SÜLEYMAN ABDULLA – BİR ZƏRRƏ ŞEİR

BİR ZƏRRƏ ŞEİR

Biz
qaranlıqda işıq axtaranlarıq,
Nə qədər qapadırsınız qapadın qapıları,
nə qədər örtürsünüz örtün pəncərələri…
Sındırın küçə fənərlərinin hamısını,
Bağlayın işıq düşəcək ən kiçik məsamələri,
söndürün bütün enerji mənbələrini…
Göy üzünə pərdə çəkin qapqara…
Dəxli yoxdur,
hardansa sızacaq bir zərrə işıq
Və biz o bircə zərrəyə tutunub
gözləyəcəyik Günəşin doğmasını…
…O, mütləq doğacaq!

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir