Şaxta babaya məktub
(Kiçik qəlblərin böyük sevgisi)
Dekabr son günlərini yaşayırdı . Bayırda baharı xatırladan , zəif günəşli hava vardı.
Jurnalı götürüb yeyin addımlarla sinif otagına dogru irəllədi . Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi.
Çox fərqli , maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları .
Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi .
Çalışırdı dərs saatı maraqlı keçsin . Uşaqları yormasın . İcazə vermişdi , ona başqa sahələrdən də suallar verə bilərdilər . Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər . Bir sözlə uşaqlarla dost olmaga çalışmışdı , əməyi hədər getməmişdi .
Axşam aglına yeni fikir gəlmişdi . Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin .
Uşaqlaın buna çox sevinəcəklərinə əmin idi .
Sinifə girib uşaqlarla salamlaşdı . Şagirdlərin üzündə xoş təbəssüm yarandı .
-Necəsiniz?
Hər tərəfdən səs qalxdı:
– Yaxşıyıq !
– Siz necəsiniz? . – zəif bir səs otaga həzin musiqi kimi yayıldı . Günay idi . Hamı çönüb bu arıq , çəlimsiz qıza baxdı . Müəllimi gülmək tutdu .
– Yaxşıyam , qızım . Səsinə nə olub?
– Hər şey yaxşıdı , müəllim .
Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı . Uşaqlar yerindən tərpənmək istəmirdi.
Uşaqlara yeni illə baglı planının ucundan – qulagından deyib onları tənəffüsə buraxdı .
Bu günə çatmayacaqdı onsuzda , sabah ətraflı məlumat verərəm deyib sinfdən çıxdı.
Bu gün başqa dərsi yox idi . Həyətdə bir az gəzişib evə gedəcəkdi . Birdən aglına bir fikir gəldi . Bu gün 5- ci sinif 4 dərsdən sonra evə gedəcək . Bəlkə müdriyyətdən icazə alıb 5- ci saatı uşaqlarla keçirtsin ?
– Yaxşı fikirdi, gedim görüm neynirəm. Sevincərək yuxarı qalxdı . Adil müəllim onu görüb təəccübləndi :
– Samir müəllim , nəsə olub?
Heç nə olmadıgını , uşaqlarla 1 saat məşgul olmaq istədiyini dedikdə direktor razılıgını bildirdi .
Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi .
Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə baglı planı onları çox sevindirmişdi .
– Oturun uşaqlar . Tədbirimiz iki hissəli olacaq . Həm deyib – gülmək , oynamaq , həm də …
– Nə ? Nə? Yerdən səslər ucaldı .
– Həm də şaxta babaya məktub yazacaqsınız , mən də onları şaxta babaya çatdıracam , o da cavablabdıracaq .
– Şaxta baba? O axı buralara gəlmir?
– Siz yazdıgınız məktuba mütləq cavab verəcək .- deyib bıgaltı gülümsündü .
– Nə zaman yazaq ?
– Elə indi.
Uşaqlar sevinə – sevinə parta arxasına qısılıb , öz istəklərini xəlvətcə ag vərəqə yazmaga başladılar .
– Tələsməyin uşaqlar , rahat – rahat yazın , səliqəli yazın ki , şaxta baba oxuya bilsin .
Özü də bilmədən agır bir işin altına girmişdi . Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə , necə olacaq?
Fikirdən Günayın səsi ayırdı onu.
– Müəllim mən yazdım , buyurun!
– Sagol , qızım , keç əyləş .
Uşaqlar bir – bir vərəqləri gətirib ona verirdilər . Ən axıra Zəhra qalmışdı . Bu sakit təbiətli , göygöz qız bütün uşaqlardan seçiirdi . Gözünün dərinliklərində yıgılıb qalmış kədər , uşagı yaşından daha böyük göstərirdi.
Vərəqləri səliqə ilə bir yerə topalıyıb , çantasına qoydu .
Sagollaşıb otaqdan çıxdı .
Məktublara əsasən tədbirin ikincu hissəsini təşkil edəcəkdi .
Bu gün çox yorgun idi .
– Bəlkə məktubları oxumagı sabaha saxlasın ? .- deyə düşündü . Bu fikirlə də oturdugu yerdəcə yuxuladı . Oglunun səsi onu şirin yuxudan oyatdı :
– Ata, ata, oyan .
Gözlərini birtəhər açıb ogluna baxıb , gülümsündü :
– Nə olub , ay dəcəl?
– Gör harda yatmısan?
– Harda?
– Stulda adam yatar? .- Bayram dodaqlarını incik şəkildə büzdü .
– Yox yatmaz . Agıllı balam indi dururam . Çox sagol ayıltıgın üçün .
Bayramın başını sıgallayıb otagına keçdi . Zərif əllərlə yazılmış məktubları ürəyi əsə – əsə oxumaga başladı .
Birinci məktub Muradın idi .
– Salam Şaxta Baba ! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik . Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacagını dedi . Mənim arzularım çoxdu , şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm . Həm də dərslərimi yaxşı oxuyuram ki , Allah baba böyüyəndə arzularıma çatdırsın . Sizdən oyuncaq istəyə bilərəm ? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oglan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm .Su maşını istəyir , mənim olmadıgı üçün verə bilmədim . Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm , Şaxta baba!
Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad .
Fəridin məktubunu oxumaga başladı .
Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı .Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi .
Çox maraqlı istəklər vardı bu ag vərəqlərdə . Müəllim uşaqlardakı qürura heyran qalmışdı .
Fateh yazırdı :
– Şaxta baba , əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz ?
Saleh yazırdı ;
– Əsgərlərimiz üçün isti geyimlər lazımdı , axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm .
Oxudugu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım oldugunu , həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar . Şaxta babadan istədikləri xlrda – para oyuncaqları ya qonşu , ya qohum üçün istəmişdilər .
Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi . Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı .
Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar .
Maddi heç nə istəmirdilər Şaxta babadan.
Aygün yazırdı ;
– Salam Şaxta baba , necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi ,atam bizi uşaq vaxtı qoyub gedib .Neçə dəfə yanına gedib evə qayıtmagını xahiş etsəm də geri dönməyib..Bəklə siz onun yanına getsəniz geri dönər ,anamla barşar ? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm.
Fidan yazırdı;
– Salam Şaxta baba, necəsiniz?Anam bizə deyib ki heç kimdən heç nə istəməyim . Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir . Amma nə vaxtdı qar istəyirəm , yagmır . Siz olan yerdə qar varsa , gələndə bizə bir az gətirin , çox yox , bir az olsa bəsdi .
Samir müəllimi gülmək tutdu .
Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumaga davam etdi .
Nazlının məktubu onu kövrəltdi .
Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı .
Sahilə evdə tez – tez dalaşan ata – anasının mehribançılıgını istəmişdi .
Jalə atasının ona aldıgı , böyük qız oldugu üçün oynatmadıgı oyuncagı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı oldugunu yazmışdı . Ata – anasının vaxtı olmadıgından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi .
Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən , hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutdugu paltarlarının çirklənməsindən şikayətlənmişdi . Şaxta babadan xahiş etmişdi ki , bu işlə məşgul olanlarla görüşüb , onlara arzusunu çatdırsın .
Məktublardan o da məlum olurdu ki uşaqlar Şaxta babanın varlıgına inanmırlar . Ancaq şaxta baba obrazının kim oldugunu da dəqiq bilmirlər .
Uşaqların kasıb ailədə böyüdükləri , ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi .
Uşaq agılları ilə hər şeyi oldugu kimi dərk edib , olanlara qane olmuşdular . Həmçinin bu balaca insanlara Vətən sevgisi , valideyin sevgisi , müəllimə hörmət , insanlara , heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı .
Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi .
Ayşən məktubunda sevduyu pişiyinin ayagının sındıgını , Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi .
Aysel Şaxta babaya yazırdı ;
– Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub
yazın . Anam sizə dadlı yeməklər hazlrlasın . Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız .
Mahirə yazırdı ;
– Şaxta baba biz bu il yeni ili Şuşada qeyd edəcəyik , Sizi də dəvət edirəm ! Gəlib gözəl Şuşamızı görə bilərsiniz .
Müəllimin sinəsi qürurdan qabardı .
Zəhra yazlrdı :
– Salam Şaxta baba , necəsiniz? Mən sizdən bir xahiş edəcəm . Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram . Düzdü onu görmək çox istərdim , amma bilirəm ki , o göylərdədi , yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib . Mən onunla fəxr edirəm ! Düzdü hər gecə aglayıram . Atamsız çox çətindi . Yox , yox bilirəm siz onu geri qaytara bilmərsiniz . Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam . Oxuyub təhsil alacam , atam kimi hərbiçi olacam . Bax onda atam məni görəcək ,sevinəcək ! İndi də görür , amma mən onu görmürəm . Bilirsiniz , Şaxta baba , mən anamı istəyirəm . Yox , o ölməyib sagdı . Amma atamdan sonra bizi qoyub getdi.Hər gün aglıyır , başını divara vururdu . Atamsız qala bilmirdi . Bir gün onu atamın məzarı üstündə tapdılar . Vəziyyəti agır idi . Agıl xəstəxanasına yerləşdiriblər . Yanına gedirəm , məni tanımır .
– Əfqan ( atam ) nə vaxt qayıdacaq ? – deyir .
Deyirəm ana mənəm ,Zəhra , buda qardaşım Hikmət .
– Əfqan gələndə gələrsiniz – deyir .
Mən anamı istəyirəm . Hər gün Allaha dua edirəm , o sagalsın , bizi anasız qoymasın .
Şaxta baba , bəlkə siz onun yanına getsəniz , bizim onun uşaqları oldugumuzu desəniz o inanar.
Əvvəlcədən təşəkkür edirəm!
Samir müəllim hönkürtü ilə agladı . Tez özünü ələ alıb , fikrə getdi :
– İlahi , bu balaca ürəklərə nələr sıgırmış?
Sonuncu Fərəhin yazısı idi .
Şaxta babanı tarix dərsinə dəvət edirdi . Samir müəllimi əməllicə tərifləmişdi . Gəlib dərslərində oturmagı Azərbaycanın tarixini öyrənib , başqa ölkələrə gedəndə danışmagı tövsiyyə edirdi Fərəh .
Uşaqların iç dünyasına az – çox bələd olan müəllim onlarla qürur duydu .
Oturub onların istəklərini necə həll etmək yollarını axtarmaga başladı .
Bu gündən onlarla dost olacaq , onlara mənəvi , gücü çatdıgı qədər maddi dəstək olcaqdı . Balaca ürəklərdəki mətinlik , qürur , sevgi ona qüvvət verdi . Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da dogmalaşdırdı . Kiçik qəlblərin “ böyük insanlıq dərsi” onu məmnun etmişdi.
Müəllif:Leyla YAŞAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru