Kateqoriya arxivləri: Tahirə Nur

“Qəhrəman o insana deyirəm ki, bugünkü problemlərdən danışsın”!

“Qəhrəman o insana deyirəm ki, bugünkü problemlərdən danışsın”!

Peşəkar səs operatoru ömrünün 40 ilindən çoxunu televiziya və sənət sahəsində fəaliyyət göstərən Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşı Nazim Kərimli ilə müasir dövrümüzün ən aktual problemlərindən biri olan süni intellektləşmə və texnologiyanın inkişafı ilə əlaqədar robotlaşdırılmış insan münasibətlərinin artması nəticəsində cəmiyyətdə yaranan qlobal problemlərin düzgün həlli yollarını müzakirə edərək sədaqətli oxucularımıza olduğu kimi təqdim edirik:

-Nazim müəllim, bildiyimiz kimi hal-hazırda bütün dünyada elm və texnologiyanın sürətli inkişafı ilə əlaqədar süni intellektləşmə prosesi mütəmadi olaraq davam etdirilir. Bu da cəmiyyətdə ilk növbədə robotlaşdırılmış insan münasibətlərinin artması ilə nəticələnir. Bəs bir vətəndaş kimi müasir dövrümüzdə sizi ən çox narahat edən problemlər hansılardır?

-Bilirsinizmi, əvvəllər mən çox paylaşırdım, son vaxtlar paylaşmıram. Bu cəmiyyətə, insanlara həqiqəti başa salmaq üçün sübutların olmalıdır. Məsələn, mən sizə desəm ki, bu gün Azərbaycanda fəlsəfə ilə məşğul olan insan azlıq təşkil edir onlarda heç vaxt görsənmir. Bu günləri biz ədəbiyyatdan, incəsənətdən, teatr və kino sənətindən yetərincə söz danışa bilərik. Çoxlu söz danışa bilərik və tək mən danışa bilmərəm bütün incəsənət işçiləri hətta qeyri incəsənət işçiləri də danışa bilər. Çünki bu çox asandır. Ancaq mən bu günləri qəhrəman o insana deyirəm ki, bugünkü problemlərimizdən danışsın! İnsanların beynini dini xurafatlar vasitəsilə necə məhv edirlər, onları necə təlqin edirlər… Nəyə görə? Çünki istəyirlər ki insanlar heç vaxt haqqını tələb edə bilməsinlər, heç vaxt sorğulaya bilməsinlər deyə mən niyə bunları bilməliyəm? Ancaq kölə, qul vəziyyətində yaşasınlar. Ən acınacaqlısı da budur ki bu günləri psixoloqların əksəriyyəti dindarlıq edir.
Telekanallara da şou proqramlar lazımdır ki insanları belə manqurt halına salsınlar yaşasınlar. Deməli, mən o günləri dəhşətli bir hadisənin şahidi oldum. Yolun ortasında ölüvay vəziyyətində qalmış pişiyin üstündən maşınlar necə gəlib keçir? Dəhşətə gəldim ki,biz bu qədərmi daşürəkli laqeyd və etinasız bir insanlar olduq? Bu günlərdə hansısa bir ruhi xəstə şizofreniyanın paranoid formasında olan ailəsini zorla dağıtmış iki uşaqlı gəlib sosial şəbəkələrdə, televiziyalarda camaata ağıl qoyur, dərs deyir. Bu həqiqətən də biyabırçılıqdır, dünyanın sonudur ki…
Bilirsinizmi, indiki dövrdə artıq ağsaqqal və ağbirçək anlayışı da çox pozulubdur. Biz amma əsl ağsaqqal və ağbirçəyi 70-ci illərdə görmüşük. Çünki biz bu günün adamları, ziyalıları deyilik. Keçmişin adamlarıyıq. İndi isə həmin o ağsaqqal və ağbirçəkləri yalançı və savadsız filosof və psixoloqlar əvəz edib. Necə deyərlər savadı, ali təhsili olmayan elmdən, fəlsəfədən danışdığı kimi, təmiz əxlaqı, namusu, qeyrəti olmayanlar da tərbiyədən danışırlar… Bizim isə həmişə ağsaqqalımız da ağbirçəyimiz də olub və biz onlardan daima örnək götürmüşük! O demək deyil ki onlar bizə məsləhət verib. Xeyr! Sadəcə olaraq onların bütün adi davranış qaydalarından, insanı və mədəni rəftarlarından biz hər zaman örnək almışdıq.
-Sizcə texnologiyanın inkişafı ilə əlaqədar olaraq indiki dövrdə uşaqdan tutmuş böyüklərə qədər hər kəsin əlində mobil telefonların olması ünsiyyət və dostluq əlaqələrinin pozulmasına səbəb olubmu?
-Bəli, siz doğru bir problemə toxunmusunuz. 80-70-ci illərdə o dövrlərdə biz gedirdik uzaq bir yerdə poçt şöbəsi olurdu və ailəmizlə qırıq-qırıq səslər ilə sevinc içərisində telefonla danışardıq. Məsələn, mən Sumqayıtdan gedirdim nədir-nədir kəndlə danışacam. Ancaq indiki dövrdə şükür allaha dünyanın o başında olan insanlar ilə kompüter və ya mobil telefonlar vasitəsilə görüntü şəkilində virtual olaraq rahat danışmaq olur. İndi heç insanlar bir -birinə mesaj yazıb hal-əhval belə tutmaq istəmir. Çünki süni intellektləşmə dövrü başlayıb. İnsanların bir-birinə qarşı hörməti və sevgisi də yoxdur. Çünki hər şey yalançı və süni münasibətlər üzərində qurulmuşdur. Məsələn, siz sovet dövründə yaşamamısınız deyə bilmərsiniz. Dini məzmunlu xurafatlar əsla təbliğ olunmurdu. Çünki daha çox elmi biliklərə və savadlı olmağa önəm verilirdi… İndi isə əksinə din nə qədər çox təbliğ olunsa da, insanlarda bir-birinə qarşı hörmət və sevgi əsla yoxdur. Çünki hər şey yalançı və süni münasibətlər üzərində qurulub. Bu günləri hər bir kəs özünü düşünür, öz mənafeyini güdür. Bilirsiniz necədir, mənim bir sözüm var: ” Özü üçün yaşayan insan ən bədbəxt insandır”. Hansı ki öz anasını, dostunu, ailəsini düşünmürlər. Vicdan insanın öz daxilində olmalıdır. Elə Allah vicdanlı olmaq deməkdir!

Söhbətləşdi: Tahirə Nur

MÜSAHİBƏLƏR

Amin Namazlının yazıları

TAHİRƏ NURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NAZİM KƏRİMLİ kimdir? – Müsahibə.

Müsahibimiz bu yaxınlarda 60 illik yubileyini təntənəli şəkildə qeyd etmiş,Teatr xadimləri ittifaqının əməkdaşı,səs operatoru ömrünün 40 ilindən çoxunu peşəkarcasına sənət və televiziya sahəsində fəaliyyət göstərmiş Nazim Kərimlidir.Gəlin ilk öncə sənətkarımız haqqında ümumi məlumat verərək oxucularımızı tanış edək.

Kərimli Nazim Sədi oğlu 1964-cü il avqustun 15-də Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini də Sumqayıt şəhərində almışdır.1981-ci ildə hərbi xidmətə Uzaq Sibirə getmişdir.1985-ci ildə oradan qayıtmışdır.1986-cı ildə ADMİU-nun mədəni maarif fakültəsinə daxil olmuş və oxuduğu müddətdə cəmi 2 il Sumqayıt Dövlət Dram teatrında işləyib.1986-cı ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında işləyib.Orada işləyərkən 1989-cu ildən Şuşa Televiziyasına təhkim olunmuşdur.1990-cı ildə 20 Yanvar hadisələri zamanı Dağlıq Qarabağda Xüsusi Təşkilat komitəsi yaradılanda həmin təşkilat nəzdindəki Xankəndi radiosunun əməkdaşı olmuşam. Həmin ərəfədə Xankəndi televiziyası partladıldı və geri qayıtmaq məcburiyyətində qaldıq. Daha sonra Az-Tv-də işimi davam etdirdim.1993-ildən sonra güc nazirliklərində mətbuat xidmətində çalışmışam. O vaxtlar “Vışka” qəzeti(Osman Mirzəyev başçılıq edirdi)var idi. Xankəndində olan informasiyaları gizli yollarla olsa da ötürürdüm.Bir məqamı da qeyd etmək istəyirəm ki,1989-cu ildə bizim ölkədə televiziyaçı ixtisası yox idi ona görə də bizi ixtisas artırma məqsədilə Moskvaya göndərdilər. Bir ilə yaxın Mərkəzi ORT-də kursda oxumuşam.

Açıklama yok.

Az-Tv-də 1986-cı ildən səs operatoru işləmişəm sonra administrator işinə keçdim.1995-də Radio Uşaq verilişləri redaksiyasında xüsusi bir müxbir kimi Sumqayıta getdim. Eksperimental yaradıcılıq birliyində baş inzibatçı direktor oldum. Baş inzibatçı-(baş prodüser deməkdir).Səs operatoru işləyərkən bir neçə proqramlarda fəaliyyət göstərdim:”Günün Ekranı”bir çox televiziya tamaşaları, sonra “Səhər” proqramında baş inzibatçı oldum.

Az-Tv-də işləyərkən ən yaxın dostlarınız məşhur diktorlardan kimlər olub?

-Hamısı ilə münasibətlərimiz yaxşı olub.

Sabir Ələsgərov yaşca böyük olsa da,sanki həmyaşıd kimi qəribə zarafatlarımız olardı.. Aramızda rəsmiyyət yox idi (Allah rəhmət eləsin)

1990-cı ildə Az-Tv-nin enerji bloku partladılanda,efir otağında Mən, Sabir Ələsgərov, Karvan qrupunun bədii rəhbəri bəstəkar Mikayıl Vəkilov aparatın arxasında oturub yemək yeyirdik.Birdən şüşələr sındı və töküldü üstümüzə qorxudan bilmədik ki nə edək…

Rafiq Hüseynov,Sabir Ələsgərov, Hicran Hüseynov,Ofeliya Sənani, Roza Tağıyeva, Həqiqət Əsgərzadə Vasif Adıgözəlovun qardaşı Rauf Adıgözəlov,Mübariz Tağıyev, Səyavuş Kərimi,Anatollu Qəniyevin oğluAz-Tv-nin solisti olmuş Heydər Anatollu ilə dostluğumuzindiyə kimi davam etməkdədir.

Açıklama yok.

Bəs Teatr xadimləri ittifaqına neçənci ildən gəlib çıxdınız?

Azərpaşa Nemətovun sağlığında 2010-cu ildən səs rejissoru və musiqi tərtibatçısı vəzifəsində çalışıram. Bu yaxınlarda seçki yolu ilə tam yekdilliklə xalq artisti dövlət mükafatı laureatı Hacı İsmayılovu sədr seçmişik.

Qarşıdan gələn 60 illik yubileyiniz teatrda qeyd olunacaqmı?

Açığı deyim ki,qarşıdan gələn avqust ayında məzuniyyətə çıxdığımıza görə, yubileyim artıq qeyd olunub.mart ayının 10-da milli teatr günündə həm fəxri fərman və diplomla, həm də maddi vəsait ilə təltif olunmuşam.

Hansı tamaşalarınız uğur qazanıb?

Məsələn Elçin Hüseynbəylinin “Qaçaq qocalar” adlı tamaşası həm Azərbaycanda alqışlarla qarşılanıb, hərbi hissələrdə nümayiş etdirilib,həm də Türkiyədə böyük festivalda yer tutdu,ödüllərə layiq görülüb.

Gələcək nəsillərə ömrünün 40 ilindən çoxunu sənətə həsr etmiş bir peşəkar kimi hansı tövsiyə və tələbləriniz vardır?

Çətinliklərimiz oldu ancaq büdrəmədik! Gənclərimiz sevdikləri,seçdikləri sənətə qarşı dönük çıxmasınlar.Həyat mübarizədir! Son vaxtlar məni ən çox narahat edən bütün sahələrdə texnologiyadan hədsiz istifadə olunur.Məsələn bir çox tamaşalarda proyektor qurulub. Biz tamaşaya baxırıq kinoya baxmırıq ki!? Səhnə canlılığı sevir tamaşaçı ilə üzbəüz!

A.Çexovun bir fikri var:”Əgər səhnədə bir tüfəng divardan asılıbsa, deməli o atılmalıdır”.Atılmasa maraqsız olacaq!

Teatr şərtiliyi xoşlayır! Məsələn Türkiyədə olarkən, Dənizli şəhərində ekologiya ilə bağlı belə bir tənqidi tamaşaya baxdıq.Orada həqiqi kimyəvi maddələrdən istifadə etdikləri üçün birdən səhnənin arxasından insanlar qaçaraq çığırdılar, təcili yardım çağırıldı və tamaşa yarımçıq qaldı…

Söhbətləşdi: Tahirə Nur

MÜSAHİBƏLƏR

NAZİM KƏRİMLİNİN YAZILARI

TAHİRƏ NURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru