
Dağlı məhəlləsində qastronomik xiffət
Kakao,
südlü sosiska,
suxarı,
mətbəx semantikasının
minimal lüğəti,
xoşbəxt uşaqlığımızın qida rasionu,
arzularımın kosmik Saturnu,
ofisiantı çağırıram
“Qurman” kafesində,
suxarı gətir, bir də kakao,
üzündə təəccüb ifadəsi donub qalır,
“bizdə elə şeylər olmur”,
“nə kakao, nə suxarı”,
piyada qalxıram Dağlı məhləsiylə
üzüyuxarı,
əllərimi yandırır
təndirdən təzə çıxmış Dağlı çörəyi,
burda döyünür Bakının ürəyi…
Hörmətlə: Kənan HACI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında