
Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
8 – məlumat yazılır
Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
8 – məlumat yazılır
Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq”
Türk fikri həyatının və sosiologiyasının önəmli simalarından olan Ziya Göyalp fundamental əsəri ilə türk dünyasını ortaq mədəni zəmində bir araya gətirir. Türk Dil Qurumu (TDK) Ziya Göyalpın 5 türk dövlətinin dilinə tərcümə edilmiş “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsərini təqdim edəcək.
Türk Dil Qurumundan (TDK) verilən açıqlamaya görə, TDK türk fikri həyatının və sosiologiyasının önəmli simalarından biri olan Ziya Göyalpın fundamental əsərini türk dünyasının ortaq mədəniyyət zəminində bir araya gətirir.
Türk Dil Qurumunun (TDK) həyata keçirdiyi layihə çərçivəsində Göyalpın “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” adlı əsəri beş türk dövlətinin dilinə tərcümə edilərək nəşr edilib. Bu geniş kolleksiyanın təqdimatı aprelin 8-də Türk Dil Qurumunun təşkil etdiyi xüsusi proqramda baş tutacaq.
Ziya Göyalp bu düsturla türk millətinin həm milli köklərinə bağlı qalıb, həm də İslam dəyərləri çərçivəsində müasir bir dövlət kimi inkişaf edə biləcəyini əsaslandırmışdır. Bu fikir, Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” ideyası ilə ortaq məxrəcdə olsa da, Göyalp bunu sistemli sosioloji nəzəriyyə halına gətirmişdir.
“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu ortaya qoyan Əli bəy Hüseynzadə haqqında Ziya Göyalp deyir:
“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq”
Bu araşdırma vasitəsilə Ziya Göyalpın türk tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi ətrafında formalaşan fikirləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan türk dillərinə çatdırılmışdır.
Türk dünyasının ortaq elmi və mədəni irsi haqqında qarşılıqlı anlaşmanı artırmaq məqsədi daşıyan bu nəşr layihəsi türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsində tarixi addım hesab olunur.
Təqdimat görüşü, panel və sərgi hamısı bir yerdə
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun şəhərciyində başlayacaq proqramda açılış nitqləri, daha sonra əsərlərin təqdimatı və təşəkkürnamələr olacaq.
Bundan əlavə, TÜRKSOY və Türk Tarixi və Mədəniyyəti Vəqfi ilə birgə hazırlanan “Ziya Göyalpın 150-ci ildönümü münasibətilə sərgisi”nin açılışı olacaq.

Türk Dil Qurumunun vitse-prezidenti Prof.Dr.Harun Şahinin moderatorluğu və ekspert akademiklərin iştirak etdiyi elmi panel onun işinin intellektual dərinliyini müzakirə edəcək.
Müəllif: Tahirə NUR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABININ YENİ NƏŞRİ
AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya ekmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdari Nikpur Cabbrlı nəşrə hazırlamışdır.
Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır.
Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb.
Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun.
1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi.
Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb.
Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir.
Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar.
Bütün bu qeydlərlə yanaşı, bunu da nəzər almalıyıq ki, bir sıra oxucular “Azərbaycan şairi Nizami” kitabının “Mühacirət ədəbiyyatı” seriyasından təqdim edilməsini uğurlu saymırlar.
Məlumatı hazıladı: Amina
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Bəstəkar Arzu Rzayevanın Bakıda “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub
5 aprel 2026-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan Azərbaycan diasporunun fəal üzvü, bəstəkar və musiqiçi, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin sədri Arzu Rzayevanın “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub. Tədbir Oslo Azərbaycav Evi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov layihənin milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətini vurğulayıb və diaspor nümayəndələrinin bu işdəki rolunu yüksək qiymətləndirib.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Arzu Rzayevanın yaradıcılığını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.
Professor, tanınmış dirijor və A.Rzayevanin müəllimi olmuş Ağaverdi Paşayev tələbəsinin uğuruna çox sevindiyini bildirib və bu cür layihələrin Azərbaycan mədəniyyəti üçün vacib olduğunu vurğulayıb.
Tanınmış tarzən, Beynəlxalq Muğam Mərkəzinin direkztoru Sahib Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında bu cür mədəni tədbirlərin rolunu xüsusi qeyd edib.
Konsertin aparıcısı, əməkdar artist Dilarə Əliyeva A.Rzayevanin yaradıcılıq yolu haqqında danışıb və A.Rzayevanın bəstələrində vətənə və torpağa sevgisinin xüsusi yer tutduğunu vurğulayıb. D.Əliyeva tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Arzu Rzayeva çıxışında layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Oslo Azərbaycan Evinə və tədbirin təşkilinə töhfə verən bütün qurum və təşkilatçılara təşəkkürünü bildirib.
Konsert proqramı Azərbaycan musiqi ənənələrinə əsaslanan zəngin əsərlərlə təqdim olunub. Arzu Rzayevanın müəllifi olduğu bəstələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin ruhunu hiss ediblər və layihənin milli-mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Konsertdən fotolar:








































Yazarlar.az olaraq, biz də öz növbəmizdə Arzu Rzayevanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Məlumatı hazırladı: Günay ƏLİYEVA
GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“Yaz günü” – rənglərin, həyatın və daxili harmoniyanın poetik təsviri
(Yeddinci yazı)
Müasir gənc rəssam Türkan Hüseynlinin “Yaz günü” adlı əsəri ilk baxışdan sadə bir təbiət təsviri kimi görünsə də, əslində bu tablo həyatın yenilənməsi, ruhun sakitliyi və insanın daxili dünyasının incə qatları haqqında dərin publisistik mesaj daşıyır. Rəsm həm kompozisiya, həm rəng seçimi, həm də simvolika baxımından yaz fəslinin yalnız təbiətdə deyil, insanın ruhunda baş verən oyanışını ifadə edir.
Əsərin mərkəzində yerləşən quş obrazı azadlıq, ümid və həyat enerjisinin simvolu kimi çıxış edir. Onun mavi və bənövşəyi çalarlarla işlənmiş bədəni sanki səma ilə yer arasında bir körpü rolunu oynayır. Bu rənglər psixologiyada sakitlik, harmoniya və daxili balans hissi ilə əlaqələndirilir. Rəssamın bu seçimləri təsadüfi deyil – burada tamaşaçıya ötürülmək istənilən əsas mesaj daxili sükunət və ümidin qorunmasıdır.
Quşun ətrafını əhatə edən çiçəkli budaqlar isə yazın gəlişini, təbiətin yenidən dirçəlişini simvolizə edir. Ağ çiçəklər saflığın, təmiz niyyətlərin və yeni başlanğıcların rəmzidir. Bu baxımdan əsər yalnız təbiət mənzərəsi deyil, həm də insan həyatında yeni mərhələlərin başlanmasını ifadə edən poetik bir metaforadır.
Rəsmdə diqqət çəkən əsas xüsusiyyətlərdən biri dairəvi kompozisiyadır. Budaqların quşu əhatə etməsi sanki onu qoruyan bir mühit yaradır. Bu, psixoloji baxımdan təhlükəsizlik, ailə istiliyi və qorunma hissini ifadə edir. Belə bir quruluş tamaşaçıda sakitlik və rahatlıq hissi oyadır.
Kompozisiyanın mərkəzində yerləşən quş həm də diqqətin fokus nöqtəsidir. Bu, insanın həyatında əsas olan dəyərlərin – sevgi, ümid və azadlığın – ön plana çıxarılması kimi yozula bilər.
“Yaz günü” əsərinə ümumi psixologiya prizmasından yanaşdıqda burada bir neçə mühüm məqam ortaya çıxır:
-Quş – insanın daxili “mən”i, azad olmaq istəyi və ruhun uçuş arzusu,
-Çiçəklər – emosional yenilənmə, sevgi və həyat enerjisi,
-Budaqlar – həyatın dayaqları, ailə və sosial bağlardır. Etibarı, dayanıqlığı və inkişafı simgələyir.
Bu elementlərin bir araya gəlməsi göstərir ki, insan yalnız azadlıqla deyil, eyni zamanda bağlılıqla da tamamlanır. Yəni, azad ruh ailə və sevgi ilə harmoniyada olduqda həqiqi xoşbəxtlik yaranır.
Rəssamın istifadə etdiyi pastel fon əsərə yumşaqlıq və poetiklik qatır. Bu fon üzərində parlaq rəngli quşun seçilməsi isə həyatın monotonluq içində belə öz parlaqlığını qoruduğunu göstərir. Rənglərin bu kontrastı tamaşaçıda həm estetik zövq yaradır, həm də emosional təsir gücünü artırır.
“Yaz günü” əsəri yalnız bir rəsmdən ibarət deyil – bu, həyat fəlsəfəsinin vizual ifadəsidir. Yaz burada sadəcə təbiət hadisəsi deyil, həm də insanın daxili dirçəlişidir. Hər bir çiçək, hər bir rəng sanki deyir: həyat davam edir, yenilənir və hər dəfə yeni ümidlərlə başlayır.
Gənc rəssamın bu əsərində diqqət çəkən ən mühüm cəhət onun sadə motivlər vasitəsilə dərin məna ötürə bilməsidir. Bu isə gələcəkdə onun daha böyük və daha təsirli əsərlərə imza atacağının göstəricisidir.
Türkan Hüseynlinin “Yaz günü” əsəri incə duyğuların, təbiət sevgisinin və insan ruhunun harmoniyasının bədii təcəssümüdür. Bu tablo tamaşaçını yalnız baxmağa deyil, həm də düşünməyə, hiss etməyə və öz daxili dünyasına səyahət etməyə dəvət edir.
Bu əsər göstərir ki, bəzən ən sadə görüntülərin arxasında ən dərin həqiqətlər gizlənir – və məhz sənət bu həqiqətləri görünən edir.
RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI
Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Müəllif: Zaur USTAC