Rahim Üçoğlanlı – Gözəl gündür!

QÜRBƏTDƏ QALAN GÜLÜMƏ

Mən necə təsəlli verim,
Qürbətdə qalan gülümə.
Xəyal qurub qəribsəyən,
Qəlb evi talan, gülümə.

Eh, nə qədər kədər yeyim,
Bu həstəti bəlkə söyüm,
Bilmirəm necə dur deyim,
Saçların, yolan gülümə.

Bir şeirlik təbim qalıb,
Dedim, sözlə könlün alıb,
Ürəyinə ümid salıb,
Ruh verim solan gülümə.

Qoy ütməsin bağrını köz,
Ağlamasın, qəhvəyi göz.
Söyləyim ki səbr elə döz,
Bulud tək dolan, gülümə.
Ağdam-22.12.2023

HƏDSİZ ZÜLÜMLƏRƏ NECƏ DÖZDÜ CAN

Sanıram ət deyil daşdır, dəmirdir,
Hədsiz zülümlərə necə dözdü, can.?
İçindən yüz qatar qəm-kədər ötdü,
Eşq ilə ardıınca baxıb, süzdü, can.

Nə qədər ox dəydi ah-uff etmədi,
Bolca sevinc əkdi, qəlbdə bitmədi.
Üz tutub şeytana doğru getmədi,
Nə haqqı unutdu, nə əl üzdü, can.

Yanar ocaq oldu, xoş gün seçmədi,
Nadan körpüsündən əsla, keçmədi.
Yaşayıb yaratdı ruhdan düşmədi,
Çalışıb müşkülün özü çözdü, can.

Qoynunda bir ömür əzab görsədə,
Kədər çiçəyindən çələng hörsə də,
Al Günəş qaralıb, Ay his versədə,
Dünyanı ağ rəngdə görən gözdü, Can!
Ağdam-20.11.2023

ŞEYTAN ÖZÜ ÖZ BAŞINA KÜL TÖKÜR

İnsanların çirkin işin görəndən,
Şeytan özü, öz başına kül tökür.
Dərk edərək atrıq aciz olduğun,
Diz çökərək kor İblisə dil, tökür.

Hiss edib ki gözəl günü başlanır,
Nə söyülür, nə qəzəblə daşlanır,
Zövq alaraq əməlindən xoşlanır,
Adamların boş başına gül, tökür.

Bu dünyada özün suçlu saymayır,
Daha qazıb ayaq altı oymayır.
Bircə qarış çala-çuxur qoymayır,
Nadanların, şər yoluna gil, tökür.

Rahim, əkib ürəkdə kin bitirdir,
Üzə gülüb, cahilə can dedirdir,
Hər gün sözlə dadlı kabab yedirdir,
Çayın süzüb mixək salıb, hil tökür.!

Ağdam-19.12.2023

VAR

Atam oğlu,bu dünyaya yaxşı bax,
Gör nə qədər nadanı var, koru var.
Elə sanma heç kim ahın eşitmir,
Nalə edən kamanı var, tarı var.

Yaranışdan bəladan qurtulmayıb,
Silkələnib yükün tamam atmayıb.
Sürtülüb solsada, çox sırtılmayıb,
Üzdə bir az həyası var, arı var.

Qəlb evində niskili çox hər kəsin,
Tanrı, dinib söyləmir ki qəm bəsin.
Niyə insan qaldımır bəs haqq səsin.?
Düşən bilir, tələsi var, toru var.

Rahim, azca kədərlənib bağrı dəl,
Şeytan vuran topu tutmaz tənha əl.
Qovurlanıb, çox alışıb yanma gəl,
Dondurmağa şaxtası var, qarı var!
Ağdam-17.12.2023

DEDİM

Bir Gül vardı, qoxundan el doyardı,
Dərmək üçün yatan ruha dur, dedim.
Solub getsə ərşə çıxar bil, ahım,
Həsrətiylə, dürlü xəyal qur dedim.

Nankor oldu bir baxışla dərmədi,
Eşqlə süzüb qəlbə qida vermədi,
Zamanında nədən baxıb görmədi,
Nifrət edib gözlərimə kor, dedim.

İndi, daha faydası yox küsməyin,
Dərd eyləyib ürəyə qəm düzməyin.
Nə mənası çıxıb göydə süzməyin,
Sığmadığım bu dünyaya dar, dedim.

Rahim söylər, artıq ümid qalmadı,
Xoş ətrindən könlüm ilham almadı.
İlahidən sevinc qismət olmadı,
Nə sevgilim, nə də ona yar, dedim.!
Ağdam-15.12.2023

Müəllif: Rahim ÜÇOĞLANLI

RAHİM ÜÇOĞLANLININ YAZILARI

Rahim Üçoğlanlı digər mənbələrdə

Digər mənbə: Rahim Üçoğlanlı Rzayev

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir