Etiket arxivi: AYSEL FİKRƏT

Şair Fikrət Sadığın yadigarı

Şair Fikrət Sadığın yadigarı

Orxan Fikrətoğlu-60

Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir…

Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, “Şamaxı, ay Şamaxı” mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir…”

Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır…

“Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir…

O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb…

Deyir ki:- “Məncə, jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institutut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, hələ bilinmir nədir. Məsələn, mən xəbər dilinə virus salmışam- indi xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırmaq… Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirdim. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki, biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsəydi Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var…”

İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra dünya ölkələrində nəşr olunub. “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri “Dünya Nəsr Antalogiyasına” düşüb. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2023-cü ildən mədəniyyət nazirinin müşaviridir. Arada Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini də icra edib…

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı, unudulmaz şair Fikrət Sadığın yadigarı- Orxan Fikrətoğludur. Martın 21-i, baharın ilk günündə Orxan bəyin 60 yaşı tamam olur. 60 rəqəmi adətən zamanın ölçülməsində istifadə olunur, yəni 60 saniyə dəqiqəni, 60 dəqiqə isə saatı tamamlayır. Bu rəqəm mələklərin Numerologiya sistemində həmçinin harmoniya, sabitlik, tarazlıq, məsuliyyət və balansı ifadə edir. Nə isə, Orxan Fikrətoğlunu 60 yaşı münasibətilə təbrik edirəm. Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Həmid Herisçinin yazıları

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şənbə söhbətləri – Məmməd İsmayıl haqqında

Aysel Fikrət Turan Uğur
MƏMMƏD İSMAYIL HAQQINDA

“Fədailərimizi tanıyaq!” rubrikası

TURAN UĞURUN DİGƏR YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fikrət Sadıq (1930)

16 noyabr şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). Fikrət Sadıqın xatirə günüdür.

Fikrət Sadıq

Doğum tarixi: 30.05.1930

Vəfat tarixi: 16.11.2016

Həyatı- Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir


Şair Fikrət Sadıq yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Şair Fikrət Sadıq yazıçı, ssenarist Aysel Fikrətin atasıdır.

Əsərləri:

Cığır. Bakı: Gənclik, 1963, 48 səh.

Ömrün bir günü. Bakı: Azərnəşr, 1965, 44 səh.

Dəniz küçəmizə gəlir. Bakı: Gənclik, 1968, 100 səh.

Cırtdan hara getmişdir? Bakı: Gənclik, 1970, 32 səh.

Sevgi yağışı, B., Gənclik, 1970, 230 səh., 9.000 nüs.

Bala kirpi. Bakı: Gənclik, 1972, 10 səh.

İşığın yaşı. Bakı: Gənclik, 1974, 200 səh.

Göydə nə var. Bakı: Gənclik, 1978, 80 səh.

Ağ cığır. Bakı: Yazıçı, 1979, 156 səh.

Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 232 səh.

Göydən alma düşmədi. Bakı: Gənclik, 1982, 52 səh.

Məndən soruşsalar. Bakı: Yazıçı, 1985, 342 səh.

Gəlin yuyaq dənizi. Bakı: Gənclik, 1988, 52 səh.

Dünya öz işindədir. Bakı: Yazıçı, 1989, 182 səh.

Seçilmiş əsərlər. Bakı: Gənclik, 1991, 381 səh.

Sirli əlifba. Bakı: Ayna mətbu evi, 1998, 32 səh.

Bir parça vətən. Bakı: Şirvannəşr, 1998, 20 səh.

Ömrün birgünü. Bakı: Şirvannəşr, 2002, 20 səh.

Sərhəddə səhər. Bakı: “Bilik” nəşriyyatı, 2002, 20 səh.

Gözlədiyim ömür. Bakı: Şirvannəşr, 2003, 264 səh.

Taleyin acığına. Bakı: “Qapp-Poliqraf” nəşriyyatı, 2003, 420 səh.

Filmoqrafiya:

Cırtdanın yeni sərgüzəşti (1973, animasiya filmi) – ssenari müəllifi

Fransa qəhrəmanı (1975, qısametrajlı sənədli film) – redaktor

Naxçıvan – 50 (1975, qısametrajlı sənədli film) – ssenari müəllifi

Süleyman Rüstəm (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi

İçəri Şəhər (sənədli film)

Tərcümələri- (rus və türk dilindən)

S.Marşak. Axmaq siçan balasının nağılı. Bakı: Gənclik, 1971, 15 səh.

Tofiq Fikrət. Şərmin. Bakı: Gənclik, 1972, 27 səh.

Mənbə: AYSEL FİKRƏT

Yuxuma gəlirsən, uğur böcəyim

UĞUR BÖCƏYİM

Yuxuma gəlirsən, uğur böcəyim
İzsiz duyğularda uçub gedirsən.
Mən sənin tərəfə can atdığımda,
Sən qanadlarını qucub gedirsən.

Yuxuma gəlirsən, uğur böcəyim
Bütün arzuları bitirdin, uçdun,
Sənə pıçıltımı özüm eşitdim.
Məni bu dünyada itirdin, uçdun.

Yuxuma gəlirsən, uğur böcəyim
Qırmızı bəxtinlə, qara xalınla,
Sən bir az yalançı, mən bir az qorxaq.
Çətin bu sevdadan nəsə alına…

Yuxuma gəlirsən, uğur böcəyim

Müəllif: AYSEL FİKRƏT

AYSEL FİKRƏTİN YAZILARI

Aysel Fikrət – İlk sevgi-ilk azar

İlk sevgi-ilk azar

Uşaqlıq illəri,saralmış dəftər,
bir parça məhəbbət, bir ömür dərddir.
İnsan sevdiyinə məktub yazanda,
Dindirir ruhunda min belə dərdi.

Sənsə yanlış idin, sənsə səhv idin,
Səni uydurmuşdum öz saf ömrümə.
Bilmirəm, Allahın verdiyi savab,
Yoxsa ki, şeytanın oyunu ilə?

Mən səni beləcə göz yaşı kimi,
Duzlu və niskilli xatırlayıram.
Yol kənarindakı telefon köşkün,
Havanı çiskinli xatırlayıram.

O uşaq ağlımla anladığımda,
Sevmək bir mərəzdi ,ağrıdı ağrı.
Səni itələyib ömrümdən çölə,
Qaçmışdım yollarda özümə doğru.

Hətta bu yaşımda, ahıl yaşımda
çətin həzm edirəm sən tək azarı,
Qanım canda donur,heyf ruhumdan,
Ey mənim sevgimin insan məzarı.

Müəllif: AYSEL FİKRƏT

AYSEL FİKRƏTİN YAZILARI

Laçında “Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ” mövzusu adlı tədbir keçirilib.

İyunun 25-də saat 11:00-da “LaCinema” kino mərkəzində Laçın Simurq Kitabxanasının təşkilatçılığı ilə “Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ” mövzusu adlı tədbir keçirildi.
Tədbir mərhum şair, publisist Fikrət Sadığın qızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika İncəsənət Gimnaziyasının nəzdində fəaliyyət göstərən “Balaca” yazarlar birliyinin rəhbəri Aysel Fikrətin moderatorluğu ilə baş tutdu. Azərbaycan Respublikasının dövlət himni səsləndi, qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Aparıcı Aysel xanım Laçına gələnlər haqqında qısa məlumat verməklə, qonaqları təqdim etdi. Daha sonra Şərq-Qərb nəşriyyat evinin redaktoru Nərgiz xanım Fikrət Sadıq yaradıcılığı haqda geniş məlumat verdi. Təşkilatçı Aysel Fikrət vətənpərvərlik haqqında şerlər ifa etdi. Simurq kitabxanasına Fikrət Sadığın şəxsi kitabxanasından kitablar bağışlanıldı. Kitabxananın əməkdaşlarına və şer söyləyən məktəblilərə “Fikrət Sadıq işığı” adlı sertifikat təqdim edildi. Tədbir şair Fikrət Sadığın tərcümə etdiyi Şəhriyarın sözlərinə bəstələnmiş Azərbaycan mahnısı ilə sona çatdırıldı. Fotolar:

Laçın Simurq Kitabxanası

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB-DƏ ZAHİD SARITORPAĞIN 65 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

DÜNYANIN ƏSAS KİTABXANALARINA KEÇİD

Bu gün Azərbayacan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 65 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə “525-ci qəzetin” baş redaktoru, MŞ-nın sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq Zahid Sarıtorpağın təvəzökarlığından, sözə, ədəbiyyata xidmətlərindən xeyli danışdıqdan sonra sözü tədbirin aparıcısı yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğluna verdi. Orxan Fikrətoğlu öncə Bakıda keçirilməsinə baxmayaraq, AYB-nin Şirvan bölməsinin tədbiri olduğunu və təxmini bu tərkibdə Şamaxıda da keçiriləcəyini iştirakçıların diqqətinə çatdırdı. Sonra Orxan Fikrətoğlunun moderatorluğunda keçən tədbirdə tanınmış qələm adamlarından “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Əlisəmid Kür, Ayaz Arabaçı, Süleyman Abdulla, Qabil Dərdli, Aysel Fikrət, eyni zamanda kitabçı kimi də məşhur olan yazıçı-publisist Xan Rəsuloğlu, oxuculardan Gülnar Əhmədova və digər qonaqlar çıxış edərək Zahid Sarıtorpaq yaradıcılığından, həyatından söhbət açdılar. Tədbirə sonradan qatılan Murad Köhnəqalanın xatirələri xüsusi maraqla qarşılandı. Tədbirin gedişində yubiliyara “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu təqdim olundu. Sonda Zahid Sarıtorpaq iştirakçılara öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirlidi. Tədbirdən fotolar:

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru