Etiket arxivi: Əbil ƏBİLOV

Etibar Əbilov – Oğlum

Oğlum
Bu gün sənin vəfatının 16 ili tamam olur.
Başqalarını demirəm, insan heç özü-özünü anlaya bilmir.
16 ildir sənsiz yaşayıram.Sağlığında 16 dəqiqə sənsiz yaşaya biləcəyimi təsəvvür belə edə bilməzdim.Barmağna tlkan batsaydı,elə bilərdim o o tikan ürəyimə batıb.
…20 gün gözümün qarşısında dünyanın zülmünü çəkdin.Xərçəngin dəhşətli ağrıları səni dünyaya gəlişinə peşiman etdi.
20 gün dəhşətli ağrıların oldu.Son 7 günü,sinəni mənhənə kimi sıxan amansız ağrılardan bir dəqiqə də olsun yata bilmədin.
…Vəfatına beş gün qalmış,artıq mən sənin can çəkdiyin otağa gedə bilmirdim.Bacarmırdım.
Ağrılardan heç nə düşünə bilmirdin.Amma məni görmək istəyirdin.Təkidlə məni yanına çağırırdın…Canıma can bağlayıb, Allah bilir özümü necə ələ aldım.Sən olan otağa gəldim…Səni görəndə,sənə baxanda sənin o halına necə dözdüm,necə tab elədim?…Bu mənim üçün indiyə qədər sirrdir.Allah belə məqamlarda insana hardansa,məchullluqdan güc,qüvvət,dözüm verir ..Sənə:
-Əbil,sən sağılacaqsan,Türkiyəli həkimi gözləyirik.Gəlib səni əməliyyat edəcək…Sağılacaqsan…
Balam yalan danışdığımı bilirdi.
Danışa bilmirdi.Onun üçün danışmaq zülüm idi.Dörd gün əvvəlki sonuncu müayinədə həkim balamın bədəninin artıq 83 faiz xərçəndə yoluxduğunu (16 gün ərzində 60 faiz) demişdi…Həkimdən,balamın ağrılarını azaltmaq üçün morfi iynəsi istəsək də,həkim məsləhət bilməmişdi.Səbəbini soruşanda:
-Bu xərçəngin elə növüdür ki,ikinci,ya üçüncü morfidən sonra əqlini itirəcək- demişdi.
-Ata…-ağrılar əlində qovrulan balam dilləndi.
Balama lap yaxın gəldim.Duz kimi yalamaq istəyirdim balamı.Hönkürmək istəyirdim.Amma İndi bunların heç birini edə bilməzdim.Özümü güc bəla ilə tuturdum.
-Nə deyirsən Əbil?
-Heç nə istəmirəm ata…Nəfəs ala bilmirəm…Mənə bir udum nəfəs ver…
İlahi.Oğlum məndən bir udum nəfəs istəyir.Mən isə onun bu istəyi qarşısında açizəm.Yerlərə, göylərə hökm edən insanın, əslində nə qədər aciz,gücsüz olduğunu mən o gecə bildim…Otaqdan bayıra necə çıxdım,indi də xatırlamıram.
Bir də oğlumun can çəkdiyi otağa, onun bu vəfasız dünya ilə vidalaşmasından təxminən 2 saat əvvəl gəldim..Artıq huşu özündə deyildi. Necə nəfəs alırdı,ilahi. Elə bil sinəsinin altında traktor daş,qaya çevirirdi. Sinəsindəki gurultu otağı başına götürmüşdü. Sinəsi o gurultu ilə titrəyə-titrəyə qalxır,o gurultu ilə də titrəyə-titrəyə enirdi. Anası daşa dönmüş vəziyyətdə, oğlunun başı üstündə oturmuşdu.O,20 gün ərzində, bir dəqiqə də olsun oğlunun başının üstündən çəkilmədi.O dünyanın ən yazıq,ən bədbəxt,ən aciz anası idi .
Balam əzab çəkirdi.
Gecə yarısı idi.
Otaqdan çıxıb həyətə düşdüm.Həyətin ən qaranlıq küncünə gəldim.Məni heç kəsin görmədiyinə əmin olandan sonra,üzü qibləyə diz çökdüm.Allaha xitabən pıçıltı ilə dediyim sözlər indiyə qədər də yaddaşımdadır və son nəfəsimə qədər də yadımdan çıxmayacaq:
-İlahi,balamın sağalması üçün etdiyim dualar sənə çatmadı.Yalvarıram sənə,nə olar bu duamı eşit.Yalvarıram sənə,onu əzablardan qurtar.Onu öz dərgahına götür.Onun canını al. Yalvarıram sənə…
Hönkürtü məni boğdu.
Dünyada ikinci belə bədbəxt ata tanıyırsınızmı? Canından çox istədiyi oğlunun ölümü üçün Allaha əl açır,Allaha yalvarır…
…Evə gəldim.Atam,qardaşlarım,bacılarım aynabənddə əyləşiblər .Kədər,dərd içərisində. Çarəsiz.
…Bu vaxt içəridən yoldaşımın və bacımın vəhşi çığırtısı eşidilir.Bu artıq son idi. Əbil artıq yox idi.
Səhər hələ açılmayıb.Evimizdən göyə fəryad səsləri yüksəlir.
Allah səsimi eşitmişdi.Balamın ağrılarına son qoyulmuşdu.
Oğlumun cansız bədəni olan otağa keçirəm.Bu gücü özümdə necə tapdım,bilmirəm. Otaqda ondan və məndən başqa kimsə yoxdur.Xəstəliyini bilməyimiz və xəstəliyi 20 gün çəkdi.20 gün əvvəl şah balasına bənzəyən balamı xəstəlik tanınmaz hala salmışdı..20 gün əvvəlki Əbildən əsər- əlamət qalmamışdı.Ağzu azca açılıdır.Yaraşıqlı dişlərini xərçəng kömürə döndərib.Yaraçıqlı gözləri də yarıaçıq vəziyyətdədir. Cansız gözlərdə nə ifadə olacaq ki?…Yenə təkrar edirəm.İndı də anlaya bilmirəm ki,mən o otağa necə gedə bildim,.O qədər vaxtı o otaqda necə qala bildim…İnsanın həyatında heç vaxt cavab tapa bilmədiyi süallar olur…Bayıra çıxmağa tələsmirəm Bilirəm ki,bir daha oğlumu görə bilməyəcəyəm.Ona görə də ona baxmaq,baxdıqca baxmaq istəyirəm..Mənim 51,oğlumun isə 25 yaşı təzə tamam olub.
Sonra kimsə məni otaqdan çıxarır Artıq həyətdə çoxlu adam var.20 günün əzabı,dəhşətləri,yorğunluğu birdən bütün canımı alır.Səslər qulağıma əks səda kimi çatır.Sanki yerdə yox,havadayam…
İndi həmin dəhşətli hadisədən 16 il keçir.Yəni,sabah oğlumun vəfatının 16 ili tamam olur.Anası oğlundan sonra şəkər xəstəliyinə tutuldu,yüksək təzyiq tapdı,insult keçirdi,ürəyində ciddi problemlər var,yeriyə bilmir…Tam səmimi deyirəm,bu 16 ildə səhərin necə açılmasından,gecənin nə vaxt düşməsindən xəbərimiz olmadı.Bu 16 ili necə dözdük?.. bax bu bizim üçün sirrdir və sirr olaraq da qalacaq…


Və bu 16 ildə demək olar ki hər gün Allahdan bu diləyi diləyirəm:
-İlahi,heç bir valideyni balası ilə sınağa çəkmə…Heç bir valideynə bala dağı göstərmə.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İmamverdi Əbilovun anım günüdür

9 aprel 2026-cı il – anım günündə  görkəmli alim, ictimai xadim İmamverdi Əbilov Neftçala rayonunda, məzarı başında ehtiramla anılıb. Bu barədə onun övladlarından biri (xatırladaq ki, Azər Turan da İmamverdi müəllimin oğludur) Etibar Əbilov öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Atamın vəfat etdiyi gün idi.
Bununla bağlı bu gün Neftçala rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə xanım Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan partiyası Neftcala rayon təşkilatının sədri… Atamın məzarını ziyarət etdilər. Rayonumuzun axundu atamın ruhuna “Fatihə” surəsini oxudu. Daha sonra Rayon İcra Hakimiyyətin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək Atamın ğördüyü xeyirxah işləri xatırladaraq Atama rəhmətlər dilədi. Mən qısa cavab cıxışımda hörmətli Mirhəsən müəllimə və atamın məzarını ziyarətə gəlmiş hər kəsə öz minnətdarlığımı bildirdim.
Fürsətdən istifadə edib bu gün atamı yad edən hər kəsə; Feysbuk səhifəmdə atamla bağlı statusuma xoş münasibət bildirənlərə, müxtəlif saytlarda atam haqqında öz ürək sözlərini yazanlara, öz Feysbuk səhifələrində atamı xüsusi olaraq xatırlayanlara, bu gün münasibəti ilə mənə telefonla zəng edənlərə… hər kəsə… hər kəsə … ailəmiz adından minnətdarlığımı bildirirəm.
Allah hər birinizdən razı olsun.”

Mənbə:  Etibar Əbilov

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

AZƏR TURANIN YAZILARI

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLIBİR XATİRƏ

Şəkildə: Süleyman Rüstəm, Qarold Reğistan, Atam və mən. 1964-cü il. Neftçala.

SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLI
BİR XATİRƏ

Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı. Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi. Atan həmin şeiri hər deyəndə kövrələrdi. Uzum şeir idi. O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də, həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim:
Ömür keçdi, hicran quşu can evimdən
köçmədi,
İki qardaş Arazımdan yan-yana su
İçmədi.
Heç özüm də bilmirəm ki, nədən oldu
qardaşım,
Ayrılıqdan, dərd əlindən ürəyimiz
şişmədi…

Süleyman Rüstəm bizim evdə çox olub. Heç vaxt da tək gəlməyib. Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə, Qılman Musayev (İlkin), İslam Səfərli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vladimir Qafarov, Moskvalı dostu, SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram. Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına, Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz), Binələrə getdiyiniz günlər unudulmazdır. Atam onun haqqında xatirələrini yazıb çap etdirib. Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi. Süleyman Rüstəmin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi. Mirzə Cəlil, Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Nazim Hikmət… kimi böyük yazıçılarla dostluq etmişdi. Maksim Qorkini, Mayakovskini, Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı…
Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm. Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram. Bu xatirəni əvvəllər yazmağa, danışmağa nəsə ürək eləmirdim. Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur.. 1969-cu ildə Süleyman Rüstəm, məşhur tərcüməçi, əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi. Atam həmin gün Bakıda idi və təbii ki, onların gəlməsindən xəbərsizdi. Payız ayı idi. Telefonumuza zəng gəldi. Məndən 18 yaş böyük olan, bizimlə birlikdə yaşayan və biz uşaqların “əmi” dediyimiz Zakir telefonu götürdü. Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi. Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi. O vaxt Neftçala Salyanın tərkibində, qəsəbə statusunda olan yaşayış məntəqəsi idi. Kiçik, əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı. Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi. Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi. Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi. Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar, əsl qəhrəman görkəmli, eşmə bığli əfsanəvi adamı çox istəyirdik. Biz uşaqlar üçün hədiyyələr alırdı. Öz xidməti maşını (“Villis”) ilə yay aylarında bizi dənizə aparırdı. Dəniz kənarında bizimlə (Bibim oğlu Zakir, qardaşlarım Şahin,Azər) futbol oynayırdı. Zəhimli adam olsa da, uşaqla uşaq,böyüklə böyük idi… Nə isə, bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla (Qaz 21 Volqa ilə) evimizə gəldilər. Süfrə açıldı. Süleyman Rüstəm həyəcanlı idi… Həyacanının səbəbini bizə bibim oğlu danışdı. Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir. Məqsədi də bu olur ki, ordan bir bələdçi götürüb bizə gəlsin. O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi. Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki, idarənin həyətində iki nəfər nərd oynayır. Nərd oynayanlardan biri Partizan Babaş imiş. Süleyman Rüstəm Partizan Babaşı tanımır. Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir. Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki, bu adam kimdirsə, tanınmış, məşhur adamdır. Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür. Süleyman Rüstəm atamın qonağı olduğunu deyir. Partizan Babaş da qonağın kimliyini soruşur. Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir… Burda bir mərəkə qopur ki… Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun!!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır…
Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi, bişim-bişim Partizan Babaşı sakitləşdirir, tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin (Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır.
…Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar. Səhər atam da Bakıdan gəldi. Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü. Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi… Deyib gülürdülər. Elə bil dünənki hadisə heç olmamışdı.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏBİLİN HƏRBİ XİDMƏT ZAMANI YAZDIĞI GÜNDƏLİYİNDƏN


XX ƏSR VƏ XXI ƏSRİN İLK 8 İLİ HAQQINDA DÜŞÜNCƏLƏRİ

12 oktyabr 2008.. Hır şeyin öz tarixi zamanı var.Hərdən özüm-özümə fikirləşirəm ki,niyə indi mətbuatımız,fikir adamlarımız XX əsrin əvvəllərində olduğu kimi deyil. İndi də təəssübkeş elm,fikir,mətbuat adamlarımız var,amma səviyyə bir əsr bundan əvvəlkinin yarısi qədər deyil.Radionun,televizorun olmadığı bir vaxtda onlar (bir əsr öncəkilər) daha çox iş görə bildilər,nəinki indikilər.Əksinə indi daha effektli işlər görmək olar.Çünki telekommunikasiya,rabitə dünyanın isrənilən nöqtəsiylə əlaqə saxlamağa imkan verir.Bizdən bir əsr əvvəl ( əsrin əvvəlində) yaşayanların kitablarl indi hazır şəkildə əlimizdə var,üstəğəl 100 il ərzində dünyada yazılan kitablar ( və baş vermiş hadisələr) tərcümə edilərək dilimizə qazandırılmışdır.Amma yenə də onlardan geriyik.Səbəb bir əsr öncə bütün dünyada hadisələr eyni xətt üzrə,yəni mətbuatla cərəyan edirdi.O cümlədən,Azərbaycanda da…Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı Çar hakimiyyıtini yıxan səbəblərdən biri oldu.
Valideyn öz körpəsinin ayaq açıb yeriməsiylə sevindiyi kimi mühərrir və elm fədailəri də mətbu orqanın xalq arasında yayılmasına və cahilliyi ortadan qaldırmasına sevinirdilər.Bu hər yerdə belə idi.Misirdə də,ABŞ da da,Fransa,Türkiyə,Rusiya… və Azərbaycanda da.
Mətbuat inqilabları doğurdu.İnqilablar I Dünya müharibəsini,I Dünya müharibəsu ədalətsiz torpaq bölgüsünü və müsrəqil respublikaları.Ədalətsiz torpaq bölgüsü də II Dünya mqharibəsini başlatdı.II Dünya müharibəsi isə öz növbəsindı sənayeləşməyə ehtiyac yaratdı.Bekəliklə,əsrin əvvəlini mətbuatın inqilabı kimi xarakterizə etsək,ikinci dövr olaraq əsrin ortalarını sənayeləşmə olaraq səciyyələndirə bilərik.Sənayeləşmə də öz növbəsində rəqabəti gücləndirdi.Rəqabət də öz növbəsində eloktronikanın inkişafına sürərlu təkan verdi.Beləliklə,əsrin sonu da kompüterləşmə ilə yadda qaldı.
Beləliklə,hər şey öz tarixi zərurətindən diğur.İndi “mətbuarın dövranı keçib” deyə düşünmək o demkj deyil ki,bu insanlar cahil qalacaq.Xeyr,inşallah bu da bütün müşküllər kimi öz yoluna düşəcək.Amin.
50-60-cı illər sənayeləşməsindən sonra 70-ci ildə dünya böhranı başladı.Bunu Sovet ölkəsi vətəndaşları hiss etməsə də,Sovet dövləri strukturi bunu hiss etdi.1980-lərin sonunda xalqın bilmədiyi böhranın səbəbindən sovet imperiyası dağıldı.Xalqı gecə- gündüz niğaranlıq keçirən dövlət isə 70-çi il böhranından çıxdı,Sovet İttifaql vətəndaşlarına dəyər vermədiyi və onları dünya həqiqətləri barəsindı aldatdlğı üçün məhv oldu. Xalq böyük qüvvədi və xalqına dəyır verməyən dövləri heç bir güc qoruya bilməz.
Bu gün kompüterləşmənin nəticəsi olaraq dünyada iqtisadi böhran öz zirvəsinə çatıb.Bundan da xalqıyla bərabər olab dövlət sağlam çıxacaq.Xalqını aldadanlar isə məhvə məhkumdur.Onlar xalqla öz aralarında Sakit okeanı belə qoysalar xalq Berinq boğazını taparaq okeanı adlayacaq.
Cahil kütlə maariflənmiş bir topluluqdan daha qorxuludu Onları bir cümləylə inqilaba qaldırıb,hər hansı bir quruluşu dəyişmək olar.Amma sonra sən istəsən belə,cildlərlə kitab yazsan ki,kütlə sakitləşsin -bunu bacarmazsan.Onlar sənin istədiyinlə hücuma keçir və yaxud ayaöa qalxır,öz istədiklərini almyınca da sakit olmurlar.Onlar,eyni zamanda,nə istıdiklərini də bilmirlər Çünki cahildirlər,başı pozuq hərəkət edirlər və vahid rəhbərlik tərəfindən idarə olunmirlar.Beləliklə,onların qısa bir zaman sonra oz aralarında konflikt başlayır.Bu da onların parçalanmasına,nəricədə məhvinə səbəb olur.Bütün inqilablar belə başlayıb, belə qurtarıb.
Bolşeviklər kütləni ayağa qaldlrdl,sonra kütlə sakitləşməyincə bolşeviklər onu sakitləşdirməyə və məhv etməyə başladı.
…Allah müharibəyə lənət etsin.
Yaşasın Türkün savaş ruhu.Amin!

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük Dəmirçi haqqında – İkinci yazı

Əbilin gündəliyindən:


Böyük Dəmirçi haqqında

İkinci yazı

1 noyabr 2006

…”Böyük Dəmirçi” haqda 30 oktyabrda yazdığımdan nəyi isə unutduğumu bilirdim.Bu gün tapdım.Böyük Dəmirçi Dağda dəmir filizini əridir.Və bəllidir ki,yerdə olan hər bir təbii sərvət,yanma qabiliyyəti olan hər bir şey yer mənşəlidir.Təkcə dəmir filizindən başqa.Ergenokond daı dəmirçi məhz bu Göy mənşəli olan sərvəti yandırır,əridir.Burda türkçülüyün təsəvvüfü var. “Quran” da da zənnimcə filizin göy mənşəli olduğu və yerə toz şəklində endirildiyi təfsirçilər tərəfindən bəlli edilib.
Göylərin əsrarəngiz sirlərinə də bələd olmaq lazımdır,dəmirçi olmaq üçün.Allahın göylərdən endirdiyi filizin sirrini türk dəmirçisi açır.Dəmiri əritməklə türk göylərin nəhansız sirlərinə də vaqif olmuş olur.
İslamiyyətdən öncə fəzanın sonsuzluqlarına məxsus dəmirin sirrini yarandığı gündən bir tək yaradıcısını tanıyan və ona səcdə edən bir millət tapa bilərdi.Və bu İslamiyyətdən öncə,elə İbrahim (ə.s)dan öncə dı Gök Tenqrisinə səcdə qılan türklər idi.Bu səcdə sayəsində iylədiyi,ciyərinə hopan türk torpağının iyini ayaq basdığı hər yerə götürdü.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük Dəmirçi haqqında

Əbilin gündəliyindən:

30 oktyabr 2006

Böyük Dəmirçi haqqında

(Birinci yazı)
…Yenə də Türkçülük barəsində… İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər. Oçaq sözü dünya dillərinə ordan keçib, yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb.Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub. Hz. Mevlana “Məsnəvi”də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir,məhv olur. Qətrə-qətrı sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir. Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: “Məni əşk oduna pərvanə tək, ey şəm yandırma” və s. beytlər.
Nazim Hikmətin belə şeiri var:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq.
Necə çıxar qaranlıqlar aydınlığa…
…Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsıydim.Zatən sevgi,amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşmaq kimi bir şey olacaq.
Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan çıxdıqdan sonra hədəf də var artıq: “Qızıl alma”. Yol göstərəni var: “Simurğ” və yaxid “Əbədi Səməndər quşu”.
M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında “Böyük Dəmirçi”nin tərəfinə keçməyi bizə tapşırır. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı…

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:

8 sentyabr 2006 – Yunis divanından bəzi şeirlər oxydum. Hafiz Şiraziyə göz atdım. Füzulinin qəzəllərindən bəzi qeydlər etdim.
Və bir də bu günlərdə Mevlana haqda kitab yazmaq fikrimi bir qədər də qətiləşdirdim. Demək olar ki, bütün faktlar varımdı. İnsan nə qədər çox oxuyursa elə bilir ki, o qədər az bilir. Bu da bizi təkrar elmə sövq edir. Zatən Qurani- Kərimi oxuyub sona çatanda ilk enən surənin 5 ayəsi “Oxu” demirmi? Dön yenidən oxu. Yenidən oxu ki, qəbr evinə qədər elm yolunda olasan. Elə biz hamımız beşikdən qəbrə qədər yenidən “Oxu” əmrinin altındayıq. Bir əlifba sona qədər oxunur. Bu əlifbanın “A”sı uşaq ikən şəkillərinə baxıb bizim üçün uşaq təxəyyülündən başqa bir şey olman kitabda , “Z” isə sonuncu kəz gözümüzü ətrafa gəzdirib, əbədilik yumduğumuz həyat kitabıdı.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:

4 sentyabr 2006. Peyğəmbər əfəndimizin “İki günü bir-birinə bənzəyən bizdən deyil” hədisinə uymağa çalışaraq bu günümü də boş keçirməməyə çalışdım.
Bu gün bir şey oxumasam da Anna Marie Şiemmelin “İslamın Mistik Boyitları”ndan bir neçə səhifə oxudum.İslam təsəvvüfü elə dəryadı ki,dənizdə inci axtarmaqdansa göz yaşını inci edir.Özü də dəniz incisindən gözəl inci.
…Miladi VI əsrdən universitetlər (XI əsr) və renessans dövrünə qədər Avropada elm kilsənin əlində olub.Ona görə də dindən ayrı olan Şərq mədrəsələrinin yanında Avropa məktəbləri daim geridə qalıb.XV əsrdə kilsədən uzaqlaşan elm xadimlərini isə tonqalda yandırmaqla cəzalandırırdılar.Hər halda,elm qurban tələb edir.Avropa intibaha qucaq açarkən,intibahın nəzəriyyəsini hazırlayan İbn Rüşdlər yetişdirən Şərq isə inlişaf dinamıkasında tərəddüt keçirdi və bu da ona gətirib çıxardı ki,bir neçə əsr gerilədi.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:

11 dekabr 2006.
… Mən azərbaycanlı olmağımla fəxr edirəm. Avropada inkişaf var, o inkişafın bir parçası olmağa nə var ki… Əsas olan o inkişafın özüdür. Hz. Mövlananın dediyi ki, madam ki,dəniz olmaq istəyirsən qətrəliyi yox et,getsin. Ancaq qəbul etmək lazımdır ki, dəniz olmaq üçün dənizin qətrəyə ehtiyacı var. Avropada mədəniyyət bir dənizdir, hər parça bir dətrə. Qətrə olsa da, olmasa da dənizin dəniz kimi adı var. Ancaq qəbul edək ki, dənizi qətrə meydana gətirir. O dənizdən qətrə-qətrə götürməyi bacarsan əgər,zamanla görərsən ki, o dəniz özü qətrəyə çevrilir. Belə bir əfsanə var: Qaranquşlar qurbağaların səsindən yata bilmir, nəhayət, həmin qurbağaların yaşadığı göldən hərəsi bir qətrə götürməklə həmin gölü qurutmuşlar. Avropa onsuz da bir dənizdi və hər bizim ölkələr kimi ölkələrdən gedən qətrələr özləri də bilmədən o mədəniyyətin inkişafında böyük xidmətləri olur. Ancaq yazıqlar bilmirlər ki, həmin möhtəşəm mədəniyyəti elə onların özləri kimi insanlar qurub. Baxaq ABŞ-a. II dünya müharibəsindən sonra ABŞ dünyanın ıkincı və üçüncü ölkələrindən işçi qüvvələri çəlb etməklə öz inkişafını qurdu. Madam ki, xarici ölkələrdə mədəniyyətə xidmət edirsən, elə qal öz ölkənə xidmət et. Dənizə qətrə olmaq yaxşıdı? yoxsa qətrədən dənizə çevrilmək. Əlbətdə, hər kəs, – təbii ki, səbirli olanlar, millət uğrunda yananlar, əqidəsi olanlar, həyatda yaşamaq üçün anlamlı amalları olanlar- qətrədən dənizə çevrilməyi istərlər. Həyatın bu zaman bir anlam qazanmış olar.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:
24 noyabr 2006. …Füzulinin “Mətlə əl Etiqat” əsərində belə bir fikir var: Allah Musaya Əymən vadisinin odunda (göyəm kolu)… təcəlli etdiyi kimi,müqəddəs varlıq da (ilahi keyfiyyətlərin qəbuluna) hazır kəsə əvvəlcə həmin şəxsin əldə etmək uğrunda səy göstərdiyi şeylərdə özünü göstərir.Və bu yol onun səyini bütünlüklə başqa (varlıqlardan ayıraraq seçdiyi məqsədə) yönəldir.Sonra isə bunu surətdən mənaya sevirir,özgə xəyali surətləri və ideal çizgiləri nəzərdən silərək onu həqiqi məqama çatdırır ki,buna da məcazi yol deyilir.
Bütün bunlara əsaslanaraq demək olar ki,Füzuli bir Haqq aşiqidi və Məcnunu məqsədə çatmaq üçün bir vasitə kimi istifadə edib.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru