Kateqoriya arxivləri: 20 YANVAR

OSLODA “AĞLA, QƏRƏNFİL, AĞLA” ADLI VİDEO GÖRÜŞ KEÇİRİLİB

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci  ildönümünə  həsr olunmuş  “Ağla, qərənfil, ağla” adlı  video görüş keçirilib. Görüşdə “Yazarlar “ jurnalının  baş   redaktoru   şair və pedaqoq  Zaur Ustac,  Estoniyadan  kitabxanaçı və  bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai  sinif müəlliməsi İnarə Musayeva, həftəsonu  məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər. Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu  bildiriblər. Görüşün  davamında  məktəbin şagirdi Səlim Abbaszadə  çəkdiyi qərənfil və qızılgül rəsmlərini  görüş iştirakçılarına təqdib  edib. Məktəbin şagirdləri Ənvər  Ramberq  Məmməd  Aslanın  “Ağla,  qərənfil,  ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”,  Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli  isə  Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm  zərrə-zərrə, qram- qram!” şeirlərini döyləyiblər. Tədbirin  sonunda Zaur   Ustac   müəllifi  olduğu “İnci qərənfil” şeirini söyləyib.

 Günay ƏLİYEVA

Tədbirdən sonra şagirdlər Norveçin qarla örtülmüş Nöklevann  gölü üzərində qərənfilləri və çəkdikləri rəsmləri sərgiləyiblər.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – ŞƏHİDLƏR

20 YANVARA AİD ŞEİRLƏR

ŞƏHİDLƏR
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.
* * *
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
* * *
Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.
* * *
Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.
* * *
Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.
* * *
Bayraqtək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.
* * *
Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – ŞƏHİDLƏRİN RUHUNA

20 YANVARA AİD ŞEİRLƏR

QƏRƏNFİL
Ağladın Azadlıq şəhidlərinə,
Bir az da dənizə ağla,qərənfil.
Ağla ölənlərin itmiş ruhuna,
Bir az da kükrəyib çağla,qərənfil.
* * *
Bizdən yan keçmədi ölüm,fəlakət,
Günah işlətmişik,yoxsa qəbahət?
Baxışlar nigaran, ürək narahat…
Bir az da sinələr dağla,qərənfil.
* * *
Bu nə intizardı,bu nə sualdı,
Dəniz susub,dinmir,elə bil laldı,
Son ümid şöləsi közərə qaldı,
Bir az da yaramı bağla,qərənfil.

DEYİRLƏR, KİŞİ AĞLAMAZ…
(20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…)
Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı…
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir…
O vaxt atam da ağladı-
1990-da…
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı
fəryadı…
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim
atam niyə ağlayır?
Üşüdüm…
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə
Sipər edən mən idim…
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin
dəhşətinə,vəhşətinə…
İlham üçün özünü qurban
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin
gəncliyinə,nakam ömrünə
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam…
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma…
5.05.2014. Quba-Zərdabi.

ŞƏHİDLƏRİN RUHUNA
Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
* * *
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir–
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz…
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına….
13.12.2014. Quba-Zərdabi.

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GECƏNİN NAĞILI – NAİBƏ YUSİF

20 YANVARA AİD ŞEİRLƏR

GECƏNİN NAĞILI

Hava sakit idi o gecə…
Ulduzlar sayrışır,
Ay gecəylə yarışır,
yorğun bulud sərin mehlə barışır,

topa-topa üzürdü dənizə sarı.
Çəkilmişdi qınına Xəzərin dalğaları…

Xəzri daradıqca çal tellərini
köpüklər öpürdü sahillərini…

Qayalar dərd-səri başdan atmışdı,
Suların qoynunda rahat yatmışdı…

Qağayı qoşurdu sevgidən bəstə,
Zümzümə edirdi həzin, ahəstə…

Hava sakit idi… Şəhər nigaran…
Meydanlar qaynayır, gecikir fərman…

“Azadlıq!” sədası dəlir səmanı,
Gətirir salama bütün dünyanı.

Birləşən əllərim deyir:”Azadlıq!”
Oyanan ellərim deyir:”Azadlıq!”
Nəğməkar dillərim deyir:”Azadlıq!”

Sədalar ucalır, sərhədlər aşır,
Mavi səmaların üstə dolaşır…

Hava sakit idi… Gecə yarısı
Gizləndi buludda Ayın yarısı…

Ulzdular sönərək yumdu gözünü,
Çəkdi kül altına odlu közünü.

Gurultu bürüdü bütün şəhəri,
Başladı güllənin “ölüm” səfəri.

Kinin, xəyanətin, məkrin qarısı,
Süründü şəhərə gecə yarısı…

Yarışdı güllələr biri-biriylə,
Yedi cavanları odlu diliylə…

Birləşən yumruqlar kövrəlmədilər,
Ölüm qorxusundan seyrəlmədilər.

Yeridi ölümün üstə şəhərim,
Zülməti qanında boğdu səhərim.

Qeyrətlər çevrildi odlu silaha,
Çiləndi al qanı gələn sabaha…

Hər damla çevrildi al qərənfilə,
Döndü sinəmizdə ötən bülbülə…

Dolandı həftələr, döndü fəsillər,
İllərin üstünə qalandı illər.

Sönmədi qəlblərin arzu-diləyi,
Çökdü önümüzdə ölüm mələyi.

Üçrəngli bayrağım səmanı yardı,
Qüdrəti düşməni lərzəyə saldı.

İmzalar içində anıldı adım,
Kimliyim, mənliyim – türklük soyadım.

Doğuldu şəhidim hər doğan günlə,
Uyudu qəlblərdə imanla, dinlə.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ
Səlim ABBASZADƏ

NORVEÇDƏ YAŞAYAN SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ

Müəllif: Səlim ABBASZADƏ

SƏLİM ABBASZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru