Aprel ayının 28-də 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.
Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.
Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.
Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məcbur oldular.
Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.
Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.
Bundan ruhlanan bolşevik komandirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.
Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.
Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.
Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıxlar, Güdəkli, Ağaşirinoba, Dəvəçinin Gəndov, Qalagah, Zöhramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşeviklər minlərlə əsgər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.
Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.
Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məmməd əfəndi və Molla Məhəmməd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəyləri – Həsən bəy, İbrahim bəy, Mürsəl bəy, əslən Dağıstanın Miskincə kəndindən olan Ləzgi Məhəmməd, Osman Mayıl oğlu, polkovnik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2
2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12
3. Vikipedia.az
4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144
Qoçuluq XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.
“O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.
Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı, həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlarsa, Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: “…quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla dolu olardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı.
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara ləkə idi. Lakin qoçuların üzərinə pis bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Çünki ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Əlabbas Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını çəkərək yazırdı: “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Nəcəfqulu Rzaqulu oğlu, Məhəmmədli kəndindən Şiruyə, novxanılı Məhəmməd Hüseyn öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50]. Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq, Nəcəfqulu Rzaqulu oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son və qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına yaman girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü bir neçə yerdən güllə yarası almışdı. Amma anası Güldəstə namaz üstəymiş deyə, yaraları o qədər də ağır deyilmiş” .
Düşmənə qarşı öz dəstəsi ilə Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov olmuşdur. Bu hadisələrdən 1 il sonra onun ö z dilindən dedikləri, Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına aid 4 eyni 5-ci səhifənin ağ qalmış arxa tərəfində köçürülmüş və orada belə qeyd olunmuşdur: Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb küçəyə çıxır və Müsavatın firqə idarəsinə gəlir. Burada ona Nikolayevski (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi Hilal nökəri Kərbəlayi Səfərə döyüşün ən gərgin anında geri getməsini bildirir: “Kərbəlayi Səfər, neçün durmuşsan, get! Artıq mən buradan çıxacaq deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş açdığı vaxt Kərbəlayi Səfər: “Hərgiz mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı Kərbəlayi Əbdülhəmid gəlib çıxır və Məşədi Hilal ondan yardım istəyir. Çox çəkmir ki, o, iki türk əsgər, iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.
Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə müsəlmanların davası başlamışdır”. Dadaş Rzazadə daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra düşmənlərin bolşeviklər deyil, ermənilər olduğunu bildik” .
O, Mixaylov xəstəxananın yaxınlığında dostu Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.
Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət Novxanıda qalıb qanlı mart günlərində aldığı yaralarını müalicə etdirir. Burada eşidir ki, ermənilər Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib çıxır, Dəvəçidən sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən Məhəmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.
Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları bahasına onların müdafiəsinə qalxmışlar.
MÜƏLLİF: ORXAN HÜSEYNOVQuba şəhərində “Soyqırımı Memorial Kompleksi”ninəməkdaşı.
SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR
Yer üzündə ilk insan qətlinin ibtidası elə ilk insanın yaranmasından başlasa da bəşəri cinayətlər, soyqırım faciələri bugün də davam etməkdədir.İnsanlığa qarşı törədilən bu faciələr bəşəriyyəti və onun gələcəyini təhdid edən soyqırımı akt kimi qiymətləndirilir.Tarixin müxtəlif mərhələlərində kütləvi insan qətliamları, bəşəri cinayətlərlə bağlı bir çox kədərli nümunələr vardır. İnsanlığa qarşı törətdilən amansız qətliamların baiskarları tarixin zibbiliyinə atılmış, Tanrı tərəfindən də bəşəriyyət tərəfindən də əbədiyyətə qədər lənətlənmişlər. Tarixi mənbələr, o cümlədən müqəddəs kitabların mətinləri bu qətl və faciələr haqqında bilgilər, əhvalatlar nəql edir ki, bu qətliamları və onları törədənləri bəşəriyyət heç vaxt unutmasın, insanlar bu hadisələrdən örnək götürsünlər.
Baxmayraq ki, bütün dinlər insanı ən dəyərli vaqrlıq hesab edir, insanın həyat haqqının, yaşamq hüququnun müqəddəsliyini təlim edir. Heç bir halda günahsızların, dinc insanların qətlinə nəyin ki bəraət qazandırır əksinə buna rəvac verənlərin həm bu dünyada lənətlənəcəyini, həm də İlhi Ədalətin bərqərar olacağı axirət dünyasında mühakimə olanacaqlarını açıq şəkildə müqəddəs kitablarda bəyan edir.
Sözsüz ki, insan qətli cinayətlərinə İslam dininin münasibətini anlmağımız üçün ilk növbədə Qurani Kərimin kainatdakı bütün yaratılışlara, bu yartılışlar içərisində xüsusi hörmətə layiq bilinən insana verdiyi dəyərlərə baxmalıyıq. Uca yaradan insana yüksək ehtiram göstərərək İsra surəsinin 70-ci ayəsində buyurur: Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Qurani-Kərimə görə insanın xəlq edilməsinin əsas məqsədlərindən biri də insanın yer üzərində Allahın xəlifəsi- canişini olmasıdır. Bəqərə surəsinin 30-cu ayəsində Allah Tala buyurur: Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Heç şübhəsiz ki, bütün səmavi dinlərin kəlamlarında insan ən dəyərli varlıq hesab olunur, insan qətli və qətliamlar Uca Yaradana qarşı həddi aşma və Ona qarşı üsyankarlıq hesab edilir. İslam dininin təlimlərinə görə insanın yaşmaq hüququ ən dəyərli,ən müqəddəs hüquqdur. Məhəmmdə peyğəmbər(s) hədis kəlamının birində buyurur:Hər müsəlmanın bir başqa müslümana qanı, malı namusu haramdır.
İslam dini hər bir insanın yaşamq hüququnu toxunulmaz hesab edir, hətta ana bətnində körpənin də. Bunun üçün ilk olaraq fərdlərin özü , ikincisi cəmiyyət, üçüncüsü isə dövlət bu hüquqları qorumalı, onun təcavüzə məruz qalmasından mühafizə etməlidir. Bu hüquqların təmini və qorunması üçün İslam dini bir sıra huquq qaydaları təsis etmişdir. Belə ki İslam dini müəyyən olunmuş hallar istisna olmaqla insan qətlini qadağan edir. Qurani Kərimin əl-Ənam surəsi 151-ci ayədə buyurulur: (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
İslam dinində insan qətlinin hüquqi cəzaları
İslam dinində insan həyatını qorumaq müsəlman hüquq sisteminin (şəriət) əsas məqsədlərindən biri sayılır. Buna görə də insanın ilk yaradılışından bu yana insan canına qıymaq ən böyük günahlardan biri hesab olunmuşdur. Uca Yaradan Qurani Kərimin Maidə surəsinin 27-30-cu ayələrində buyurur: Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.Heç şübhəsiz ki,bu ayələr bir sıra mənalara dəlalət edir. Belə ki, bir insanı qətl etməkdən çəkinmək Allah qorxusundan, təqvadan, inancdan və insanın həqiqi imana sahib olmasından irəli gəlir. Günahsız bir insanın qətlinə bais olan bir kəs axirət dünyasında əzaba düçar qalacağını bildirir. Belə bir günahı işləyən kəs Allah yanında da ziyana uğrayanlardan olacaqdır.
Qurani Kərim ümumiyyətlə rəngindən, irqindən, dinindən və ictimai statusundan aslı olmayraq heç bir insanın digər bir insanı qətl etməməsini vurğulayır. Heç şübhəsiz ki, burada ilahi xitab hər kəsə yönəlibdir. Uca Yardan Maidə surəsinin 32-ci ayəsində buyurur: Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Məhəmməd (s) peyğəmbərdən rəvayət olunan bir hadisədə nəql olunur ki, Peyğmbərin zamanında Mədinə şəhərində bir nəfər müəmmalı şəkildə qətlə yetrilir, onun kim tərəfindən qətl edildiyi məlum olmur. Peyğəmbər (s) kürsüyə qalxır və belə deyir: Ey cammat, mənim də sizin içinizdə olduğum halda, bir nəfər insan qətlə yetirilir, və onu öldürən kimdirsə də bilinmir!!?? Əgər yerdə və göydə olanlar yığılb bir nəfəri haqsız yerə qətlə yetirsələr Allah ondan ötrü insanların hamısını cəzalandırar, əzaba düçar edər! Hədisin məzmunundan açıq görünür ki, bu qayda hamıya şamil olunur. Burada öldürülənin müsəlman yaxud qeyri müsəlman olmağının heç bir fərqi yoxdur. Həzrəti Məhəmməd peyğəmbər qeyri müsəlmanları (əhli zimmə, muahhid-müsəlman torpaqlarında yaşayan qeyri-musəlman ) xüsusi olaraq qeyd etməklə aşağıdakı hədisdə buyurmuşdur: Kim bir muahidi (müsəlman toplumunda yaşayan qeyri müsəlman) qətlə yetirərsə Cənnətin qoxusunu da duymaz, halbuki, onun qoxusu 40 illik məsafədən duyular.
Göründüyü kimi, yuxarıda qeyd olunan bu hədisin hökümü Qurani- Kərimin Nisa surəsinin 93-cü ayəsində gələn hökümlə birdir. Belə ku Ayədə deyilir: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Belə bir qətldə iştirak edən də eyni cəzaya yaxalanacaqdır. Belə ki Həzrəti Məhəmməd peyğəmbər bir digər hədisdə buyurur ki, kim bir müsəlmanın ölümünə adi bir sözlə də olsa baiskar olarsa axirət günündə Allahın qarşısına iki gözünün arasında “Allahın mərhəmətindən ümüdü kəsilmiş yazılaraq çıxar” .
Qurani-Kərimin ayələrinə və Məhəmməd(s) peyğənbərin kəlamlarından açıq aydın görünür ki, İslam dini günahsız bir insanın öldürülməsini qadağan edir. Qəsdən və ehtiyatsızlıq səbəbindən baş vermiş ölüm hadisələri üçün isə cəza və qaydalar qoymuşdur. Bu halda Qurani Kərim dini və dünyəvi baxımdan həmin şəxsin necə davranmağını açıqlayan qaydalar müəyyənləşdirir. Uca Yardan Nisa surəsinin 92-ci ayəsində buyurur: Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır.
Həmçinin İslam hüququ cəzanı, törədilən cinayətin miqdarına bərabər olmasını müəyyən etmişdir. Allah tala Bəqərə surəsinin 178 –ci ayəsində büyurur: Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.Bundan sonra isə haqsız yerə öldürülənlər barədə ümumi hökm müəyyənləşdirir, Allah Tala Ənam 151-ci ayədə buyurur: Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
Yəhudilik və Xiristianlıq insan qətlinin qadağan olunduğunu təlim edir
Səmavi kitablardan məlum olduğu kimi, ilk insan qətli elə ilk insan toplumunun yarandığı vaxtlardan baş vermişdir. Heç şübhəsiz bu qətl ilk insanlar arasınada ortya çıxan ziddiyyətli fikirlər, istəklər və ehtiraslar səbəbindən baş vermişdirş. İlk insan qətli barədə bütün qədim şəriətlərdən (qanunlardan) və dinlərdən əhvalatlar və qissələr nəql olunmaqdadır.
Tövrat insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Yəhudilik insan qətlinin baş verdiyi fərqli sütuatisyaları fərqləndirir. Belə ki, Tövrat baş vermiş cinayətin dərəcəsinə uyğun olaraq qəsdən adam öldürmə, yaxud səhvən adam öldürməni ayırır, hər birinə ayrı-ayrı xüsusi cəza növləri nəzərdə tutur.Tövratın mətnlərində ölüm cəzasına məhkum olunanlar və bədən xəsarətləri yetirənlərin cəzaları barədə Çıxış 21 mətnlərində bildirilir: 12Adam vurub öldürən şəxs öldürülməlidir. 13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 15Atasını yaxud anasını döyən adam öldürülməlidir. 16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.17Atasını yaxud anasını söyən adam öldürülməlidir. Yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq kimi əxlaqi sifətlərin olması tələb olunsa da Tövrat insan həyatının dəyərini nəzərə alaraq öz təlimlərində istisnasız olaraq, insan qətlinin və xəsarətinin bütün hallarıda qisas cəzasını hökm edir, onlardan hər hansı biri üçün qarşı tərəfin bağışlanması hökmünü nəzərdə tutmur.
İncil insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Əhdi-ətiqə gəlincə isə, o haqsız yerdə insanın qətlə yetirilməsini qadağan edir. Əhdi-Ətiqin Çıxış mətnin 10 vəsiyyətində insanın insanı qətl etməsininin qadağan edildiyini görürük . 13 Qətl etmə. 14 Zina etmə. 15 Oğurluq etmə. 16 Heç kimə qarşı yalandan şahidlik etmə.
Bundan başqa Əhdi-Ətiq bizə Adəm övladıları arasında ilk insan cinayəti olaraq Qabilin öz qardaşı Habili necə öldürdüyünü və Allahın Qabili bu cinayətə görə necə cəzalandırdığını nəql edir:8 *Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 * Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
Əhdi-Ətiq Çıxış 21 mətninin 12-ci kəlamda insan qətli qadağan edilir, o cümlədən insan qətlinin cəzasını da müəyyənləşdirir . Buna görə də orada qisas cəzasının tətbiqinə hökm verilir- Kim öldürsə, öldürülməlidir. Orada oxuyuruq: Adam vurub öldürən şəxs öldürülməlidi.
Əhdi-Cədidə gəlincə isə, orada, Matta 21-23 kəlamlarında İsa Məsihdən qətlin və qatilin cəzası barədə təkidlə nəql olunur. Bu Kəlamlarda İsa Məsih nəinki qətli qadağan edir, O cümlədən insan qətlinə gətirib çıxaran, qəzəb xüsusiyyətini də qadağan edir, bu xususiyyəti daşıyanı ölüm cəzasına layiq bilinir: (Hirs və qətl) Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.(21)
Səmavi dinlərin təlimlərindən məllum olur ki, müqəddəs kitabların heç biri insan qətlini, insan soykökünün məhv edilməsini təşviq etmir, əksinə insan qətlini qadağan edir. Günhasız insan qətlinə bais olan kəsə həm bu dünyada həm ölümdən sonrakı dünyada şiddətli cəza vəd etməklə insanları bu təhlukəli əməllərdən çəkindirir. Eyni zamanda insanları yaxş işlər görməyə, gözəl əməllər işlətməyə təşviq edir. Səmavi kitablara məxsus inancın əsasları insanları Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etməyə dəvət edir. Ardınca isə ardıcıllarını humanizm prinsiplərinə söykənən fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s kimi əxlaqi dəyərlərə çağırır
ERMƏNİLƏRİN AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ “BÖYÜK ERMƏNİSTAN ARZUSU“
(1918-1920-Cİ İLLƏR)
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi – azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Sonrakı mühüm tarixi hadisələr – 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və XI Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa da 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanılmış, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan xalqı bir daha öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır. Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqı üçün heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur. Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. Əslində bütün bu hadisələrin hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar.
I Dünya müharibəsinin başlanması ilə, 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, neftlə zəngin Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.
Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.
I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 6 vilayəti ərazisində “Böyük Ermənistan”ı yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər. Çoxsaylı erməni əhalisi “Daşnaksutyun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirilər.
Bu cəza əməliyyatı “Daşnaksutyun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində Erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək Erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin “dənizdən dənizə” qədər uzanan “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.
Bakı qəzası-Mart 1918-ci il
1918-ci ilin martında Bakıdasiyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Ter-Mikaelyans Erməni Milli Şurası və “Daşnaksutyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış 36 cild 3500 vərəq istentaq materiallarından 6 cild və 740 vərəqi təkcə Bakı və onun ətraf kəndlərində baş verən faciələrlə bağlıdır. Bu sənədlərdən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlman öldürülmüş, xalqın bir çox ziyarətgahları o cümlədən Təzə pir məscidi və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş və şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edilmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.
Quba qəzası-Aprel-May 1918-ci il
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Qubada da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi buraya Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız ermənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Hamazaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini inkar etmirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm” deyirdi. Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Harınlamış ermənilər qocalara, uşaqlara, qadınlara belə aman verməyərək qabaqlarına çıxan bütün müsəlmanları məhv etmişdilər.
Şahid ifadələrinə görə aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin burada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qeyri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə “Dəyirmançı” ləqəbli yerli erməni Harutyun Hayrapetov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.
Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyidlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi əhalini qorxutmaq və vahimə içində saxlamaq. Zorakılıqlar, qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.
Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdir. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur.
Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayan vəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların meyitlərindən əl çəkmirdilər. Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi.
Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən ailələrə dəymiş ziyan ümumi şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdir.
Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600-700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi
1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmış, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmişdir.
Quba qırğınlarının birbaşa təşkilatçıları – Şaumyan, Korqanov, icraçıları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idilər. Bolşevik və daşnak S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi – soyqırımı hadisəsi idi.
Şamaxı qəzası-1918-ci il
Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı soyqırımı ayrıca yer tutur.Şamaxı qəzasında bədnam S. Lalayanın və T. Əmirovun rəhbərlik etdikləri erməni daşnakları azğınlaşaraq müsəlman əhaliyə misli görünməmiş divan tutmuşlar. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, pullarını alır, sonra ailələri bütünlüklə qətlə yetirmişlər. Eləcə də S.Lalayanın əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidlərinə, həmçinin VIII əsrə aid olan Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırmışlar. Zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.
Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdır. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai bina¬lar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilmişdir.
Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumlarından zərər çəkmişlər. Hücumlar zamanı və əsirlikdə öldürülənlərin – ümumi sayı 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülmüşdür. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi 607.167.420 rubl təşkil etmişdir.
Şamaxı soyqırımını Azərbaycanın digər bölgələrindəki soyqırımlarından fərqləndirən cəhət qəzanın molokan-rus əhalisinin də bu hadisələrdə ermənilərlə birgə fəal iştirakı olmuşdur. Şamaxı soyqırımına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsinin miqyasını bilməyə imkan verir.
Göyçay qəzası-1918-ci il
1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün evlər talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir. Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir. 1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.
Cavad qəzası-1918-ci il
Aprel ayının əvvəllərindən başlayaraq erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından başlayaraq Kür boyu hərəkət etmiş və qəzanın azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi və Hilə-Mirzəlikəndə hücumlar etmişlər. Gözlənilmədən kəndləri mühasirəyə alan erməni daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə yetirilmiş, 44 yaşayış evini , kənd məscidini, müqəddəs kitabları yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər. Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndlər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə misli görünməmiş vəhşiliklə qətlə yrtirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Məşədi Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edilişdir. Bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əlimərdan bəy Topçubaşovun arxivindən aşkar edilmişdir. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olmuşdur.
Novruzova Leyli Mustafa gızı 1962-ci ildə Quba şəhəri Səbətlər kəndində anadan olmuşdur. 1979-cu ildə Şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbi bitirib. Dörd övlad (2 oğul və 2 qız)anasıdır.1992-ci ildə Sumqayıt şəhərində N. Nərimanov adına mədəniyyət evi nəzdində birillik muhasibat ucotu kursunu və 2013-cü ildə “İnsan və təbiət” ictimai- siyasi qəzet redaksiyası nəzdində yaranmış bir illik Jurnalistika kursunu bitirib. “Tale” şeri ilk qələm məhsulu olub. “Səfəq”, “ İnsan və təbiət”, “Ədalətli iş, düzgün söz”, “Sumqayıt”, “ Dövlət və qanun”, “ Uğurlu yol” və sair ictimai ədəbi qəzetlərdə yazıları çap olub. “Azərbaycan” ədəbi jurnalında şeirləri çap olub. “Ədalətli iş, düzgün söz” qəzetində şöbə rəisi işləyib. Uzun illər göstərmiş olduğu xidmətlərinə görə, geniş əhali kütləsi arasında qazanmış olduğu hörmət və nüfuzuna, maddi ehtiyac içərisində yaşayan insanlara göstərmiş olduğu xeyriyyəçiliyinə, dövlətçiliyimizin və xalqımızın mənafeyinə xidmət etdiyinə və Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini ölkə daxilində tətbiq etdiyinə görə 2017 və 2019-cu illərdə fəxri diplomlara layiq görülüb. 2020-ci ildə Nəsimi “Poeziya diplomu” və “Qızıl Qələm”, 2021-ci ildə “Ulu öndər”, “Qarabağ Azərbaycandır”, “İlin vətənpərvər sairi”media mukafatı laureatı diplomu ilə təltif edilib. “Yurd”, “Əsrlərə körpü” , “Yaşıl işıq” və “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880”, “Həyat bizi səsləyir” ,“Sevgilim yuxunu dənizə danış” ,“Həsrətin sonu”, Tər çiçəklər” ,,Gəlin gedək Ağdama,, və bir çox antologiyalarında bir çox şeirləri yer almışdır. İki kitab ,,Gün keçir ömür qısa ,, və ,, Qazi, şəhidlərin haqqı itməsin,, kitabların müəllifidir. Vətənpərvərlik haqqında şeirlərinə üstünlük verir. Hal-hazırda üçüncü kitab ,,Şəhidlik zirvəsində ,, adlı kitabı üzərində işləyir. Tezliklə üçüncü kitabı işıq üzü görəcək.
XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr
XX əsrin əvvəllərində Quba qəzasında baş vermis hadisələrin sadəcə olaraq “faciə” sözü ilə ifadə edilməsi vəhşiliklərin mahiyyətini tam açmır. Dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz soyqırımı idi. Bunu başa düşmək üçün Quba hadisələrinə bir qədər dərindən nəzər salmaq lazımdır. Onu erməni daşnaklarının törətdikləri başqa qırğınlarla, məsələn, həmin il Şamaxıda aparılmış soyqırımı ilə tam eyniləşdirmək olmaz. Şübhəsiz, bunların hər ikisinin mahiyyəti eynidir. Lakin Şamaxıda belə soyqırımı yalnız milliyyətcə azərbaycanlı olan əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında həyata keçirilən etnik təmizləmə azərbaycanlılarla yanaşı,burada yaşayan etnik qruplara – (ləzgilərə, qrızlara, buduğlara, ceklərə, tat və.s) əhalisinə qarşı yönəlmişdi. Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Quba qəzasında da ermənilər bir neçə dəfə soyqırımı aktları həyata keçirmişlər. Sovet hakimiyyəti qurulanadək oradakı boşluqdan, hakimiyyətsizlikdən maksimum istifadə etməyə səy göstərən daşnaklar Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyərək, çoxlu erməni rayonları yaratmağa, beləliklə də gələcək planlarının təməlini qoymağa çalışırdılar. Odur ki Azərbaycanın digər bölgələrində də fəallaşmış, bütün cəbhəboyu hücuma keçmişdilər.
1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərşi ilə Quba qəzasına gələn David Aleksandroviç Gelovani 200 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur. Gelovani ilk olaraq Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə,artıq bütün şəhəri təhlükə gözləyir.
Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.
Yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin əhalisi tərəfindən hadisələrə müdaxilə edir və şəhərin yəhudi məhəlləsi tərəfindən silahlı hücum başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır.
Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.
Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır. Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.
Hadisələri xronoloji ardıcıllıqla izləyən tarix elmləri doktoru Əlisultan QuliyevGelovaninin Qubadan çıxarılması ilə bağlı dediklərindən, şahidlərdən; Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Hacı İsmayıl Orucov və başqalarının izahatlarından, həmçinin Quba şəhər rəisi Ə.Əlibəyov və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aprelin əvvəllərində on gün ərzində Qubaya təpədən dırnağa kimi silahlanmış 800 nəfərdən çox əsgər gəlib. Təbii ki, bu qədər böyük bir qüvvəni Qubadan qovmaq asan məsələ deyildi. Əliyalın və yaxud “dayan doldurum”la silahlanmış mülki əhali bunu bacarmazdı. Bundan ötrüsilaha və təcrübəyə malik olanQubaqəzasının Milli Müqavivət hərəkatının fəal üzvləri o, cümlədən Möhübəli Əfəndi Kuzunvi və Hatəm ağa Cağarvinin qaçaqları idi.
İlk dövrlərdə Möhübəli Əfəndinin 500, Hatəm ağanın 300-dən çox qaçağı var idi. 1920-ci illərin əvvəllərində isə bu qaçaq dəstələrinin sayı ümumilikdə 3 minə çatırdı. Möhübəli Əfəndi və Hatəm ağa ömürlərinin sonuna kimi bolşevik hakimiyyətinin əleyhinə mübarizə aparmış, əqidələrinə sadiq qalmışlar. Maraqlıdır ki, 1917-ci ilin fevral burjua inqilabından dərhal sonra Əlibəy Zizikskinin təşəbbüsü ilə Quba qəza komissarlığı yaradılmışdı. Yerli mülkədarların və varlıların mənafeyini təmsil edən bu komissarlığa Qazı Əhməd bəy Məmmədbəyov, Əhməd əfəndi (Triniç), Bəybala bəy Alpanski, İbrahim bəy Şıxlarski, Hacıbala Məmmədyarov (Ə.Zizikskinin ögey qardaşı, tacir), Əlipənah bəy Şəfibəyov (Qubada Müsavat Partiyası qəza komitəsi sədrinin müavini işləmişdi, iri mülkədar) və başqa tanınmış adamlar daxil idi. Həmin komissarlıq da bolşevizmin əleyhinə idi.
Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri Aladaş düzündə Qızıl Ordu hissələrinin qarşısını kəsərək, onları Dağıstandan Azərbaycana keçməyə qoymurdu. Sonralar Lenin bu məsələnin yoluna qoyulması üçün Nəriman Nərimanova müraciət etmiş və N.Nərimanov onu mühafizə edən 27 əsgərlə Qusarin Hil kəndinə gələrək, yuxarıda adını qeyd etdiyim Hacıbaba Babayevin atasının evinə düşmüş, beş gün burada qalaraq, qaçaqlarla danışıqlar aparmışdı.
Rusiyada hərbi təhsil alan, polkovnik rütbəsinə kimi yüksələn Hatəm ağa Çağarvi 1918-ci ildə Möhübəli Kuzunvi və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı, həmçinin Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşlar. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndində yerləşən “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşunları ilə qızğın döyüşlər apamış və həmin erməni dəstələrini darmadağın etmişlər.
Möhübəli əfəndinin ruslara, və yaxud müsəlman olmayan başqa xalqlara qarşı da düşmənçilik hissləri yox idi. Möhübəli əfəndinin bolşeviklərə qarşı mövqeyini onun vaxtilə Türkiyədə təhsil alması və ruslara dinimizə yad adamlar, gavurlar kimi baxması ilə izah edirdilər. O, deyirdi: “Qurtuluşumuz nə bolşeviklərdə, nə də onların silahlı dəstələrindədir. Bizə varlını əzib kasıb üçün dövlət yaratmaq deyil, varlının dövlətindən faydalanib kasıbın güzəranını yaxşılaşdırmağı bacaran, xalqın qədrini bilən hökumət lazımdır. Bu hökuməti özümüz yaratmalıyıq, bolşeviki çağırıb ixtiyaratı onlara verməməliyik”. Çoxlu sürülərə, naxıra və ilxıya malik Möhübəli əfəndi özü kənddə məktəb tikdirmiş, bölgədə bir neçə məscidi təmir etdirmiş, kasıblara müntəzəm yardım göstərmişdi.
1920-ci ildə Qubada Sovet hakimiyyəti qurulduqdan sonrabolşeviklər Möhübəli əfəndi və Hatəm ağanın bölgədə böyük hörmət və nüfuz sahibi olduqlarını bildiklərinə görə onları həbs etməkdən ehtiyat etmişdilər. Əksinə, onların ikisi ilə də yeni hökumətlə əməkdaşlıq təklif olunmuşdur. Möhübəli əfəndi bundan birmənalı imtina etmiş, Hatəm ağa isə bir neçə il Quba milis şöbəsinin rəisi işlədi. Lakin yeni hökumətin siyasətini və mahiyyətini anlayandan sonra Sovetlərə qarşı mübarizəsini davam etdirməyi qərara almışdı. 1922-ci ildə vəzifəsindən imtina edərək, Qusar rayonunun Cağar kəndinə qayıtmış, ətrafina 500-dək qaçaq toplamışdı. Bundan qorxuya düşən bolşevik hakimiyyəti Qusar polkunu səfərbər etməklə yanaşı, Bakıdan da bölgəyə yaxşı silahlanmış 300 əsgər və 12 pulemyot göndərdi. Sonrakı günlərdə gəlmiş əlavə kömək də nəzərə alınsa, Hatəm ağa Cağarvi 3 mindən çox qırmızı əsgərlə döyüşlərə başladı. Cağar kəndinin ətrafında baş verən döyüşlərdə ilk günlərdə 70 əsgər və 23 qaçaq həlak oldu.Ay yarım davam edən döyüşlərdə Hatəm ağa Cağarvi də igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə Möhübəli Əfəndini də qətlə yetirmişlər.
Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.
2007-ci ildə Quba şəhərinin stadion ərazisində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmiş və həmin ərazidə Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ilkin tədqiqat işlərinə başlanılmışdır. İnstitutun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün Qəhrəman Ağayevin başçılığı ilə 7 nəfərdən ibarət elmi heyət kütləvi məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparmış və 2008-ci ilin sentyabr ayında tədqiqat işləri başa çatmışdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən öldürümüş Qubanın dinc, müsəlman əhalisinə aiddir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№ – li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırım Memorial Kompleksi inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur. Həmin ildən etibarən fəaliyyətə başlayan Memorial Kompleks, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli,238 saylı sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Qoruq” statusu ilə davam etdirir. Hazırda Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyə də təbliğ etməkdir. Soyqırım Memorial Kompleksi 2013 cü ildən bəri ümumilikdə 250 mindən artıq xarici vətəndaş olmaqla, 1 milyondan cox insan, o cümlədən dünyanın bir çox ölkələrindən nümayəndələr ziyarət edir.
Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş, ümumi sahəsi 3,5 ha və 5 hissədən – Xatirə-abidəsi, Simvolik məzarlıq, Soyqırımı uzeyi, Bayraq meydanı, İnformasiya mərkəzindən ibarətdir.
Azərbaycan Respublikası Prezidenti Adminstasiyasının Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında 05.06.2017-ci il tarixli sərəncamına uyğun olaraq müvafiq komissiyası tərəfindən mövcud vəziyyət yerində araşdırmışdır. Komissiyanın qərarına əsasən ərazidəki torpaq sürüşmələri nəticəsində yararsız hala düşdüyü üçün məzarlıqdakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq dəfn edilmişdir. Qeyd olunan ərazidə 2018-ci ilin yanvar ayında Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə diametri 19,30 m olan “Xatirə-Abidəsi” ucaldılmışdir. Hər il minlərlə insan həmin abidəni ziyarət edərək önünə gül dəstələri düzürlər.
Azərbaycan üçün yeni olan sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını hiss edən memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzək-düzəkdən istifadə etməmiş, matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşünün yerin altından üzə çıxması tarixi gizlətməyin mümkünsüzlüyü, bıçaqların iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.
Muzeyin giriş hissəsində “Dinc Quba” adlanan ekspozisiyada XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilir. Fotoşəkillər Quba qəzasının əhalisinin- dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Quba qəzasında azərbaycanlı türklərlə yanaşı başqa millətlərin və etnik qrupların nümayəndələri də kompakt şəkildə yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılıb. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olmasının bariz göstəricisidir.
Zalın əsas hissəsində, mərkəzdə Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş, yandırılmış, dənizə, quyulara atılmış və müxtəlif səbəblərdən dəfn oluna bilməmiş faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq qara mərməz daş ucaldılmışdır.
Burada həmçinin Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinin fotoşəkilləri və sənədlər nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. FTK- nın sədri tanınmış hüquqşunas Ələkbər bəy Xasməmmədov olmuşdur. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK- nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.
Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir. Birinci bölmədə inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. Quba qəzası çar Rusiyası, AXC, Az. SSR dövrünün 1929 -cu il tarixinə qədər mövcud olmuşdur. 1918-ci ildə Quba qəzasında baş verən soyqırımları xüsusi qırmızı işarələrlə xəritədə qeyd olunmuşdur. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur.
Bakı sovetinin rəhbəri Stepan Şamuyanın göstərişi ilə Hamazaspın 3 minlik quldur erməni dəstəsi 2 həftə ərzində 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək Quba qəzasında amansızcasına qətillər və qarətlər törətmişlər. Türklərə qarşı xüsusi nifrət bəsləyən daşnak Hamazaspın qarşısına qoyduğu əsas məqsəd cəza tədbirlərini həyata keçirmək, müsəlman əhalisini məqsədyönlü şəkildə sayını azaltmaqdan ibarət idi. Hamazaspın quldur erməni dəstələri müsəlman əhaliyə qarşı misli görünməmiş xüsusi qəddarlıqla uşaq, qadın, qocaya belə rəhm etmədən qətlə yetirilmiş, cəsədləri eybəcər hala salınmış və meyitləri şəhərin küçə və meydanlardan götürülüb dəfn edilməsinə belə icazə verilməmişdir.
Ermənilərdən fərqli olaraq azərbaycan xalqının hətta belə bir şəraitdə də tolerant millət olduğunu bildirən sənəd nümayiş etdirilir. Həmin sənəd Dəvəçinin (Şabran) Kilvar kəndində yaşayan 90 nəfər erməni əhalisi tərəfindən həyatlarının təhlükəsizliyinin qorunması haqqında şəxsi imzaları və möhürü olan Həmdulla Əfəndi Əfəndizadənin müdafiəsi üçün verilmişdir. Ekspozisiyada Quba qəzasının müdafiəçilərinin fotoşəkilləri öz əksini tapıb. Bundan əlavə həmin guşədə Quba qəzasının müdafiə dəstələrinin daşnak-ermənilərlə mübarizə aparması haqqında məlumat və şiddətli döyüşlər getmiş Digah, Xucbala kəndləri arasında yerləşən “Qanlı dərə” adlanan ərazinin görüntüsü verilmişdir.
1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri, eləcə də AXC sərhədlərini göstərən Qafqazın tarixi xəritələri verilmişdir. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimayyətinə çatdırmaqdan ibarət idi. Bu məqsədlə FTK-nın materiallarının bir hissəsi Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyəti ilə göndərilmişdir. Bu materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918- ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir. Bakıdan Parisə göndərilən bütün materiallar tarix elimləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin surətləri muzeyin ekspozisiyasında orijinalda olduğu kimi verilmişdir.
Muzeyə aid əsas zalda davamlı olaraq Soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunur. Bundan əlavə burada bədii tətbiqi sənətin nümunəsində verilən dəmir tabloda müasir insan simaları verilmişdir. Bu simalar gənc və yaşlı nəsilləri təcəssüm edir. Simalarda sezilən baxışlar müxtəlifdir: məsələn gənc simaların baxışlarında təəcüb, heyrət, qorxu hiss olunursa, yaşlı nəsilə aid simalarda bir o qədər kin, kədər, nifrət və acı hisslər əks olunur.
Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaqdan ötrü bütün vasitələrdən bəhrələnməyə çalışırdılar. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edir, səlahiyyətlərdən sui-istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirirdi. 1918-ci il mart ayından başlayaraq soyqırımı həyata keçirmiş erməni cəlladlarının rəhbərləri və icraçılarının konkret adlarının məlum olması bu faciənin guya “erməni qara camaatı” tərəfindən müxtəlif bəhanələrlə törədildiyi kimi istər o zaman erməni dairələrində, istərsə də müasir dövrdə ermənilər tərəfindən yürüdülən uydurmaları təkzib edir. Guşədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımlar zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmuşdur.
Bakı quberniyası qəzaları mövzusu Cavad qəzasına aid ekspozisiya ilə davam edir. Cavad qəzası indiki Səlyan, Saatlı, İmişli, Sabirabad, Cəlilabad, rayonlarının ərazisini əhatə edirdi. Cavad qəzasına aid ekspozisiyanın mətn hissəsində qəzanın və əhalinin tərkibi haqqında məlumat yer alır. Qəzada 1918-ci ilin mart-iyun aylarının ortalarına qədər ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırım baş vermiş, həmin ilin aprelində Səlyan bolşeviklərin nəzarətinə keçdikdən sonra bu qəzanın dinc əhalisi daha çox təqiblərə məruz qalmışdı. Bu vəziyyət torpaqlarımızın Azərbaycan-Türk qoşunları azad edənədək davam etmişdir. FTK-nın fəaliyyəti zamanı müsəlman kəndlərinin bir hissəsi hələ də ermənilərin nəzarəti altında olduğu üçün kəndlərə dəymiş ziyanın miqdarını və qətlə yetirilənlərin dəqiq siyahısını əldə etmək mümkün olmamışdır. Lakin ermənilərin yerli müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərinin, vandalizmin miqyasını təsəvvür etmək çətin deyildi. Bu baxımdan ekspozisiyada yer almış Cavad qəzasının Xocalı kəndinin sakini 18 yaşli Sürəyya Məşədi Dadaş qızına aid dindirilmə və məhkəmə-tibbi müayinənin protokoluna baxmaq kifayətdir. Qətllər xüsusi qəddarlıqla müşayiət olunmuşdur: İnsanları süngülərə keçirmiş, xəncərlə doğramış, başlarını kəsmiş və yandırmışlar.
Göyçay qəzası 1918-ci ildə AXC Bakı quberniyasının tərkibində inzibati-ərazi vahidi olmaqla ərazisindən bir neçə dəmiryol stansiyaların keçməsi hələ I Dünya müharibəsində gedən və qayıdan erməni silahlı dəstələrinin bu bölgəyə hücumunu asanlaşdırıb. 1918-ci ilin iyun ayından isə bolşevik hakimiyyəti qurmaq adı ilə ermənilər daha da azğınlaşmışdı. Belə ki, Ərəb-Mehdibəy kəndində 84 mülk yandırılmış, əmlakı qərat edilmiş, 83 nəfər öldürülmüşdür. FTK-nın həmin bölgədə apardığı tədqiqat sənədləri, yandırılmış kənd məscidlərinin, şəxsi mülklərin, evlərin, insan cəsədlərinin fotoşəkilləri ekspozisiyada öz əksini tapır. Yalnız 1918-ci il 16-30 iyun tarixlərində Göyçay qəsəbəsi və Qaraməryəm kəndi istiqamətində gedən döyüşlərdə BXKS-nin ordusu ilə Qafqaz İslam ordusu arasında baş vermiş həlledici döyüşlər nəticəsində torpaqlarımızın bolşevik -daşnak qüvvələrindən azad olunmuşdur.
Nümayiş olunan növbəti ekspozisiyada Ağsu, İsmayıllı, Qobustan, Hacıqabul rayonlarının ərazilərini əhatə edən inzibati-ərazi vahidi Şamaxı qəza əhalisinin tərkibi milli-dini mənşəyinə görə müxtəlif idi. Müsəlman əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq, gözlənilmədən erməni-bolşeviklərin hücumuna məruz qalması nəticəsində görülməmiş vəhşiliklərlə üzləşmişlər. Şamaxı soyqırımları Bakıda baş verən hadisələrlə eyni vaxtda başlamış, mart-aprel aylarında Şamaxı şəhəri 2 dəfə, qəzanın 110 kəndi isə bir neçə dəfə talanlara məruz qalmışdır. Bolşevik-daşnak quldurlarının Şamaxı şəhərində törətdikləri soyqırımları bir neçə gün davam etmiş, zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəlləsi yanğınla tamamilə məhv edilmişdir. Mart qırğınlarından sonra ürəkləri soyumayan ermənilər aprelin 10- da S. Lalayevin və T. Əmirovun başçıliğı ilə şəhərə yenidən basqın etmişlər. Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan “Cümə məscidi” yandırılmış və dağıdılmışdır. Bu dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi ermənilər tərəfindən viran qoyulmuş, 10341 nəfər öldürülmüşdür.
442.097 nəfərlik əhalisi olan Bakı qəzası özünün çoxmillətli tərkibi ilə seçilirdi. Bakı şəhəri əhalisinin iki əsrlik köçürmə siyasəti və neft sənayesinin XIX əsrin 2 -ci yarsından inkişafı ilə əlaqədar gəlmələrin hesabına artmasına baxmayaraq müsəlman, əsas da azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi. Ekspozisiyada Bakı qəzasının xəritəsi, əhalinin milli -dini tərkibinə aid diaqramm, soyqırımda ziyan çəkmiş sakinlərin fotoşəkilləri və dindirilmə protokolları verilmişdir. Azərbaycan xalqının milli- azadlıq hərəkatına zərbə vurmaq, “Müsavat” partiyasınının sosial bazasını məhv etmək, müsəlman əhalinin sayını maksimum azaltmaq niyyətində olan bolşevik- daşnak qüvvələri hərəkətə keçmişlər. 1918-ci ilin mart ayının 26-da “Evelina” gəmisinin azərbaycanlılardan ibarət əsas heyətinin tərkisilah olunması ilə bağlı təxribat onminlik bolşevik erməni ordusunun müsəlman qırğınlarını həyata keçirilməsi üçün bəhanə oldu. Şəhərin dinc müsəlman əhalisinin 12 min nəfəri 3 gün ərzində vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülənlər arasında qadın, qoca, uşaqların olması guya şəhərdə “vətəndaş müharibəsi” getdiyi barədə iddiaları inkar edir, qırğınları kütləvi şəkildə müsəlman əhaliyə qarşı olduğunu sübut edirdi. Erməni “Daşnaksyutun”, erməni Milli Şurası və bolşevik cəlladlarının rəhbərliyi ilə keçirilən qırğınlarda azərbaycanlı əhalisinin bütün təbəqələri zorakılığın, haqsızlığın, talanların qurbanları olmuşlar. Bakının “Kərpicxana”, “Məmmədli” və s. məhəllələri, “Təzəpir”, “Şah”, “Şamaxı”, “Hacı Əjdər bəy”, “Bibiheybət” məscidlərini ,“Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları dağıdılmış və yandırılmışdır.
Türk-Azərbaycan Qafqaz İslam ordusuna həsr olunmuş ekspozisiyada AXC hökuməti müsəlman əhalisinə qarşı kütləvi soyqırımın qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdür. Hökumətin əsas məqsədi hakimiyyəti bütün Azərbaycan ərazisində bərqərar etmək və torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Yeni yaranmaqda olan Azərbaycan Milli ordusunun və Osmanlı Türkiyəsinin silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam ordusu Gəncədə separatçı ermənilərin tərkisilah edilməsində, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, nəhayət Bakı ətrafında gedən döyüşlərdə sürətlə əks hücuma keçərək, bolşevik-daşnak qüvvələrini ağır məğlubiyyətə uğratmışlar. Qafqaz İslam ordusunun zəfər yürüşü 1918-ci il sentyabrın 15 də Bakı şəhərinin azad olunması ilə başa çatdı. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuş, Azərbaycan xalqının erməni-bolşevik əsarətindən azad olunması ilə nəticələnmişdir. Bu vitrində Qafqaz İslam ordusunun Azərbaycan torpaqlarını azad etmək yürüşünü əks etdirən fotoşəkillərlə başlayır. Həmçinin, türk və azərbaycan zabit və əsgərlərinin ümumi, kiçik dəstələr və tək-tək şəkilləri, Türk qoşunlarının komandanı Nuru Paşa ilə Azərbaycan hərbi birləşmələrinin komandanı general- leytenant Əliağa Şıxlinskinin fotoşəkillərilə davam etmişdir. Ekspozisiya 1918-ci il sentyabrın 15-də Bakını azad edilməsi münasibətilə keçirilmiş hərbi yürüşün görüntülərini əks etdirən fotoşəkillə tamamlanır. Muzeyin sonuncu ekspozisiyasının Azərbaycan Milli Ordusuna həsr edilmiş foto-sənədlərlə bitməsi 1918-ci il soyqırımlarının məhz ordu tərəfindən son qoyulması kimi tarixi həqiqətlə yekunlaşmır. Əslində, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın qorxusuz, təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü ordusu olmalıdır. Yaşanan faciə bunu bir daha sübut etdi. Tarixdən alınan bu dərs gələcək nəsillər üçün ibrətdir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin “Bayraq meydanı”nda Azərbaycan Respublikasının üç rəngli bayrağı 20 metr hündürlükdə dalğalanır. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün, Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.
Simvolik məzarlıqda qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir. Alma bağında 3 yaş qrupu üzrə 1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq, 3 ölçüdə 40 simvolik mərmər daşı yerləşdirilmişdir.
Dövranı dəyişməklə dəyişməz özü insan, Əvvəlcə dəyiş batinini, ey üzü insan. * * * Çoxdan bəri düşmür yolu bəxtin bu tərəfdən, Çün bəxtəvərəm söyləyənin düz sözü insan. * * * Hərçənd özü rəngin alacaqdır qara daşdan, Hər rəngə də rəngdir deyə bilməz, düzü, insan. * * * Həsrətdə keçən ömrə qəriblik adı yazmış, Ol dəm ki, yetər vəslətə dönməz üzü, insan. * * * Keçmək ilə dünya evinə haq qapısından Əyməklə boyun danmadı, Mövlud, düzü insan.
25.03.2021. Quba – Zərdabi. Müəllif: Mövlud Ağamməd.