
BU GECƏ
Uçub arzuların qanadlarında
Sənin görüşünə gəlləm, bu gecə!
Anladıb bitməyən hekayətimi,
Dərdimi Səninlə böləm, bu gecə!
Qaranlıq gecənin qaranlığında,
Halımı nə görən, nə də soran var.
Sənin ayaqların toxunan yerə,
Üz qoyub səssizcə ölləm, bu gecə!
Axı Sən bunları biləsən hardan,
Sən ki, xəyalətin xoş xəyalısan.
Ruhum da ilantək çıxır qabıqdan,
Deyəsən gerçəyə dönnəm, bu gecə!
Müəllif: QƏNDAB
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var