Etiket arxivi: Yəni təmsil

Çağdaş təmsil nümunəsi

VİRTUAL DOSTLUQ
(təmsil)

Maral ilə bir Cüyür
Virtual dost oldular,
Meyillərin daha çox,
Şəbəkəyə saldılar.
Nəhayət ki, bu işdən
Sıxıldılar bir qədər,
Gördülər ki, burada
Gedir xeyli vaxt hədər.
Onlar canlı görüşmək
Qərarına gəldilər,
Bunu daha faydalı,
Həmdə doğru bildilər.
Ancaq Cüyür görərkən
Tanımadı Maralı,
Sıçrayaraq kənara
Durdu xeyli aralı.
Dedi: “Qorxunc buynuzun,
Həmin Maral deyilsən.
Mən təsəvvür edənə
Oxşamırsan qəti sən.
Yox-yox, istəmirəm tay
Dostluq edəm sizinlə.
Bu halını görərkən
İnanmadım gözümə”.
Maral dedi: “Ey Cüyür,
Etmə peşiman məni.
Bilirsən ki, doğma tək
Əziz bilirdim səni.
Ancaq bu gün olanlar
Məni qorxuya saldı,
Çox pis hallara düşdüm,
Əlim-üzümdə qaldı.
Gərək yox imiş sizə
Bağlanmağa bu qədər,
Bizim qiyabi dostluq
Mənə yaşatdı kədər”.
İbrət götür, ey insan,
Yaxşı tanı yoldaşı,
Bil ki, virtual dostluq
Bəzən ağrıdır başı.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I