Avqustun 5 -i quyruq doğan və yaxud da ki quyruq donan gecədir. Xalqımızın soy-kökünə bağlı olan adət-ənənələrimiz vardır. Öz adət-ənənələri,milli-mənəvi dəyərləri ilə dünyada tanınan xalqımız hər zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutub. Bəli ,əzizlərim,gözümüzü açıb yumduq 2023 -cü ilin 8-ci ayını da inşallah geridə qoyuruq. Xalqımızın bütün adət-ənənələri haqqında rəhmətlik babam Babakişidən və dədəm (atam) Ağaxandan çox eşitmişdim.Onlar deyərdilər ki,quyruq doğduqdan sonra yaylaqdakı mal-heyvan üzü arana tərəf yatarlar .Və bununla da, artıq maldarlar havaların soyuduğunu, yaylaqdan enməyin vaxtının gəlib çatdığını bilərdilər. “Qora bişirən ay ” 15 iyuldan 15 avqustadək davam edir və bu ayın içində yəni avqust ayının 5-i “Quyruq donan” gecə sayılır. Avqustun 15 i quyruq doğdunun son gecəsi sayılır.Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür. Bir sözlə payızın gəlişindən xəbər verən “Quyruq doğan” gecə üzü payıza doğru getdiyimiz üçün qışa tədarük görməyimizi bir daha bizə xatırlar. Özünüz də görəcəksiniz ki, bu gecədən etibarən axşamlar artıq şeh düşəcək. Minillərin sınağından keçən gecəmiz öz mübarək qədəmlərilə yurdumuza-yuvamıza əminamanlıq,ruzi-bərəkət gətirsin.
1-ci Liqada mübarizə aparacaq “İrəvan” komandası səviyyəli futbolçular transfer etməklə heyətini gücləndirir
Klubun Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlının verdiyi məlumata görə, “İrəvan” FK-nın idarə heyətinin növbəti iclası keçirilib. Klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyev ASK Arenada aparılan məşqlərdən,qısa bir zamanda yeni transfer olunan oyunçularla gücləndirilən komandadan danışdıqdan sonra transfer olunan növbəti futbolçunu,”Neftçi “klubunun yetirməsi Vüsal Əsgərovu ictimaiyyətə təqdim ediblər. Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.
Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev və 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşov, baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri – Adil Məmmədovu və Vidadi Hüseyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı,telejurnalist Leyla Səməndər, “Sportinfo” qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Bu gün Təranə MƏMMƏD öz “Sirr”ini oxucularla bölüşdü. İçərişəhər – Bookhouse & Cafedə gerçəkləşən görüş məkana, mən deyərdim ki, söhbətin predmetinə uyğun olaraq bir qədər fərqli formatda təşkil olunmuşdu. Əksəriyyəti adlı-sanlı qələm adamları olan qonaqların oxucu qismində iştirak etdiyi görüş geniş və əhatəli diskusiya şəklində əsl nümunəvi bir tədbir kimi yaddaşlara yazıldı. Tədbirdən fotolar: