Kateqoriya arxivləri: Heydər Əliyev

Cəvahir Tanrıverdi – Sən Bu Xalqın Dayağı

HEYDƏR ƏLİYEV 100

SƏN BU XALQIN DAYAĞI
(Ulu Öndər Heydər Əliyevə)
Sən bu xalqın dayağı,
Sən tarix yazan insan.
Qəmi taleyimizdən
Əbədi pozan insan.
* * *
Millətə hami oldun,
Qorudun dilimizi.
Adımızı dünyaya
Tanıtdı sənin izin.
* * *
Sahib çıxdın bu elin
Aliminə, elminə.
Cavid ruhu sevindi
Cavid məqbərəsinə.
* * *
Duymusan hər şairin
Şeirinin qüdrətini.
Göstərmisən Müşfiqin,
Sabirin hikmətini.
* * *
Sən bu xalqa qaytardın
Türkçülüyün ruhunu,
Qüdrətini, əzmini,
Azadlıq – göz nurunu.
* * *
Cənnət oldu bu vətən,
Çiçək açdı hər qaya.
Şahinin ucalığı
Dərd yaşatdı qarğaya.
* * *
Bayrağımız göründü
Bayraqlar sırasında.
Sözün dağı da yardı
Liderlər masasında.
* * *
Üç tərəfdə quzğunlar
Yandı alovumuzdan.
Kimsə ötə bilmədi
Yel olub yanımızdan.
* * *
Biz özgüvən qazandıq,
Sənsə Ata adını.
Kama çatdırdın xalqın
Eşqini, muradını.
* * *
Dərin siyasətinlə
Məhv oldu yad tapdağı.
Sənin əsərin oldu
Azərbaycan torpağı.


Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KiİTABIMA SÖZARDI – SEVİNDİK NƏSİBOĞLU

“ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KiİTABIMA SÖZARDI

İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.

Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.

Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.

2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.

Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.

Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.

Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.

Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.

Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!

Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!

24.09.2023.

Müəllif: Sevindik NƏSİBOĞLU

10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub

Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar”  kollektivi adından  Zaur   müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.

Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.

Daha sonra klubun prezidenti Zahid Niyazəliyev və 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşov, baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri – Adil Məmmədovu və Vidadi Hüseyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı,telejurnalist Leyla Səməndər, “Sportinfo” qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.  Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.


Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır… SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

 Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.

Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan Ümummilli Liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldib. Nəticədə, görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı.

1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.

Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

 Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.

Mənbə: nasimi-ih.gov.az



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ümummilli Lider” yeni kitab

“Ümummilli Lider” yeni kitab.

“Yazarlar”jurnalının xüsusi buraxılışı (32-ci kitab) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ruhu şad olsun. Amin.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD. Azərbaycan mənim ürəyimdir.

Azərbaycan mənim ürəyimdir

Azərbaycan mənim ürəyimdir!

Azərbaycan mənim nəfəsimdir!

Azərbaycan mənim həyatımdır!

Yəqin ki, bu sözlərin kimə aid olduğunu çoxunuz bilirsiniz. Əlbəttə, bu sözləri demək asandı və onu hər kəs söyləyə bilər. Ancaq bu ürəkdən gələn sözlər insanın bütün qəlbi ilə özünəməxsus şəkildə ifadə ediləndə   könüllərə yol tapır. Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev kimi…

Ümummilli lider Heydər Əliyev fenomen bir insan, böyük şəxsiyyət idi. Məhz o Azərbaycanı qardaş qırğınından, ölkəni parçalanmaq təhlükəsindən xilas etməyi bacardı. Elə buna görə də, adı tariximizə qızıl hərflərlə Xilaskar kimi daxil edildi.

Bu gün də uşaqların “Heydər baba”, böyüklərin “Ulu Öndər”, deyə  öydüyü Heydər Əliyevin adı Azərbaycanın taleyinə, onun keşməkeşli tarixinə qızıl hərflərlə yazılıb. Onun gördüyü bütün işlər xalqın gözü önündə idi. Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövr Azərbaycanın qaçqın-köçkün problemləri ilə yükləndiyi, iqtisadi-sosial vəziyyətin çətinliyi, xarici əlaqələrin zəif olduğu bir zaman kəsiyi idi. Ancaq xalq ona inanırdı, bilirdi ki, ölkəni çətin vəziyyətdən ancaq onun güclü iradəsi, uzaqgörən siyasəti və millətinə olan sevgisi çıxara bilər. Bu böyük ürəkli insan, ölkə başçısı Azərbaycana gəlmiş xarici nümayəndələri, dövlət rəhbərlərini özü ilə köçkünlərlə görüşlərə dəvət edirdi. Çalışırdı ki, Ermənistanın Azərbaycana təcavüzünu dünyaya olduğu kimi çatdırsın, onlar həqiqəti öz gözləri ilə görsünlər və erməni yalanlarına uymayıb haqqın, ədalətin yanında olsunlar…

Bu böyük insan tez-tez köçkünlərlə görüşürdü. Deyirdi ki, mən həmişə Sizinlə birlikdəyəm. Qəlbən  Sizinlə o çadırlarda, vaqonlarda mən də yaşayıram. Sizə  dəyanətinizə, dözümünüzə görə minnətdaram. Sizin dəyanətinizə  güvənirəm… Təkcə sözdə deyil əməldə də, daim onlarla birgə olan ölkə başçısını yurdundan didərgin insanlar çox sevirdilər. Onu görən kimi başına toplaşır, dərdlərini, qayğılarını çəkinmədən söyləyirdilər. Müdrik ölkə başçısı onları dinləyir, problemlərini tez bir zamanda həll edirdi. Köçkünlərin qayğısına qalmayan, onların halına yanmayan yerli icra başçılarını, məmurları cəzalandırırdı. İndi də keçmiş məcburi köçkünlər xatırlayırlar ki, bu gün ölkə başçısına bir dərdimizi deyirdik, səhəri gün həmin problem onun sərəncamı ilə həll edilirdi.

Heydər Əliyev çadırlara baş çəkirdi, köçkünlərin həyat şəraitini öz gözləri ilə görür, onların dolanışığı ilə yaxından tanış olurdu. Tez-tez köçkünlərin məskunlaşdığı ərazilərə nümayəndələr göndərirdi.

Heydər Əliyev unikal bir insan idi. Onunla bağlı xatirələrini söyləyənlər deyirlər ki, Ulu Öndər vətəndaşlara qarşı diqqəti, məhəbbəti ilə özünü sevdirməyi bacarıdı. Necə deyərlər, elin şən günlərində qol götürüb oynayar, kədərli günlərində qəlbi onunla bir döyünərdi… O böyük ürəkli insan elə bu səmimiyyətlə də Azərbaycandan dünyaya bir pəncərə açdı. Elə bir pəncərə ki, bu gün də, haqqında dünyaşöhrətli siyasətçilər, ölkə başçıları ağızdolusu danışır, onun dünya siyasətçiləri arasında öz çəkisi və yeri olduğunu xüsusi vurğulayırlar…  

Bütün dahilər kimi onun da yoluna daşlar atıldı. Ancaq ayağına dolaşmağa çalışanlar özləri dolaşığa düşüb bir küncə çəkilməyə məcbur oldular.

Azərbaycan isə inkişaf elədi, ölkədə iqtisadi-sosial vəziyyət dəyişdi, mədəni həyatda çoxlu uğurlar qazandı. Dünyada söz sahibi oldu. Heydər Əliyev böyük dövlətlərin başçıları ilə dostluq münasibəti quraraq onlara Azərbaycanı tanıtdı.

Onun üçün hər addım Azərbaycanın gələcəyinə hesablanmışdı. Elə indi də bu dahi insanın ideyaları bizimlə yaşayır. Belə ki, Ulu Öndərin siyasi kursunun yetirməsi olan ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzla qələbə qazandı və ata vəsiyyətini yerinə yetirməklə bu böyük insana olan mənəvi borcumuzu yerinə yetirdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun canından artıq sevdiyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında   quruculuq işləri sürətlə həyata keçirilir. Keçmiş məcburi köçkünlər artıq öz doğma ocaqlarına qayıdırlar.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük fəxr hissilə xatırlayıram – Firuzə Məmmədli yazır

Böyük fəxr hissilə xatırlayıram

Tarixin fenomen dövlət rəhbərləri sırasında özünəməxsus liderlik şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə, əhalinin sosial-ictimai vəziyyətinə daim diqqət yetirən, ağsaqqala, ağbirçəyə, uşağa, böyüyə hörmətini, ehtiramını, qayğıkeşliyini əsirgəməyən yüksək mədəniyyət, mənəviyyat, mərifət, insanpərvərlik, təvazökarlıq nümunəsi idi.

Onun orta məktəb müəllimi olmuş Sona xanım adlı yaşlı müəlliməsinə qayğıkeşliyi, ehtiramı yaddaşlarda dərin iz buraxmışdır. Bu böyük ürəkli şəxsiyyət böyükdən-kiçiyə, hamının səsini eşidir, sözünü dinləyirdi. 1995-ci ilin gərgin siyasi-ictimai hadisələri zamanı Ulu Öndərin əvvəlki fəaliyyətini işıqlandıran “Rəhbər və xalq” adlı silsilə məqalələrimi “Səs” qəzetində çap etdirmişdim. Bu gün də böyük fəxr hissi ilə xatırlayıram ki, bu böyük insan məqalələrin hamısını oxumuş və mənə çatan məlumata görə, razılıq hissi ilə mənim şəxsiyyətimlə maraqlanmışdır.

Bir dövlət başçısı olaraq, onun daxili siyasətində xalqının sosial-ictimai vəziyyətinin daim yüksələn xətt üzrə inkişafı, xarici siyasətində dost ölkələrlə inam, etibar, səmimiyyət, düşmənlərlə ehtiyatlılıq, səbr, dözüm, siyasi manevrlər, diplomatik gedişlər bir-birini yaxşı tənzimləyirdi.

Ölkə daxilində əlində hədsiz imtiyazlar toplamağa həris olanları daim şəxsi nəzarətində saxlayır, onların yolunu azmasına imkan vermədən vaxtında ipini yığırdı.

Onun daxili siyasətində elm, təhsil, ədəbiyyat və incəsəntin milli özül üzərində bəşəri dəyərlərə hesablanması istiqaməti mühüm yer tuturdu. Ana dilimizin saflığı, qorunması, yeniləşməkdə olan dünya dəyərlərində öz yerini möhkəmləndirməsi kimi, tarixi varlığımızı dünyaya sübut edən bir nömrəli amili bir an da olsun nəzərdən qaçırmırdı. Ulu öndərin ana dilimizin Dövlət dili olması istiqamətində misilsiz əməyi olmuşdur. 1978-ci ildə SSRİ Konstitusiyasının yenilənməsi zamanı bu sənəddə Azərbaycan dilinin Dövlət dili olması barəsində heç nə yazılmamışdı. Bu o demək idi ki, Dövlət idarələrində daim işlək olan rus dili Dövlət dili kimi möhkəmləndirilməlidir. Elə bu zaman Ulu Öndərin uzaqgörən düzgün siyasəti və möhkəm iradəsi öz gücünü göstərdi. Bu böyük şəxsiyyət məsələnin Respublikamızın və varlığımızın xeyrinə həll olunması yolunda nüfuzlu ziyalı intellektini hərəkətə gətirdi. Müzakirələr, etirazlar, təkliflər öz bəhrəsini verdi. Heydər Əliyev iradəsi qalib gəldi.

Bir həqiqəti də heç cür danmaq olmur ki, ölkəmizdə nə vaxt siyasi-ictimai ab-hava gərginləşirdi, quruluş dəyişikliyi baş verirdi, dərhal dil məsələsini ortaya atan yetiklər peyda olurdu. XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də, yəni 1995-ci illərdə də belə bir cəhdlə üzləşməli olduq: Dilimizin adı Türk dili, yoxsa Azərbaycan dili olsun? Rəhbərin bu məsələ barəsində, əlbəttə, şəxsi qənaəti var idi. Yəni dilimiz türk dilləri ailəsinə məxsusdur. Özbək, qazax, qırğız, tatar, türkmən, qaqauz və s. dillər kimi. Ümumtürk kontekstindən şaxələnib milli dillər kimi lokallaşan bu dillərdə danışan xalqların heç biri dilinin adını dəyişmək barəsində iddia qaldırmır. Bununla belə, Ulu Öndər özünəməxsus demokratik iradəsi ilə məsələni geniş ictimaiyyətin müzakirəsinə çıxartdı. AMEA-nın böyük iclas zalında keçirilən geniş müzakirədə “Azərbaycan dili” adının saxlanılması qərara alındı.

Ulu Öndərin ədəbiyyat, mədəniyyət xadimlərinə qayğısının bir təzahürü də iki ildən bir bu sahə adamları üçün bina tikdirmək, onların sosial vəziyyəti ilə vaxtaşırı maraqlanmaq, yubileylərində şəxsən iştirak etmək, hətta məruzə eləməkdə özünü büruzə verirdi. Belə şəxsiyyətlərin xahişi ilə şəxsi görüşlər keçirərkən onların yaradıcılığı ilə əvvəlcədən şəxsən özü tanış olur, onların əsərləri barəsində elə qiymətli fikirlər söyləyirdi ki, bu sahə mütəxəssislərinin özü heyran olurdu. Ulu Öndər hətta xəstə sənət adamlarını belə, xəstəxanada ziyarət edirdi. Qayğı və ehtiyaclarını onların öz dilindən dinləyirdi.

Budur, artıq bu dahi şəxsiyyətin – xalqımızı, Vətənimizi bir çox qaranlıqlardan işıqlığa çıxaran, çox bəlalardan xilas edən ulu rəhbərin anadan olmasının 100 ili tamam olur. Və tarixin müxtəlif dövrlərində ad təkmilləşməsi keçirə-keçirə bu gün Azərbaycan adı ilə parlayan ölkəmizin müasir yaşam istiqaməti, sabitliyi, əmin-amanlıq da Ulu Öndərimizin idarəçilik proqramını, dövlətçilik kursunu uğurla davam etdirən möhkəm əllərdədir.

Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun.

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Heydər Əliyevin böyük ədəbiyyat siyasəti – İsa HƏBİBBƏYLİ

Heydər Əliyevin böyük ədəbiyyat siyasəti

Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət masştabını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir. Ulu Öndər həmişə bu fikirdə olmuşdur ki: “Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir”.

Həqiqətən, tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin həyatında və fəaliyyətində mühüm yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı, cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun Naxçıvanın teatr mühitində yaxından iştirak etdiyini, “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları məharətlə ifa etdiyini xatırlayırlar. Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Vaxtilə Heydər Əliyevlə Naxçıvan Pedaqoji Texnikumunda eyni sinifdə təhsil almış Firuzə Rzayeva Heydər Əliyevin ədəbiyyat dərslərində xüsusi qabiliyyət nümayiş etdirdiyini, onların ədəbiyyat müəllimləri olmuş Lətif Hüseynzadənin bu çalışqan və bacarıqlı gəncin istedadına yüksək qiymət verdiyini xüsusi olaraq vurğulamışdır. Texnikumdakı daha bir tələbə yoldaşı Dövlət Məmmədov isə Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazmışdır: “Yadımdadır, Lev Tolstoyun “Hərb və sülh” romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı… Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda adətən baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı”. Bütün bunlarla bərabər, bu görkəmli tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.

Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı klassiklərini mütaliə etmək, dərindən bilmək və yadda saxlamaq baxımından Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət başçısı göstərmək çətindir.

Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında nitqlərinə, çıxışlarına, yazıçılara ünvanladığı təbrik məktublarına əsaslanaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim dövrlərdə və ya öz dövründə yaşayıb-yaratmış görkəmli yazıçı və şairlərinin demək olar ki, mütləq əksəriyyətinin əsərlərini diqqətlə oxumuş, özü üçün konkret nəticələr çıxarmışdır. O, dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının şedevrlərinə də yaxından bələd idi. Bu dahi şəxsiyyət söz sənəti dühalarının əsərlərini və ideyalarını dərindən mənimsəmişdir. Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi, “bunun birinci səbəbi özünün də dəfələrlə etiraf etdiyi və konkret əməllərində sübuta yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik irsimizə və çağdaş ədəbi-mədəni prosesə bələdliyidir”. Bu səbəbdəndir ki, Heydər Əliyevin ümumiyyətlə ədəbiyyat haqqında, yaxud da ayrı-ayrı yazıçı və şairlər haqqındakı nitqləri və çıxışları yüksək professional şəkildə səslənmişdir. Bu dahi şəxsiyyətin ədəbiyyata, konkret olaraq sənətkarların yaradıcılığına verdiyi qiymətlərdə bədii yaradıcılığa ictimai baxışla müasirlik anlayışı həmişə biri digərini izləmiş və tamamlamışdır. Azərbaycan Yazıçılarının 1971-ci ildə keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən X qurultayınadək bütün mötəbər tədbirlərində iştirak və çıxış edən Heydər Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin və mənəviyyatın inkişafındakı rolu ilə eyni səviyyədə müasir həyatın inkişafındakı borcu və vəzifələri də ən zəruri məsələlər sırasında xüsusi yer tutmuşdur. Xüsusən, Azərbaycan yazıçılarının qurultaylarındakı tarixi nitqlərində o, klassik ədəbi irsə də, müasir ədəbi prosesə də respublikada dövlət səviyyəsində apardığı işlərin üzvi tərkib hissəsi kimi baxmışdır.

***

Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Bu baxımdan millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Əslində bu prinsiplər qüdrətli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin və siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində sadəcə yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla daim özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə sovet rejimi çərçivəsində olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasət ölkədə tarixi yaddaşın oyanışı milli-mənəvi dəyərlərin, inkişaf etdirilməsi mənasında özünün böyük bəhrələrini vermişdir.

Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etdirilmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovetlər İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələridir. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun  anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona əzəmətli heykəl ucaldılması dövrün tarixi hadisəsinə çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi şəkildə milliyyətçi hesab edərək onu ictimai-ədəbi mühitin arxa planına keçirdiyinə görə, Heydər Əliyev bu böyük şəxsiyyətin yubileyini keçirmək və heykəlini qoymaq üçün Moskva-Kreml səviyyəsində iş aparmalı olmuş və mühüm əhəmiyyətə malik olan həmin tədbirləri həyata keçirməyə nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov yenidən Azərbaycan xalqına qaytarılmışdır.

Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi məqsədyönlü ümummilli siyasət Azərbaycanın dövlət müstəqilliyi dövründə dövlətçilik işinin möhkəm bünövrəsini təşkil edir. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında ədəbiyyat faktorundan geniş istifadə etmişdir. Bu mənada Heydər Əliyevin dövlətçilik təlimində müxtəlif dövrlərdə həyata keçirilmiş ədəbiyyat siyasəti bir-birini tamamlayır. 

***

Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinə dair formalaşmış ənənələr ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən əsası qoyulmuş yazıçı  zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatının verilməsinin yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.

***

Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.

Müəllif: İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

İlkin mənbə: /edebiyyatqazeti.az/

İSA HƏBİBBƏYLİNİN YAZILARI


HEYDƏR ƏLİYEV 100


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI

HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI

Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri əvəzolunmazdır. O imperiya dövründə, istiqlalımız dövründə də həmişə lider olub.  Otuz ildən artıqdır ki, Azərbaycan xalqının gözü qarşısında dahiləşən, ulu öndər  Heydər  Əliyevin ömür salnaməsini dönə-dönə  oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Çünki  Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

Dünyanın ən qədim neft  ölkələrindən olan Azərbaycanın neft sənayesi ‎özünün 150  illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.

İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da,  Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.

Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.  İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.

21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.

1970–1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda 1 milyard ton neft çıxarılmışdır. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanmışdır. 1980-ci ildə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə “Çıraq” yatağı kəşf edilmişdir. 1987-ci ildə “Azəri” yatağı kəşf edilmişdir. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanmışdır və “Kəpəz” yatağı aşkar edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı.  O dövrdə Azərbaycan  Prezidenti Heydər  Əliyevin  sərəncamı ilə Azəri-Çıraq-Günəşli  yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi- “Əsrin müqaviləsi” imzalandı.

Əsrin müqaviləsinin imzalanmasından keçən 20 ildən artıq müddət ərzində ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edilmişdir. Əsrin müqaviləsinə əsasən  xarici neft şirkətlərinin   imzaladığı  sazişlər,  Azərbaycanın neft-qaz sənayesinə qoyduqları sərmayə  respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir.

Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin çıxışıdır. Bundan başqa  “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində  TANAP qaz kəməridə istifadəyə verilmiş və  “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP  kəmərinin tikintisi də davam etdirilir.

Bakı-Novorossiysk, və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və  düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini vacib  bildi. Çünki  neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. Neft kəmərin açılışı 2006-cı ilin may ayının 28-də reallaşmısdı. Azərbaycanın Enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.

Azərbaycanın milli sərvəti olan neftdən  gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə alan ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” 1999-cu il dekabrın 29-da fərman imzalamışdır.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Heydər Əliyev öz ideyaları, Azərbaycanın sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə yaşayır və yaşıyacaq. 

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru