
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü, 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad ediblər.
Anım mərasimində Azərbaycan nümayəndə heyəti və səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları səfirliyin binasında Ulu öndər Heydər Əliyevin abidəsinin ününə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar.
Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb.
Mənbə və Ətraflı: https://www.facebook.com/share/jM1EmkvFPMAJjge8/?mibextid=WC7FNe
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru











