www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

MUSA ASLANXANLI YAZIR

Malik Fərrux-75        

SƏMİMİ İNSAN, GÖZƏL ŞAİR, TƏLƏBƏLİK DOSTUM

Şərqi Zəngəzura-Laçına qayıdırıq… Sənin ruhun, inanıram, o qayıdış köçünü qarşılayır, əziz dost. Tələbəlik illəri, səninlə dostluğum əvəzı olmayan günlərimdi… Ruhun şad olsun…

Maliki xatırladım… Ədəbiyyata ilk gəlişi ilə,”Qartallı dağlar” şeiri ilə oxucu mühitində səs- səda yaradan Malik Fərruxu.. 1968-ci ilin əvvəlləri idi O vaxtki Lenin adına kitabxanada ədəbi dərnək vardı… Fərman Fərimzadə, Sabir Rüstəmxanli, Dilsuz, Nüsrət Kəsəmənli,Çingiz Əlioğlu, Vahid

Əziz,Malik Fərrux… bəzən bu dərnəkdə 20-25 nəfər iştirakçı olurdu. İndi orada iştirak edənlərin hamısının adını çəkmək imkan xaricindədi…

Mən də iştirakçılardan biri idim…Bizi, oxucuları valeh edən “Qartallı dağlar”a gəlirəm… O dərnək günlərindən biri yaxşı yadımdadı… Nüsrətlə Malik dərnəyə bir gəldilər.Şeirlər, hekayələr oxunur, müzakirələr gedir. Dərnəyi Tofiq Bayram aparırdı. Nüsrət söz aldı, Tofiq müəllimə dedi ki, Malikin şeiri var, sözü ona verək, şeirini oxusun. Aydın idi ki, Nüsrətin Malikin nə oxuyacağından xəbəri vardı, məlumatlıydı. Hamımızın gözü Malikə dikildi.Malik dağlara, qayalara, qartallara aid şeirini oxudu. “Qartallı dağlar”şeirini…Təbii şeir çox yaxşı qarşılandı, hamımız tərəfindən bəyənildi. Tofiq Bayram məmnunluqla:: Malik, gecikdirmə, şeiri “Ulduz”a gətir-,dedi.Tofiq Bayram “Ulduz”da poeziya şöbəsinə rəhbərlik edirdi.

Çox keçmədi o möhtəşəm şeir geniş oxucu aiditoryasına təqdim edildi. Deyim ki, Nüsrət gözəl şair olmaqla bərabər, ürəyigeniş insan idi.Dost uğuruna sevinən, o uğurları təqdir edən, paylaşan insan idi.Allah rəhmət etsin, o dərnəkdə Nüsrət mənim şeirlərim haqda da müsbət fikirlər söyləyib.

Maliklə yataqxanada yaxın otaqda qalırdım. Xatirələrim az deyil.

Malik qapalı adam deyildı. Səmimiydi.Onun şeirləri də ruhdan gələn, əbədi diriliyə, həyata bağlı şeirlərdi. Mən də bəzən şeirlərimi Malikə oxuyurdum…

Onun təklifi ilə yağışlı havada pəncərədən baxıb gördüklərimizi şeirə cevirməyimizi xatırlayıram… O, sözüynən-söhbətiynən də nikbinlik qaynağı idi.

Universiteti qurtarana yaxın “Dəmir adam”ı yazdı Çox səmimi, əhatəli, məzmunlu, böyük yazıçımız Süleyman Rəhimova həsr olunan layiqli, diqqətçəkən yazı idi… Malikin bu yazısı da ədəbi aləmdə rəğbətlə qarşılandı…

Maliki qartallı dağlardan ayrı təsəvvür etmək mümkün deyil. Həmin seirin də misralarında Maliki görmək mümkündü. Ruhun şad olsun,Vətən qayğıları, Laçın qayğıları ruhunu sıxmasın daha, əziz dost!

Göylərə ucalıb yolu dağların,

Yuyunan buludlar saçı olubdur.

Hökmdar dağların, ulu dağların

Qartallar başının tacı olubdur.


* * *

Dostunun yolunda düşəndə dara,

Çoxu bu dostluqdan bezər dünyada.

Dağlarda gurlayan ildırımlara

Qartallar dayanıb dözər dünyada.

* * *

Bir qartal yaranda göyün qatını,

Gözləri yol çəkər, düşünər dağlar.

Ana təbiətin mükafatımı,

Yığıb qartalları başına dağlar?

* * *

Qartal qanad çalıb uçanda qıyla,

Dərələr boğular harayda, səsdə.

Dağın tarixini caynaqlarıyla

Qartallar yazıbdır qayalar üstə.

* * *

Odur yanımçılı bu dağların da,

Ölüncə dağların başına dönər.

Dar gündə qartalın caynaqlarında

Hər qaya bir sapand daşına dönər…

Müəllif: Musa ASLANXANLI

                     AYB-in üzvü. Prezident təqaüdçüsü.

MUSA ASLANXANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Холодный яд в душе моей.

В эту ночь, 98 лет назад, оборвалась жизнь великого поэта Сергея Есенина.

Согласно официальной версии, в ночь с 27 на 28 декабря 1925 года Есенин повесился в ленинградской гостинице «Англетер».

Простись со мною, мать моя,
Я умираю, гибну я!
Больную скорбь в груди храня,
Ты не оплакивай меня.
Не мог я жить среди людей,
Холодный яд в душе моей.

И то, чем жил и что любил,
Я сам безумно отравил.
Своею гордою душой
Прошел я счастье стороной.
Я видел пролитую кровь
И проклял веру и любовь.

Я выпил кубок свой до дна,
Душа отравою полна.
И вот я гасну в тишине,
Но пред кончиной легче мне.
Я стер с чела печать земли,
Я выше трепетных в пыли.
И пусть живут рабы страстей —
Противна страсть душе моей.

Безумный мир, кошмарный сон,
А жизнь есть песня похорон.
И вот я кончил жизнь мою,
Последний гимн себе пою.
А ты с тревогою больной
Не плачь напрасно
Надо мной.

Mənbə: Səadət Sultan

yazıçı-publisist

publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BƏXTİYAR VAHABZADƏ – MİLLƏT VƏ ANA DİLİ ÜÇÜN YANAN ADAM.

MİLLƏT VƏ ANA DİLİ ÜÇÜN YANAN ADAM.

İmamverdi Əbilov mənim həqiqi dostum olub.Hər adama dost demək olmaz.Mən rəhmətlik Qasım Qasımzadə,Xudu Məmmədov,Nurəddin Rza və İmamverdi müəllimlə dostluq etmişəm.O mənim sirdaşım olub.
İmamvetdi qəlbən yüksək düşüncəli insan olsa da,özünü çox sadə,təvazökar apardığına görə onu çox istəmişəm.Sadəqəlblidir.Amma el üçün,millət üçün,ana dili üçün yanan adamdır.Mən onu buna görə sevmişəm.Sevmək azdır,mən İmamverdi kimi insanları başıma tac edərəm.Bu sözləri Nurəddin,Xudu,İmamverdi və bir də rəhmətlik Qasım haqqında deyə bilərəm.
Bilirsinizmi,əqidə deyilən bir anlam var.Bir var adi söhbət,bir də var əqidə söhbəti.Əqidə mənim hər şeyimdi.,çismimdi,varlığımdı,nəfəsimdi.Əqidəmə toxunanda dözə bilmirəm.İmamverdi mənim əqidə dostumdur.
Bir məsələdə təsəlli tapıram ki,onun oğlu Azər Turan atasına layiq oğul oldu.Hər oğul,hər kəs o cür olmur.
Mən İmamverdi ilə 60 ilə yaxınsır ki,dostluq edirəm.Dönə-dönə Neftçalada- onun evində olmuşam.İmamverdi müəllimin hesabına Neftçala respublikanın ədəbi mərkəzlərindən birinə çevrildi.Onun evini,oçağını pirə bənzədirəm.İmamverdi Allah adamıdır.Övliya kimi bir insandır..
BƏXTİYAR VAHABZADƏ.
“Ədəbiyyat qəzeti”.
28 aprel 2007-ci il.

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Şahmar Əkbərzadənin anadan olduğu gündür.

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Bu gün Şahmar Əkbərzadənin anadan olduğu gündür. Doğum günündə şairi rəhmətlə anır və “Vətən” şeirini təqdim edirik. Ruhu şad olsun. Amin:

VƏTƏN ŞEİRİ
(“Və-Tən”)
Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhəddin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!
* * *
İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.
* * *
Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!
1966.
Müəllif: Şahmar ƏKBƏRZADƏ

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MƏN DAĞLAR OĞLUYAM

MƏN DAĞLAR OĞLUYAM

Dənizi sevsəm də,
Mən dağlar oğluyam.
Əslimlə, kökümlə
Dağlara bağlıyam.

Şimşəyə çevrilib,
Göylərdə çaxıram.
Yağışa çevrilib
Yağıram, yağıram…

Həsrətdən çağlayır
Gözümün qorası.
Məkanım, oylağım
Dağ-dəniz arası.

Daşlara çırpılan
Dəli dağ seliyəm.
Sevgilim dənizin
Dərdindən dəliyəm.

Qoşulub yellərə
Zirvəyə qalxıram.
Qoşulub sellərə
Dənizə axıram…

Mən dəniz sevdalı
Bir dağlar oğluyam.
Əslimlə, kökümlə
Dağlara bağlıyam…
11.12.2021

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Yeseninin anım günüdür…

Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. Onu qeyd etmək kifayətdir ki, 1924–1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran əğmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır. Ümumilikdə, 1924–1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeirvə 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K. Voronskinin baş redaktorluğu ilə çıxan “Красная новь” jurnalı durur. 1922–1925-ci illərdə həmin jurnalda Yeseninin 30-a yaxın əsəri çap olunmuşdur. Yesenin, Bakıya sevgisini məşhur “Əlvida, Bakı” “Прощай, Баку” şeirində ifadə etmişdir.

Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь, больней и ближе,
И чувствую сильней простое слово: друг.
 
Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.

Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму…
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.

Şair Bakıya son gəlişində (28 iyul 1925-ci il) Bakılılar və Bakısız yaşaya bilmədiyini deyirdi (“Не могу долго жить без Баку и бакинцев”).

Ruhu şad olsun… Amin…

Сегодня день памяти Сергея Есенина.

На фото: мать поэта на его могиле

∆: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm Nəcəfzadə – Qarbasan.

Qarbasan

Hekayə

Atamın çoban yoldaşı Mürsəl dayı bizdən üç günlüyə atımızın hörüyünü istədi. Atam da verdi. Hörük otuz metr olardı. Ucunda da yerə sancmaq üçün tovlamıx.

Bu uzun kəndirlə atı başından bağlayırlar ki, uzağa getməsin, yəni otuz metrlik radiusda otlasın.

Üç gündən sonra Mürsəl dayı atamı səslədi. Atam evdə mütəkkəyə dirsəklənib mürgüləyirdi. Çölə çıxdım. Mürsəl dayı guya itlərin qorxusundan yaxına gələ bilmir, eləcə hörüyü tovlamıx bağlanan hissəsindən beş-altı metr əlində dəst¬ələyib bizim evə tərəf, çəmənliyə tulladı. Dedi bala, gəl hörüyü apar. Gedib gördüm ki, Mürsəl dayının tulladığı yerdə hörük yoxdu. Qayıdıb məsələni atama dedim. Atam heç halını pozmadan mürgi vura-vura dedi:

– Yəqin hörüyün o biri ucunu öz ayağına bağlayıbmış. Qayı¬danda otların arası ilə sürüyə-sürüyə aparıb.

Sonra Mürsəl dayı deyəcəkdi ki, oğlun görə-görə hörüyü atdım siz tərəfə.

Çox heyrətləndim. Həm də ona görə ki, atam bunu necə bil¬di?
Oğurluq məsələlərinə görə tərəkəmələr çoxlu it saxlayırlar və həm də bu itləri çox istəyirlər. Ferma uşaqları balalayan qancığın altından həmişə küçük tuturlar. Mən də özümə bir küçük götürdüm. Ağzının böyrü qara idi. Belə itlər tutağan olur.

Tutağan olmaq üçün amma səbəb təkcə bu, deyilmiş. Atam küçüyün hər iki qulağından tutub bir dəfə havada fırladı. Küçük yerə düşdü, qulaqları qırılıb atamın əlində qaldı. Atam dedi ki, qulaqlar iti yaxşı eşitməyə qoymur, həm də boğuşanda rəqibin dişinə keçir. Sonra küçüyün quyruğunu kəsdi, səbəbini soruşanda dedi ki, it başını quyruğunun üstə qoyub şirin – şirin yatır, oğru da öz işini rahat görür. Həm də itlər boğuşanda quyruq itlərin ağzına keçən ən asan yerdi. Ona görə çoban iti quyruqsuz və qulaqsız olsa, daha yaxşıdır.

Atam mənə tapşırdı ki, küçük yatanda onu təpiklə və ya ağacla tez-tez vurum. Dedim, niyə, yazıqdı axı? Dedi, onda it əsəbi böyüyür və daha sərt olur.

Küçük qar yağanda doğulmuşdu deyə adını Qarbasan qoydum. Qarbasan böyüdü, oldu itlərimizin ağası. Çox qəribəydi, atam gecələr itlərin nəyə hürdüyünü bilirdi. Baş¬qa bir itimiz hürəndə atam deyirdi: Aya hürür. Başqa birisi hürəndə deyirdi, buruğa hürür – fermamızın yanında neft buruğu vardı. Nə bilim, biri kətyan koluna hürür. Kət¬yan kolu gecə vaxtı kənardan adama oxşayır, quru¬yanda yastılayıb quzuların altına sərirlər ki, nəmişliyi götürsün, aralarından hava yaxşı keçir.

Qarbasan hürəndə atam deyirdi, o, indi tanış adama hü¬rür. Bərkdən hürüb göyərəndə, atam deyirdi ki, artıq bu də¬fə oğruya hürür. Tez ayağa qalxıb itləri qıylayırdı. Bu qıy çox qəribə səsdi. Elə bil itlər üçün “həyəcan siqnalı”dır.

Elə ki Qarbasan əvvəl bərk hürüb, sonra zingildədisə, demək yüz faiz canavar görüb. Canavar ona təpinir. Qarbasan hələm-hələm canavardan qorxan deyildi. O biri itlər canavar görəndə az qala alaçığa girib içəridən çölə hürürdülər. Amma Qarbasan bu qeyrətsizliyi qəbul eləməzdi. Atam deyirdi ki, Qarbasanda canavar qatı var. Onun anasının anası Böyükağanın (atamın çoban dostu) itinin balasıdır. Böyükağa deyirdi ki, onun da itinin anasının anası uzun müddət canavarla dostluq eləyib, kürsəyə gəlib. Qarbasanın nəsli çox böyük yerlərə gedib çıxırdı.

Qarbasana əsasən küt atırdıq. Küt bizdə arpa unundan hazırlanmış xəmirə deyirlər.

Bir dəfə dağa köç edəndə obamız Qubadlı ərazisində Ağcabədi rayonunun Avşar fermaları ilə qonşu düşdü. Onların itləri bizim itlərlə boğuşdu. Sonra bir-birini iylədilər. Burda Qarbasanın gözü Avşar itlərindən olan bir qancığa düşdü.

Qarbasan ölmüş də yaraşıqlı… Qancıq ona laqeyd qalmadı. Qarbasan hər gün gedir Avşar fermalarına, bizim fermanın itləri qalır başsız… Axırda atam Qarbasanın burnunun düz üstünə yağlı bir ağac vurdu, Qarbasan yenə ağzının-burnunun qanını yalaya-yalaya Avşar fermalarına baxırdı. Hər gün döyülürdü, yenə gözü o tərəfdə idi. Axırda boynuna zəncir keçirdik. Yenə o tərəfə baxıb uladı. Bir gün tezdən baxıb gördük ki, Qarbasan zənciri başından çıxarıb qaçıb. Axtarmadığımız yer qalmadı. Ağlayıb özümü öldürürdüm. Bütün çobanlar hərəsi mənə bir küçük verdi, xeyri yox idi. Hara gedirdik, Qarbasanı axtarırdıq. Hətta kənddə bizə gülürdülər ki, adam bu qədər it axtarar? Ağsaqqallar atama deyirdi ki, oğlun uşaqdı, bəs sənə nə olub, sən də uşaqsan?

Bundan sonra Qarbasanı utana-utana axtardıq, Aranda, dağda, Ağcabədi, Cəbrayıl, Laçın, Kəlbəcər fermalarında axtardıq, tanıyan, görən, bilən, eşidən olmadı ki, olmadı. Üç yay yaylaqda, üç payız payızlıqda, üç qış qışlaqda, üç yaz yazlıqda olduq, yəni üç il keçdi Qarbasanın itməyindən…

Sonra Haramı düzündə atımızı itirdik. Qulan idi atımız. İndi də başladıq at axtarmağa. O dərə mənim, bu təpə sənin… Eşidən, bilən, görən, tanıyan olmadı! Altı ay da Qulanın itməyindən keçdi.
Murad təpəsində idik. Yaylaqda. Cermuxun (şəhər ) ba¬şı¬nın üstündə. Günorta vaxtı idi. Qoyun sağılırdı. Bir də gör¬dük itlərin hamısı ayağa qalxdı. Uzaqdan Qulan kişnəyə-kişnəyə gəlirdi, yanında da Qarbasan! Bu mənzərəni hər dəfə xatırlayanda tüklərim biz-biz olur. Bütün ferma töküldü, qonşu fermaların da adamları gəldi. Arvadlar ağlayırdılar…

Sən demə, atımız itəndə Qarbasan olan yerə gedib çıxıbmış. Qarbasanı Ağcabədi fermalarının adamları tutub¬larmış. Zəncirdə saxlayırlarmış. At gedib ora çıxan kimi Qarbasan onu, o da Qarbasanı tanıyıb. Atı da tutublar. Sonra Qulanla Qarbasan fürsət tapan kimi qaçıblar düz bizim ferma olan yerə – Sarıyer yaylağına… Qarbasanla Qulan bizim yurd yerlərimizi qarış-qarış tanıyırdılar.

Qarbasan gəlib çənəsini ayaqqabılarımın üstünə söykədi, hamının ayaqlarına yıxıldı, sanki hamıdan etdiyi günah üçün üzr istəyirdi. Gözünün biri kor olmuşdu. Onun kor gözünün üstündən öpdüm. Öz sevgisi yolunda Qarbasan gözünün birini qurban vermişdi…

Müəllif: Qəşəm Nəcəfzadə,

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Сегодня день памяти Сергея Есенина.

…Месяц умер,

Синеет в окошко рассвет.

Ах ты, ночь!

Что ты, ночь, наковеркала?

Я в цилиндре стою.

Никого со мной нет.

Я один…

И — разбитое зеркало…

Это финальные строки поэмы «Чёрный человек»

Сегодня день памяти Сергея Есенина.

На фото: мать поэта на его могиле

∆: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN ZƏFƏR YOLU

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arif – Qonaq.

QONAQ

Qonağın izində xeyir, bərəkət,
Dilində lətafət, sözü zərafət.
Üzündə Xızırdan sevinc əmanət,
Belində ALLAHın möhürü vardır.

Qonaq qonduğu yer nurdan ağarar,
Adında İlahi məna, hikmət var.
Qonağın dayağı YARADAN olar,
Başının üstündə çətiri vardır.

Qonaq olan evdə gözəllik olar,
Süfrə səxavətlə dolu açılar.
Qonağın ruhunda şəfəq var, nur var,
Libasında cənnət ətiri vardır.

Mələklər himayə edir qonağı,
Qonaq nurlandırır evi, ocağı.
Zülmət könüllərin olar çırağı,
Qəlbində sevginin sehiri vardır.

Adı ALLAH ilə qoşa çəkilir,
Ruzisi özündən irəli gəlir.
Kim ki, qonağını müqəddəs bilir,
O, kəsin cənnətdə öz yeri vardır.

Süfrəsi boş olmaz qonaq sevənin,
ALLAHın qonağa lütfüdür yəqin.
Qonağı Allahdan əmanət bilin,
Çünki, duasının kəsəri vardır.
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru