Nizami Cəfərov – ƏDƏBİYYATIMIZIN İNKİŞAFI NAMİNƏ

Şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor. Rafiq YUSİFOĞLUnun yaradıcılığına həsr olunmuş “Elmin, sənətin ucalığında” (2020) kitabındakı ilk məqalə:

ƏDƏBİYYATIMIZIN İNKİŞAFI NAMİNƏ

Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanıdığım, uzun illər mətbuatda imzasını maraqla izlədiyim, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxuduğum Rafiq Yusifoğlunun 60 yaşının tamam olduğunu eşidəndə bir qədər təəccübləndim. Düşündüm ki, illər nə tez gəlib keçdi, dünənə qədər gənc şair kimi tanıdığımız qələm dostumuz nə tez ömrünün ixtiyar çağına qədəm qoydu? Ancaq Rafiq Yusifoğlu qələminin məhsulu olan 50-yə yaxın kitabın, o cümlədən ali məktəb tələbələri üçün yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı”, ümumtəhsil məktəblərinin birinci sinifləri üçün “Ana dili”, ikinci sinifləri üçün “Azərbaycan dili” (şərikli) dərsliklərini, “Azərbaycan poeması: axtarışlar, perspektivlər” adlı sanballı monoqrafiyasını və sair kitablarını xatırlayanda mənə aydın oldu ki, bu qədər işi 40-50 yaşında bir adamın görməsi çox çətindir, hətta deyərdim ki, bir qədər də imkan xaricindədir.
Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq ener¬jisindən, zəhmətsevər-liyindən xəbər verən danılmaz faktlardır. Necə deyərlər, Rafiq Yusifoğlu öz 60 illik yubileyini alnıaçıq-üzüağ, ləyaqətlə qarşı-layır. Onun şeirləri, hekayələri, nağılları orta məktəb dərslik-lərinin, oxu kitablarının bəzəyinə çevrilib. Dərslikləri gənc nəslə ədəbiyyatın, nəzəriyyənin, ədəbi prosesin, bədii yaradıcılıq üslu-bu¬nun incəliklərini öyrədir.
Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbli¬ğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır.
İlk dəfə məktəbə qədəm basan Azərbaycan uşaqları Abbas Səhhətin, Abdulla Şaiqin şeirləri ilə birlikdə Rafiq Yusifoğlunun da bir-birindən gözəl, mənalı şeirlərini oxuyur, əzbərləyirlər. Ədəbiyyata, şeirə-sənətə gedən yolun başlanğıcında onlara Rafiq Yusifoğlu poeziyası bələdçilik edir. Bu da təsadüfi deyildir. Bu gün Rafiq Yusifoğlu nəinki çağdaş uşaq ədəbiyyatımızın sayılıb-seçilən, görkəmli nümayəndələrindən biri, hətta cəsarətlə deyə bilərəm ki, birincisidir. Bu gün uşaq ədəbiyyatının yaranması, nəşri, tədqiqi və təbliği sahəsində Rafiq müəllimin xidmətləri çox böyükdür. Təsadüfi deyil ki, Rafiq Yusifoğlunun yaradıcılıq nümunələri tədqiqatçıların da diqqətindən kənarda qalmamışdır. Müasir uşaq ədəbiyyatı haqqında yazılan elə bir dissertasiya yoxdur ki, orada R.Yusifoğlu poeziyasından məhəbbətlə söhbət açılmasın, şairin bənzərsiz poetik üslubu təqdir edilməsin.
Dissertantlarımdan biri tədqiqat işi yazanda Rafiqin “Aylı cığır” kitabını mən də oxudum. Şeirlərin orijinallığı, poetik tutu¬mu, məzmun yeniliyi məni çox məmnun etdi. Nüfuzlu məclislərin birində Rafiq müəllimi müasir uşaq poeziyamızın canlı klassiki adlandırdım və tam əminliklə dedim ki, son 50 ildə yaranan bütün uşaq kitabları bir yana, R.Yusifoğlunun “Aylı cığır” kitabı isə bir yanadır.
Sonra Rafiq müəllimin uşaqlar üçün yazıb nəşr etdirdiyi bir-birindən maraqlı “Bahar qatarı”, “Böyük arzuya gedən yol”, “Dəniz səviyyəsi”, “Şirin yağış”, “Çiçək yağışı”, “Günlərimiz-aylarımız”, “Zamanın qatarı”, “Söz çəməni”, “Yollar”, “Ana dilim”, “Daha uşaq deyiləm” və sair kitablarını oxuyanda fikrimdə yanılmadığıma bir daha əmin oldum. Hiss elədim ki, Rafiqin uşaq ədəbiyyatı sahəsində qazandığı uğurlar xoşbəxt bir təsadüfün yox, parlaq istedadın, yorulmaz müşahidənin, sistemli axtarışların, gərgin əməyin qanunauyğun nəticəsidir.
Rafiqin şeirlərinin dili lakonikdir, obrazlıdır. Şair bədii təsvir və ifadə vasitələrindən, təşbehlərdən, metaforalardan, epitetlərdən məharətlə istifadə etməyi bacarır. İlk nəzərdə quru təsir bağışlayan mövzular şairin sehrli qələmi nəticəsində poetik məzmun kəsb edir. Məsələn, “Dəmir yumaqlar” şeirinə fikir verək:
Yolbasan yola çıxıb, küçəmiz təzələnir.
Təkərləri elə bil yumaqdı, çözələnir.
Aldatmıram mən sizi, gəlin baxın, uşaqlar.
Fırlandıqca, açılıb küçə olur yumaqlar…
Bu xüsusiyyət təkcə Rafiqin uşaqlar üçün yazdığı şeirlər üçün yox, bütün yaradıcılıq nümunələri üçün xarakterikdir.
Yarım gərək incə gələ, incə vara,
Sahib ola qəlbimdəki incə vara.
Söz demişəm, ürəyinə toxunmuşam,
Qəlbi safdı, küsən deyil incəvara…
Rafiq Yusifoğlu folklordan, klassik ədəbiyyatımızdan, eləcə də dünya ədəbiyyatının incilərindən yaradıcı şəkildə bəhrələnməyi bacaran qələm sahiblərindəndir. Onun şeirlərinin cövhərində folklor ruhu, folklor ab-havası, folklor müdrikliyi vardır:
Çən gəldi, çisəklədi,
Gözlərim çiçəklədi.
Dərd məni üstələyib,
Bayatıya köklədi.
Yağış deyiləm yağam,
Bu dərdə dözdüm, dağam.
Həsrətin dörd əli var,
Mənimsə bircə yaxam…
Dərd çox, sevinc kəm oldu,
Ağlar gözüm nəm oldu.
Sözdən bir qala tikdim,
Pəncərəsi qəm oldu.
Klassik poeziyamıza yaxından bələdlik “Qəm karvanı” kimi sanballı bir poemanın yaranmasına səbəb olmuşdur. Ustad təfəkkürünün məhsulu olan maraqlı fikirləri öz poetik düşüncələri ilə yoğuraraq yenidən həyata qaytaran şair Füzuli dünyasına bələdçilik edir. Poemanın hər bəndi oxucunu düşündürür, onun ruhunu təzələyir, poetik ovqatını yüksəldir.
Sözümü pas tutmaz ötsə də min il,
İlahi, nə qədər odlanım, yanım?
Məndə can qoymayıb bu şeyda könül,
Verim bir gözələ, qurtarsın canım.
Hicranı ömrümü etsə də yarı,
Kimsəyə uymadım, – sədaqəti gör.
Qiyamət günündə görməsəm yarı,
Saqi, sən özün gəl qiyaməti gör!
Alovlar püskürən qəlbimin başı
Buxar etməsəydi gözümdə nəmi,
Göz açıb yumunca, gözümün yaşı
Bir anda tutardı bütün aləmi…
Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən Bayro¬¬nun, Lorkanın, Yeseninin və başqalarının şeirlərini dilimizə ustalıqla tərcümə edən Rafiq Yusifoğlunun öz poeziyasına da həmin şairlərin əsərlərinin təsiri yaxşı mənada duyulmaqdadır. Rafiq Yusifoğlu həm folklordan, klassik ədəbiyyatdan, həm də dünya ədəbiyyatından yaradıcı şəkildə bəhrələnməyi bacarır. Dünya ədəbiyyatına yaxından bələdlik Rafiq Yusifoğlu poeziyasını əyalətçilik çərçivəsindən uzaqlaşdırır, elə buna görə də onun qələminin məhsulu olan əsərlər mahiyyətcə ümumbəşəri xarakter daşıyır.
Rafiq Yusifoğlu nədən yazırsa yazsın, hansı problemin bədii təsvirini verirsə-versin, daim özünə, öz poetik üslubuna, düşüncə tərzinə sadiqdir. Rafiqin folklor, klassik ədəbiyyat və dünya poeziyasının təsiri altında formalaşan poetik üslubu ənənəyə söykənsə də bənzərsizdir, fərdidir.
–Qaldır kirpiyini, səbrim yox daha,
Görüm gözlərini bir yol yaxından.
–Mənim kirpiklərim qalxa bilmir ha
Sənin baxışının ağırlığından…
Rafiq Yusifoğlu yaradıcılığının mövzu və problematikası çox zəngindir. Xalqımızın keşməkeşli taleyi onun poeziyasında özünəməxsus bir çalarda öz bədii əksini tapmışdır. Rafiqin bu qəbildən olan şeirləri vətəndaşlıq poeziyamızın maraqlı nümu-nələri hesab oluna bilər. Azərbaycan torpağının gözəlliklərinə həsr etdiyi şeirlər peyzaj lirikamızın gözəl nümunələri sırasındadır. Onun şeirləri insanları vətənin hər otunu, çiçəyini sev¬məyə, xalqımızın adına layiq ləyaqətli oğullar, qızlar olmağa səsləyir.
Ən yaxşı cəhət budur ki, Rafiq müəllim hansı mövzuda yazırsa yazsın, təsvir elədiyi hadisələrin ən incə, xarakterik məqamlarını ön plana gətirməyi bacarır. Bu cəhət həm onun uşaqlar, həm də böyüklər üçün yazdığı şeirlərin demək olar ki, hamısı üçün xarakterikdir. Əslində Rafiq Yusifoğlu yaradıcı-lığında uşaq şeiri, böyük şeiri şərti bölgüdür. Bu şeirlərin hamısının ana xəttində incə ruhlu bir şairin duyğuları, dərin zəka sahibinin düşüncələri dayanır. Rafiq ən adi həyat həqiqətlərini belə mənalandırmağı bacarır. Ona görə də şeirlərinin əksəriyyətinin əsas məna yükünü öz üstünə götürən misraların əksəriyyəti poetik kəşflər səviyyəsinə yüksəlir. Başqa sözlə desək, Rafiqin alimliyi şairliyinə, şairliyi alimliyinə dayaq durur, onun poetik üslubunu şərtləndirən ən aparıcı amillər kimi özünü göstərir.
Qədim Qəbələ şəhərinin xərabələrinin bir tərəfindən Qaraçayın, digər tərəfindən Qocalançayın axması adi həyat həqiqətidir. Görün şair bu həqiqəti necə mənalandırır, necə poetik həqiqət səviyyəsinə yüksəldə bilir:
Qəbələ bir yüyrükdür,
Onu zaman tərpədir.
Qaraçay, Qocalançay
Sanki yüyrük ipidir.
Qaraçay, Qocalançay
Həzin-həzin oxuyar.
Bu yüyrüyün içində
Tarix gedib yuxuya…
Rafiq Yusifoğlu kənd həyatını, təbiəti, xalq yaradıcılığını yaxşı bilən şairlərimizdəndir. Elə buna görə də onun təsvirləri öz milli koloriti, cazibədarlığı ilə diqqəti cəlb edir.
Rafiq Yusifoğlu dilimizin incəliklərini, sözün məna çalar-larını çox gözəl bilir. Elə buna görə də onun poetik nümunələri içərisində sözçülükdən əsər-əlamət yoxdur. Xarakterik bir cizgi, detal mənanı sözün zahiri biçimindən onun alt qatına ötürür. Şeirin mövzusuna, məzmununa uyğun bənzərsiz, xarakterik bədii təsvir və ifadə vasitələri, orijinal qafiyələr tapıb işlətməsi onun ədəbi üslubuna bir orijinallıq gətirir. Rafiq istər əruz, istər heca vəzninin müxtəlif ölçülərindən, istərsə də sərbəst şeirdən məharətlə istifadə etməyi bacarır.
İşıq arzulayan toxum meydan oxuyur qabığa,
Günəşə dal çevirənin kölgəsi düşər qabağa.
Sevən sevdiyinə sarı ayağı yalınca gedər,
Üzü günəşə qaçanın kölgəsi dalınca gedər…
Rafiq Yusifoğlu öz taleyinin, ağrı-acılarının, sarsıntıla-rının şairidir. Xalqımızın başına gətirilmiş müsibətlər, itirilmiş torpaqlarımız, bir-birindən ayrı düşən doğmalarımızın, əzizlə-rimizin gözündə qalan arzuları şairin poeziyasının qəm yükünü bir qədər də ağırlaşdırır:
Hərəmiz bir eşqin şirin barıyıq,
İllər üstümüzə çökür toz kimi.
Məhəbbət daşıyan eşq qatarıyıq,
Zaman çəkir bizi paravoz kimi.
Bərq vurur saçımda illərin qarı,
Sükut qəbristanda xəyala dalıb.
Sərnişini düşən eşq vaqonları
Zaman qatarından açılıb qalıb…
Qəlbini atdılar oda anamın,
Arzuları düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən ata-anamın
Ruhları qovuşa bilibmi görən?
Rafiqin poeziyası ağrı-acı ilə, dərd-kədərlə yoğrulsa belə, onun şeirlərinin ümumi ruhu nikbindir, insanları gələcəyə, qurub-yaratmağa, sevib-sevilməyə, həyatın qədrini bilməyə, ulu yaradanan verdiyi fürsətdən yetərincə bəhrələnməyə həvəs-ləndirir:
Get dayan dənizlə nəfəs-nəfəsə,
Eşit ləpələrin pıçıltısını.
Meşənin qoynunda düşüb həvəsə,
Dinlə yarpaqların xışıltısını.
Bu necə cığırdı, bu necə yoldu? –
Yarır toranlığı durnanın döşü.
Qardaş, bir başını yuxarı qaldır,
Ayın danışdığı nağılı eşit…
Rafiq Yusifoğlu gənclərin, tələbələrin çox sevdiyi şairlər-dəndir. İstər Sumqayıt Dövlət Universitetində, istərsə də Azər-bay¬can Dövlət Pedaqoji Universitetində mühazirələr oxuması onu gənclərə, gəncləri ona daha da yaxınlaşdırıb. Tələbələrin sevimli müəllimi həm də gənclərin sevimli şairinə çevrilib. Rafiq müəllimə gələn saysız-hesabsız oxucu məktubları onun yaradıcılığının təsir gücündən, əhatə dairəsindən xəbər verir. Rafiqin gənclərin məktubları, mesajları əsasında yazdığı şeirlər müasir sevgi lirikamızın gözəl nümunələridir. Bu şeirlər gənc oxucuların ürəyindən xəbər verdiyi üçün çox sevilir, çox oxunur. Daim gənclər arasında olması Rafiq Yusifoğlunun poetik ilhamını kökdən düşməyə qoymur, onu daim gənclik eşqi ilə yazıb-yaratmağa, sevda göylərində qanad çalmağa səsləyir:
Bənövşə arzular boynu bükülü,
Nəfəsin ayrılıq küləyi olub.
O ötən ayların, illərin külü
Arzu közlərimin bələyi olub.
Həsrətin əlində qalıbdır yaxam,
Bu dərdə, ağrıya dözürəm hələ.
Yayından ayrılan qızıl bir oxam,
Sevda göylərində süzürəm hələ…
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ömrünün, yaradıcılığının ixtiyar çağ-larını yaşayan istedadlı bir qələm sahibidir. Ədəbi, eləcə də pedaqoji ictimaiyyətimizdə özünəməxsus nüfuzu, çəkisi olan qələm dostumuzu qarşıda hələ yeni-yeni axtarışlar, yeni-yeni elmi, ədəbi uğurlar gözləyir. Ədəbiyyatımızın, elmimizin inkişafı naminə Rafiq Yusifoğluya uzun ömür, can sağlığı arzulayırıq.
Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor.
“Xalq qəzeti”, 1 yanvar 2010-cu il.

NİZAMİ CƏFƏROVUN DİGƏR YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Karalina Laurent Turunç

Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antalogiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.
“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.
Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.
Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.
Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.
“Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.
“Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .
Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.
“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.
Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.
Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayırıq.

BİLMİRSƏNMİ?!

Tanımırsanmı məni?!
Kimsəyə boyun əymərəm…
Boz buludlar
Səmada var-gəl edərkən
Axşamın xəfif küləyi əsərkən
Hələ zülmət gəmiyə minməmişkən
Bilirdim ki, yer üzü məzarlıq,
Ömrümün naxışları işgəncədir…

Sən öküzləri əhilləşdir
Kasıblar üçün beynini yorma…
Ağla indi, ürəyin boşalana qədər,
Doyunca ağla…
Halına yanmadığım
Şərq və Cənub üçün ağla
Parçalanmış duygular, ödənməmiş borclar və
Yerinə yetirilməmiş vədlər üçün ağla…
Göy üzünə boylan,
Bax, düz buraya,
Sabahın quşları qanad çırpır səmada
Torpaq nə gözəl tumurcuqlar verib
Sən və sevgin qəlbinin qapısına möhür vurarkən
Körpələr analarının döşlərindən zorla alınırdı.
Kaş görmüş olaydım,
Kaşki , qarışmayaydım demə əbəs yerə…
Daha heçnə söyləmə
İnamım qalmayıb sənə…
Amma ki, mən hər xəfif küləyə
Nəvazişlə sığal çəkdim
Bir əsrdən neçə eşq keçdiyini saymadan…
Əsrlərin zaman dilimini
Bütün planetləri yola salana kimi
Körpə bahar gələnə kimi
Sirr saxlayıram…
Sabahların birində
Gələcəklər uşaqlar…
Kim bilir, bəlkə də
Pəncərəmdən boylanıb
Sənə baxaram…
Göy üzü salam göndərəndə
Əllərimi yelləyərəm…

Və o zaman dərin bir
Ah çəkəcəksən
Kaşki heç yaranmasaydım deyə
Sahildəki xəyalları,
Küləyin səmadan yerə ələdiyi ulduzları
Aşağı -yuxarı boylanıb
Bir, iki, üç deyə
Saymağa başın qarışacaq…
Yeri- göyü yaradan Tanrının qarşısında
Kim ola bilərik ki, biz
Xırdaca varlıqlarıq,
Bir az cılız, bir az aciz…

EY TANRISI ÜMİD

Şah damarımda qanım donar
Çirkaba batmış
Yer üzünü və
İndiyə qədər yaşanmış
Qarşılıqsız sevgiləri gördükcə
Mən neçənci yuxudayam
Hansı əsrin asdanasındayam
Deyirəm…

Sanki şərqin vadilərində
Qeyb olmuşdu ürəyim
Səsim qaranlığa qərq olub
Mənə doğru axır…
Yadlaşmış gözlərimdə
Kipriklərimə toxunuram
Amma çox çarəsizəm
Ayaqlarım var-gəl etməkdən
Sürgün yollarındaymış kimi
Yorğun düşüb…
Aman, Tanrım, bu necə yuxudur?

Kaşki heç görməyəydim
Gerçək olmayan gözəlliklərin xəyalını
Qanadları qırılan xəyallarım
Sahildə oturub
Nəfəsini dərdi…
Amma ki, mən əllərimi
uzadıb
Günəşə toxunacaqdım…
Sevgilimin könlünü
Ovundurmaq üçün
Mahnılar oxuyacaqdım…
Elə kədərliyəm ki,
Kaşki ulduzlara qonşu olaydım
Qızıl dövrü, ədalət və
Bərabərliyi ordan görəydim
Kimin üçündür bu ixtiralar
Kimin üçündür bu göyqurşağı…

Ey Tanrısı ümid və qardaşları
Bataqlığın qaranlığında
Çürümüş göylər
Çöhrələrdən süzülən işıq
Qanlı irinin girdabında öləziyib…
Ey yağışı müqəddəs göllərə tökülən bulud
Kaşki yumruğumu açıb
Yağış damlaları ovcuma yığa biləydim…

Mənə icazə ver, ey kübar dünyam
Uşaqlarım var,
Onlar mədrəsəyə gedəcəklər…
Analarının döyülərək
Qətlə yetirildiyini
söyləyə bilmərəm
Günah məndədir ki,
Göy üzünə çox inandım…
Toxumuna torpaq oldum
Bir gün geri dönəcək sandım…
Mən hardan biləydim göylərin
Hər tökülən qandan
Bir damla içdiyini…
Çiçəklərin göz yaşıyla cücərdiyini…

CAHİL və ƏDƏBSİZ

Torpağa göz yaşlarıyla
Kəlmələr yazmışdılar…
Ruhları cahil və ədəbsiz idi.
Çaya ümid bağlayanları
Məhkum etmişdilər.
Çürümüş dəriləri
Ağappaq olmuşdu
Minlərlə varlığın
Qopardığı tufan içində…

Yeddi qat yerin altında
Dünyanın dərdini
Daşıyan torpaq
Qayğılardan təngə gəlib
Göz yaşları içində
Yorğun düşmüşdü
Ölüm əslində
Diriliş günüdür,
Sabahın yuxusudur…

Güc və gücün üfüqləri
Bitib- tükənmək bilməyən
Xəzinələr…
Qövmü böyüdüb bəsləyənlər
Bəzəmişdir sabahla axşamı…
Bütlərə inanlar, and içənlər
Başqa günəşlər vəd edərlər…
Göyləri yüksəkliyə
Ucaldan Tanrı
Qoy yoxa çıxmış gecəni
Çiyinlərimə şələləyim…
Mənim dörd mövsüm
Ağlımın sahibim,
İhsanı və Fazili
Bir-bir var etmişlər,
İnsanın ağlı ilə dərk etməsi
Gözlə görməsindən yaxşıdır…

Ey yaradılışın mayasını
Həqiqətlə yoğuran
Bu hürən itlərə agah elə
Ölüm səbəbiniCansız bədənlər
Qum yığınının arasında
Şimaldan cənuba sovrular
Qılıncınla haqqı ucalt
Nə zaman müharibə etsən.
O zaman qələbə çalarsan
Tanrının dini üstün gələr…
Torpaq üzərində mənim də
Məndən başqasının da
Qarışqa qədər haqqı var…

Ana dilimizə uyğunlaşdıran : TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Чарли Чаплин оставил нам 4 заявления

Чарли Чаплин умер в возрасте 88 лет.
Он оставил нам 4 заявления:
(1) Ничто не вечно в этом мире, даже наши проблемы.
(2) Я люблю гулять под дождем, потому что никто не может видеть мои слезы.
(3) Самый потерянный день в жизни – это день, когда мы не смеемся.
(4) Шесть лучших врачей в мире …:

  1. Солнце,
  2. Отдых,
  3. Упражнение,
  4. Диета,
  5. Самоуважение
  6. Друзья.
    Придерживайтесь их на всех этапах своей жизни и наслаждайтесь здоровой жизнью …
    Если вы увидите луну, вы увидите красоту Бога …
    Если вы увидите солнце, вы увидите силу Бога …
    Если вы увидите зеркало, вы увидите лучшее творение Бога. Так что верьте в это.
    Мы все туристы, Бог – наш турагент, который уже определил наши маршруты, бронирование и направления … доверяй ему и наслаждайся жизнью.
    Жизнь это просто путешествие! Поэтому, живите сегодня!
    Завтра может и не быть.

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ.

AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ.
(ÖZ DİLİMİZİ ÖYRƏNƏK)

İlk baxışdan dilimizdə olan “girov” sözü ərəb və ya fars dilindən keçmə sözlərə bənzəyir.Əslində fars dilində “girovkan” sözü vardır.Mənası “girov edilmiş, girov edilməli şey;2) qul, kölə”.
İlkin olaraq “girov” sözünün də fars dilindən keçmə söz kimi qəbui etmək mümkün sayılar.Ancaq bu sözün semantik mənasını araşdırarkən “gprov” sözü bir neçə pilləli Qədim Oğuz dilinə daha yaxın görsənir.Sözün semantikası dilimizdə “borc müqabilində verilən (saxlanılan) şey” kimi mənalanır.
Qədim Oğuz dilində “kiritmək” sözü vardır.Yəni “səsini kəsmək, sözünü kilitləmək, ağzını bağlamaq, çənəsini qapatmaq”, bəzən də sadəcə olaraq “kilitlə!” kimi mənalara gəlir.Bu sözdə də türk dillərində aktiv olan (r-l) və (t-d) əvəzlənməsi özünü göstərir.Kirit-kilid.
Fars dilində “kilid”- “açar”mənasında, türk dillərində isə sözün əsl mənası olan “bağlı” kimi məna daşıyır.”Açar” sözü kilidin açılması məqamını göstərir.Fars dilində “kilid” sözünün sinonimi “qıfıl” sözü daha işləkdir.Bu sözlərin ikisi də öz növbəsində qədim teofordurlar.Oğuzca “kirit”sözü “Qor-kir”, fars dilində “qıfıl” sözü “Qav-qıf” tanrılarının adlarından törəmə sözlərdirlər.Bu bir daha onu sübut edir ki, ən qədim sözlər tanrıların adından yaranmışdır.Dilimizdə işlənən “ey dili qafil” sözü də, fars dilində “ey qəlbi(ürəyi) bağlanmış(qıfıllanmış) mənasını bildirir.
Əgər biz “girov” sözünün semantik cəhətdən “saxlamaq, dayandırmaq, durdurmaq” kimi mənalarını nəzərə alsaq, bu sözün kökünün türk dilində olan “kirit-kilid” sözündən yaranmasını görərik.Həqiqətən də birindən pul və ya digər şey borc götürülərkən hər hansı bir şeyin fəaliyyəti saxlanılaraq (dayandırılaraq) girov kimi əvəzinə pulun və ya digər şeyin əvəzinə qoyulur.
Araşdırmadan aydın olur ki, “girov” sözünün kökü qədim sözümüz olan “kir-gir” sözündəndir.
Fars dilində ”Girov” sözünün 2-ci mənası olan “qul, kölə” sözləri bizim qədim nağıllarımızda opfoepik qaydada işlənən doğma “qaravaş” sözüdür.Girov-Qarav.Yəni “girov alınmış” sözündəndir.
Dilimizdə “Girəvə düşən kimi” sözü, “sərbəstlik, azadlıq olan kimi” mənasına gəlir.Yəni “girovluqdan çıxan kimi”…
Qədim Oğuzların “Cilov” sözü də “girov” sözündən törəmiş kimi görsənir.Fonetik hadisə: g-c;r-l.Girov-cilov.”Cilov” sözünün mənası atın ağzına keçirilən və onu saxlamaq üçün dəmirdən olan bir nəsnədir.Çapar yüyəni çəkib, gilovla atını dayandırır.”Yüyən” sözü “yürüyən” sözü olub, yəni cilovu boş saxlamaqla atını yürüdür, cilovla isə onu dayandırır.Frazeloji ifadələrimizdə hər iki söz məcazi mənada işlənməkdədir.”Filankəsin yüyənini buraxmaq, yüyəni boş saxlamaq, cilovunu bərk çəkmək, cilovda saxlamaq” və s. kimi işlənilir.”Cilovsuz at yiyəsini tanımaz” kimi atalar sözümüz də var.
Fars dilində “cilov” sözü “əfsar” kimi deyilir.Bəzi hallarda dilimizdə “ovsar” kimi də işlənmişdir.Fars dilində “Başa keçirilən” kimi anlaşılır.
P.S.Həqiqətən də qonşu xalqların dillərində olan sözlər biri digərinin dilinə qarşılıqlı şəkildə keçə bilir.Lakin sözün kimə mənsub olmasını bilmək əsas şərtdir.Əksərən belə hallar mübahisəli hesab olunur.Lakin hər bir mübahisənin elmi sübutu vardır.Paralel müqayisəli təhlil dilçilik elminin nəzəri cəhətdən əsasıdır.Buna yiyələnmədən dilçilik elmindən danışmağa dəyməz.Çünki, “söz-leksika” qrammatikadan erkən yaranmışdır…

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü – Firuz Mustafa

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Ad günü də deyən var, doğum günü də…
… Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəlişim” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz… Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm.
… Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə daha önəmli bir anlam dayanır: “kredo”.
… Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var.
… Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik… illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm.
… Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq… Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi.
… Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ də tam tərk etməyib. İnanıram. İnanıram ki, insan ruhu insan cisminə qalib gələcək.
…Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrı və sevincləri dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir.
… Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq.
…Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir.
… Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir.
… Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm.
…Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum.
Hörmətlə, Sizin Firuz Mustafa
18.02.2024.

FİRUZ MUSTAFANIN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac təqdim edir:

PDF : yazarlar-38

“YAZARLAR”JURNALININ FEVRAL – 2024 N: 02 (38)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-38

ZAUR USTAC XÜLASƏ

Zaur Ustac – Hər gün nəfdir!

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

 www.yazarlar.az 4 Şərh Redaktə et

ZAUR USTAC – HESABAT-2023

 www.yazarlar.az 1 Şərh Redaktə et

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

AZƏRBAYCAN YAZARLARI

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİ

 www.yazarlar.az 2 Şərh Redaktə et

Zaur Ustac – Qaşqayda bir hürü ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Zaur Ustac – Göyçə dustaq, Urmu ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru