Etiket arxivi: FİRUZƏ MƏMMƏDLİ

“Ömrümə yazılanlar” – taleyin, azadlığın və sözün kitabı

“Ömrümə yazılanlar” – taleyin, azadlığın və sözün kitabı
Azərbaycan poeziyasında sözün taleyə çevrildiyi, şəxsi ömrün xalqın yaddaşı ilə qovuşduğu nadir məqamlar var. Tanınmış şair Firuzə Məmmədlinin “Ömrümə yazılanlar” kitabı məhz belə məqamlardan doğan, yaşanmış ömrün bədii hesabatı, poetik etirafıdır. Xalq yazıçısı Anarın bu kitaba yazdığı ön söz isə təkcə bir kitab haqqında fikir deyil, bütövlükdə bir şair taleyinə, bir ədəbi mövqeyə verilən yüksək mənəvi qiymətdir.
Anar müəllim bu yazısında Firuzə Məmmədlinin poeziyasını Azərbaycan ədəbiyyatının azadlıq ruhu ilə bir sırada görür. O, təsadüfi olaraq vurğulamır ki, Firuzə xanımın şeirləri “Min beş yüz ilin Oğuz şeiri” antologiyasında yer alır. Bu fakt şairənin sözünün zamanla sınanmış, milli poetik yaddaşa daxil olmuş bir söz olduğunu göstərir. Onun Firuzə Məmmədlinin yaradıcılığından seçib sitat gətirdiyi misralar –
“Nə yatmısan bu torpağa baş qoyub,
Qalx, alın qabartını ovuşdur…”

sadəcə poetik çağırış deyil, azadlıq ideyasının bədii manifestidir.
Ön sözdə Firuzə Məmmədlinin poeziyasının əsas dayaqları açıq şəkildə görünür: azadlıq, vətən, insan ləyaqəti və daxili müqavimət. Xalq yazıçısı Anar bu poeziyada azadlığın yalnız siyasi məna daşımadığını, həm də insanın ruh azadlığı kimi təqdim edildiyini xüsusi vurğulayır. “Azadlığın qədrini bilən, qollarında əsarətin ağrısını daşıyan” lirika, oxucunu passiv müşahidəçi yox, düşünən və mövqe tutan insana çevirir.
Anar müəllim Firuzə Məmmədlinin həyat yoluna da toxunaraq, onun gənclik illərindən etibarən ideallarına sadiq qaldığını, mübariz mövqeyinin şəxsi taleyində ağır izlər buraxdığını gizlətmir. Bu, təqdimatın mühüm publisistik cəhətidir: oxucu anlayır ki, “Ömrümə yazılanlar” süni poetik konstruksiya deyil, yaşanmış ağrıların, qazanılmış mənəvi qələbələrin kitabıdır. Məhz bu baxımdan Anar müəllim Firuzə xanımın yalnız şair kimi deyil, pedaqoq, alim, ictimai mövqeyi olan ziyalı kimi də fəaliyyətini yüksək qiymətləndirir. Onun elmi araşdırmalarını, gənc nəslin azadlıq ruhunda yetişməsinə verdiyi töhfələri qeyd etməsi, şairənin şəxsiyyətini bütöv şəkildə təqdim edir. Burada söz və əməl bir-birini tamamlayır – bu da Firuzə Məmmədli yaradıcılığının əsas güc nöqtəsidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təqdimatında xüsusi diqqət çəkən məqamlardan biri də Firuzə Məmmədlinin mükafat və titullara münasibətidir. O, haqlı olaraq qeyd edir ki, şairənin ən böyük mükafatı oxucu sevgisi və poeziyasının yüksək dəyəridir. Bu fikir, əslində, çağdaş ədəbiyyat üçün ciddi bir mesajdır: sözün qiyməti rəsmi adlarda deyil, yaddaşda yaşamasındadır.
Kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardan başqa tanınmış qələm adamlarından İntiqam Qasımzadənin, böyük ədəbiyyatçı alim Rüstəm Kamalın, Məhrux Dövlətzadənin və digərlərinin fikirlərilə yanaşı, Firuzə Məmmədlinin öz diliylə desək, ömrünə yazılmış seçmə şeirləri də yer alıb. Kitabı qiymətli edən həm həmkarların dəyərli fikirləri, həm də müəllifin özünün ruhundan süzülüb gələn şeirləridir.
Nəticə etibarilə, “Ömrümə yazılanlar” kitabı Firuzə Məmmədlinin şəxsi ömrünün poetik salnaməsi olmaqla yanaşı, bütöv bir dövrün, bir nəsilin azadlıq duyğularının bədii ifadəsidir. Xalq yazıçısı Anarın təqdimatı isə bu kitabı oxucuya sadəcə tanıtmır, onu mənəvi-ədəbi hadisə kimi dəyərləndirir. Bu yazı Firuzə MƏMMƏDLİ yaradıcılığının Azərbaycan ədəbiyyatındakı yerini təsdiqləyən, sözə verilmiş vicdanlı və sanballı bir hökm kimi səslənir.
“Ömrümə yazılanlar” – təkcə şairənin ömrünə yox, xalqın yaddaşına yazılan sözlərdir.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Firuzə Məmmədli – 85

Firuzə Məmmədli – 85
Dəyərli şair, dəyərli pedaqoq Firuzə Məmmədlini 85 illik yubileyi münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

FİKİRLƏR

Deyən, darısqaldı fikrimin yolu,
Odur ki, dilimdən fışqırıb çıxır.
Ahıl duyğuların əsarətindən
Deyərsən, kəlmə yox, muşduluq çıxır.

Başımda tükümdü, dayanır biz-biz,
Beynimdə, zehnimdə oyanır biz-biz.
Qızarır, bozarır, boyanır biz-biz,
Tıxnaşır, tıncıxır, hıçqırıb çıxır.

Dil də tapammıram barı yaşımla,
Dərd-sər – yarıbayarı yaşımla.
Didişə-didişə qarı yaşımla
Boş söz də, xoş söz də qışqırıb çıxır.

Öldürmür, diriltmir, canım deyildir,
Damarda durası qanım deyildir.
Ay Allah, bu sözlər mənim deyildir,
Niyə gözlərimdən püskürüb çıxır?!

Düşdüyü torpaqdan dikəlməsi yox,
Dən kimi cücərib yekəlməsi yox,
Düşməni yendirən bir kəlməsi yox,
Özümü özümdən küsdürüb çıxır.
2013

SƏBR ELƏ

Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə

Bəhanə yox inciməyə, küsməyə,
Nəkarədir bizlə kəlmə kəsməyə!
Ha deyirəm durub özüm səsləyəm,
Kimsə çəkir ətəyimdən, “səbr elə”.

Ay Allahım bəxtəvəri, hardasan?
Bir qalanın şax divarı, hardasan?
Hər keçən gün vaxta varır, hardasan?
Tut ömrünün yedəyindən, səbr elə.

Sənlik deyil bu od-alov, yana dur,
Əl uzatma, barmaqların yanar, dur.
Balı bizə düşən deyil, kənar dur
Bu dünyanın pətəyindən, səbr elə.

Bəxt ardınca gör nə qədər qoşan var,
İndi ha çox heçə-puça coşanlar!
Üz-üzədi silahlılar-qoşunlar,
Daldalan daş-kəsəyindən, səbr elə.

Bu Gün ki var, hər dan üzü çırtlamır,
“Meydanları” meydan özü çırtlamır.
Sirr deyil a… Zaman sözü çırtlamır,
Çəkin də söz düzəyindən, səbr elə.

Küsüb gedən, bezib gedən, dön geri,
Şər-xatanı göndərənlər göndərir.
Heç bilirsən nə çəkir öz səngərin
Kəsəyəndən, küsəyəndən, səbr elə!
2013


NƏ YAXŞI

Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!

Çətinliyi dağdan aşan günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan günlərin
Varağını bükəmmədim, nə yaxşı!

Mənə doğru şərin dizi qırıldı,
Ömrə-günə düşən izi qırıldı,
Vaxtın mizan-tərəzisi qırıldı,
Çəkdiyimi çəkəmmədi, nə yaxşı!

Səbrin əli ətəyindən uzunmuş,
Vaxt deyilmiş, itirdiyim qızılmış.
Daş-qaş olub taleyimə düzülmüş
Dərdi-sərdən çəkilmədim, nə yaxşı!

Nə biləydim, amansızdı çərx belə,
Tərs damarda Yeri-Göyü çalxalar.
Çox üzlərə astar olur arxalar,
Arxalıdan çəkinmədim, nə yaxşı!

Mağar qurdu taleyimdə bir səda,
Pərt etmədim ürəyimi qırsa da.
Yolsuzluğu yolum üstdə dursa da,
Duruşuna təpinmədim, nə yaxşı.
2013

Mənbə və təqdimat: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli – Baxır


BAXIR

(Güzgüdəki «mən»ə)

Oy, bu gözlər mənimdimi?!
Mənə yaddaşlardan baxır.
Sevinci yox, kədəri yox, —
Ürəyi daşlardan baxır.

Qanadlanıb, milyon kərə
Uçuşu çırpılıb yerə.
Bəlkə, bəlkə buna görə
Həsrəti quşlardan baxır?!

Nitqi bağlı dildir daha,
Ağlaya da bilmir daha.
Axıb gildir-gildir daha,
Quruyan yaşlardan baxır.

Nə şövqü var, nə həvəsi,
Nə meyardı, nə tərəzi.
Hara dönsə, savaş gəzir, —
Ağılsız başlardan baxır.

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli – İtirmə.

İtirmə
Ayağına daş dəyibsə, çək geri,
Zaman səni təkləyibsə, dik yeri.
Büdrədinsə, yıxıldınsa, öp yeri,
Ümidini, inamını itirmə.

Ha çalışdıq, dedilər ki, kələkdi,
Gözəl günlər ömür adda ələkdi.
Ələyən də, yoğuran da fələkdi,
Özü bilər, gümanını itirmə.

Nə gördük ki, nə götürək dünyadan,
Axla, ufla köks ötürək dünyada.
Bir az daha ömür sürək dünyada,
Olan-qalan zamanını itirmə.

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayev – Danışan fotolar

ÇİNGİZ ABDULLAYEV, FİRUZƏ MƏMMƏDLİARİFƏ ƏLİYEVA

13.05.2024. AYB (Çingiz Abdullayevin kabineti). Bakı şəhəri.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli: – Yuxu.

Yuxu

Darvazanın aralı qalmış qapısından həyətə bir uşaq əli uzanmışdı. Çirkli, tozlu, paıçıqlı bir əl. Uşaq özü görünmürdü. Qalmışdı darvazanın çöl tərəfində. Yaxınlsşdım. Uşağın çəlimsiz barmaqlarından tutub əlini özümə tərəf çəkdim. Çəkdi əlini. Qapını açdım. Saçı, başı, üzü, gözü toz torpaq içində, qartmaq bağlamış saçları qara rəngli çöhrəsini örtmüş 3-4 yaşlarında bir körpə. Ayaq üstə güclə dururdu. Cır-cındır içində əsir…”Buna pul versəm, gedib nəsə almağa da çətinlik çələcək. Bəlkə yemək verim. Bir dəfə yeməklə yaşamaqmı olar?! Daha düşünmək vaxtı deyildi. Uşağın qolundan tutub həyətə çəkdim. Yanımca əsə-əsə yeriyirdi. Hardan gəlib çıxıb bira? Bu ki ayaq üstə dura bilmir. Həyətdə tut ağacının kölgəsindəki yemək stolunun arxasında əyləşdirdim. Tələsik qarşısına çörək, bir-iki şirin qoğal, qaymaq, şirinçay düzdüm. Doğranmış çörək dilimləri. ilə qaymağı sıyırıb ağzına basır və tələmtələsik çeynəyib udurdu. Beləcə yeməyini bitirib ayağa qalxdı. İki əlini sinəsinə qoyub baş əydi. Təşəkkür edirdi. Getmək istəyəndə çiyinlərindən tutub ona doğru əyildim. “Anan varmı?” soruşdum. Başını buladı.”Bəs atan?” yenə başını buladı. Və dolmuş gözlərini göyə zilləyib yerində dondu. Bir anlığa fikir məni çulğadı. Bu uşağı götürüb saxlasam, bir yandan polis, o biri yandan mediya …Hardandı? Kimin uşağıdı? Oğurlamısan?.. Gəl indi bunları inandır. İnanmasalar, ciblərini gör ki, səndən əl çəlsinlər…Yox… Bu vəziyyıtdə küçəyə atmaq da olmaz. Uşağın əlindən yapışıb birbaş vanna otağına apardım. Kirli paltarları birdəfəlik əynindən sıylrıb zibil qabına tulladım. Uşağı vannaya salıb əvvəlcə qartmaq bağlamış saçlarını qayçıladım. Sonra yaxşı-yaxşı yuyundurdum. Birdən ağlıma gəldi ki, bu uşaq bir kəlmə də olsun danışmayıb. Bəlkə laldı. Suallarıma da başı ilə cavab verdi. Adını soruşdum. Susdu. Uşağı iri hamam dəsmalına büküb öz yataq otağıma apardım. O otağa ki, orada heç vaxt heç bir körpənin yatmadığı uşaq çarpayısı vardı. Uşağı çarpayıya uzandırdım.Üstününə isti odeyal çəkdim.”Yat, yuxula, mən gedib sənə paltar alım” deyib çıxdım. Qapını eşikdən bərk-bərk bağladım. Kəndin o biri bsşındakı mağazaya yönəldim. Uşağın yaşına, boyuna uyğun paltarlar seçib aldıqca satıcı ” kimə alırsan? Qardaşın uşağına? bacın uşağına?” deyə cavab almasa da, suallar yağdırmaqda davam edirdi. Paltarları götürüb, fikrimcə məni gözləyə-gözləyə yuxuya getmiş “qarabalanı” sevindirməyə tələsdim. Evə çatıb yataq otağının qapısını açdım və çarpayıya tərəf qaçdım. Matım-qutum qurudu. Çarpayıda yatmış qoyub getdiyim uşaq yoxa çıxmışdı. Necə oldu bu?Qapı da bağlı. Buxarlanmadı ki. Odeyalı qaldlrdım. Orada uşaq əvəzinə, balaca bir pişik balası yatırdı. Bərk qorxdum. Həm də içimdəki heç vaxt böyümək istəməyən uşaq heyrətdən çığırdı. Bu çığırtıya yuxudan ayıldım.
Demə, bütün bunlar yuxu imiş…

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük fəxr hissilə xatırlayıram – Firuzə Məmmədli yazır

Böyük fəxr hissilə xatırlayıram

Tarixin fenomen dövlət rəhbərləri sırasında özünəməxsus liderlik şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə, əhalinin sosial-ictimai vəziyyətinə daim diqqət yetirən, ağsaqqala, ağbirçəyə, uşağa, böyüyə hörmətini, ehtiramını, qayğıkeşliyini əsirgəməyən yüksək mədəniyyət, mənəviyyat, mərifət, insanpərvərlik, təvazökarlıq nümunəsi idi.

Onun orta məktəb müəllimi olmuş Sona xanım adlı yaşlı müəlliməsinə qayğıkeşliyi, ehtiramı yaddaşlarda dərin iz buraxmışdır. Bu böyük ürəkli şəxsiyyət böyükdən-kiçiyə, hamının səsini eşidir, sözünü dinləyirdi. 1995-ci ilin gərgin siyasi-ictimai hadisələri zamanı Ulu Öndərin əvvəlki fəaliyyətini işıqlandıran “Rəhbər və xalq” adlı silsilə məqalələrimi “Səs” qəzetində çap etdirmişdim. Bu gün də böyük fəxr hissi ilə xatırlayıram ki, bu böyük insan məqalələrin hamısını oxumuş və mənə çatan məlumata görə, razılıq hissi ilə mənim şəxsiyyətimlə maraqlanmışdır.

Bir dövlət başçısı olaraq, onun daxili siyasətində xalqının sosial-ictimai vəziyyətinin daim yüksələn xətt üzrə inkişafı, xarici siyasətində dost ölkələrlə inam, etibar, səmimiyyət, düşmənlərlə ehtiyatlılıq, səbr, dözüm, siyasi manevrlər, diplomatik gedişlər bir-birini yaxşı tənzimləyirdi.

Ölkə daxilində əlində hədsiz imtiyazlar toplamağa həris olanları daim şəxsi nəzarətində saxlayır, onların yolunu azmasına imkan vermədən vaxtında ipini yığırdı.

Onun daxili siyasətində elm, təhsil, ədəbiyyat və incəsəntin milli özül üzərində bəşəri dəyərlərə hesablanması istiqaməti mühüm yer tuturdu. Ana dilimizin saflığı, qorunması, yeniləşməkdə olan dünya dəyərlərində öz yerini möhkəmləndirməsi kimi, tarixi varlığımızı dünyaya sübut edən bir nömrəli amili bir an da olsun nəzərdən qaçırmırdı. Ulu öndərin ana dilimizin Dövlət dili olması istiqamətində misilsiz əməyi olmuşdur. 1978-ci ildə SSRİ Konstitusiyasının yenilənməsi zamanı bu sənəddə Azərbaycan dilinin Dövlət dili olması barəsində heç nə yazılmamışdı. Bu o demək idi ki, Dövlət idarələrində daim işlək olan rus dili Dövlət dili kimi möhkəmləndirilməlidir. Elə bu zaman Ulu Öndərin uzaqgörən düzgün siyasəti və möhkəm iradəsi öz gücünü göstərdi. Bu böyük şəxsiyyət məsələnin Respublikamızın və varlığımızın xeyrinə həll olunması yolunda nüfuzlu ziyalı intellektini hərəkətə gətirdi. Müzakirələr, etirazlar, təkliflər öz bəhrəsini verdi. Heydər Əliyev iradəsi qalib gəldi.

Bir həqiqəti də heç cür danmaq olmur ki, ölkəmizdə nə vaxt siyasi-ictimai ab-hava gərginləşirdi, quruluş dəyişikliyi baş verirdi, dərhal dil məsələsini ortaya atan yetiklər peyda olurdu. XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də, yəni 1995-ci illərdə də belə bir cəhdlə üzləşməli olduq: Dilimizin adı Türk dili, yoxsa Azərbaycan dili olsun? Rəhbərin bu məsələ barəsində, əlbəttə, şəxsi qənaəti var idi. Yəni dilimiz türk dilləri ailəsinə məxsusdur. Özbək, qazax, qırğız, tatar, türkmən, qaqauz və s. dillər kimi. Ümumtürk kontekstindən şaxələnib milli dillər kimi lokallaşan bu dillərdə danışan xalqların heç biri dilinin adını dəyişmək barəsində iddia qaldırmır. Bununla belə, Ulu Öndər özünəməxsus demokratik iradəsi ilə məsələni geniş ictimaiyyətin müzakirəsinə çıxartdı. AMEA-nın böyük iclas zalında keçirilən geniş müzakirədə “Azərbaycan dili” adının saxlanılması qərara alındı.

Ulu Öndərin ədəbiyyat, mədəniyyət xadimlərinə qayğısının bir təzahürü də iki ildən bir bu sahə adamları üçün bina tikdirmək, onların sosial vəziyyəti ilə vaxtaşırı maraqlanmaq, yubileylərində şəxsən iştirak etmək, hətta məruzə eləməkdə özünü büruzə verirdi. Belə şəxsiyyətlərin xahişi ilə şəxsi görüşlər keçirərkən onların yaradıcılığı ilə əvvəlcədən şəxsən özü tanış olur, onların əsərləri barəsində elə qiymətli fikirlər söyləyirdi ki, bu sahə mütəxəssislərinin özü heyran olurdu. Ulu Öndər hətta xəstə sənət adamlarını belə, xəstəxanada ziyarət edirdi. Qayğı və ehtiyaclarını onların öz dilindən dinləyirdi.

Budur, artıq bu dahi şəxsiyyətin – xalqımızı, Vətənimizi bir çox qaranlıqlardan işıqlığa çıxaran, çox bəlalardan xilas edən ulu rəhbərin anadan olmasının 100 ili tamam olur. Və tarixin müxtəlif dövrlərində ad təkmilləşməsi keçirə-keçirə bu gün Azərbaycan adı ilə parlayan ölkəmizin müasir yaşam istiqaməti, sabitliyi, əmin-amanlıq da Ulu Öndərimizin idarəçilik proqramını, dövlətçilik kursunu uğurla davam etdirən möhkəm əllərdədir.

Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun.

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli

Firuzə Məmmədli Rəvanə Mövsümova

Firuzə Məmmədli haqqında

Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur.Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Həmçinin 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədridir. 1973-1975-ci illərdə Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı, 1975-1980-ci illərdə APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü olmuşdur. Firuzə Məmmədli 1965-ci ildə “Vahid Azərbaycan” uğrunda mübarizəyə qoşulduğuna görə 1969-cu ildə repressiya və təqiblərə məruz qalmışdır.Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində çıxan “Ay həkim” adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. “Bədii dilin mənbələri” monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri “Dost əlini uzatsa” (1990) kitabında dərc olunmuşdur. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Firuzə Məmmədova dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi ictimaiyyətinə yaxşı tanışdır. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş “Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biri olmuşdur. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunmuşdur. Firuzə Məmmədova bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O onlarla magistrantın elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət Pedoqoji Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun da xüsusi xidmətləri vardır. “Gümüşü damla” adlanan ilk kitabı 1973-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilmişdir. Bundan sonra nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Dilək yaxasına dönnəm yenidən”, “Aşacağam zaman adlı sədləri” “Dərd üzünü gizləyir”, “İki damla dəniz”, “Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz sizindir” və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 2002-2019-cu illər ərzində şairənin on cildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Firuzə Məmmədova (Məmmədli) qələmini nəsr və tərcümə işi sahəsində də sınamış dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər görmüş – rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir. Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə edilmişdir. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir. Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-nun 90 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Firuzə Məmmədli hələ tələbəlik illərində (1965-ci il) Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda gənclər hətəkatına qoşulmuşdur. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.
Əsərləri_1. Gümüşü damla. Bakı, “Gənclik”, 1972, 48 s. 2. Yoluma bahar düşüb. Bakı “Gənclik”, 1978, 54 s. 3. Sənin ömrün. Bakı, “Yazıçı”, 1982, 60 s. 4. Yetkinlik. Bakı, “Yazıçı” 1989,127 s. 5. Bir qarış ucalıq. Bakı “Gənclik”, 1995, 167 s. 6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). Bakı, ADPU, 1997, 85 s. 7. Məni mənlə bölən dünya. Bakı “Gənclik”, 1999, 266 s. 8. “Seçilmiş əsərləri” I c. Bakı, “Nurlan”, 2002, 432 s. 9. “Seçilmiş əsərləri” II c. Bakı, “Nurlan”, 2002, 446 s. 10. “Seçilmiş əsərləri” III c. Bakı, “Nurlan”, 2004, 550 s. 11. Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri. (Monoqrafiya), Bakı, ADPU, 2005, 166 s. 12. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili (proqram). Bakı, ADPU, 2005, 16 s. 13. Ömrün axarı. Bakı “Gənclik”, 2005, 320 s. 14. Dilək yaxasına dönnəm yenidən. Bakı, “Vektor”, 2006, 256 s. 15. “Seçilmiş əsərləri” IV c. Bakı, “Nurlan”, 2008, 430 s. 16. “Seçilmiş əsərləri” V c. Bakı, “Nurlan”, 2009, 412 s. 17. Aşacağam zaman adlı sədləri. Bakı “Elm”, 2010, 159 s. 18. İki damla dəniz. Bakı, “Adiloğlu”, 2011, 181 s. 19. Dərd üzünü gizləyir. Bakı, “Adiloğlu”, 2011, 159 s. 20. Azərbaycan dilinin linqvistik ekvivalentlər (dərs vəsaiti). Bakı, ADPU, 2012, 45 s. 21. Azərbaycan ədəbi dili (dərs vəsaiti). Bakı, ADPU, 2012, 49 s. 22. “Seçilmiş əsərləri” VI c. Bakı, “Nurlan”, 2012, 417 s. 23. “Seçilmiş əsərləri” VII c. Bakı, “Nurlan”, 2013, 412 s. 24. “Seçilmiş əsərləri” VIII c. Bakı, “Nurlan”, 2016, 420 s. 25. “Söz macalı”, “Qanun” nəşriyyatı, 2017. 26. “Seçilmiş əsərləri” IX c. Bakı, “Nurlan”, 2018, 420 s. 27. “Seçilmiş əsərləri” X c. Bakı, “Nurlan”, 2019, 500 s 28. “Nə yaxşı yaxamda söz meddalım var”, “Şirvannəşr”, 191 s. 29. “Dünya gözəlliklə dolu”, “Elm və 4Təhsil”, 2021, 216 s. 30. “Savaş fəsli”, “Elm və Təhsil ”, 2021, 192 s. 31. “Söz sizindir”, “Elm və Təhsil”, 2021, 189 s.

Tərtib etdi: Rəvanə Mövsümova


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru