Kateqoriya arxivləri: MÖVLUD AĞAMMƏD

QARABAĞIN DƏRDİNİ GÖRDÜK ÖZ GÖZÜMÜZLƏ – MÖVLUD AĞAMMƏD

Mövlud AĞAMMƏD – şair, pedaqoq.

QARABAĞIN DƏRDİNİ GÖRDÜK ÖZ GÖZÜMÜZLƏ
Bu torpaqdan anadan olmamış qovulmuşuq,
Anamızın dərd dolu südüylə yoğrulmuşuq,
Gəlib çatdı vədəmiz, gör necə oğulmuşuq.
İz açdıq cığırlarda öz köhnə izimizlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Qarabağ Azərbaycan, söylədi Baş Komandan,
Səsinə səs verdilər, keçdi igidlər candan,
Qisas aldı Ordumuz murdaryan, rəzilyandan.
Qaralan ocaqları yandırdıq közümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Hay verin Zəngilanın, Qubadlının hayına,
Ağdərə, Xocalını axtarın, arayın ha,
Xarı bülbül yolmasın, saçını darayın ha.
Qucaqlaşıb ağladıq özümüz özümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Burda Cəbrayıl, Ağdam, burda Füzuli vardı,
Kəlbəcərim üşüyür, yanır, tonqal da qardı,
Daş üstdə daş qalmadı, Laçınımı apardı.
Tərtərdən Xankəndinə yol aldıq dizimizlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Baxıb Şuşa qürurla ürəyində ağladı,
Hələ də açıq qalmış, yarasını bağladı,
Salam, Şuşa, azadsan!!! Gur səsimiz çağladı…
Bilirdim, gələcəksiz, gülürdü üzümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
* * *
Bir yumruqda birləşdi zəfər soraqlı ordum,
Azadlığa qovuşdu Qarabağ, ana yurdum,
Şəhidlik zirvəsində son məkanımı qurdum.
Son qəmin olsun, Vətən, dedik öz sözümüzlə,
Qarabağın dərdini gördük öz gözümüzlə.
8.12.2020.Zərdabi.
Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – QƏZƏL

Mövlud Ağamməd – şair, pedaqoq.

İNSAN

Dövranı dəyişməklə dəyişməz özü insan,
Əvvəlcə dəyiş batinini, ey üzü insan.
* * *
Çoxdan bəri düşmür yolu bəxtin bu tərəfdən,
Çün bəxtəvərəm söyləyənin düz sözü insan.
* * *
Hərçənd özü rəngin alacaqdır qara daşdan,
Hər rəngə də rəngdir deyə bilməz, düzü, insan.
* * *
Həsrətdə keçən ömrə qəriblik adı yazmış,
Ol dəm ki, yetər vəslətə dönməz üzü, insan.
* * *
Keçmək ilə dünya evinə haq qapısından
Əyməklə boyun danmadı, Mövlud, düzü insan.

25.03.2021. Quba – Zərdabi.
Müəllif: Mövlud Ağamməd.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru