Etiket arxivi: “”Ulduz”lu görüşlər”in qonağı

AYB-də “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib

AYB-də “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib.

Görüşün qonağı yazıçı-publisist Vəsimə İsmayılqızı olub. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Filologiya fakültəsinin “Ulduz” jurnalında yaradıcılıq təcrübəsi keçən 4-cü kurs tələbələri üçün təşkil olunan görüşdə tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak ediblər.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs layihə çərçivəsində keçirilən ustad dərslərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu dərslər həm görüş, həm də praktiki məşğələ formatında təşkil olunur və tələbələrin yaradıcılıq bacarıqlarının formalaşmasına xidmət edir. Qeyd olunub ki, bu prosesdə təkrar və müzakirələr xüsusi yer tutur, çünki biliklərin möhkəmlənməsi məhz bu mərhələdə baş verir. Ümumilikdə isə belə təşəbbüslər öyrədici olmaqla yanaşı, gənclər üçün motivasiyaedici bir mühit yaradır.

Daha sonra Azərbaycan Universitetinin baş müəllimi Leyla Məmmədəliyeva, şair-publisist, Əməkdar müəllim İsgəndər Səklikov, Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşar və digər natiqlər bu cür görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını bildiriblər. Onlar Vəsimə İsmayılqızının yaradıcılığından bəhs edərək onun əsərlərində qaldırılan mövzuların aktuallığını, publisistikasında cəmiyyətə həssas yanaşmanı və oxucu ilə qurduğu səmimi ünsiyyətin əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, Vəsimə İsmayılqızının müəllifi olduğu “Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyi barədə danışıblar. Onlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar.

Daha sonra tələbələr qonaq yazıçı Vəsimə İsmayılqızına suallar ünvanlayıblar. Yazıçı müəllifi olduğu kitablar, publisistika sahəsində fəaliyyəti, yaradıcılıq prosesi və oxucularla ünsiyyətin əhəmiyyəti barədə ətraflı danışıb, gəncləri daha çox oxumağa və yazmağa təşviq edib. Fotolar:

Qeyd edək ki, “Ulduzlu görüşlər” layihəsi çərçivəsində təşkil olunan bu cür tədbirlər gənc yazarların formalaşmasında, onların peşəkar ədəbi mühitlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

““ULDUZ”LU GÖRÜŞLƏR”IN NÖVBƏTI QONAĞI YAZIÇI-PUBLISIST GÜNEL ANARQIZI OLUB

““ULDUZ”LU GÖRÜŞLƏR”IN NÖVBƏTI QONAĞI YAZIÇI-PUBLISIST GÜNEL ANARQIZI OLUB
““Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib. “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, universitetin bakalavr tələbələri iştirak ediblər.
Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi və kitabların insan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə G. Anarqızı çoxsaylı suallara cavab verib.
Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib.
Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

““Ulduz”lu görüşlər”in qonağı Rəşad Məcid olub

““Ulduz”lu görüşlər”in qonağı Rəşad Məcid olub

“”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib. “Ulduz” jurnalının təşkilatçılığı ilə keçirilən görüşdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib.
Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı.
Söz Rəşad Məcidə verilib. Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə şəxsi kitabxanasından seçmə kitablar hədiyyə edib.

Qeyd edək ki, bundan əvvəl “”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında “Allaha salam” filmininin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I