Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar” kollektivi adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.
Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev və 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşov, baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri – Adil Məmmədovu və Vidadi Hüseyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı,telejurnalist Leyla Səməndər, “Sportinfo” qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.
Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.
Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır… SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.
Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.
Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan Ümummilli Liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldib. Nəticədə, görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı.
1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.
Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.
Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.
Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
Yəqin ki, bu sözlərin kimə aid olduğunu çoxunuz bilirsiniz. Əlbəttə, bu sözləri demək asandı və onu hər kəs söyləyə bilər. Ancaq bu ürəkdən gələn sözlər insanın bütün qəlbi ilə özünəməxsus şəkildə ifadə ediləndə könüllərə yol tapır. Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev kimi…
Ümummilli lider Heydər Əliyev fenomen bir insan, böyük şəxsiyyət idi. Məhz o Azərbaycanı qardaş qırğınından, ölkəni parçalanmaq təhlükəsindən xilas etməyi bacardı. Elə buna görə də, adı tariximizə qızıl hərflərlə Xilaskar kimi daxil edildi.
Bu gün də uşaqların “Heydər baba”, böyüklərin “Ulu Öndər”, deyə öydüyü Heydər Əliyevin adı Azərbaycanın taleyinə, onun keşməkeşli tarixinə qızıl hərflərlə yazılıb. Onun gördüyü bütün işlər xalqın gözü önündə idi. Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövr Azərbaycanın qaçqın-köçkün problemləri ilə yükləndiyi, iqtisadi-sosial vəziyyətin çətinliyi, xarici əlaqələrin zəif olduğu bir zaman kəsiyi idi. Ancaq xalq ona inanırdı, bilirdi ki, ölkəni çətin vəziyyətdən ancaq onun güclü iradəsi, uzaqgörən siyasəti və millətinə olan sevgisi çıxara bilər. Bu böyük ürəkli insan, ölkə başçısı Azərbaycana gəlmiş xarici nümayəndələri, dövlət rəhbərlərini özü ilə köçkünlərlə görüşlərə dəvət edirdi. Çalışırdı ki, Ermənistanın Azərbaycana təcavüzünu dünyaya olduğu kimi çatdırsın, onlar həqiqəti öz gözləri ilə görsünlər və erməni yalanlarına uymayıb haqqın, ədalətin yanında olsunlar…
Bu böyük insan tez-tez köçkünlərlə görüşürdü. Deyirdi ki, mən həmişə Sizinlə birlikdəyəm. Qəlbən Sizinlə o çadırlarda, vaqonlarda mən də yaşayıram. Sizə dəyanətinizə, dözümünüzə görə minnətdaram. Sizin dəyanətinizə güvənirəm… Təkcə sözdə deyil əməldə də, daim onlarla birgə olan ölkə başçısını yurdundan didərgin insanlar çox sevirdilər. Onu görən kimi başına toplaşır, dərdlərini, qayğılarını çəkinmədən söyləyirdilər. Müdrik ölkə başçısı onları dinləyir, problemlərini tez bir zamanda həll edirdi. Köçkünlərin qayğısına qalmayan, onların halına yanmayan yerli icra başçılarını, məmurları cəzalandırırdı. İndi də keçmiş məcburi köçkünlər xatırlayırlar ki, bu gün ölkə başçısına bir dərdimizi deyirdik, səhəri gün həmin problem onun sərəncamı ilə həll edilirdi.
Heydər Əliyev çadırlara baş çəkirdi, köçkünlərin həyat şəraitini öz gözləri ilə görür, onların dolanışığı ilə yaxından tanış olurdu. Tez-tez köçkünlərin məskunlaşdığı ərazilərə nümayəndələr göndərirdi.
Heydər Əliyev unikal bir insan idi. Onunla bağlı xatirələrini söyləyənlər deyirlər ki, Ulu Öndər vətəndaşlara qarşı diqqəti, məhəbbəti ilə özünü sevdirməyi bacarıdı. Necə deyərlər, elin şən günlərində qol götürüb oynayar, kədərli günlərində qəlbi onunla bir döyünərdi… O böyük ürəkli insan elə bu səmimiyyətlə də Azərbaycandan dünyaya bir pəncərə açdı. Elə bir pəncərə ki, bu gün də, haqqında dünyaşöhrətli siyasətçilər, ölkə başçıları ağızdolusu danışır, onun dünya siyasətçiləri arasında öz çəkisi və yeri olduğunu xüsusi vurğulayırlar…
Bütün dahilər kimi onun da yoluna daşlar atıldı. Ancaq ayağına dolaşmağa çalışanlar özləri dolaşığa düşüb bir küncə çəkilməyə məcbur oldular.
Azərbaycan isə inkişaf elədi, ölkədə iqtisadi-sosial vəziyyət dəyişdi, mədəni həyatda çoxlu uğurlar qazandı. Dünyada söz sahibi oldu. Heydər Əliyev böyük dövlətlərin başçıları ilə dostluq münasibəti quraraq onlara Azərbaycanı tanıtdı.
Onun üçün hər addım Azərbaycanın gələcəyinə hesablanmışdı. Elə indi də bu dahi insanın ideyaları bizimlə yaşayır. Belə ki, Ulu Öndərin siyasi kursunun yetirməsi olan ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzla qələbə qazandı və ata vəsiyyətini yerinə yetirməklə bu böyük insana olan mənəvi borcumuzu yerinə yetirdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun canından artıq sevdiyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri sürətlə həyata keçirilir. Keçmiş məcburi köçkünlər artıq öz doğma ocaqlarına qayıdırlar.
Tarixin fenomen dövlət rəhbərləri sırasında özünəməxsus liderlik şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə, əhalinin sosial-ictimai vəziyyətinə daim diqqət yetirən, ağsaqqala, ağbirçəyə, uşağa, böyüyə hörmətini, ehtiramını, qayğıkeşliyini əsirgəməyən yüksək mədəniyyət, mənəviyyat, mərifət, insanpərvərlik, təvazökarlıq nümunəsi idi.
Onun orta məktəb müəllimi olmuş Sona xanım adlı yaşlı müəlliməsinə qayğıkeşliyi, ehtiramı yaddaşlarda dərin iz buraxmışdır. Bu böyük ürəkli şəxsiyyət böyükdən-kiçiyə, hamının səsini eşidir, sözünü dinləyirdi. 1995-ci ilin gərgin siyasi-ictimai hadisələri zamanı Ulu Öndərin əvvəlki fəaliyyətini işıqlandıran “Rəhbər və xalq” adlı silsilə məqalələrimi “Səs” qəzetində çap etdirmişdim. Bu gün də böyük fəxr hissi ilə xatırlayıram ki, bu böyük insan məqalələrin hamısını oxumuş və mənə çatan məlumata görə, razılıq hissi ilə mənim şəxsiyyətimlə maraqlanmışdır.
Bir dövlət başçısı olaraq, onun daxili siyasətində xalqının sosial-ictimai vəziyyətinin daim yüksələn xətt üzrə inkişafı, xarici siyasətində dost ölkələrlə inam, etibar, səmimiyyət, düşmənlərlə ehtiyatlılıq, səbr, dözüm, siyasi manevrlər, diplomatik gedişlər bir-birini yaxşı tənzimləyirdi.
Ölkə daxilində əlində hədsiz imtiyazlar toplamağa həris olanları daim şəxsi nəzarətində saxlayır, onların yolunu azmasına imkan vermədən vaxtında ipini yığırdı.
Onun daxili siyasətində elm, təhsil, ədəbiyyat və incəsəntin milli özül üzərində bəşəri dəyərlərə hesablanması istiqaməti mühüm yer tuturdu. Ana dilimizin saflığı, qorunması, yeniləşməkdə olan dünya dəyərlərində öz yerini möhkəmləndirməsi kimi, tarixi varlığımızı dünyaya sübut edən bir nömrəli amili bir an da olsun nəzərdən qaçırmırdı. Ulu öndərin ana dilimizin Dövlət dili olması istiqamətində misilsiz əməyi olmuşdur. 1978-ci ildə SSRİ Konstitusiyasının yenilənməsi zamanı bu sənəddə Azərbaycan dilinin Dövlət dili olması barəsində heç nə yazılmamışdı. Bu o demək idi ki, Dövlət idarələrində daim işlək olan rus dili Dövlət dili kimi möhkəmləndirilməlidir. Elə bu zaman Ulu Öndərin uzaqgörən düzgün siyasəti və möhkəm iradəsi öz gücünü göstərdi. Bu böyük şəxsiyyət məsələnin Respublikamızın və varlığımızın xeyrinə həll olunması yolunda nüfuzlu ziyalı intellektini hərəkətə gətirdi. Müzakirələr, etirazlar, təkliflər öz bəhrəsini verdi. Heydər Əliyev iradəsi qalib gəldi.
Bir həqiqəti də heç cür danmaq olmur ki, ölkəmizdə nə vaxt siyasi-ictimai ab-hava gərginləşirdi, quruluş dəyişikliyi baş verirdi, dərhal dil məsələsini ortaya atan yetiklər peyda olurdu. XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də, yəni 1995-ci illərdə də belə bir cəhdlə üzləşməli olduq: Dilimizin adı Türk dili, yoxsa Azərbaycan dili olsun? Rəhbərin bu məsələ barəsində, əlbəttə, şəxsi qənaəti var idi. Yəni dilimiz türk dilləri ailəsinə məxsusdur. Özbək, qazax, qırğız, tatar, türkmən, qaqauz və s. dillər kimi. Ümumtürk kontekstindən şaxələnib milli dillər kimi lokallaşan bu dillərdə danışan xalqların heç biri dilinin adını dəyişmək barəsində iddia qaldırmır. Bununla belə, Ulu Öndər özünəməxsus demokratik iradəsi ilə məsələni geniş ictimaiyyətin müzakirəsinə çıxartdı. AMEA-nın böyük iclas zalında keçirilən geniş müzakirədə “Azərbaycan dili” adının saxlanılması qərara alındı.
Ulu Öndərin ədəbiyyat, mədəniyyət xadimlərinə qayğısının bir təzahürü də iki ildən bir bu sahə adamları üçün bina tikdirmək, onların sosial vəziyyəti ilə vaxtaşırı maraqlanmaq, yubileylərində şəxsən iştirak etmək, hətta məruzə eləməkdə özünü büruzə verirdi. Belə şəxsiyyətlərin xahişi ilə şəxsi görüşlər keçirərkən onların yaradıcılığı ilə əvvəlcədən şəxsən özü tanış olur, onların əsərləri barəsində elə qiymətli fikirlər söyləyirdi ki, bu sahə mütəxəssislərinin özü heyran olurdu. Ulu Öndər hətta xəstə sənət adamlarını belə, xəstəxanada ziyarət edirdi. Qayğı və ehtiyaclarını onların öz dilindən dinləyirdi.
Budur, artıq bu dahi şəxsiyyətin – xalqımızı, Vətənimizi bir çox qaranlıqlardan işıqlığa çıxaran, çox bəlalardan xilas edən ulu rəhbərin anadan olmasının 100 ili tamam olur. Və tarixin müxtəlif dövrlərində ad təkmilləşməsi keçirə-keçirə bu gün Azərbaycan adı ilə parlayan ölkəmizin müasir yaşam istiqaməti, sabitliyi, əmin-amanlıq da Ulu Öndərimizin idarəçilik proqramını, dövlətçilik kursunu uğurla davam etdirən möhkəm əllərdədir.
Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun.
Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət masştabını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir. Ulu Öndər həmişə bu fikirdə olmuşdur ki: “Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir”.
Həqiqətən, tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin həyatında və fəaliyyətində mühüm yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı, cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun Naxçıvanın teatr mühitində yaxından iştirak etdiyini, “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları məharətlə ifa etdiyini xatırlayırlar. Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Vaxtilə Heydər Əliyevlə Naxçıvan Pedaqoji Texnikumunda eyni sinifdə təhsil almış Firuzə Rzayeva Heydər Əliyevin ədəbiyyat dərslərində xüsusi qabiliyyət nümayiş etdirdiyini, onların ədəbiyyat müəllimləri olmuş Lətif Hüseynzadənin bu çalışqan və bacarıqlı gəncin istedadına yüksək qiymət verdiyini xüsusi olaraq vurğulamışdır. Texnikumdakı daha bir tələbə yoldaşı Dövlət Məmmədov isə Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazmışdır: “Yadımdadır, Lev Tolstoyun “Hərb və sülh” romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı… Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda adətən baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı”. Bütün bunlarla bərabər, bu görkəmli tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı klassiklərini mütaliə etmək, dərindən bilmək və yadda saxlamaq baxımından Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət başçısı göstərmək çətindir.
Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında nitqlərinə, çıxışlarına, yazıçılara ünvanladığı təbrik məktublarına əsaslanaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim dövrlərdə və ya öz dövründə yaşayıb-yaratmış görkəmli yazıçı və şairlərinin demək olar ki, mütləq əksəriyyətinin əsərlərini diqqətlə oxumuş, özü üçün konkret nəticələr çıxarmışdır. O, dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının şedevrlərinə də yaxından bələd idi. Bu dahi şəxsiyyət söz sənəti dühalarının əsərlərini və ideyalarını dərindən mənimsəmişdir. Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi, “bunun birinci səbəbi özünün də dəfələrlə etiraf etdiyi və konkret əməllərində sübuta yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik irsimizə və çağdaş ədəbi-mədəni prosesə bələdliyidir”. Bu səbəbdəndir ki, Heydər Əliyevin ümumiyyətlə ədəbiyyat haqqında, yaxud da ayrı-ayrı yazıçı və şairlər haqqındakı nitqləri və çıxışları yüksək professional şəkildə səslənmişdir. Bu dahi şəxsiyyətin ədəbiyyata, konkret olaraq sənətkarların yaradıcılığına verdiyi qiymətlərdə bədii yaradıcılığa ictimai baxışla müasirlik anlayışı həmişə biri digərini izləmiş və tamamlamışdır. Azərbaycan Yazıçılarının 1971-ci ildə keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən X qurultayınadək bütün mötəbər tədbirlərində iştirak və çıxış edən Heydər Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin və mənəviyyatın inkişafındakı rolu ilə eyni səviyyədə müasir həyatın inkişafındakı borcu və vəzifələri də ən zəruri məsələlər sırasında xüsusi yer tutmuşdur. Xüsusən, Azərbaycan yazıçılarının qurultaylarındakı tarixi nitqlərində o, klassik ədəbi irsə də, müasir ədəbi prosesə də respublikada dövlət səviyyəsində apardığı işlərin üzvi tərkib hissəsi kimi baxmışdır.
***
Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Bu baxımdan millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Əslində bu prinsiplər qüdrətli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin və siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində sadəcə yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla daim özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə sovet rejimi çərçivəsində olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasət ölkədə tarixi yaddaşın oyanışı milli-mənəvi dəyərlərin, inkişaf etdirilməsi mənasında özünün böyük bəhrələrini vermişdir.
Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etdirilmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovetlər İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələridir. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona əzəmətli heykəl ucaldılması dövrün tarixi hadisəsinə çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi şəkildə milliyyətçi hesab edərək onu ictimai-ədəbi mühitin arxa planına keçirdiyinə görə, Heydər Əliyev bu böyük şəxsiyyətin yubileyini keçirmək və heykəlini qoymaq üçün Moskva-Kreml səviyyəsində iş aparmalı olmuş və mühüm əhəmiyyətə malik olan həmin tədbirləri həyata keçirməyə nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov yenidən Azərbaycan xalqına qaytarılmışdır.
Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi məqsədyönlü ümummilli siyasət Azərbaycanın dövlət müstəqilliyi dövründə dövlətçilik işinin möhkəm bünövrəsini təşkil edir. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında ədəbiyyat faktorundan geniş istifadə etmişdir. Bu mənada Heydər Əliyevin dövlətçilik təlimində müxtəlif dövrlərdə həyata keçirilmiş ədəbiyyat siyasəti bir-birini tamamlayır.
***
Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinə dair formalaşmış ənənələr ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən əsası qoyulmuş yazıçı zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatının verilməsinin yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.
***
Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.
Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri əvəzolunmazdır. O imperiya dövründə, istiqlalımız dövründə də həmişə lider olub. Otuz ildən artıqdır ki, Azərbaycan xalqının gözü qarşısında dahiləşən, ulu öndər Heydər Əliyevin ömür salnaməsini dönə-dönə oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.
İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.
Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
1970–1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda 1 milyard ton neft çıxarılmışdır. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanmışdır. 1980-ci ildə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə “Çıraq” yatağı kəşf edilmişdir. 1987-ci ildə “Azəri” yatağı kəşf edilmişdir. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanmışdır və “Kəpəz” yatağı aşkar edilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi- “Əsrin müqaviləsi” imzalandı.
Əsrin müqaviləsinin imzalanmasından keçən 20 ildən artıq müddət ərzində ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edilmişdir. Əsrin müqaviləsinə əsasən xarici neft şirkətlərinin imzaladığı sazişlər, Azərbaycanın neft-qaz sənayesinə qoyduqları sərmayə respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir.
Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin çıxışıdır. Bundan başqa “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP qaz kəməridə istifadəyə verilmiş və “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəmərinin tikintisi də davam etdirilir.
Bakı-Novorossiysk, və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini vacib bildi. Çünki neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. Neft kəmərin açılışı 2006-cı ilin may ayının 28-də reallaşmısdı. Azərbaycanın Enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.
Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə alan ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” 1999-cu il dekabrın 29-da fərman imzalamışdır.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Heydər Əliyev öz ideyaları, Azərbaycanın sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə yaşayır və yaşıyacaq.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ
Tarixi mənbələrədn məlumdur ki, ölkəmizdə muzeylər keçmiş dövrlərdən müxtəlif hökümdarların saraylarında, məscid və ibadət yerlərində, ayrı-ayrı dövrlərə aid qiymətli əşyaların, sənət nümunələrinin qorunub saxlanması ilə yaranmışdır. Həmin nümunələr arasında nadir Azərbaycan xalçaları, rəsm əsərləri, heykəltəraşlıq, bəzək əşyaları, silahlar, müxtəlif hədiyyələr və s. olmuşdur. Bundan başqa vaxt keçdikcə tarixi, bədii, eləcə də, mənəvi əhəmiyyət kəsb edən əşyalar şəxsi kolleksiyalarda toplanılıb saxlanmışdır. XIX əsrin ortalarından Azərbaycanın ictimai-siyasi, sosial həyatında surətlə cərəyan edən hadisələr muzey işinin təşəkkülünə təkan vermişdir. Ölkəmizdə ilk muzey 1896-cı ildə böyük ədibimiz Cəlil Məmmmədquluzadə tərəfindən yaradılmışdır. Görkəmli ədibimiz müəllim işlədiyi Nehrəm kənd məktəbində Tarix-diyarşünaslıq Muzeyi yaratmış, burada əsasən tarix və etnoqrafiyaya aid, həmçinin tədrislə bağlı materiallar toplanmışdır. Muzeyşüns alim və tədqiqatçıların qənaətincə məhz bu muzeylə də Azərbaycanda muzeyşünaslığın təməli qoyulmuşdur.
XX əsrin əvvəllərində isə ölkəmizdə muzeyşünaslığın təşəkkülündən danışarakən demək lazımdır ki, həmin dövrdə muzeyşünaslığın yaranması əsasən təlim-tədrislə bağlı olmuşdur. Filologiya elmləri doktoru, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, Adilxan Bayramov “Sənət, sənət məbədləri, sənət fədailəri” adlı əsərində yazır: “XX əsrin əvvəllərində Bakı şəhərində Xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyət göstərmişdir. Həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyəti Bakı şöbəsinin nəzdində muzey yaradılmışdır. Bu muzeylər tədris məqsədilə yaradılmış və onlardan əsasən tədris prosesində istifadə olunmuşdur. Burada dərslik və dərs vəsaitləri, tədris-metodiki ədəbiyyat toplanmış, muzey əşyaları əyani vəsait kimi müvafiq bölmələrdə nümayiş etdirilmişdir”
Azərbaycanda Sovet dövrünə aid ilk muzeyin yaranması barədə mədəniyyətşünas Əntiqə Cəbrayılova qeyd edir ki, “Azərbaycan muzeylərinin müasir anlamda təşəkkül tapması XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. “Doğma diyarın öyrənilməsi” adlı ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilib.
Respublikamızda ilk rəsmi dövlət muzeyi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Xalq Cümhuriyyəti dövründə tariximizin və mədəniyyətimizin öyrənilməsi və təbliğ olunması məqsədilə görülən mühüm işlərdən biri də İstiqlal muzeyinin yaradılması olmuşdur.Professor, Sabir Əmirxanov “ Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında İstiqlal muzeyinin yaradılmasının zəruriliyindən danışaraq yazır ki: “Avropa missionerləri və tасirləri Аzərbaycanın şəhər və kəndlərini dolaşaraq , əhalidən yazıçı və şairlərin əlyazmalarını, çini qabları, qızıl əşyaları, qədim paltarları və digər əşyaları dəyər-dəyməzə alırdılar. Artıq ölkədəki çox qədim tarixi-mədəni əhəmiyyətli abidə nümunələri, zinət əşyalar, geyimlər, xalça məmulatları, məişət əşyaları və digər əşya və materialların xaricə axınının qarşısını almaq vacib idi. Bu məqsədlə həmin illərdə fəaliyyət göstərən “Yaşıl Qələm” ədəbi cəmiyyətinin işçiləri Hüseyin bəy Mirzəcamalov və Məhəmməd Ağayev Azərbaycan Parlamenti qarşısında çıxış edərk Bakıda milli muzeyin yaradılması məsələsini qaldırırlar və muzeyin həmin dövrdə milli tarixi-mədəni dəyərlər baxımından böyük əhəmiyyət kəsb edəcəyini qeyd edirlər”
Filologiya elmləri doktoru, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, Adilxan Bayramov İstiqlal muzeyinin əhəmiyyətini vurğulayaraq yazır ki: “İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılmış və onun nəzdində fəaliyyət göstərmişdir. Parlament üzvləri və hökumət nümayəndələrinin də iştirak etdiyi təntənəli açılış mərasimində bu muzeyin təşkilinin əhəmiyyəti xüsusi qeyd olunmuş, onu yaradanların əməyi yüksək qiymətləndirilmişdir. İstiqlal muzeyi cəmi dörd ay iyirmi gün, 1919- cu il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək mövcud olmuşdur. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti kimi, bu muzey də tənqid atəşinə tutulmuş, “Parlament nəzdində” yaradılması kinayə ilə qarşılanmışdır. Əlbəttə, o dövrdə başqa cür ola da bilməzdi. İstiqlal muzeyi isə müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tariximizdə qalmışdır. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimyyəti qurulduqdan sonra İstiqlal muzeyi ləğv edilsə də yeni muzeylərin təşkilində mühüm rol oynadı”.
İstiqlal muzeyi Azərbaycan Xalq Cumhuriyyətinin istilasından sonra 1920-ci ilin iyulunda “Azərbaycan Dövlət Muzeyi” adlanaraq fəaliyyətə başlamışdır. 1930-cu ildən yeni muzeylər yaradılmış, muzeyin profili dəqiqləşdirilərək “Azərbaycan Tarixi Muzeyi” adlandırılmışdır.2004-cü ildə isə Azərbaycan Tarixi Muzeyinə Milli Muzey statusu verilərək Milli Azərbaycan Tarix Muzeyi adlanmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin və milli irsimizin himayədarı olmuşdur. Mübaliğəsiz desək ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu məqsədilə mühüm qərar və sərəncamlar imzalanıb. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olur, mədəniyyət, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Bundan sonra isə onun iradəsi ilə 1980-ci ildə muzey işinə dair növbəti qərar qəbul edilib, Respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur.
Arxiv sənədlərinə əsasən demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda muzey işinin təşəkkülundə yeni sıçrayışın əsası qoyulmuşdur. Prafessor Sabir Əmirxanov “Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında bu haqda yazır ” Azərbaycanda muzеуlərin inkişafının üçüncü mərhələsinə -1969-1991-ci illər mərhələsinin gedişatına diqqət yetirdikdə aydın olur ki, bu illər ərzində Azərbaycanda muzey fəaliyyətinin sıçrayışla inkişafı baş vermişdir. Yəni əgər Azərbaycanda 1968-ci ildə cəmi 38 muzey fəaliyyət göstərirdisə 1983-cü ildə bu say 90-na çatmışdır”.
Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin muzey işçiləri ilə keçirilən görüşlərdə muzeylərin əhəmiyyətindən onların gənc nəslin təlim-tərbiyəsində və maariflənməsində əhəmiyyətini hər zaman xüsusi vurğulayır,önə çəkirid. Naxşıvan MR ədəbiyyat muzeyinin direktoru, muzeyşünas Sübhü Fərrux oğlu Kəngərlinin “Heydər Əliyev Muzeylərimizin yaradıcısı və memarıdır adlı tədqiqat əsərində yazır “Respublika muzey işçilərinin 1982-ci ildə keçirilmiş muşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdililməsi, təkminləşdirilməsini, tarix -diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərk demişdir: Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin xüsusilə cavan nəsilin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilməlidir. Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olamsı üçün də vacibdir. Bir sözlə Tarix-diyarşünaslıq muzeylərinin təşkil etməyin zəruriliyi göz qabagındadır”.
Tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini nəzərə alaraq Heydər Əliyevin təşəbüssü ilə 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Bunların sırasında Astara, Ağcabədi, Qəbələ, Neftçala, Salyan, Yardımlı, Şərur, Ordubad, Xaçmaz, Qusar, Oğuz, Qax və başqa tarix-diyarşünaslıq muzeyləri vardır.Hazırda ölkəmizin bütün bölgələrini əhatə edən bu muzeylər məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Ötən tarixi dövr ərzində bu muzeylərin fondları daha zənginləşdirilmiş, mövcud ekspozisiyalar təkmilləşdirilmiş və yeni binalarla təchiz edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə Xatirə muzeylərin təşəkkül tapması da Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dönəmlərə təsadüf edir. Bu muzeylər Heydər Əliyevin şəxsi iradəsi ilə yaradılmış və onların təntənəli açlış mərasimlərində şəxsən özü iştirak etmiş, dövlət və hökumət nümayəndələri həmin mərasimlərdə onun adından qatılmışlar. Ümumilikdə Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrlərdə 120-yə yaxın müxtəlif profilli muzey təşkil edilmişdir.
Tədqiqtçı alim Sabir Əmirxanov, Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında qeyd edir ki, “80-ci illər, həmçinin, diyarşünaslıq hərəkatının genişləndiyi dövrdür Веlэ ki, diyarşünaslıq muzeyləri ilk dəfə olaraq ekspozisiya bölmələrindən əlavə fond bölmələri, kitabxana, arxiv, yardımçı kabinələr və emalatxanalarla təmin olundu. Onlara Müstəqil ekspozisiya yaratmaq hüququ da verildi” “, eləcə də “1970-1980-ci illərdə bakıda xalq şairi Səməd Vurğunun,Nəriman Nərimanovun Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Bakıda və Şuşada Bülbülün, Naxşıvanda Hüsyin Cavidin xatirə muzeyləri yaradılır”.
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində müstəqil siyasət yeritməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında mədəni dəyərlərə dövlət qayğısı haqqında müddəlar öz əksini tapdı. «Mədəniyyət haqqında», «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında», «Muzeylər haqqında», və s. qanunlar qəbul olundu. Ölkəmiz mədəni dəyərlərin qorunması və bərpası ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Ümummli liderin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə muzeylərin fəliyyətində yeni dönəm başlanmışdır. Muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilir, müvafiq addımlar atılır. Bu tədbirlər Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir.Professor Sabir Əmirxanov yazır ki, “1993-cü ildə ikinci dəfə xalqımız tərəfindən hakimiyyətə gətirilən Ümummili lider Heydər Əliyevin fəaliyyətində Azərbaycanda muzey işinin tarixi və inkişafı mühüm yer tutur. Yuxarıda da qeyde edildiyi kimi , 1969-1982 illər ərzində muzeylər şəbəkəsinin sürətlə atması, Azərbaycan muzeyşünaslığının inkişafı, 1993-cü ildən sonrakı illərdə,ikinci hakimiyyəti dövründəki muzey işinin ildırım surətili tərəqqisi bunun bariz nümunəsidir. Hələ 1981-ci ildə Bakıda hüseyin Cavidin ev-muzeyinin yaradılması haqqında qərarın qəbul edilməsi, 1993-cü ilin dekabırında Nazirlər Kabinetindı muzey işçilərinin Respublika müşavirəsinin keçirilməsi, bu müşavirənin təklif və tələblərinin həlli istiqamətində 1994-cü ildə Azərbaycan höküməti tərəfindən “Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında”qərarın qəbul edilməsi,1998-ci ilin sentyabrın 18-də Üzeyir musiqi günündə Bakıda mayestro Niyazinin xatirə muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açlışlarının böyük təntənə ilə qeydi məhz Ulu öndərin adı ilə bağlıdır.
Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1993-cü ildə azərbaycanda muzeylərin sayı 115 ədəd olmuşdursa, təkcə bir il ərzində yəni 1994-cü ildə bu rəqəm 135-ə, 1995-ci ildə isə 145-ə çatmışdır. Profellərinə görə ən çox artan muzeylər sırasında əsasən tarix, diyarşünaslıq, memorial və sənətşünaslıq muzeyləri olmuşdur.
Fikirimizcə muzeyşünaslıq istiqamətində görülən tədbirlərin ən əhəmiyyətlisi muzey işinin inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə qəbul olunmuş “Muzeylər haqqında” Qanunun qəbul edilməsidir.2000-ci illərin əvvələrindən yaradılmış ümummilli liderimiz Heydər Əliyevin ömrü yolunu və fəaliyyətini canlandıran muzeylər xüsusi yer tutur. Museum.az rəsmi saytının məlumatına görə “Hazırda respublikanın şəhər və rayonlarında 60 Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev mərkəzləri ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı əhalinin, xüsusən gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət dərnəkləri fəaliyyət göstərir.
Bu günə Heydər Əliyev Muzey və Mərkəzləri demək olar ki, respublikamızın bütün bölgələrini əhatə edir. 1999-cu il mayın 10-da istifadəyə verilən Naxçıvan Heydər Əliyev Muzeyi Ulu öndərin sağlığında onun adına yaradılan ilk muzeydir. Bu muzeylərdə Heydər Əliyevin 1969-1982-ci illərdə, habelə 1993-cü ildən ömrünün sonunadək ölkəmizə rəhbərlik etdiyi hər iki dövr işıqlandırılır. Onun 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı məşhur bəyanatı, 1993-cü, 1994-cü və 1995-ci illərdə Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qardaş qarğınının qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı fəsliyyəti müxtəlif vasitələrlə tamaşaçıya çatdırılır. Bu muzeylərdə nümayiş etdirilən eksponatlar arasında ulu öndərin həmin bölgə ilə əlaqələrini əks etdirən materiallar xüsusi yer tutur.
Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının son illər imzaladığı sərəncamlar bu qayğının bariz ifadəsidir. Dövlət başçımızın imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin uçaldılması haqqında”, “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında”, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında”, o cümlədən “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”, Bakı şəhərində “Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında”, sərəncamlarının məqsədi və icrası milli irsimizn, tariximizin mədəniyyətimizin qorunması və inkişafına böyük təkan verir
Hazırda respublikamızda 250-dən çox dövlət və şəxsi muzeylər mövcuddur. Muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır. Bu gün Azərbaycan muzeyləri milli- dəyərlərimizin, milli irsimizin və tariximizn mühafizəsini həyat keçirir və idealoji məkan olaraq azərbaycançılıq məfkurəsini uğrla təbliğ edir.
Azərbaycan xalqı tarixin qədim və çətin dövrlərindən belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəsilə ötürərək bu günlərə kimi gətirməyi bacarmışdır. İslam dininin zəngin dəyərlərindən dönməyən, daxili inamı və mənəvi saflığı ilə dini etiqada əsaslanan xalqımız tarixin ən kəşməkəşli mərhələlərində belə milli əxlaqi və bəşəri duyğularını təcəssüm etdirərək bu dəyərlərə həmişə sadiq qalmışlar.
XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin bütün sahələrində sürətli inkişaf və nəaliyyətlər əldə edilməsində müstəsna xidmətləri olmuşdur. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan vermışdir.
1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin daha çox əksini tapan, qədim, böyük türk eposu “Kitabi – Dədə Qorqud”un xilası və bu eposun təbliği məqsədilə bədii filmin çəkilişi, habelə 1300 illiyini bütün dünyada keçirməklə dastanın həm Azərbaycan hadisəsi olduğunu sübut etmiş, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Eyni zamanda ulu öndərin Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyov və bir çox söz və musiqi sənəti ustadlarının dahiyanə əsərlərinin, eləcə də aşıq poeziyasının təkrarsız nümunələrini sovetlər məkanında
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan addımıdır. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin Bakıda və Moskvada ən yüksək səviyyədə qeyd edilməsi, eləcə də belə möhtəşəm tədbirin həm də aşığın doğulduğu Göyçə mahalında keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmırdılar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Sovet dövründə XX əsr Azərbaycanın böyük mədəniyyət xadimləri- Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, eləcə də Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəmov və s. ədəbiyyat klassikləri o dövrün ən şərəfli mükafatı Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adları məhz Heydər Əliyevin qayğısı nəticəsində almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Gəncliyində incəsənətə gəlmək və memar olmaq istəyən ulu öndəri zaman siyasət memarına çevirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində kadr çatışmazlığı böyük problemə çevrilmişdi. Həmin dövrdə Ulu Öndərin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi və mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. 1970-1980-ci illərdə Bakıda Şirvanşahlar Sarayı Kompleksi, Naxçıvanda Mömünə Xatun, Yusif Küseyir oğlu və Qarabağlar türbələri, Mərdəkandakı Düzbucaqlı və Dairəvi qəsrlər, Şəkidə Xan sarayı, Bərdə türbəsi, Mərəzədə Diri Baba türbəsi həmçinin Rəşid Behbudov adına Mahnı Teatrının, Musiqili Komediya Teatrının binası və s. ölkə əhəmiyyətli tarixi abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər həyata keçirildi.
Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi də qoruq elan edildi.
Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi. Hеydər Əliyev hamıdan yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Heydər Əliyev 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisində çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Böyük romantik şair və filosof Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması və Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Hеydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirilirdi. Həmin illərdə bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylərin qapıları yenidən tamaşaçıların üzünə açıldı və eyni zamanda ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul olunmuş – 10 aprel 1998-ci il tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və 6 fevral 1998-ci il tarixli “Mədəniyyət haqqında” qanun bu istiqamətdə mühüm addım oldu. Bunun ardınca, 2001-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət tərəfindən mühafizəyə götürülmüşdür.
Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.