Zəfər gününüz mübarək ,əziz xalqım!

BU GÜN ZƏFƏR GÜNÜDÜ!

Zəfər gününüz mübarək ,əziz xalqım!

Bu gün zəfər günüdü,
Bu gün hünər günüdü,
Xalqımın, vətənimin,
Ən bəxtəvər günüdü!

Bü gün çatıb Allaha
Millətimin haqq səsi.
İlahi ədalətin
Bu gündür təntənəsi.

Bu gün vaxtın, zamanın
Qızılıdı, ləlidi.
İlin, ayın, həftənin,
Günün ən gözəlidi!

İgidliyin, mərdliyi,
Birliyin ad günüdü.
Şəhidlərin ruhunun
Ən xoşbəxt, şad günüdü.

Qoy axsın gözümüzdən
Qələbə göz yaşları.
Vətən güllü bağ olsun,
Nəğmə desin quşları.

Sevinc göz yaşlarıyla
Dərd-qəmimiz yuyulsun.
Analar yas libasın
Gərək bu gün soyunsun.

Gözü yolda qalmasın
Xankəndiylə Xocalı.
Sovuşsun birər-birər
Vətənin qeylü-qalı!

Yaxşılaşsın günbəgün
Xalqımın güzəranı.
Firavan həyatımız
Heyran qoysun dünyanı.

Bu millətin, vətənin
Köməyi Allah olsun!
Dövlətimiz qüdrətli,
Qanunumuz şah olsun!

8 noyabr 2021

Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir