Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi” müsabiqəsində (archive.vn)209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.
Verələr uşaqlığımı Tutam isti əlindən, Apararam keçmişə Anam layla deyənə, Atam sığal çəkənə, Nənəm isti çörəyə Pendir,yağı çəkənə. İsti yorğan altından Saat 5də oyadıb Məktəbə hazırlayan Anamın qızıl səsi, Qulağıma dəyənə. Atamın ağır əli Qəzəblənib arabir Evə gec gəldim deyə Sillə olub bir anlıq Yanağıma dəyənə. Əyiləm ona sarı, Deyəm qorxma,çəkinmə Güvəndəsən indicə Anan,atan sağdısa Bu dünyadan,həyatdan
Amandı sən incimə. Dərd çəkməyə vaxtın bol, Hələ çat bir əlliyə, Gör necə ağır həyat İsti döşəkdən durmaq, Ağır çanta daşımaq, Dərd deyil, dərd əsasda Həyat yükü daşımaq. Oynamağa adam yox Geyinməyə paltar yox Dərd inan, bunlar deyil Danışmağa adam yox Güvənməyə insan yox Bax bunlardı əzablı. Sən mənə çatan kimi Bu həyat yollarında Mən kimi səhv döngələr Dönmə saqın,ağır get. Aldanma bir kimsəyə Dost demə sən hər kəsə Sıxma hər ötən əli Baş qoyma yad çiyinə. Mən istərəm sən olum, Sən mən olmağa tələsmə.