Milli Kitabxanada “Bakı Dövlət Universiteti -105” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Bakı Dövlət Universiteti -105” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub

Sentyabr ayının 1-də Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 105 illiyi tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib.

104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 1 filial, 1 kollec və 1 liseylə fəaliyyətini davam etdirir.

Milli Kitabxanada Bakı Dövlət Universitetinin təsis edilməsinin ildönümü ilə əlaqədar “Bakı Dövlət Universiteti -105” adlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgi bir həftə davam edəcək.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/milli-kitabxanada-baki-dovlet-universiteti–105-adli-genish-kitab-sergisi-i

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir