dövrdə Nadir şah öz qüdrətinin zirvəsinə çatmışdı. Bu vaxta qədər keçmiş səfəvi torpaqlarının hamısından rus və osmanlı qoşunları qovulmuş, Xivə və Buxara tabe edilmiş, əfqanlara yardım etməkdə günahlandırılan Moğol imperatorunun qoşunları darmadağın edilmişdi. Nadir şahın ordusu Böyük Moğolların paytaxtı Dehli şəhərini tutduqdan sonra bu sülalənin bütün xəzinəsi və saysız-hesabsız sərvətləri qalibin əlinə keçdi.
Nadir şah Əfşarın imperiya iddialarını onun taxta çıxması şərəfinə kəsilmiş sikkənin üzərindəki yazı göstərir: “Nadirin — gələcəkdə Kainatı fəth edəcək hökmdarın — taxta çıxması bütün dünyaya məlum olsun.”
Kim bilir, Yelizaveta Petrovnanın şahın üçüncü-dördüncü arvadı olmaq ehtimalı nə qədər idi? Bu, indi bir qədər fantastik səslənsə də, tarixdə belə şeylər olub. Üstəlik Rusiyada hakim knyaginya Anna Leopoldovnanın yanında Yelizaveta artıq ciddi şübhə altında idi. Saray əhli çevriliş hazırlığı planından xəbərdar idi və Yelizavetadan qurtulmaq üçün bu nikaha razı idi.
Bəs bu “nişanlanma” törəninin sonu nə oldu? Heç nə. Nadir Şahın istila etdiyi dövlətlərin xəzinəsindən yağmalanmış dəyəri milyonlarla ölçülən ləl-cəvahirat Rusiyada qaldı. Bax belə bir zamanda çar qızı olan Yelizaveta, az sonra hərbi çevriliş edərək hakimiyyəti ələ aldı. Artıq ona nə Nadir Şah lazım idi, nə də onun bər-bəzəkli dəvələri. Zira o dəvələrin belındəki sərvət artıq Yelizavetanın əlində idi.
Bax elə buradaca qeyd etmək lazımdır ki, məhz bu hədiyyələr sayəsində, hazırda həmin eksponatlarının saxlanıldığı Ermitaj, XVII — XVIII əsrin əvvəllərinə aid Hindistan qızıl qablarının bu qədər geniş kolleksiyasına malik yeganə dünya muzeyinə çevrilmişdir. Bu cür nümunələr hətta Hindistan muzeylərində belə qorunmayıb.
1742-ci ildə iki dövlətin sərhədində silahlı toqquşmalar başladı. Rusiyanın İrandakı rezidenti Kaluşkinin məlumatına görə, Nadir şah Rusiyanı fəth etməklə hədələyirdi. Əfşar dövləti ilə münasibətlərin pisləşməsi səbəbindən artıq imperatriça Yelizaveta sərhədə gücləndirilmiş qoşun korpusu göndərdi. Rusiya imperiyası Osmanlıdan əlavə öz qonşuluğunda daha bir güclü müsəlman dövlətinin olmasını istəmirdi. Buna görə də rus hökumətinin regiondakı sonrakı siyasəti Əfşar dövlətinin təsir və qüdrətini zəiflətməyə yönəlmişdi.
Nadir Şah 1747-ciildə öz mühafizəçiləri tərəfindən qətlə yetirildi.
Yelizaveta Petrovna uzun sürən xəstəlikdən sonra 1762-ci ildə vəfat etdi. Yeri gəlmişkən, Yelizaveta Rusiyada elm və incəsənətin çiçəklənməsində önəmli rol oynayıb. İndiki Moskva Dövlət Universitetini və Sankt Peterburqdakı İncəsənət Akademiyasınının qurulması onunadı ilə bağlıdır. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı yaradıldı, onun hakimiyyəti dövründə ölüm hökmü çıxarılmadı.
Bax iki hökmdarın “sevgisinin” qısa tarixçəsi belə olub.
Bir məşhur mahnıda deyildiyi kimi, “Bu sevgidə kim uduzdu, kim uddu?”
p.s.
Bildiyimiz kimi, bizim Gəncə şəhərimiz təxminən bir əsr Yelizavetpol adlanıb. Yəni Yelizaveta adı ilə bağlı olub. Bu, “o Yelizaveta” deyil. Həmin Yelizaveta çar 1-ciAleksandrın arvadı olub, əslən alman şahzadəsidir, qızlıq ad-soyadı Luiza Mariya Avqusta fon Baden olub və şəhər onun adını daşıyıb. Onun da öz öz adaşı Yelizaveta kimi məşuqları, məsələn, Aleksey Oxotnikov, Adam Çartorıyski kimi məşhur sevgililəri olub.

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Stalinin sonuncu sevgilisi…

Stalinin sonuncu sevgilisi…
Bütün tanınmış adamlar kimi diktator Stalin haqqında da çoxlu miflər, nağıllar uydurulub. Amma elə şeylər var ki, onunla bağlı nağıl quraşdırmağa ehtiyac yoxdur. Stalinin həyatı ilə bağlı indi danışacağım hadisə uydurma deyil, faktlara söykənir. Bu faktların haradan qaynaqlandığını bir az sonra deyərəm.
Valentina İstomina adlı gənc qadını ev işləri üzrə köməkçi kimi işə götürəndə Stalinin yaşı əllini keçmişdi.
Bəs kim idi bu qadın?
Valentina (Varvara) Vasilyevna İstomina 1915-ci ildə Tula quberniyasında doğulub, 1994-cü ildə Moskvada vəfat edib. Yəni uzun bir ömür yaşayıb. O, SSRİ Dövlət Təhlükəsizliyi serjantı olmuş, Stalin yanında 1935–1953-cü illərdə çalışmış təsərrüfat bacısı olmuşdur.
Qızın 18 yaşı tamam olanda o, Moskvaya köçmüş və fabrikdə işə düzəlmişdi. Məhz orada Stalinin mühafizə rəisi Nikolay Vlasikin diqqətini çəkmişdi. Vlaskin gənc Valentinaya yalnız xəyal edilə biləcək “xüsusi bir iş” təklif etmişdi: Dahi rəhbərin süfrəsini açmaq, onun qulluğunda durmaq. Valya, təbii ki, razılaşdı.
Zubalovoya gənc Valentina kiçik bir bağlama ilə gəlmişdi; bağlamanın içində konspekt dəftərləri, yun şal və İosif Vissarionoviçin portreti olan bir açıqca vardı. Bunda təəccüblü heç nə yox idi: axı yoldaş Stalin milyonlarla sovet qızının kumiri idi. Valya da onu uzaqdan sevirdi və yaxından tanıyandan sonra da fikrini dəyişməmişdi. Qız hamının xoşuna gəlmişdi: sadə, şən və həyatsevər idi.
Qız təkcə qayğıkeş və tapşırıqları dəqiqliklə yerinə yetirən deyildi, həm də rəhbərə sədaqətli idi. Stalinin ömrünün son illərində Valentina onun ən yaxın adamına çevrildi, onun çətin xasiyyətinə asanlıqla dözə bilən azsaylı insanlardan biri oldu.
O, Stalinin məşuqəsi idi, bunu “politbüroda” hamı bilirdi. Hər səhər Valentina rəhbərə çay verirdi, hər gecə isə onun yataq otağına gəlir, ona istiliyini və qadın nəvazişini bəxş edirdi.
Valentinaya rəhbərin mühafizəsindən olan bəzi kişilər yaxınlaşmağa çalışsalar da, o, hamısını qəti şəkildə “yola salırdı”. Bunu hiss edən “xozeyin” belələrini gedər-gəlməzə göndərmişdi.
1950-ci illərin əvvəllərində, rəhbərin artıq ciddi sağlamlıq problemləri olduğu və həkimlərə etibar etmədiyi vaxtlarda Valentina ona qulluq edirdi və ola bilsin ki, bununla da onun ömrünü bir qədər uzatmışdı.
Stalinin cangüdənlərindən biri- Aleksandr Varentsev xatırlayırdı: “Hamı bilirdi ki, gecə düşən kimi Valya onun yanına qaçır. Gözəl deyildi, amma pis də deyildi. Öz aramızda deyirdik: Valiyanın həyatı yaxşıdır — işləri qaydasındadır, üstəlik də Stalin onu sevir”.
Çox keçmədən Valya sadəcə “Xanım”a çevrildi — özü də böyük hərflə. Yəni Sahibin Xanımına.
Valentina xüsusi ambisiyaları olmayan sadə bir qız idi. Ona böyük bağ evi xoş gəlirdi — bu, onun Orlikov döngəsindəki balaca birotaqlı mənzili deyildi. Üstəlik, hər şeyə qadir rəhbərin diqqəti qıza xoş təsir bağışlayırdı: o, belə bir kişinin ona diqqət yetirəcəyini heç yuxuda da təsəvvür edə bilməzdi. Mühafizəçilərin məruzələrində belə qeydlər vardı: “12 dekabr, saat 4:00-da İstomina yoldaş Stalinin yataq otağından çıxaraq öz otağına getdi”. Və ya: “13 dekabr, saat 5:30-da İstomina yoldaş Stalinin yataq otağından çıxıb mətbəxə yollandı”.
Bu qeydlər həm də onu göstərirdi ki, Stalin özü də öz yaratdığı sistemin, çekanın nəzarətində idi.
Valya gələndən sonra Stalinin özü isə dəyişmişdi — həm də müsbət yöndə. Hamı bunu hiss edirdi: rəhbər daha şən olmuş, əhvalı tez-tez yaxşı olur, gülümsəyir və zarafat edirdi. Üstəlik, əvvəllər alt paltarına ümumiyyətlə fikir vermədiyi halda, o, birdən-birə keyfiyyətli fransız alt paltarına keçmişdi. Qızı Svetlana xatırlayırdı ki, atası iradəli, güclü qadınları sevmirdi. Sonuncu arvadı Nadejda Allilueva ilə ömrü boyu mübarizə aparmış və nəticədə qadın intihar etmişdi. Valya İstomina isə tamam başqa cür idi — mülayim və itaətkar. O, rəhbərə ehtiramla yanaşır, onu əksər Sovet adamları kimi çox böyük, nəhəng bir insan sayırdı. Qalmaqal salmır, mübahisə etmirdi — bundan yaxşı “sakit liman” olardımı?
Ümumiyyətlə, diktator nəinki iradəli qadınları, elə məğrur kişiləri də sevmirdi. O, özünü ölkənin yeganə sahibi, ağası, erkəyi hesab edirdi.
Valentina demək olar ki, 20 il, düz Stalinin ölümünə qədər bağ evində çalışdı. Onun vəfat etdiyi gün Valya təsəllisiz idi. O, divanın yanında diz üstə çökmüşdü, üzünü mərhumun sinəsinə söykəmişdi və kəndlərdə olduğu kimi ucadan ağı deyərək hönkürdü. Qadın uzun müddət sakitləşə bilmədi və heç kim onu cəsəddən uzaqlaşdırmağa cürət etmədi. İosif Vissarionoviçin yuyulması və geyindirilməsi işi də məhz İstominaya tapşırıldı.
Xruşşov öz qaydalarını tətbiq etməyə başlayanda və Stalinin çox silahdaşlarının “başları gedəndə” Valentinaya heç kim toxunmadı. O, 35 yaşından etibarən yüksək məbləğdə pensiya alırdı və buna görə artıq işləməyə ehtiyac qalmamışdı.
İstominlərin öz övladı olmadı, lakin Valyanın üçüncü qardaşı Vasili həlak olandan sonra onun oğlunu övladlığa götürdü. Hamısı mehriban yaşayırdı, Valentina isə bir daha işləməyə qayıtmadı. Əvəzində ev-eşiklə məşğul olmağı çox sevirdi. Onun həm bağ evi, həm də mənzili sadə idi, amma hər yerdə ideal təmizlik hökm sürürdü. Valya çox gözəl yeməklər bişirirdi. Gürünür, onu Stalinə sevdirən cəhətlərdən biri də bu idi. Valya da öz “xozeyni” kimi mütaliəni çox sevirdi: hər gün qəzetlərə baxır, kitabları birnəfəsə oxuyub bitirirdi.
Sonralar Baş katibin qızı Svetlana Allilueva onu belə təsvir edirdi: “Gənc, burnu bir azca yastı, gün boyu şən gülüşdən ağzı bağlanmayan bir qız idi Valya… Ömrünün sonuna qədər o, dünyada atamdan yaxşı insan olmadığına əmin olmuşdu”.

Uzun bir ömür yaşamış, Rəhbərin ən yaxın silahdaşı olmuş Vyaçeslav Molotov isə İstomina haqqında üstüörtülü danışırdı: “Valentina İstomina… Əgər o, Stalinin arvadı olubsa da, bunun kimə nə dəxli var?”
Valentina İstomina uzun bir ömür yaşadı. Yenidənqurma dövrünün və SSRİ-nin dağılmasının şahidi oldu. Jurnalistlərin, qonşuların, qohumların Stalinlə bağlı verdiyi suallara heç vaxt cavab vermir, daş kimi susurdu.
Valya bəlkə də keçmiş SSRİ-də Stalinə ürəkdən bağlı olan yeganə adam idi.
p.s.
Soruşa bilərlər ki, bütün bunları yazmağın nə mənası? Elə deyirlər də… Mən də belələrinə deyirəm ki, istəməsəniz oxumaya bilərsiz. Bu bir. İkincisi də, diktator haqqında bütün dünyada son illərdə cild-cild kitablar yazılıb. Üçüncüsü, bu adam milyonların qanını batırıb, yeri gəlmişkən, şəxsən bizim ailədən ondan çox adam repressiyaya məruz qalıb. Dördüncüsü, adamları maarifləndirirəm. Beşincisi, “Tarixin kölgəsi” əsəri üzərində işləyən zaman topladığım materiallardan bəzi “qırıntıları” təqdim etməklə, zənnimcə, heç kəsə pislik etmirəm. Yeri gəlmişkən, bu gün həmin əsərin qəhrəmanlarından biri-M.Ə.Rəsulzadənin ad günüdür. Əsərin digər iştirakçısı da Stalindir.
Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Diktatorun qəribəlikləri

Diktatorun qəribəlikləri
Ona bəzən “altıbarmaq” da deyirdilər..
Bir neçə il öncə “Tarixin kölgəsi” tarixi-siyasi dram üzərində işləyərkən əsərin əsas iştirakçılarının –Rəsulzadə və Nərimanovun, həyat və fəaliyyyəti ilə bağlı xeyli axtarışlar apardım. “Qəhrəmanlarımdan” biri də Stalin idi. Əlbəttə, əldə olunan bəzi detal və sənədlərin hamısını təbii ki, bir bədii əsərdə vermək mümkün deyildi. Ona görə də “ellər atası” haqda “qalıq” epizodları təqdim etmək qərarına gəldim.
…Bütün tarix kitablarında Stalinin 1 dekabr 1879 cu il tarixdə doğulduğu qeyd olunur. Əslində isə, kilsə kitabının təqvim bölümündə onun 18 dekabr 1878-ci ildə dünyaya gəlib.
…Bəziləri Stalinin çox sadə, “kasıbyana” həyat sürdüyünü iddia edir. Guya əynindəki köhnə şineldən başqa bir çeyi olmayıb. Bu, zahirən elədir. Əslində diktator bütün SSRİ-ni pz “mülkiyyəti” hesab edirdi. O ki qaldı onun şəxsi təminatına… o, ölkənin ən varlı adamı idi. Məsələn, Baş katibin 12 bağ evi, bir neçə mənzili vardı. Düzdür, Stalinin fərdi avtomobili yox idi. Əvəzində onun bütöv bir qaraj dolu lüks modelli maşınları vardı. Əvvəllər Rolls-Royce Phantom, 1930-cu illərin sonunda Packard Twelve, son illərdə zirehli ЗИС-115 markalı avtosu olub.

… Stalin uşaqlıqda “çiçək xəstəliyi” keçidiyinə görə sifəti çilli, daha doğrusu çopur idi. Qəzetçi-fotoqraflar onun şəkillərini “retuş” edir, çopurlarını “təmizləyirdilər”. Stalinin sol qolu sağ qolundan 2-3 sm. qısa idi. Uşaq vaxtı onun qolu sınmışdı. Bir varianta görə əyyaş atası Vissarion oğlunu yerə çırpmış və nəticədə qolun sümüyü sınmışdır. Digər varianta görə yenə uşaqlıqda sürətlə keçib gedən faytonun altında qaıb sınmışdır.

…Stalinin yaddaşı möhkəm idi. Rus dilini 8 yaşından öyrənməyə başlasa da, ömrünün sonunacan dialektdə danışsa da bu dildə savadlı yazırdı. O, rus və gürcü dillərindən başqa kilsədə oxuyarkən latın dilini də öyrənmişdi. Farsca anlayırdı. Azərbaycan dilində yazmasa da danışır, fikir bildirir, söhbət edirdi.

… Stalinin uşaqlıq və gənclik dostu gürcü menşevik İremaşvili yazırdı ki, Baş katibin valideynləri etnik osetin idi.Stalinin soyadı əvvəllər Dzuqayev olub, sonralar dəyişdirilərək Cuqaşvili kimi sabitləşib.

…Stalinin anası uzun müddət imkanlı bir iş adamı olan Eqnataşvilinin evində xadimə işləmişdi. Bu adam İosifin təhsil haqqını ödəyir, anası Yekaterin ilə yaxın münasibətinə görə qadına maddi yardım edirdi. Sonralar Stalin ölkə rəhbəri olarkən Eqnataşvilinin iki oğluna kömək etmiş- Aleksandra general rütbəsi vermiş, Vasilini isə Gürcüstan parlamentinin sədri təyin etmişdir.

… Stalin çox mütaliə edən olub. Gecələr oxuyurdu. Sutkada 300-400 səhifə kitab oxuyurdu. Mütaliə edərkən “xəlvəti” eynək taxan Stalin adamların yanında heç vaxt bunu bildirmirdi. Onun heç yerdə gözlüklü səkli yoxdur. Sutka ərzində 4-5 saat yatırdı.

..Stalinin yaxın çevrəsindəki adamlar ona öz aralarında bəzən “altıbarmaq” deyirdilər. Nə üçün? Çünki Stalinin ayagında altı barmaq var idi.

…Stalinin boyu haqqında müxtəlif rəqəmlər səslənir. Bəstəboy olduğu göstərilir. Son zamanlar bu rəqəm”dəqiqləşdirilib”, dahi rəhbərin boyu 1.70 sm, çəkisi 70 kq. Olub.

…Stalinin bərbəri kim olub? NKVD əməkdaşı, yüksək çinli zabir Karl Viktoroviç Pauker Stalinin yaxın “silahdaşı”, cangüdəni olub. Tirana o qədər yaxın olub ki, hətta Stalin üzünün, bəğının qırxılmasını məhz Paukerə etibar edib. Amma yazıq Paukeri 1937-ci ildə dahi rəhbərə sui-qəsd hazırladığına görə güllələyiblər.

…Stalinin ən çox qorxduğu peşə sahibləri diş həkimlər, yəni stomatılıqlar idi. O. belə hesab edirdi ki, günlərin bir günü həkimlər düşmənlərin təhriki ilə onun dişinin dibinə zəhərli iynə vurub ellər atasını o dünyaya göndərə bilərlər. Həyatının son illərində ağzında 3-4 diş vardı, həkimlər onunçün “gecə protezləri” düzəltmişdilər, yatanda ağzından çıxarırdı. Yeri gəlmişkən, Stalin rejimi yüzlərlə həkimin repressiyasına fərman vermişdi.

…Dahi rəhbərin “oxrana” əməkdaşının yazdığına görə opera müğənnisi Vera Davıdova Stalinin məşuqəsi olub.

…Qızıl ordu Trotskinin rəhbərliyi altında qələbə çalmışdı. Hətta, Stalin qələbənin bir illiyi münasibəti ilə 1918-ci ildə Lev Trotskini tərifləyib göyə qaldıran bir məqalədə yazmışdı. Amma sonralar hakimiyyət uğrunda gedən mübarizədə onlar düşmən oldulat. Trotskini Moskvadan qovdular, o, əvvəlcə Almaataya, sonra Türkiyəyə, daha sonra Meksikaya getdi və Stalinin əmri ilə qətlə yetirildi. Onun İstanbul fəaliyyəti və oradakı evi haqqında vaxtilə ətraflı yazmışam, tapıb oxuya bilərsiz.

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Firuz Mustafa – Kürk

KÜRK

(Qısametrajlı film üçün ssenari)

Titrlərdə filmi ərsəyə gətirənlərin (ssenari müəllifinin, rejissorun, bəstəkarın, operatorun, texniki işçilərin və aktyorların) ad-soyadı tünd qara şriftlərlə verilir. Bu qara şriftlərin arxa fonunda isə narın-narın yağan bəmbəyaz qar.

İri planda divardan asılmış fotoşəkil. Fotoda üç adam: Qadın, Kişi və Oğlan uşağı.
Otaq. Qadın pəncərədən baxır. Uşaqlar xizək sürür.
Musiqi.
Qadın dəsmalla çərçivədəki fotonun üzünü silir, sanki onun tozunu alır. Fotodakı Qadın o, özüdür.
Qapı cırıltı ilə açılır. Dəhlisdə Uşaq görünür. Bu, divardan asılmış fotodakı Uşaqdır.
Onların, yəni Qadın ilə Uşağın arasında belə bir dialoq olur.
-Ana, mən də gedirəm uşaqlarla xizək sürməyə.
-Axı sən soyuqlamısan.
-Onda qoy kürkü geyim.
İri planda dəhlizdəki asılqandan asılmış kürk. Uşaq və Qadın kürkə baxırlar.
-Bu kürk sənə böyükdür, böyüyəndə geyərsən, mənim balam.
-Geyinib baxmışam, əynimə yaxşı oturur.
Qadın duruxub əvvəlcə kürkə, sonra isə divardakı fotoşəklə baxır. Fotodakı Kişi sanki zəhmli baxışlarla Qadını süzür. Qadın həyəcanla Uşağa baxır:
-Dedim ki, böyüyəndə… Olmaz…
Uşaq kövrəlir. Xanım uşağın başına sığal çəkərək deyir:
-Oğlum, ölən adamın pal-paltarını geymək günhdır. Deyirlər, bunun düşər-düşməzi olur.
Uşaq bir müddət susur, başını aşağı salır, sonra otaqdan çıxır.
Qadın pəncərədən baxır. Uşaq xizəyinin dəstəyində tutub sürüyə-sürüyə gedir. Qadın başını yellədir. Şəkildəki kişi sanki diqqətlə Qadına baxır.
Musiqi.
Kadr dəyişir.
Həmin otaqda indi üç adam var: Həkim, Qadın və Uşaq. Həkim diqqətlə baxdığı termometri çantasına qoyaraq dəmir çarpayıda uzanmış Uşağa yaxınlaşır. Uşaq fasiləsiz öskürür. Ana çarəsiz halda küncə qısılıb. Həkim uşağın nəbzini tutub müəmmalı bir təəssüf hissi ilə başını yelləyir.
Musiqi.
Həkim:
-Sətəlcəm olub… Yerini isti etmək lazımdır.
Qadın uşağın üstünə bir odeyal da atır.
Həkim ora-bura vurnuxur. Gözü dəhlizdəki asılqandan asılmış kürkə sataşır. Gedib kürkü götürür və Uşağın üstünə çəkir.
Bundan sonrakı kadrlarda söhbət eşidilmir.
Musiqi.
Yavaşıdılmış kadrlar. Otaqda Qadın və Uşaq. Uşağın üstündə kürk. Qadın əlini uşağın alnına qoyur. Uşaq sakitcə uzanıb. Qadın həyəcanla əyilib dodağını uşağın alnına toxundurur. Uşağın gözləri yumuludur. Qadın Uşağın yaxasından tutub onu əvvəlcə ehtiyatla, sonra bərk-bərk silkələyir. Hiss olunur ki, Uşaq bu hərəkətlərə reaksiya göstərmir.
Qadın qıyya çəkir.
Musiqi.
Kadr dəyişir.
Qəbristanlıq. Yan-yana iki məzar. Qəbirlərdən biri böyük, digəri isə kiçikdir. Qoşa məzarlardan birinin-böyük məzarın başdadşında Kişinin fotosu. Kiçik məzarın başının üstündə kiçicik bir başdaşı var. Bu, Uşağın qəbridir.
Musiqi.
Qadın görünür. O, qucağında gətirdiyi bağlamanı açır: bu, evdəki kürkdür.
Qadın əyilib kürkü yerə, daha doğrusu qoşa məzarın üstünə sərir. Kürkün qanadlarından biri böyük məzarı, digər qanadı isə kiçik məzarı “qucaqlayır”. Sanki ata-oğul bu anlarda qol-boyun olub isti kürkün altında rahat yatırlar.
Musiqi.
Qadının gözünün önündə Kişi və Uşaq canlanır. İndi onların hər iksinin əynində qalın kürk var. Kişi və Uşaq əvvəlcə qadına sarı gəlir, sonra kəskin şəkildə arxaya çevrilərək sanki sonsuzluğa sarı gedirlər.
Qadın qıyya çəkərək onların arxasınca qaçır:
-Eheyyy…
Qadın qaçır.
Qar yağır.
Musiqi.
Titrdə yazı:
SON

İştirakçılar:

Qadın
Uşaq
Həkim
Xəyali kişi

Lazım olan əşyalar:

Kürk
Xizək
Foto

 Məkan:

Otaq
Məzarlıq

Vaxt:

10′

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şahanə – Sergey Yesenin

Sergey Yeseninin xatirə günüdür- vəfat etdiyi vaxtdan yüz il keçir.
Mən onun az qala bir kitablıq şeirini tərcümə etmişəm. İndi isə şairin çox məşhur olan bircə şeirini təqdim edəcəm.

             Şahanə

Şəhanə, Şəhanə, mənim Şəhanəm!
Bəlkə də şimaldan оlduğum üçün,
Sənə düzənlərdən söz açım bu gün.
Gеcə dalğalanan zəmi bir aləm,
Şəhanə, Şəhanə, mənim Şəhanəm.

Bəlkə də şimaldan оlduğum üçün
Ay böyük görünür yüz dəfə azı,
Nə qədər sеvsəm də gözəl Şirazı
Ryazantək gеniş görünmür bu gün,
Bəlkə də şimaldan оlduğum üçün.

Çоvdar zəmisindən söz açım sənə,
Оrdan götürmüşəm bu saçları mən,
Barmağına dоla əgər istəsən-
Bundan isti-sоyuq оlammaz mənə
Çоvdar zəmisindən söz açım sənə.

Gеcə dalğalanan zəmi bir aləm,
Qıvrım saçlarıma nəzər sal bir az.
Gülüm, zarafat еt, gül, bеlə оlmaz.
Təkcə yaddaşımı оyatma, sənəm,
Gеcə dalğalanan zəmi bir aləm.

Şəhanə, Şəhanə, mənim Şahanəm!
Оrda, Şimalda da bir qız yaşayır,
Bilsən о qız sənə nеcə охşayır.
О, məni düşünür bəlkə də bu dəm…
Şahanə, Şahanə, mənim Şahanəm.
1925
Tərcümə edəni: FİRUZ MUSTAFA

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Respublikanın Əməkdar artistı mərhum Yadigar Muradovun anadan olduğu gündür – 18 dekabr

18.12.2025 (“Gündəlik”dən sətirlər)
Bu gün Respublikanın Əməkdar artistı mərhum Yadigar Muradovun ad gününə həsr olunmuş tədbirdə iştirak etdim. O, düz bir ay əvvəl- noyabrın 18-də 67 yaşında rəhmətə gedib. Yadigar bəy 1958-ci ildə dekabr ayının 18-də Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. O, xalq arasında həm də özünün yaratdığı obrazla- Aşıq Yedigar kimi tanınırdı.
Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan onun direktoru olub.Teatrın bu günəcən fəaliyyət göstərməsində onun rolu danılmazdır.
Şuşa Teatrı vaxtilə mənim yaradıcılığıma da müraciət edib, “Ağıllı adam” pyesimi tamaşaya hazırlayıb, DGT (ТЮЗ)-in səhnəsində nümayış etdirib. Teatr sonralar da mənim pyeslərimi tamaşaya qoymaq istəyində olub, amma şətaitsizlik, binasızlıq və digər səbəbindən bu istək baş tutmayıb. Şükürlər olsun, indi Teatrın Bakıda öz binası var. Əminik ki, tezliklə azad Şuşada gözəl ənənələrlə zəngin olan Şuşa Dövlət Musiqili Dram Teatrı öz fəaliyyətini davam etdirəcək.
Teatrın yaradıcısı Yadigar Muradovu ehtiramla andıq, onun quruluş verdiyi “Dağılan tifaq” (Ə.Haqverdiyev) tamaşasına baxdıq.
Yerin cənnət olsun, sənətkar.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Взгляд на поэтическое творчество Элхана Зала

ПОЭТИЧЕСКАЯ УНИКАЛЬНОСТЬ
(Взгляд на поэтическое творчество Элхана Зала)

Настоящая поэзия всегда встречается с удивлением и… сопротивлением.
Настоящая поэзия похожа на айсберг: её невидимая часть намного больше видимой.
Настоящая поэзия, подобно внезапному метеору, вспыхивает и озаряет всё вокруг.
Настоящая поэзия всегда нова, всегда оригинальна, всегда неповторима.
Настоящая поэзия, являясь поэтическим явлением, а также явление позитивное.
Речь идёт о настоящей поэзии.

Серебристый звонкий смех
Танцует, всё танцует.
Весенний дождь, улыбаясь,
Рисует узоры на сыром асфальте.

Это неожиданно. Здесь не только «весенний дождь, рисующий узоры на сыром асфальте» или «серебристый звонкий смех» — в целом дух, идея, структура стихотворения оригинальны.

Если утро будет страшным —
Я не устану от твоего взгляда.
Если слова станут мокрыми —
Я не устану от дождя.

Это поразительно. Здесь дождь уже подан в совершенно другом «цвете».
Автор приведённых мною строк — поэт Элхан Зал Караханлы. В стихах Элхана существует целая эпоха, и в этой целостной эпохе история и современность идут рука об руку. Читатель в этих стихах, даже в одном отдельно взятом фрагменте, может услышать и ржание боевых коней, и увидеть как поэтический образ «жеребцов, играющих гривами в витрине супермаркета».
Если скажем, что большинство сравнений, метафор и уподоблений в стихах Элхана —совсем новые, думаю, это не будет преувеличением.
«Сгущение ангельского хора на горизонте», «заболеваемость кровопивших гранатовых садов», «языки света, тяжело падающие на землю», «дым неторопливого дня в упряжке телеги», «одинокий полёт беркута, дремлющий в пыльном углу памяти», «маршал волн, ведущих наступление на берег», «рыбы, пойманные безумцами, бросающими крючья в небо», «рак, инфаркт… и нож, собирающие туристов на тот свет», «зной, спящий в тени деревьев», «голубой сон купольного неба, струящийся в человеческое сердце», «интернет, доставляющий письмо из города, и ветер, дремлющий на волнах», «море, широкое как турецкая баня под небом», «турецкие девушки, купающие умирающий день», «парки — бесплодные» и «рыбы — чешуйчатые рабы»… странные и неожиданные сравнения. Именно все эти странные и неожиданные сравнения читатель видит в стихах Элхана и высоко ценит их.
Одним из самых интересных моментов является то, что в стихах поэта, о котором я говорю, слова и выражения будто не стоят рядом — они находятся внутри друг друга, спаянные, сплетённые. Поэтическая архитектура этих стихов такова, что даже самый маленький «строительный материал» — т.е. самое обычное слово — невозможно сдвинуть с места. Даже попытка может нарушить не только внешний «дизайн», но и общий ансамбль стихотворения.
История, миф и память — всё это из стихов Элхана смотрит в наш сегодняшний день. Автор в своём поэтическом творчестве нередко обращается к верованиям, древним надписям, молитвам, глиняным табличкам. И все эти феномены в его стихах представлены в новом ритме, в новом спектре.
Некоторые представляют Элхана, точнее его стихи, исключительно в плоскости «тюркизма». Верно, отрицать выразительность и очевидность тюркского духа в его стихах невозможно. Но нельзя забывать и то, что эти поэтические фрагменты — уникальное отражение системных или хаотичных мыслей современного человека, в чьей душе, крови и сознании живут чувства и волнения истории. То есть речь вовсе не об обычном, поверхностном, традиционном или «модном» взгляде на историю.
Элхан своими строками стремится привести к общему знаменателю разные времена, а порой и пространства, которые давно разошлись. То есть в этих стихах время едино, цельно, неделимо.

С просторов Турана идут корабли,
из загадочных взглядов выглядывает Баку,
уснула битва, чей голос сделался глиной
в ржании коней-волн.
Ожидание прекрасно, если есть кого ждать,
туманные чувства гладят огнём подковы,
в мшистости загадочных взглядов
пасётся олень с якутской улыбкой.
Остановился караван кораблей,
в порту бродит белизна
на белой войлочной подстилке,
границы степной тоски
ты не сможешь скрепить тамгой таможни.
Волны смотрят на берег — не поднимай стяга,
за далью — окрестности Отукенa.
Дева с миндальным взором, жгущим душу,
вспенивает чувства, как кымыз.
Из окна гостиницы глядит аил,
пальцы девы — тёплые и нежные,
глиняные книги степной тоски
вписаны в грудь богатырей.

Я сознательно привожу здесь стихотворение Элхана «Глиняные книги тоски» полностью — как иллюстрацию сказанного.
Если читатель присмотрится внимательнее, он увидит, что в стихах Элхана нова не только синтаксическая структура — новы и их «морфология», и «лексика».
Мне кажется, что Элхан Зал в своих текстах иногда намеренно использует слова и выражения, которые сегодня либо редко употребляются, «архаичны», либо почти забыты, а иногда и вовсе «чужие». Я отношусь к этому как к естественному состоянию. Потому что большинство этих слов и выражений вовлекаются в новый круг поэтического мышления в силу неизбежности существующей поэтической логики. И многие смыслы, возникающие из этой необходимости и устремлённые ввысь, насыщены тонкими намёками и тайными символами. Более того, эти «чужие» слова — это знакомые «следы» родных чувств, «спрятанных» в глубинных слоях нашего мышления.
Знаменитое стихотворение Элхана «Торговый пейзаж» от начала до конца насыщено неповторимостью своих сравнений.

Здесь не Париж и не Сидней,
Даже не Дакар это.
Человек не может найти себе работу,
Но и без дела не сидит.

У ожидания нет конца,
Хоть сотню раз к Богу склонись.
Ступай, ищи себе приключений
Или броди бесцельно-праздно.

Сырость пьяных взглядов
Ходит по земле, чтоб развесить бельё.
Здесь нет трассы для сердца,
Чтобы мчаться по ней на машине.

На сцене улиц —
Пантомимный театр.
Это — наш Бродвей,
Это — наш Монмартр.

А поэма «Полонез» должна быть признана успехом не только Элхана, но и всей нашей поэзии. Поэма запоминается своим внутренним динамизмом, драматизмом и непрерывностью.
В начале я отметил, что настоящая поэзия всегда встречается с удивлением и… сопротивлением. О первой ассоциации, т.е. удивлении, вызываемой произведениями Элхана, мы частично уже поговорили. Но подробно говорить о том сопротивлении, с которым сталкивается его поэзия, я не намерен. Нет, здесь речь не может идти о сопротивлении, связанном с публикацией или печатью. Ведь большинство написанного Элханом без всякого «сопротивления» доходит до читателя. В данном случае можно лишь вкратце сказать, что речь идёт о другом «сопротивлении» — о трудности восприятия, осмысления, переживания, понимания этих стихов.
Чего скрывать — в некоторых случаях стихи Элхана не всегда могут на должном уровне воспринять и понять не только «обычный статичный» читатель, но даже и «профессиональные» люди слова. Это, быть может, в какой-то степени даже играет на пользу автору. Ведь, скажем откровенно, для того чтобы понять и принять некоторые произведения, иногда требуется определённая подготовка. Пусть это и не сугубо академическая научная подготовка, но, во всяком случае, это такая культура восприятия, которая может быть необходима современному читателю.
Читатель этих стихов, лишённых пафоса, не стремящихся к шуму и крику, на мой взгляд,— это прежде всего человек широкого интеллекта, глубокого мышления, тонкого вкуса.
К счастью, о тех или иных достоинствах стихов Элхана Зала в литературной среде уже высказались многие выдающиеся мастера слова. Среди них можно назвать народного поэта Вагифа Самедоглу и народного писателя Эльчина, наших видных учёных Низами Джафарова и Арифа Эмрахоглы, публициста Рашада Меджида, писателей Эльчина Гусейнбейли и Эйюба Гыяса, критиков Вагифа Юсифли и Асадa Джахангира, поэтов Расима Караджу, Мурада Кехнекала, Экбера Гошалы, Чулпан Зариф и Салима Бабуллаоглы.
И наконец, я ещё раз могу подчеркнуть, что поэтический мир и поэтический стиль Элхана Зала выделяются своей неповторимостью. Я желаю ему ещё больших успехов на этом пути.

Автор: Фируз Мустафа

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

ELXAN ZALIN YAZILARI

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana