İyunun 25-də saat 11:00-da “LaCinema” kino mərkəzində Laçın Simurq Kitabxanasının təşkilatçılığı ilə “Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ” mövzusu adlı tədbir keçirildi.
Tədbir mərhum şair, publisist Fikrət Sadığın qızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika İncəsənət Gimnaziyasının nəzdində fəaliyyət göstərən “Balaca” yazarlar birliyinin rəhbəri Aysel Fikrətin moderatorluğu ilə baş tutdu. Azərbaycan Respublikasının dövlət himni səsləndi, qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Aparıcı Aysel xanım Laçına gələnlər haqqında qısa məlumat verməklə, qonaqları təqdim etdi. Daha sonra Şərq-Qərb nəşriyyat evinin redaktoru Nərgiz xanım Fikrət Sadıq yaradıcılığı haqda geniş məlumat verdi. Təşkilatçı Aysel Fikrət vətənpərvərlik haqqında şerlər ifa etdi. Simurq kitabxanasına Fikrət Sadığın şəxsi kitabxanasından kitablar bağışlanıldı. Kitabxananın əməkdaşlarına və şer söyləyən məktəblilərə “Fikrət Sadıq işığı” adlı sertifikat təqdim edildi. Tədbir şair Fikrət Sadığın tərcümə etdiyi Şəhriyarın sözlərinə bəstələnmiş Azərbaycan mahnısı ilə sona çatdırıldı. Fotolar:
Laçın Simurq Kitabxanası
Mənbə: Laçın Simurq Kitabxanası
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru