SƏNSİZ ŞƏKİLLƏR Hər şey susanda, gözlər danışır Qəlbimdə buraxdın izlər,danışır Danışır xatirələr,danışır keçmiş Kədərlə boynuma sarılır bəzən Sənsiz çəkdirdiyim bütün şəkillər. Deyrlər hanı o?niyə təkiy biz Yanında niyə yox ,tutmur əlini, Məgər ağladığın o zalım oğlu Tək çəkir çəkdiyi şəkillərini? Bütün şəkillərində əsmər görünür Üzdən xoşbəxtdi,sənə oxşayır Onun da saçları sən tək boyalı, Onun da saçları dibdən toxunur. Bəxti sən deyilsən,daha xoşbəxtdi Sənin həsrətindən yandığın əclaf İndi o əsmərin evinə baxtdı.
ATASIZ QIZ Atasız qızların dərdi çox olur Onlaran biriyəm,yarımdı canım Ata sən gedəndən qolum,qanadım Taqətsiz dizlərim,yaradı canım. Kövrəyəm nədənsə mən hər görəndə Ataya sarılan,bir qız görəndə Boşalır əllərim,qırılır qolum Deyirəm olmazdı kaş əlim,qolum Olardı sarılan tək atam mənim. Olardı sevgisiz daşdan ürəyi Bilərdim yaşayır,o nəfəs alır Kaş daş olan qəbri deyil də Razıyam olardı daşdan ürəyi 5 yaşım olardi,çox uşaq idim Dərdi ilmə ilmə qəlbə toxudum Hər kəs sarılanda,ata deyəndə Mən gül gətirdim,dua oxudum. İndi sevilmişəm,xoşbəxt olmuşam Hər şeydən tam olsam,5 yaşdan bəri Ata sevgisindən nakam qalmışam.
NOYABR Xəstə kimi bu ara, Göz altlarım qaralmış. Saçlarımsa tam əksi, Dibdən bir-bir ağarmış. Ayrılıq oldu yaman Gözləmirdim bitirək İstəyirdim biz birgə Sənlə filmlər, kitablar Bir qazan qaynar şorba Birgə ömür bitirək. Alınmadı canın sağ, Yolun salamat olsun Bir gün geri dönəsi, Mənə salam verəsi, Olar işdi bir anlıq Peşman olsan, o anlıq Məni birdə tanıma. Keçirmə heç içindən, O an baxmaq üzümə. And olsun Yaradana, Əzbər olan gözlərin Unudulmuş olacaq İndi yanan bu ürək Çoxdan sönmüş olacaq.
Artıq yaramız deyil, Anamızdır Qarabağ. Uğruna can verilən Yarımızdır Qarabağ. Torpağında qan axıb Canlar yatb, kök salıb İgidimin izləri Qarabağda itibdir Əclafların izləri. Səbrin sonu salamat, Alındı ki bu torpaq Ağlamasın bir daha Övlad deyə hər gecə, Qanamasın bir daha. Silinməsin tarixdən Qəhrəmanlıq dastanı Yazılsın ağıllara, İgidlərin dastanı. Düşmən, danış nağılı Xeyri yoxdu biləsən Yazdı bizim oğullar Yazdı tarix dastanı Şəhid verdi hər şəhər Torpağının uğruna. Tarix də şahid buna Allah da şahid buna Qorquddan Koroğluya Bəşərdi şahid buna Oğul qayıtdı yurduna Ana basdı bağrına Bu dastan gözəl bitdi 30 illik həsrətlər Sona yetdi,dərd bitdi Bilən bilir indi ki Zəfər oldu sonumuz Hamı bilsin olanı Dünya duysun bu anı Biz dəmir yumruq olub Aldıq bizim olanı.
SEVGİ ŞEİRİ
Şirin yuxun olaydım Ayılmaq istəməzdin Bəlkə keçmiş qayıtsa Ayrılmaq istəməzdin. Kədər olardım gözündə, Bir daş olar qəlbində Oturardım ürəyinə. Bəzən göz yaşn olb, Axardım ovuclara Tutmadığım əlləri, Göz yaşların tutardı. Hər tində, hər küçədə Məni görmək ümidi Səni başdan sarardı. Qəlbin yaman atardı Məni atdığın kimi. Yuxuların qaçardı Məndən qaçdığın kimi.
Mən ata kəlməsin yaxşı bilirəm. Gecələr işləyən günlərin vardı Evindən uzaq,bir parça halal, Özün qazandığın çörəyin vardı. Mən ata sevgisin yaxşı bilirəm Saçımda sığalnın izləri qalıb İllər atlansa,mən böyüsəmdə, İçimdə balaca qızcığaz qalıb. Kövrəy ürəyi qıymazdı mənə Qaş qalxsın, əl qalxsın körpə bədənə. Dedi qoruyaram hər ötən yaddan, Mən sənə pis rəftar eyləsəm bir an Fərqim qalarmı başqa yadlardan? Demədi getmə,demədi etmə. Dedi:Dəyərin budu,özün bəlirlə Hara gedilməli,hara da getmə. Demədi oxuma,yazma,bədbəxt ol Dedi inanıram,daim xoşbəxt ol. Ağılın,qürurun olsun hünərin. İndi bir az qocalıb, Qırışları çoxalıb. Qırışları artıqca Kədərim də çoxalır Ürəyimə dərindən Həyat sanki ox salır Əcəl gəzsin,dolaşsın, Bircə ona dəyməsin. Bircə qəddin əyməsin Qoca dünya atamın. Qədrin bilsin hər övlad, Nə qədər var atanın.
İTKİN Yuxusuzam hər gecə Qələm, vərəq əlimdə Saatlarla baxıram. Açıb töksəm içimdən Sağlam yer də tapmaram. Yaram eşqimnən dərin, Keçmir bütün gecəni Dinləyirəm Sezəni .(Sezən-musiqiçi) Ağla,ağla nə qədər? İnsaf elə gəl bir az, Nə dost olaq, nə düşmən Bir fincan qəhvə içib, Keçmişi xatırlayaq. Gülüm bəzən gözünə, Deyim yalan üzünə Deyim ki unutmuşam, Silmişəm,sovurmuşam Sənlə baglı hərşeyi İçimdə qurutmuşam. Bir azcada sən danış Ailəndən,evindən Razısanmı de bilim Mənə etdiklərindən? Yalan demə bu dəfə Səmimi ol,dürüstcə De görüm bir bilim mən Həyat belin əydimi? Tapdığların həyatda İtirdiyinə dəydimi?
Səni itirməkdən yaman qorxuram. Sənsiz yaşamaqdan,s ənsiz ölməkdən Bir səhər ayılıb yatağımı boş, Evimi buz kimi,soyuq görməkdən. Səni itirməkdən yaman qorxuram Evim yıxılar, dünyam dağılar Sol yanım boş qalar, bənizim solar Yanımda əllərin, nəfəsin deyil, Divarda eləcə rəsmin asılar. Səni itirməkdən yaman qorxuram Gözümü açandan səni görmüşəm Sənə aldanıb, sənlə gülmüşəm Sənlə şirin şirin davalar edib Qəlbimdə tək bircə səni bilmişəm Sənli xəyallar quran birinə Sənsiz yaşamağı öyrətmək olar? Yaşayarmı de bilim bu bədən sənsiz Sən olma bir günə ümid də solar, Bu xəstə qəlbimə kədər də dolar. Çətin günlərimiz bol olub bizim İlahi, çətin bildiyimiz o günlərdən pis İndi yaşatdığın bu günlər mənə Dərdim çox inamım bircə sənədi Onu itirməkdən yaman qorxuram.
Qəlbi yara qadınlar, Bəxti qara qadınlar Ərin baxan gözündə, Təkcə,bircə mətbəxdə İşə yarar qadınlar. Kövrək olur qəlbləri, Acı olur dilləri Yığılır dərd,qəm,kədər Sevinc bilməz qəlbinə. Kimsə sormaz de niyə? Kimdən,nədən,nə səbəb? Niyə küsdün bu qədər? Həyat incitdi səni? Yoxsa ümid kəfəni? Bu dar evdə neynirsən? Gülürsən,sevinirsən? Gözlərin onu demir Bir kədər var içində Kədərlisən niyəsə Bu boş evin içində Bədbəxt olur qadınlar Sevgi görməz,sevilməz Hörmət görməz,bilinməz Varlığının dəyəri. Başqasına gülüş atan, O əclafın dəyəri Niyə ölmür gözündə? Niyə getmirsən o evdən? O ev deyil kəfəndi Bu daş deyil,bədəndi Vermə zülüm özünə Bir səhifə aç özünə Sil keçmişi, sil onu Çıx get,bədbəxt cəmiyyətin Gətir həzin sonunu Qoy bilsənlər qadınlar Qul deyil ki,qüvvədir Özün sevən qadınlar Zərgərə zər olar da, Taxtaya mismar deyil…
AXTAR MƏNİ Bir gün axtar məni… Mənsiz canın yananda, Səmirsiz ağlayanda Peşmanlıqdan əlini Başına bağlayanda. Bir gün axtar məni… Göz yaşını dananda, Mənsizliyi qananda Gec də olsa anlayıb, Yoxluğuma yananda. Bir gün axtar məni… Əlində boş butulka, Qulağında musiqi, Boş küçədən keçəndə, Tənhalığın şərabın Ölənədək içəndə. Bir gün axtar məni… Olsam da, olmasam da Gəlsəm də, gəlməsəm də Sən axtar mən bilim ki, Boş deyildi illlərim, Yarım qalan ürəyim. Sən axtar mən bilim ki, Boşa yanmır ürəyim.
ACI TƏCRÜBƏ Sən düşünmə gələrəm, Gəl desən də bilərəm Bilərəm ki,yalansan Sevmir məni ürəyin, Qəbul etmir kürəyim, Sənnən yeyən zərbəni. Susub elə qırağda, İstəyirəm dinləyim Məni necə sevmədin? Necə gördü gözlərin? Başqasının sevgisin. Necə çaşdı fələyim Səni görəndən bəri. Niyə gəldin ömrümə? Mən sənsiz də yaşardım Sən olmasan gülərdim, Xəyal qurar,sevərdim. Öz kiçiciy dünyamda Sən olmasan bilərdim Bilərdim ki insanam, Sevilməyə haqqım var. Səni görəndən bəri Yad oldu sevinc mənə Sən getdin mənə qalan Oldu acı təcrübə.
XATİRƏ Darıxıram gecələr Sənsiz, səssiz gecələr Oyaq olub yataqda Sığınıram keçmişə Dördə, beşə, səkkizə Gözlər açır səhəri, Vurur xəzan küləyi Pəncərədən içəri. Xatirələr gətirir. Danışıram özümlə, Arada ürəyimlə Ürəyimi bir dinlə, Dinlə gör ki yalandı? Sənə olan hisslərim? Son söz oldu əlvida O gedən sən, gəlmirsən, Gəlmirsən heç yuxuma Yoxsa nədi küsmüsən? Bəlkə az sevdim səni? Yox, yox mən çox sevdim Ömür verdim yoluna, Tikan əkdin yoluma. Bir gün peşman olacaq, Keçmişi xatırlayıb, Qəmli qəmli kənarda, Boyun büküb duracaqsan. Bir vaxt mənə kor olan Gözlərlə baxacaqsan. Baxacaqsan ki, ölmüşəm. O gün çox gec olacaq Deyin ona darıxma, Peşman olma, sıxılma. Mən qalmadım illərlə Sənlə birgə, bir evdə Eşqim qaldı dillərdə. Ona deyin ki sıxılma Mənə bənzər birinə, Ailə olsun,ev olsun Bircə də qızı olsun Adım qoysun qızına.
HƏSRƏT Qoyma həsrətin gözlərim üstə Ürək parçalanar, saçlar ağarar Qoyma qəmindən kürəyim üstə Uzanıb sübhətək tavana baxam Qoyma dərd çəkim , mən hey düşünüm Dərdə bürünüm,qəmə bürünüm Qoyma eşqindən alov tutum mən, Sənsiz yaşayım,səni düşünüm. Qoyma darıxmağa,qoyma küsməyə Həyatdan incisəm bil ki mən yenə Səbəbi tək sənsən bilirsən niyə? Yoxluğun soyuqtək hopdu bədənə. Bilirəm imkansız bu gündən belə Olmasan sığmaram yerlərə, göyə Biz olmasaq da,sən olsan belə Bəs edər yenə də mənə gülməyə.
İNSAN İnsan oğlu yamandı Qoyub qaçacaq qədər, Atıb,satacaq qədər Yara açacaq qədər. Səssiz səssiz kənardan, Dostu satacaq qədər. İnsan oğlu yamandı Bu gün üzə güləcək, Sabah quyu qazacaq, Şeytana yaxın olub, Yolun azacaq qədər. Sən basma heç bağrına İnsan oğlu ilandı, İnsan quran dünyanın Altı üstü talandı.
GƏMİ Necə unudum mən səni? O gülüşü,o səsi Gözümə düz baxan Gözündəki həvəsi. Eybi yox, yenə çıxarsan qarşıma Geyinib boz pencəyi, Əlində də çiçəyin Yenə gələrsən yanıma Ya xoş günümə,ya yasıma. Niyə bu qədər gözlədim? Payız oldu gəlmədin, Qış oldu sənsizlədim Hərdən qısılıb küncə Şəkilllər əzizlədim Mən sənin gəlmən üçün Ölümümü gözlədim. Nədəndir bu ayrılıq? İçim indi qaranlıq Hər tərəfsə yaşıllıq , Gözlərimdə yaşlılıq Saçlarıma dən düşdü İçimə bir ah, Sanki dəniz dibinə, Nəhəng bir gəmi düşdü…