www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

AZƏRBAYCAN YAZARLARI

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ali Baş Komandanım.

Zəfər marşı…

Şəhidlərin qanı ilə,

Sulanıbdır, torpağım.

Ancaq, vətən eşqi ilə,

Boyanıbdır, bayrağım.

Hər daşında, qayasında

Həkk olubdur, qələbə.

Bu millətin mayası da,

Yoğrulubdur, zəfərlə.

Bir can üçün, min can verdi,

Yaralı can gülsün deyə.

Hər dağ, dərə dilə gəldi,

Gülüstana dönsün deyə.

Haqq sözü, haqq yolunda

Tarix yazdı, yenidən.

Hər bədən, öz ruhunda

Zəfər çaldı, yenidən.

Dəyişib, seyrin həqiqət

Şuşadan boylanıb, bizə.

Zəfər çaldı, haqq ədalət

Qarabağ qayıdıb, bizə.

Yeri, göyü lərzə edən,

Qalib ordu, şərəf-şanım.

Düşməni, diz çökdürən…

Var, Ali Baş Komandanım.

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, AYB-nin üzvü.

AYXAN HÜSEYNLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

…eşqi su tək, içəcəkdim…

. . . edam yerinə

de , kimdir ac, de, kimdir tox,
çoxu oğru, baş kəsən çox.
bu milyonda bir insan yox,
seçsinlər adam yerinə.

eşqi su tək, içəcəkdim,
bu ömrümlə ölçəcəkdim,
yazdan- yaydan keçəcəkdim-
qış düşdü o dam yerinə.

bu nə çisgin, nə yağışdı,
son iztirab, son baxışdı.
deyilməmiş söz axışdı-
şairin edam yerinə…

05.12.2023.

. . . . . . baş tərəfində

Utancaq baxışın oğrusu qalıb,
yalanlar ələnib, doğrusu qalıb.
İllərin acısı ağrısı qalıb-
yazılan alnımın qaş tərəfində.

Bu ki, çörək deyil, boş-boş xəyaldı,
ilişib qalırsan, yol üstü koldu.
Bax, qızmar günəşə, beş addım yoldu,
qalmışam ömrümün qış tərəfində.

Dönsün inadından, səslə, bir ağız,
gecənin bağrında oturub yalqız.
Hələ də, ilk eşqə sevdalı o qız-
ağlayır qəbrimin baş tərəfində

19. 12 . 2023

. . . . . . adam

qəlbinə səs- küyün düşüb,
günün düşüb, ayın düşüb.
dodağına düyün düşüb-
yanağında gülən adam!

zaman belə, çox nahaqdan-
baş üzülür edamlıqdan.
de, keçdinmi, adamlıqdan?-
ocağına gələn adam!

addımını gör izindən,
yaşamağa tut sözündən.
asılmısan hər sözündən-
sağlığında ölən adam.

çox rənglədik soyumuzu,
toy gözündə vayımızı.
ağ edəcək dünyamızı-
öz ağında qalan adam…

2022.

Bitirmək çox çətindi

Astar var, üzdən baha,
susmaq var, sözdən baha.
Ölüm var, bezdən baha,
itirmək çox çətindi.

Ağlayan gözlər yaşdı,
əsən yellər təlaşdı.
Bu yollar ağır daşdı-
götürmək çox çətindi.

Çomaqla çırp üstünü,
duyacaqsan istini.
Bacandan bu tüstünü-
ötürmək çox çətindi.

Gözlərdən baxır kədər,
yollar uzanır hədər.
Bu ömrü 100-ə qədər-
bitirmək çox çətindi!

      2019.

Müəllif: Fazil Aydın

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yağış, Arı, Sən və Eskişəhər…

Yağış, Arı, Sən və Eskişəhər…
(esse)

Məndən İstanbul ilə Eskişəhərin fərqini soruşsalar deyərdim , ki, İstanbul eşqdir, Eskişəhər isə sevgi. İstanbulun ilk dəfə günəşli sabahının ardından qəfil leysan yağışı, dumanı ilə qarşılayıb məni, həyəcan dolu möhtəşəm tanışlıq olub o şəhərlə görüşümüz, həmin günün axşamı yenə leysan yağışa tuş gəlmişəm, illərin həsrətlisi imiş kimi “göz yaşlarıyla” bağrına basmışdı məni İstanbul, AyaSofyaya gedən yolun kənarında satılan bişmiş qarğıdalı, qovrulmuş şabalıd qoxusu, kəndimizi, Nənəmin közdə bişirdiyi qarğıdalıları xatırlatmışdı mənə. O gün anlamışdım ki, şəhərlər həm də qoxularla doğmalaşır . Həmin gün illərdir görmədiyim, çox sevdiyim Hocamla da görüşmüşdük. İstanbul həm də ona görə doğma gəldi mənə, çünki orda çox əziz , çox dəyərli Hocam var.
Eskişəhər isə mənə görə zəhmətin, əməyin, sevginin şəhəridir. Bu şəhərdə artıq dörd aydır ki, yaşayıram, bir xeyli qayğılarım, çətinliklərim oldu, bəzən kədərli adamları ilə qüssəmi çoxaltdı, bəzən kişili-qadınlı, cavanlı-qocalı əlində siqaret tüstüləyə-tüstüləyə yanımdan keçən adamların verdiyi narahatlıqla əhvalım pozuldu . Amma şəhər özü yaşıllığı, gülü- çiçəyi, narın yağışı, qorxutmaqdan çəkinirmiş kimi ehmalca çaxan şimşəyi, nəzakətli küləyi ilə könlümü oxşadı. Hərdən mənə elə gəlir ki, şəhər məni incitməkdən, xətrimə dəyməkdən qorxur. Səhərlər Eskişəhərin yağışıyla tez-tez gizlənqaç oynayırıq…
Dərsə getməzdən əvvəl pəncərədən boylanıram, nə yağış var, nə külək, nə də göy üzündə bulud, hava bulaq suyu kimi dumdurudu. Elə yenicə qapıdan çıxıb dörd- beş addım atıram ki, yağış damcıları sakit-sakit salamlayır, uşağını oyatmamaq üçün otağa ayaq barmaqlarının ucunda girən analar kimi, elə yağır ki, üstün islananda xəbərin olur ki, yağış yağırmış, paltonun papağını başıma çəkirəm, mən gizləndikcə o papağın altından çıxan saçlarıma yağır, su dəyən kimi qıvrımlaşan saçlarım küləkdə uçuşan yarpaqlar kimi yanağımda dəcəllik eləyirlər, kədərlə hələ istisi soyumamış evdə qoyub çıxdığım cəfakeş fenimi xatırlayıram, geri qayıdıb çətir götürməyə ərinirəm, uğurdan geri dönməyi də sevmirəm. Gözümdəki nazik eynəyi çantadakı böyük eynəklə dəyişirəm, bu dəfə də eynəyin altındakı kirpiyimə yağır yağış. Yaxşı, bu dəfə də Sən qazandın deyirəm, nə qədər gizlənsəm də tapırsan məni. Sonra ətrafa göz gəzdirirəm, qəfil narın yağışa tuş gəlmiş adamlar harasa tələsirlər. Bircə otluqdakı tənha boz qarğa sakitcə dayanıb. Bir az aralıda sarımtıl bir it otelin pəncərəsindən boylanan turist rahatlığıyla məmnun məmnun insanları müşahidə eləyir, amma nə olsun o da təkdi . Ona baxanda sən də mi təksən deyirəm, Aygünün “yenə tək ” mahnısı gəlir ağlıma. Universitetin həyətinə girdiyim beş dəqiqə olar-olmaz bir arı hardansa tələsik gəlib sağ qulağımın bərabərində islaq saçlarımın arasına girir. Sənin sözün yadıma düşür, “balsan e bal” gülümsəyirəm. Dərsə girib çıxmağım təxmini iki saat çəkir, yenə narın yağış, yolumu uzadıram, yavaş-yavaş gəlirəm. Bayaqkı arı da, Sən də yadıma düşürsünüz, Səni ürəyimə sığdırsam da , Eskişəhər sənsizliyimə dar gəldi deyə düşünüb darıxdığım vaxtda telefonuma zəng gəlir, -“yağış yağır, kaş səndə burda olaydın.” -“niyə islanım deyə?)” , “içimdən bir səs , ” yox, saçımdakı arını görəsən deyə” Sonra içimdəki həmin səs üzümdəki gülümsəməyə qarışıb şəhəri məzəmmət eləyir : “Ehh əzizim, bu yağışlar nədir, axı sən Eskişəhərsən, özünü niyə London kimi aparırsan?! Bu qəfil şər qarışmalar, günbatımları hardan çıxdı, axı Sən Varşava deyilsən…
Sənin təbirincə desək qala divarlarına oxşayan universitetin həyətindən çıxıram. Kədər qarışıq xatirə dumanına qarışan təbəssüm kəpənək kimi yanaqlarıma qonur. Elə bil hansısa melodramın içindəyəm, ətrafdakı təmizlənmiş, qoxusu dəyişmiş yaşıllığa baxa-baxa düşünürəm ki, imtahanların bol vaxtında hamınız qəsdimə durubsunuz : yağış, arı, Sən, bir də Eskişəhər…

Müəllif: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri.

MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri
haqqında illər öncəsi yazılmış bir məqaləyə
müəllifin kiçik əlavəsi

1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı, həmin vaxt dünya ədəbiyyatının canlı klassiklərindən biri hesab edilən Miхail Şоlохоvun 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. O zaman mən indiкi Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin sоnuncu кursunda охuyurdum. Məşhur ədibin yubilеyi ilə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada “Şоlохоvun “İnsanın talеyi” pоvеsti” mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna gəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan “Azərbayjcan gəncləri” qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iкi-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya xarakterli bir mətn gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum publisist-yazıçı Şamil Fərzəliyеv mənə bеlə dеdi: “Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmazdı”. Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi… Sən demə redaktor mülayim xasiyyətli, həlim bir adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
Aradan onillər кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, yazıçının milyonlarla oxucusu onu daim ehtiramla anır. Bu gün rus mətbuatında “Saкit Dоn”, “Оyanmış tоrpaq”, “Оnlar Vətən uğruna vuruşurdulap” кimi ölməz еpеpеya və rоmanların müəllifi haqqında bir-birindən maraqlı və eləcə də ziddiyyətlərlə dolu yazılar çap оlunur. Həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, “antisоvеtçi” оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş… Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
Yeri gəlmişkən, onu da deyim ki, o vaxt həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
P.S. Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun “İnsanın talеyi” pоvеsti ilə bir neçə on il əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
Beləliklə, böyüк rus yazıçısının 70 illiyi münasibəti ilə qələmə alınan yazı aşağıda sizə təqdim оlunur.

“İNSANIN TALЕYİ”

Yazıçı ölməz qəhrəmanların, nəhəng adamlapın həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхapı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa “qəhrəmanlap” yaradar.
Sənətкar “adi” adamlapın həyatından əsəp yazar, laкin “adiliк” məziyyəti çərçivəsini sındırar, özü də, yapatdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
Sокоlоv adi bip adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir – ən bahlıcası, İnsandır!
Sокоlоv qəhrəmandır. Ancaq о özünü “qəhrəman” hеsab еtmir. Bu “adi”, “sıpavi” adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bip оbpaz, yеnilməz bip qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bip priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq “söhbətə girişib”, охucuya кamil, bitкi bip хaraкtеr təqdim еdir.
Əgəp biz, “Sокоlоvla söhbət”, “Sокоlоvla müsahibə” dеsəк, bu çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adijə söhbət dеyil. Bu – üpəк yanğısıdıp. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifpətdip!
Müsahibənin diqqət məpкəzində – insan dupup; bip də кi, insanın talеyi!
Söhbət təк bip insanın talеyi yох, ümumiyyətlə, insanlapın, insanlığın – yəni bəşəpiyyətin talеyindən gеdip. “Saкit Dоn” yazan tənqidçiləp Qpiqоpi Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdipləp. Mеlехоvun səhvləpi də, qələbələpi də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilip.
“Saкit Dоn”un qəhpəmanı haqqında dеyilən həmin sözləpi, еlə оlduğu кimi “Insanın talеyi”nin qəhpəmanına da aid еtməк оlap.
Sокоlоvun хapaкtеpi – Sоvеt adamının хapaкtеpidip. Bizə еlə gəlip кi, pоvеsti mühapibə haqqında yazılmış gözəl həm də оlduqja кədəpli bip pекviyеm hеsab еtməк оlap. Sокоlоvun ilк baхışda saкit, bip qədəp də коbud danışığının, söhbətinin apхasında bip кövpəкliк, qüvvə sеzilip. №adisələpin bipinji şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlapını bip qədəp dapaltmışdıp, Laкin digəp təpəfdən bu, əlvеpişli оlmuşdup. Bеlə кi, qəhpəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləpi açmaq imкanı əldə еdilmişdip.
Sокоlоvun həp кəlməsinə, həp cümləsinə böyüк bip yanğı haкimdip. Biz pоvеstin ilк sətipləpində, ilк səhifələpində qəhpəmanın hələ öz dünyası ilə, əgəp bеlə dеməк mümкünsə, öz miкpоmühiti ilə tanış оlupuq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-apvad-uşağını düşünüp. О, hətta, həpdən еvə səpхоş gəlib (maaşını alanda), bip az da qalmaqal salıp, apvadını bеlə injidip.
Şоlохоv qələmi, öz qəhpəmanın adi həpəкətini bеlə mənalandıpıp. Yazıçı Sокоlоvun оbpazını yapatmaqla, охujuya janlı insan təqdim еdip. Sənətкapın sadə üslubu şapjçılıqdan, şüapçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdıp. Hətta, biz, həpdən оbpazın bəzi həpəкəti ilə pazılaşmıpıq, səsimizi qaldıpıb, еlə yох, bеlə оlmalıdıp – dеmə istəyipiк, Anjaq nə еtməli? Bu, həyatdıp! – Bu insandıp – həm də janlı insan. Sənətкapın pеalizmini, sənətкaplığını şəptləndipən əsas amilləp zühup оlup, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхıp. Mühapibənin başlanması həp şеyi dəyişip. Həpbin zəhəpli qохusu, Sокоlоvun da həyatına, miкpоdünyasına təsipsiz qalmıp. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünüp. Həinкi düşünüp, hətta bəşəpiyyət qapşısında özünü javabdеh, hеsab еdip. Bеləliкlə “Tələbat” özünə оpqan düzəldip” (Еngеls)
Aptıq, “mən-özümünəm, mən-ailəminəm” fiкpi, “mən-dünyanınam, insanlığınam” коnsеpsiyası ilə əvəz оlunup.
Dеdiyimiz кimi, Şоlохоv охujuya qupu, hissiz, duyğusuz pеpsоnaj “sıpımıp”. Оnun təqdim еtdiyi оbpaz-insanın özü yapatdığı həyat – həyatın özüdüp. Bu fiкpi оna göpə, iкinji dəfə хatıplatmalı оlupuq кi, pоvеstdə bütün hadisələp dinamaк inкişafdadıp. Sокоlоv əsip düşüp, ölümlə pənjələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndip. Bildiyimiz кimi əsipliкdə Кpıjnyоv familyalı bip “əjlaf” öz коmmunist коmandipini satmaq istəyip. Sокоlоv satqını bоğub öldüpüp.
Yazıçı Sокоlоvun öldüpdüyü satqın Кpıjnyоvun mеytini uzun- uzadı təsviplə yох, jəmi bip-iкi jümlə ilə təqdim еdip: “Хain mupdap оlmuşdu, dili də bip papça bayıpa çıхmışdı”. Bu cümlədən həp şеy məlum оlup. Təкjə “mupdap оlmuşdu” ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdip.
Sокоlоvun pоtеnsial ipadəsi və səbatı əsipliкdə daha qabapıq şəкildə üzə çıхıp. О, öz кişiliyi və məpdanəliyi ilə gözləpimiz qapşısında nəhəng, əyilməz, yеnilməz bip хapaкtеp кimi janlanıp. Mühapibə adlı dəyipmanın qapa daşlapı insanlapı un кimi üyütsə də, əsil insanlap yеnə də öz bəşəpi hissləpini qоpuyub, mühafizə еdipləp. Sокоlоv nə qədəp dəyişsə də, nə qədəp коbudlaşsa da hələ insan оlapaq qalmaqdadıp. Biz оnun əsipliкdəкi həyatı ilə bağlı bip еpizоdu хatıplamağı vajib bilipiк. Düşəpgə коmеndantı Müllеp həp gün özünü acıqlandıpmaq üçün, 10 dəqiqə sıpanın qabağında dupub bizi söyəpdi. Ana söyüşləpini bizim üstümüzə yağdıpapdı. Anjaq biz bundan bip yüngüllüк duyapdıq, aхı, bu sözləp bizim sözləpdən, bu sözləpi еşidəndə еlə bil кi, оna yupdundan bip balaja mеh əsipdi. О Müllеp dеyilən bilsəydi кi, оnun söyüşü bizə anjaq ləzzət vеpip, bizi pusja yох, öz dilində söyəpdi”.
Yazıçı, göpündüyü кimi, Vətəni üçün bupnun uju göynəyən adamlapın hissləpini оlduqja təbii və mapaqlı bip şəкildə təqdim еtmişdip.
“Insanın talеyi” – talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bip abidədip. Insan, özünü talеyin aхapına təslim еtmip. Əкsinə, öz talеyini özü həll еdip, öz talеyinə özü haкim кəsilip. Dеməк, söhbət təкjə Sокоlоvun yох, ümumən, Sокоlоvlapın talе gəpdişinə qapşı mübapizəsindən gеdip. Dеməк, Sокоlоvlapı məhv еtmə оlmaz. Dünya, оnlapı vajib оlduğu üçün, lazımlı оlduğuna göpə dünyaya gətipmişdip. Sокоlоvlap dünyanı dağıtmaq, хapabaya çеvipməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlap.
Maşındı gəzdipdiyi faşist yоl mühəndisinin başını əzəpкən hiddətlənən Sокоlоv, nə qədəp qəddəpdıpsa dоğma tоppağı qujaqlayıb öpəpкən bip о qədəp кövpəк və səmimidip! “Dava” haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, “dava quptapandan sоnpa оğlunu еvləndipib, özüm də оnlapın yanında qalajağam, həm dülgəpliк еləyəjəyəm, həm də nəvələpimə baхajağam” – dеyə şipin düşünjələpə dalapкən nə qədəp кövpəlip, saf uşaq хülyasına qapılıp?!
“Insanın talеyi”… Bəlкə dövpün, zamanın talеyi?
Indi talеləpi bip-bipinə yağı кəsilən insan həll еdip. Indi talеləp zamanın höкmündən aslıdıp. Talе yalnız sənin özünü əzməкlə, taptalamaqla кifayətlənmip. Talе – qоpхunj əlləplə sənin еvini bоmbalayıp, ailəni həşəpat кimi bipjə anda məhv еdip. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötüpüb qələbə günü tоppağa tapşıpıp. Talе-sənin еlə hissləpini, еlə apzulapını кülə döndəpip кi…
Bəli, insanın talеyi-dünyanın talеyinə çеvpilə biləp.
Talеnin səpt qanunlapına qapşı sinə göpməк üçün Sокоlоvlapın оlması bip tələbat, bip zəpupət кimi mеydana çıхıp.
“Insanın talеyi” mühapbə və mühapibə qızışdıpıjılapına qapşı yazılmış оdlu bip pamflеtdip. Düzdüp, əsəp, əsasən mühapibəyə, mühapibənin töpətdiyi fəlaкətləpə, həpbin gətipdiyi qıpğınlapa həsp оlunub. Fəqət söhbət təкjə bununla bitmip. İndi mühapibə quptapıb. Dünyada əmin-amanlıqdıp. Şоlохоv öz qələmini qəlbə fişəngləpi atılmaq səhnəsi ilə yеpə qоysaydı, bizjə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Anjaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını jəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağajıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapiji əlamələpini nеjə təsvip еdip: “Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun jоpabını кüvə dağıtmışdı”. Şоlохоvun qəhpəmanının fajiəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, jəmiyyətdə ppоblеmləp hələ qalmaqdadıp. Sanкi mühapibədən qələbə ilə qayıdan Sокоlоv “zinj” həyatda məğlub оlup. Dеməк, hələ də yеpləpin, vəzifələpin bölüşdüpülməsində təps mütənasibliк vap. Dеməк cəmiyyətdə hələ də çatışmamazlılıqlapımız vap, əкəp-əsкiyimiz vap.
Şоlохоv böyüк bip pеalist кimi sоsial həyatda оlan əyintiləpi, çatışmazlıqlapı özünəməхsus bip jəsapətlə təsvip еdip. İnsanlapın talеyi uğpundu öz həyatından-öz talеyindən кеçən mübapiz bip əsgəp, bip sоvеt adamı haqqında, кimi bilip, mühapibə zamanı nə işlə məşğul оlan bip avtоmоbil müfəttişi də yalnış qəpap da çıхapa biləpmiş!
Pоvеstin sоn sətipləpindən bildiyimiz кimi, başına gələn hadisələpi danışan Sокоlоv кövpəlip.Ancaq о göz yaşlapını hamiliyə götüpdüyü uşaqdan gizlədip, gəpəк uşaq göz yaşını göpməsin, özünün dеdiyi кimi, “кişiləpin aхıtdığı göz yaşını”.
“Insanın talеyi” о, çох qəpibədip. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala biləp. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir – bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. О, qələbələr üçün dоğulub.

aprel-may 1975-ci il

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Bəy Azəri – Hesabat.

“XƏZAN” jurnalı oxucularını SALAMLAYIRAM!
O qədər diqqətlidirlər ki, təkcə jurnalda gedən yazılarla deyil, həm də redaksiya heyətində təmsil olunanlarla maraqlanırlar.
“NİYƏ MƏHŞUR İMZALAR AZDIR?” – mənə ünvanlanan suallardan biri də budur.
“FİLANKƏS hələ özünü şair kimi təsdiq etməyib!” – başqa bir sual da belədir.
ƏZİZLƏRİM, redaksiya heyətində məşhur imzalar deyil, ədəbiyyata xidmət edən adamlar təmsil olunmalıdır. Onların arasında adi texniki işçi – kompüterçi də ola bilər.
İndi sizə 2023-cü ildə jurnalda çap olunanları təqdim edirəm.
Bir də jurnalın REDAKSİYA HEYƏTİndə daha kimlərin imzalarını görmək istərdiniz?

XƏZAN – 2023
(“Xəzan” ədəbi-bədii jurnalında 2023-cü ildə dərc olunmuş materiallar)

Nəsr
Roman
1.Əli BƏY AZƏRİ – ““General”ın “yefreytor” vəkili” N1(46)
2.Ayaz İMRANOĞLU – “Sevgilimin oğlu qardaşımdır” N5(50), N7(52), N8(53), N9(54)

Povest
1.Daşqın MƏMMƏDOV – “Ata Şuşa” N9(54)

Ssenari
1.Əli BƏY AZƏRİ, Şəfaqət CAVANŞİRZADƏ – “Şən dullar” N3(48)

Hekayə
1.Əzizağa ELSEVƏR – “Sevgi ölmür, yaşayır…” N2(47), “Yeddinci otağın sirri” N5(50)
2.Fərhad ƏSGƏROV – “Mənə kütbeyin deyirdilər”, “Çıxış yolu həmişə var” N2(47), “Axşamkı məclisin davamı” N7(52), “Qulaq yoldaşı”, “Beləsinə nə deyəsən?” N8(53), “Rüşvət necə gizlədilirdi?” N9(54)
3.Sabir ETİBARLI – “Öncədəngörmə” N2(47), “Cəsarət” N4(49)
4.Ayaz İMRANOĞLU – “Bələdçi” N2(47), “Dəbilqə”, “Ana məktubları”, “Şöhrət” N4(49)
5.Pərviz YƏHYALI – “Kəpənəklərin rəqsi”, “Bir gün verdiyin sözü də itirərsən” N2(47)
6.Kamil Faruxşinoviç ZİQANŞİN – “Bosman” (tərcümə Vaqif Əjdəroğlunundur) N2(47)
7.Rəşad MƏHƏMMƏDOĞLU – “İsti ata qucağı” N2(47)
8.Xuraman ZAKİRQIZI – “Gərəksiz pullar” N2(47), “Zəfər ətri” N8(53)
9.Nəzakət EMİNQIZI – “Gecikmiş çiçəklər” N2(47), “Nakam sevgi nağılı”N4(49)
10.Əli BƏY AZƏRİ – “Ağbaş” N2(47), “Yurda qayıdış anketi” N6(51)
11.Şəfahət ŞƏFİ HƏSƏNOV – “Aygünün fincanı”, “Mənim robot anam” (Uşaqlar üçün hekayələr)N4(49)
12.Təranə DƏMİR – “Yerə dağılan arzular”, “Çörək ətri” N4(49), “İşığa sarı”, “Qaranlıqla işığın arasında”, “Quyu” N5(50)
13.Xaliq AZADİ – “Kosagöl” N4(49), “Taran” N7(52)
14.Vaqif İSAQOĞLU – “Qaratikan” N4(49)
15.Nizami KOLANILI – “Bağlı qapı” N4(49)
16.Mətanət DUYĞULU – “Buz bağlamış arzular” N5(50)
17.Seyid AYNUR – “Naxış” N5(50)
18.Sevinc RZA – “Bazar səhəri” N6(51)
19.Hümbət HƏSƏNOĞLU – “Ən ləziz yemək” N6(51)
20.Tutu ƏSGƏRQIZI – “Yazılı daş” N6(51)
21.Əli RZAZADƏ – “Gecə gələn əsgər” N6(51)
22.Xaləddin SIRAVİ – “Qalan təsəllilərdi” (esse) N6(51)
23.Firavan MAHİR – “Yadigar sırqalar” N7(52)
24.Zaur USTAC – “Doğum günü hədiyyəsi” N7(52)
25.Kübra MUSAYEVA – “Murov qartalı” N7(52)
26.Vüqar ƏHMƏD – “Niqab” N8(53)
27.Damət SALMANOĞLU – “Mən səni unutmadım” N8(53)
28.Çərkəz NƏSİRLİ – “Qırx pilləkən” N8(53)
29.Adəm ASNİ – “Məzən olsun”, “Vida” N9(54)
30.Rüstəm MUĞANLI – “Dayanacaq”, “Yuxu” N9(54)
31.Naibə YUSİF – “Astana” N9(54)
32.Əvəz KÜSKÜN – “Samovar əhvalatı” N9(54)
33.Namiq ZAMAN – “Gəncliyini axtaran adam N9(54)

Poeziya

Poema
1.Şərqiyyə BALACANOVA – “Ölməzlər” N2(47)
2.Budaq TƏHMƏZ – “Qönçəbəyim” N2(47)
3.Xuraman ZAKİRQIZI – “Əsrlərin bəlası” N5(50)
4.Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Filin dərdi böyükdü” (alleqorik) N7(52)

Şeirlər
1.Məhəmməd ƏLİ – “Qar yağır”, “Ruhum bətnimdə dustaq” N2(47), “Bu söz”, “Dərdim”, “Ömür yolu” N7(52), Nə ömürdür yaşayıram?” N9(54)
2.Ramiz İSMAYIL – “Ay Səxavət”, “Axtarırıq”, “Ramiz adlı bir şair var”, “Çək görüm”, “Ayrı imiş”, “Qalacaq”, “Qardaş” N2(47), “Sevgi sözü”, “Çəkirəm”, “Darğalıqdır”, “Sevirəm səni”, “Şair Budaq Təhməzlə deyişmə – 1”, “Şair Budaq Təhməzlə deyişmə – 2” N5(50), “Budaq Təhməz”, “Var”, “Sənin”, “O mənəm”, “Yerdən”, “Biridir”, “Düşməz” N7(52), “Dünya gözəl dünyadır”, “İndi nədən yazırsan?”, “Yazıram”, “Ay qoca dünya”, “Yaşa hələ” N9(54)
3.Xaliq AZADİ – “Dodaqdəyməz təcnis”, “Şəkil önündə”, “Meşədə vəhşilər yaşamır”, “Salamlar gətirmişəm mən”, “İnciməzdim”, “Dillənmir”, “Qalmayıb”, “Qazax yolunda” N2(47)
4.Gülnarə CƏMALƏDDİN – Poeziya çələngi N2(47)
5.Aysel NƏSİRZADƏ – “Dünyaya şəfəq saçan Azərbaycanımız var”, “Susqunlaşan ağrılar”, “Gözün aydın olsun, Azərbaycanım”, “Şəhidə anası ağladı”, “Şəhid övladları”, “Şəhid atası”, “Həsrət ilmə-ilmə hörər payızı”, “Nə tez unutdun məni”, “Lövbər salmaz gəmilər”, “Apardı”, “Bayrağım”, “Ömrümə şeir boylanır”, “Qurudulmuş çiçəklər”, “Körpələr evi” N2(47)
6.Aygün SADİQ – “Günahkarlar cəzasızdır”, “Bayrağa dönənlər”, “Ölüm oyatmaz səni”, “Qardaş”, “Oğul”, “Olmur” N2(47)
7.Təranə DƏMİR – “Gəzdim səni”, “Uzun gecə”, “Hara gəlmisən?”, “Sən gəldin”, “Nöqtələr”, “Darıxıram”, “Zülmət”, “İlahi”, “Qarlı gün” N2(47), Təranə DƏMİR – “Poeziyanın payız çələngi” N8(53)
8.Əbülfəz ƏHMƏD – “Şükür”, “Yaxşı”, “Nə deyim, vallah”, “Ramiz İsmayıl-75”, “Dayazlıq”, “Sənəmi”, “Söz gəlişi”, “Bizimki”, “Kişi”, “Gəlsin”, “Qayıdır” N2(47), “Bekarçılıq”, “Gəzişmələr”, “Nisgillərimin sonu”, “İbrahim İlyaslı – 60”, “Veysəlli rübaisi”, “Sevgi gəzişmələri”, “Qoşalar” N5(50)
9.Seymur SÖNMƏZ PAŞAYEV – “Ay şıltaq qız, nazlı qız”, “Xoşum gəlir”, “Zənn etməyin dəliyəm mən”, “Qorxuram”, “Qadanı alım”, “Gəl yeni ildə”, “Xatırlamasan da unutma, yetər”, “Mən bildim səni”, “Sevginin”, “Gəlir”, “Bir şair şəkili çək mənə, rəssam”, “Darıxır” N2(47), “Səni necə sevim ki?”, “Dərdini içində çəkir bu gözəl”, “Qocalıram”, “Şairlər”, “Heç vaxt gözlərini çəkmə gözümdən”, “Yaxşını yamandan seçən yaşdayam”, “Sev onu”, “Bir gözəl qismətim ola, olmaya”, “Öldürəcək nazın məni”, “Dilim”, “Xəbərin varmı?”, “Ya sən dəlisən, ya mən”, “Sən eləsən, mən belə”, “Danış” N7(52), “Bəd nəzərlər çapdı bizi”, “Mən səni bu qədər sevməməliydim”, “Sənin”, “Nolar, qocalmasın anam, ay Allah”, “Gedirsən”, “Neynirəm ucuz ad-sanı”, “Məni bağışla”, “Getmisən”, “Sən hardan biləsən”, “Gördüm” N8(53), “Qız qəhət deyilmiş ulu Gəncədə”, “Səni misralara köçürmüşəm mən”, “İndi”, “Gəlib, gedirsən”, “Sonra”, “Şairlər”, “Gecələr darıxır adam”, “Məhəbbətimsən”, “Sənin de, qürbətdə nə itin azıb?”, “Mən belə adamam”, “Sənə deyiləsi ayrı sözüm yox”, “Ağlımdan”, “Zəfərin mübarək, Azərbaycan”, “Elini sevdim sənin”, “Olsun, olmasın”, “Üzün məndən döndümü?” N9(54)
10.Gülbəniz ABBASOVA – “Qarabağ faciəsinin xəzan olmuş sevgisi” N2(47)
11.Cəbrayıl HÜSEYN – “Avtoportret”, “Dünya payız köçündə”, “Ömrümün saatları”, “Qurtarar”, “Çıxım aradan”, “Gəzmərəm”, “Bu gələn payızdan özünü qoru”, “Duyğulu çağlarıma”, “Kəndimiz”, “Baxa bilərəmsə”, “İcazə ver”, “İsmayıllı dağları”, “Ana”, “Sənin məhəbbətin”, “Öndəymiş demə” N2(47)
12.Budaq TƏHMƏZ – “Həsrət” N2(47), “Ölməyib, yaşayır Heydər əbədi”, “Döyüş vaxtıdı”, “Anamın ətrini nənəmdən aldım”, “Gözlə, gələcəyəm”, “Sən söz sərrafısan”, “Mənim xəyal dünyam” N4(49), “Qızlara açıq məktub”, “Şəhid məzarları and yerimizdi”, “Küsmə məndən, ay ilhamım”, “Səni kim unudar?” N7(52)
13.Firavan MAHİR – Poeziya çələngi…. N2(47)
14.Səma KUBRA – “Səhvlərimlə sev məni”, “Özüm öz içimdə itmək istərəm”, “Məsum deyilik heç birimiz”, “Ömürlük yaddaşımdasan, mətin qadın” N2(47)
15.İntizar TURAN – “Uşaqlıq illəri”, “Bir bayrağın altında”, “Elin mərd oğluna”, “Bilməz”, “Bu vətənin özü boyda yarası var”, “Mənim xalqım”, “Bacıqızı”, “Termometr haqqında düşüncələr”, “İstəyirəm şeir yazım”, “Həyat dərsliyi”, “Xocalım” N2(47)
16.Nizami KOLANILI – “Gedirəm savaşa, saxlama məni”, “A dünya”, “Yalan hökm eylədi, düz öldü, Allah”, “Qırx bir yaşda elə qaldım”, “Dünya, sənin nə vecinə”, “Gözəl, məndən küsmə barı”, “Belə dövran mən də gördüm”, “Yaxşını çox tapdım, pisi itirdim”, “Ağlayar”, “Bu il də kəndimə gedə bilmədim”, “Düzü kaman təki əyir bu dünya” N2(47)
17.Malik NƏZƏROV – “Lənkəran-Muğanlı”, “Lənkəran”, “Şovu adlı kəndim var”, “Yalançılar dünyası”, “Şəhidlər”, “Xocalı”, “Yaz gəlir” N2(47)
18.Bəhram ŞƏMS – “Səni elə sevdim ki”, “Anama”, “Səni görən dağlara qar yağdı”, “Düşmədi”, “Kirpiklərin dar ağacı”, “Uşaq şeirləri” N2(47)
19.Səhrab MÜRŞÜDOĞLU – “Sən mənim Azadımsan” N4(49)
20.Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər” N4(49), “Qəzəllər”, “Rübailər” N5(50), “Qəzəllər”, “Rübailər” N7(52), “Müxəmməslər, qəzəllər, rübai və dübeytlər” N8(53), “Rübailər”, “Qəzəllər” N9(54)
21.Şükür QAFAR – “Payızın rənginə bürünən qadın”, “Sənin saçlarında sevdim payızı”, “Yaman soyuq keçir eşqin baharı”, “Gözümdə ağla”, “Sənin baxışında sevdim dünyanı”, “Bir ay idin”, “Ütülə alnımın qırışlarını”, “Sevgi çilənibdir xəyallarıma”, “Aşiqlər əzabı sevir”, “Məndən yay fəslində şeir istəmə” N4(49)
22.Şahlar HACIYEV – “Mən həqiqəti deyirəm”, “Dünyanın”, “Dərd qalası”, “İncimək olmaz”, “Ağzıgöyçəkdir, aman”, “Qəzəl”, “Bərəkallah”, “Bir qıza”, “Ümid var”, “İşıq nəğməsi”, “Var”, “Gəl baharım”, “Belə dırmanma yuxarı”, “Ürək söhbəti”, “Təcnis 1”, “Təcnis 2”, “Mənim dan ulduzum”, “Deyirlər Yəcis ilə Məcis qarpışacaqlar”, “İtin sevimli adəti”, “Tülkünün aktyorluğu”, “Seçim” N4(49)
23.Rəhman BAYRAM – “Anaların yaşı olmur”, “Baş sarıtel çalınanda”, “Qorx”, “Olur”, “Bəhanədir”, “Ay Nigar”, “Daha”, “Öyrət”, “Olmur”, “Valideyn ağacdır, övladlar barı”, “Salar, gedər”, “Keçibdir”, “Öldürəcək”, “İnsan var”, “Zaman pula bənzər”, “Vəfalı dost”, “Halallıq harama oxdu dünyada”, “Könül”, “Qəşəngdi” N4(49)
24.Şahməmməd DAĞLAROĞLU – “Zaman irəli gedir”, “Ver mənə”, “Mənəm”, “Gün keçər, il təzələnər”, “Bəlkə bir də gəlmədim”, “Demirəm”, “Kor etdim dünyanı”, “Anlayıb yaşamaq”, “Götürmərəm”, “Dərk elə”, “Xatirələr dinmir”, “Bu, nə xəyal”, “Məni özünlə apar”, “Səni görmədiyim gün”, “Qəlbimdəsən hələ sən”, “Mənə verdiyin şəkil”, “Ürəyim”, “Özbəkistan” N4(49), “Şirin arzularla”, “İlk bahardır”, “Məni sevənlər anlayar”, “Bir şəkillə üz-üzə”, “Bilmədin”, “Bilmirəm”, “Nə biləcək” N5(50), “Var olaq, yar olaq”, “Mən özüməm”, “Nə yaxşı ki”, “Axı, hardan biləsən”, “Sən indi anlamazsan” N7(52), “Bir soyuq baxış”, “Bəlkə də utanardım”, “Ortaya”, “Səhvlərim”, “Sevgi şeiri yazsam”, “Yeridi” N8(53)
25.Damət SALMANOĞLU – “Ümid yollarımı tutan olmasın”, “Bir oldun”, “Arzular”, “Ürəyi imanla dolu olmuşam”, “Şeh saçlarına”, “Kainatı sirr doludur”, “Mən sevgi fənninin əlaçısıyam”, “Özümüz dünyanın günah yeriyik”, “Özümün sınağıyam”, “Zaman tez keçir”, “Savablarla günahları pozan var”, “İsrafil surunu alıb əlinə” N4(49), “Qələbə müjdəsi sənə yaraşır”, “Qardaş”, “Necəsən?”, “Özümün sınağıyam”, “Bir müdrik tanıdım”, “Tanrı türk elinə yar olacaqdır”, “İlahi, sən özün əlini uzat”, “Duyasan gərək”, “Yazı, yayı var”, “Kim bahar verəcək, kim yay verəcək”, “Ələsgərin”, “Ürək alova bürünər” N9(54)
26.Gülzirə ŞƏRİFOVA – “Sən gəlsən”, “Sevə bilərsənmi sən də mənimtək?”, “Ayrılıq”, “Məktubumu göyərçinin qanadına bağladım”, “Sən məni dan üzü yoxla, əzizim”, “Sayxanın sahilində”, “Səni sevirəm”, “Əsdi sübh çağının yeli qəflətən”, “Səni candan sevirəm mən”, “Anamın xatirəsinə”, “Kəpənək”, “Məhəbbət”, “Vüsalına təşnə könül”, “Gəncliyi adım”, “Azərbaycanlı dostlarıma”, “Mənimtək olmayacaq”, “Zülmət geridə qaldı”, “Gül fəslinin zamanı ötdü” (Özbəkcədən tərcümə Şahməmməd Dağlaroğlunundur)N4(49)
27.Səbuhi RƏHİMLİ – “Bilmədim”, “Bir də bu dünyaya gəlməyəcəyəm”, “Giley”, “Bu gecə vaxtı”, “İmdad”, “Görmüşəm”, “Qapı”, “Şair ömrü sürməmişəm”, “Yuxumu yozan nənəm”, “Əhval” N5(50), “Gileyli deyiləm”, “Özünlə apardın”, “Tənha bülbül”, “Yağan yağış”, “İtirdik”, “Şəhərə gedən yol”, “Darıxıram”, “Özümdən ağır”, “Torpaq” N8(53)
28.Leylam LEYLAM – “Sonra sənə tapılmaz”, “Nədən dünya”, “Təkbeyt”, “Diqqət elə”, “Ustadım Əli Ələmliyə” N5(50), “Qəzəl”, “Müzare”, “Dürdanə” (şeirin müəllifi Şahin Tağıyevdir, Leylam Leylamın “Ata evimdəyəm” şeirindən təsirlənərək yazıb), “Gedir”, “Antalya”, “Anlaya bilmirəm” N7(52)
29.Bəxtiyar ABBAS İNTİZAR – “Divani”, “Hardadı”, “Qurbanlıq şeir”, “Qul Abbasa”, “Varsa”, “Deyil ki”, “Məndə”, “İkiqat qoşma”, “Səhər-səhər”, “Qurtarsın”, “Deyil”, “Axtarır”, “Fəryad günü”, “Yoxuş” N5(50), “Salavat”, “Şəkildə”, “Çətindi”, “Amannamə”, “Deyir”, “Sinəm”, “Aşağı”, “Edərdim”, “Söyüdlü”, “Qalıbdı”, “Eləmi?”, “Gəlmişəm”, “Olam”, “Gedirəm”, “Çıxır”, “Qan şeiri” N9(54)
30.Zahid YUSİFOV – “Yoxsa nə”, “Qaraçı”, “Gedirəm”, “Köçüb”, “Həsrət şeiri”, “Yaddaş dinir”, “Yaddaş qapısı”, “Zaman qaçır” N5(50)
31.Əhməd HAQSEVƏR – “Vətən nədir?”, “Oğurluğun nəticəsi”, “Hamıdan əvvəl”, “Leyla və Amin”, “Azadın konfetləri”, “Arzu xala”, “Qüdrətin başı”, “Səbinənin kəşfi”, “Zebr”, “Nə qədər pul qalıbdır?”, “Otaqda neçə nəfərik?”, “Nənə kimindir?”, “Bəhri-təvillər (nəsihət, zəmanət)” N5(50)
32.Həvva NAZİM – “Əsgərəm”, “Bənövşəni”, “Qalıb”, “Gecənin sirri”, “Demişdim axı”, “Bir “Ruhani” çal”, “Biri var”, “Qələbələr çala ha”, “Nənə dürməyi”, “A dağlar”, “Qadın” N5(50)
33.Gülnarə İSRAFİL – “O dam yox”, “Təpəgözün nağılı”, “Göy qurşağı çəkildi”, “Sehr aça səhər”, “Məktublar”, “Kəpənək uçuşu”, “Keçdim”, “Gəlin”, “Sis tamğalı ötənək”, “Mantra” N5(50)
34.Şərqiyyə BALACANLI – “Unudulan deyilsən”, “Torpaq çağırır”, “Müharibə olmasın”, “Nihadla Nilay üçün”, “Şəhidlər 1”, “Şəhidlər 2”, “Şəhidlik zirvəsi”, “Tələsdin, nədən”, “Düşmənə”, “Xatirələr”, “Balalarım”, “Qələbə qapıları”, “İlqarım”, “Razıyam”, “Ata”, “Xocalı”, “Vətən düşünəndə”, “Xoşbəxt böyüsün balam”, “Əli bəy”, “Zarat”, “Qələbə sevinci”, “Ay Sənəm”, “Lənət olsun” N5(50), Sevimli rəhbər”, “Hamı əzizimdir”, “Mənim İbrahim balam”, “Təvazökar adam”, “Bilmirəm”, “Zəfər qazanan şəhidlərə”, “Dünyanın”, “Tələbəlik illəri”, “Vətən”, “Sərkərdə oldun”, “Nəvələrimə”, “Məhəbbətim”, “Qələbə sevinci”, “Azərbaycan şəhidləri” N8(53)
35.Bəxtiyar KAVANLI – “Duyğularım”, “Dostlar sevindi”, “Gözəldi”, “Dağların qış yuxusu”, “İnsanlar da bir şeirdi”, “Könlümün sözü var”, “Sevinc-kədər həyatımdı”, “Payız lövhələri”, “İstehkamçılar”, “Ərşdən gələn sovqatlar”, “Haqqımız var”, “Sevgiyə bax”, “Xəbər ver”, “Bu sahildə”, “Laçından”, “Vaxtıdır”, “Peşman eləyər səni”, “O mənəm”, “Xəbərin olmadı”, “Mümkün deyil” N5(50)
36.Firəngiz ÜMİD – “Gedirsən”, “Analar”, “Qıyma”, “İntihar edən şəhid anasını qınayanlara”, “Çingiz”, “Bir güllə başlar”, “Əsgərim”, “Qoy var olsun dilimiz”, Tapmacalar N5(50)
37.Süleyman RZAZADƏ – “Azərbaycan bayrağı”, “Vətənim”, “Baba”, “Zəlimxan gedən gündən”, “Şahbuzum”, “Xoş gəlir”, “Bizdədi”, “Yaza bilmirəm”, “Ceyranı”, “Qayıt gəl” N5(50)
38.Vasif SÜLEYMAN – “Səyyah”, “Solandı yanağın yaş olan yeri”, “Bəlkə”, “Beləcə”, “Yaxşı unutdun”, “Balaca adaşıma”, “Nadir Azayoğluna” N6(51)
39.Fərqanə SƏFƏRLİ – “Buğda”, “Həsrət yükü”, “Soyuqsan”, “Var”, “Vüsal həsrəti”, “Bahar qız”, “Dua çərpələngi”, “Yalan baxışlı”, “Sən” xəstəliyi”, “Ruhumun pərvanəsi”, “Yasəmən itkisi”, “Tənhalıq qulu” N6(51)
40.Mirzəcan AĞABALAYEV- “Darıxdırır adamı”, “Sevgi yaşım”, “Bu payız”, “Vida əvəzi”, ”Elə bir yer-gün ola”, “Görünmür” N6(51)
41.Zöhrab MEHDİ – “Göy dərdim”, “Olmasın”, “Ovuda bilmirəm”, “Yuvarlağam”, “Sən bir az fərqliydin”, “Addım atdım”, “Getmişəm” N6(51)
42.Zülfü GƏNDƏBİLLİ – “Ayrılıqlar”, “Günəşin son şəfəqləri” N6(51)
43.Polad MƏMMƏDOV – “Torpağı”, “Qalmadı”, “Üstə”, “Olsun” N6(51)
44.Süleyman SƏRRAF – “Məni görmədi”, “Eşq bağı”, “Növbə sənindi” N6(51)
45.Sənan ASLAN – “Sonra get”, “Xəzərim”, “Yağışım” N6(51)
46.Mövlud AĞAMMƏD – Qəzəllər N6(51)
47.Saqi HƏSƏN – “Sevgilim”, “Bilmirəm”, “Nə vaxtsa”, “Nəzər dəysin dərdimə”, “Ayrılıq”, “Getdi”, “Axı” N6(51)
48.Günel AĞAZADƏ – “Çətirsiz qadın”, “Ədalətsiz dünya”, “Özüməm də”, “Yoxluq”, “Xəyalımın rəngləri”, “Düşünən məzar” N6(51)
49.Sahibə YUSİF – “Tənhalıq”, “Çatmışıqqocalığa”, “Darıxdırır bir azda” N6(51)
50.Rəşad AZƏRİ – “Cənnətdən gələn şəhid məktubu”, “Mən onun şeiriyəm”, “Fədakar qadın”, “Özümdən üzr istəyirəm”, “Zərif xanım”, “Yalan”, “Dünya”, “Şair ürəyi”, “Qədr gecəsi” N6(51)
51.Xəyalə YAĞIŞLI – “Qəlbi gözəl adamlar”, “Qış olmasaydın” N6(51)
52.Əlövsət HƏKƏRİLİ – “Qızıma yazdığım II şeir”, “Köçdün bu dünyadan”, “Özbəkistan gözəli”, “Şair Ramiz Rövşənə”, “Qağa”, “Sevmək istədim”, “Atam balası”, “Ruhdan düşmədim”, “Ümid qaldı payıza”, “Dünyanın sevinci” N6(51)
53.Arif QARAMANLI – Qəzəllər N6(51)
54.Sevda İBRAHİM – “Bayramın münbarək olsun”, “Dünya” “Ruh kimi gəzən insanam” N6(51)
55.Elgün İNCƏLİ – “Allah bilir”, “Haqqıdır”, “Desinlər” N6(51)
56.Şəlalə ŞƏFƏQ – “Könlüm”, “Məni boş ver”, “Yaz məni”, “Birlikdə darıxaq”, “Dünya”, “Niyə gördüm axı səni?”, “O gün” N6(51)
57.Elvin ELXANOĞLU – “Əziz Şuşa”, “Zəfər günü”, “Anamızın qədrini bilək”, “Atadı” N6(51)
58.Şəfəq ÜFÜQ – “Qəlb”, “Bəxtəvər”, “Al, gətir”, “Bacım olaydı”, “İstədim”, “Ay”, “Mən də istədim”, “Qəlbimə dəymə” N6(51)
59.Nəhayət MUSABƏYOVA – “Qoca Çinar”, “İydə çiçəkləri”, “Vicdanın səsi”, “Qədrimi bilmədi”, “Xatirələrdə”, “Qaytar məhəbbətimi”, “Dönüb getdin”, “Bir kəlmə” N6(51)
60.Asif ŞAHİNOĞLU – “Şəhid anası”, “Sevgisiz şəhər”, “Vaxtsız qocaldım”, “Ana fəryadı”, “Yaşayan ölüyəm” N6(51)
61.Füzuli ABDULLAYEV – “Keçən günlər”, “Acı xəbər”, “Möcüzəvi səhər”, “Sevgi yolu” N6(51)
62.Gülsənəm MAQSUDOVNA – “Vətən əzizdi”, “Gecəgözəlliyi” N6(51)
63.Həsrət BƏHRAMOĞLU – “Baxış o baxış deyil”, “Ayırıb əllərimizi”, “Bilənlər kimi”, “Qarşılaşarıq” N6(51)
64.Murad ZİYA – “Sevgidən küsdüm”, “Ömür yolu”, “Mələk qadın”, “Başqasını sevə bilmərəm”, “Dünyanı necə sevim?”, “Həyata vəfa yox”, “Hardasan sən?”, “Sən fərqli qadınsan”, “Şeir qadın” N6(51)
65.Mir ASLAN – “Xatırlayın”, “Əlvida”, “Tapardın məni”, “Olsun”, “Unutmadıq”, “Etiraf” N6(51)
66.Kamran RZAYEV – Adsız şeirlər N6(51)
67.Anar ƏHMƏDOV – “Azərbaycan-Özbəkistan” N7(52)
68.Murad MƏHƏRRƏM – “Vətən”, “Baş Komandanım”, “Baxıram qaranlıq pəncərələrdən”, “Hələ də gözümdən tökülür bu yaz”, “Göyərtdi”, “Yaxşılıq”, “Qum saatıdır”, “Azərbaycanım”, “Dağlar məni sevir”, “Yazdı, ay Allah”, “Gedirəm”, “Ağlıma batmır”, “Oxuyur ustad Alim”, “Üstünə”, “Ağlama şəhid anası”, “Qayıdaram”, “Bu payız mənə oxşayır”, “İki daşın arasında”, “Bunu hardan biləcəksən?”, “Tanıdım” N7(52)
69.Qənirə ƏSGƏROVA – “Hörmət”, “Heç səndən gözləməzdim”, “Namus” N7(52)
70.Aynur QAFARLI – “Azərbaycan”, “Qumardı dünya”, “İstəmirəm bu yuxudan oyanım”, “Gəlmədin”, “Bu dünyadan hara çıxıb gedək ki…”, “Mən səni başqa cür sevə bilmədim”, “Bəlkə yaxındadır, bəlkə uzaqda”, “Mənim ehtiyacım tək elə sənsən”, “Hardan girdin gecə-gecə yuxuma”, “Duraram sən gələn yolların üstdə”, “Sənə bir məktub yazdım”, “Hər səni düşünəndə”, “Olar bir sual verim?”, “Ehh, nə isə…”, “Bundan o yana da var” N7(52)
71.Kirman RÜSTƏMLİ – “Ay şəhid bulağı”, “Yazıram”, “Gəncliyim, qayıt”, “Mən Nərgizəm”, “Xarı bülbülüm”, “Arazım”, “Anasız günlər”, “İtirilmiş güman”, “Bir ömür yaşadız”, “Əlincə duyğuları”, “Nəsimi tövhəsi”, “Vətənsiz qalma”, “Bu daş üstdə oturmuşam”, “Bir sərdar tanıyıram”, “Bu qızım baldı”, “Tükənən ümid”, “Sabahınız xeyir”, “Qəlbin səsi”, “Vətən bölünərmi?”, “Sovur, xırman olaram”, “Şeir” N7(52), “Batabatda bir gün”, “Atalar”, “Dar ağacı”, “Sənə qalib gələcəyəm”, “Adsız şeir”, “Deyiləm”, “Torpağın”, “Qurban olum”, “Ölməyi öyrətmədin, ana”, “Salam söylə”, “Haydı, hey” N9(54)
72.Ələsgər TALIBOĞLU – “Təbrizə gəldim”, “Bəslədim”, “Mənim yolum Təbrizə”, “Təbriz bayatıları”, “Biz bir idik”, “O sahildə, bu sahildə”, “Uol ver, Araz, yol ver mənə”, “Vətən – o tay, Vətən – bu tay”, “Təbriz qalxıb ayağa” N7(52)
73.Könül HƏSƏNOVA – “Mənim Aforizmlərim”, “Axirətə saxla məni”, “Hərdən xatırla məni”, “Sevgim”, “Sevgi bir az mən kimidir”, “Sev məni”, “Gedirəm”, “Unudaq” N7(52)
74.Qumru QÜDRƏT – “Ayrılmışam ağır eldən”, “Bülbül kimiyəm”, “Arəstə”, “Al-qırmızı qərənfilsən”, “Əlini ver əlimə”, “İlahi sevgi”, “Kaş yanımda olaydı”, “Yenidən doğ, günəş”, “Yaradıb Allah”, “Ölərəm yazmayanda” N7(52)
75.Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Müəllim adını şərəfləndirdin” N8(53)
76.Ay Bəniz ƏLİYAR – “43 yaşıma gecikmiş məktub”, “O dam”, “Qızıma gecikmiş ad günü təbriki”, “Yoxluq”, “Hardan bilim”, “Qapısı”, “Qapının”, “Gəzərsən”, “Ölçüsü boyda”, “Ana olmaq” N8(53)
77.Mahir CAVADLI – “Payız”, “Qayıdarıq, inşallah”, “Salam, od-ocağım”, “Sənin axı nə yaşın ki…”, “Çəkilir”, “Qəhrəman Sivas”, “İsti bir yay günü” N8(53)
78.Zaur USTAC –“Ustacam”, “Araz”, “Bayraq, bizim bayrağımız”, “Nadanlıq”, “Mən zəfərə təşnəyəm”, “Bu payız”, “Tuncaya”, “Dağlar” N8(53), “Üç qardaş”, “Bu payız”, “Şanlı əsgər”, “Pirdi hər əsgər”, “Mən zəfərə təşnəyəm”, “Araz” N9(54)
79.Nəcməddin MÜRVƏTOV – “Şuşada”, “Çaşıb Nikol”, “Nə olub axı”, “Səslə”, “Dözər yəni”, “Səni anlamayan”, “Günahı nə dünyanın?”, “Heykəllərin günahı nə?”, “Necə inandırım?”, “Tələs” N8(53)
80.Səyavuş VƏTƏNDAĞLI – “Orda bir kənd var”, “İndi sən hardasan, indi mən harda?”, “Bu qatar”, “Zəngilana” N8(53)
81.Cahangir MİRZƏ – “Dünya rəngləri”, “Eşq”, “Vətən şəkli”, “Çəpik”, “Bircə şeirim” (şeirlər – özbəkcədən tərcümə Şahməmməd Dağlaroğlunundur) N8(53)
82.Vahid ÇƏMƏNLİ – “Ata yurduna”, “Bayraq”, “Gedəsən”, “Günlərin”, “Mənim”, “Olmur”, “Yaşadın”, “Bu eşqi”, “Gələcəm”, “Öyrən”, “Əzizim”, “Birgünlük qonağam” N9(54)
83.Arzu ƏYYARQIZI – “Ağlatma məni”, “Haqq möhürün əlbət vurar”, “Kəpənək sevgimiz”, “Mən”, “Dünya”, “Qısılmağa gəlmişəm”, “Təkcə sənsən gərəyim”, “Yazıq”, “Deyil”, “Bax, bax” N9(54)
84.İldırım ƏLİŞOĞLU – “Gecikmiş peşmançılıq”, “Xəzri”, “Xəzərsahili parkda gördüklərim”, “Giley”, “Məni görmədin”, “Çətin yaz”, “Qalıb”, “Nəsə”, “Sevgidən yazma”, “Qoşma” N9(54)
85.Xatirə SƏFƏR – “Yenidən doğulmaq”, “Atacan”, “Nakam sevgi”, “Xocalı”, “Duam”, “Səni sevirəm”, “Ümidsiz sevgi”, “Huzur köşəm” N9(54)
86.Esmira GÜNƏŞ – “Ana vətən – AZƏRBAYCAN”, “Salam, Qarabağ” N9(54)
87.Ədalət NƏCƏFOĞLU – “Paltar ipləri” N9(54)
88.Xəlil TAHİRBƏYLİ – “Nəvəm Rahula”, “Sev məni, sevməyi bacarsan” N9(54)
89.Yusif BAĞIROV – “Sənmişsən demək”, “Çağır məni yanına”, “Dözmür ürək” N9(54)
90.Könül TOVUZLU – “Baxmayacağam”, “Hələ də əzaba dözüb qalmışam”, “Mənim deyilsən”, “Niyə?” N9(54)

Publisistika
1.Əli BƏY AZƏRİ – “Azərbaycan Yazıçılar Birliyi dilimizin müdafiəsinə qalxdı”, Cənubi Azərbaycanda Qaçaq hərəkatı (Nizami Kolanılının “Qaçaq Ərşad” povestinə söz önü) N2(47), “İgidi öldürən şəhid”, “Tankçı-döyüşçü zabit” (Baş leytenant Hümbətovun əziz xatirəsinə ehtiramla), “Baş redaktorun qeydləri” N4(49), “Günəş həmişə Şərqdən çıxıb, Qərbdə batıb”, “Məhəmməd Füzuli əslində harada anadan olub?”, “Arzular buz bağlayanda” (Mətanət Duyğulunun həyat hekayələri), “İntiqam Qasımzadə nağılı” N5(50), “Ədəbiyyatın mətbuatla vəhdəti” N6(51), “Dəllallar fürsət gözlər”, “Ədəbiyyatın dil problemi”, “Qax – Azərbaycanın Gürcüstanıdır!” N7(52), “Azərbaycan ədəbiyyatının rusdilliləri”, “Kapitan Surxay Noçiyevin son əmri: “Ölmək olmaz!””, “Cəfərqulu babamın ulu babası” (oçerk)N8(53), -“Qalmışıq “ZƏND” ilə “ZƏNN” arasında”, “Namiq Zaman poeziyasında Sarı Aşığa doğru”, “Xəqani hücrəsində görüş” N9(54)
2.Zaur USTAC – “Yetmiş beşin mübarək, Ramiz İsmayıl”, “Qarabağ sinəmdə açılan şıram” (Şair Budaq Təhməz yaradıcılığı haqqında) N2(47), “Sənətin seşdiyi adam – şəhid Həmdəm Ağayev”, “İlham Qazaxlı ümumbəşəri şairdir” N7(52), “Tərəfsiz ədəbiyyat tarixdir” N8(53)
3.Elnarə AKİMOVA – “Əyyub Türkayın uşaq şeirləri – sadəliyin poeziyası” N2(47), Çağdaş dövr Azərbaycan ədəbiyyatında Azər Turan imzası” N9(54)
4.Ramiz İSMAYIL – “Haqlı sual” (Əbülfəz Əhmədin “dünya kimin evidir ki” kitabı ilə baş-başa qalanda), Həyatdan götürülmüş ibrət dərsi (Xuraman Zakirqızının “Bağışlanmayan günah” povestində qadın dəyanəti) N2(47), “Xəzan” jurnalının baş redaktoruna” N4(49)
5.Hacıməmməd MƏMMƏDOV – “Yazıb-yaratmaq eşqilə yaşayan, öz dəsti-xətti olan şair Cəbrayıl Hüseyn” N2(47), “Onun sənət dünyası” (Murad Məhərrəmin 70 yaşına) N7(52)
6.Kərim ŞÜKÜRLÜ – “İntəhasızlıqdan doğan işıq” (Ayaz İmranoğlunun “Yad imza” romanı haqqında) N2(47), “Ayaz İmranoğlunun “Gizli qapı”sı” N5(50)
7.Əyyub TÜRKAY – “Müasir uşaq nəsrində Şəfahət Şəfi imzası” N4(49)
8.Alı RƏHİMOĞLU – “Tapındığın ədəbi işıq” (Ayaz İmranoğlu yaradıcılığına, xüsusən də “Gözəllik suyu” hekayələr kitabına bir nəzəri baxış) N4(49)
9.Ələsgər TALIBOĞLU – “Nəğməm pərvazlanıb uçandan bəri” (Şair Əhməd Sədərəkli yaradıcılığında poetik pöhrələr) N4(49), “Belə ucalasan ucalanda da”(Qurban Musayev yaradıcılığı barədə) N5(50), “İlhamı sinəsində çağlayan şair” (Budaq Təhməz – 85), “Qumru Qüdrətin könül çırpıntıları” N7(52), “Ələsgər sevdalı Ağ Aşıq Yusif Sədərəkli” N9(54)
10.Kirman RÜSTƏMLİ – “Keçmişdən bu günə boylanan əsər” (Nəzakət Cavadovanın “London saatı. Uzaq keçmişdə bir dəfə” romanının təqdimatı) N4(49)
11.Tamara SADİQ – “Sevgi həyatı mənalandırır” (Nəzakət Cavadovanın romanına oxucu münasibəti) N4(49)
12.Vüsal AĞA – “Məhəmməd Füzuli yaradıcılığı” N5(50)
13.Damət SALMANOĞLU – “Boğulan arzular” (oçerk – bir həyat hekayəsi) N5(50)
14.Xatirə FƏRƏCLİ – “Dağıstan Günəşi” (esse) N5(50)
15.Düzgün ATALI – “Ağır seyidlər qurultayı” (reportajsayağı) N5(50)
16.Rüstəm KAMAL – “Molla Pənah Vaqifin güzgüsü” N6(51)
17.Vaqif YUSİFLİ – “Həkim, şair, bəstəçi – bu Şahin Musaoğludur” N6(51)
18.Aslan BAYRAMOV – “Deportasiya, yurd həsrəti və şəhidlik mövzularının bayatılarımızda psixoloji layı” N6(51)
19.Aygün YAŞAR – “Şair qizilgül əkir sözün bitdiyi yerə” N6(51)
20.Kənan HACI – “Bir daha şairlər güllələnməsin” N6(51)
21.Xaqani ABBASƏLİ – “Halallığın poeziyası” N6(51)
22.Nadir AZAYOĞLU – ““İzm”siz şair” N6(51)
23.Həsən HÜSEYNLİ – “Polad Məmmədovla üz-üzə” N6(51)
24.Şahnaz ŞAHİN – “Zöhrab Mehdinin söz dünyası” N6(51)
25.Leyla SƏFƏROVA – “Şəhriyarin dilinin Naxçıvan şivələrində təzahürü” N6(51)
26.Xəyalə HƏMZƏLİYEVA – “Baqilik və bəqa aşiqləri” N6(51)
N6(51)
27.Səkinə NAĞIZADƏ – “Aşıq Murad Çobanoğlu və türk dastançılıq ənənəsi” N6(51)
28.Vüqar ƏHMƏD – “Bədii publisistika ədəbi mətbuatda” N7(52)
29.Ələddin ALLAHVERDİYEV – “Daim axtarışda olan yaradıcı, nəcib insan” (Araz Yaquboğlunun 50 yaşına) N7(52)
30.Əhməd HAQSEVƏR – “Aynur Qafarlının poeziya dünyası” N7(52), “Şeirdən yoğrulan xanım” (Lilpar Cəmşidqızının yaradıcılığından N9(54)
31.Xuraman ZAKİRQIZI – “Dəyanət simvolu” (oçerk) N7(52)
32.Vüsal AĞA – “”Haqqın sədası”nda bir “Ömür qatarı” gedir” (Minarə Sığnaqın yaradıcılığı haqqında) N7(52)
33.Əbülfət HƏSƏNOĞLU – “Məhəbbət və ehtiyac” N7(52)
34.Nəzakət CAVADOVA – “Əlimdə bir cüt qərənfil”, “Mən eşqi bitirmişəm” N8(53), “Sən mənim şəhidimsən, mən isə on milyonam”, “Məxfilik qrifi” N9(54)
35.Dilbər RZAYEVA – “Satirik “Məşəl” jurnalı” N8(53)
36.Röya TALIBLI – “Azərbaycan mədəniyyətinin keşikçisi” N8(53), “Xalq dekorativ tətbiqi sənətinin incisi – xalçalar” N9(54)
37.Kifayət MƏMMƏDOVA – “Azərbaycan çağdaş xanım şairəsi” (Həmidə Rəiszadə – “Səhər”) N8(53)
38.Ruqiyə İSMAİLOVA – “Azərbaycan gəncliyinin xilaskarı” N8(53), “Basqalda aparılan elmi-arxeoloji qazıntılar” N9(54)
39.Sədaqət ƏLİYEVA – “Ağamir Cavad: “Dəniz adam”” N9(54)
40.Ümbülbanu MUSAYEVA – “Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq” N9(54)
41.Elvin İNTİQAMOĞLU – “Onun verdikləri” (Rüstəm Muğanlının yaradıcılığına bir baxış) N9(54)
42.İbrahim YUSİFOĞLU – “Adəm Asninin hekayə yaradıcılığı” N9(54)
43.Anar İBRAHİMOV – “Sakit Məmmədovun yaradıcılığında Heydər Əliyevin portretinin bədii xarakteristikası” N9(54)

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

24.12.2023 – özəl gün!

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva:

“24.12.2023. Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!

24.12.2023. С Днем рождения, господин Президент! Желаю Вам крепкого здоровья и долгих лет жизни, наполненной радостью и светом, удачей и победами! Дай Вам Бог сил и терпения! Мы Вами гордимся и очень любим! Пусть Великий Аллах хранит Вас и весь азербайджанский народ!”

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doğum gününüz mübarək, cənab Prezident!

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı – Gözəl gündür!

QÜRBƏTDƏ QALAN GÜLÜMƏ

Mən necə təsəlli verim,
Qürbətdə qalan gülümə.
Xəyal qurub qəribsəyən,
Qəlb evi talan, gülümə.

Eh, nə qədər kədər yeyim,
Bu həstəti bəlkə söyüm,
Bilmirəm necə dur deyim,
Saçların, yolan gülümə.

Bir şeirlik təbim qalıb,
Dedim, sözlə könlün alıb,
Ürəyinə ümid salıb,
Ruh verim solan gülümə.

Qoy ütməsin bağrını köz,
Ağlamasın, qəhvəyi göz.
Söyləyim ki səbr elə döz,
Bulud tək dolan, gülümə.
Ağdam-22.12.2023

HƏDSİZ ZÜLÜMLƏRƏ NECƏ DÖZDÜ CAN

Sanıram ət deyil daşdır, dəmirdir,
Hədsiz zülümlərə necə dözdü, can.?
İçindən yüz qatar qəm-kədər ötdü,
Eşq ilə ardıınca baxıb, süzdü, can.

Nə qədər ox dəydi ah-uff etmədi,
Bolca sevinc əkdi, qəlbdə bitmədi.
Üz tutub şeytana doğru getmədi,
Nə haqqı unutdu, nə əl üzdü, can.

Yanar ocaq oldu, xoş gün seçmədi,
Nadan körpüsündən əsla, keçmədi.
Yaşayıb yaratdı ruhdan düşmədi,
Çalışıb müşkülün özü çözdü, can.

Qoynunda bir ömür əzab görsədə,
Kədər çiçəyindən çələng hörsə də,
Al Günəş qaralıb, Ay his versədə,
Dünyanı ağ rəngdə görən gözdü, Can!
Ağdam-20.11.2023

ŞEYTAN ÖZÜ ÖZ BAŞINA KÜL TÖKÜR

İnsanların çirkin işin görəndən,
Şeytan özü, öz başına kül tökür.
Dərk edərək atrıq aciz olduğun,
Diz çökərək kor İblisə dil, tökür.

Hiss edib ki gözəl günü başlanır,
Nə söyülür, nə qəzəblə daşlanır,
Zövq alaraq əməlindən xoşlanır,
Adamların boş başına gül, tökür.

Bu dünyada özün suçlu saymayır,
Daha qazıb ayaq altı oymayır.
Bircə qarış çala-çuxur qoymayır,
Nadanların, şər yoluna gil, tökür.

Rahim, əkib ürəkdə kin bitirdir,
Üzə gülüb, cahilə can dedirdir,
Hər gün sözlə dadlı kabab yedirdir,
Çayın süzüb mixək salıb, hil tökür.!

Ağdam-19.12.2023

VAR

Atam oğlu,bu dünyaya yaxşı bax,
Gör nə qədər nadanı var, koru var.
Elə sanma heç kim ahın eşitmir,
Nalə edən kamanı var, tarı var.

Yaranışdan bəladan qurtulmayıb,
Silkələnib yükün tamam atmayıb.
Sürtülüb solsada, çox sırtılmayıb,
Üzdə bir az həyası var, arı var.

Qəlb evində niskili çox hər kəsin,
Tanrı, dinib söyləmir ki qəm bəsin.
Niyə insan qaldımır bəs haqq səsin.?
Düşən bilir, tələsi var, toru var.

Rahim, azca kədərlənib bağrı dəl,
Şeytan vuran topu tutmaz tənha əl.
Qovurlanıb, çox alışıb yanma gəl,
Dondurmağa şaxtası var, qarı var!
Ağdam-17.12.2023

DEDİM

Bir Gül vardı, qoxundan el doyardı,
Dərmək üçün yatan ruha dur, dedim.
Solub getsə ərşə çıxar bil, ahım,
Həsrətiylə, dürlü xəyal qur dedim.

Nankor oldu bir baxışla dərmədi,
Eşqlə süzüb qəlbə qida vermədi,
Zamanında nədən baxıb görmədi,
Nifrət edib gözlərimə kor, dedim.

İndi, daha faydası yox küsməyin,
Dərd eyləyib ürəyə qəm düzməyin.
Nə mənası çıxıb göydə süzməyin,
Sığmadığım bu dünyaya dar, dedim.

Rahim söylər, artıq ümid qalmadı,
Xoş ətrindən könlüm ilham almadı.
İlahidən sevinc qismət olmadı,
Nə sevgilim, nə də ona yar, dedim.!
Ağdam-15.12.2023

Müəllif: Rahim ÜÇOĞLANLI

RAHİM ÜÇOĞLANLININ YAZILARI

Rahim Üçoğlanlı digər mənbələrdə

Digər mənbə: Rahim Üçoğlanlı Rzayev

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qərib – Gözəl deyilmiş

Gözəl deyilmiş

Uşaqkən böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.

Kaş yenə oynayıb uşaq oynumu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənərdim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.

Gülərüz qız idim,dərdsizdim, ana.
Bilməzdim xoşbəxtlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim hicran gələcək.

Elə bilirdim ki,böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.

Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.

Üşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək ana.
Böyüdüm dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək ana.

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru