AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ.

AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ.
(ÖZ DİLİMİZİ ÖYRƏNƏK)

İlk baxışdan dilimizdə olan “girov” sözü ərəb və ya fars dilindən keçmə sözlərə bənzəyir.Əslində fars dilində “girovkan” sözü vardır.Mənası “girov edilmiş, girov edilməli şey;2) qul, kölə”.
İlkin olaraq “girov” sözünün də fars dilindən keçmə söz kimi qəbui etmək mümkün sayılar.Ancaq bu sözün semantik mənasını araşdırarkən “gprov” sözü bir neçə pilləli Qədim Oğuz dilinə daha yaxın görsənir.Sözün semantikası dilimizdə “borc müqabilində verilən (saxlanılan) şey” kimi mənalanır.
Qədim Oğuz dilində “kiritmək” sözü vardır.Yəni “səsini kəsmək, sözünü kilitləmək, ağzını bağlamaq, çənəsini qapatmaq”, bəzən də sadəcə olaraq “kilitlə!” kimi mənalara gəlir.Bu sözdə də türk dillərində aktiv olan (r-l) və (t-d) əvəzlənməsi özünü göstərir.Kirit-kilid.
Fars dilində “kilid”- “açar”mənasında, türk dillərində isə sözün əsl mənası olan “bağlı” kimi məna daşıyır.”Açar” sözü kilidin açılması məqamını göstərir.Fars dilində “kilid” sözünün sinonimi “qıfıl” sözü daha işləkdir.Bu sözlərin ikisi də öz növbəsində qədim teofordurlar.Oğuzca “kirit”sözü “Qor-kir”, fars dilində “qıfıl” sözü “Qav-qıf” tanrılarının adlarından törəmə sözlərdirlər.Bu bir daha onu sübut edir ki, ən qədim sözlər tanrıların adından yaranmışdır.Dilimizdə işlənən “ey dili qafil” sözü də, fars dilində “ey qəlbi(ürəyi) bağlanmış(qıfıllanmış) mənasını bildirir.
Əgər biz “girov” sözünün semantik cəhətdən “saxlamaq, dayandırmaq, durdurmaq” kimi mənalarını nəzərə alsaq, bu sözün kökünün türk dilində olan “kirit-kilid” sözündən yaranmasını görərik.Həqiqətən də birindən pul və ya digər şey borc götürülərkən hər hansı bir şeyin fəaliyyəti saxlanılaraq (dayandırılaraq) girov kimi əvəzinə pulun və ya digər şeyin əvəzinə qoyulur.
Araşdırmadan aydın olur ki, “girov” sözünün kökü qədim sözümüz olan “kir-gir” sözündəndir.
Fars dilində ”Girov” sözünün 2-ci mənası olan “qul, kölə” sözləri bizim qədim nağıllarımızda opfoepik qaydada işlənən doğma “qaravaş” sözüdür.Girov-Qarav.Yəni “girov alınmış” sözündəndir.
Dilimizdə “Girəvə düşən kimi” sözü, “sərbəstlik, azadlıq olan kimi” mənasına gəlir.Yəni “girovluqdan çıxan kimi”…
Qədim Oğuzların “Cilov” sözü də “girov” sözündən törəmiş kimi görsənir.Fonetik hadisə: g-c;r-l.Girov-cilov.”Cilov” sözünün mənası atın ağzına keçirilən və onu saxlamaq üçün dəmirdən olan bir nəsnədir.Çapar yüyəni çəkib, gilovla atını dayandırır.”Yüyən” sözü “yürüyən” sözü olub, yəni cilovu boş saxlamaqla atını yürüdür, cilovla isə onu dayandırır.Frazeloji ifadələrimizdə hər iki söz məcazi mənada işlənməkdədir.”Filankəsin yüyənini buraxmaq, yüyəni boş saxlamaq, cilovunu bərk çəkmək, cilovda saxlamaq” və s. kimi işlənilir.”Cilovsuz at yiyəsini tanımaz” kimi atalar sözümüz də var.
Fars dilində “cilov” sözü “əfsar” kimi deyilir.Bəzi hallarda dilimizdə “ovsar” kimi də işlənmişdir.Fars dilində “Başa keçirilən” kimi anlaşılır.
P.S.Həqiqətən də qonşu xalqların dillərində olan sözlər biri digərinin dilinə qarşılıqlı şəkildə keçə bilir.Lakin sözün kimə mənsub olmasını bilmək əsas şərtdir.Əksərən belə hallar mübahisəli hesab olunur.Lakin hər bir mübahisənin elmi sübutu vardır.Paralel müqayisəli təhlil dilçilik elminin nəzəri cəhətdən əsasıdır.Buna yiyələnmədən dilçilik elmindən danışmağa dəyməz.Çünki, “söz-leksika” qrammatikadan erkən yaranmışdır…

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir